Məhkəmə qərarları › İş №1(001)-42/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-42/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-42/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 07 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilib 1 (bir) il sınaq müddəti müəyyən edilərək təyin olunmuş cəzanın şərti hesab edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə, belə bir imkanı olmadığı halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 hərracdan ucuz qiymətə Mersedes E 240 markalı avtomobil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx xxxxxx 2017-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179 ünvanda yerləşən Binəqədi rayon İcra və Probasiya şöbəsinin qarşısında ondan 5800 (beş min səkkiz yüz) manat pul alıb vədinə əməl etməyərək özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə, belə bir imkanı olmadığı halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X1 qaçırılmış «Kamaz» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yerinin müəyyən edilib qaytarılmasına köməklik göstərəcəyinə yalan vəd verib aldadaraq 2019-cu ilin iyun ayında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 2 korpus 93 ünvanda yerləşən «Dost Qapısı» kafesində ondan 1000 (bir min) manat pul alıb vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə, belə bir imkanı olmadığı halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 «xxxx» Neft Şirkətinə mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin oktyabr ayının sonlarında şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədə yerləşən «Yaşıl kafe» adlanan yerdə ondan 1500 (bir min beş yüz) manat pul alıb vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, onun barəsində istintaq aparılmamışdır. O, nə müstəntiqin, nə də vəkilin iştirakı ilə dindirilməmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokolda və xx xxxx 2020-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda təqsirləndirilən şəxs qrafalarında olan imzalar ona məxsus deyil. O, yalnız onun barəsində olan 9 epizodun xitam verilməsinə dair sənədlərə imza etmişdir. İşin hazırki vəziyyətində məhkəmə baxışına təyin olunması qanun pozuntusu olardı. İmzaların ona aid olub olmamasının araşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin olunmasına dair vəsatətinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Emil Muxtarov məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs MSY gətirilərək xx xxxx 2020-ci il tarixində onun tərəfindən dindirilmiş və xx xxxx 2020-ci il tarixində cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin və müdafiəçinin tanış olmaqları barədə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs şəxsən həmin sənədləri imzalayaraq, cinayət işinin materialları ilə tanış olmuşdur. O, təqsirləndirilən şəxsin nə üçün yalan ifadə verdiyini bilmir. Onun imzalarının saxtalaşdırılması mümkün deyil. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən iş üzrə məhkəmə xətşünastlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/972 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx xxxx 2020-ci il tarixli Müdafiəçinin təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 214), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 215), təqsirləndirilən şəxsin hüquqları haqqında yazılı bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 216- 217), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 218), bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 219), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında saat 12:05 dəqiqədə başlayan protokolda Təqsirləndirilən şəxs adından olan 9 ədəd imza (i.v. 220- 224), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 266-267), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 268), təqsirləndirilən şəxsin hüquqları haqqında yazılı bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 269-270), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişirin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 271), bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 272), xx xxxx 2020-ci il tarixli saat 18:05 dəqiqədə başlayan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan 7 ədəd imza (i.v 273-275), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə və müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 277), xx xxxx 2020-ci il tarixli cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 281) – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı, Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində istintaq edilən ********* №li cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ayrılmış, xx.xx.2019-cu il tarixdə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı təyin edilməklə əldə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4/972 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adından olan xx xxxx 2020-ci il tarixli ərizənin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imza (i.v. 226-227) - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx xxxx 2020-ci il tarixli “müdafiəçinin təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 214), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 215), təqsirləndirilən şəxsin hüquqları haqqında yazılı bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 216- 217), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v 218), bildirişdə “Təqsirləndirilən şəxs; qrafasındakı imza (i.v. 219), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında saat 12:05 dəqiqədə başlayan protokolda Təqsirləndirilən şəxs adından olan 9 ədəd imza (i.v. 220- 224), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 266-267), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 268), təqsirləndirilən şəxsin hüquqları haqqında yazılı bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 269-270), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs; qrafasındakı imza (i.v. 271.) bildirişdə “Təqsirləndirilən şəxs” qafasındakı imza (i.v. 272.) xx xxxx 2020-ci il tarixli saat 18:05 dəqiqədə başlayan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan 7 ədəd imza (i.v 273-275), xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə və müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:" qrafasındakı imza (i.v. 277), xx xxxx 2020-ci il tarixli cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (i.v. 281) - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətin təmin olunması və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiyə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntuya yol verdikdə Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Yuxarıda qeyd olunan nöqsanlarla əlaqədar məhkəmə qeyd etmək istəyir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biri olmaqla kobud surətdə pozulmuşdur. Belə ki, onun imzaları əksər sənədlərdə saxtalaşdırıldığı üçün o, nədə ittiham olunduğunu bilməmiş və bu səbəbdən ona qarşı elan olunmuş ittihamdan özünü müdafiyə edə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Azərbaycan Respublikası CPM-nin 234.5-ci maddəsinə əsasən, protokol şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntuya yol verdikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Sözügedən Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Dövlət ittihamçısı, Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, müstəntiq E.Muxtarov Azərbaycan Respublikası CPM-nin bir sıra tələblərini pozmaqla Təqsirləndirilən şəxs qanunla qorunan bir sıra hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, təqsirləndirilən şəxsin adından ona aid olunan sənədlərdə onun imzasını saxtalaşdırmaq, onun xəbəri olmadan müstəntiqin istəyinə uyğun formada təqsirləndirilən şəxsin ifadəsinin tərtib olunması və ifadədə təqsirləndirilən şəxsin imzasının saxtalışdırılması, cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmədən onun imzasını saxtalaşdıraraq işi məhkəməyə göndərmək təqsirləndirilən şəxsin bir sıra hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir və həmin saxtakarlıqları etmiş şəxs müəyyən olunaraq cəzalandırılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələri keçirib, iş materiallarını yoxlayıb hesab edir ki, iş üzrə ibtidai istintaq zamanı CPM-nin tələbləri pozulduğundan Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması nəzərə alınsın. Məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılsın. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar