Məhkəmə qərarları › İş №1(001)-420/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-420/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-420/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs3 dayandırılmış əlillik təqaüdünün alınmasını bərpa etdirməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 istintaqa məlum olmayan şəraitdə özünün təqdim etdiyi istintaqa məlum olmayan bank kart hesabına göndərdiyi 1.000 manat pulu və 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 48 ünvanında yerləşən 14 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs3 şəxsən 4.000 manat pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində dəniz kənarı yerdə olan dəmir boruların müvafiq dövlət qurumlarından rəsmi icazə ilə oradan çıxarılaraq satıb əlavə gəlir əldə edə biləcəklərinə dair yalan vəd verərək, həmin məsələnin müsbət həlli üçün 31 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 şəxsən 5.000 manat və 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Asif Məhərrəmov küçəsində yerləşən “Qəbələ” adlı çay evində Zərərçəkmiş şəxs2 şəxsən 500 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 5.500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü həmin sahədə çalışan şəxs kimi təqdim edərək müddətsiz 1-ci qrup əlillik dərəcəsini düzəldəcəyinə dair yalan vəd verərək həmin məsələnin müsbət həlli üçün 10 mart 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs1 şəxsən 2.000 manat, 2023-cü ilin may ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “DOST” mərkəzi yaxınlığında Zərərçəkmiş şəxs1 şəxsən 1500 manat, 25 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ruzi" adlı mağazada olan ödəniş terminalından özünün təqdim etdiyi "xxxx" ASC-ǝ məxsus 4199********3063 nömrəli bank kart hesabına göndərilən 600 manatı, 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən "Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 350 manatı, 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 500 manat, 31 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən "Rəvan” adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 800 manat, 02 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 200 manat, 11 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 400 manat, 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 320 manat, 23 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 500 manat, 05 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 100 manat, 05 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 200 manat, 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 40 manat, 31 may 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan” adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 70 manat, 2024-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan" adlı mağazada olan ödəniş terminalından həmin kart hesabına göndərilən 250 manat manat və Zərərçəkmiş şəxs1 tərəfindən 2023-cü ilin mart ayından 2024-cü ilin noyabr ayına kimi olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu ərazisindən istintaqla müəyyən edilməyən ayrı-ayrı tarixlərdə özünün təqdim etdiyi "xxxx" ASC-ə aid 4169********3063 nömrəli bank kart hesabına göndərilən cəmi 4.420 manat pul vəsaitini ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.250 (on iki min iki yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyi bildirməklə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunanlar onun sözləriylə yazılmışdır, o hər 3 epizod üzrə özünü təqsirli bilir, törətdiyi əməllərə görə çox peşmandır. Belə ki, Zərərçəkmiş şəxs3 yerlisi olan Sahilin vasitəsi ilə tanımış, Gündüz Sahilin yanına gedib-gələn biri olmuş, Sahil ona zəng vuraraq bir nəfər tanışı olduğunu və sonuncu ilə görüşməsini demiş, bundan sonra o, Gündüzlə görüşmüşdür. Gündüz əvvəl əlilliklə bağlı heç nə deməmiş, ondan qardaşını həbs etdirməkdə kömək etməyi xahiş etmişdir. Bu xahişindən sonra o, Gündüzün normal adam olmadığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs3 5000 manat miqdarında ona əlillik düzəltmək vədi ilə pul almışdır. Gündüz əvvəlcə onun kartına 1000 manat göndərmiş, sonra isə 4000 manat da notarial qaydada “Şamaxinka” deyilən ərazidə vermişdir. Əlilliytin düzəldilməsi üçün ümumilikdə 8000 manat pul istəmiş, 3000 manatı isə işi düzəltdikdən sonra alacağını demişdir. 2-ci epizod üzrə isə Zərərçəkmiş şəxs2 atası onun atasının sinif yoldaşı olmuşdur. O, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində dəniz kənarı yerdə olan dəmir boruların müvafiq dövlət qurumlarından rəsmi icazə ilə oradan çıxarılaraq satıb əlavə gəlir əldə edə biləcəklərinə dair yalan vəd verərək Elvingilin evlərində Elvinin də iştirakı ilə anasından 5000 manat pul almışdır. 500 manat isə onun işini ağırlaşdırmaq üçün yazdırmışlar. Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Asif Məhərrəmov küçəsində yerləşən “Qəbələ” adlı çay evində Elvindən pul almamış, birlikdə orada oturmuşular, amma həmin yerdə Elvindən pul almamışdır. Elvindən cəmi 5000 manat pul almışdır. 3-cü epizod üzrə isə Zərərçəkmiş şəxs1 özünü həmin sahədə çalışan şəxs kimi təqdim edərək müddətsiz 1-ci qrup əlillik dərəcəsini düzəldəcəyinə dair yalan vəd verərək hissə-hissə olmaqla ümumilikdə 12250 manat pul almışdır. Təqsirləndirilən şəxs sön sözündə bildirmişdir ki, əməlindən çox peşmandır, indiyə kimi çox səhvlər etsə də, artıq tövbə etmişdir və bir daha bu işlərlə məşğul olmayacaq, ailəsinin yanında olacaqdır. Özü evin də tək övladıdır, ata və anası yaşlıdır, bunla yanaşı 2 az yaşlı övladı vardır. Barəsində ədalətli qərar verilməsini xahiş edir. Azadlığa çıxdıqdan sonra isə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir. Bununla yanaşı Zərərçəkmiş şəxs3 qarşı olan epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçmişdir. Həmin epizod üzrə bəraət verici əsaslar olmadan barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, bir dostu vasitəsiylə Təqsirləndirilən şəxs tanımışdır. Həmin zaman Binəqədi-Xırdalan avtomobil yolunun kənarında yerləşən «Ağdaş» adlı kafeni işlədirdi və əlillik müddətinin 5 ili tamam olurdu və həmin müddəti artırmaq lazım idi. Sabit bunu öyrənəndən sonra bu işlə məşğul olan yaxın adamı olmasını və məsələni həll edə biləcəyini demişdir. Buna görə əvvəl ondan 3500 manat istəmiş, daha sonra artımlar etmiş həkimlərə və digər sənədlərə pul lazım olacağını bildirmişdir. Bu cür sözlərlə hissə-hissə olmaqla ondan ümumilikdə 12250 manat pul almışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə evində video çəkilişlə 2000 manat pul vermiş, daha sonra 1500 manat vermiş, həmçinin onun göndərdiyi kartlara pul göndərmiş, bunlarla yanaşı bir neçə dəfə görüşüb əlbəəl də pul vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 12250 manatdan indiyədək heç bir vəsait geri qaytarmamışdır, hazırda ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər 2-ci qrup əlilliklə bağlı təqaüd alsa da, sonra təqaüdü dayandırılmışdır. Təqsirləndirilən şəxs əlillik bərpa etdirməsi ilə bağlı işlərlə məşğul olmasını və əlilliyi bərpa etdirə biləcəyini öyrəndikdən sonra sonuncu ilə görüşmüşdür. Aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs ona 8000 manat müqabilində əlilliyini bərpa etdirəcəyini bildirmiş və ilkin olaraq 1000 manat verilməsini, daha sonra 4000 manata əlilliyi bərpa edəcəyini, iş bitdikdən sonra da 3000 manat alacağını demişdir. O, deyildiki kimi əvvəlcə 1000 manat vəsaiti Təqsirləndirilən şəxs verdiyi karta göndərmişdir. Lakin 4000 manatı vermək üçün pulu olmadığından avtomobilini satmalı olmuş və bunun üçün də vaxt lazım olmasını Sabitə bildirmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağı, hələ 10 gün vaxt olduğunu bildirmiş, lakin həmin danışıqlarından 3-4 gün sonra ona işinin düzəldiyini, təcili şəkildə pul verilməli olduğunu bildirmişdir. Bundan sonra o, «20 Yanvar» adlanan ərazidə yerləşən 14 saylı notariat kontorunun qarşısında əlbəəl olaraq Sabitə 4000 manat pul vermişdir. Pulu Sabitə verdiyi zaman onu Sabitlə tanış edən Sahil adlı şəxs də yanlarında olmuş, pulu aldıqdan sonra Sabit yanvar ayının 15-nə kimi işin düzələcəyini və iş düzəldikdən sonra 3000 manat da alacağını demişdir. Lakin, həmin gündən sonra hər dəfə müxtəlif bəhanələrlə Sabit müddəti uzatmağa çalışmış, ona müxtəlif yalanlar danışmış, bunun nəticəsində o aldadıldığını hiss etmiş və nəticədə şikayət etmişdir. Hal-hazırda da şikayətçidir, təqsirləndirilən şəxslə barışmamış, ona vurulmuş ziyandan ödəniş edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər bir müddət işləməmiş, həmin vaxtı onunla eyni rayondan olan şəxslərin daimi yığışdığı Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində yerləşən «Qəbələ» adlı çay evinə teztez getmiş və həmin çay evində Təqsirləndirilən şəxs tanımışdır. Tanış olduqları zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində dəniz kənarı yerdə olan dəmir boruların rəsmi icazə ilə oradan çıxarılaraq satıb əlavə gəlir etmək mümkün olduğunu bildirmiş və işsiz olduğu üçün ona həmin boruları satıb pul qazanmağı təklif etmiş, o da Sabitin sözügedən təklifi ilə razılaşmışdır. Sabitlə birlikdə gedib həmin yerə baxış keçirmişlər, həmin zaman Təqsirləndirilən şəxs Vaqif adlı bir nəfər şəxs də çağırmışdır. Deyilənə görə həmin Vaqif adlı şəxs hazırda dünyasını dəyişmişdir. Onlar bu məsələ ilə bağlı danışdıqdan sonra onun valideynlərinin yaşadığı ünvan 4 ünvanında yerləşən evə gəlmişlər və Sabit onun anasından şəxsən pul almışdır. Qeyd etdiyi evdə onun özü yox valideynləri yaşayır, evin həyətində Təqsirləndirilən şəxs pul alaraq çıxıb getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs 5000 manat pul verilmişdir. Lakin onun ümumilikdə 5500 manat xərci çıxmış, belə ki, əlbəəl verdiyi 5000 manat puldan əlavə 500 manat da əlavə xərci çıxmışdır. Xərc dedikdə Sabitgillə gedib-gəlməyi, oturmaqları və s. pul xərclədiyi halları nəzərdə tutur. İşin düzəlməsi ilə bağlı isə Təqsirləndirilən şəxs ondan 5000 manat istəmiş və həmin məbləği də almışdır. İstintaqda isə Sabit Əbvərliyə verdiyi 5000 manatdan əlavə çəkdiyi digər xərclər olan 500 manatı da nəzərə alaraq ümumilikdə 5500 manat verdiyini göstərmişdir. Lakin faktiki olaraq həmin işlə bağlı Sabitə cəmi 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra telefon zənglərinə cavab verməmiş, müxtəlif bəhanələr gətirməklə yayınmağa çalışmışdır. Hazırda şikayətçidir, ona vurulmuş zərər ödənilməyib və təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, “3 il olar ki, Binəqədi-Xırdalan avtomobil yolunun kənarında bərbərxanada işləmişdir. Zərərçəkmiş şəxs1 də həmin bərbərxanada işlədiyi vaxtdan tanımışdır. Həmin ərəfədə Məhərrəm onun iş yerinin yaxınlığındakı “Ağdaş” kafesini işlətmişdir. Məhərrəmin deməsinə görə bir neçə il əvvəl keçirdiyi yolnəqliyyat hadisəsindən sonra 2-ci qrup əlil olaraq təqaüd almışdır. 2023-cü ilin aprelmart aylarında tarixini dəqiq xatırlamadığı gündə o, Məhərrəmin işlədiyi kafedə tanışları ilə domino oynadığı vaxtı yaxınlıqlarındakı avtomobil yuma yerində işləyən Məhəbbət adlı oğlan sonradan adının Sabit olduğunu bildiyi şəxsi kafeyə gətirmişdir. Onlar kafedəki otağa girmişlər. Onların həmin otaqda nə qədər olduqlarını bilməmişdir. Təxminən 20 dəqiqədən sonra о, Məhərrəmin kafedə tək oturduğunu görüb sonuncudan Məhəbbətlə gələn adamın kimliyini soruşmuş, Məhərrəm də həmin adamın adının Sabit olduğunu, X3 Mərkəzində işlədiyini və Məhəbbətin qohumu olduğunu söyləyib, Sabitin 2-ci qrup əlillik dərəcəsini 1-ci qrupa dəyişdirəcəyinə söz verdiyini söyləmişdir. Bundan 2 gün sonra o, işdə olduğu vaxtı Məhərrəm onu kafeyə çağırıb, Sabitə əlillik məsələsini həll etmək üçün pul verəcəyini deyib onunla birlikdə Xırdalan şəhərindəki evlərinə gedib-qayıtmaqlarını və Sabitə pul verərkən mobil telefonu ilə həmin anı videogörüntüyə almağını xahiş etmişdir. O da razılaşmışdır. Bundan sonra onlar üçü, yəni o, Sabit və Məhərrəm birlikdə Xırdalana Məhərrəmin yaşadığı evə getmişlər. Məhərrəm onun yanında Sabitə 3500 manat pul vermişdir. Sabit də həmin pulu nə üçün aldığını söyləmişdir. O da onların bu hərəkətini və danışıqlarını mobil telefona çəkmişdir. Sonra onlar geri qayıtmışlar. Sabit çıxıb getmişdir. Bundan sonra o, bir neçə dəfə Məhərrəmdən əlillik dərəcəsinin həll olub-olmadığını soruşduqda ondan sonra bu işin həlli üçün hissə-hissə olmaqla Sabitə 10500 də əlavə olaraq pul verdiyini, lakin işin hələ də həll olmadığını və Sabitin son vaxtlar telefon zənglərinə də cavab vermədiyini bildirmişdir. O, Sabiti əvvəllər tanımamış və Məhərrəmin 2-ci qrup əlilik dərəcəsini 1-ci qrup etməsi ilə bağlı onunla heç bir söhbət aparmamış, Sabitlə onun heç bir münasibəti olmamışdır.” Məhkəmə baxışı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, “ o, avtomobil təmiri ustasıdır. Təqsirləndirilən şəxs onunla həmkəndlidir, sonuncunu təxminən 30 il olar ki, tanıyır. Aralarında normal münasibətləri vardır. Zərərçəkmiş şəxs3 də 3-4 il olar ki, tanıyır. Gündüz mütəmadi olaraq öz avtomobilini təmir üçün onun işlədiyi emalatxanaya gətirdiyinə görə aralarında səmimi münasibət yaranmışdır. 2023-cü ilin sentyabr ayında tarixini dəqiq xatırlamadığı gündə Gündüz avtomobilini onun işlədiyi yerə təmir etdirməyə gətirdiyi vaxt aralarındakı söhbət zamanı əvvəllər 2-ci qrup əlil kimi təqaüd aldığını, lakin həmin ilin mart ayından təqaüdünün kəsildiyini bildirmiş və təqaüdünün bərpa olunmasına köməklik edə biləcək bir adam axtardığını söyləmişdir. Həmin ərəfədə o da Sabitin xeyli tanışının olduğunu, bu işdə Gündüzə köməklik edə biləcəyini düşünüb bu barədə Gündüzə bildirmişdir. Gündüz də razılaşmış və Sabitlə görüşüb danışmaq üçün ondan Sabitin mobil telefon nömrəsini istəmişdir. O da Sabitin (055) ***-**-** mobil telefon nömrəsini Gündüzə vermişdir. Bundan 2-3 gün sonra Gündüz ona zəng edib Sabitlə təqaüd məsələsi ilə bağlı danışıb razılaşdığını və bu işin həlli üçün Sabitin 5000 manat pul istədiyini söyləmiş və ilkin olaraq Sabitin bank kartına 1000 manat pul göndərdiyini bildirib, əlavə 4000 manat da pulu vermək üçün birlikdə getməklərini xahiş etmişdir. O da razılaşmış və Gündüzün xahişi ilə onunla birlikdə Bakı şəhəri Nəsimi rayonu Moskva prospektindəki 14 saylı notariat kontorunun qarşısına gedib orada Sabitlə görüşmüşlər. Həmin vaxtı Gündüz cibindən 4000 manat pul çıxarıb saydıqdan sonra həmin pulu Sabitə vermişdir. Sabit də pulu alıb Gündüzün təqaüdünü 2024-cü ilin yanvar ayına kimi bərpa etdirəcəyinə söz verib getmişdir. Həmin vaxtdan sonra o, Sabiti görməsə də Gündüz tez-tez onun iş yerinə gəlib, Sabitin işini həll etmədiyini və telefon zənglərinə cavab vermədiyini demişdir. O da Sabitə zəng edib Gündüzün narazılıq etdiyini deyib, təqaüd məsələsini həll etməsini, ya da pulunu qaytarmasını söyləmişdir. Sabit də söz versə də vədinə əməl etməmişdir. Sabit Gündüzdən aldığı puldan ona verməmiş, onun Sabitlə Gündüzün təqaüd məsələsi ilə bağlı əvvəlcədən heç bir söhbəti olmamış, bu məsələ ilə bağlı Gündüz özü Sabitlə danışmışdır. Sabit Gündüzdən aldığı puldan ona verməmiş, ümumiyyətlə onun bu işdə heç bir maddi marağı olmamış, sadəcə olaraq Gündüzə köməklik etmək üçün Sabitin mobil telefon nömrəsini vermişdir. Sabitin dələduz olduğunu bilsəydi buna imkan verməzdi.” İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icrata qəbul edilməsi haqqında” qərardan görünür ki, X1 müraciəti əsasında fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.24-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Materialın cinayət işinə birləşdirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli “Materialın cinayət işinə birləşdirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 5 ünvanıdır. Həmin yerdə 14 saylı notariat kontoru yerləşir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-yə gətirildiyindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixl “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-578/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 1 ay 14 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-810/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay uzadılmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 dələduzluq edilməsi faktı ilə bağlı ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2025-ci il tarixli “görütmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 13 ədəd ödəniş qəbzlərinə baxış keçirildikdə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına 25 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 600 manat, 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 350 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 31 iyul 2023-cü il tarixdə 800 manat, 02 avqust 2023-cü il tarixdə 200 manat, 11 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 400 manat, 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 100 manat, 220 manat, 23 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ruzi” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 500 manat, 05 sentyabr 2023-cü il tarixdə 100 manat, 05 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Rəvan” adlı marketin içərisindəki ödəniş terminalı vasitəsilə 200 manat, 28 noyabr 2023-cü il tarixdə 40 manat, 31 may 2024-cü il tarixdə 70 manat pul köçürülmüşdür. Bundan başqa ödəniş qəbzlərinə baxış zamanı Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş pulların ‘‘ə****** $****** g****** OGLU” sözləri yazılmış "xxxx" ASC-nə aid 4169-73**-****-3063 nömrəli kart hesabına köçürülməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “Qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “Qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-69/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-248/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskdə bir ədəd 01 dəqiqə 52 saniyə müddətində olan videofayl vardır. Həmin videofayl açıldıqda və görüntüyə baxıldıqda müəyyən edilmişdir ki, görüntüdə bir nəfər arıq bədən quruluşlu əynində qara rəngli kostyum, ağ rəngli köynək və qırmızı rəngli qalstuk olan kişi cinsli şəxs və yanında bir nəfər kök bədən quruluşlu əynində uzunqol köynək olan kişi cinsli şəxs divanda oturublar, əynində qara rəngli kostyum olan şəxs Təqsirləndirilən şəxs olmaqla İmişli rayonunda anadan olduğunu, Sosial Müdafiə Nazirliyinin nəzdində X5 işlədiyini, kurator olduğunu, 10 rayonun kuratoru olduğunu bildirir, həmçinin kök bədən quruluşlu şəxsə aprelin 20-nə qədər 2-ci qrup əlilllik dərəcəsini dəyişib 1 edəcəyini, əlilliyin müddətsiz olacağı barədə söz verir, daha sonra kök bədən quruluşlu şəxs cibindən pul çıxarmaqla sayır və 200, 100 və 50 manatlıq əskinaslarla həmin pulu Təqsirləndirilən şəxs verir, sonuncu pulu götürüb sayır və 2.000 manat olduğunu təsdiq edir, pulu da cibinə qoyur. Daha sonra hər iki şəxs barəsində əlilliyin dərəcəsinin dəyişdirilməsi ilə bağlı ümumi söhbət aparılır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 videogörüntüdə kök bədən quruluşlu şəxsin özünün olduğunu, arıq bədən quruluşlu, qara rəngli kostyumda olan şəxsin isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında həmin protokola əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan videogörüntü xx.xx.2025-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokola uyğun olmuşdur. xx.xx.2025-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 4 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qərarı ilə cəzası 10 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə amnistiya aktına əsasən cəzası 6 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-13/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bəfadar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəfadar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs Bəfadar oğlunun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmiş, Təqsirləndirilən şəxs Bəfadar oğlu barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirildiyi 1(012)-346/2023 nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli “Qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü madədləri ilə yenidən ittiham elan edilmiş, X2 müraciəti əsasında AR CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi materiallarından ayrıca icraata ayrılmış, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 15 ədəd ödəmə qəbzləri əks olunmuş 02 ədəd vərəqdə olan çıxarışlar və Zərərçəkmiş şəxs1n təqdim etdiyi dsk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli, 1(001)-420/2025 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsindən görünür ki, o, vurulmuş ziyana görə 12250 manat, mənəvi ziyana görə 500 manat olmaqla ümumilikdə 12750 manat pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 1(001)- 420/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilmişdir. AA4847097 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Vəfadər Ənvərli adlı övladı var. AZ-İV 402145 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Zeynəb Ənvərli adlı övladı var. Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq dövründə verdikləri ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə təsir göstərməsə də, sonuncuya elan edilmiş ittihamı yüngülləşdirən dəyişikliklər edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda onun “vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 5.500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi” qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin tələblərinə əsasən sözügedən məbləğdə pulun dələduzluq yolu ilə ələ keçirilməsi həmin Məcəllənin 178.2.4cü maddəsinin tərkib əlamətlərini yaradır. Lakin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs yalan vəd verməklə Zərərçəkmiş şəxs2 ittihamda göstərilənin əksinə 5000 (beş min) manat vəsait alması müəyyən edilmişdir. Qeyd olunan fakt həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin özünün ifadələri ilə öz təsdiqini tapmış, yəni zərərçəkmiş şəxs işin həlli üçün Təqsirləndirilən şəxs 5000 manat vəsait verməsini bildirmiş, digər 500 manatın isə işlə bağlı çəkdiyi yol və sair digər xərclərə aid olduğunu bildirmişdir. Belə olan halda dələduzluq yolu ilə təqsirləndirilən şəxsin ələ keçirdiyi məbləğ 5000 manat miqdarında olmuşdur. CM-nin 178.2.4-cü maddəsi ilə məsuliyyət vurulmuş ziyan 5000 manatdan artıq olduğu halda yarandığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dələduzluq etməsi epizodundan xeyli miqdar ifadəsi xaric edilməlidir. Bundan başqa CM-nin 16-cı maddəsinin tələbləri baxımından əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda əməldə təkrarlıq istisna olunur. Hazırki iş üzrə də Zərərçəkmiş şəxs3 dələduzluq edilməsi epizodu üzrə 2 il müddət keçmiş və həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın 2-ci epizod üzrə, yəni Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi üzrə epizoddan təkrarlıq da xaric edilməlidir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. (30-cu bənd); Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi əməlləri etiraf edərək səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıan hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin olunmuş cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)- 13/2025 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-13/2025 saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək həbsdə saxlanıldığı 01 gün müddət olmaqla ümumilikdə 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmalı və azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməməli, 15 ədəd ödəmə qəbzləri əks olunmuş 2 vərəqədə olan çıxarışlar və Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin mülki iddiaya münasibətdə mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyana görə 12250 manat, mənəvi ziyana görə 500 manat olmaqla ümumilikdə 12750 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində Zərərçəkmiş şəxs1 12250 manat məbləğində maddi ziyan vurulmuş, həmin ziyandan ödəniş edilməmişdir. Odur ki, cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi ziyana görə 12250 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə iddia tələbinin “500 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mənəvi ziyanla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddiaçının iddiası bu hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə mənəvi zərər hissəsində iddianı əsasız hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən isə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respblikasının qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi qismən yəni 12250,00 manat məbləğində təmin edildiyindən, həmin məbləğə görə ödənilməli dövlət rüsumu 126,75 manat təşkil etdiyindən və zərəçəkmiş şəxs-mülki iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan həmin 126,75 manat məbləğində dövlət rüsumu təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)- 13/2025 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-13/2025 saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək həbsdə saxlanıldığı 01 gün müddət olmaqla ümumilikdə 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, ona təyin edilmiş cəzanın əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Maddi sübut – 15 ədəd ödəmə qəbzləri əks olunmuş 2 vərəqədə olan çıxarışlar və Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, vurulmuş maddi ziyana görə 12250 ( on iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi olaraq 126,75 (yüz iyirmi altı manat, yetmiş beş qəpik) manat vəsait təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar