Məhkəmə qərarları › İş №1(001)-420/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-420/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-420/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 4 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 05:30-da Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində özünə məxsus, taksi fəaliyyəti göstərdiyi «Mercedes Benz» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşmiş Zərərçəkmiş şəxs ön sağ oturacaqda yuxuya getməsindən istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın ön sol cibindən 230 manat məbləğdə nağd pulu, bir ədəd «Samsung J 6 plus dual» markalı mobil telefon aparatını Zərərçəkmiş şəxs cibindən çıxararkən sonuncu yuxudan oyanmış və əşyalarının cibindən çıxarıldığını görüb qorxaraq dayanmış vəziyyətdə olan avtomobildən özünü yerə atmış, yerdə olduğu vaxt talanmış əşyalarının geri qaytarılmasını qışqıraraq tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs özünə məxsus «Mercedes Benz» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 230 (iki yüz otuz) manat məbləğdə nağd pulu, 01 ədəd 200 (iki yüz) manat dəyərində «Samsung J 6 plus dual» markalı mobil telefon aparatını, üzərində olan 10 (on) manat dəyərində telefon üzyülüyü, hər biri 05 (beş) manat dəyərində olan bir ədəd «Bakcell» mobil operatora aid 055 ******* və «Azerfon» mobil operatora aid ********** mobil telefon nömrələri ilə birlikdə açıq talayıb zərər çəkmiş şəxsə Zərərçəkmiş şəxs ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında Ədalət adlı şəxsdən «Mercedes Benz» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, Bakı şəhərində fəaliyyət göstərən “*0404” və “*2111” taksi çağırış xidmətindən istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə səhər saat təxminən 04:30 radələrində “*0404” taksi xidmətindən Biləcəri qəsəbəsindən müştəri qəbul etmək barədə sifariş alıb qeyd edilən ünvana getmiş, çağrılan yerə çatarkən iki nəfər şəxsin sərxoş vəziyyətdə olduğunu görmüş və onlardan biri digərini yola salmışdır. Onun avtomobilinin qabaq sərnişin yerinə əyləşən, adı sonradan ona «Elburus» kimi məlum olan şəxs Biləcəri qəsəbəsində yerləşən Lokomativ İdman kompleksinin yataqxanasına gedəcəklərini bildirmiş, o hərəkətə başlayıb bir qədər getdikdən sonra «Elburus» adlı müştəri siqaret almaq üçün yol kənarındakı mağazanın qarşısında saxlamasını bildirdiyi üçün o, həmin mağazanın qarşısında saxlamış, sərxoş halda olan Elburus mağazaya düşərkən ona da düşməsini və siqaret alacağını bildirmişdir. O da, Elburusla birlikdə düşmüş, Elburus özünə pivə, siqaret və 03 ədəd alma almış, o isə 1 qutu siqaret almış və avtomobilə əyləşmişlər. Elburus avtomobilə əyləşərkən onu bir qədər şəhərdə gəzdirməsini və buna görə ona əlavə pul verəcəyini demişdir. O, Elburusa etiraz etməmiş və yolda müştəri olarsa, götürməsinə razılıq verməsini xahiş etmiş və Elburus razılaşmışdır. Onlar bir qədər hərəkət etdikdən sonra o, Biləcəri qəsəbəsində yerləşən «Ağ Saray» şadlıq sarayın yanında yolda dayanan müştəri götürüb sonuncunu Bakı Beynəlxalq Avtovağzalına aparmış, oradan da başqa bir müştərini götürüb “Şamaxinka” deyilən yerə aparıb düşürmüş, oradan «20 Yanvar» dairəsi istiqamətində hərəkət edərkən yol kənarında dayanmış başqa bir müştərini götürüb Biləcəri qəsəbəsinə istiqamət almışdır. Elburus sərxoş olduğu üçün onu yuxu tutmuş və o yatmışdır. Arxada olan tanımadığı digər müştəri isə başını sağa çevirib pəncərədən baxmışdır. Həmin vaxtı o, sağ əlini Elburusun sol cibinə salaraq oradan telefonu və pulu götürən zaman Elburus yuxudan oyanmışdır. Onun oyandığını görüb maşını saxlamış, Elburus maşının qapısını açaraq özünü yerə atmışdır. Telefonu və pulu götürdüyünü hiss edəcəyindən qorxub maşını sürüb getmişdir. Bu zaman Elburus onun arxasınca cağırsa da əhəmiyyət verməmişdir. Digər müştərini bir qədər irəlidə yerləşən “Sarı” marketin qarşısında düşürüb evə istiqamət almışdır. O, yolda olarkən avtomobilin qabaq sərnişin oturacağı ilə qapı arasında olan yerdə telefon zəngi gəldiyini eşitmiş, «Samsung» markalı telefona cavab verərkən özünü Ramiz kimi təqdim edən şəxs Elburusun telefonunun onun avtomobilində qaldığını və telefonu qaytarmasını bildirmişdir. Sonra Elburus özü onunla telefonda danışıb telefonun özünə məxsus olduğunu deyib qaytarmasını tələb etmiş, o, Elburusa Sulutəpə qəsəbəsində yerləşən «Dördyol» deyilən yerə gəlməsini bildirmişdir. Lakin özü görüşə getməmiş, belə ki, mobil telefonu Elburusa qaytarmaq istəməmişdir. Bir qədər sonra Elburusun mobil telefonuna zəng gəlmiş və özünü Elburusun arvadı kimi təqdim edən şəxs Elburusun telefonunu qaytarmasını bildirmişdir. O, həmin qadına şirinlik müqabilində telefonu qaytaracağını bildirmiş, həmin qadın onunla razılaşdıqda o, bir qədər sonra telefonu deyilən yerə gətirəcəyini bildirmişdir. Lakin yenə də telefonu aparmamış və bir qədər sonra telefona zəng vuran və özünü Elbrusun qohumu kimi təqdim edən şəxs də ona telefonu qaytarmasını bildirmişdir. O, həmin şəxsə Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” adlı sarayın qarşısına gələcəyimi demiş, lakin yenə də oraya getməmiş, sonradan yenə zəng vuran həmin şəxs onu söyərək barəsində şikayət edəcəyini bildirmişdir. O isə həmin şəxsin nömrəsini bloka qoymuş və sonra həmin telefona gələn zənglərə ümumiyyətlə cavab verməmişdir. Bir müddət sonra onu polis əməkdaşları saxlayaraq istintaqa təhvil vermişlər. Bundan sonra Zərərçəkmiş şəxs soyğunçuluq yolu ilə taladığı əşyaları, yəni 230 (iki yüz otuz) manat məbləğdə nağd pulu, 01 ədəd «Samsung J 6 plus dual» markalı mobil telefon aparatını və üzərində olan telefon üzyülüyünü qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020ci il tarixdə saat təxminən 18-19 radələrində Biləcəri qəsəbəsi DSK yolunda fərdi tikilidə kirayə yaşayan dostu Yusiflə zəngləşərək sonuncu ilə yaşadığı evdə yeyib-içmək qərarına gəlmiş və bu məqsədlə bazarlıq edib Yusifin yaşadığı evə getmişdir. Yusiflə xx xxxxx 2020-ci il səhər saat 04-05 radələrinə kimi yemək yeyib spirtli içki qəbul etmişdir. xx xxxxx 2020-ci il tarixdə səhərə yaxın saat təxminən 04:30 radələrində özünə məxsus olan üzərində 055 *** ** ** və 077 *** ** ** mobil nömrələr olan «Sumsung J 6+» markalı mobil telefondan taksi xidməti olan “*0404” zəng vurub taksi sifariş vermişdir. Bir qədər sonra xatırlamadığı bir nömrədən ona zəng gəlmiş, zəng edən şəxs taksi sürücüsü olduğunu və onu DSK yolunda sifariş verdiyi yerdə gözlədiyini bildirmişdir. O, Yusiflə yola çıxmış sağollaşıb gümüşü rəngli Mercedes markalı avtomobilə əyləşmişdir. O, spirti içki qəbul etdiyi üçün sərxoş olmuş, artıq xeyli müddət yatmadığı üçün yuxulu olmuşdur. Avtomobildə qabaq sərnişin yerində əyləşmiş, ünvanı bir daha həmin sürücüyə bildirmişdir. Avtomobilin sürücüsü, adı sonradan ona «Saleh» kimi məlum olan şəxs ona bir qədər qarşıda 02 nəfər müştərisinin olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, işə gecikirlər, həmin müştərilərini düşürtdükdən sonra onu evə çatdıracaqdır. O, Salehə etiraz etməmiş və hərəkətə başlamışlar. Avtomobilin hava qızdırıcısı onu yuxulamağa vadar etmiş və yatmışdır. Ani bir anda o,ayılarkən Salehin avtomobili yol kənarında saxladığını və əlinin cibində olduğunu görüb qorxmuş, avtomobilin qapısını açıb yerə tullanmışdır. Sərxoş olsa da, telefonunun cibindən çıxarıldığını hiss edib Salehin arxasınca qışqırmış, lakin o avtomobilinin qabaq sağ qapısının açıq olmasına baxmayaraq, yüksək sürətlə sürüb getmişdir. Ayağa qalxıb əlini cibinə salarkən mobil telefonu ilə yanaşı şalvarının sol cibində olan 130 manat pulunun cibində olmadığını, lakin şalvarının sağ cibindəki 45 manat pulun yerində olduğunu görmüşdür. O, əl edib yolla gedən markasını və nömrəsini xatırlamadığı üzərində taksi trafareti olan avtomobili saxlatmış, həmin avtomobilə əyləşən kimi sürücüyə baş vermiş hadisə barədə ətraflı məlumat vermədən bir qədər öncə taksidən düşdüyünü və telefonunun həmin avtomobildə qaldığını bildirmiş və öz telefonundan onun mobil telefon nömrəsinə zəng vurmağını xahiş etmişdir. Həmin şəxs onun mobil telefonuna zəng vurub danışarkən telefona cavab verən şəxs Sulutəpə qəsəbəsində yerləşən “dördyol” deyilən yerə getmələrini və telefonu orada verəcəyini bildirmişdir. Bundan sonra qeyd edilən yerə getmişlər, təxminən 01 saat orada gözləmələrinə baxmayaraq, Saleh gəlib çıxmamışdır. Onu aparan taksi sürücüsü 2-3 dəfə onun mobil nömrəsi ilə danışsa da, Saleh gəlib çıxmamış və o, taksi sürücüsünə onu evə aparmasını bildirmişdir. O, saat təxminən 06:30 radələrində evə getmiş, arvadı Xəyalənin 050 *** ** ** mobil telefon nömrəsindən yenə də öz mobil telefon nömrəsinə dəfələrlə zəng vursa da, telefonu açan olmamış və yatmışdır. O, yatarkən onun mobil telefonundan arvadı Xəyalənin mobil telefonuna zəng vuran şəxs arvadından şirinlik müqabilində telefonu qaytarmağa hazır olduğunu bildirmiş, Xəyalə evin ünvanını verərək telefonu evinə gətirməsini demiş, lakin yenə də həmin şəxs telefonu gətirməmişdir. O, yuxudan durduqdan sonra qaynı Pərvizlə Biləcəri qəsəbəsində görüşüb baş vermiş hadisəni danışmışdır. O, Pərvizə şalvarının sol cibində olan 130 manat pulun götürülməsini bildirməsə də, telefonun kaburosu altında 100 manat pul olduğunu bildirmişdir. O, qohumlarının cibində xeyli sayda pul gəzdirdiyi üçün onu danlamasmdan narahat olmuş, bundan sonra özünə məxsus 055 *** ** ** saylı mobil nömrəsindən mobil nömrəsinə zəng vurub telefonun qaytarılması ilə bağlı, həmçinin telefonun kaburası altında 100 manat pulun olduğunu bildirib qaytarmasını Salehdən tələb etmişdir. Həmin Saleh onlara Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının qarşısına getmələrini bildirsə də, müxtəlif bəhanələr gətirərək görüşə getməmiş və sonradan telefonu ümumiyyətlə söndürmüşdür. O, axşam saatlarına kimi həmin şəxslə əlaqəyə girib telefonunu və pulunu qaytarmaq üçün dəfələrlə cəhd etsə də, həmin şəxs onun telefon və pulumu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, məcbur olub DİN-in 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Polisə etdiyi şikayətdən sonra Saleh ona 230 (iki yüz otuz) manat məbləğdə nağd pulu, 01 ədəd «Samsung J 6 plus dual» markalı mobil telefon aparatını və üzərində olan telefon üzyülüyünü qaytarmışdır. Ona vurulmuş ziyanı ödədiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 onun əridir, Təqsirləndirilən şəxs adlı şəxsi isə əvvəllər tanımamışdır. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman Elburus evə gələrək demişdir ki, səhər sifariş ilə taksi çağırıb «Mercedes» markalı sonu 849 ilə bitən avtomobildə qabaq oturacaqda əyləşmiş, yuxuyu getməsindən istifadə edən sürücü şalvarının cibindən mobil telefonu və nağd pulunu çıxararkən yuxudan oyanmış, qorxduğu üçün avtomobildən düşüb qaçmışdır. Sonra başqa taksi ilə həmin «Mercedes» markalı taksinin arxasından getsə də, çata bilməmiş və ikinci taksi sürücünün telefonu ilə dəfələrlə özünə məxsus mobil telefona zəng etsə də, telefonu açan şəxs Elbrusun zənglərinə cavab verib telefonun özündə olduğunu demiş, telefonu götürmək üçün Elburusu dəfələrlə müxtəlif ünvanlara çağırmış, lakin Elburusu aldatmış və telefonunu qaytarmamışdır. Elburus gecə yatmadığı üçün günorta saatlarında evdə yatandan sonra o, öz mobil telefonu ilə Elburusun mobil telefon nömrəsinə zəng etmiş, həmin vaxtı telefona cavab verən şəxs, yəni Təqsirləndirilən şəxs telefonu qaytarmaq üçün ondan «şirinlik» kimi 20 manat məbləğdə pul istəmiş, o da, razılaşaraq evinin ünvanını verib telefonu evə gətirməsini xahiş etsə də, Təqsirləndirilən şəxs onu da aldatmış və Elburusun mobil telefonunu qaytarmamışdır. Sonra da Elburus bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır, onunla normal münasibətləri olmuş, Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və bazarlıq edib yeyib içmək üçün onun yaşadığı DSK yolundakı evinə gəlmək isdədiyini bildirmiş, o,da ailə üzvlərinin evdə olmadığı üçün onu evə dəvət etmiş, Yusif onlara gəlmiş onunla söhbətləşib yeyib içmişlər. Söhbət zamanı Yusif ona demişdir ki, təzəlikcə iş götürüb və həmin gün onun behini almışdır, pulu var ona görə qonaqlıq vermiş, təxminən gecə saat 04 radələrinə kimi onlarda Yusiflə spirtli içki qəbul edib çörək yemişlər, daha sonra Yusif öz telefonu ilə taksi çağırmış və onu taksiyə kimi yola salmışdır. Taksi olaraq gümüşü rəngli “Mersedes”markalı taksi gəlmiş, Yusif qabaq oturacaqda əyləşib getmiş, o, da evinə qayıtmışdır. Təxminən bir neçə gün sonra Yusif ona demişdir ki, həmin taksi sürücüsü onun mobil telefonunu və cibində olan pulunu çıxaran zaman oyanmış, qorxduğu üçün maşından düşmüş, telefonunun cibindən çıxarıldığını hiss edib sürücünün arxasınca qışqırmış, lakin sürücü avtomobilinin qabaq sağ qapısının açıq olmasına baxmayaraq, yüksək sürətlə sürüb getmişdir. Ayağa qalxıb əlini cibinə salarkən mobil telefonu ilə yanaşı şalvarının sol cibində olan 130 manat pulunun cibində olmadığını görmüşdür. Dəfələrlə sürücüyə zəng edərək telefonu və pulu xoşluqla qaytarmasını tələb etsələrdə, nəticəsi olmamış, məcbur olub polisə şikayət etmişlər. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 16:50-də Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 31-32). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir (cild 1, i.v 55-56). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 71-74). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1700 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, 01 ədəd «Samsung J6 plus dual» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən olunur (cild 1, i.v 130- 131). Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 1, i.v 141). Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “Samsunq J6 plyus dual” markalı mobil telefon maddi sübut kimi tanınaraq sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmış, bir ədəd “xxxx” MMC-dən götürülmüş SD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 151). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 94). Cinayət işinin materiallarında olan AZE 12260848 saylı və AZE 12260847 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Murad və xx.xx.2011-ci il təvəllüdlü Aris adlı uşaqları var (cild 1, i.v 125). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, törədilməsi hallarını və hadisədən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin, yəni “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” barədə tələbini nəzərə alır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır;132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd “Samsunq J6 plyus dual” markalı mobil telefonun sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd “xxxx” MMC-dən götürülmüş SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – bir ədəd “Samsunq J6 plyus dual” markalı mobil telefonun sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bir ədəd “xxxx” MMCdən götürülmüş SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar