Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-42/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, ali təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2K, keçid 1260, ev 29b, mənzil 51 ünvanında yaşayan, barəsində «polis nəzarəti altına vermə” qətimkan» tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmuruna həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə, saat 17:30 radələrində tələbkar tərəf olan "xxxx" şirkətinin xeyrinə 8 686 manat 05 qəpik məbləğində pulun tutulması barədə Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-4132016 saylı icra vərəqəsi əsasında üzərinə həbs qoyulmalı olan əşyaları siyahıya almaq məqsədi ilə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvana xidməti formada gəlib özünü təqdim edərək, Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-4132016 saylı icra vərəqəsini ona elan edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyən, İ dərəcəli dövlət ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs gələcəkdə həmin məhkəmə qərarının icrası ilə əlaqədar bir daha onu narahat etməməsindən ötrü zor tətbiq etməklə hədə qorxu gəlmək qərarına gəlmişdir.İcra məmuru Faiq Ələkbərovun, həmçinin onunla birlikdə olan Binəqədi rayon icra və probasiya şöbəsində müqavilə əsasında işləyən Şahid3 və tələbkar "xxxx" şirkətinin nümayəndəsi Şahid2 mənzilə daxil olmalarına razılıq verdikdən sonra əmlakın siyahıya alınmasına dair protokolun tərtib edilməsi ilə bağlı yaranmış zərurətlə əlaqədar qonaq otağındakı stolun arxasında olan oturacaqda əyləşmək istəyən icra məmuru Zərərçəkmiş şəxs oturmasına imkan verməyib “mənim evimdə otura bilməzsiniz” deyərək qəsdən oturacağı ayağı ilə vurub aşırdığına görə döşəməyə yıxılan Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla zərbələr endirmişdir.Bunu görən Şahid3 onu kənara çəkməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirərək həmin vaxt artıq ayağa qalxmış icra məmuru Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ardıcıl olaraq hər iki əli ilə onun sifət nahiyəsinə yenidən yumruq zərbələri endirmiş, daha sonra icra məmuruna qarşı zor tətbiq edib onu yenidən yerə yıxmış və hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sıxaraq “birdə səni bu evdə, mənim ətrafımda görsəm, səni tikə-tikə doğrayacağam” kimi sözlər işlədərək hədələdikdən sonra itələyib mənzilinin giriş qapısından bayıra çıxarmış, nəticədə icra məmuru Zərərçəkmiş şəxs üst dodağın selikli qişasına qansızma, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin və sol dirsək oynağı nahiyəsinin sıyrıqlarından ibarət olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmuru Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək onu hədələmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 288.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır.Onun "xxxx" şirkətinə borcu yaranmış, bununla bağlı "xxxx" şirkəti Binəqədi Rayon Məhkəməsində mülki iddia qaldırmışdır.Binəqədi Rayon Məhkəməsi "xxxx" şirkətinin xeyrinə qətnamə qəbul etmişdir. Həmin qətnamənin icrası Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs həvalə edilmişdir.O, icraya olan dövlət rüsumunu da ödəmişdir.09 iyun 2021-ci il tarixdə saat 19-20 radələrində arvadı Şahid1 və azyaşlı övladı Nigar Camalzadə ilə yaşadığı evdə olmuş, həmin vaxt Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli dövlət ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs, "xxxx" şirkətinin hüquqşünası Şahid2 və tanımadığı bir nəfər şəxs yaşadığı evə gəlmişlər.İcra məmuru Faiq ona "xxxx" şirkətinə borcunun olduğunu, həmin borcu dərhal tam olaraq ödəməli olduğunu ona bildirmişdir.O, borcu qaytara bilmək üçün Faiqdən təxminən 10 gün vaxt istəmiş, lakin Faiq buna razılıq verməmiş, evdə olan əşyaları qeydiyyata almaqla "xxxx" şirkətinin hüquqşünası Faiq Əliyevə təhvil verəcəyini, sonuncunun da həmin əşyaları satacağını bildirmişdir.O, həmin şəxslərə ailəsinin evdə olduğunu bildirməkə, ona möhlət verilməsini xahiş etmiş, lakin icra məmuru Faiq buna razılıq verməmiş, onu zorla tutub saxlamış, digər əməkdaş evə daxil olmağa çalışmış, hüquqşünas isə içəri daxil olmamışdır.O,həmin şəxslərdən hansı əsasla evinə daxil olmaq istəmələrini soruşanda, ona hər hansı rəsmi sənəd təqdim edilməmişdir.Problem yaranmasın deyə o, həmin şəxslərin onun evinə daxil olmalarına icazə vermişdir.İcra məmuru Faiq içəri daxil olmuş, qeydiyyat aparmaq üçün yer istəmişdir.O, da Faiqə dəhlizdə olan hündür mebeli göstərib yazılarını onun üzərində yaza biləcəyini demişdir.Lakin Faiq onun sözlərinə məhəl qoymayaraq heç bir icazə almadan birbaşa qonaq otağına keçib oturacaqda əyləşmiş, özünə məxsus pul qabını, avtomobilin açarını və içərisində sənədlər olan qovluğu masanın üzərinə qoymuşdur.O, Faiqdən hansı səbəbdən icazə almadan onun evində sərbəst hərəkət etdiyini soruşaraq oturacaqdan qalxmasını tələb etmişdir.Faiq isə «ürəyim harada istəyir, orada da oturaram» deyə bildirməklə oturacaqdan qalxmaqdan imtina etmişdir.O, ərkyana şəkildə Faiqin qolundan tutaraq otaqdan çıxmasını, işini dəhlizdə görməsini tələb etmişdir.Faiq ona «sən kimsən, mən nə istəyirəm onu edirəm» deyə bildirmişdir.Bundan sonra o, əsəblərini cilovlaya bilməmiş, Faiqin qolundan dartaraq evdən çıxarmağa çalışmışdır.Həmin vaxt aralarında mübahisə yaranmış, onlar əlbəyaxa olmuşlar və Faiq onun sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir.O, da Faiqin üzərinə gedərək ona bir neçə sillə vurmuşdur.Lakin o, Faiqə yumruq zərbəsi vurmamışdır.Onlar əlbəyaxa olduqlarından otağın içində itələşmişlər, divanın üstündə olan zaman yerə yıxılmışlar.Həmin vaxt o, Faiqin boğazından tutub ondan çölə çıxmasını tələb etmişdir.Faiqin yanında olan tanımadığı şəxs isə onları aralamışdır. Mübahisə zamanı onlar bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra o, Faiqi itələyərək evdən çölə çıxarmışdır. Faiq evdən çıxan vaxt onu və ailə üzvlərini hədələyərək «gör sizin başınıza nə oyun açacam, səni həbs elətdirəcəm, məhv edəcəyəm» deyə bildirmişdir. O, isə isə «davay get, evimdən rədd ol deyib» deyə cavab verməklə Faiqin evdə qalan sənədlərini qapıdan bloka tullayaraq, qapını bağlamışdır. Bundan bir neçə dəqiqə sonra Faiq qapını döyüb evdə qalmış pul kisəsi ilə avtomobilin açarını tələb etmiş, o, da heç bir söz demədən həmin əşyaları gətirib Faiqə vermişdir. Daha sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı onun əynində olan qara zolaqlı köynəyi cırılmış, həmçinin sağ əlinin dördüncü barmağı, dodağı və sol ayağından xəsarət almışdır. Bundan sonra əsəbi olduğundan hava almaq üçün küçəyə çıxmış, bu səbəbdən polis əməkdaşları evə gələn vaxt evdə olmamış, lakin polis bölməsinə dəvət edilən zaman gedib izahat vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, icra məmuru Zərərçəkmiş şəxs onun yaşadığı evə gələndə Binəqədi rayon məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(001)-4132016 saylı icra vərəqəsini elan etməmişdir. Həmçinin icra məmuru onun evinə iş vaxtından kənar vaxt, saat təxminən 19-20 radələrində gəlmişdir. O, Zərərçəkmiş şəxs «səni tikə-tikə doğrayacağam» deyə bildirməmiş, onu öldürməklə hədələməmiş, sadəcə olaraq onun evinə gəlib özbaşınalıq edərək ünvanına nalayiq ifadələr işlətdiyinə görə Faiqdən evdən çıxmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs oturduğu oturacağa təpiklə vurmamış, sadəcə evdən çıxmasını tələb edən zaman qolundan tutmuş, bu vaxt aralarında mübahisə yaranmış, əlbəyaxa olanda isə ikisı də yerə yıxılmışlar. Onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisənin əsas səbəbi Faiqin onun evinə gəlib özbaşına qonaq otağına daxil olub ünvanına nalayiq ifadələr işlətməsi, sonuncudan evdən çıxmasını tələb etsə də, buna məhəl qoymayaraq onu vurması olmuşdur. Hadisə günü yəni, 09.06.2021-ci il tarixdə onun yalnız Zərərçəkmiş şəxs ilə mübahisəsi, davası olmuş, başqa heç kimlə mübahisəsi olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2014-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyir, 2016-ci ilin avqust ayından isə Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində çalışır.Belə ki, icraatında olan Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsinə əsasən tələbkar "xxxx" şirkətinin xeyrinə cavabdeh Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında icra hərəkətləri həyata keçirilməli olmuşdur.Belə ki, cavabdeh Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borcunu ödəmirmiş, o, dəfələrlə cavabdehin yaşadığı ünvana getsə də, ona qapını açan olmamışdır.Buna görə də, Təqsirləndirilən şəxs qapısına rəsmi olaraq çağırış vərəqəsi qoymuşdur. 09.06.2021-ci il tarixdə cavabdeh Təqsirləndirilən şəxs yaşadığı evdə olan əşyalar üzərinə məhkəmə tərəfindən həbs qoyulmasını təmin etmək üçün verəcəyi təqdimatla əlaqədar həmin əşyalara baxış keçirilərək siyahıya almaq məqsədi ilə qeyd edilən ünvana getmişdir.Həmin gün saat 17:30 radələrində o, Binəqədi rayon icra və probasiya şöbəsində könüllü əsaslarla işləyən Şahid3 və tələbkar "xxxx" şirkətinin nümayəndəsi Şahid2 ilə birlikdə cavabdeh Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına getmişdir."xxxx" şirkətinin nümayəndəsi Şahid2 tərəfindən çəkiliş də aparılırmış.Təqsirləndirilən şəxs onlara qapını açmış, həmin vaxt evdə sonuncunun arvadı olmuşdur. O, xidməti formada olmaqla, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsi elan etdikdən sonra mənzildə olan əşyaları siyahıya almaq üçün içəri daxil olmağa icazə istəmişdir. Təqsirləndirilən şəxs əvvəl etiraz etsə də, sonuncuya qanunvericiliyin tələbini izah etdikdən sonra narazı şəkildə ona və digər şəxslərə mənzilə daxil olmağa icazə verməklə qonaq otağına keçmələrini bildirmişdir."xxxx" şirkətinin nümayəndəsi Şahid2 giriş qapısının qarşısında dayanmışdır.O, mənzilin qonaq otağına keçmiş, divanın qarşısında olan oturacaqda əyləşmək istədikdə Bəhruz qışqıraraq «mənim evimdə otura bilməzsiniz» deyə etiraz edərək buna icazə verməmişdir.O, yazmaq üçün oturacaqda əyləşib qeydiyyatı aparmaq istədikdə isə Bəhruz oturacağa təpik vurmuş, nəticə oturacaq aşdığına görə o, yerə yıxılmış, yerdə olan zaman Təqsirləndirilən şəxs onun sifətinə yumruq zərbələri vurmağa başlamışdır.Bundan sonra, könüllü əsaslara İcra Şöbəsində çalışan Şahid3 cavabdeh Təqsirləndirilən şəxs kənara çəkmişdir.O, yerdən qalxmış, Təqsirləndirilən şəxs yaxasından tutaraq «sən kimi vurursan» deyə soruşmuş, Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edərək, hər iki əli ilə ardıcıl şəkildə ona yumruq zərbələri endirməyə başlamış, o isə Təqsirləndirilən şəxs özündən kanarlaşdırmaq məqsədi ilə yaxasından tutub itələmişdir. Lakin Təqsirləndirilən şəxs ondan əl çəkməyərək üzərinə gəlib yumruq zərbələri endirməyə davam etmiş, zərbələr daha çox onun sifət nahiyəsinə dəymiş, hətta dodağı da partlayaraq qanamışdır.Onlar əlbəyaxa olan zaman Təqsirləndirilən şəxs onu yerə yıxmış, iki əli ilə onu boğmağa başlamış, «birdə səni bu evdə, mənim ətrafımda görsəm, səni tikətikə doğrayacağam» deyə bildirməklə onu hədələmişdir.Həmin vaxt könüllü əsaslara işləyən Şahid3 cavabdeh Təqsirləndirilən şəxs onun üzərindən kənara itələmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu sinəsindən vuraraq geriyə doğru itələyib giriş qapısından çölə çıxarmışdır.Bundan sonra, o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə polisə məlumat vermişdir.Pilləkənlərdən düşən zaman pul qabının və avtomobilin açarının Bəhruzun evində qaldığını anlamış, bu səbəbdən Asimlə birlikdə cavabdeh Təqsirləndirilən şəxs evinə gedib pul qabını və avtomobilin açarını istəmişdir.Bəhruz kobud şəkildə pul qabını və avtomobilin açarını qətirib ona qaytarmışdır.O, Təqsirləndirilən şəxs yaşadığı mənzilin yerləşdiyi mərtəbədə dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, həmin vaxt cavabdeh Təqsirləndirilən şəxs evdən çıxıb getmiş, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onu döyən zaman könüllü əsaslara işləyən Şahid3, "xxxx" şirkətinin nümayəndəsi Şahid2 və cavabdeh Təqsirləndirilən şəxs arvadı hadisənin şahidləri olmuşlar, onlardan başqa hadisə yerində heç kim olmamış, səs-küyə hər hansı qonşu gəlməmişdir.Cavabdeh Təqsirləndirilən şəxs ona «birdə səni bu evdə, mənim ətrafında görsəm, səni tikə-tikə doğrayacağam» deyə bildirməklə ölümlə hədələmiş, lakin bunu sözdə icra etmiş, əlində hər hansı kəsici-deşici alət olmamış, həmçinin onlar sakitləşdikdən sonra onu öldürməyə yönəlmiş hər hansı bir hərəkət etməmişdir.Bəhruz həmin hərəkətləri onun icranı dayandırb çıxıb getməsinə nail olmaq məqsədi ilə etmişdir.Təqsirləndirilən şəxs ona endirdiyi yumruq zərbələri onun sifət nahiyələrinə dəymiş, zərbələrin təsirindən dodağı da partlamışdır.Təqsirləndirilən şəxs yalnız onunla dava etmiş, digər şəxslərə hər hansı bir formada zor tətbiq etməmiş, öldürməklə hədələməmişdir.Onun Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsinin elan etməməsi, birbaşa olaraq qonaq otağına keçməsi, ilk zərbəni onun yetirməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır.Hadisə baş verən gün o, Bəhruza Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsini elan etmiş, Bəhruz özü ona qonaq otağına keçməsini bildirmiş, həmçinin ilk zərbəni Bəhruz ona yetirmiş, o, isə Təqsirləndirilən şəxs heç bir zərbə endirməmiş, onu itələyərək özünü müdafiə etmək istəmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, vurulmuş ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, 2017-ci ildən "xxxx" şirkətində hüquqşünas vəzifəsində işləyir.Həmin şirkətdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs "xxxx" şirkətinə təxminən 7 896 manat borcu yaranmışdır."xxxx" şirkəti Təqsirləndirilən şəxs qarşı Binəqədi Rayon Məhkəməsində mülki iddia qaldırmış, məhkəmə tərəfindən şirkətin xeyrinə qətnamə qəbul olunmuş və həmin qətnamənin icrası Binəqədi rayon icra şöbəsinə həvalə edilmişdir.Cavabdeh Təqsirləndirilən şəxs "xxxx" şirkətinə olan borcundan 4 790 manatını ödəmiş, sonuncu ödəniş 2020-ci ilin fevral ayında edilmişdir.Cavabdeh Təqsirləndirilən şəxs barəsində olan icra işi Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs icraatında olmuşdur.09.06.2021-ci il tarixdə saat 17:30 radələrində o, icra məmuru Zərərçəkmiş şəxs və Binəqədi rayon icra şöbəsində könüllü əsaslarla işləyən Şahid3 birlikdə Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsinin təmini məqsədi ilə cavabdeh Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına getmişdir.Onların məqsədləri mənzildə olan əşyaları siyahıya almaq olmuşdur.Qeyd edilən ünvana çatdıqda icra məmuru Zərərçəkmiş şəxs qapını döymüş, ilk öncə cavabdeh tərəf qapını açmaq istəməmiş, lakin icra məmuru Zərərçəkmiş şəxs ona qanunvericiliyin tələbini izah etdikdən sonra cavabdeh Təqsirləndirilən şəxs qapını açmışdır.İcra məmuru ona özünü təqdim etmiş, Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsini elan edib mənzildə olan əşyaları siyahıya almalı olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs yenə də ona mənzilə daxil olmağa icazə verməmişdir.Yenidən Bəhruzla söhbət edib, vəzifə borclarını yerinə yetirdiklərini bildirmişlər.O, icra məmuru Zərərçəkmiş şəxs xahişinə əsasən öz mobil telefonu ilə çəkiliş aparmışdır.Uzun müzakirədən sonra cavabdeh əsəbi formada Faiq və Asimin mənzilə daxil olmalarına icazə vermiş, o, isə giriş qapısının qarşısında gözləmişdir.Təxminən 1-2 dəqiqədən sonra mənzilin qonaq otağından səs-küy eşidilmiş, cavabdeh Bəhruz qışqıraraq «sənə dedim oturma» deyə bildirirmiş.O, qonaq otağına tərəf gedəndə qonaq otağındakı oturacağın və icra məmuru Zərərçəkmiş şəxs yerdə olduqlarını,Təqsirləndirilən şəxs Faiqə yumruq zərbələri endirdiyini görmüşdür.Həmin vaxt o, telefonu ilə çəkiliş aparmağa başlamış, könüllü əsaslarla işləyən Şahid3 isə Faiqlə Bəhruzu ayırmışdır.İcra məmuru Zərərçəkmiş şəxs yerdən qalxmış və onlar yenidən əlbəyaxa olmuşlar, Faiq «sən kimi vurursan» deyə soruşanda, Bəhruz «səni vururam» deyə cavab verməklə Faiqə qarşı nalayiq ifadələr işlətmişdir.Bəhruz Faiqə yenə də yumruq zərbələri endirmişdir.Həmin vaxt Şahid3 ona yaxınlaşıb eynəyini saxlamasını xahiş etmişdir.O, da çəkilişi dayandırmaq məcburiyyətində qalmışdır. Eynəyi aldıqdan sonra çəkilişi davam etdirmişdir. Bəhruz Faiqi əvvəlcə divanın üzərinə, sonra isə yerə yıxmış, sonuncunun boğazından tutub boğmağa çalışmış, ona «səni məhv edərəm» deyə bildirməklə hədələmişdir.Bundan sonra könüllü əsaslarla işləyən Şahid3 onları aralamışdır.Bir qədər sakitləşəndən sonra Təqsirləndirilən şəxs icra məmurunu itələyərək çölə çıxarmışdır.Faiq onun həmin hərəkətlərinindən şikayət edəcəyini bildirəndə Bəhruz «davay xoş getdin» deyə bildirməklə qapını bağlamış, daha sonra qapını acaraq icra işini yerə atmışdır.Bundan sonra, icra məmuru Zərərçəkmiş şəxs Azərbaycan Respubilkası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir.Zərərçəkmiş şəxs pul kisəsinin və avtomobilinin açarının cavabdehin evində qaldığından, sonuncu mənzilin qapısını döyüb həmin əşyaları istəmişdir.Bir müddətdən sonra Bəhruz evdən çıxaraq getmiş, onlar isə polis əməkdaşlarının gəlməsini gözləmişlər.Şahid2 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs icra məmuru Zərərçəkmiş şəxs döyən zaman könüllü əsaslara işləyən Şahid3, o və cavabdeh Təqsirləndirilən şəxs arvadı hadisənin şahidləri olmuşlar, onlardan başqa hadisə yerində heç kim olmamış, səs-küyə hər hansı qonşu gəlməmişdir.Təqsirləndirilən şəxs ona və ya hadisə yerində olan digər şəxslərə qarşı zor tətbiq etməmiş, yalnız icra məmuru Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib yumruq zərbələri endirmişdir.Hadisə günü, yəni 09.06.2021-ci il tarixdə səs-küy eşitdikdən sonra qonaq otağına tərəf gedəndə qonaq otağındakı oturacağı və icra məmuru Zərərçəkmiş şəxs yerdə, cavabdeh Təqsirləndirilən şəxs isə Faiqə yumruq zərbələri endirdiyini görmüşdür. Həmçinin, mübahisənin sonunda Bəhruz Faiqi əvvəlcə divanın üzərinə, sonra isə yerə yıxmış, onun boğazından tutub boğmağa çalışmış və onu hədələmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, 2020-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində könüllü əsaslarla işləyir, daha çox Binəqədi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli dövlət ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs yanında icra işini öyrənir, onunla birlikdə icra hərəkətlərində iştirak edir.Zərərçəkmiş şəxs icraatında olan, tələbkar "xxxx" şirkətinin xeyrinə cavabdeh Təqsirləndirilən şəxs qarşı icra işi ilə əlaqədar 09.06.2021-ci il tarixdə saat 17:30 radələrində o, icra məmuru Zərərçəkmiş şəxs, "xxxx" şirkətinin nümayəndəsi Şahid2 ilə birlikdə cavabdeh Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına getmişdir.İcra məmuru Zərərçəkmiş şəxs qapını döymüş, cavabdeh Təqsirləndirilən şəxs qapını açmış, Zərərçəkmiş şəxs Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-4132016 saylı icra vərəqəsi elan etdikdən sonra mənzildə olan əşyaları siyahıya almaq üçün içəri daxil olmağa icazə istəmişdir.Lakin cavabdeh qərəzli şəkildə onların içəri daxil olmalarına icazə verməmişdir.Bundan sonra onlar Bəhruza qanunvericiliyin tələbini izah etmişlər, hətta icra məmuru Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrasını yerinə yetirmək üçün gəldiyini qeyd etmişdir.Bir qədər müzakirədən sonra cavabdeh aqressiv formada «gəlin görüm nə qeydiyyata alacaqsız» deyə bildirməklə onlara içəri daxil olmağa icazə vermişdir.Cavabdehin arvadı da evdə olmuşdur.Onarla bildikdə gəlmiş "xxxx" şirkətinin nümayəndəsi Şahid2 evə daxil olmamışdır.Onlar evə daxil olandan sonra icra məmuru Faiq yazı yazmaq üçün oturmalı olduğunu bildirməklə qonaq otağına keçib oturacaqda əyləşmiş, əlində olan əşyaları isə masanın üzərinə qoymuşdur.Həmin vaxt cavabdeh «mənim evimdə icazəsiz əyləşə bilməzsən» deyə bildirməklə Zərərçəkmiş şəxs qalxmasını tələb etmişdir.Zərərçəkmiş şəxs yazı yazmaq üçün oturduğunu bildirəndə cavabdeh Bəhruz qəflətən oturacağa təpiklə vurmuş, nəticədə Faiq oturacaqla birlikdə yerə yıxılmışdır.Bundan sonra, səs-küy düşmüş, Bəhruz Faiqə yerdə yumruqla zərbələr endirməyə başlamışdır.O, birtəhər Bəhruzu otağın sağ küncünə çəkmişdir.X10 üzərinə getmək istəmiş, həmin vaxt "xxxx" şirkətinin nümayəndəsi Şahid2 mənzilə daxil olduğunu, telefonla çəkiliş apardığını görmüşdür.İcra məmuru Faiq yerdən qalxıb Bəhruzun sinəsindən tutaraq «sən kimi vurursan» deyə soruşmuş, Bəhruz isə Faiqi nalayiq ifadələrlə təhqir edərək ona yumruq zərbələri endirmişdir.Onlar hər ikisi əlbəyaxa olmuşlar, gah masanın üzərinə, gah da divanın üzərində əlbəyaxa olmuşlar.Divanın üzərində olanda Bəhruz Faiqi yerə yıxmış, onun boğazından tutub boğmağa başlamış, Faiqə «səni birdə ailəmin yanında, evimdə görsəm səni məhv edəcəyəm, doğrayacağam» deyə bildirməklə ölümlə hədələmişdir.O, birtəhər Bəhruzu kənara çəkmiş, onların mübahisə etməsinin qarşısını almışdır.Dava başlayan zaman onun gözündə eynək olmuş, Faiqlə Bəhruzu aralayanda eynəyinin sınaraq ona xəsarət yetirə biləcəyinidən ehtiyat etdiyindən eynəyini çıxarıb "xxxx" şirkətinin nümayəndəsi Şahid2 vermişdir.Bir müddət sonra Bəhruz Faiqi itələyərək təhqiramiz ifadələr işlətməklə çölə çıxarmışdır.İcra məmuru Bəhruza onun barəsində şikayət edəcəyini bildirəndə, Bəhruz «davay, getdin, nə istəyirsən elə» deyə cavab vermiş, hətta Bəhruz icra işini qapıdan bloka tullayaraq qapını bağlamışdır.İcra məmuru Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir.Zərərçəkmiş şəxs pul kisəsi və avtomobilinin açarı cavabdehin evində qaldığından Faiq qapını döyüb həmin əşyaları istəmiş, cavabdeh də aqressiv formada həmin əşyaları gətirib təqdim etmişdir.Bir müddətdən sonra isə Bəhruz evdən çıxaraq getmiş, onlar isə polis əməkdaşlarının gəlməsini gözləmişlər.Şahid3 əlavə olaraq göstərmişdir ki, cavabdeh Təqsirləndirilən şəxs icra məmuru Faiqi öldürməklə hədələsə də bunu sözdə etmişdir.Çünki əlində hər hansı bir kəsici-deşici alət olmamışdır.Həmçinin, onlar sakitləşdikdən sonra da Bəhruz Faiqə yönəlmiş hər hansı bir ciddi qanunsuzluq hərəkət etməmişdir. Bəhruz həmin hərəkətləri Faiqin icranı dayandırb çıxıb getməsi üçün etmişdir. İcra məmuru Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-4132016 saylı icra vərəqəsi elan etmiş, icra məmuru Zərərçəkmiş şəxs oturacaqda əyləşən zaman oturacağa təpiklə vurub yerə yıxmış, dava zamanı Faiqi boğaraq ölümlə hədələmiş, ilk öncə Bəhruz Faiqi vurmuşdur.Təqsirləndirilən şəxs ona və ya hadisə yerində olan digər şəxslərə qarşı zor tətbiq etməmiş, yalnız icra məmuru Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib yumruq zərbələri endirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır.Təqsirləndirilən şəxs onun əridir. Bəhruz mehriban, səmimi, heç kimlə ədavəti və düşmənçiliyi olmayan biridir. Bəhruzun "xxxx" şirkətinə borcunun olması, Binəqədi Rayon Məhkəməsinin "xxxx" şirkətinin xeyrinə qətnamə qəbul etməsi, qətnamənin icrasının Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilməsi barədə heç bir məlumatı olmamışdır. 09.06.2021-ci il tarixdə saat 19-20 radələrində üç nəfər tanımadığı şəxs onların evinə gəlmiş, əri Bəhruz qapını açmış, bir müddət sonra qapı yenindən döyülmüş, o, qapını acan zaman Bəhruz və üç nəfər şəxsin söhbət etdiyini görmüşdür.Həmin şəxslərdən biri xidməti formada olmuşdur.Onlar evə daxil olmaq istəmişlər, o və Bəhruz həmin şəxslərdən evə daxil olmaq istəmələrinin səbəbini soruşmaqla, rəsmi bir sənəd təqdim etmələrini tələb etmişlər.Bəhruzun söhbət etdiyi, xidməti formada olan şəxsin icra məmuru Zərərçəkmiş şəxs olduğunu sonradan öyrənmişdir.Faiq və yanında olan digər şəxs evə daxil olmaq istədikdə Bəhruz əlacsız qalıb, qonşuların yanında biabır olmamaq üçün buna icazə vermişdir. İcra məmuru və köməkçisi evə daxil olmuşlar.İcra məmuru Faiq heç bir söz demədən birbaşa qonaq otağına keçmiş, əlində olan açarı, pul qabını və sənədləri kobud bir şəkildə masanın üzərinə qoymuş, əsəbi şəkildə oturacağı çəkib oturmuşdur.Bəhruz Faiqə «bu nə hörmətsizlikdir, mənim evimdə icazə almadan əyləşirsən» deyə iradını bildirəndə, Faiq «yaxşı edirəm oturaram, ürəyim nə istəyir onu da edərəm» deyə cavab vermişdir. Həmin sözləri deyən zaman əl-qol hərəkətləri də etmişdir.Bəhruz Faiqə əl-qolunu yığışdırmasını, evdə xanım olduğunu bildirib dərhal evdən çıxmasını tələb etmişdir.Bir anda onlar əlbəyaxa olmuşlar, bir-birilərinə zərbələr endirməyə başlamışlar, birinci zərbəni icra məmuru Bəhruza yetirmişdir.O, həyəcandan nə edəcəyini bilməmişdir.Həmin vaxt otağın qarşısında sonradan "xxxx" şirkətinin nümayəndəsi olduğunu bildiyi şəxsin video çəkiliş apardığını görmüş və ondan kömək istəmişdir.Əri və icra məmuru bir müddət əlbəyaxa olmuşlar, hətta yerə yıxılmışlar.Lakin o, baş verənlərinin təsirindən özünü itirdiyindən,Bəhruzun icra məmurunu boğmasının və onu hədələməsinin şahidi olmamışdır.Bir müddət sonra Bəhruzla Faiqi aralamışlar, Bəhruz Faiq və digər şəxslərdən evdən çıxmalarını tələb etmişdir. İcra məmuru Faiq evdən gedərkən Bəhruza «görərsən səni tutduracam, başına oyun acacağam» deyə bildirmiş, Bəhruz da Faiqin evdə qalan sənədlərini bloka atıb getmələrini tələb etmişdir.Bundan bir neçə dəqiqə sonra Faiq qapını döyüb evdə qalmış pul kisəsi ilə avtomobilin açarını istəmiş, Bəhruz da heç bir söz demədən həmin əşyaları ona təqdim etmişdir.Daha sonra Bəhruz Azərbaycan Respubilkası DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir.Hadisə vaxtı Bəhruzun əynində olan köynək də cırılmışdır.Bundan sonra Bəhruz, əsəbi olduğundan, hava almaq üçün küçəyə çıxmış, bu səbəbdən polis əməkdaşları evə gələn zaman evdə olmamış, lakin sonradan polis bölməsinə gedərək izahat vermişdir.Şahid1 əlavə olaraq göstrmişdir ki, icra məmuru Zərərçəkmiş şəxs onun evinə gələndə Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsini elan etməmiş, həmçinin iş vaxtından kənar vaxtda, saat təxminən 19-20 radələrində gəlmiş, kobud şəkildə evə daxil olmaq istəmişdir.Mübahisə zamanı Bəhruzun Zərərçəkmiş şəxs boğazından tutaraq «səni tikə-tikə doğrayacağam» deyə bildirməklə öldürməklə hədələməsi barədə "xxxx" şirkətinin hüquqşünası Şahid2 Məhəmməd oğlu və icra məmuru Zərərçəkmiş şəxs izahatlarında göstərilənlər yalandır, O, Bəhruzun təpiklə Zərərçəkmiş şəxs oturduğu oturacağı vurmasını, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmasını görməmiş, yalnız onların anidən əlbəyaxa olduqlarını görmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin əsas səbəbi Zərərçəkmiş şəxs evdə etdiyi qeyri-etik hərəkətlər, kobudluqlar, Bəhruzu vurması olmuşdur.İcra məmuru və onunla gələn şəxslər hadisənin şahidi olmuşlar, hadisə yerinə başqa kimsə gəlməmişdir. İş materiallarında olan DVD diskə 19 iyun 2021-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs icra məmuru Zərərçəkmiş şəxs oğluna əsəbi formada mənzilə daxil olmasını icazə verir və icra məmuru Zərərçəkmiş şəxs mənzilə daxil olan zaman əlində sənədlər olması müşahidə edilir, mənzildə olan zaman Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs kimi vurursan deyə sual verir, bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gedərək nalayiq ifadələr işlədir, onu əvvəlcə divanın üstünə yıxır, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gəlib onu masanın üstünə doğru itələyir, bu zaman Təqsirləndirilən şəxs yenidən onu döyə-döyə divanın üstünə yıxır, digər bir videoda isə cavabdeh Təqsirləndirilən şəxs icra məmuru Zərərçəkmiş şəxs itələyərək mənzildən çölə doğru çıxarır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X5 Xidməti İdarəsinə 08.07.2021-ci il tarixli, 003-8921/221 saylı məktubla rayon prokurorluğuna daxil olmuş 01 ədəd DVD markalı diskə baxış protokolundan görünür ki, icra məmuru Zərərçəkmiş şəxs DİN-nin “102” zəng çağrı xidmətinə zəng edərək DİN-nin polis əməkdaşına məhkəmə qərarı əsasında xidməti vəzifəsini icra edərkən ev sahibi tərəfindən döyüldüyünü bildir, həmçinin Təqsirləndirilən şəxs “102” zəng çağrı xidmətinə icra məmuru Zərərçəkmiş şəxs ona təzyiq etməsini, vurmasını və təhqir etməsini bildirərək şikayət edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 18.06.2021-ci il tarixli, 819 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-üst dodağın selikli qişasına qansızma, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin və sol dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 09.06.2021-ci il tarixdə insan bədəninin hissələri (yumruq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər.Sıyrıqların əl barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilmələri istisna olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-genetik ekspertizasının 07.07.2021-ci il tarixli 21/431R saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd iç etiketinə “Rugatchi” sözləri yazılmış və üzərində göy rəngli zolaqları olan ağ rəngli qısaqol köynək və 01 (bir) ədəd qəhvəyi rəngli şortik üzərində qan nümunəsi aşkar edilməmiş, həmçinin keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə baş verən zaman X2 əynində olmuş 01 (bir) ədəd iç etiketində “Rugatchi” sözləri yazılmış, üzərində göy rəngli zolaqları olan ağ rəngli qısaqol köynəyin sol qolunun səthində həm X3 və həm də Zərərçəkmiş şəxs məxsus bioloji mənşəli materiallar (epiteli hüceyrələri) mövcuddur, ekspertiza nəticəsində, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd ağ rəngli qısaqol köynəyin üzərində qan nümunələrinin mövcud olduğu aşkar edilmiş və həmin nümunələr Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi kriminalistik ekspertizasının 30.07.2021-ci il tarixli, 368-MTKŞ-2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və Təqsirləndirilən şəxs məxsus şortik üzərində zədə və zədə izləri aşkar edilməmiş, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində solda cırılma zədəsi aşkar olunmuş, bu cırılma, küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əlavə-məhkəmə tibbi ekspertizasının 04.08.2021-ci il tarixli, 19/819 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər həyat və ya sağlamlığı üçün təhlükəli olan xəsarətlərə (yəni ağır dərəcəli bədən xəsarətlərinə) aid edilmədiklərindən həmin xəsarətlərinin onun həyatı üçün hər hansı təhlükəliliyinin olması inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası 10.08.2021-ci il tarixli 1756 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir.Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur.Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır.Təqsirləndirilən şəxs hazırda da törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, başqasının hiss və yaşantılarına qarşı biganə olmamaq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı "xxxx" şirkətinin xeyrinə 7 896,05 manat əsas borc, 790 manat cərimə borcu, cəmi 8586,05 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,40 manat tutulmasına dair qətnamə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinin icrası Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(001)-413/2016 məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" Şirkətinin cavabdeh Təqsirləndirilən şəxs qarşı "borcun və dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair 2(001 )-413/2016 saylı mülki iş üzrə çıxarılan 26 fevral 2016-cı il tarixli qətnamə ilə əlaqədar verilən icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 25.04.2016-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsi əsasında icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarında olan 25.04.2016-ci il tarixli, 17/68-6226-14 saylı Bildirişdən görünür ki, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsindən göstərilən tələbin borclu Təqsirləndirilən şəxs icra etməsini tələb etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Binəqədi rayon İcra Şöbəsinə verdiyi izahat və iltizamlardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(001)-413/2016 saylı icra vərəqəsini icra etməyə söz verir. İş materiallarında olan 11.08.2016-ci il tarixli 17/68-1261-14 saylı Xəbərdarlıqdan görünür ki, Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(001)-413/2016 saylı icra vərəqəsinin Təqsirləndirilən şəxs könüllü olaraq icra etməməsinə görə məsuliyyət barədə xəbardarlıq edir. İş materiallarında olan arayışdan görünür ki, 2(001)-413/2016 saylı icra işi 30.09.2019-cu il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs icraatına keçmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli 17/68-140769-19 saylı Xəbərdarlıqdan görünür ki, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs Binəqədi rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(001)-413/2016 saylı icra vərəqəsinin Təqsirləndirilən şəxs könüllü olaraq icra etməməsinə görə məsuliyyət barədə xəbardarlıq edir. İş materiallarında olan 02.12.2019-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 19.05.2021-ci il tarixli, 17/68141452-19 saylı çağırış vərəqindən görünür ki, Camalov X4 rayon İcra Şöbəsinə dəvət edilir. İş materiallarında olan 06.06.2021-ci il tarixli, 17/68142254-19 saylı çağırış vərəqindən görünür ki, Camalov X4 rayon İcra Şöbəsinə dəvət edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 24 avqust 2021-ci il tarixli, 04/11-10034 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs barəsində aparılmış xidməti araşdırmanın nəticəsində yol verdiyi nöqsanlar icra məmurunun diqqətinə çatdırılmış, onun xidməti vəzifələrinin icrası ilə əlaqədar təhqirə və fiziki gücə məruz qaldığı, etik davranış qaydalarının tələblərini pozmadığı, borcluya qarşı fiziki hərəkətlərinin sonuncunu özündən uzaqlaşdırmağa yönəldiyi və özünü müdafiə xarakterli olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" şirkətinə məxsus 19.06.2020-ci il tarixli, MA-02/209 saylı etibarnamədən görünür ki, həmin etibarnamə ilə "xxxx" şirkəti adından borc tələbi ilə bağlı qaldırılan iddialarla əlaqədar olaraq bütün məhkəmələr və digər qurumlarda təmsil etməklə işin müvəffəqiyyətli həlli üçün zəruri olan prosessual hərəkətlərlə mülkü işləri aparmağı, icra sənədlərinin icra edilməsi məqsədi ilə məhkəmə aktının məcburi icrası tələblərini etməyi, həmçinin istənilən lazımı sənədlər təqdim etməyi, almağı, vəsatət və ərizə verməyi, bu işlərlə bağlı zəruri hərəkətləri yerinə yetirməsi işlərini nümayəndə qismində səlahiyyətlər Şahid2 etibar edilir. İş materiallarında olan "xxxx" şirkətindən daxil olmuş 15.06.2021-ci il tarixli, MA-02/294 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinə olan borcundan 4 790,82 manat ödəniş etmiş və hazırda 3921,63 manat borcu qalmış, sonuncu ödənişi isə 2020-ci ilin fevral ayında etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 288.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 288.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində 2 azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini, o cümlədən ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlində cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində onun davranışı üzərinə nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməlidir. Eyni zamanda, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan 01 ədəd iç etiketində “Rugatchi” sözləri yazılmış, üzərində göy rəngli zolaqları olan ağ rəngli qısaqol kofta və 01 ədəd qəhvəyi rəngli şortik sahibi – Təqsirləndirilən şəxs və 01 ədəd ağ rəngli köynək sahibi – Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 01 ədəd iç etiketində “Rugatchi” sözləri yazılmış, üzərində göy rəngli zolaqları olan ağ rəngli qısaqol kofta və 01 ədəd qəhvəyi rəngli şortik sahibi – Təqsirləndirilən şəxs və 01 ədəd ağ rəngli köynək sahibi – Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-42/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-42/2022
10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver