Məhkəmə qərarları › İş №1(001)-417/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-417/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-417/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,351 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə əldə edərək əynində olan ağ rəngli gödəkçənin sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Yeni yaşayış massivi C.Cabbarlı küçəsində saxlanılmış və üstünün yoxlanılması zamanı əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.351 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 aydır ki, psixotrop maddə istifadə etməyə başlamışdır. Həmin ərəfələrdə təxminən 1 ay olarki X6 ilə tanış olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15-16 radələrində tanışı X6 onun istifadəsində olan mobil nömrəyə zəng vurub Binəqədi qəsəbəsi ərazində görüşməyi təklif etmişdir. Binəqədi qəsəbəsində görüşməkdə məqsədi birlikdə psixotrop maddə istifadə etmək olmuşdur. Həmin gündən bir gün öncə isə o, Bakı şəhəri Balaxanı yolu deyilən ərazidən 30 manat pul müqabilində tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2025-ci il tarixdə saat 17-18 radələrində Fəqanla Binəqədi qəsəbəsi ərazisində görüşmüş və Fəqan əvvəllər tanımadığı Xəlil adlı şəxsin yol kənarında dayanmasını görərək ona 40 manat pul vermişdir. Xəlil Fəqana bir büküm psixotrop maddə vermişdir. Fəqan həmin büklümü öz cibinə qoymuşdur. Onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi ilə hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları olduğunu bildirmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsində, istifadəsində, dövriyyəsində şübhəli olduqlarını bildirib üzərlərinə videoçəkiliş ilə yoxlama aparacaqlarını bildirmişlər. İlk öncə Fəqanın üzərində yoxlama aparılmışdır. Fəqan əynində olan şalvarın sağ yan cibindən az öncə aldığı bir büküm psixotrop maddə olan metamfetamini çıxarıb orada olan avtomobilin üzərinə qoymuşdur. Daha sonra əynində olan gödəkçənin sol cibindən "Pall Mail" markalı siqaret qutusunu da çıxarıb avtomobilin üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən videokameraya çəkilmişdir. Fəqan həmin vaxtı bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddəni əvvəllər tanımadığı Xəlil adlı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkildi və polis əməkdaşları tərəfindən Fəqanın üstü yoxlandı üzərindən başqa heç nə aşkar edilmədi. Bundan sonra özünün üzərində yoxlanma aparılacağı izah edilmişdir. Daha sonra polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub olmadığı barədə soruşmuşlar, olduğu halda həmin əşyanı könüllü təqdim etməyi təklif edilmişdir, təklifdən sonra o əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində «şüşə, patı» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni Balaxanı yolunda tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin yerə dəvət olunmuş özünü X4 təqdim edən şəxs tərəfindən üzərində yoxlama aparılmış, lakin təqdim etdiyi əşyadan başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən həmin kütlənin elektron tərəzidə çəkilərək, açılmış və içərisində olan kütləyə baxış keçirilmişdir. Həmin büküm qablaşdırılaraq, ağ rəngli kağız zərfin içərisinə qoyulmuş və zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalar atılmışdır. Əməlindən peşmandır. Birinci dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində bir övladının olduğunun nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi bildirdi ki, təqsirləndirilən şəxsin himayəsində 1 övladı var, ilk dəfərdir ki, cinayət törədib, əməlini etiraf edir, peşman olduğunu dəfələrlə qeyd edib. Bu halların yüngülləşdirici hallar kimi nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantıdır. xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman ona xx.xx.1989-cu il təvəllüdlü X6 və xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddənin əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə raportla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında o, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncularla birlikdə xx.xx.2025-ci il tarixdə saat 17:40-da yuxarıda sözügedən şəxslərin ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən C.Cabbarlı küçəsinə yollanmışlar. Orada qabaqcadan xarici görkəmləri və əlamətləri barədə məlumatlı olduqları X6 və Təqsirləndirilən şəxs yaxınlaşaraq, video çəkilişlə özlərini təqdim etdikdən sonra, sonunculara narkotik vasitə və ya psixotrop maddənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Daha sonra həmin şəxslərə üzərilərində qadağan olunmuş hər-hansı bir əşyanın olubolmadığı barədə soruşulmuş və olduğu halda həmin əşyanı könüllü təqdim etməsi təklif olunmuş, təklifdən sonra X6 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Fəqan Məmmədov təqdim etdiyi bükümün içərisində «şüşə, palı» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində əvvəllər tanımadığı özünü Xəlil kimi təqdim edən şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilərək, çəkisi 0,43 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm aıçılmış və içərisində olan kütləyə baxış keçirilmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq, ağ rəngli kağız zərfin içərisinə qoyulmuş və zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalar atılmışdır. Eyni zamanda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində «şüşə, patı» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilərək, çəkisi 0.46 qram olduğu müəyyən edilmiş, həmin büküm açılmış və içərisində olan kütləyə baxış keçirilmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq, ağ rəngli kağız zərfin içərisinə qoyuldu və zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalar atılmışdır. X6 və Təqsirləndirilən şəxs onlarla birlikdə 43-cü polis bölməsinə getmiş, bölmədə bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nahid Məmmədova həvalə olunmuşdur. Bölmədə təhqiqatçı tərəfindən kağız zərflərdə olan bükümlərin içərisinə baxış keçirilmiş, bükümlərin içərisində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 29). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd bükümün çəkisini müəyyən etmək məqsədilə elektron tərəzi ilə ölçüldükdə çəkisinin 0.42 qram metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Maddə qablaşdırılaraq zərfə qoyulmuş və Binəqədi RPİ-nin 43-cü PB-nin 243 saylı möhürü ilə möhürlənmişdir (cild 1, i.v 14-15). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/225 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 243» möhür əksləri olan, «1 Şahid2 «imza»; 2. Şahid3 «imza» 3. Şahid1 «imza»; 4. Bəylərbəyov Elvin «imza»; təhqiqatçı «imza» Nahid Məmmədov» yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,301 qram. Tədqiqatın dəyəri 89 manat təşkil edir (cild 1, i.v.42-44). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.54-55). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 73-74). Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, i.v 95-96). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 2166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP (+) və MET (+) aşkar edilmişdir. Deməsinə görə, 3-4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Son dəfə 2 gün əvvəl istifadə edib. Beləliklə, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.105-106). xx.xx.2025-ci il tarixli «diskə baxış keçirilməsi barədə» protokoldan görünür ki, görüntü xx.xx.2025-ci il tarixdə saat 17:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində qeydə alınmışdır. Görüntüdə Binəqədi RPİ-nin 43-cü PBnin CA üzrə ə/m, polis baş leytenantı Şahid2. Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid1 Nazil oğlu və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 iştirakları ilə özünü X6 və Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslərin üzərinə yoxlanış aparıldığı, yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub olmadığı barədə soruşulur, olduğu halda həmin əşyanı könüllü təqdim etməsi təklif olunur, təklifdən sonra sonuncu əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etdiyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində «şüşə, patı» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni Bakı şəhəri, Balaxanı yolu adlanan ərazidən əvvəllər tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin kütlənin elektron tərəzidə çəkilərək, çəkisi 0.46 qram olduğu, həmin bükümün polis əməkdaşı tərəfindən aıçıldığı və içərisində olan kütləyə baxış keçirildiyi müşahidə olunmuşdur. Daha sonra həmin büküm qablaşdırılaraq, ağ rəngli kağız zərfin içərisinə qoyulmuş və zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzaların atıldığı müşahidə olunmuşdur. Bundan sonra özünü X3 təqdim edən şəxsə üzərində eyni qaydada yoxlanış aparılmışdır. Əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması saat 18:00-da başa çatmışdır. İkinci «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Diskdə olan görüntü Binəqədi RPİ-nin 43-cü PB-də qeydə alınaraq, Binəqədi RPİ-nin 43cü PB-nin CA üzrə ə/m, polis baş leytenantı Şahid2, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid1 Nazil oğlu və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 iştirakları ilə Binəqədi RPİ-nin 43-cü PB- nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədov tərəfindən əşyaya baxış keçirildiyi müşahidə olunmuşdur. Görüntüdə iki ədəd ağ rəngli kağız zərfdə olan bükümlərə baxış keçirildiyi, baxış keçirilərkən həmin bükümlərin içərisindən ağ rəngli kütlələrin aşkar edildiyi, həmin kütlələrin yenidən iki ədəd ağ rəngli kağız zərflərə qablaşdırılıb möhürləndiyi, müşahidə olunmuşdur. Həmçinin kütlələrin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəi fildən protokolun tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokolun imzalandığı müşahidə olunmuşdur (cild 1, i.v 108-109). Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli və Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0.351 qram, ekspert tədqiqatından sonra qalan 0.301 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini və əşyaya baxış keçirilməsini əks etdirən video çəkilişin görüntüləri olan 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,301 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 2 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 110-118). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.103-104). AZ-İV 030432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il təvəllüdlü Aylin adlı qızı var. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan övladı olduğunu, 59.2-ci maddəsinə əsaslanmaqla ilk dəfə ictimai təhlükəli əməl törətdiyini, əməlini etiraf etdiyini və səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını, habelə yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 2166 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 89 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 22 (iyirmi iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 1) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –242 (iki yüz qırx iki) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar