Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-419/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1985-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi YYM-də yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 32.4, 32.5, 177.2.1, 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Gülabala oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 11-37-də Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin yanında müşahidə aparıb, sonuncunun həyat yoldaşı X2 evdən çıxıb uşaqlarının dalınca məktəbə getdikdən sonra hasardan aşaraq həyətə keçib pəncərənin dəmir barmaqlığını özü ilə gətirdiyi laqunda aparatı ilə kəsib doğradıqdan sonra, pəncərəni açıq hissəsindən qanunsuz olaraq evə daxil olub, qonaq otağındakı dolabda olan pul kisəsinin içərisində olan həmin vaxta Azərbaycan manatının məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları və 150 manat nağd pulu, həmin dolabdakı çamadanın içərisindən 2000 manat dəyərində 750 əyarlı, 12 qram çəkidə 1 cüt kulonla birlikdə boyunbağını, 800 manat dəyərində 750 əyarlı, 6 qram çəkidə kişi üzüyünü, 1500 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə kişi üzüyünü, 300 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə tək çəhrayı qaşlı kulonu, 2500 manat dəyərində 750 əyarlı, 15 qram çəkidə bir cüt İtaliya istehsalı olan sırğanı, 612 manat dəyərində, 750 585 əyarlı, 8 qram çəkidə kulonla birlikdə iki ədəd tros bilərziyi, 1600 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə xırda ürək şəkilli kulonu, 2000 manat dəyərində, 585 əyarlı, 8 qram çəkidə mirvari qaşlı sırğanı, 1300 manat dəyərində, 750 əyar, 7 qram çəkidə ağ qızıldan boyunbağını, uşaq otağından 7000 manat dəyərində 750 əyarlı, 55 qram çəkidə bir ədəd qızıl boyunbağını, 5000 manat dəyərində, 750 əyarlı, 700 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə 5-lik qızılı, 2000 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə bir ədəd brilyant qaşlı barmaqcığı, 654 manat dəyərində, 750 əyarlı, 20 qram çəkidə brilyant qaşlı sırğa dəstini, 20 manat dəyərində 3 qram çəkidə bir ədəd gümüş kulonu, 30 manat dəyərində kulonla birlikdə tək qaşlı gümüş boyunbağını, 40 manat dəyərində 5 qram çəkidə bir ədəd gümüş üzüyü gizli olaraq talayıb zərər çəkmiş Rəşad Ağdullayevə ümumilikdə 29056 manat təşkil edən xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib, öz aralarında vəzifə bölgüsü apararaq cinayətin törədilməsində təhrikçi və məlumatları ilə köməkçi kimi iştirak edib, xx xxxxxx 2020-ci il tarixdə saat 11- 37-də üzərinə götürdüyü vəzifəsini yerinə yetirən cinayətin icraçısı Təqsirləndirilən şəxs1 vət. Zərərçəkmiş şəxs məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin yanında müşahidə aparıb, sonuncunun həyat yoldaşı X2 evdən çıxıb uşaqlarının dalınca məktəbə getdikdən sonra hasardan aşaraq həyətə keçib evin qonaq otağının pəncərənin dəmir barmaqlığını özü ilə gətirdiyi «laqunda» aparatı ilə kəsib doğradıqdan sonra, pəncərəni açıq hissəsindən qanunsuz olaraq evə daxil olub, qonaq otağındakı dolabda olan pul kisəsinin içərisində olan 850 manat təşkil edən 500 ABŞ dolları və 150 manat nağd pulu, həmin dolabdakı çamadanın içərisindən 2000 manat dəyərində 750 əyarlı, 12 qram çəkidə 1 cüt kulonla birlikdə boyunbağını, 800 manat dəyərində 750 əyarlı, 6 qram çəkidə kişi üzüyünü, 1500 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə kişi üzüyünü, 300 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə tək çəhrayı qaşlı kulonu, 2500 manat dəyərində 750 əyarlı, 15 qram çəkidə bir cüt İtaliya istehsalı olan sırğanı, 612 manat dəyərində, 750 585 əyarlı, 8 qram çəkidə kulonla birlikdə iki ədəd tros bilərziyi, 1600 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə xırda ürək şəkilli kulonu, 2000 manat dəyərində, 585 əyarlı, 8 qram çəkidə mirvari qaşlı sırğanı, 1300 manat dəyərində, 750 əyar, 7 qram çəkidə ağ qızıldan boyunbağını, uşaq otağından 7000 manat dəyərində 750 əyarlı, 55 qram çəkidə bir ədəd qızıl boyunbağını, 5000 manat dəyərində, 750 əyarlı, 700 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə 5-lik qızılı, 2000 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə bir ədəd brilyant qaşlı barmaqcığı, 654 manat dəyərində, 750 əyarlı, 20 qram çəkidə brilyant qaşlı sırğa dəstini, 20 manat dəyərində 3 qram çəkidə bir ədəd gümüş kulonu, 30 manat dəyərində kulonla birlikdə tək qaşlı gümüş boyunbağını, 40 manat dəyərində 5 qram çəkidə bir ədəd gümüş üzüyü gizli olaraq talayıb zərər çəkmiş Rəşad Ağdullayevə ümumilikdə 29056 manat təşkil edən xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən 2016-cı ilə kimi X1, Tula və digər şəhərlərində ailə üzvləri ilə birgə yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra 2-3 ay Bakı şəhərində “Elite” Ticarət və Əyləncə Mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri sexində usta kimi işləmiş, sonra isə işlədiyi sex bağlandığı üçün Ucar rayonuna qayıtmışdır. “Elite” Ticarət və Əyləncə Mərkəzinin yaxınlığında yerləşən avtomobil təmiri sexində usta işlədiyi vaxtlarda maşınını təmir etdiyi Nizami adlı şəxslə tanış olmuş, həmin vaxtdan aralarında yaxın münasibət yaranmışdır. 2019-cu ilin sonunda Nizamidən 50 manat əl borcu almış, 2020-ci ilin fevral ayının təxminən 16-da Nizamiyə zəng edərək ona borclu olduğu 50 manatı düzəltdiyini bildirmişdir. Həmin vaxt Nizami onu Bakıya dəvət etmiş və xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərinə çatmışdır. Bundan sonra o, Nizami ilə Biləcəri qəsəbəsində yerləşən avtovağzalda görüşmüş və sonuncunun idarə etdiyi «Renault Logan» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsində yerləşən adını bilmədiyi kafeyə gəlmişdir. O, Nizami ilə birlikdə çay içdikləri zaman birbirlərinə işsizlikdən və maddi çətinlik çəkməklərindən danışmışlar. Bu zaman Nizami yaşadığı Biləcəri qəsəbəsində bir nəfər imkanlı şəxsin evinə oğurluğa girməyi oradan xeyli qızıl və pul oğurlamağı təklif etmiş və o, bu təkliflə razılaşmışdır. Bundan sonra Nizami avtomobili ilə onu Biləcəri qəsəbəsində yerləşən “Məmmədoğullar Servis” deyilən yerin yaxınlığına gəlmiş və oğurluq edəcəyi evi ona göstərmişdir. Nizami ilə söhbət edən zaman o, sonuncuya Rəşadın evinin həyətinə qonşunun həyətindən keçib pəncərələrin dəmir barmaqlıqlarını laqunda ilə kəsməklə evə daxil olacağını və bunun üçün ona laqunda lazım olduğunu demişdir. Nizami həmin zaman bildirmişdir ki, laqundanı o, özü tanıdığı «1001 xırdavat» mağazasından alacaq. Həmçinin Nizami ona Rəşadın işdə olmasını, uşaqlarını məktəbə həyat yoldaşının aparmasını və hər gün məktəbdən uşaqları götürməyə gedən həyat yoldaşı saat 11:30-dan 12:30-a kimi evdə olmadığını, yəni həmin vaxt ev boş olduğunu demişdir. Plana görə evə özü girməli, Nizami ona laqunda aparatı verməli, o, oğurluq etdikdən sonra Nizami ilə görüşüb əldə etdiklərini bölüşdürməli idi. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Nizami ilə görüşüb birlikdə yaxınlıqda yerləşən «1001 xırdavat» mağazasının qarşısına getmişlər. Nizami həmin mağazaya girib şəxsiyyət vəsiqəsini girov qoyaraq 1 günlük laqunda aparatı kirayəyə götürmüş və saat 11 radələrində Nizaminin idarə etdiyi avtomobillə oğurluq edəcəkləri ev yerləşən məhəlləyə gəlmişlər. O, maşından düşmüş, Nizami isə çıxıb getmişdir. Həmin gün saat təxminən 11:30-da Rəşadın ilk dəfə həmin vaxt gördüyü həyat yoldaşı qapıdan çıxaraq piyada məktəbə tərəf getməyə başlamış, həmin qadın tini döndükdən sonra Nizami ona zəng vurub artıq qadının xeyli uzaqlaşdığını və evə girmək vaxtı olduğunu bildirmişdir. Bundan sonra o, plan üzrə hərəkət edib, ilk əvvəl hasardan aşıb qonşunun həyətinə, oradan isə ikinci dəfə hasardan aşaraq Rəşadın evinin həyətinə düşmüş, özü ilə götürdüyü laqundanı cərəyana salıb işə saldıqdan sonra evin həyətə baxan pəncərəsinin dəmir barmaqlığını kəsmiş və plastik pəncərənin açıq hissəsindən evə girmişdir. İlk girdiyi otaq böyük yataq otağı olmuş, otaqda olan güzgülü kamotunun qarşısındakı mücrüdən qızılları götürmüş, sonra qonaq otağına keçib televizorun yanındakı şkafın siyirməsindən qadın pul kisəsini götürüb içinə baxmış və orada olan 500 dollar və 150 manat pulları götürdükdən sonra evdən çıxıb girdiyi yerdən küçəyə çıxaraq ara yollarla DSK yolu adlanan yerə getmişdir. Orada Nizamiyə zəng edib yerini demiş, az sonra Nizami öz avtomobili ilə gəlib onu oradan götürmüşdür. Nizamiyə oğurladığı qızıl və pulları göstərmiş və bundan sonra sonuncunun təklifi ilə Nizami avtomobili Yasamal rayonu Şərifzadə küçəsində yerləşən lombarda sürmüşdür. Bu zaman onların məqsədləri oğurladıqları qızılları lombarda qoyub pul götürmək olmuşdur. Bunun üçün vaxtilə ev kirayə götürdüyü İlqar adlı tanışının işlətdiyi ev alğı-satqı ofisinə getmişlər. Həmin ofislə lombard bir binada yerləşir, lombardın müdiri ilə İlqarın münasibəti yaxşı olmuşdur. Nizami maşında oturub gözləmiş, o, isə ofisə gedib İlqarla görüşüb, sonuncuya özünə məxsus qızıl lombada qoyub pul götürmək istədiyini bildirmiş və birlikdə lombarda girmişlər. Orada oğurladığı qızılların hamısını vermiş, lakin, lombard az pul verdiyindən razılaşmayıb, qızılları geri götürmüşdür. Bu zaman İlqara bildirmişdir ki, qızıllar ona məxsusdur, münasib qiymətə alan olsa satar. Bundan sonra İlqar tanıdığı Elvin adlı zərgərə zəng vurub danışmış, onunla birlikdə Nizaminin idarə etdiyi avtomobillə Moskva Univermağına getmişlər. Nizami yenə maşında gözləmiş, o, isə İlqar ilə birlikdə zərgərlik sexinə gəlib qızılın 51 qramını lom şəklində İlqarın tanıdığı Elvin adlı zərgərə satmış və qızılların bir hissəsini özündə saxlamışdır. Elvin həmin qızılları alarkən şəxsiyyət vəsiqəsini istəmiş, lakin vəsiqəsi üzərində olmadığı üçün sonuncuya verə bilməmişdir. Həmçinin o, Elvinə qısa müddət ərzində şəxsiyyət vəsiqəsini gətirib verəcəyini demiş və İlqarda ona qarant durmuşdur. Elvin qızılları çəkib 51 qram olduğunu bildirmiş və ümumilikdə ona 3150 manat pul vermiş, bundan sonra o və İlqar oranı tərk edib Nizaminin yanına qayıtmışlar. Daha sonra Nizami idarə etdiyi avtomobillə İlqarı aparıb Yasamal rayonunda yerləşən ofisinə düşürtmüşdür. Bundan sonra o, avtomobildə 3150 manatın 1950 manatını Nizamiyə vermiş, pulun qalanını və qalan qızılları özünə götürmüşdür. Daha sonra Nizami onu Yasamal rayonunda yerləşən “Dadlı” kafenin yanında düşürüb getmişdir. Sonra o, həmin kafedə oturub yemək yemiş və sonra Xocəsən qəsəbəsində yerləşən “Çinarlı” otelə gedib orada nömrə götürüb, çimib yatmışdır. Səhəri günü saat 13-14 radələrində oteldən çıxıb yenidən “Dadlı” kafeyə gəlib, axşama kimi həmin kafedə oturub Nizami ilə əlaqə saxlamağa çalışmış, axşam Nizami telefon əlaqəsi saxlayaraq ondan harada olduğunu soruşduqda o, olduğu yeri sonuncuya demişdir. Bundan bir müddətdən sonra kafeyə bir neçə polis əməkdaşı daxil olub onu 4-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində Nizami ilə birlikdə etdiyi cinayəti tam şəkildə danışmış, üzərində qalmış qızıl əşyalarını və xərclədiyi pullardan əlavə yerdə qalan pulu təqdim etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyan tamamilə ödənilmiş və aralarında barışıq olmuşdur. Bu səbəbdən zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 32.4, 32.5, 177.2.1, 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yeni yaşayış massivində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təxminən xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Ucar rayonundan Bakıya gələrək onunla görüşmüşdür. O, Təqsirləndirilən şəxs1lə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafelərin birində görüşərək çay içmişlər və bu zaman bir-birlərinə işsizlikdən və maddi çətinlik çəkməklərindən danışmışlar. Bu vaxt o, Rüstəmə oğurluq etməyi təklif etmiş və sonuncu onun təklifi ilə razılaşmışdır. Daha sonra o, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs imkanın yaxşı olmasını, onun evində pul və qızıl ola bilmə ehtimalının yüksək olmasını deyərək Rüstəmə Zərərçəkmiş şəxs evinə daxil olmağı demişdir. Sonra razılaşıb Rüstəmlə birlikdə Zərərçəkmiş şəxs evinin yaxınlığına getmişlər və sonuncuya məxsus evi Rüstəmə göstərərək, Rəşadın səhər evdən çıxıb işə gedərək axşam qayıtmasını, həmin vaxt evdə arvadı və azyaşlı uşaqlarının qalmasını, Rəşadın həyat yoldaşının günorta vaxtları evdən çıxaraq məktəbə uşaqların dalınca getməsini, həmin vaxtı evdə heç kim olmamasını deyərək ən münasib vaxtın bu vaxt olmasını bildirmişdir. Rüstəm onun təklifi ilə razılaşıb, evin pəncərəsinin yaxud qapısını rahat kəsib evə girə bilməsi üçün laqunda lazım olacağını ona demiş və o, da Rüstəmə «1001 xırdavat»dan şəxsiyyət vəsiqəsini qoyub bir ədəd laqunda götürüb ona verə biləcəyini demişdir. O, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Rüstəm ilə görüşüb birlikdə yaxınlıqda yerləşən «1001 xırdavat» mağazasının qarşısına getmişlər. Həmin zaman Rüstəm avtomobildə qalmış o, isə mağazaya girib şəxsiyyət vəsiqəsini girov qoyaraq laqunda aparatı kirayəyə götürmüş və saat 11 radələrində idarə etdiyi avtomobillə oğurluq edəcəkləri ev yerləşən məhəlləyə gəlmişlər. O, Rüstəmi həmin evin yaxınlığında düşürüb özü oradan uzaqlaşıb getmişdir. Bundan təxminən yarım saat sonra Rüstəm onun mobil telefonuna zəng edərək DSK yolu adlanan yerdə olmasını demiş və o, bir neçə dəqiqə ərzində idarə etdiyi avtomobillə Rüstəmin yanına getmişdir. Rüstəm avtomobilə əyləşib əlindəki torbanı ona vermiş və o, torbanın içərisində çox sayda qızıl üzüklər, sırğa, boyunbağı və sair əşyalar olduğunu görmüşdür. Rüstəm həmin qızılları satmaq üçün kiməsə zəng etmiş, sonra isə Yasamal rayonu, Şərifzadə küçəsinə getmişlər. Rüstəm maşından düşüb, bir qədərdən sonra sonradan adını bildiyi İlqar adlı şəxslə birlikdə gəlib avtomobilə əyləşmiş və birlikdə «Moskva» Univermağının yanına getmişlər. Orada Rüstəm qızıllar olan torbanı götürüb İlqarla birlikdə avtomobildən düşərək getmiş, o isə maşında gözləmişdir. Təxminən yarım saatdan sonra Rüstəm İlqar ilə birlikdə gəlib avtomobilə oturmuş və o, sonuncunu aparıb Şərifzadə küçəsində düşürmüşdür. Bundan sonra Rüstəm ona qızıllara görə ona cəmi 3150 manat pul əldə etdiyini deyib evdən götürdüyü pullarla birlikdə hesablayıb ona 1950 manat pul vermişdir. Sonra isə Rüstəmi Yasamalda «Dadlı» kafesinin yanında düşüb yaşadığı məhəlləyə gəlmişdir. Səhəri günü səhər saatlarında laqundanı qonşusu Əmraha vermişdir ki, aparıb «1001 xırdavat»a qaytarıb, onun şəxsiyyət vəsiqəsini götürsün. Əmrah heç bir söz deməyib razı olmuş və laqundanı götürmüşdür. xx xxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs oğurluqla bağlı polisə şikayət verməsindən xəbər tutmuş, polis əməkdaşları onu «Gənclik» metrosu tərəfdə saxladıb 4-cü PŞ-nə gətirmişlər və o, orada baş vermiş hadisəni danışmışdır. Hazırda törətdiyi əməldən peşmandır və himayəsində iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs dəymiş ziyan tamamilə ödənilmiş və aralarında barışıq olmuşdur. Bu səbəbdən zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində yeni yaşayış massivində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 08:30-da azyaşlı uşağını evdən götürüb məktəbə aparmış və sonra iş yerinə getmiş, evdə həyat yoldaşı Günel tək qalmışdır. Həyat yoldaşı həmin gün saat 11:37-də evdən çıxıb məktəbə uşağın dalınca getmiş və saat 12:53-də Günel uşaqla birlikdə məktəbdən evə qayıtmış və bu zaman sonuncu həyət darvaza qapısının içəri hissədən bağlı olduğunu aşkar etmişdir. Sonra Günel darvaza qapısını tərpədib sirkələyərək açıb həyətə girmiş və bu zaman həyətdə səpələnmiş vəziyyətdə qızıl əşyalarının boş qutularının olduğunu görmüşdür. Günel oğurluq hadisəsinin olduğunu anlayıb ona zəng vuraraq məlumat vermişdir. Həmçinin Günel 102 xidmətinə də zəng edib oğurluq barədə məlumat vermişdir. O dərhal yaşadığı evə gəlmiş və artıq polis işçilərinin hadisə yerində olmasını görmüşdür. Evə baxış keçirərkən ona aydın olmuşdur ki, evin yataq otağının pəncərəsinin dəmir barmaqlığı kəsilmiş və pəncərə qırılmış, giriş qapısının laqunda ilə qıfıl hissəsinin kəsilmişdir. Mənzilə baxış zamanı ona məlum olmuşdur ki, ona məxsus qonaq otağında divardakı dolabın içərisindəki rəfdən portmanatından 500 ABŞ dolları məbləğində pul, dolabdakı üst rəfdə 150 manat pul, yataq otağından dolabın rəfində olan ağ rəngli çamadandan 2000 manat dəyərində 750 əyarlı, 12 qram çəkidə 1 cüt kulonla birlikdə boyunbağı, 800 manat dəyərində 750 əyarlı, 6 qram çəkidə kişi üzüyü, 1500 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə kişi üzüyü, 300 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə tək çəhrayı qaşlı kulon, 2500 manat dəyərində 750 əyarlı, 15 qram çəkidə bir cüt İtaliya istehsalı olan sırğa, 612 manat dəyərində, 750-585 əyarlı, 8 qram çəkidə kulonla birlikdə iki ədəd tros bilərzik, 1600 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə xırda ürək şəkilli kulon, 2000 manat dəyərində, 585 əyarlı, 8 qram çəkidə mirvari qaşlı sırğa, 1300 manat dəyərində, 750 əyar, 7 qram çəkidə ağ qızıldan boyunbağı, uşaq otağından 7000 manat dəyərində 750 əyarlı, 55 qram çəkidə bir ədəd qızıl boyunbağı, 5000 manat dəyərində, 750 əyarlı, 700 manat dəyərində 585 əyarlı, 5 qram çəkidə 5-lik qızıl, 2000 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə bir ədəd brilyant qaşlı barmaqcıq, 654 manat dəyərində, 750 əyarlı, 20 qram çəkidə brilyant qaşlı sırğa dəsti, 20 manat dəyərində 3 qram çəkidə bir ədəd gümüş kulon, 30 manat dəyərində kulonla birlikdə tək qaşlı gümüş boyunbağı, 40 manat dəyərində 5 qram çəkidə bir ədəd gümüş üzük oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona təxminən 30000 manata yaxın maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evində baş vermiş oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 və qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 törətmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18-19 radələrində tanışı Nizami ilə yaşadığı məhəllədə görüşmüş və bu zaman sonuncunun yanında Rüstəm adlı şəxsdə olmuşdur. Həmin zaman Rüstəm ondan borca 100 manat pul istəmiş və o, sonuncuya cəmi 80 manat pulunun olduğunu deyərək həmin pulu ona verib onlardan ayrılmışdır. 19 fevral tarixdə səhər saat 07 radələrində qonşusu Əmrah ona zəng edib küçəyə çıxmasını xahiş etmiş və küçəyə çıxmışdır. Əmrah həmin zaman ona bildirmişdir ki, kimsə qonşu Rəşadın evinə oğurluğa girib və qızıl əşyalarını oğurlayıb. Rəşad tərəfindən kamera görüntülərinə baxılmış və Nizaminin idarə etdiyi avtomobilin kameraya düşməsi müəyyən edilmişdir. Həmçinin Əmrah ona Nizamigilə gedib onunla söhbət etməyi təklif etmişdir. O, Əmrahla birlikdə Nizamigilə gedib ona Rəşadın evindən oğurluq edildiyini, onun avtomobilinin kameraya düşdüyünü bildirmişlər. Nizami onlara onun oğurluqdan xəbəri olmadığını bildirmişdir. Bundan sonra Nizami öz avtomobilinin baqajından laqundanı götürüb Əmraha verərək xahiş etmişdir ki, laqundanı aparıb «1001 xırdavat» mağazasına qaytarsın və şəxsiyyət vəsiqəsini götürüb gətirib ona versin. Əmrah Nizami ilə razılaşıb laqundanı götürmüş və Nizami onlardan ondan ayrılıb evinə getmiş, o, isə iş olduğu üçün çıxıb getmişdir. Bundan bir qədər sonra Rəşad ona zəng edib küçəyə çıxmasını xahiş etmiş və küçəyə çıxıb zavod tərəfə yaxınlaşanda Rəşadın avtomobillə gəlməsini görüb avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşdikdə Əmrahın da əlində laqunda ilə avtomobildə olmasını görmüşdür. Elə bu zaman oraya polis işçiləri gəlib onları polis bölməsinə aparmışlar. Polis bölməsində olan zaman o, hadisə ilə bağlı bildiklərini polis işçilərinə danışmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid3 onun qonuşlarıdır.xx xxxxxx 2020-ci il tarixdə səhər saat 04 radələrində atası evə gəlib ona, qonşuları Rəşadın evindən oğurluq olmasını, qonşularının kameralarına baxanda onun evinin yaxınlığında Nizaminin avtomobilinin olmasının görmələrini demişdir. O, səhər saat 08 radələrində qonşusu Yaşara zəng edib hadisə barədə və Nizaminin maşının kameraya düşməsi barədə məlumat verərək təklif etmişdir ki, Nizamigilə gedib, ona desinlər ki, bu işlə əlaqəsi varsa, qızılları qaytarsın, şikayət olmasın. Nizami onlara onun oğurluqdan xəbəri olmadığını bildirmişdir. Sonra isə Nizami xahiş etmişdir ki, icarəyə götürdüyü, avtomobildə olan laqundanı aparıb «Banuçiçək» şadlıq sarayının yaxınlığında yerləşən «1001 xırdavat» dükanına qaytarıb şəxsiyyət vəsiqəsini alsın. O, da Nizamiyə məxsus avtomobilinin baqajından sellofan torbada olan laqundanı götürüb yaşadığı evə gedən zaman qonşuları Rəşad ilə qarşılaşmışdır. Rəşad ondan haradan gəlmələrini soruşmuş, o, da sonuncuya Nizaminin yanından gəlməsini demişdir. Bundan sonra Rəşad polisə zəng vurmuş, polis işçiləri gələrək onu və Yaşarı 4-cü PŞ-nə aparmışlar. Polis bölməsində olan zaman o, hadisə ilə bağlı bildiklərini polis işçilərinə danışmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «Moskva» univermağında zərgər işləyir. xx xxxxxx 2020-ci il tarixdə işdə olduğu zaman tanışı İlqar ona zəng edərək satılıq qızıl olmasını bildirmiş və sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 adlı şəxslə onun yanına gəlmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 özünə məxsus qızılları satmaq istədiyini bildirmiş və təqdim etdiyi qızılları çəkərək qızılların 51 qram olmasını müəyyən etmişdir. O, 51 qram qızılı qiymətini lom halında hesablayaraq 3150 manat olaraq qiymətləndirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşmış və o, sonuncudan şəxsiyyət vəsiqəsini istəmişdir. Təqsirləndirilən şəxs1 isə şəxsiyyət vəsiqəsinin evdə qaldığını bildirib, sabah gətirəcəyini demiş və bu zaman İlqar Rüstəmin şəxsiyyət vəsiqəsini gətirəcəyinə dair ona təminat vermişdir. O, İlqara inandığı üçün razılaşaraq qızılları almış və 3150 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra o, həmin qızılları tanımadığı şəxsə satmışdır. Səhəri gün polis əməkdaşları gəlib onu sorğu-sual etmiş, o da öz növbəsində ona məlum olan halları polis əməkdaşlarına danışmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, naməlum şəxslərin Zərərçəkmiş şəxs Rafail oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olaraq evdən qızıl-zinət əşyaları və pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmasına dair toplanmış material üzrə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs Rafail oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş və hadisə yerindən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin 4-cü PŞ-də cibində olan qızıl zinət əşyalarını təqdim edib, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evdən oğurluq etdiyini etiraf edərək təqdim etdiyi qızıl zinət əşyalarının və pulun həmin evdən oğurladığı əşyaların bir hissəsi olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Binəqədi RPİ-nin 4-cü PŞ-də bir ədəd laqunda aparatını istintaqa təqdim edib, həmin aparatın tanışı Nizami tərəfindən ona xırdavat mağazasına qaytarması üçün verildiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qızıl zinət əşyaları tanınma üçün Zərərçəkmiş şəxs Rafail oğluna təqdim edilmiş, sonuncu həmin əşyaları formasına və rənginə görə tanıdığını bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-153/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs statusu saxlanılmış və o, həmin gün saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli, 143 nömrəli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın rəyindən görünür ki, təqdim edilmiş 01-10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. xx.xx.2020-ci il tarixli, 218 nömrəli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 cüt 585 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşları olan, 10,9 qram çəkidə olan sırğanın qiyməti 654 manat, 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış, üzərində çəhrayı rəngli qaşları olan, 5 qram çəkidə kulonun qiyməti 300 manat, 1 ədəd qızıl 5-liyin qiyməti 420 manat, 2 ədəd 585 əyarlı qızıldan hazırlanmış, 10,2 qram çəkidə olan qolbağın qiyməti 612 manat, 4 ədəd 585 əyarlı qızıldan hazırlanmış, 25,8 qram çəkidə olan üzüklərin qiyməti 1548 manat olmaqla cəmi 3534,00 manat müəyyən edilir. İş üzrə zərərçəkmiş şəxsdən alınmış qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Binəqədi RPİ-nin İŞ-dən dörd ədəd qızıl üzüyü, bir cüt sırğanı, bir ədəd 5-lik kulonu, bir ədəd üzərində böyük qaş olan kulonu, bir ədəd qızıl boyunbağı və bir ədəd üzərində ürək formasında kulon olan qolbağı təhvil almışdır. AZ-İİİ 807593 nömrəli və AZ-İV 311215 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 adlı və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq hadisəsi ilə bağlı bir ədəd diski təqdim edərək, həmin diskdə Təqsirləndirilən şəxs1 görüntüləri olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdə olan görüntülərdən Təqsirləndirilən şəxs1 əlində olan torba ilə Zərərçəkmiş şəxs məxsus evə tərəf getməsi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə ona dəymiş ziyanın tamamilə ödənilməsi və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin olmaması barədə ərizə vermişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evindən oğurladığı qızıllardan 1 cüt 585 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşları olan, 10,9 qram çəkidə olan sırğa, 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış, üzərində çəhrayı rəngli qaşları olan, 5 qram çəkidə kulon, 1 ədəd qızıl 5-lik, 2 ədəd 585 əyarlı qızıldan hazırlanmış, 10,2 qram çəkidə olan qolbaq, 4 ədəd 585 əyarlı qızıldan hazırlanmış, 25,8 qram çəkidə olan üzük maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş, bundan başqa, Təqsirləndirilən şəxs1 cinayət törədərkən istifadə etdiyi laqunda aparatı maddi sübut kimi qiymətləndirilərək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs1 görüntüləri əks olunan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu həbsdən azad olunmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilməmiş və o, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifində səhvə yol verilmişdir. Qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 isə CM-in 32.4, 32.5, 177.2.1, 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunsa da, məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində CM-in 177.2.1-ci maddəsinin, digər Təqsirləndirilən şəxs2 isə əməlində CM-in 32.4, 32.5, 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33.2-ci maddəsinə əsasən cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Göründüyü kimi, qanunvericilik iştirakçılığın anlayışını verməklə onun ayrı-ayrı növlərini müəyyən etmişdir. Cinayətin icraçısı cinayəti bilavasitə törədən subyekt olsa da, cinayətə təhrik etmə başqasında cinayət törətmək qətiyyəti yaradan fəaliyyətdir və köməkçilik isə fiziki, yaxud maddi köməyin edilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarından, eləcə də məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 baş vermiş oğurluq hadisəsi üzrə cinayətin törədilməsində bilavasitə icraçısı olaraq iştirak etsə də, digər Təqsirləndirilən şəxs2 həmin oğurluq hadisəsi üzrə cinayətin törədilməsində təhrikçi və köməkçi olaraq iştirak etmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması üçün mühüm şərtlərdən biri oğurluğun qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən, yəni iki birgə icraçı tərəfindən törədilməsidir. Əks təqdirdə əməlin CM-in 177.2.1-ci maddəsi üzrə tövsifindən söhbət gedə bilməz. Bununla yanaşı, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 1 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-in 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-in 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Yuxarıda sadalanan hallara görə məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 177.2.1-ci maddəsinin, digər Təqsirləndirilən şəxs2 isə əməlində CM-in 32.4, 32.5, 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlində isə CM-in 32.4, 32.5, 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyindən, təqsirləndirilən şəxslərin həmin maddələr üzrə əməllərində cinayət tərkibi olmadığı əsası ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 32.4, 32.5, 177.2.1-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələrində, digər Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələrində, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ucar şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 7 (yeddi) ay müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 7 (yeddi) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi YYM-də yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 1 (bir) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd laqunda aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) cüt 585 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşları olan, 10,9 qram çəkidə olan sırğanın, 1 (bir) ədəd 585 əyarlı qızıldan hazırlanmış, üzərində çəhrayı rəngli qaşları olan, 5 qram çəkidə kulonun, 1 (bir) ədəd qızıl 5-lik, 2 (iki) ədəd 585 əyarlı qızıldan hazırlanmış, 10,2 qram çəkidə olan qolbağın, 4 (dörd) ədəd 585 əyarlı qızıldan hazırlanmış, 25,8 qram çəkidə olan üzüyün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manatı Təqsirləndirilən şəxs1 və qalan 100 (bir yüz) manatı isə digər Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilər tərəfindən məhkəməyə təqdim edilmiş hesabatlara əsasən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmiş, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə 70 (yetmiş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən isə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə digər təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 132, 197-198, 318, 344-349, 350-353, 356, 357, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs1 bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 7 (yeddi) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ucar şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 32.5, 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs2 bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 32.4, 32.5, 177.2.3 və 32.4, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi YYM-də yerləşən fərdi yaşayış evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd laqunda aparatı hökm qanuni qüvvəyə mindikdən Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) cüt 585 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşları olan, 10,9 qram çəkidə olan sırğanın, 1 (bir) ədəd 585 əyarlı qızıldan hazırlanmış, üzərində çəhrayı rəngli qaşları olan, 5 qram çəkidə kulonun, 1 (bir) ədəd qızıl 5-lik, 2 (iki) ədəd 585 əyarlı qızıldan hazırlanmış, 10,2 qram çəkidə olan qolbağın, 4 (dörd) ədəd 585 əyarlı qızıldan hazırlanmış, 25,8 qram çəkidə olan üzüyün saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manatı Təqsirləndirilən şəxs1 və qalan 100 (bir yüz) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxx” ASC X9 KOD 201025, VÖEN **********, S.W.İ.F.T. Kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** saylı hesabına keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev