Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-422/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X15, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Canallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 5 (beş) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27.10.2020-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS-90” markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindən, DİN-in Respublikası BDYPİ istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi döngə 5 ünvanının qarşısında yolun sağ hissəsindən sol hissəsinə keçən istəyən piyada X6 avtobusun qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan M.H.Həsənalıyevin ölümünə səbəb olmuş - baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançırlı sıyrığı, alın nahiyəsinin və sol gicgan nahiyəsinin, sağ qaş nahiyəsinin, alt dodağın sağ yarısının, sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və orta paylarına qansızma ilə müşayiət olunan sol tərəfdən İİ-Vİİ qabırğaların sınıqları, alın nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, üst dodağın dərisinin, sol yanaq nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, döş qəfəsinin sol-yan səthinin, qarın anhiyəsinin, sol bazu nahiyəsinin, sol milbilək nahiyəsinin, sol əlin İİ,İİİ barmaqlarının, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları, ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 20 ilə yaxındır ki, Bakı şəhərində yaşayır və avtobus sürücüsü kimi işləyir. Təxminən bir həftəyə yaxındır ki, 93 saylı avtobus marşrutunda sürücü kimi işə başlamış, iş vaxtının səhər saat 06:00 radələrində başlayır və axşam saat 20:00 radələrində qurtarır, marşrut Dərnəgül metrostansiyasından başlayır, Sabunçu bazarı tərəfində qurtarır, axşam isə idarə etdiyi avtobusu qaraja aparıb və ordan yaşadığı ünvana gedir.Onun idarə etdiyi avtobus "xxxx" MMC-yə məxsusdur, avtobus nasaz vəziyyətdə olmuş, avtobusun qoşulma yeri olmamış, işıqlandırması zəif və digər hissələri pis olmuşdur.O, 27.10.2020-ci il tarixdə axşam saat təxminən saat 20:10 radələrində iş vaxtı qurtardıqdan sonra və idarə etdiyi “Daewoo BS-90” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə birlikdə qaraja öz hərəkət zolağı ilə hərəkət edən zaman avtobusu təxminən 50 km surətlə Baş Dövlət Yol Polisi İdarəsi istiqamətində idarə edirmiş.Öz zolağında yoldan kənar tərəfdə “MAN” markalı qoşqulu yük avtomobili dayanmışdır.Həmin yük avtomobilin ortasına çatanda o, qəflətən yük avtomobilin qabaq hissəsindən bir nəfər şəxsin onun idarə etdiyi avtobus tərəfə qaçmış, həmin şəxsi təxminən 2 metr məsafədən görmüşdür.Həmin an o, ara məsafəsi az olduğundan idarə etdiyi sərnişin avtobusun əyləc sistemindən istifadə edə bilməmiş, idarə etdiyi sərnişin avtobusunun sağ qabağ yan hissəsi ilə piyadanı vurmuşdur. O, dərhal avtobusu saxlayıb, hadisə yerinə gələn sakinlərlə vurduğu piyadanı avtobusa qoyub xəstəxanaya aparmış, lakin 16 saylı təcili təxirə salınmaz xəstəxanaya çatanda piyada vəfat etmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etdiyini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsini təmin etmək üçün tədbir gördüyünü, zərərçəkmiş şəxsin hüquq varisi ilə barışdığını, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquq varisinin və onun ailə üzvlərinin ondan tələb və şikayətlərinin olmamasını və himayəsində 5 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 bildirmişdir ki, mərhum onun atasıdır.Hadisə barədə ona sonradan əmisi məlumat vermişdir.Bədbəxt hadisə ilə bağlı isə əmisinin ona danışdıqlarına əsasən onu deyə bilər ki, 27 oktyabr 2020-ci il tarixdə saat 21:30 radələrində əmisinə məxsus nömrəyə zəng gəlmiş, zəng edən şəxsin yol nəqliyyat hadisəsi baş verdiyini və təcili Binəqədi şossesinə, yəni 16 saylı təcili təxirəsalınmaz xəstəxanasına gəlməyi xahiş etmişdir.Əmisi dərhal əynini geyinib deyilən yerə getmiş, təxminən 10-15 dəqiqə ərzində hadisə yerinə çatmışdır.Orada olan vaxtı əmisi – atası Müşfiq Həsənalıyevi tapa bilməmiş. təxminən 10 dəqiqə ərzində orada olmuşdur.Sonradan isə orada olan həkimlər əmisinə Məlikov adına xəstəxanada olan morqa getməyi təklif etmiş, əmisi, vəfat etmiş qardaşı X4 Bakı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan morqa gedib orada olduğunu bilmişdir.Bu barədə əmisi ona sonradan danışmışdır.Belə ki, o, hadisənin necə baş verdiyini görməmiş və xəstəxana və morqa getməmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmişin hüquqi varisi X7 hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, onun və ailəsinin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxış zamanı şahid qismində ifadə verən X10 bildirmişdir ki, vəfat etmiş X8 onun qardaşı olmuşdur.Mərhumun oğlunu ailə vəziyəti ilə bağlı istintaq zamanı zərərçəkmiş şəxsin hüquq varisi kimi işə cəlb etmək mümkün olmadığına görə mərhumun hüquq varisi kimi o, işə cəlb olunmuşdur.Sonradan, məhkəmənin qərarına əsasən zərərçəkmiş şəxsin hüquq varisi kimi o, mərhumun oğlu ilə əvəz edilmişdir.Bədbəxt hadisə ilə bağlı isə onu deyə bilər ki, o, 27 oktyabr 2020-ci il tarixdə saat 21:30 radələrində ona məxsus nömrəyə zəng gəlmiş, zəng edən şəxsin yol nəqliyyat hadisəsi baş verdiyini və təcili Binəqədi şossesinə, yəni 16 saylı təcili təxirəsalınmaz xəstəxanasına gəlməsini ondan xahiş etmişdir.O, dərhal əynini geyinib deyilən yerə getmiş, təxminən 10-15 dəqiqə ərzində hadisə yerinə çatmışdır.Orada olan vaxtı qardaşı Müşfiq Həsənalıyevi tapa bilməmiş. təxminən 10 dəqiqə ərzində orada olmuşdur.Sonradan isə orada olan həkimlər ona Məlikov adına xəstəxanada olan morqa getməyi təklif etmiş, o, vəfat etmiş qardaşı X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan morqa gedib orada olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X18 bildirmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas köməkçisi vəzifəsində çalışır.Təqsirləndirilən şəxs həmin MMC-də 93 saylı sərnişin xətt avtobusunda sürücü kimi çalışırmış.Həmin xətt avtobusunun marşrutu “Dərnəgül” metrostansiyası yaxınlığından başlayır və Sabunçu bazarı adlanan yerdə bitir.27.10.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs MMC-yə məxsus “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindən, DİN-in Respublikası BDYPİ istiqamətində hərəkətdə olan zaman avtobusun ön hissəsi ilə piyadanı vurmuş və piyada aldığı xəsarətlərdən ölmüşdür. Baş vermiş hadisə nəticəsində MMC-yə məxsus avtobusa 300 manat ziyan dəymiş, bununla bağlı MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur.Bundan başqa avtobusun nasaz olması ilə bağlı deyilənələr həqiqət deyil, belə ki, avtobus sürücüyə qarajdan təhvil verilərkən tam saz vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 242 saylı, 28.10.2019-cu il tarixli rəyindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir.Baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı; surun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançırlı sıyrığı; alın nahiyəsinin və sol gicgan nahiyəsinin, sağ qaş nahiyəsinin, alt dodağın sağ yarısının, sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları; sol ağciyərin yuxarı və orta paylarına qansızma ilə müşayiət olunan sol tərəfdən İİ-Vİİ qabırğaların sınıqları; alın nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, üst dodağın dərisinin, sol yanaq nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, döş qəfəsinin sol- yan səthinin, qarın anhiyəsinin, sol bazu nahiyəsinin, sol mil-bilək nahiyəsinin, sol əlin İİ,İİİ barmaqlarının, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları.Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlmətlərinə malikdirlər.İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, M.H.Həsənalıyevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (28.10.2021-ci il tarixdə, saat 08:30-da meyitin müayinəsi başlanmışdır) 8-12 sat əvvəl baş vermişdir.X1 aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 27.10.2020-ci il tarixdə hərəkətdə olan sərnişin avtobusunun M.H.Həsənalıyevi vurması nəticəsində əmələ gələ bilərdilər.X1 ölümünə səbəb sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur.X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tətqiqatı nəticəsində etil spirti aşkar edilmişdir.Etil spirtinin qatılığı qanda 0,8%-dir. Etil spirtinin qanda tapılmış qatılığı M.H.Həsənalıyevin sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/597 saylı, 15.04.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tətbiqi hissəsində göstərilənlərə əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun tormoz sistemi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Daewoo BS-90 markalı, **-TG-*** dövlətqeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1139 saylı, 21.06.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tətbiqi hissəsində göstərilənlərə əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun sürücü tərəfdən açar vasitəsi ilə mühərriki işə salınan sistemi və dumana qarşı işıqları istisna olmaqla avtobus texniki cəhətdən saz vəziyyətdədir.Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AC 041075 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(001)-422/2021 saylı qərarına əsasən məlum olur ki, istintaq tərəfindən zərərçəkmiş şəxsin hüquq varisi kimi tanınmış qardaşı X10 – mərhumun daha yaxın qohumu olan - oğlu X9 ilə əvəz edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsini dinləyib, ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsini təmin etmək üçün tədbir gördüyünü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini, himayəsində 5 azyaşlı övladının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol –nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.Baxılan iş üzrə alınmış rəy isə göstərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməli ilə zərərçəkmiş şəxsin ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X2 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. Eyni zamanda, CPM-nin 353.4.10-cu maddəsinə əsamən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təqsirləndirilən şəxsdən tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməldir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo BS-90” markalı,**-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 200 (iki yüz) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X11 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo BS-90” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-422/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-422/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver