Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-421/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 450,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi M.S.ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-nin X16 stansiyası ərazisinə daşımış, 24 fevral 2023-cü il tarixdə, saat 18:25 radələrində Biləcəri stansiyasında X14 əməkdaşları tərəfindən həmin ünvanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb saat 18:35 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına gətirilərək saat 19:45-də üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə qurudulmuş marixuana əynində olan açıq qəhvəyi rəngli gödəkçənin içəri sol tərəfindən bir ədəd açıq sarı rəngli sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, o təxminən 7 ildir ki, mütəmadi olmasa da, ara-sıra narkotik vasitə olan “nəşə”, yəni marixuanadan çəkmək yolu ilə istifadə edir. 2022-ci ilin sentyabr ayında adını bilmədiyi, özünü İran vətəndaşı kimi təqdim edən şəxs “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə +98 930 *** **** saylı mobil nömrə ilə yazmış və onlar tanış olmuşlar. Bundan sonra o həmin adamın adını mobil telefonuna “İranlı” kimi qeyd etmişdir. 04 sentyabr 2022-ci il tarixdə həmin şəxslə “WhatsApp” ani mesajlaşma - mübadilə sistemində yazışma zamanı ona 3 qram narkotik vasitə marixuananı 85 manata təklif emişdir. İranlının ona etdiyi təklif münasib olduğundan aradabir istifadə etməyi üçün narkotik vasitə almağa qərar vermişdir. Bundan sonra o, iranlı adlandırdığı həmin şəxsin xatırlamadığı bank kartı hesabına 85 manat pul göndərmişdir. Bir qədər keçdikdən sonra isə iranlı, ona Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən Xəzər universitetinin yaxınlığında hər hansı bir yerin şəklin göndərmiş və istədiyi 3 qram narkotik vasitənin həmin yerdə olduğunu bildirmişdir. O, dərhal iranlının qeyd etdiyi ünvana getmiş, lakin orada narkotik vasitəni tapa bilməmişdir. O “İranlı”nın onu aldatdığını başa düşmüş və iranlı onun 85 manatını alsa da narkotik vasitəni ona verməmişdir. 05 sentyabr 2023-cü il tarixdə o “İranlı”ya “WhatsApp” ani mesajlaşma - mübadilə sistemi vasitəsilə yazıb sözlə mübahisə etmiş və onu aldatdığı üçün təhqir etmişdir. Bundan sonra isə bir daha iranlı ilə əlaqə saxlamamışdır. 23 fevral 2023-cü il tarixdə həmin şəxs ona yenidən “WhatsApp” ani mesajlaşma - mübadilə sistemi vasitəsilə yazmış və aralarında olan yazışma zamanı 2022-ci ilin sentyabr ayında iranlıya verdiyi 85 manatın müqabilində ona narkotik vasitə verəcəyinə söz vermişdir. 24 fevral 2023-cü il tarixdə saat 13 radələrindən etibarən iranlı ilə yazışmağa başlamışdır. Həmin şəxslə yazışma zamanı onun üçün hava qaralandan sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində sonradan deyəcəyi ünvana öz adamı vasitəsilə narkotik vasitəni yerləşdirəcəyini bildirmişdir. Bundan sonra iranlı ondan Biləcəriyə getməyini istəmiş və ona gedəcəyi ünvanı göndərmişdir. Təxminən saat 18 radələrində X16 stansiyasının ərazisində yerləşən, piyadalar üçün nəzərdə tutulmuş körpünün yanına çatmış və həmin yerin şəklini çəkib iranlıya göndərmişdir. Orada olduğu müddət ərzində iranlı ilə yazışaraq narkotik vasitənin olduğu yeri dəqiqləşdirmişdir. İranlı ilə 18:20-də danışığını yekunlaşdırdıqdan sonra X16 stansiyasının ərazisində yerləşən, piyadalar üçün nəzərdə tutulmuş körpüyə tərəf getmiş və körpüyə çıxan pilləkənlərin altında açıq sarı rəngli sellofan torbanın olduğunu görmüşdür. Həmin torbanı götürüb əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin içəri sol tərəfinə yerləşdirmişdir. Daha sonra oradan bir neçə addım uzaqlaşdıqdan sonra 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Biləcəri X14 əməkdaşları kimi təqdim edib ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər. O isə əvvəlcə üzərində narkotik vasitə olmadığını desə də, onlar inanmayıb bunu yoxlamaq üçün onu X17 Şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Orada iştirakçıların iştirakları ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin içəri sol tərəfindən 1 ədəd açıq sarı rəngli sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlama açıldıqda içərisində yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş yaşıl rəngli ot kütləsinin narkotik vasitə “marixuana” olduğunu, həmin narkotik vasitəni əvvəllər tanıdığı, lakin adını bilmədiyi, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin “WhatsApp” ani mesajlaşma - mübadilə sistemi vasitəsilə göndərdiyi məkandan, yəni Binəqədi rayonu Biləcəri qəsəbəsi X16 stansiyasının ərazisində yerləşən piyadalar üçün nəzərdə tutulmuş körpüyə qalxan pilləkənin alt tərəfindən götürməklə 85 manat müqabilində əldə etmiş və özü istifadə etmək məqsədi ilə əynindəki açıq qəhvəyi rəngli gödəkçənin içəri sol tərəfinə qoyub üzərində saxlamışdır. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, valideynlərinin 2-ci qrup əlil olmasını və onun himayəsində olmasını qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o Nəqliyyatda Baş Polis İdarəsinin X10 Polis İdarəsinin Biləcəri st. X14 Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 24 fevral 2023-cü il tarixdə qərəzsiz və mötəbər mənbədən “Səddam” adlı şəxsin arabir Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X16 stansiyasının ərazisinə gəlib-getməsi, üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatının yoxlanılması, eləcə də “Səddam” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə Biləcəri st. XPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Biləcəri st. XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən 24 fevral 2023-cü il tarixdə saat 18:25 radələrində əməliyyat qrupu ilə birgə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən “Səddam” adlı şəxsin X16 stansiyasının ərazisində piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığım, Səddam isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə aiıb onu Biləcəri st. XPŞ-ə dəvət etmişlər. Səddam adlı şəxs həmin tarixdə, yəni 24 fevral 2023- cü il tarixdə saat 18:35-də şöbəyə gətirilmişdir. Şöbənin növbətçi hissəsində həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Nurəli Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edildikdən sonra Biləcəri st. XPŞnin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Biləcəri st. XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və onun iştirakı ilə baş təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış X10 Polis İdarəsinin KTQ-nin inspektor-kriminalisti, polis kapitanı X8 tərəfindən “İPHONE” markalı mobil telefonun videokamerası vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış keçirilməsinə başlanmadan öncə baş təhqiqatçı X13 Məmmədzadəyə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın aıxa sağ cibindən içərisində 9 manat 40 qəpik məbləğində pul, 1 ədəd “BakıKart” ictimai nəqliyyat kartı, 1 ədəd **********206 nömrəli azəriqaz kartı, 1 ədəd “Kapital Bank”a məxsus 4169 7388 5635 7219 nömrəli bank kartı olan 1 ədəd qara rəngli pul qabını, əynindəki açıq qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 qutu “Magna” markalı siqaretini, bir ədəd alışqanı, həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Huawei Y6s” markalı mobil telefonu, 1 ədəd ev açarını, həmin gödəkçənin içəri sol tərəfindən isə 1 ədəd açıq sarı rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlama,sellofan bağlama açıldıqda isə içərisindən yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan narkotik vasitə “marixuana” olduğunu, həmin narkotik vasitəni əvvəllər tanıdığı, lakin adını bilmədiyi, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin “WhatsApp” ani mesajlaşma - mübadilə sistemi vasitəsilə göndərdiyi məkandan, yəni Binəqədi rayonu Biləcəri qəsəbəsi X16 stansiyasının ərazisində yerləşən, piyadalar üçün nəzərdə tutulmuş körpünün alt tərəfindən götürməklə 85 manat müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədi ilə əynindəki açıq qəhvəyi rəngli gödəkçənin içəri sol tərəfinə qoyub üzəridə saxladığım bildirmişdir. Bundan sonra X2 aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakları ilə zərfə qoyulub möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan digər əşya və ya predmet aşkar edilməmiş, istifadəsində olan “Huawei Y6s” markalı mobil telefondan başqa aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Məhkəmə iclasında cinayət işi üzrə digər şahidlər Şahid2 və Abdullayev X3 Baş Polis İdarəsinin X10 Polis İdarəsinin Biləcəri st. X14 Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin içəri sol tərəfindən 1 ədəd açıq sarı rəngli sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlama aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd üzəri yapışqan lentlə yapışdırılmış qara rəngli sellofonda təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin içəri sol tərəfindən 1 ədəd açıq sarı rəngli sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 1515 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 449,95 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləcəri st. XPŞ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd CD disk və 1 ədəd “Huawei Y6s” markalı mobil telefon sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Bilriyinin 66 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Bilriyinin 66 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 66 saylı MKİS-ə şikayət daxil olmayıb. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 24 fevral 2023-cü il tarixdə saat 19:05-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 26 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:20-dan 11:00-a qədər təqsirləndirilən şəxs qismində dindirilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, xx.xx.2023-cü il tarixli, 1515 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləcəri st. XPŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 449,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Huawei Y6s” markalı mobil telefon təqsirləndirilən şəxsə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Biləcəri st. XPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 449,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Huawei Y6s” markalı mobil telefon təqsirləndirilən şəxsə geri qayarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-421/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-421/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver