Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-42/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi “BHM” və partnyorları vəkil bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, R.Məcidov küçəsi, ev 14A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, himayəsində 08 noyabr 2023-cü il təvəllüdlü azyaşlı oğlu və 08 mart 2014-cü il təvəllüdlü azyaşlı qızı olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda tamah niyyəti ilə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2011-ci ildən hazırki dövrə kimi **********, **********2, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** , **********, ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrələri ilə dövlət qeydiyyatından keçərək “Face” brendinin və “Face Studio” gözəllik salonlarının faktiki sahibi kimi fərdi sahibkarlıq subyekti qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs tapşırığı ilə qeyri-rəsmi köməkçisi kimi müxtəlif ünvanlarda yerləşən gözəllik salonlarında işlərin icra edilməsinə faktiki olaraq ümumi nəzarət funksiyasını yerinə yetirmiş, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona yalan məlumat verərək aldatmaqla həmin brend altında Bakı şəhərində ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən “Face Studio” gözəllik salonunun inzibatçılarından (administrator) 2023-cü ilin yanvar-aprel ayları ərzində salonda işləyən işçilər üçün qanunverciliklə işəgötürən tərəfindən ödənilməli olan icbari sosial sığorta haqlarını (məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı) müvafiq hesablara ödənilməsini təmin etmək məqsədi ilə mühasib Şahid11 çatdıracağı adı altında, belə bir niyyəti olmadan 19 aprel 2021-ci il tarixli 11 nömrəli françayzinq müqaviləsi əsasında Şahid12 adına **********2 nömrəli VÖEN-lə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 2943-cü məhəllədə fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid1 2023-cü ilin yanvar ayı üçün DSMF ödənişi olan 662 manat pulu həmin ilin yanvar ayının sonlarında, Şahid15 2023-cü ilin fevral ayı üçün 706 manat pulu həmin ilin mart ayının ortalarında, 2023-cü ilin mart üçün 759 manat pulu həmin ilin aprel ayının ortalarında, 01 yanvar 2022-ci il tarixli 10 nömrəli françayzinq müqaviləsi əsasında Şahid3 adına ********** nömrəli VÖEN-lə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 38 saylı binada fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid8 2023-cü ilin yanvar ayı üçün DSMF ödənişi olan 776 manat pulu həmin ilin fevral ayının ortalarında, Şahid3 2023cü ilin fevral ayı üçün 734 manat pulu həmin ilin mart ayının əvvəllərində, Şahid5 2023-cü ilin mart ayı üçün 589 manat pulu həmin ilin aprel ayının əvvəllərində, 19 aprel 2021-ci il tarixli 002 nömrəli françayzinq müqaviləsi əsasında Şahid6 adına ********** nömrəli VÖENlə ünvan 3 ünvanında fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid13 2023-cü ilin yanvar ayı üçün DSMF ödənişi olan 625 manat pulu həmin ilin yanvar ayının sonlarında, Şahid7 Yunis qızından fevral ayı üçün 625 manat pulu həmin ilin mart ayının ortalarında, mart ayı üzrə 625 manat pulu həmin ilin aprel ayının ortalarında, 14 aprel 2021-ci il tarixli 005 nömrəli françayzinq müqaviləsi əsasında X17 adına ********** nömrəli VÖEN-lə ünvan 4 ünvanında fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid5 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 805 manat pulu həmin ilin fevral ayının əvvəllərində, Şahid13 fevral ayı üzrə 755 manat pulu həmin ilin mart ayının əvvəllərində, mart ayı üzrə 723 manat pulu həmin ilin aprel ayının əvvəllərində, 14 aprel 2021-ci il tarixli 001 nömrəli françayzinq müqaviləsi əsasında X11 adına ********** nömrəli VÖEN-lə ünvan 5 ünvanında fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid12 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 883 manat pulu həmin ilin fevral ayının əvvəlində, fevral ayı üzrə 1326 manat pulu həmin ilin fevral ayının sonlarında, mart ayı üzrə 765 manat pulu həmin ilin mart ayının sonlarında, 14 aprel 2021-ci il tarixli 007 nömrəli françayzinq müqaviləsi əsasında Şahid5 adına ********** nömrəli VÖEN-lə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə 1 və 2 saylı binalarda fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid6 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 887 manat pulu həmin ilin fevral ayının ortalarında, Şahid2 fevral ayı üzrə 855 manat pulu həmin ilin mart ayının əvvəllərində, mart ayı üzrə 936 manat pulu həmin ilin aprel ayının əvvəllərində, 14 aprel 2021-ci il tarixli 012 nömrəli françayzinq müqaviləsi əsasında X4 adına ********** nömrəli VÖEN-lə ünvan 6 ünvanında fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid12 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 676 manat pulu həmin ilin yanvar ayının sonlarında, Şahid1 fevral ayı üzrə 409 manat pulu həmin ilin fevral ayının sonlarında, mart ayı üzrə 409 manat pulu həmin ilin mart ayının sonlarında, 01 iyun 2022-ci il tarixli 009 nömrəli françayzinq müqaviləsi əsasında X16 adına ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən ünvan 7 ünvanında “FACE STUDİO” gözəllik salonunda administrator işləmiş Şahid5 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 712 manat pulu həmin ilin fevral ayının ortalarında, Şahid8 fevral ayı üzrə 622 manat pulu həmin ilin mart ayının ortalarında, mart ayı üzrə 629 manat pulu həmin ilin aprel ayının ortalarında, 23 sentyabr 2021-ci il tarixli 013 nömrəli françayzinq müqaviləsi əsasında Şahid10 adına ********** nömrəli VÖEN-lə ünvan 8 ünvanında fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda fərdi sahibkar olmaqla inzibatçı (administrator) vəzifəsini icra edən Şahid10 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 1.250 manat pulu həmin ilin fevral ayının əvvəllərində, administrator Şahid6 fevral ayı üzrə 879 manat pulu həmin ilin fevral ayının sonlarında, mart ayı üzrə 1039 manat pulu həmin ilin mart ayının sonlarında, 14 aprel 2021-ci il tarixli 003 nömrəli françayzinq müqaviləsi əsasında ünvan 9 ünvanında X6 adına ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda və X7 adına olan ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən lazer studioda administrator işləmiş Şahid9 Ramiz qızından 2023-cü ilin yanvar ayı üzrə 1.986 manat pulu həmin ilin yanvar ayının sonlarında, fevral ayı üzrə 1.941 manat pulu həmin ilin fevral ayının sonlarında, mart ayı üzrə 1.962 manat pulu həmin ilin mart ayının sonlarında, 01 yanvar 2021-ci il tarixli 014 nömrəli françayzinq müqaviləsi əsasında ünvan 10 ünvanında X8 adına ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda və X12 adına olan ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən lazer studioda administrator işləmiş Şahid14 2023-cü ilin yanvar ayı üzrə DSMF ödənişi olan 1.964 manat pulu həmin ilin fevral ayının əvvəllərində, Şahid3 fevral ayı üzrə 2.325 manat pulu həmin ilin mart ayının ortalarında, mart ayı üzrə 1.931 manat pulu həmin ilin aprel ayının əvvəllərində olmaqla faktiki olaraq Zərərçəkmiş şəxs məxsus xeyli miqdar təşkil edən cəmi 32.770 manat pul vəsaitlərini “Face Studio” gözəllik salonunun ünvan 10 ünvanında yerləşən filialında və Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən “Dəmirçi plaza” biznes mərkəzinin 6-c mərtəbəsində yerləşən “Face” adlı inzibati ofisdə adları qeyd olunmuş inzibatçılardan şəxsən qəbul edərək pul vəsaitini müvafiq işçilərin icbari sosial sığorta haqlarınının ödənilməsinə yönəltməyib şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq ona məxsus 32.770 manat xeyli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək bildirmişdir ki, ilk əvvəl “Face Studiya”-nı Zərərçəkmiş şəxsla Nərgiz xanım şərik işlətmişlər. O da həmin vaxt orada inzibatçı işləmişdir. 2018 və ya 2019-cü ildə onlar ayrılanda o Nərgiz xanımla qalmış, onun inzibatçısı və sağ əli olmuşdur. Daha sonra 3 ay ərzində Zərərçəkmiş şəxs onla birlikdə işləməsini xahiş edərək onun maaşını da yüksək edəcəyini bildirmişdir. Həmin vaxtı o, Nərgiz xanımın yanında 1200 manat almışdır. Rüfət ona “sən daha inzibatçı yox, mənim sağ əlim olacaqsan” və yeni evləndiyimdən və uşağım olduğundan ailəmə də vaxt ayıracağımı, bütün bizneslə mənim məşğul olacağımı bildirmişdir. Həmin vaxtı Rüfətin 7 salonu olmuşdur. 2019-cu ilin oktyabr ayından onun yanında işləməyə başlamış, Rüfətin yanından çıxanda isə Rüfətə 14 salon, 9 quru təmizləmə, 1 ədəd restoran və 2 ədəd də inşaat mağazası təhvil vermişdir. Onların hamısının idarə edilməsi, təmiri, işlədilməsi onun nəzarəti ilə olmuşdur. Bu hadisələrin yaranmasından bir il əvvəl Rüfətin vergidə problemi olmuşdur. Yəni, indiyə kimi də vergidən yayınmışdır. Vergidən yoxlama gələrək bütün filiallara 70000 manata yaxın cərimə yazmışlar və sadəcə onun olduğu filiala cərimə yazılmamışdır. Ondan sonra Rüfət cərimə yazıldığını, vəziyyətin pis və pulun az olduğunu bildirmişdir. Həmin vaxtı Rüfət elektrik mallarının satışı mağazası açmış, həmin mağazanın təmirini etdikdən, mağaza hazır olduqdan sonra Rüfət həmin mağazanın da fəaliyyətini dayandıracağını və restoran açacağını, ancaq pulunun olmadığını, ona görə də onun faizini dayandıracağını bildirmişdir. O, Rüfətlə 10 ilə yaxın işləmiş, ondan çox Rüfətlə heç kim işləməmişdir. O da razılaşaraq işlər düzəldikdən sonra faizinin verilməsini bildirmişdir. O, həm maaşa işləmiş, həm də 10 faiz almışdır. Həmin faizi də bütün işçiləri və salonları idarə etməyin müqabilində almışdır. Rüfət demək olar ki, heç nə etməmişdir. Onun maaşı ilk öncə 2000 manat olmuş, daha sonra 2500 manat almağa başlamışdır. Faizi bütün obyektlərdən ümumi almışdır. O, Rüfətlə sonra danışmışdır ki, faizi vermirsə heç olmasa maaşını qaldırsın. Rüfət də bildirmişdir ki, 2 obyekt açılmalıdır, onları da açıb qurtarsın, maaşını qaldıracaqdır. O da 5000 manat maaş istəyəndə Rüfət 5000 manat verə bilməyəcəyini, 4000 manat və 500 manat da əlavə yol pulun üçün verəyini bildrimişdir. Çünki, o səhər saat 08:00-dan gecə saat 03:00-a kimi istirahətsiz işləmişdir. 2023-cü ilin yanvar ayı olmuş və Rüfət onun maaşını qaldırmamışdır. Rüfət həmin vaxtları bir çox xarici ölkələrə getmiş, özünə avtomobil və torpaq almış, lakin aldıqlarını ondan gizlətmişdir. Rüfətin aldıqlarının hamısı kredit olmuş, avtomobili də kreditə alaraq aya 10000 manatdan çox kredit ödəmişdir. Bundan sonra o Rüfətlə danışaraq uşağını tək böyütdüyünü, indiyə kimi nə evinin, nə də avtomobilinin olmadığını, əgər vəziyyəti belə pisdirsə Rüfətə xarici ölkələrə getməməsini bildirmişdir. Həmin vaxtı maaşını alsa da, faizini almamışdır. Bundan başqa Rüfətə maaşını qaldırmasını bildirərkən Rüfət ona gələn aydan maaşını qaldıracağını bildirmişdir. Həmin ay o öz maaşını özü götürmüşdür. Yəni, 4000 manat maaşını götürmüş və mübahisə də bundan sonra başlamışdır. Həmişəki kimi kassadan gedib özü öz maaşını götürmüş və bu barədə kassada qeydiyyat aparılmışdır. Daha sonra o Gəncədə olarkən Rüfət ona zəng edərək “sən niyə öz maaşını qaldırmısan?” demiş, o da yanvar ayından maaşın qalxacağı barədə danışdıqlarını, artıq fevral ayı olduğundan danışdıqları maaşı götürdüyünü bildirmişdir. Həmin vaxtı ona başqa yerdən də iş təklifi gəlmiş və 6000 manat təklif etmişlər. Buna görə də, o, Rüfətə öz ustalarını götürüb, çıxıb gedəcəyini bildirmişdir. O, pulların hamısını təhvil alaraq Rüfətə vermişdir. Həmin vaxtı onların ofisi Xətai rayonunda yerləşən “Dəmirçi” plazada idi. Rüfətlə onun otaqları yanbayan olmuş, hər ayın 1-i və 14-ü pulları yığıb, Rüfətə vermiş, 1 il ərzində Rüfətin ona hardasa 65-70 min manat faiz verməli olsa da, bir dəfə ona 10000 manat və bir dəfə də 13000 manat vermiş, o da olan kreditlərini ödəyərək bağlamışdır. Ümumilikdə Rüfət ona 34000 və ya 36000 manat vermiş, digər məbləğ isə qalıq qalmışdır. Aprel ayında hamilə olmuş, artıq onun şəxsi işləri də qarışmağa başlamışdır. Daha sonra Rüfət ona yazaraq işlərini təhvil verməsini, birbirilərinə problem yaratmamağı, səssiz çıxıb getməsini bildirmişdir. O, isə öz ustalarını da özü ilə apararaq gedəcəyini bildirəndə Rüfət onun başına oyun açacağını bildirmişdir. O, indiyə kimi orada olan əşyalarını belə götürməmişdir. Bu hadisənin üstündən 2 gün sonra onun bacısına Rüfət SMS göndərərək şikayət edəcəyini, mənim özümə problem yaratdığımı bildirmişdir. Bacısıda ona zəng edərək Rüfətin dediklərini ona çatdırmışdır. O Rüfətə zəng edərək danışmaq isətəsə də, Rüfət onun nömrəsini bloka atmışdır. Bir neçə müddət sonra Xətai rayon prokuroluğunun əməkdaşı Fariz İbrahimov ona zəng edərək prokurorluğa çağırmışdır. Hansı ki, həmin Fariz İbrahimov öz obyektini Zərərçəkmiş şəxs icarəyə vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 32700 manat pulu bir dəfəyə deyil hissə-hissə götürmüşdür. Rüfət müxtəlif vaxtlarda bir hissəsini özü vermişdir. Həmin qeyd olunan məbləği gördüyü işin müqabilində almış, həmin pulların da DSMF ödənişləri olubolmaması da Rüfətin məsuliyyəti olmuşdur. Çünki, o, DSMF ödənişləri etməmiş, həmin ödənişləri Rüfət və mühasib etmişdir. Rüfət o ödənişləri 3 ay ərzində ödəyə biləcəyini bildirərək hissə-hissə ona 32700 manat vermiş, lakin həmin vəsait ona veriləndə DSMF ödənişləri olduğunu bilməmiş, sonradan DSMF ödənişləri olduğunu bilmişdir. Bunu sonradan bu cür “düz-qoş” etmişlər ki, guya həmin pullar DSMF ödənişləri olmuşdur. Bura gələn şahidlər Rüfətin işçiləridir və Rüfət nə bildirsə, şahidlər də burada təkrar etmişlər. Rüfət həmin işçilərin hamısının adına kredit götürmüş, həmin ödənişləri də Rüfət edir. Onun heç əmək müqaviləsi də olmamış, həmin yerdə 7 il Rusiya vətəndaşı kimi çalışmış, axırda özü öz sənədlərini düzəldərək Azərbaycan vətəndaşlığı almışdır. DSMF ödənişlərinin 70 faizini VÖEN sahibləri, 30 faizini isə işçilər ödəməlidir. Lakin VÖEN sahibləri də həmin yerdə heç bir sözə sahib deyillər. Ustalarla da heç bir danışıq olmamışdır. Rüfət razı olmayan ustalara isə iş yerini tərk etmələrini bildirmişdir. Mühasiblər, yəni Əli və Anar “whatsapp” qrupuna siyahı göndərmiş, inzibatçılar da öz obyektlərində olan işçilərdən 105 manat yığmışdır. Daha sonra həmin yığılan məbləğləri hesabat vaxtında, yəni ayın 1 və 14-də ofisdə ona vermişlər. O da bütün pulları Rüfətə təhvil vermişdir. Gəlir və DSMF ödənişləri ona birlikdə verildiyindən o da həmin pulları ayrmadan birlikdə götürüb Rüfətə təhvil vermiş, 3 aydan bir də DSMF ödənişləri ödənilmişdir. Ancaq pullar hər ay yığılmışdır. Artıq bir ildir ki, o pulunun verilməməsi barədə söhbəti açdıqdan sonra Rüfətlə aralarında mübahisə yaranır, o, Rüfətə gedəcəyini bildirmiş, Rüfət də ona qalaraq işləməsini və yavaş-yavaş pulunu verəcəyini bildirmişdir. Rüfət daha sonra DSMF ödənişini mühasiblərə vermiş, həmin 3 ayın pulunu isə verməmişdir. Çünki, 3 aydan bir DSMF ödənişlərini etmişdir. O, yanvardan aprel ayına qədər olan DSMF ödənişlərini alaraq Rüfətə vermişdir. Rüfət müxtəlif vaxtlarda ona 10000 manat və 13000 manat pul vermişdir. Ancaq həmin pulların DSMF ödənişləri olubolmamasını dəqiq bilmir. Rüfət ona bildirmişdir ki, götürsün, onsuzda DSMF ödənişləri 3 aydan bir edilir, özü ödəyəcəkdir. Aralarında mübahisə çıxanda isə artıq Rüfət hər şeyi başqa şəkildə bildirmişlər. Sonra DSMF ödənişlərini kimin etməsindən xəbəri yoxdur. O, işdən 2023-cü ilin aprel ayının ortasından çıxmışdır. DSMF ödənişlərinin olmaması ilə bağlı mühasiblər ona və Rüfətə bildirmişdir. Ona gəlirlərin 10 faizi məbləğində ödəniş ediləcəyi barədə Rüfətlə aralarındakı razılaşma şifahi şəkildə olmuşdur. O işlədiyi müddətdə rəsmi əmək müqaviləsi olmadan işləmiş, Rüfət də ona ödənişləri nağd şəklində və əlbəəl vermişdir. Maaşı o obyektdən götürmüş, amma faizi əlbəəl almışdır. Bir tək ona maaşını istədiyi vaxt götürməsi üçün icazə verilmiş, digər işçilər isə yalnız ayın 1-də maaşlarını götürə bilərdilər. Rüfətin öz proqramı olmuş və orada hər şey yazılmışdır. Yəni kim nə götürürdüsə, orada qəpiyinə qədər hər şey qeyd edilirdi. Bütün obyektlərə nəzarəti o etmiş, lakin hər addımını Rüfətə bildirmiş, hər şeydən də Rüfətin xəbəri olmuşdur. Françayzinq müqaviləsi isə boş bir söhbət olmuşdur. Vergidə Rüfətin bir dostu olmuş, o belə françayzinq müqaviləsi ilə rəsmiləşdirmə aparıla biləcəyini bildirmişdir. İş materiallarında olan SMS-i isə o yazmamış, həmin nömrə onların iş telefonu olmuş, lazım olsa idi zəng edərək sözünü deyərdi. Telefonla da SMS yazmamış, ümumiyyətlə həmin telefonun parolu olmamış, orada işləyən hər bir şəxs qeyd edilən SMS-i yaza bilərdi. Onun Zərərçəkmiş şəxsla səs yazılarının olub-olmaması isə yadında deyildir, bildiyi qədər olmamalıdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Fatimə kassadan pul oğurlamışdır. İlk dəfə bu cür hadisə 2 il bundan qabaq yaşanmış, həmin vaxtı da Fatimə kassadan 18000 manat pul oğurlamış, problemi olduğunu bildirərək həmin pulu götürdüyünü, onu bağışlamasını, hər ayda maaşından pulu qaytaracağını bildirərək yenidən işləməsini xahiş etmişdir. Həmin vaxt məbləğ çox böyük olmadığından düşünmüşdür ki, qalıb işləsin. Həm də işi apardığından onu dəyişmək istəməmişdir, ona görə də razılaşmışdır. Fatimə də hər ay 1000 manat olmaqla maaşından götürülmüş pulu qaytararaq borcunu bağlamışdır. Daha sonra bir neçə ay keçmiş və bu hadisəni törətmişdir, yenidən «Whatsappda” ona kassadan 41000 manat pul götürdüyünü, imkan varsa yenə qalıb işləməsini, aylıq da maaşından ödəməsini yazmışdır. O Fatiməyə götürdüyü pulu yerinə qoymasını bildirmişdir. Daha sonra özü, bacısı və 2 nəfər də iş yoldaşı onun ofisinə gələrək vaxt verməyi xahiş edərək 10 gün ərzində pulu qaytaracaqlarını bildirmişlər. O razılaşmış və 10 gün vaxt vermişdir. Artıq 3-cü gündə ona heç bir manat da ödəniş etməyəcəyini, istədiyini etməyi bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, pullar onun olmuş, 13 ədəd gözəllik salonu isə onun adına deyil başqa şəxslərin adına olmuş, françayzinq müqaviləsi ilə fəaliyyət göstərmiş, faktiki rəhbəri isə özü olmuşdur. ƏDV qeydiyyatına düşməmək üçün 13 yerə bölmüşlər, bu vergidən yayınmaq üçün olmamışdır. Ondan əlavə 2 nəfər də başqa şərikləri olmuş, əldə edilən gəlirlər demək olar ki, ona çatmış, sonra isə şərikləri ilə bölüşmüşdür. Həmin obyektlərdə işi o özü aparmış, şəriklərinin isə adları heç yerdə olmamış, onlar sadəcə pul qoymuşlar. Fatimə 5-6 il idir onunla işləmiş və şəxsi köməkçisi olmuş, bütün işləri görərək menecer kimi işləmişdir. Götürdüyü pullar isə vergi ilə DSMF ödənişləri olmuşdur. Həmin pulları hər bir salondan yığaraq mühasibə vermişdir. Hər 3 aydan bir pulları yığmış və mühasib də ödənişləri etmişdir. Fatimə özü 41000 manat götürməsini pulu oğurladığı gün Whatsapp qrupunda etiraf etmişdir. Onlar özü pulları hesablayaraq 50000 manata yaxın olduğunu müəyyən etmişlər. Təssüf ki, istintaq həmin məbləği aşağı hesablamışdır. Fatimə 4000 manat maaş, 800 manat da yol pulu olmaqla ümumilikdə 4800 manat pul almışdır. 2 il bundan qabaq şikayət etməməsinin səbəbi həmin vaxtlar məbləğin çox da böyük olmaması olmuş, səhv etdiyini, təkrarlanamayacağını fikirləşmişdir. Fatimənin hərəkətlərinin bu cür davam etdiyini gördüyündən şikayət etmişdir. Fatimə isə şəxsi borcları olduğunu, faizə pul götürdüyünü və ora verdiyini bildirmişdir. Salonda işləyənlər françayzinq əsasında işləsələr də, özləri DSMF ödənişlərini ödəməmiş, həmin ödənişləri Fatimə yığaraq baş mühasibə vermişdir. Ödənilməmiş pulları isə sonradan o ödəmiş və zərər də ona dəymişdir. 2021-ci ilin avuqst ayından 2023-cü ilin aprel ayına kimi Fatimə qeyri-rəsmi olaraq işləmişdir. O əslində elə rəsmi qeydiyyatda olmuşdur. Onlar da ofisdə müdir köməkçisi kimi qeydiyyatda olmuşdur. Ofisin yeri dəyişmiş, daha sonra mühasibin səhvi olmuşdur ki, onu yenidən rəsmi işə götürməmişdir. Şahid16 isə onun qohumu, bacısının yoldaşıdır və aralarında françayzinq müqaviləsi bağlanmışdır. Şahid16la bu işi ilkin araşdırmaya götürən Fariz İbrahimov arasında icarə müqaviləsi olduğu, Farizə nə qədər aylıq pul ödədiyi yadında deyil. Həmin pulları Anar vasitəsi ilə ödəmişdir. O, Farizlə 1 ay bundan əvvəl bir dəfə telefonda icarə müqaviləsi iə bağlı danışmışdır. Şahidləri istintaqda özü qarşılamışdır, çünki, hamı qorxmuşdu. Face studiolarda pullar kartla və nağd şəkildə ödənilmişdir, başqa formada yığımlar olmamışdır. Adminstratorlar ayda 2 dəfə yığılan pulları ona təhvil vermişdir. Digər adlarına VÖEN olanlar isə oradan bonus almışlar. Mühasib bütün pulları nağdlaşdırmışdır. Yanvardan marta qədər onlarda 700000 manata yaxın dövriyyə ola bilməzdi. Özünün qeydiyyatdan keçdiyi VÖEN nömrəsini bilir, bu 13 obyektin içində əvvəl olmuş, sonra isə olmamışdır. Məhkəmə iclasında təkrar dindirilməsi zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəlki vəkil onu səhv yönləndirərərk əmtəə nişanı onun adına olduğundan ziyan da ona dəymiş və buna görə də o zərəçəkmiş hesab olunmalıdır. Amma, sadəcə olaraq həmin obyektlərdə o francayzinqin reklamı və mühasibatlığını o edir. İbtidai istintaqın əvvəlindən axırına kimi, həmçinin məhkəmə iclaslarında da ifadə verəndə hazırda göstərdiklərinini bildirməməsinin səbəbinin nə olması barədə ona verilmiş suallara cavab olaraq həmin pulların ona aid olmadığını, kassanın pulları olduğunu, həmin pulları mühasibatlığa DSMF ödənişlərini etməsi üçün verməli olduğunu, həmin pulların adlarına VÖEN-lər olan şəxslərin pulları olduğunu, maddi olaraq ona ziyan dəymədiyini, ziyanın faktiki olaraq adlarına VÖEN olan sahibkarlara dəydiyini, bu işin də səhv getməsinə səbəbin əvvəlki vəkil olduğunu, ona düzgün izah etmədiyini, ancaq indi hər şeyin ona tam aydın olduğunu, ona heç bir ziyan dəymədiyini, 32700 manat vəsaiti adlarına VÖEN olan sahibkarların ona təqdim etdiyini və onun da həmin DSMF ödənişlərini etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsində olan face studiyanın sahibkarıdır, ********** saylı VÖEN də ona məxsusdur. Orada da hər şeyi özü idarə edir, hər şey də ona aiddir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 10 ildir ki, ********** saylı VÖEN-lə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fatimə xanımı da tanıyır. O menecer vəzifəsində işləmiş, işləri idarə etmişdir. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında DSMF ödənişləri yığılaraq Fatimə xanıma verilmişdir. Təxminən 855 manat və 723 manat pul verməsi yadında qalmışdır. Ödənişləri Fatimə xanım etmiş, səlahiyyətli şəxs o olmuşdur. Həmin ödənişləri də ustalardan yığıb etmişlər. Rüfətə o sadəcə reklam xarakterli biznesin təkmilləşdirilməsi məqsədi ilə işləri həvalə etmiş, müqavilə ilə bunu həyata keçirmişlər. Rüfətin onların gözəllik salonunun işçiləri ilə birbaşa əlaqəsi olmamışdır. 10 ildir ki Rüfətlə müqavilə ilə işləyir. DSMF ödənişləri onun vəsaiti hesabına ödənilmişdir. Yekunda ödənilən DSMF ödənişlərini onlar yığıb Rüfətə vermişlər ki, ödəsin. Yəni onların vəsaiti hesabına ödənilmiş, ziyan da ona dəymiş, Rüfətə isə hər hansı ziyan dəyməmişdir. İstintaqda bununla bağlı heç bir ərizə verməmiş, hazırda zərərçəkmiş şəxs kimi onun tanınmağını istəyir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə olan vaxtları “Face Studio” gözəllik salonunda inzibatçı işləmişdir. Hər 3 aydan bir müxtəlif filiallarda olmuşdur. Hal-hazırda isə işləmir. Həmin vaxtı DSMF-yə olunacaq ödənişləri Fatiməyə vermişdir. O, özü 2021-ci ildən “Face Studio” gözəllik salonunda işləmişdir. 2024-cü il fevralın 14-dən həmin yerdən işdən çıxmışdır. Ən çox Nərimanov filialında işləmişdir. Fatiməni də müdirin köməkçisi kimi tanımışdır. Müdirləri Rüfət olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, təxminən 3 dəfə ödəniş etmişdir. Hansı aylar və nə qədər ödəməsi yadında qalmadığından dəqiq deyə bilməyəcəkdir. O,“Face Studio” gözəllik salonuna gələndə o biri işçilər DSMF ödənişlərini Fatiməyə verdiyini gördüyündən o da ödənişləri Fatiməyə vermişdir. Bunlar isə Rüfətin tapşırığı ilə olmuşdur. Onlar özlərindən heç nə edə bilməmiş, Fatiməni müdir kimi bilmişlər. Ondan Fatimə pul götürəndə nə üçün götürdüyünü soruşmuşdur, çünki, o hesabat vermişdir. Onların hamısını qeyd etməli olmuşdur. Rüfət də onların hamısını görmüş, sistem o formada qurulmuşdur. DSMF pullarını əlbəl şəxsən Fatimənin özünə vermişdir. O, işlədiyi bütün vaxtlarda DSMF ödənişlərini Fatiməyə vermişdir. Yanvar ayında dekabr ayının ödənişlərini vermişdir, 1 ay əvvəlki ödənişləri vermişlər. O, Fatiməyə ancaq DSMF ödənişlərini vermiş, daha sonra Fatimə tərəfindən DSMF ödənişlərinin mənimsənilməsini eşitmişdir. Xətai Rayon Prokurorluğunda izahat vermişdir, bir dəfə Rüfət müəllim gəlmiş, orada olduğunu gördükdən sonra çöldə gözləmişdir, deyəsən içəri keçməmişdir. Nəsimi rayonunda fəaliyyət göstərən “Face Studio” gözəllik salonu Şahid3 adına olmuşdur. Nərimanovdakı filial X16 adına olmuşdur. DSMF ödənişləri ustaların pulları olmuş və onlardan yığılmış və onların gündəlik pullarından çıxmışlar. İttihamda qeyd olunan məbləğlər 776, 622 və 629 manat onun tərəfindən Fatiməyə verilmişdir. Həmin məbləğlər ustaların özündən yığılaraq ödənilmişdir. Kassaya heç kim toxuna bilməmiş, işçilərin özündən alınıb ödəniş edilmişdir. Onlarda olan iclaslarda mühasib də iştirak etmişdir. Hər şey barəsində onlara bildirmişdir. Fatimənin DSMF ödənişlərini etmədiyi barədə həmin mühasib iclaslarda nəsə bildirməmişdir. Özü sistemdən nəzarət etmişdir. İclaslarda ödəniş edilməməsi ilə bağlı heç nə deyilməmişdir və ondan də heç nə soruşulmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildrərək göstərmişdir ki, hadisə olan vaxtları “Face Studio” gözəllik salonunda inzibatçı işləmiş, tez-tez filialları dəyişmişdir. Hal-hazırda isə həmin yerdə işləmir. “Razin” və Xətai filialının DSMF ödənişlərini Fatiməyə vermişdir. 2020-ci ilin fevral ayından 2024-cü ilin sentyabr ayına kimi “Face Studio” gözəllik salonunda işləmişdir. Verilmiş suallara cavab olaarq göstərmişdir ki, Fatiməni Rüfət müəllimin köməkçisi kimi tanımış, Rüfət isə onların müdiri olmuşdur. Fəaliyyət göstərdiyi Xətai filialında VÖEN X11 adına olmuş, “Razin” filialı isə X4 adına olmuşdur. İranəni arada görmüşdür, Tofiqi isə görməmiş, Onu işə isə Rüfət götürmüş, ona görə də onu müdir hesab etmişdir. O, orada 5 il işlədiyi müddət ərzində hər ay işçilərdən DSMF ödənişlərini yığıb Fatiməyə vermişdir. Lakin məbləğlər hazırda tam yadında qalmamışdır. Pulları şəxsən Fatiməyə vermiş, Fatimə ondan pul götürəndə nə üçün götürdüyünü soruşmamışdır. DSMF ödənişləri ilə bağlı götürülən pullar barədə qeyd edib, məlumat vermişdir. Amma, başqa götürülən məbləğlər barədə məlumat verməmişdir. Arada Fatimənin kartına da pul göndərdiyi hallar da olmuş, lakin səbəbini soruşmamışdır. Karta göndərilən pulla bağlı heç kimin xəbəri olmamış, ayın sonu Fatimə götürdüyü pulu geri qaytarmışdır. Kassadan Fatimənin əlavə pul götürüb qaytarmaması kimi bir hal olmamışdır. Ayın 1-i və 14-ü keçirilən iclaslarda mühasib də iştirak etmiş, mühasib tərəfindən DSMF ödənişlərinin edilməməsi və kassada hər hansı məbləğin çatışmamazlığı barədə nəsə deyildiyini isə eşitməmişdir. Xətai Rayon Prokurorluğunda izahat verərkən Rüfət yanında olmuş, lakin, o sərbəst izahat vermiş, heç kimsə müdaxilə etməmişdir. İttiham aktında göstərilən 676, 883, 1326 və 765 manat DSMF ödənişləri barədə yazılanlar düzgündür. Bu məbləğlər hamısı işçilərin özündən yığılmış pullar olmuşdur. Yəni DSMF ödənişlərini işçilərdən yığıb vermişlər. Şahid12 məhkəmə iclasında təkrar dindirilməsi zamanı ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsində olan face studiyanın sahibkarıdır. ********** saylı VÖEN onun adınadır. Orada da hər şeyi özü idarə edir, hər şey də ona aiddir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 10 ildir ki, qeyd edilən VÖEN ilə fəaliyyət göstərir. Fatimə xanım da menecer vəzifəsində işləmiş, işləri idarə etmişdir. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında DSMF ödənişləri yığılaraq Fatimə xanıma verilmişdir. Təxminən 855 manat və 723 manat pul verdiyini yadında qalmışdır. Ödənişləri o etmiş, səlahiyyətli şəxs də o olmuşdur. Həmin ödənişləri isə ustalardan yığıb vermişlər. Rüfət ilə onların sadəcə reklam xarakterli biznesin təkmilləşdirilməsi məqsədi ilə işlərin ona həvalə edilməsi barədə müqavilələri olmuşdur. Rüfətin onların gözəllik salonunun işçiləri ilə heç bir əlaqəsi yoxdur, Rüfətlə müqavilə əsasında 10 ildir işləyirlər. DSMF ödənişləri onun vəsaiti hesabına ödənilmişdir. Yekunda ödənilən DSMF ödənişlərini onlar yığıb Rüfətə vermişlər ki, ödəsin. Yəni onların vəsaiti hesabına ödənilmiş, ziyan da ona dəymiş, Rüfətə ziyan dəyməmişdir. İstintaqda bununla bağlı heç bir ərizə verməmiş, zərərçəkmiş şəxs kimi onun tanınmağını istəyir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, hadisə olan vaxtları “Face Studio” gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, tez-tez yerləri dəyişmiş və müxtəlif filiallarda işləmişdir. 2021-ci il dekabr ayından 2024-cü ilin mart ayının 6-sına kimi orada işləmiş, hal-hazırda isə həmin yerdə işləmir. Demək olar ki, o bütün salonlarda işləmişdir. Fatiməni də müdir köməkçisi kimi tanışmış, müdiri isə Rüfət olmuşdur. Aylıq olaraq ustalardan və köməkçilərdən pulları yığıb Fatiməyə “Dəmirçi Plaza” adlanan ofisdə təhvil vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hansı aylar və nə qədər ödəməsi hazırda yadında qalmamış, istintaqdakı ifadəsindəki göstərdiyi tarix və məbləğlər doğrudur. O ifadəni həmin vaxtlarda verdiyi üçün yadında qalmış, hal-hazırda isə unutmuşdur. Rüfətin tapşırığı ilə ödənişləri Fatiməyə vermişlər. Keçirilən iclaslarda Fatimənin DSMF ödənişlərini etmədiyi barədə mühasibin nəsə bildirməsini xatırlamır. Xətai Rayon Prokurorluğunda izahat verəndə Rüfət də otaqda olmuşdur. Ümumi şəkildə onlara izahat verəcəkləri bildirilmiş, ümumi Whatsapp qrupuna sabah izahat veriləndə hansı məbləğləri bildirərəcəkləri yazılmışdır. Amma, həmin yazının kim tərəfindən yazıldığını xatırlamır. Onlar tərəfindən verilən məbləğləri dəqiqləşdirmək üçün qrupa yazılmışdır. Ola bilər ki, Fatimənin kassadan götürdüyü məbləğlər az olmuşdur, lakin sonradan cəm şəklində verilmişdir. Fatimənin kassadan pul götürmək səlahiyyəti olmuş, Rüfət bu pulların götürüldüyünü sistemdə görmüş və ondan bu barədə heçnə soruşmamış, bu onların öz aralarında olan məsələ olmuşdur. Fatimə ondan DSMF ödənişlərindən əlavə hər hansı bir başqa ödəniş üçün pul götürsə, onun qeydiyyatını aparmış, Rüfətin də bundan xəbəri olmuşdur. O, 2023-cü ilin yanvar-fevral aylarında “Elmlər” filialında fəaliyyət göstərmiş, mart, aprel və may aylarında isə “28 may” filialında fəaliyyət göstərmişdir. DSMF ödənişlərini ustalar və ustaların köməkçilərindən yığaraq Fatiməyə vermişlər. Fatiməyə verilmiş 5349 manatın nə qədərinin DSMF ödənişi və nə qədərinin isə onun aylıq maaşı olduğunu dəqiq bilmir, unutmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2020-ci ildən 2023-cü ilin iyun ayınadək “Face Studio” gözəllik salonun müxtəlif filiallarında işləmişdir. Sonuncu dəfə isə “28 may” filialında işləmiş, oradan işdən çıxmışdır. Onu işə Rüfət götürmüş, Fatiməni isə onun meneceri kimi təqdim etmişdir. Onlar Fatimə xanımın tabeliyində olmuşlar. Belə ki, onlar hər gün hansı filiala çıxacağını, eyni zamanda icazələrini Fatimə onlara bildirmişdir. Fatimə bilavasitə onların müdiri kimi olmuş, Rüfəti onlar narahat etməmiş, nəyləsə bağlı sözləri olduqda Fatiməyə bildirmişlər. O, Fatimə xanıma 2 filalın, yəni “Q.Qarayev” və “28 may” filialınının DSMF ödənişlərini vermiş, lakin hazırda həmin məbləğləri tam xatırlamır. DSMF ödənişlərini Fatiməyə verilməsi deyildiyi üçün o da həmin ödənişləri Fatiməyə vermişdir. Onlarda mühasibatlıq qrupu olmuş və hər ayın əvvəli işçilərin DSMF ödənişlərinin məbləği barədə məlumat göndərilmiş, həmin qrupdan siyahını çıxararaq hər işçidən 104 manat, tələbələrdən isə təxminən 52 və ya 54 manat pul yığılaraq Fatiməyə vermişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulları Fatiməyə DSMF ödənişləri ilə bağlı vermiş və həmin pulları orada işləyən ustalardan yığmışdır. Obyektlər isə icarədə olmuşdur. Qarayevdə yerləşən filialı səhv etmirsə Şahid5 adına, “28 may” filialı isə Şahid10 adına olmuşdur. Onu işə Rüfət götürmüş, Miralə və Aytac isə onun iş yoldaşları olmuş və onun kimi eyni səlahiyyətli inzibatçı olmuşlar. Rüfətdən sonra orada müdir kimi Fatiməni tanımışlar. Hansı aylarda pulu verdiyini hazırda dəqiq deyə bilmir. O, işdən 2023cü ilin aprel ayında çıxmış, 700 və ya 800 manat pul vermişdir. İstintaq da verdiyi ifadəsində “Q.Qarayev” filialnda 887 manat, “28 may” filialında isə 879 manat olmaqla 2023-cü ilin mart ayı üzrə DSMF ödənişi olan 1039 manat pulu “Elmlər” filalında Fatiməyə verdiyi doğrudur. Fatimə istənilən vaxtı kassadan pul götürmək səlahiyyətinə malik olmuş, onların isə onun nə üçün pul götürdüyünü sorğu-sual etmək səlahiyyətləri olmamışdır. Həmin pulları “Elmlər” filialının mətbəxində şəxsən Fatiməyə vermişdir. Fatimə tərəfindən həmin pullar mənimsənildikdən sonra, həmin ödənişlərin kim tərəfindən ödənilməsindən məlumatı olmamışdır. O, daha sonra oradan işdən çıxmışdır. Fatimə xanım Rüfətdən sonra ikinci şəxs olmuşdur. Onlar bu barədə heç nə deyə bilməmişdir. Onların hansı filialda olacağını belə Fatimə xanım təyin etmişdir. Mart ayında mühasibatlıq qrupunda fevral ayının DSMF ödənişlərinin edilməməsi ilə bağlı nəsə paylaşılmasını dəqiq bilmir, bu barədə nəsə görməmişdir. Onun fevral ayında verdiyi DSMF ödənişi yanvar ayı üçün olmuşdur. O, mart ayında “28 may” filialında olmuşdur. Daha sonra Fatimə xanım onu işdən azad etmişdir. Məhkəmə iclasında təkrar dindirilməsi zamanı Şahid6 göstərmişdir ki, Fatimə xanıma qarşı verdiyi əvvəlki ifadəsindən imtina edir, onun təqsili olduğunu düşünmür, onun fəaliyyət göstərdiyi filialda olan pula görə o məsuliyyət daşımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onların gözəllik salonu Koroğlu Rəhimov 26C ünvanında yerləşir və hal-hazırda da işləyir. Rüfətin onları reklam etməsi ilə bağlı aralarında müqavilə olmuş, həmin müqaviləyə əsasən Rüfətə ödəniş etmişlər. Rüfətin onun işlətdiyi gözəllik salonu ilə bir başa əlaqəsi yoxdu, dəymiş zərər isə birbaşa onun özünə dəymişdir. Onun filialında xatırladığı qədəri ilə DSMF ödənişinin məbləği 600 manata yaxın olmuş, həmin DSMF ödənişini də o vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 may 2023-ci il tarixdə “Face” brendi adı altında fəaliyyət göstərən “Face Studio”, “Face Home” əmtəə nişanlarına dair bütün hüquqların sahibi fərdi sahibkar Zərərçəkmiş şəxs ilə auditin aparılması barədə müqavilə bağlamışdır. Həmin müqavilənin dəyəri 3000 manat olmuşdur. Rüfətin şəxsi köməkçisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində apardığı əməliyyatların hərəkətini əks etdirən arxivinə baxmışdır. Ona təqdim olunan sənədlərin düzgünlüyünə baxmışdır. Prosedur qaydaya görə 04 may 2023-cü il tarixdə Fatiməyə teleqram göndərilmiş, şəxs ayın 8-nə dəvət olunmuş, 05 may 2023-cü il tarixdə Fatimə teleqramı almışdır. Lakin, onlar orada olsalar da Fatimə xanım gəlməmişdir. O, artıq 08 may 2023-cü il tarixdən auditə aparılmasına başlamış, 10 may 2023-cü il tarixdə yekunlaşdırmışdır. O ona təqdim edilmiş sənədlər əsasında auditi aparmışdır. Obyektlərin hər birinin ayrı-ayrılıqda öz VÖEN-ləri olmuş, ancaq bir başa rəhbərliyi Zərərçəkmiş şəxs etmişdir. Həmçinin bu fəaliyyətdə ona həyat yoldaşı X26 da köməklik etmiş və birlikdə fəaliyyət göstərmişlər. Fatimə ilə Rüfətin yoldaşı Fidan arasında 19 may 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin, daha sonra o müqaviləyə 14 dekabr 2022-ci il tarixdə xitam verilmişdir. Həmin müqavilə sonradan bağlanmalı idi, lakin ofislərinin dəyişilməsi və digər məsələ ilə bağlı müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanmamasına baxmayaraq, sahibkarın verdiyi izahata əsasən onun bütün əmək haqqları sahibkar tərəfindən ödənilmişdir. 01 yanvar 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək olan dövr ərzində Fatimə sahibkarın köməkçisi olaraq, həmin sahibkarın rəhbərlik etdiyi obyektlərdə DSMF-na məcburi ödənişlərin ödənilməməsi 26 aprel 2023-cü il tarixdə mühasibat tərəfindən aşkar edilmişdir. Aşkar olunmuşdur ki, Fatimə tərəfindən həmin obyektlərdən DSMF-na ödəməli olan 32770 manat və əldə olunmuş gəlirdən isə 19300 manat vəsait, birlikdə cəm olaraq 52070 manatı həmin obyektlərdən götürmüş və təyinatı üzrə DSMF-yə ödəməmiş və gəlirdən götürdüyü 19300 manatı da sahibkara təqdim etməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o sahibkarla müqavilə bağlayaraq təqdim olunmuş sənədlər əsasında auditi həyata keçimişdir. Onun faktiki rəhbər müəyyən etmək kimi səlahiyyəti olmayıb, sadəcə verilmiş izahata əsasən faktiki rəhbərin Rüfət olmasını qeyd etmişdir. Audit rəyində Fatimə xanımın pul vəsaitlərini ələ keçirməsi bütün sənədlər və izahatlarla öz təsdiqini tapmışdır. Onun gəldiyi qənaət bu olduöundan rəydə belə yazmışdır. Hesab edir ki, mənimsəmə və çatışmazlıq ifadələri eyni məna daşıyır. Dindirilmiş işçilərin izahatları əsasında və ona təqdim olunmuş sənədlər əsasında audit aparmış, oranın faktiki rəhbərinin Rüfət olmasını “Françayzinq” müqavilələri əsasında müəyyən etmişdir. Zərərçəkmiş şəxs müqavilə bağladığı obyektlərə hüquqi xidmət göstərmişdir. Zərərçəkmiş şəxs faktiki rəhbər olduğu halda necə hüquqi xidmət göstərə bilməsi barədə bir şey deyə bilmir. O, onların sənədləşməsinin düzgün aparılıbaparılmamasına qiymət verməmişdir. Kassa kitabı, kassa mədaxil orderləri, pulun verilib alınması və s. ilkin sənədlər olmamışdır. O, sadəcə təqdim olunmuş sənədlər əsasında öz fikrini bildirmiş, yalnız dindirilmiş işçilərin izahatları əsasında və inventarizasiya aktı əsasında audit rəyi vermişdir. İnventarizasiya aktı barədə Zərərçəkmiş şəxs tərəfindən əmr verilmişdir. 14 ayrı-ayrı fərdi sahibkara münasibətdə əmri Zərərçəkmiş şəxs vermişdir. İnventalizasiyanın keçirilməsi isə təlimata tam uyğun olmuş, eyni zamanda üzləşmə aktı da movcud olmuşdur. Şəxsin özü isə auditin aparılmasında iştirak etməmişdir. Dövlət büdcəsinə DSMF ödənişləri hər bir VÖEN sahiblərinin adından ödənilir. İstintaq dövründə “Fatimə pulu götürüb şəxsi ehtiyaclarına xərcləmişdir” ifadəsini “təyinatı üzrə xərcəlmədiyi” mənasında bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X27 ibtidai istintaq dövründə verdiyim ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayında “Həzi Aslanov” filialında, fevral, mart və aprel aylarında isə “Bakıxanov” filialında işləmişdir. “Gənclik” filialında isə keçən ilin sentyabr və oktyabr aylarında işləmişdir. Fatiməni Rüfətin müavini kimi tanımış, salondan DSMF ödənişləri yığıb cədvəl üzrə “Yasamal” filialında Fatiməyə vermişdir. “Həzi Aslanov” filialında sahibkar Mülayim xanım, “Bakıxanov” filialında isə Tofiq Zeynalzadə olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Fatiməni Rüfətin köməkçisi kimi tanımış, səlahiyyətli şəxs Fatimə olduğu üçün pulları ona vermiş, o işə başlayandan da pulları Fatimə yığdığından onu müdiriyyət kimi tanımışdır. Ona göndərilmiş cədvəl üzrə pulları yığaraq Fatiməyə vermişdir. Nə qədər pul verdiyini hazırda dəqiq xatırlamır, 2023cü ilin yanvar ayından aprel ayına kimi olan dövr üzrə təxminən 662 manata yaxın “Həzi Aslanov” filialı, 409 manata yaxın isə “Bakıxanov” filialı üçün olmaqla ümumilikdə təxminən 1071 manat vermişdir. Fatimə 2023-cü ilin yanvar və mart-aprel aylarında ittiham aktında qeyd olunan məbləğləri Yasamal filialında şəxsən götürmüşdür. O, 2023-cü ilin yanvar ayında “Həzi Aslanov” filialında, fevral-aprel aylarında “Bakıxanov” filialında işləmişdir. Ödənişləri mühasibin atdığı cədvələ əsasən Fatiməyə vermiş, həmin vəsait ancaq DSMF ödənişləri olmuş, gündəlik yığılan pulları isə seyfə qoymuşlar və günün sonunda Rüfət özü hər gün gəlib götürmüşdür. Onlar oradan götürülən pulları harasa yazmamış, Rüfət özü qeyd etmişdir. Ustalar 50-50-yə işləmiş, məhsulun pulu çıxdıqdan sonra ustaların pulu gündəlik verilmişdir. Fatimə sadəcə DSMF pullarını yığmış, Rüfətin başqa işlərini də görmüşdür. Həmin pullar da ustalardan yığılmış pullar olmuşdur. Bundan əlavə 400 manat da Fatimənin kartına atmışdır. Reklam üçün istəmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Face studio da işləmiş, Fatiməyə pul verdiyi zaman “Gənclik” və “Xalqlar” filialında adminstator vəzifəsində işləmişdir. Fatimə onların rəhbəri olmuş və müdir müavini işləmişdir. DSMF ödənişi üzrə 2023-cü ilin yanvar ayında “Gənclik” filialı üzrə 625 manat, fevral ayında “Xalqlar” filialı üçün 755 manat və mart ayında 723 manat olmaqla həmin pulu Fatiməyə vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Gənclik” filialının sahibkarı sahibkar kim Şahid6, “Xalqlar” filialının sahibkarı isə Əliyeva İlahə olmuşdur. DSMF pullarını Fatiməyə “Face studiyanın elmlər filialın”da vermişdir. Digər inzibatçıların Fatiməyə DSMF pullarından başqa pul verdiyini bilmir. O, özü DSMF pullarından başqa 2023-cü ilin mart və ya aprel ayının maaşını da Fatiməyə vermişdir. Gündəlik yığılan pulları isə Fatiməyə verməmiş, Rüfət özü götürmüşdür. İnzibatçı kimi Rüfət onunla hesabat aparmamış, digər inzibatçıların Rüfətlə hesabat keçirməsindən xəbəri olmamışdır. Ancaq onu işə Fatimə götürsə də əmək haqqını Rüfətdən almışdır. Adına VÖEN rəsimləşdirilib işlədiyi şəxslər ona rəhbər kimi göstəriş verməmişlər.Onun əmək haqqı kimi 345 manat və əlavə bonuslar verilmişdi. Salonun aylıq dövriyənin nə qədər olmasını isə tam xatırlamır. DSMF ödənişləri barədə mühasib Şahid11 onlara cədvəl göndərmiş, o da ustalardan və köməkçilərdən həmin cədvələ uyğun ödənişləri yığaraq ayın axırında təhjvil vermişdir. Üzləşdirmədə istintaq hərəkətində kasada yığılan məbləğlərin hər ayın 1 və 14-ü Zərərçəkmiş şəxs təhvil verməsini, DSMF ödənişlərini isə Fatiməyə verilməsini deməmiş, həmin protokolda olan imza onun olsa da oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o istintaqda izahat verdiyi vaxt Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 4, mənzil 38 ünvanında yerləşən “Gənclik” filialında inzibatçı (adminstrator) işləmiş, Fatimə həmin vaxtları müdir köməkçisi və səlahiyyətli şəxs olmuşdur. Salonda işləyən ustalardan yığılan DSMF pullarını Fatiməyə vermişdir. Həmin obyektin vergi uçotu isə Şahid6 adına olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, DSMF ödənişlərini Fatiməyə, arada isə mühasibə vermişdir. 2023-cü ilin mart ayının 15-də 625 manat pulu isə “Elmlər” filialında Fatiməyə vermişdir. Fatiməni Rüfətin köməkçisi kimi tanımışdır, səlahiyyətli şəxs olduğu üçün DSMF ödənişlərini Fatiməyə vermişlər. Əmək müqaviləsini isə Mələklə bağlamamış, Mələk sadəcə sahibkar olmuşdur. Vəsiqəni mühasibə göndərmiş, rəsmiləşdirməni də mühasib etmişdir. O, bir obyektdə deyil, müxtəlif obyektlərdə işləmişdir. Digər inzibatçılar tərəfindən də Fatiməyə pul verilməsinin şahidi olmuşdur. O, 625 manat olan DSMF ödənişini işlədiyi filialdan götürmüşdür. Onun Fatiməyə hər hansısa etiraz bildirmək səlahiyyəti olmamışdır. O, DSMF ödənişlərini əmək müqaviləsi bağlanan işçilərdən yığıb Fatiməyə vermişdir. Dövriyyə pullarını isə Rüfət özü yığmışdır. Nəyə görə Fatiməyə 4000 manat maaş verildiyi barədə heç nə deyə bilməz. Xətai rayon prokurorluğunda izahat verərkən Rüfət də orada olmuşdur. Baş Prokurorluqda izahat verəndə isə tək olmuşdur. O, 1 dəfə fevral ayının pulu olan 625 manatı mart ayında vermiş, digər ödənişləri isə xatırlamır. İstintaqdakı izahatda nə qeyd etmişdirsə doğrudur. ***-***-**-** nömrəni həmin ərəfərdə işlətmiş, mart ayının 26-dan artıq orada işləməmiş, aprel ayının ödənişini Fatiməyə necə verdiyi barədə heç nə deyə bilmir, yadında qalmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisənin üstündən uzun müddət keçdiyindən ola bilər ki, yadında tam qalmamışdır. Xatırlayır ki, DSMF-ə ödənilməli olan ödənişləri yığmışlar. Hadisə “Face Studio” gözəllik salonunda baş vermiş və həmin vaxtı orada işləmiş və hal-hazırda da orada inzibatçı işləyir. Onu da işə Fatimə xanım götürmüşdür. Yasamal rayonunda olan filialın bütün DSMF ödənişlərini yığıb, hər ay Fatiməyə təhvil vermişdir. Hansı tarixdə və nə qədər məbləğ olduğunu isə hazırda xatırlamır, istintaqda izahat verdiyi vaxt hamısını qeyd etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, həmin vaxt telefonunda yazılı qeyd edib saxlamış, istintaq zamanı da izahat verəndə telefonuna baxıb bildirmişdir. İşlədiyi “Yasamal” filialında VÖEN X6 adına olmuş, 2023-cü ilin yanvar-fevral aylarında həmin filialda işləmiş, Fatimə xanım isə müdir köməkçisi vəzifəsində işləmiş, onlar da Fatiməyə tabe olmuşlar. Müdir isə Zərərçəkmiş şəxs olmuşdur. Fatimə xanım işçilərdən DSMF yığılmalı olmasını bildirdiyindən hər ay həmin pulları yığaraq Fatiməyə vermişlər. Axırıncı dəfə həmin ödənişləri “Elmlər” filialında Fatimə xanım özü dediyi üçün əlbəəl vermişdir. Pulları Fatiməyə verəndə yanlarında digər inzibatçılar da olmuş, onlar da ödənişləri verəndə şahidi olmuşdur. Fatimə kassadan pul istəyəndə vermişlər, amma, nəyə görə götürdüyünü soruşa bilməmişlər. Fatimə istədiyi məbləği götürə bilmişdir. Fatimə xanıma səhv etmirsə 4 ayın DSMF ödənişlərini vermişdir. Mart-aprel isə yadına gəlmir. Onların hamısını telefonuna qeyd etmiş, aylıq iclaslar arada müdiriyyət təyin etdikdə keçirilmişdir. 2023-cü ilin yanvar-aprel aylarında rəhbər kimi qəbul etdiyi Zərərçəkmiş şəxs iclaslar çağıranda həmin iclaslarda iştirak etmişdir. Həmin iclaslarda DSMF ödənişləri yox, ancaq digər məsələlər müzakirə olunmuşdur. Həm də həmin iclaslarda Zərərçəkmiş şəxs kassada olan pulları da vermişlər. Yəni, axırıncı günün kassa pullarını vermişlər. Filialda Zərərçəkmiş şəxs hesabına kartla ödəniş olunmamış, keçirilən iclaslarda mühasib tərəfindən DSMF ödənişlərinin ödənilməməsi ilə bağlı hər hansı bir irad bildirilməmiş, bu barədə heç nə eşitməmişdir. DSMF ödənişlərini isə qeydiyyatda olan işçilərdən yığıb Fatiməyə vermişlər. Bəzən isə kassadan olan pullardan üstünə qoyub vermişlər. Mühasib onlara kassadan götürləcək və işçilərdən yığılacaq pulların məbləğini bildirmişdir. 2023-cü ilin yanvar, fevral və mart aylarında Yasamal filialında olmuş, yanvar ayında 1986 manat, fevral ayında 1941 manat və mart ayında 1962 manat DSMF ödənişlərini Fatiməyə vermişdir. Bu məlumatı bugün screen edərək başqa Whatsappda saxlamış və aradan götürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Face Studio” gözəllik salonunda mühasib işləyir. Fatimə xanım DSMF ödənişləri ilə bağlı inzibatçılardan yığılan pulları verməmişdir. Onun vəzifəsi işçilərin sosial ayırmalarını hesablamaq və cədvəli adminlərə təqdim etmək olmuşdur. Fatimə xanımda DSMF ödənişlərini yığıb, ona vermiş, o da ödənişləri həyata keçirmişdir. 2023-cü ilin yanvar ayının DSMF ödənişlərinin ödənilməsini fevral ayında, fevral ayının ödənişlərini mart ayında, mart ayının ödənişlərini isə aprel ayında təhvil verilməsini Fatiməyə demiş, Fatimə isə ona hələ ödənişlərin verilmədiyini bildirmişdir. 3 aylıq hesabat verməli olmuş, lakin Fatimə ona ödənişlərin edilmədiyini bildirmişdir. O da Fatiməyə əgər elədirsə Rüfətə ya onun ya da özünün deməsini bildidikdə Fatimə ona Rüfətə özünün deyəcəyini bildirmişdir. Hadisə 2023-cü il tarixdə olmuşdur. Daha sonra Rüfət öz cibindən ödənişləri həyata keçirmişdir. Gecə təxminən 00:30 radələrində Rüfət ona Fatimənin özünün 3 ayın DSMF ödənişlərini vermədiyni etiraf etdiyini bildrimişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, sonuncu dəfə Fatimə ilə bu söhbəti Rüfətin ona yazmasından 2 gün qabaq etdiyini bildirmişdir. Bundan başqa iclas keçirildiyini və inzibatçıların da həmin iclasda iştirak etdiyini, orada Fatimə ilə danışdığını, Fatimənin ona pulun olmadığını və xərclədiyini dediyini, inzibatçıların pul verməməsini isə bildirmədiyini, onun inzibatçıların bir neçəsindən bu barədə soruşduğunu, inzibatçıların isə pulları verdiklərini dediyini bildirmişdir. Bunda başqa arada Fatimə xanımın DSMF pullarını gecikdirdiyi hallar da olmuşdur, lakin sonradan vermişdir. Özü isə ancaq DSMF ödənişləri, vergi hesabatları və işçilərin qeydiyyatı işlərinə baxmışdır. Ümumi ödənilməmiş məbləğ 30000 manatdan yuxarı olmuşdur, tam yadında qalmamışdır. Birdə gecikmələrə görə faizlər olmuşdur. Çünki yanvar ayının DSMF ödənişlərini aprel ayında ödəmişlər. Zərərçəkmiş şəxs onu çağırmış və ödənişləri ödəmək üçün pul vermiş, o da ödənişi həyata keçirmişdir. Hesabatlarla bağlı məlumatları həm Fatimə xanıma, həm də Rüfətə bildirmişdir. Rüfət Fatimə xanıma bütün işlərin icrasını taSonra bütün inzibatçılar ofisə gəlmiş və Rüfət də bir-bir onları qəbul etmişdir. İşçilərin qazancını isə inzibatçı bölüşdürmüş, necə bölüşdürdüyündən isə xəbəri olmamışdır. O, bütöv dövriyyənin hesabatını vermiş, bölgü hissəsində onun iştirakı olmamışdır. 2021-ci il tarixdən orada işləyir və həmin tarixdən də DSMF ödənişləri Fatimə tərəfindən yığılıb verilmişdir. İclaslarda Zərərçəkmiş şəxs inzibatçılardan DSMF ödənişlərini niyə vermədiklərini soruşmuş onlar da yavaş-yavaş yığıb verəcəklərini bildirmişlər. İnzibatçılar Fatimənin onları işdən çıxaracağından qorxduğu üçün heç nə bildirməmişdir. Daha sonra Rüfət DSMF ödənişlərini Fatimənin verəcəyini bildirmişdir. Bütün idarəçilik Fatimədə olmuş, inzibatçılara və bütün gözəllik salonların hər şeyinə Fatimə nəzarət etmişdir. Sonradan DSMF ödənişlərini poçt vasitəsi ilə hər bir VÖEN üzrə həyata keçirmişlər. DSMF ödənişlərinin pullarını inzibatçılar tərəfindən işçilərdən yığılmışdır. Qanunvericiliyə əsasən isə DSMF ödənişlərinin pullarını işəgötürən ödəməlidir, yəni sahibkarların adından ödənilmişdir. Hansı işçinin nə qədər pul ödəyəcəyi barədə siyahını o göndərmiş, amma kimin nə qədər ödədiyindən xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisələrin olduğu vaxtı “Face Studio” gözəllik salonunda inzibatçi vəzifəsində işləmişdir. Həmin vaxtları onların müdiri Rüfət olmuş, Fatimə xanım isə müdirin köməkçisi idi. Bütün filiallara ümumi nəzarəti Fatimə etmişdir. DSMF ilə bağlı ödənişlərin yığılması səlahiyyətini də Rüfət Fatiməyə həvalə etdiyindən onlar da DSMF ilə bağlı ödənişləri Fatimə xanıma vermişlər. Hansı tarixlərdə ödəniş etdiklərini və məbləğləri hazırda unutmuşdur. Həmin vaxtı hər işçidən 104 manat olmaqla DSMF ödənişlərini Fatiməyə vermişdir. Bir salonda təxminən 7-8 nəfər işçi olmuş, kassadan da ödənişi Fatimə xanıma vermişdir. O, “Qarayev” filialında işləmiş, 3 aydan bir yerdəyişmələr olmuşdur. Həmçinin o, “Nəsimi” filialında da işləmişdir. Demək olar ki, bütün filiallarda işləmişdir. 2023-cü ildə isə “Qarayev” filialında olmuşdur. Ödədiyi dəqiq məbləğlər yadında qalmasa da, ödənişləri ya onların baş ofisində, ya da böyük filiallarda iclasdan sonra Fatimə xanıma vermişdir. Fatimə xanım iş barəsində hər göstərişi vermək səlahiyyəti olmuşdur. Məsələn işçilərin iş yerlərini tez-tez dəyişmiş, eyni zamanda salon daxilində hər hansı bir problem olduqda o Fatimə xanıma müraciət etmişdir. Gündəlik dövriyyənin pulu həmin gün üçün ustalar özlərinin 50-60 faizlərini götürdükdən sonra qalan məbləğ kassaya qoyulmuş, həmin pulları inzibatçılar özlərində saxlamış, ay ərzində 2 dəfə hesabat olanda baş ofisə gedib, orada təhvil vermişlər. Salonda proqram olmuş, oraya hər hansı bir məlumat daxil etdikdən sonra onu silmək şansları olmamışdır. Ümumi proqramı onlar aparmışlar, amma dəyişlik edə bilməmişlər. Həmin proqrama o da daxil olmuş, lakin proqramın adı yadında qalmamışdır. Face studio saytda yazarkən, parol və admin çıxmış, onunla daxil olmuşlar. Ora sadəcə kassa ilə bağlı olan ödənişlər olmuşdur. O, işlədiyi vaxt mühasib Əli adlı şəxs “Face studio”-nun ümumi ödənişlərini həyata keçirmişdir. DSMF ödənişlərini isə Əlinin həyata keçirdiyini bilmir, amma, ustalarla bağlı məlumatları, ödənişləri ona Əli göndərmiş, Əli eyni zamanda DSMF ödənişlərinin həyata keçirilibkeçirilməməsinə bəzən nəzarət etmiş bəzən də etməmişdir. Xətai prokurorluğunda izahat verəndə otaqda prokuror və Rüfət olmuşdur. “Qarayev” filialında təxminən 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayınadək, yəni təxminən 1 ilə yaxın orada işləmişdir. Həmin filialın fərdi sahibkar isə Şahid5 olmuşdur. Bundan başqa pulları Fatiməyə hamısını nağd şəklində vermiş, bir hissəsini isə bank kartına göndərmişdir. Onların salonunda 6-7 nəfər usta olmuşdur, onlardan hər ay bir nəfər üçün 104 manat DSMF ödənişi alaraq Fatiməyə vermişlər. DSMF ödənişlərini ustalardan, yəni işçilərdən yığaraq ödəmişdir. Sadəcə onun, yəni inzibatçının və xadimənin DSMF ödənişi kassadan götürülmüş pul ilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin oktyabr ayından 2023-cü ilin əvvələrinə kimi “Face Studio” gözəllik salonunda mühasib kimi işləmişdir. Təqsirləndirilən şəxsi də tanıyır. O, daha sonra mühasib işini Əli adlı şəxsə təhvil verərək işdən çıxmışdır. Əmək haqqı cədvəlini onlar vermiş, DSMF ödənişlərini isə Fatimə xanım yığaraq gətirib onlara vermiş, onlar da ödənişləri həyata keçirmişlər. Onun həmin “Face Studio” gözəllik salonundan ayrılmağı təxminən 2022-ci ilin sonları və ya 2023-cü ilin əvvəlləri olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ilk əvvəllər də yəni 2017-2019-cu illərdə ödənişləri onlar özləri toplamışlar. Daha sonra bu işi Fatimə xanım həyata keçirməyə başlamışdır. Onlarla işlədiyi vaxtlarda ödənişin verilməməsi halı baş verməmişdir. Ancaq ödənişin 15-20 gün gecikdirilməsi halları olmuşdur. Bunun da səbəbini soruşanda ustalardan pulu tam yığa bilmədiyi üçün olduğunu bildirmişdir. Lakin, ödənişləri gec də olsa gətirib vermişdir. Fatimə xanım Rüfətin köməkçisi və baş inzibatçı olmuşdur. 90 faiz hallarda Fatimə xanım DSMF ödənişlərini şəxsən özü gətirmiş və ya o, gedib görüşüb götürmüşdür. Ümumiyyətlə, Rüfət bu işlə maraqlanmamışdır. DSMF hesabatı 3 aylıq rüblük verilsə də ödənişlər aylıq ödənilmişdir. Nəticədə mühasibin 2-3 ay ödəniş olunmamasını görməmək imkanı olmuşdur. Amma, onların vaxtında bu mümkün deyildi, çünki Fatimə ödənişləri ona vermiş və o, ödənişləri həyata keçirmişdir. Şahid16 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək “FACE STUDİO” gözəllik salonunda mühasib kimi çalışmışdır. Gözəllik salonları müxtəlif işçilərin adına açılmış VÖEN əsasında fəaliyyət göstərir və Zərərçəkmiş şəxs məxsusdur. Tabeçilikləri Zərərçəkmiş şəxs olmuşdur. Faktiki olaraq işçiləri Zərərçəkmiş şəxs işə götürüb, işdən çıxartmış, maaşlarını o vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs şəxsi köməkçisi kimi tanıdığı Təqsirləndirilən şəxs uzun müddət Rüfət müəllimin yanında olduğundan onu da rəhbər şəxs kimi tanımışdır. Fatimə xanım onlara hər-hansı tapşırıq verdikdə müdirləri Rüfət müəllimin sözü hesab edib Fatimə xanımın bütün dediklərini icra etmişlər. Onların Rüfət müəllimə sözləri olduqda Fatimə xanım vasitəsilə çatdırmışlar. O, mühasib kimi salonların DSMF ödənişləri üzrə dəqiq cədvəl hazırlamış, daha sonra bunu Fatimə xanıma təqdim etmişdir. Fatimə xanım isə salonlardan və mağazalardan siyahı üzrə DSMF ödənişlərini toplamış və onlara təqdim etmişdir. Onlar isə öz növbəsində həmin pulları ödəmiş, daha sonra isə çekləri “Whatsapp” və ya digər tətbiqlərdən Fatimə xanıma göndərmişlər. Fatimə xanım artıq 2023-cü ilin əvvəllərindən hazırladıqları siyahı üzrə ödənişləri onlara gec təqdim etməyə, bəzi hallarda isə heç təqdim etməməyə başlamışdır. Bunun səbəbini ondan soruşduqda Fatimə xanım hər dəfə işlərin zəif olduğu, qısa zamanda ödəniləcəyi kimi arqumentlər gətirərək məsələdən yayınmışdır.” Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ifadə onun ifadəsidir, yazılanları tam təsdiq edir. Həmin vaxtı Əli orada işləmişdir. Onlar yanvar, fevral və mart aylarında artıq Rüfətlə ayrılıb, işləri orada Əliyə vermişlər. Fevral və mart aylarında DSMF ödənişlərinin gecikməsini hamı, yəni o da daxil olmaqla Əli və Rüfət də bilmişdir. Vergi hesabatlarını Rüfət özü bank hesabı ilə ödəmişdir. VÖEN-lər kimin adına idisə onların adından dövlət büdcəsinə ödənilmişdir. DSMF ödənişlərində işçiyə ayrılan hissə və sahibkara ayrılan hissə olmuşdur. İşçiyə əmək haqqı 345 manat yazılmışdır. Onunda 30 faizi 103.5 manat etmişdir. Həmin 103.5 manatın da təqribən 30 manatı işçidən alınmışdır. Sadəcə bu da sahibkarla işçinin arasında olan razılaşmadan asılı olmuşdur. Şahid3 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında yerləşən “Face Studio” adlı qadın gözəllik salonu 2018-ci ildə tərəfindən qeydiyyatdan keçmiş fiziki şəxs qismində ona məxsus ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərmişdir. Qeyd olunan ünvanda yerləşən gözəllik salonu onun adına açılmış VÖEN əsasında fəaliyyət göstərsə də, “Face Studio” adı altında fəaliyyət göstərən gözəllik salonları və “Face” adı altında fəaliyyət göstərən digər obyektlər Zərərçəkmiş şəxs məxsusdur. Onun adına olan eləcə də digər bütün “Face Studio” gözəllik salonlarına birbaşa rəhbərlik Zərərçəkmiş şəxs tərəfindən edilmişdir. Hazırda Zərərçəkmiş şəxs müavini kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs köməkçisi kimi tanıdığı Təqsirləndirilən şəxs uzun müddət Rüfət müəllimin yanında olduğundan Təqsirləndirilən şəxs da rəhbər şəxs kimi tanımışdır. Fatimə xanım onlara hər-hansı tapşırıq verdikdə müdir Rüfət müəllimin sözü hesab edib Fatimə xanımın bütün dediklərini icra etmişlər. Onların Rüfət müəllimə sözü olduqda Fatimə xanım vasitəsilə çatdırmışlar. Onlar işçilərin DSMF-ə ödənilməli olan ödənişlərini Fatimə xanıma təhvil vermişlər. Lakin, Fatimə xanımın həmin pulları kimə verdiyini, hansı yolla dövlət büdcəsinə ödəməsindən xəbərləri olmamışdır. DSMF-ə ödənilməli olan ödənişləri həyata keçirmək üçün ünvan 12 ünvanında yerləşən “Face Studio” adlı qadın gözəllik salonunun işçilərinin fevral ayı üzrə 734 manat pulu 2023-cü ilin mart ayının əvvəllərində, ünvan 10 ünvanında yerləşən gözəllik salonu işçilərinin fevral ayı üzrə 2325 manat pulu mart ayının ortalarında və mart ayı üzrə 1931 manat pulu aprel ayının əvvəllərində “Face Studio” gözəllik salonunun “Elmlər” filialında Fatimə xanıma vermişdir. Fatimə xanım rəhbər kimi tanıdıqlarından heç zaman pul istədiyi zaman sorğu-sual etməmişlər. Şahid15 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından 2023-cü ilin iyun ayınadək “Face Studio” gözəllik salonunun müxtəlif filiallarında inzibatçı (administrator) işləmişdir. Gözəllik salonları müxtəlif fərqli şəxslərin adına açılmış VÖEN əsasında fəaliyyət göstərir və hamısı Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs şəxsi köməkçisi kimi tanıdığı Təqsirləndirilən şəxs uzun müddət Rüfət müəllimin yanında olduğundan onu da rəhbər şəxs kimi tanımışdır. Fatimə xanım onlara hər-hansı tapşırıq verdikdə müdirləri Rüfət müəllimin sözü hesab edib Fatimə xanımın bütün dediklərini icra etmişlər. Onların Rüfət müəllimə sözləri olduqda Fatimə xanım vasitəsilə çatdırmışlar. Onlar uzun müddət işçilərin DSMF-ə ödənilməli olan ödənişlərini Fatimə xanıma təhvil vermişlər. 2023-cü ilin fevral ayından aprel ayının sonlarınadək ünvan 13 ünvanda Şahid12 adına ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən “FACE STUDİO” gözəllik salonunda inzibatçı (administrator) işləmişdir. DSMF-ə ödənilməli olan ödənişləri həyata keçirmək üçün 2023-cü ilin fevral ayı üzrə 706 manat məbləği mart ayının 15-də və mart ayı üzrə 759 manat pulu aprel ayının 15-də “Face Studio” gözəllik salonunun Yasamal rayonu Landau 6 küçəsində yerləşən filialında Təqsirləndirilən şəxs vermişdir.” Şahid17 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, 2015-ci ilin sentyabr ayından 2023-cü ilin may ayına qədər “Face Studio” gözəllik salonunda stilist-vizajist olaraq çalışmışdır. (050) ***-**-** mobil nömrəsi təxminən 15 ildir ki, onun istifadəsindədir. Bacısı Təqsirləndirilən şəxs 2019-cu ildən FACE brendi adı altında fəaliyyət göstərən gözəllik salonlarının sahibi Zərərçəkmiş şəxs köməkçisi işləmişdir. Köməkçisi kimi Fatimənin vəzifəsi gündəlik olaraq salonlara nəzarət etmək, Zərərçəkmiş şəxs tapşırıqlarını yerinə yetirmək olmuşdur. 26 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onu Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşən “Dəmirçi” Plazanın 6-cı mərtəbəsində yerləşən ofisinə çağırıb ona bacısı Təqsirləndirilən şəxs pul oğurladığını, barəsində prokurorluğa şikayət edəcəyini demiş, o, isə narahat olmamasını, aydınlaşdırıb yoluna qoyacağını demişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, 28 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs səs yazılarını o, göndərmiş, həmin səslər ona aiddir, həmin səslərdə bacısı Təqsirləndirilən şəxs şikayət etməməsini xahiş etmişdir. Şahid10 ibtidai istintaq dövründə verdiyi və məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən “Face Studio” adlı qadın gözəllik salonunda inzibatçı işləmişdir. 2023-cü ilin avqust ayında işdən ayrılmışdır. Qeyd edilən ünvanda yerləşən gözəllik salonu 2021-ci ildə onun tərəfindən qeydiyyatdan keçmiş fiziki şəxs qismində ona məxsus ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərmişdir. Belə ki, “Face Studio” adı altında fəaliyyət göstərən gözəllik salonları və “Face” adı altında fəaliyyət göstərən digər obyektlər Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs şəxsi köməkçisi kimi tanıdığı Təqsirləndirilən şəxs uzun müddət Rüfət müəllimin yanında olduğundan onu da rəhbər şəxs kimi tanımışdır. Fatimə xanım onlara hər-hansı tapşırıq verdikdə müdirləri Rüfət müəllimin sözü hesab edib Fatimə xanımın bütün dediklərini icra etmişlər. Onların Rüfət müəllimə sözləri olduqda Fatimə xanım vasitəsilə çatdırmışlar. Onlar uzun müddət işçilərin DSMF-ə ödənilməli olan ödənişlərini Fatimə xanıma təhvil vermişlər. Lakin, Fatimə xanımın həmin pulları kimə verdiyini, hansı yolla dövlət büdcəsinə ödəməsindən xəbərləri olmamışdır. DSMF-ə ödənilməli olan ödənişləri həyata keçirmək üçün 2023-cü ilin fevral ayının əvvəllərində, ünvan 8 ünvanında yerləşən “Face Studio” adlı qadın gözəllik salonunda işləyən işçilərin yanvar ayı üzrə DSMF ödənişi olan 1250 manat məbləğində pulu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Plaza” adlanan biznes mərkəzində ofisdə Fatimə xanıma vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai rayon prokurorluğunda toplanmış 192C-23 saylı material üzrə rayon prokuroru Sərdar İmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması Bakı şəhəri Xətai rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X18 tapşırılmışdır. Bakı şəhəri Xətai rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X13 16 avqust 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif olunmuşdur. (cild3, i.v.147-170); Bakı şəhəri Xətai rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X13 16 avqust 2023-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ilə ********* nömrəli cinayət işi ibtidai araşdırmanın davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. (cild3, i.v.145-146); Cinayət işi 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilməklə istintaq aparılmışdır. (cild3, i.v.171-172); Azərbaycan Respublikası Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin 31 oktyabr 2023-cü il tarixli “cinayət işinin aiddiyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsindən alınaraq istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. (cild3, i.v.190-191); 01 noyabr 2023-cü il tarixli qərarla cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X3 tərəfindən icraata qəbul edilərək istintaq aparılmışdır. (cild3, i.v.192); 03 may 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qəraardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmış, Zərərçəkmiş şəxs 04 iyul 2023-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 322-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən qeyd olunan maddə ilə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə xitam verilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan müvafiq materialların “X24” 53.1-ci maddəsinə əsasən idarə rəisinin müşayiətedici məktubu ilə Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkib əlamətləri olmadığından Cinayət Prosessual Məcəllənin 39.1.2ci maddəsinə əsasən barəsində başlanmış cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə Şahid17 28 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs göndərdiyi səs yazılarının qeydə alındığı 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, iş üzrə olan şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları, baxış protokolu, audit rəyi, sorğulara cavablar və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmiş, (cild4, i.v.175-214); 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild4, i.v.215-237); Qətimkan tədbirinin seçilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 4, i.v. 238-239); Azərbaycan Respublikası Mərkəzi Bankı – X25 26 aprel 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, 26 aprel 2023-cü il tarixdə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli VÖEN-lərlə fəaliyyət göstərən gözəllik salonlarında işləyən işçilərin məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı olan 32.770 manat müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir (cild1, i.v.85-109); İstintaq zamanı 258 № icazə əsasında 000405 № müqavilə üzrə sərbəst auditor İlham Hacı-Əzizov tərəfindən ********** saylı VÖEN-in X39 şəxs Zərərçəkmiş şəxs müraciəti əsasında keçirilmiş xx.xx.2023-cü il tarixli audit yoxlamasının nəticə hissəsində qeyd edilmişdir ki: apardığım auditin nəticəsi olaraq belə qənaətə gəlinir ki, ********** nömrəli VÖEN-in və “Face” brendi altında fəaliyyət göstərən “Face Studio” (№ 2015 0850) əmtəə nişanına dair bütün hüquqların sahibi Fərdi Sahibkar Zərərçəkmiş şəxs şəxsi köməkçisi Təqsirləndirilən şəxs Sahibkarın köməkçisi vəzifəsində işlədiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Gözəllik salonlarının adminstratorlarından DSMF-yə ödəmək adı altında aldığı 32.770,00 (otuz iki min yeddi yüz yetmiş) manat nağd pul vəsaitini təyinatı üzrə ödəməyərək ələ keçirdiyi aşkar olunmuş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər sahibkar Zərərçəkmiş şəxs ziyan vurulmuşdur (cild 1.i.v.203-215); 19 aprel 2021-ci il tarixli 11 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid12 ünvan 13 ünvanda “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.52); 01 yanvar 2022-ci il tarixli 10 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid3 ünvan 12ndə yerləşən ünvanda “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.72-73); 19 aprel 2021-ci il tarixli 002 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid6 ünvan 3 ünvanında “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.95); 14 aprel 2021-ci il tarixli 005 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X38 ünvan 4 ünvanında “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.127); 14 aprel 2021-ci il tarixli 001 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X33 ünvan 5 ünvanında “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.146); 14 aprel 2021-ci il tarixli 007 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid5 Bakı şəhəri, Nizami rayonu ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.154); 14 aprel 2021-ci il tarixli 012 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X19 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.175); 01 iyun 2022-ci il tarixli 009 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X31 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsi ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v. 197-198); 23 sentyabr 2021-ci il tarixli 013 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid10 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2.i.v.219-220); 14 aprel 2021-ci il tarixli 003 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X26 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışlar (cild 2, i.v.243); 01 yanvar 2021-ci il tarixli 014 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X28 Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi ərazisində “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışdır(cild 2, i.v.264-265); 01 yanvar 2021-ci il tarixli 001 nömrəli françayzinq müqaviləsindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X34 ünvan 15 ünvanında “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışlar(cild 2, i.v.292-293); ********** nömrəli VÖEN-dən görünür ki, Şahid12 08 aprel 2021-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Sumqayıt şəhəri, məh 21, ev. 41/32, m. 1 ünvanında qeydiyyata alınmışdır (cild 3, i.v. 200-201); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid12 13 iyul 2022-ci il tarixdə Şahid15, 06 dekabr 2022-ci il tarixdə Şahid1 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.202-203); ********** nömrəli VÖEN-dən görünür ki, Şahid3 12 oktyabr 2018-ci il tarixdə Vergi Nazirliyi yanında Bakı şəhəri X41 Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, ev. 3, məh 4085, m. 5 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.204); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid3 06 fevral 2023-cü il tarixdə Şahid8, 01 mart 2023-cü il tarixdə Şahid5 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.206-207); ********** nömrəli VÖEN-dən görünür ki, Şahid6 07 aprel 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, ev. 80A, m. 32 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.208); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid6 02 dekabr 2022-ci il tarixdə Şahid13, 07 fevral 2023-cü il tarixdə Şahid7 Yunis qızını administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.209-210); ********** nömrəli VÖEN-dən görünür ki, X38 01 oktyabr 2010-cu il tarixdə Vergi Nazirliyi yanında Bakı şəhəri X41 Departamenti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, ev. 80A, m. 8 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.211-212); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X38 01 yanvar 2023-cü il tarixdə Şahid5, 06 fevral 2023-cü il tarixdə Şahid13 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.213-214); ********** nömrəli VÖEN-dən görünür ki, X33 07 oktyabr 2017-ci il tarixdə Vergi Nazirliyi yanında Bakı şəhəri X41 Departamenti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov, ev. 70, m. 11 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.215-216); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X33 07 yanvar 2023-cü il tarixdə Şahid12 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.217); ********** nömrəli VÖEN-dən görünür ki, Şahid5 31 may 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq dayanacağı, ev. 324 A ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.218-219); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid5 06 dekabr 2022-ci il tarixdə Şahid6, 27 yanvar 2023-cü il tarixdə Şahid2 administrator vəzifəsinə işə götürmüşdür( cild 3, i.v.220-221); ********** nömrəli VÖEN-dən görünür ki, X19 11 yanvar 2012-ci il tarixdə Bakı Şəhər Vergilər Departamenti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev. 26\32, m. 40 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.222-223); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X19 01 yanvar 2023-cü il tarixdə Şahid12, 01 mart 2023-cü il tarixdə Şahid1 administrator vəzifəsinə işə götürmüşdür( cild 3, 224-225); ********** nömrəli VÖEN-dən görünür ki, X31 06 aprel 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov, ev. 24, m. 3 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.226-227); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X31 07 fevral 2023-cü il tarixdə Şahid5, 01 mart 2023-cü il tarixdə Şahid8 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.228-229); ********** nömrəli VÖEN-dən görünür ki, Şahid10 02 avqust 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev. 5V, m. 16 ünvanında qeydiyyata alınmışdır(cild 3,i.v.230-231); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən Şahid10 07 fevral 2023-cü il tarixdə Şahid6, 19 mart 2023-cü il tarixdə Şahid14 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.232-233); ********** nömrəli VÖEN-dən görünür ki, X28 11 oktyabr 2017-ci il tarixdə Vergi Nazirliyi yanında Bakı şəhəri X41 Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, ev. 158, m. 5 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.234-235); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X28 03 oktyabr 2022-ci il tarixdə Şahid3, 01 yanvar 2023-cü il tarixdə Şahid14 administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.236-237); ********** nömrəli VÖEN-dən görünür ki, X26 14 iyun 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq, ev. 251, m. 57 ünvanında qeydiyyata alınmışdır(cild 3, i.v.238); Əmək müqaviləsi bildirişindən görünür ki, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən X26 12 dekabr 2022-ci il tarixdə Şahid9 Ramiz qızını administrator vəzifəsinə işə götürmüşdür(cild 3, i.v.239); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” Publik hüquqi şəxsindən 01 aprel 2024-cü il tarixli 4162 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixatriya xəstəxanasında müalicədə olmamışdır (cild 4, i.v.63); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs DSMF-ə ödəniş edilməsi adı altında 32.770 manat pulu rəhbərlik etdiyi obyektlərdən götürərək onun razılığı və məlumatı olmadan öz ehtiyaclarına xərclədiyini, əvvəlki illərin dövriyyəsindən Fatiməyə borcunun, eləcə də aralarında dövriyyədən 10% həcmində pul verməsi ilə bağlı razılaşma olmadığını, inzibatıçların (administrator) gözəllik salonlarının xəzinə hesabatını (kassa) Təqsirləndirilən şəxs deyil, ona təhvil verdiyini bildirmişdir (cild 4, i.v.83-86); Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir. (cild 4, i.v.87-90); Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabatını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid5 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4, i.v.91-94); Şahid9 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabatını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid9 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4, i.v.95-98); X1 Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar olunmamış, onun xx.xx.2014-cü il təvəllüdlü X35 və xx.xx.2023-cü il təvəllüdlü X20 adlı iki azyaşlı övladının olması müəyyən edilmişdir.(cild 4, i.v.99-100); 16 aprel 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan “İphone 14 Pro Max” mobil telefonunda ***-***-**-** saylı mobil nömrə ilə qeydə alınmış “whatsapp” tətbiqində “Ayla” kimi qeyd edilmiş Şahid17 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ilk yazışma 09 noyabr 2019-cu il tarixdə saat 12:41-də başlamış 28 aprel 2023-cü il tarixdə saat 11:52-ə dək davam etdirilmişdir. Aralarında olan yazışmalara və səs yazışmaları “Face Studio” brendi adı altında fəaliyyət göstərən gözəllik salonunun gündəlik iş faəliyyəti barəsindədir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:17-də Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 1 dəqiqə 06 saniyəlik “Sən niyə kiminsə sözünnən oturub-durursan, Rüfət, sən elə oğlan deyilsən axı? Yəni bu qızın sənə az xeyri dəyməyib ee? Nəcis yeyib, p....x yeyib, nəsli ilə, ağzı ilə, sənin kassana girib, sənin puluna dəyib. Mən onu heç danışmıram indi. Qələt eliyib, p...x yeyib, amma ki, Rüfət söz danışıqdan keçər, prokurorluq nədir? Yəni pislik eləmək bir saniyəlikdir. Onu prokurorluğa verməzdən əvvəl, onu çağır. Gəl görüşək, otursun, desin sənə nəyi haçan götürüb və haçan qaytaracaq? Bu nədir belə, Sən kiminsə sözünnən niyə oturub durursan ki? Kimsə sənin qulağına nə isə pıçıldayıb? Ona görə ki siz ona pislik eləyəcəksiniz, onun himayəsində yetim uşaq var. Sən ona pislik eləməklə qabağa düşəcəksən? Günahdır, Allah göydən baxır. Oğurlamayıb o səndən, götürüb, qaytarıb yerinə qoyacaq. Heç mən razı olmaram, sən ona o borcu keçəsən, nəyi var satacaq, gətirib verəcək sənə” məzmunlu, həmin tarixdə saat 08:20-də 1 dəqiqə 02 saniyəlik “Mən səninlə söhbət etməyə gələndə mən səndən bu məbləği keçməyi xahiş etdimmi Rüfət? Mən sənə söylədim ki, nəyim var, satıb sənin pulunu qaytaracağam. Sənə ayıb deyil, Rüfət? Ayıbdır e, səni kimsə qızışdırırsa, sən o qızın o qədər haqqını itirirsən, o boyda haqqına girirsən, Allah hər kəsi mühakimə edir, amma sən bu vəziyyətdə düzgün hərəkət etmirsən. Çünki mən sənin hüzuruna gəlib səhvimi etiraf etdim. Dedim ki, qızılla-brilliantlar, mənim şahidlərim var. Mən sənin yanına gəlib dedim ki, mənə vaxt verəsən, sentyabr ayına kimi onun məsələsi həll olunur. Əgər belə olmasa, mən bu pulu başqa yerdən tapıb, sənə qaytaracağam. İnsan bu cür hərəkət etməz, sən axı kişisən, get otur və nə etdiyini fikirləş. Onun tutulması sənə dinclik gətirəcək? Sən sonradan vicdan əzabı çəkəcəksən. Sənin ətrafında var e kimlərsə, onlara dinclik gələcək, kim ki, bunu həzm eləmiyib e. Bu sənə dinclik gətirməyəcək, hal hazırda sən bunu emosional halda edirsən. Çox nahaq, Rüfət, sən düzgün hərəkət etmirsən” məzmunlu, həmin tarixdə saat 08:28-də rus dilində 52 saniyəlik “onlar qorxularından özlərini batırıblar, onun özünə zəng edib soruş də, bu nədir belə, Rüfət? Mən heç anlamıram. Sən heç özünü eyni vəziyyətə düşə biləcəyini düşünmürsən? Biz hamımız aydan arı, sudan duruyuq? Məgər biz hamımız bu həyatda vicdanlıyıq? Bu cür hərəkət etməzlər, Rüfət. Sən axı kişisən. Mən səni belə bilmirdim axı. Ələxüsus da mən sənin qabağına təqsirli gəldim. Gəldim, əlimdə qızılnan brilliyantnan, mənim şahidlərim var. Sən deyə bilməzsən ki, oğurluyub qaçıb. Heç kimin sözünnən oturubdurma Rüfət. Sənin öz ağlın var. Sənin ağlın olmasa idi, sənin bu qədər biznesin olmazdı. Heç kimin, heç bir arvadların sözünnən oturub-durma” məzmunlu, həmin tarixdə saat 08:40-da 2 dəqiqə 21 saniyəlik “Rüfət, sənə yalvarıram, hal hazırda sən əsəbisən, sonradan peşman ola biləcəyin hərəkətə yol vermə. Eləmə qurban olum, eləmə. Nə olar, mənim xatirimə. Mən bir xəstə uşaq saxlayıram. Quran haqqı mən öldürəcəm özümü, and içirəm, yazıb qoyacam ki, bunların hamısı sənə görədir. And içirəm, niyə belə edirsən? Axı mən sənin yanına gəldim və səninlə normal söhbət etdim. Niyə sən kiminsə sözü ilə oturub-durursan, məgər sənin öz ağlın yoxdur? Mən heç zaman istəmirəm ki, sən bu borcu mənə keçəsən. Bir yol tapıb mən o pulu onsuz da sənə qaytaracaqdım. Yəni bu mənim ürəyimdi Allah qabağında. Niyə eləyirsən sən bunu, sənin də balan var. Yəni günah qazanmaq çox asandır, amma insan qalmaq, doğrudan da çətindi. Sənin də övladın var. Bəlkə sənin ətrafındakı insanlar Allahsızdırlar, buna mən heç nə deyə bilmərəm, sən isə son zamanlar bir qədər qəribə olmusan, niyə eləyirsən sən bunu, qurban olum. O gün sən özün dedin ki, mən borcu ona keçirəm, nə bilim nə, bu gün isə prokurorluğa verirsən. O qızlar qorxularınnan deyirlər, mən bilmirəm orada nə var, get kassanı özün yoxla, onlar oğrudurlar, hər şeyi səndən oğurlayırlar, amma əgər oğurlamırlarsa, get zəhmət olmasa Güneli yoxla. Niyə belə edirsən, Rüfət? Bu sənə rahatlıq gətirəcək, rahat yatacaqsan? Haçansa sənə düşmən olub, satıb səni? Şərəfsiz dedin e sən ona iclasda, şərəfsiz bilirsən kimdir? Kim ki, səni satıb, kim ki, sənə xəyanət eliyib. Şərəfsiz o deməkdir, o sözün mənasını heç bilmirsən e sən, sənə deyirlər, sən o sözü təkrarlayırsan iclasda. Yalnız emosiyalarla hərəkət etmə, günaha salma özüvü, girmə sənin də balan var. Bir qarnında uşaq var onun, bir də evində körpəsi var, qızı var. Sən onların ahına niyə girirsən, Rüfət. Niyə ahına girirsən sən onların?” məzmunlu səs yazıları göndərilmişdir(cild 4, i.v.107-113); Şahid11 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid11 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, DSMF-ə ödənilməli olan 32770 manat pulu Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan Zərərçəkmiş şəxs rəhbərlik etdiyi obyektlərdə işləyən administratorlardan götürərək öz ehtiyaclarına xərclədiyini, Fatimənin qeyd olunan məbləğləri Rüfətin Fatiməyə olan borcunun əvəzinə götürməsi ilə bağlı ona heç bir söz demədiyini, yəni pulu borcuna görə götürməsi ilə bağlı aralarında hər hansı söhbət olmadığını, gözəllik salonlarında işləyən inzibatçıların (administrator) xəzinə hesabatını (kassa) Zərərçəkmiş şəxs təhvil verdiyini bildirmişdir(cild 4, i.v.114-119); Şahid12 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid12 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabatını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid12 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cidl 4, i.v.120-123); Şahid13 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid13 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabatını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid13 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4,i.v.124-127); Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə, xəzinə hesabatını isə Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid6 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4, i.v.128-131); Şahid15 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid15 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid15 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4,i.v.135-137); Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir( cild 4, i.v.138-140); 18 aprel 2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan “İphone 14 Pro Max” mobil telefonunda ***-***-**-** saylı mobil nömrə ilə qeydə alınmış “whatsapp” tətbiqində “Fatia” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ilk yazışma 26 oktyabr 2022ci il tarixdə saat 12:16-da başlamış 26 aprel 2023-cü il tarixdə saat 15:30-a dək davam etdirilmişdir. Aralarında olan yazışmaları və səs yazışmaları “Face Studio”, “Facecistka”, və “Face Home” brendi adı altında fəaliyyət göstərən gözəllik salonunlarının, camaşırxana və tikinti mağazalarının gündəlik iş faəliyyəti barəsindədir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:01-də Təqsirləndirilən şəxs istifadəsində olan +**********52 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “whatsapp” tətbiqində “Mən səninlə danışmalıyam, bir dənə p...x eləmişəm böyük, əgər qışqırsan, danışmayacağam. Mənə əsəbləşmək olmaz” məzmunlu, həmin tarixdə saat 20:55-də “Rüfət vəziyyət pisdir, mən günahkaram, amma hamının başına iş gələ bilər. Faiz mənə çox təzyiq etdi, bankı ilə danışdım xanımla, bir iki aydan sonra təzədən götürərik, mən dsmf ödənişlərindən verdim, çoxu yarıdan çoxunu vermədi, dekabrdakını verdilər, sonra yanvarda, noyabrda verəndə Anar dedi ki, dekabrı da təcili bağlamaq lazımdır, necə var deyirəm, qızlar qalan pulu yığıb nə verdimsə faizə görə verdim, 1 aya yenə faizə götürdüm, axmaq, kredit yenə uzandı, 20 günə hər 3 minə 300 manat faiz verməli idin, mən yenə dsfm ödənişlərindən ödədim, çünki fikirləşdim ki, kredit ala bilərəm, amma 2 kreditim var idi, biri elə belə, biri də qızıl əsasında, səndən neçə dəfə borc istədim, dedin ki, yoxdur, amma mənim səndən başqa kimdənsə almaq imkanım yox idi, fikirləşdim ki, ağıllıyam, qızıl kreditinin bağladım ki, təzədən götürüm, amma gedəndə gördüm ki, şəxsiyyət vəsiqəmi deaktiv ediblər, getdim ki, yaşayış yeri üzrə qeydiyyatımı edim, məlum oldu ki, ikili vətəndaşlığıma görə ləğv ediblər, indi özümə yaşayış icazəsi düzəldirəm, çünki bizdə miras üstündə məhkəmə gedir, Ümumiyyətlə, mən Rüfət tam zibil içindəyəm, nə edəcəyimi bilmirəm, hardan tapım, əlimdə olan ancaq 60 qram qızıl və brilyant var. Yadımdadır, keçən il aləm qarışanda sən mənə demişdin ki, bunu necə qaytaracaqsan, düz deyirdin, bunu edə bilmədim. Həmişə deyirdin ki, probleminiz olanda mənə deyin, mən səndən neçə dəfə kömək istədim, sən isə kömək edə bilməyəcəyini dedin. Mən işimi tərk edib gedə bilərəm, amma bu problemi həll etməyəcək, heç nəyim yoxdur. Mən ancaq işləyib ödəyə bilərəm, bunu Ayla öyrənsə, məni öldürəcək ki, niyə ona deməmişəm, mən niyə heç kimə deməmişəm. Amma mən daha bacarmıram, bu zibildən çıxa bilmirəm. Başa düşürəm ki, mən sənin, ola bilsin ki, ümidlərini doğrultmamışam, amma sən də mənim gözləntilərimi doğrultmadın. Hər ay səndən maaşımı qaldırmağını xahiş edirdim, mənim gəlir yerim yalnız maaşımdır, kim nə deyir, p...x yeyir, mən heç vaxt oğurlamamışam, lazım olandan artıq almamışam, belə olsaydı borclarım da olmazdı. Bonuslarımı istəyirdim, başa düşürəm, yoxun idi, ona görə vermirdin. Mən o qədər cərimə ödədəm, borca girdim. Baxmayaraq ki, bu mənim cəriməm deyildi. Sənə qızıl verə bilərəm, mənə borc tap, ayda lap 2000 qaytara bilərəm. Nə edim, bilmirəm Rüfət, bir p...xdu yemişəm, qələt eləmişəm, nə desən düzdür. Amma mən indi əsəbləşə bilmərəm. Sadəcə qışqırma, doğum, sonra nə istəyirsən de, qışqır” məzmunlu, həmin tarixdə saat 22:18-də “Rüfət, mən bütün borcumu hesablamışam, 41 min manatdır. Bilirəm ki, indi hirslənəcəksən, bunu hara yox eləmisən. İnan ki, sənə and içirəm ki, heç özüm də bilmirəm ki, iş bu yerə çatıb, borc maya kimi artır. Axı bilirsən mən təkəm, düzü, çox çalışdım ki, onu bağlayım, nə qədər çalışsam da, alınmadı. Allah görür ki, boğuluram, səndən başqa müraciət edəcəyim heç kim yoxdur. Sən özün də dəfələrlə belə vəzyyətdə olmusan və dəfələrlə yaxınlarını zibildən çıxarmısan. Xahiş edirəm, mənə də kömək et, mən borc istəmirəm, mənə avans ver, bir neçə il üçün avans ver, mən çoxdan düşünürəm ki, nə edim. Borcumu bağla və hər ay maaşdan tut. 41 mindən 2 min çıx, hansını ki, mən cərimə kimi ödəmişəm, 39 min hər ay 1500 manat olmaqla mən 26 aya işləyib bu pulu çıxardaram. Sən mənə aylıq maaşı 2500 manat az verərsən. Xahiş edirəm anlayışla yanaş, mənim kiçik uşaqlarım var və mən təkəm. Mən dəfələrlə səni anlamışam, söz verdiyin bonusları vermədin, maaşı uzun müddət artırmırdın. Amma mən gözləyirdim. Sən də səbr və anlayışla yanaş. Sənə söz verirəm ki, bir də belə olmayacaq. Allahın adı ilə xahiş edirəm ki, hirslənmə və qışqırma, onsuz da övladımı itirməmək üçün artıq müalicədəyəm. Uşaqların heç bir günahı yoxdur” məzmunlu mesajlar daxil olmuşdur(cild 4, i.v. 141-148); Şahid10 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, Təqsirləndirilən şəxs isə Şahid10 ona pul verdiyini təsdiq etsə də, həmin məbləğin DSMF ödənişi olduğunu inkar etmişdir(cild 4, i.v.157-159); Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs verdiyi pulun DSMF ödənişi olduğunu, Təqsirləndirilən şəxs da bunu bildiyini, pul vəsaitlərini verərkən konkret olaraq işçilərin əmək haqqılarına uyğun nisbətdə hesablayıb verdiyini, həmin vəsaitlərin xəzinə hesabatından ayrı olaraq Fatiməyə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 ona pul verdiyini inkar etmişdir.( cild 4, i.v.160-163); 01 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 27 ünvanında iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur(cild 4, i.v.170); AA2661269 saylı şəxsiyyəət vəsiqəsin və 959830 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X35 və xx.xx.2023-cü il təvəllüdlü X20 adlı iki azyaşlı övladı var. Qeyd edilənlər elektron məhkəmə informasiya sisteminə baxış keçiriləkən öz təsdiqini atpmışdır (cild 4, i.v.18-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsindən 01 aprel 2024-cü il tarixli xx/xx-3724 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur(cild 6, i.v.79); 05 fevral 2021-ci il tarixli 022 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid5 Famil qızı arasında Bakı şəhəri Nizami rayonu Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllədə1 və 2 saylı binaların arasında ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 30 aprel 2021-ci il tarixli 028 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid12 arasında ünvan 28 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 03 noyabr 2021-ci il tarixli 030 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X29 arasında Bakı şəhəri Binəqədi rayonu Əcəmi ünvan 29ənzil ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 13 oktyabr 2022-ci il tarixli 032 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X38 arasında ünvan 30 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 19 may 2023-cü il tarixli 034 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid9 arasında Bakı şəhəri ünvan 31 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 05 oktyabr 2023-cü il tarixli 040 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X5 arasında ünvan 32 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 14 oktyabr 2023-cü il tarixli 042 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X30 arasında ünvan 33 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 23 noyabr 2023-cü il tarixli 049 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X14 arasında ünvan 34 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 15 dekabr 2023-cü il tarixli 056 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X21 arasında ünvan 35 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 23 fevral 2024-cü il tarixli 067 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X33 arasında ünvan 36 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 17 dekabr 2024-cü il tarixli 081 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X22 arasında ünvan 37 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. 30 yanvar 2025-ci il tarixli 087 nömrəli xidmət müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə X9 arasında ünvan 38 ünvanında yerləşən “Face Studio” gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilənin məzmunundan görünür ki, 15 sentyabr 2017-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş **********97-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi ünvan 29ənzilinin, ümumi sahəsi 65.04 kv.m olan mənzilinin 1000 manat icarə haqqı ödənilmək şərti ilə X15 icarəyə verilmişdir. Hazırki sazişi tərəfləri qeyd olunan müqaviləyə 1-ci və 5-ci bəndlərinə dəyişiklik edilməklə icarəyə verilmiş sahənin azaldılaraq 55.04 kv.m və aylıq icarə haqqının azaldılaraq 900 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 19 may 2025-ci il tarixli e-2(011)-2765/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş “X60 Yük” markalı ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X26 və Zərərçəkmiş şəxs ½ hissədə pay hüququ müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində göstərilmişdir ki, cavabdeh Zərərçəkmiş şəxs mübahisələndirilən “Face Studio” gözəllik salonlarının istifadəçisi, sahibi və ya rəhbəri olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Eyni zamanda iddiaçının ““Face Studio” adlı gözəllik salonlarından birinin cavabdeh Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 5, 55 saylı mənzildə fəaliyyət göstərməsi” barədə dəlillərinə münasibətdə göstərilmişdir ki, həmin əmlak cavabdehin mülkiyyətində olsa da, İcarə müqaviləsi əsasında 2017-ci il tarixdən etibarən X10 icarəyə verilmiş, həmin əmlak hazırda sonuncunun istifadəsindədir və o, həmin ünvanda yerləşən “Face Studio” gözəllik salonuna rəhbərlik edir, oradak əmlaklar da ona məxsusdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək qeyd edilən cinayəti törətmədiyini, pul vəsaitləri administratorlar tərəfindən ona verildiyini, həmin məbləğlərin DSMF ödənişi olduğunu bilmədiyini, pul vəsaitlərini özünün əvvəlki dövrlərdən qalmış əmək haqqının əvəzi kimi Zərərçəkmiş şəxs razılığı ilə xəzinədən götürdüyünü bildirsə də, onun bu dəlilləri çoxsaylı şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları, telefona baxış protokolu, audit rəyi və cinayət işinin digər materialları ilə tam təkzib edilməklə məhkəmə tərəfindən özünü müdafiə xarakterli, törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaltmaq və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan dəlillər kimi qiymətləndirilir. Bundan başqa, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs tanınmış və o, ““Face” brendinin və “Face Studio” gözəllik salonlarının faktiki sahibi kimi fərdi sahibkarlıq subyekti qismində fəaliyyət göstərən” kimi qeyd edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs göstərilənləri təkzib edərək, əmtəə nişanının ona məxsus olduğunu, pulların ona aid olmadığını, kassanın pulları olduğunu, maddi olaraq ona ziyan dəymədiyini, ziyan VÖEN sahiblərinə dəydiyini göstərmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı təkrar dindirilmiş şahidlər Şahid6, X38, Şahid12 vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Bundan başqa, iş materiallarına əlavə edilmiş ayrı-ayrı xidmət müqavilələri ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı şəhərində ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən “Face Studio” gözəllik salonunun sahibkarları arasında gözəllik salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsinin təmin edilməsinə dair müqavilələr bağlanmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş yuxarıda göstərilən françayzinq müqavilələrinin məzmunundan görünür ki, Bakı şəhərində ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən **********, **********2, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli vergi ödəyiciləri “FACE STUDİO” əmtəə nişanından istifadə hüququ almışlar. Bundan başqa, xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilənin məzmunundan görünür ki, 15 sentyabr 2017-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş **********97-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi ünvan 29ənzilinin, ümumi sahəsi 65.04 kv.m olan mənzilinin 1000 manat icarə haqqı ödənilmək şərti ilə X15 icarəyə verilmişdir. Hazırki sazişi tərəfləri qeyd olunan müqaviləyə 1-ci və 5-ci bəndlərinə dəyişiklik edilməklə icarəyə verilmiş sahənin azaldılaraq 55.04 kv.m və aylıq icarə haqqının azaldılaraq 900 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. Buda bir daha Zərərçəkmiş şəxs “Face Studio” gözəllik salonunun faktiki sahibi olmadığını təsdiq edir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 55 saylı mənzilində yerləşən “Face studio” gözəllik salonu Zərərçəkmiş şəxs məxsus olduğu təqdirdə həmin mənzili başqa şəxsə icarəyə verməsi ağlabatan və məntiqli deyildir. Məhkəmə qeyd edir ki, “Face studio” gözəllik salonu və Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5 saylı evin 55 saylı mənzil Zərərçəkmiş şəxs məxsus olsa idi, həmin icarə müqaviləsinə ehtiyyac olmazdı. Həmçinin, Bakı şəhəri Xətai rayon məhkəməsinin 19 may 2025-ci il tarixli e-2(011)- 2765/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş “X60 Yük” markalı ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X26 və Zərərçəkmiş şəxs ½ hissədə pay hüququ müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində göstərilmişdir ki, cavabdeh Zərərçəkmiş şəxs mübahisələndirilən “Face Studio” gözəllik salonlarının istifadəçisi, sahibi və ya rəhbəri olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Eyni zamanda iddiaçının ““Face Studio” adlı gözəllik salonlarından birinin cavabdeh Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 5, 55 saylı mənzildə fəaliyyət göstərməsi” barədə dəlillərinə münasibətdə göstərilmişdir ki, həmin əmlak cavabdehin mülkiyyətində olsa da, İcarə müqaviləsi əsasında 2017-ci il tarixdən etibarən X10 icarəyə verilmiş, həmin əmlak hazırda sonuncunun istifadəsindədir və o, həmin ünvanda yerləşən “Face Studio” gözəllik salonuna rəhbərlik edir, oradak əmlaklar da ona məxsusdur. Bütün yuxarıda qeyd edilən hallar bir daha təsdiq edir ki, “Face Studio” gözəllik salonlarının faktiki sahibi Zərərçəkmiş şəxs olmamış, o, gözəllik salonlarının ayrı-ayrı sahibkarları ilə müqavilə bağlayaraq salonunun sosial və digər media platformalarında reklamının təşkili, təşviqi, marketinqin təşkili və biznesin idarə edilməsinə töhvə verilməsi xidmətlərini göstərilməsini həyata keçirmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyan Zərərçəkmiş şəxs deyil, **********, **********2, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli vergi ödəyicilərinə dəymişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutaraq, məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı). Qanunvericinin bu mövqeyi məhkəmənin ittiham funksiyasını yerinə yetirməməsi, çəkişmə prinsipinə uyğun olaraq proses boyu məhz ittiham və müdafiə tərəfləri arasında obyektiv və qərəzsiz arbitr rolunda çıxış etməli olması ilə bağlıdır. Cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədinə də xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da əks olunmuş hüquqi mövqeyə görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları birbirindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərar). Məhkəmə istintaqı zamanı yuxarıda göstərilən hallar müəyyən edildiyindən məhkəmə dövlət ittihamçısının diqqətini cəlb etməklə Dövlət Sosial Müdafiə Fonduna olan ödəmələrin həmin təsərrüfat subyektlərinin fərdi sahibkarları tərəfindən ödənilməli olmasını, həmin məbləğlər ödənilmədiyi halda dövlət büdcəsi qarşısında məsuliyyət daşıyacaq şəxs 15 nəfər həmin gözəllik salonlarının sahibkarları olmasını, məhkəmənin həmin şəxsləri zərərçəkmiş şəxs qismində tanıya bilməməsini, bunun ittihamın həcminin genişləndirilməsi olduğunu göstərmiş, lakin dövlət ittihamçısının, eləcə də zərərçəkmiş şəxsin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, hazırki halda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində işə baxıldığından, eləcə də məhkəmənin verilmiş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququ olduğundan və məhkəmə istintaqı zamanı “Face studio” gözəllik salonlarının Zərərçəkmiş şəxs məxsus olmaması müəyyən edildiyindən, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “Face studio” gözəllik salonunun faktiki sahibi” olmasına dair ifadə xaric edilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, CM-nin Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını(CM-59.2) maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tannınmış Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 məhkəmə çıxışında təqsirləndirilən şəxs tərəfindən vəsait ödənilməsə də təqsirləndirilən şəxsin həbs olunmasını istəmədiklərini, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid17 Zərərçəkmiş şəxs göndərdiyi səs yazılarının qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsnun üzərinə daimi yaşayış yeri olan ünvan 39 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayon hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsnun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid17 Zərərçəkmiş şəxs göndərdiyi səs yazılarının qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-42/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-42/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver