Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-422/2022 16.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmə barədə tanışı X7 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aralarında olan cinayətkar plana uyğun olaraq özünə məxsus “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” saytının “Avtomobil elanları” səhifəsində satışı barədə elan yerləşdirməklə ona müraciət edən Zərərçəkmiş şəxs ilə avtomobilin satışı barədə razılıq əldə edib 02 aprel 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo 11 ünvanında yerləşən 18 saylı notariat ofisində Zərərçəkmiş şəxs 11.800 (on bir min səkkiz yüz) manat nağd pul vəsaiti alaraq həmin avtomobilə dair sonuncunun övladı Şahid1 adına baş etibarnamə verməklə Zərərçəkmiş şəxs avtomobilin alğı-satqısına inandırmış, vahid qəsdlə əhatə olunan cinayətkar niyyətin davamı olaraq o, qrupun üzvü Yamən Məmmədovla birlikdə 15 may 2021-ci il tarixdə həmin avtomobilə dair verdiyi baş etibarnaməni ləğv edib bu məlumatı gizlətməklə 16 may 2021-ci il tarixdə, səhər saatlarında avtomobilin “ban” nömrəsi ilə “mühərrik” nömrəsinin uyğunsuzluq təşkil etməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs istifadəsində və sərəncamında olan dəyəri 11800 (on bir min səkkiz yüz) manat təşkil edən “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək 19 may 2021 -ci il tarixdə Sumqayıt şəhər ərazisində Şahid3 8.000 (səkkiz min) manata sataraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin son aylarında “Toyota Prius markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə şərtləri əsasında idarə edərək sahibi ilə ödəniş barədə razılaşıb 01 il müddətində hissə-hissə olmaqla avtomobil sahibinə pulunu tam ödəyib 2020-ci ilin sonlarında həmin avtomobilin sahibi olmuşdur. 2021-ci ilin mart ayının sonunda ona məxsus “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı “Turbo.Az” saytında satış elanını yerləşdirmiş, elanda avtomobilin ilkin satış qiymətini 12.500 manat göstərmişdir. xx.xx.2021-ci il tarixdə elanda yerləşdirdiyi, əvvəllər istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə tanımadığı bir mobil nömrədən zəng gəlmiş və zəng edən şəxs avtomobillə maraqlandığını və real alıcı olduğunu bildirib ondan görüş tələb etmişdir. Bir gün sonra, yəni, xx.xx.2021-ci il tarixdə, səhər saat 09-10 radələrində “Karl Marks” körpüsünün yaxınlığında “Azpetrol” yanacaq doldurma məntəqəsi qarşısında dostu Yamənlə birlikdə avtomobili almaq istəyən şəxslə görüşmüşdür. Avtomobili almaq istəyən şəxs orta yaşlı, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs olmuş, görüşə oğlu şəxsiyyəti ona sonradan məlum olan Şahid1 ilə birlikdə gəlmişdir. Sonuncular maşına diqqətlə nəzər salıb bəyəndiklərini demişlər və qiymətlə bağlı danışıqlara başlamışlar. Danışıqların sonunda o, avtomobilin 11.800 manata satışı barədə razılaşmışdır. Bundan sonra qeyd etdiyi heyətdə avtomobili almaq istəyən Əhədin yaşadığı mənzilin yerləşdiyi binanın qarşısına gəlmişlər. Əhəd onlarla binanın qarşısında gözləmiş, oğlu Nihad isə yaşadığı mənzilə pulu götürmək üçün qalxmışdır. Təxminən bir neçə dəqiqə sonra Nihad aşağı düşüb onlara qoşulmuş və onlar sənədləşmə işləri üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki 18 saylı notariat kontoruna getmişlər. Notariat kontorunda mülkiyyət sahibi olaraq Şahid1 adına baş etibarnamə vermiş və bu tərəflər arasında alğısatqı kimi nəzərə alınmışdır. Kontorda olduğu zaman Zərərçəkmiş şəxs ona razılaşdıqları 11.800 manat pulu vermişdir. O və Yamən onlardan ayrılmış, yolda Yamən ondan 3.800 manat borc pul istəmişdir. Yamən bundan əvvəl ondan 10.000 manat borca pul almış və onun Yamənə sonuncu verdiyi pulla birlikdə Yamənin ona 13.800 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib avtomobildə nasazlıq olduğunu və onunla görüşmək istədiyini demiş, o isə avtomobilin texniki cəhətdən yoxlatdırıb aldığını sonuncuya xatırlatmış və hətta bildirmişdir ki, görüş tələb etdiyi həmin gün qızı Nəzrinin doğum gününə təsadüf etdiyindən görüşə bilməyəcək. Səhəri gün Zərərçəkmiş şəxs onunla təkrar telefon əlaqəsi yaratmış və bildirmişdir ki, maşında yaranan nasazlığın həlli üçün lazım olan pulun yarısını ödəməli, o, isə avtomobil alğısatqısı zamanı belə bir razılaşmanın olmadığını bir daha sonuncuya xatırlatmış və ondan hansısa br məbləğdə pul tələb etməsinin və zərəri qarşılamasını istəməsinin doğru olmadığını bildirmişdir. Sözügedən avtomobil Zərərçəkmiş şəxs satıldıqdan sonrakı günlərdə o və Yamən müəyyən pul vəsaiti müqabilində 02 ədəd “Toyota Prius” markalı avtomobil almaq istəmiş, lakin, pul vəsaiti çatışmamışdır. Belə olduğu təqdirdə Yamən təklif etmişdir ki, Əhədə satılan maşında problem olduğunu və BDYPİ tərəfindən bu problemin araşdırıldığını bəhanə gətirərək Əhəddən nəqliyyat vasitəsini geri alsın. Yamən həmin avtomobilin hələ də onun mülkiyyətində qaldığını öyrəndikdən sonra 15 may 2021ci il tarixdə onunla birlikdə 18 saylı notariat kontoruna gedərək Zərərçəkmiş şəxs verdiyi baş etibarnaməni ləğv etmişdir. Daha sonra Yamənin planına uyğun olaraq səhəri, gün, yəni 16 may 2021-ci il tarixdə, səhər saatlarında Yaməni və Farizi Əhədin yaşadığı binanın yanına qədər gətirib oradan uzaqlaşmışdır. O, həmin vaxt qırmızı rəngli, “Toyota Prius” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, onları Əhədin yaşadığı binanın qarşısında düşürüb şəhər istiqamətində hərəkətini davam etdirmişdir. Plana görə Yamən Əhədin mənzilinə qalxıb sözügedən avtomobilin ban nömrəsi ilə mühərrik nömrəsi arasında uyğunsuzluğun BDYPİ tərəfindən aşkar edildiyini bildirməli, inandırmaq üçün avtomobillə birlikdə BDYPİ-nin inzibati ərazisinə qədər gətirməli olmuşdur. Hətta, güya avtomobilin həmin baş idarənin “Siqnal” dayanacağına yerləşdiriləcəyini Əhədə bildirilməli olmuşdur. O isə plana uyğun olaraq həmin vaxt BDYPİnin həyətində sonuncuları gözləməli olmuşdur. Sonradan bildiyinə görə, yəni həm Əhədin, həm də Yamənin ona anlatdıqlarına görə həmin gün Yamən plana uyğun hərəkət edərək Fazillə birlikdə Əhədin yaşadığı mənzilə getmiş, Əhədin oğlu Nihadla görüşmüş və birlikdə Əhədlə görüşmək üçün sonuncunun iş yerinə gəlmişdir. Yamən Əhədə uydurduğu yalanı danışaraq inandırmış və sözügedən avtomobili idarə edib BDYPİ-yə qədər gətirməsini tapşırmışdır. Əhədin və Yamənin ona anlatdıqlarına görə Əhəd öz maşını ilə, oğlu Nihad isə sözügedən “Toyota Prius” markalı avtomobil ilə gəlmişlər, yolda Fazil Nihadın idarə etdiyi avtomobildən düşmüş, Yamən Nihadla eyni maşında qalmış və bu şəkildə yollarına davam edərək BDYPİ-yə gəlmişlər. Saat təxminən 15-16 radələrində o, BDYPİ-nin inzibati ərazisindəki çayxanada sonuncuları qarşılayıb Yamənin uydurduğu yalanın həqiqət olduğunu Əhədə bildirməklə sonuncunu inandırmış və demişdir ki, ya bu problemi BDYPİ ilə həll edəcək, ya da avtomobili geri alıb verdiyi pulu geri qaytaracaq. O, hətta, Əhədə onu da bildirmişdir ki, avtomobil baş idarənin “Siqnal” dayancağına yerləşdirilməli və həmin müddət ərzində orada qalmalıdır. Həmin ərəfədə avtomobilə yeni müştəri çıxmışdır və o, avtomobili həmin müştəriyə satmağı planlaşdırırmış. Bu məqsədlə o və tanışı Yamənlə birlikdə Zərərçəkmiş şəxs aldadaraq “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan bir neçə gün sonra həmin avtomobilin satışı barədə “Turbo.az” internet saytında elan yerləşdirmişdir. Avtomobilin satışı barədə elan yerləşdirildiyi gündən bir gün sonra, həmin elanı görmüş Şahid3 hazırda xatırlamadığı mobil nömrədən onun mobil nömrəsinə zəng edib onunla Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb avtomobilə baxaraq bəyənmiş, onunla avtomobilin 8.000 manata satışı barədə razılaşmış və həmin məbləğdə pulu ona vermişdir. Həmin gün o, Aqillə birlikdə Sumqayıt şəhərində yerləşən notariat kontorlarının birinə gedərək mülkiyyət sahibi olduğu üçün “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair adından Aqilin adına baş etibarnamə vermişdir. O, Şahid3 əvvəllər tanımamış, Aqili avtomobil satışı ilə bağlı tanımışdır. Avtomobil Əhədin əlindən alındıqdan sonrakı ilk gündən başlayaraq Əhəd ondan avtomobilin probleminin həll olunub-olunmadığını və avtomobili nə vaxt götürəcəyini soruşurmuş, o isə sonuncuya yalandan hələ də avtomobilin baş idarənin “Siqnal” dayanacağında saxlanıldığını demiş, halbuki avtomobil ya yeni alıcısına satılmaq üzrə olmuş, ya da artıq satmışdır. Əhədin əlindən avtomobil alındıqdan sonrakı 4-cü gün Əhəd ona təkrar zəng edib onun yalanını üzə çıxardığını bildirmiş, ondan avtomobilini və pulunu tələb etmişdir. Əhəd bir sonrakı telefon zənglərində isə avtomobilin almasını müəyyən edən baş etibarnamənin də ləğv edildiyini ona bildirmişdir. O, artıq ifşa olunduğumu bildikdən sonra bir müddət Əhədin zənglərinə cavab verməsə də, sonradan sonuncunun təşəbbüsü ilə qohumları və qohumlarının tanışları ilə görüşməyə başlamışdır. Əhədin qohumu və qohumlarının tanışları ilə görüşməzdən əvvəl Əhəd artıq polisə şikayət etmişdir. Belə ki, Əhəd polisə müraciət etdikdən sonra Əhədin qayını Elmir, əslən haradan olduğunu bilmədiyi, lakin, Şuşalılarla yaxın münasibətdə olan Seyidə qohumu, yəni Əhədin problemi barədə demiş və Seyiddən xahiş etmişdir ki, əslən Şuşadan olan Yamənin tapılmasında köməklik etsin. Seyid Sahib adlı şəxsin vasitəsi ilə həmyerlisi Yamənlə görüşmüşdür. Həmin görüşdə o, Yamən, Sahib, Seyid və Elmir iştirak etmişlər. Görüş “Elite” ticarət mərkəzinin yaxınlığında olan kafelərin birində baş tutmuşdur. Görüşdə bu cür danışıq aparılmışdır ki, Əhədə vurulan 11.800 manat zərər Elmirə və Seyidə ödənilməlidir. Ödənişin sonunculara edilməsini Elmir və Seyid tələb etmişlər. Həmin vaxt Yamən bildirmişdir ki, ona 13.800 manat borclu olduğu üçün həmin pulu Elmir və Seyidə özü verəcəkdir. Bu görüşdən təxminən 01 ay sonra Sahib onunla əlaqə yaradıb demişdir ki, Yaməni tapa bilmir, Yamənin söz verdiyi pulu isə nəyin bahasına olursa olsun, Seyidə çatdırmalıdır. Sahib telefonda söhbəti uzatmayıb onunla görüş tələb etmiş, o, isə sonuncu ilə Binəqədi rayonu ərazisində Cəfər Xəndan küçəsi ərazisində görüşmüşdür. Həmin vaxt Sahib Seyidlə görüntülü danışa-danışa pulu ondan tələb etmiş və o, 600 ABŞ dolları pulu Sahibə vermişdir. Pulun Sahibə verilməsini telefonda onunla görüntülü danışan Seyid tələb etmişdir. Bu hadisədən təxminən 01 ay sonra Əhədin qayını Elmir onunla telefon əlaqəsi yaradıb görüşmüş və ondan təcili 1.000 manat pulu verməsini istəmişdir. O, metronun “Bakmil” stansiyası yaxınlığında Elmirin tələb etdiyi 1.000 manat pulu sonuncuya vermişdir. Bu hadisədən bir neçə gün sonra Elmir ona zəng edərək göndərdiyi elektron kart üzərindəki hesablara müxtəlif məbləğlərdə pul transfer etməsini tələb etmişdir. O, “Milliön” vasitəsi ilə Elmirin ona göndərdiyi bank hesablarına 100 manat, 150 manat, 500 manat, 250 manat və 650 manat olmaqla, ümumilikdə 1.650 manat pul köçürmüşdür. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid1 özünə avtomobil almaq niyyəti ilə bir neçə gün “Turbo.Az” saytında avtomobil elanları ilə maraqlanmışdır. 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında həmin saytdan “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndiyini ona demişdir. Oğlunun deməsinə görə səliqəli, saz vəziyyətdə, tam komplektasiyalı 2008-ci il zavod buraxılışlı avtomobil olmuşdur. Avtomobilin elanından o, avtomobilin şəkillərini görüb bəyənmiş, həmin gün günorta saatlarında Nihad avtomobilin sahibi kimi elanı yerləşdirmiş həmin şəxslə əlaqə yaradıb avtomobilə baxmaq istədiyini, bəyəndiyi halda ala biləcəyini demişdir. Oğlu ilə telefonla danışan avtomobil sahibi isə rayonda olma səbəbindən həmin gün görüş bilməyəcəyini, bir gün sonraya görüş təyin etmişdir. 02 aprel 2021-ci il tarixdə, səhər saat 09-09:30 radələrində o və oğlu avtomobil sahibi ilə görüşüb, avtomobilə baxmaq üçün görüş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, “Karl Marks” körpüsünün yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsi qarşısına gəlmişdir. Avtomobil sahibi özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, görüşə Yamən adlı dostu ilə gəlmişdir. O, və oğlu avtomobilə nəzər yetirmiş və real alıcı olduqlarını bildirib qiymət barədə danışmağa başlamışlar. Avtomobilin saytda yerləşdirilmiş elanı qiyməti 12.500 manat olmuşdur. O, Təqsirləndirilən şəxsla qiymətdə razılaşaraq nəticədə 11.800 manata alış barədə danışmışlar. Bundan sonra onlar yaşadığı mənzilin yerləşdiyi binanın qarşısına gəlmişlər, oğlu avtomobilin alış dəyəri təşkil edəcək pulu götürmək üçün mənzilə qalxmış, o, isə Vüsal və Yamənlə aşağıda gözləmişdir. Oğlu Nihad pulu götürüb aşağı düşdükdən sonra onlar bərabər Vüsalın təklif etdiyi 18 saylı notariat kontoruna gəlmişlər. Həmin kontorda Təqsirləndirilən şəxs avtomobilə dair onun oğlunun adına baş etibarnamə vermişdir. Avtomobilin alışı barədə razılaşdırdıqları 11.800 manat pulu həmin notariat konturunun qarşısında Nihad Vüsala vermişdir. Həmin pul vəsaiti ona məxsus olmuşdur. Avtomobilin alğı-satqısı baş tutduqdan təxminən 8 gün sonra oğlu ona bildirmişdir ki, avtomobilin matoru yağ yeyir, hər üç gündən bir avtomobilin matoruna əlavə yağ tökülür. Avtomobildə yaranmış bu nasazlığın aradan qalxmasında köməklik etsin deyə o, Təqsirləndirilən şəxsla əlaqə yaratmış, sonuncuya problemi izah etmiş, Vüsal isə telefonda ona bildirmişdir ki, irəlidəki gündə, yəni, 12 aprel tarixdə qızının doğum günüdür, doğum gününü qeyd etdikdən sonra təkrar əlaqə saxlasın. O, da məhz 13 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla təkrar telefon əlaqəsi yaratmış, telefon danışığı zamanı Vüsal kobud şəkildə, təhqir etməsə də onu acılamış və avtomobilin hər hansı problemi ilə bağlı yığmamasını bildirmişdir. O, həmin telefon danışığından sonra qərara gəlmişdir ki, bir daha Vüsalla əlaqə saxlamasın. Bundan sonra avtomobildə yaranan problemləri özü həll etmək məqsədi ilə avtomobilin matorunu yığdırıb, əlavə təmir işlərini gördürmüşdür. 16 may 2021-ci il tarixdə, səhər saatlarında Yamən o, evdə olmadığı vaxtda yaşadığı binanın qarşısına gəlib yaşadıqları mənzilin qapısını döymüş və Nihadla görüşmüşdür. Yamən oğluna bildirmişdir ki, guya Vüsalın ona satdığı “Prius” markalı avtomobilin ban nömrəsi ilə mühərrik nömrəsində uyğunsuzluq var, bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmin avtomobili axtarır. Oğlu bu haqda ona məlumat verdikdən sonra Yamən və sonuncu ilə gələn bir nəfər şəxsi onun satıcı işlədiyi Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kazımov küçəsində tikinti materiallarını həyata keçirən mağazaya gətirmişdir. O, Yamənin dediklərinə qulaq asmış və uzun illər X11 xidmətində çalışan, bu cür problemlərlə qarşılaşmış mütəxəssis Fəxrəddin adlı tanışını oraya çağırmış, Fəxrəddin gəldikdən sonra Yamən avtomobilin problemini sonuncuya demiş və bildirmişdir ki, avtomobil Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” adlı cərimə meydançasına yerləşdirilməlidir. Fəxrəddin də təsdiq etmişdir ki, əgər avtomobilin ban nömrəsi ilə mühərrik nömrəsi arasında uyğunsuzluq varsa, bu rəsmi araşdırma tələb edir və araşdırma başa çatana qədər avtomobil cərimə meydançasına təmin edilməlidir. Fəxrəddin hətta onu da bildirmişdir ki, avtomobili cərimə meydançasına könüllü yerləşdirməsə, avtomobil idarə edildiyi istənilən vaxtda polis əməkdaşları tərəfindən rəsmi saxlanılaraq cərimə meydançasına yerləşdiriləcəkdir. Ona görə də o, problem yaranmasın deyə, “Prius” markalı avtomobillə birlikdə oğlu, Yamən, sonuncu ilə gələn daha bir nəfər şəxslə BDYPİ-yə getmişlər. Həmin baş idarənin inzibati ərazisində fəaliyyət göstərən çayxanada Vüsalla görüşmüş və sonuncu bildirmişdir ki, xaricdən gətirdiyi 5 avtomobildə eyni problem çıxmış və bu problemin həlli üçün hər bir avtomobilə 1.000 manat pul vermişdir. Vüsalın deməsinə görə avtomobillə bağlı problem həll edilənədək avtomobil cərimə meydançasına təhvil verilməlidir, daha sonra avtomobili oğlunun adına keçirərək özü təhvil verəcəkdir. Hətta, \/üsal onu da bildirmişdir ki, oğluna verdiyi baş etibarnamə əsasında avtomobilin oğlunun tam mülkiyyətinə keçirilməsi üçün lazımi olan dövlət və əlavə xərcləri özü ödəyəcəkdir. Vüsalın bu danışıqları onu inandırmış və o, avtomobili orada Vüsala təhvil verib oğlu ilə bərabər geri qayıtmışdır. Səhəri gün həm o, həm oğlu ayrı-ayrı vaxtlarda Vüsalla əlaqə yaradıb avtomobillə bağlı soruşmuşlar. Vüsal isə qısa vaxtda problemi həll edib avtomobili geri qaytaracağını bildirmişdir. 2021-ci ilin may ayının sonuna yaxın onun Vüsalla sonuncu danışığından sonra yaranmış vəziyyətdən şübhələnməyə başlamış, şübhələrinə aydınlıq gətirmək üçün BDYPİ-nin cərimə meydançasına yaxınlaşmış və orada müəyyən etmişdir ki, Vüsaldan 11.800 manata aldığı, “Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobil heç bir vaxt cərimə meydançasında olmamışdır. O, bu məlumatı əldə etdikdən sonra dərhal Vüsalla əlaqə yaratmış, qəzəbli şəkildə sonuncuya onu aldatdığını, bu barədə polisə şikayət edəcəyini bildirmiş, Vüsal əvvəlcə həmin gün saat 20 radələrində görüşə biləcəklərini bildirsə də, onun qəzəbli danışığından sonra hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Bu hadisədən sonra o, birbaşa Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə müraciət etmişdir. Rəsmi müraciətindən sonra oğlu öyrənmişdir ki, 15 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən “Toyota Prius” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş baş etibarnamə ləğv edilmişdir. Araşdırmanın aparıldığı zaman oğlu Nihad “Turbo.Az” saytında “Prius” markalı avtomobillərinin elanlarının yerləşdirildiyi səhifəyə baxarkən Sumqayıt şəhərində fəaliyyət göstərən “123K” avtosalonunun 1-2 gün öncə Prius markalı avtomobilinin elanının yerləşdirildiyini görmüşdür. O, oğlu üçün **-UV-*** dövlət nömrə nişanlı avtomobili alarkən oğlu avtomobilin arxa hissəsinə özünün instagram reklam qoloqramını yerləşdirmiş və bu işarəyə görə də elanda gördüyü avtomobilin məhz onların daha əvvəlcədən aldığı avtomobil olduğunu müəyyən etmişdir. Oğlunun əldə etdiyi bu məlumatı o, dərhal 6-cı Polis bölməsinə məlumat vermiş və 3 nəfərdən ibarət polis heyəti ilə o, və oğlu Sumqayıt şəhərindəki həmin avtosalonun yerləşdiyi ünvana getmişlər. Oğlunun gümanı doğru çıxmış, yəni, elana yerləşdirilmiş avtomobilin məhz onun 11.800 manata aldığı, Prius markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşlər. Orada salon müdiriyyəti və müdiriyyətinə yaxın insanlar avtomobili qaytarmaqdan imtina edərək avtomobil Sumqayıt DYPİ-nə aparılmaqla yeni sahibinin adına keçirilmiş və avtomobilə yeni dövlət nömrə nişanı taxılmışdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödəmilmiş, sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə avtomobil almaq niyyəti ilə bir neçə gün “Turbo.Az” saytında avtomobil elanları ilə maraqlanmış və 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında həmin saytdan “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. O, atası Zərərçəkmiş şəxs bu barədə məlumat verərək avtomobilin səliqəli, saz vəziyyətdə, tam komplektasiyalı, 2008-ci il zavod buraxılışlı avtomobil olduğunu demişdir. Həmin gün günorta saatlarında o, avtomobilin sahibi kimi elanı yerləşdirmiş həmin şəxslə əlaqə yaradıb avtomobilə baxmaq istədiyini, bəyəndiyi halda ala biləcəyini demişdir. Onunla telefonda danışan avtomobilin sahibi isə rayonda olması səbəbindən həmin gün görüşə bilməyəcəyini bildirərək bir gün sonraya görüş təyin etmişdir. Səhəri gün, yəni 02 aprel 2021-ci il tarixdə, səhər saat 09-09:30 radələrində o, və atası avtomobil sahibi ilə görüşüb, avtomobilə baxmaq üçün görüş yeri olan Bakı şəhəri, Binəqədi rayonu, “Karl Marks” körpüsünün yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsi qarşısında avtomobil sahibi ilə gəlmişlər. Avtomobil sahibi özünü Təqsirləndirilən şəxs kimi təqdim edib avtomobil sahibi olduğunu bildirmiş, görüşə Yamən adlı dostu ilə gəlmiş və özü ilə avtomobili də bərabərində gətirmişdir. O, və atası avtomobilə nəzər yetirmiş və real alıcı olduğunu bildirib qiymət barədə danışmağa başlamışlar. Avtomobilin saytda yerləşdirilmiş elanı qiyməti 12.500 AZN olmuşdur. Onlar Təqsirləndirilən şəxsla qiymətdə razılaşaraq nəticədə avtomobilin 11.800 manata alışı barədə danışmışlar. Bundan sonra onlar yaşadığı mənzilin yerləşdiyi binanın qarşısına gəlmiş, o, avtomobilin alış dəyəri təşkil edəcək pulu götürmək üçün mənzilə qalxmış, atası isə Vüsal və Yamənlə aşağıda gözləmişdir. O, pulu götürüb aşağı düşdükdən sonra birlikdə Vüsalın təklif etdiyi 18 saylı notariat kontoruna gəlmişlər. Həmin notariat kontoru Xətai rayonu, Əhmədli qəsəbəsində, “Bakı Kinoteatrı”nın qarşısında yerləşmişdir. Həmin kontorda Təqsirləndirilən şəxs avtomobilə dair onun adına baş etibarnamə vermişdir. Avtomobilin alışı barədə razılaşdıqlarıı 11.800 manat pulu həmin notariat konturunun qarşısında Vüsala vermişdir. Həmin pul vəsaiti atası Zərərçəkmiş şəxs məxsus olmuşdur. Avtomobilin alqı-satqısı baş tutduqdan sonra o, avtomobilin motorunda problem olduğunu, motorun hər 3 gündən bir əlavə yağ tələb etdiyini aşkar etmiş və atasına bu barədə məlumat vermişdir. Avtomobildə yaranmış bu nasazlığın aradan qalxmasında köməklik etsin deyə, atası Təqsirləndirilən şəxsla əlaqə yaratmış, sonuncuya problemi izah etmiş, Vüsal isə telefonda bildirmişdir ki, irəlidəki gündə, yəni, 12 aprel tarixdə qızının doğum günüdür, doğum gününü qeyd etdikdən sonra onunla təkrar əlaqə saxlasın. Daha sonra atası ona Vüsala danışdığını, Vüsalın telefonda ona kobud cavab verdiyini, buna görə də Vüsala bir daha zəng etməyəcəyini, avtomobildə yaranan problemləri özünün həll edəcəyini bildirmişdir. Görülən işlər müqabilində atası təxminən 1.500 manatdan artıq pul xərcləmişdir. 16 may 2021-ci il tarixdə, səhər saatlarında Yamən yaşadığı binanın qarşısına gəlib mənzilin qapısını döymüş və onunla görüşərək guya Vüsalın onlara satdığı “Prius” markalı avtomobilin ban nömrəsi ilə motor nömrəsində uyğunsuzluq olduğunu, bu səbəbdən də Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının həmin avtomobili axtardığını bildirmişdir. O, bu haqda atasına məlumat verdikdən sonra Yamən və sonuncu ilə gələn bir nəfər şəxsi atasının satıcı işlədiyi Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kazımov küçəsində tikinti materiallarını həyata keçirən mağazaya gətirmişdir. Onlar gəldiyi zaman atası namaz qıldığı üçün bir qədər gözləməli olmuşlar. Atası daha sonra Yamənin dediklərinə qulaq asmış və uzun illər X11 xidmətində çalışan, bu cür problemlərlə qarşılaşmış mütəxəssis Fəxrəddin adlı tanışını ora çağırmış, Fəxrəddin gəldikdən sonra Yamən avtomobilin problemini sonuncuya demiş və bildirmişdir ki, avtomobili Baş Dövlət Yol Polis İdarəsinin “Siqnal” cərimə meydançasına yerləşdirmək lazımdır. Fəxrəddin də təsdiq etmişdir ki, əgər avtomobilin ban nömrəsi ilə motor nömrəsi arasında uyğunsuzluq varsa, bu rəsmi araşdırma tələb edir və araşdırma başa çatana qədər avtomobil cərimə meydançasına təmin edilməlidir. Fəxrəddin hətta bildirmişdir ki, avtomobili cərimə meydançasına könüllü yerləşdirməsələr, avtomobil idarə edildiyi istənilən vaxtda polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa təmin ediləcəkdir. Ona görə də onlar problem yaranmasın deyə, “Prius” markalı avtomobillə atası, Yamən, sonuncu ilə gələn daha bir nəfər şəxslə BDYPİyə gəlmişlər. O, həmin baş idarənin inzibati ərazisində fəaliyyət göstərən çayxanada Vüsalla görüşmüş və sonuncu bildirmişdir ki, xaricdən gətirdiyi 5 avtomobildə eyni problem çıxmış və bu problemin həlli üçün hər bir avtomobilə 1.000 manat pul vermişdir. Vüsalın deməsinə görə, avtomobillə bağlı problem həll edilənədək avtomobil cərimə meydançasına təhvil verilməlidir, daha sonra avtomobili onun adına keçirərək özü təhvil verəcəkdir. Hətta, Vüsal onu da bildirmişdir ki, ona verdiyi baş etibarnamə əsasında avtomobili onun tam mülkiyyətinə keçirilməsi üçün lazımi olan dövlət və əlavə xərcləri özü edəcəkdir. Vüsalın bu danışıqları onları inandırmış və onlar avtomobili orada Vüsala təhvil verib atası ilə bərabər geri qayıtmışlar. Səhəri gün həm o, həm də atası ayrı-ayrı vaxtlarda Vüsalla əlaqə yaradıb avtomobillə bağlı soruşmuşlar. Vüsal isə qısa vaxtda problemi həll edib avtomobili geri qaytaracağını bildirmişdir. 2021-ci ilin may ayının sonuna yaxın atası vəziyyətdən şübhələnməyə başlamış, şübhələrinə aydınlıq gətirmək üçün BDYPl-nin cərimə meydançasına yaxınlaşmış və orada müəyyən etmişdir ki, Vüsaldan 11.800 manata aldığı, “Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobil heç bir vaxt cərimə meydançasında olmamışdır. Atası bu məlumatı əldə etdikdən dərhal sonra Vüsalla əlaqə yaratmış, qəzəbli şəkildə sonuncuya onları aldatdığını, bu barədə polisə şikayət edəcəyini bildirmiş, Vüsal əvvəlcə həmin gün saat 20 radələrində görüşə biləcəklərini bildirsə də, atasının qəzəbli danışığından sonra hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Bu hadisədən sonra atası birbaşa Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə müraciət etmişdir. Rəsmi müraciətdən sonra o, öyrənmişdir ki, 02 aprel 2021-ci il tarixli, “Toyota Prius” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş baş etibarnamə 15 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ləğv edilmişdir. Araşdırmanın aparıldığı zaman o, “Turbo.Az” saytında “Prius” markalı avtomobillərinin elanlarının yerləşdirildiyi səhifəyə baxarkən Sumqayıt şəhərində fəaliyyət göstərən “123K” avtosalonunun 1-2 gün öncə “Prius” markalı avtomobilinin elanının yerləşdirildiyini görmüşdür. O, **-UV-*** dövlət nömrə nişanlı avtomobili aldıqdan sonra avtomobilin arxa hissəsinə özünün “İnstagram” reklam qoloqramını yerləşdirmiş və bu işarəyə görə də elanda gördüyü avtomobilin məhz onların daha əvvəlcədən aldığı avtomobil olduğunu müəyyən etmişdir. Onun əldə etdiyi bu məlumatı o, dərhal 6-cı Polis bölməsinə məlumat vermiş və 3 nəfərdən ibarət polis heyəti ilə o və atası Sumqayıt şəhərindəki həmin avtosalonun yerləşdiyi ünvana getmişlər. Onun gümanı doğru çıxmış, yəni, elana yerləşdirilmiş avtomobilin məhz atasının 11.800 manata aldığı, “Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşlər. Orada salon müdiriyyəti və müdiriyyətinə yaxın insanlar avtomobili qaytarmaqdan imtina edərək polis əməkdaşlarına müqavimət göstərərək sonuncularla əlbəyaxa olmuşlar və onların gözünün qarşısında salon rəhbərliyinin göstərişi ilə avtomobil Sumqayıt DYPİ-nə aparılmaqla yeni sahibinin adına keçirilmiş və avtomobilə yeni dövlət nömrə nişanı taxılmışdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə X2 onlara vurulmuş ziyanı tam olaraq ödəmiş və onlarla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Hüseynxan oğlunu təxminən 2000-ci ildən tanımışdır. Belə ki, sonuncu onun bacısının əridir. Onların münasibətləri normal olmuşdur. 2021-ci ili naprel ayında Zərərçəkmiş şəxs onunla danışaraq oğlu Şahid1 üçün “Toyota Prius” markalı avtomobil almasını, avtomobili satmış Vüsal və Yamən adlı şəxslərin onun yaşadığı evə gəlmələrini, avtomobil ban nömrəsi ilə mühərrik nömrəsi arasında uyğunsuzluq olduğunu bildirməklə aldadaraq, avtomobili BDYPİ-nin həyətinə aparmaqla ələ keçirmələrini bildirmişdir. Bundan 2-3 gün sonra o, yaşadığı məhəllədə yaşayan Seyid adlı şəxslə danışarkən söhbət əsnasında Əhədin əslən şuşalı olan Yamən və əslən naxçıvanlı olan Vüsal adlı şəxslər tərəfindən aldadıldığını sonuncuya demiş, Seyid isə 1-ci Qarabağ müharibəsində Şuşada və ətraf ərazilərdə bir çox döyüşlərdə iştirak etdiyini bildirərək əslən Şuşadan olan Yamən adlı şəxsin tapılmasında köməklik göstərəcəyini bildirmişdir. Bu məqsədlə Seyid adıçəkilən döyüşlərdə sonuncu ilə birlikdə döyüşən, sabiq polis əməkdaşı olan Sahib adlı şəxslə əlaqə yaradaraq Yamənin tapılmasında kömək istəmişdir. Bu hadisədən təxminən 2-3 gün sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Elite” Ticarət mərkəzinin yaxınlığındakı kafenin birində onun, Sahib, Yamən, Seyid və Vüsalın iştirakı ilə görüş baş tutmuşdur. Görüş zamanı Yamən və Vüsal borclu olduqlarını qəbul edərək həmin ayın sonuna qədər Zərərçəkmiş şəxs verməli olduqları 11800 manat və əlavə xərcləri ödəyəcəklərini bildirmişlər. Lakin ay sonuna qədər nə Vüsal, nə də Yamən verməli olduqları pul vəsaitindən heç bir miqdarda ödəniş etməmişlər. Zərərçəkmiş şəxs bu hadisələrin gedişində artıq Vüsal və Yamən tərəfindən aldadılması faktına görə polisə müraciət etmişdir. Görüşdən təxminən 1-2 ay sonra Vüsalın deməsindən ona məlum olmuşdur ki, Vüsal hazırki dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları pul vəsaitini Əhədə verməsi üçün Sahibə vermiş, Sahib həmin miqdarda vəsaiti Seyidə vermişdir. Seyid isə Əhədə zəng edərək Vüsalın 600 ABŞ dolları ödəniş etdiyini və Əhədin pulu götürə biləcəyini dedikdə, Əhəd bundan imtina edərək artıq polisə şikayət etdiyini pul vəsaitini hissə-hissə qəbul etməyəcəyini, yalnız bütün şəkildə qəbul edəcəyini Seyidə bildirmişdir. Seyid isə bir müddət sonra pul vəsaitini öz şəxsi ehtiyaclarını üçün xərcləmişdir. Bundan 1 ay sonra isə o, Vüsala zəng edərək Əhədin avtomobili almaq üçün borc götürdüyünü, bu borcları ödəməkdə çətinlik çəkdiyini bildirmiş və tələb etmişdir ki, pul ödənişini tezləşdirsin. Vüsal isə cavabında Əhədin aylıq ödədiyi 500 manatın öz tərəfindən qarşılanacağını və bunun ümumi verməli olduğu pula heç bir aidiyyətinin olmadığı bildirmişdir. O, Vüsalla metronun “Ulduz” stansiyası yaxınlığında yerləşən DTX-in akademiyasının qarşısında görüşərək 500 manat pul vəsaiti almışdır. Həmin dövrdə DTX akademiyasında təmir işləri getmiş və o, da aqlay ustası kimi orada çalışmışdır. O, Əhədə məlumat verərək Vüsalın ona 500 manat pul verdiyini, həmin vəsaiti götürə biləcəyini bildirmişdir. Əhəd isə pul vəsaitini qəbul etməyəcəyini bildirmiş, o, da 500 manatı özündə saxlamışdır. Bu hadisədən 10 gün sonra yenidən Vüsal ona zəng edərək Günəşli qəsəbəsində olduğunu və 500 manat daha əlavə pul verə biləcəyini bildirmişdir. O, da Vüsal ilə görüşərək 500 manatı da qəbul etmiş və bu barədə yenidən Əhədə məlumat vermişdir. Əhəd isə yenidən vəsaiti qəbul etməyəcəyini, artıq polisdə araşdırma aparıldığını və Vüsal ilə heç bir danışığa getməyəcəyini bildirmişdir. O, da Vüsalın daha əvvəl ona verdiyi 500 manatla birlikdə ümumi aldığı 1000 manat pul vəsaitini özündə saxlamışdır. Daha sonra qaldığı ünvanın aylıq kirayə borcları çoxaldığından həmin 1000 manatı Əhədə dedikdən sonra öz borcları üçün xərcləmişdir. O, pulu xərclədikdən bir müddət sonra Zərərçəkmiş şəxs ondan həmin 1000 manat pulu istəmiş, lakin o, pulu xərclədiyini bildirərək ən qısa zamanda qaytaracağını bildirmiş, lakin qaytara bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospekti 208D ünvanında yerləşən “123KA” adlı avtosalonu icarə əsasında işlətməyə başlamışdır. Sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxsləri əvvəllər tanımamış və sonuncularla heç bir münasibəti olmamışdır. 2021 -ci ilin təxminən may ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs özünə məxsus “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirdiyindən o, həmin avtomaşını baxıb bəyənmiş və həmin avtomaşını 8000 manata avtomaşını qiymətləndirmişlər. Avtomobil yoxlanıldıqda avtomobilin üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Həmin şəxs də onunla razı aşdığından o, etibarnamə alaraq avtomaşının dəyərini ödəmiş və avtomaşına dair mülkiyyəti faktiki olaraq əldə etmişdir. Bundan sonra o, həmin avtomobilin satışına dair elanı “Turbo.az” saytında yerləşdirmiş və avtomobili salona yerləşdirmişdir. Bir neçə gün sonra əvvəllər tanımadığı hazırda adını tam dəqiq bildiyi Zərərçəkmiş şəxs salona gələrək avtomobilin ona satılmış avtomobil olmasını bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs zəng edərək sonuncuya bu barədə məlumat verdikdə, Təqsirləndirilən şəxs həmin şəxsin yalan danışmasını, avtomobili sonuncuya icarəyə verməsini lakin icarəhaqqını ödəmədiyi üçün avtomaşını alaraq satdığını bildirmişdir. O, da bu səbəbdən Təqsirləndirilən şəxs inanaraq Zərərçəkmiş şəxs gedib Təqsirləndirilən şəxsla problemini həll etməsini bildirmişdir. Bundan sonra o, həmin avtomobili Sumqayıt şəhər DYPİ-də qardaşı Şahid6 adına rəsmiləşdirmişdir. Daha sonra həmin avtomaşını müştəri kimi gəlmiş əvvəllər tanımadığı Şahid5 adlı şəxsə satmışdır. Onun Təqsirləndirilən şəxs adlı şəxsin törətmiş olduğu dələduzluq cinayətindən xəbəri olmamış, o, həqiqətən də avtomobilin Təqsirləndirilən şəxs məxsus olmasını düşünmüş və buna şübhə yaradacaq hər hansı bir sənədələşmə olmamışdır. Ona görə də o, pulunu ödəyərək avtomobili almışdır. Zərərçəkmiş şəxs isə onların salonuna gəldikdə o, yenə də Təqsirləndirilən şəxsla telefon əlaqə saxlamış, Vüsal ona avtomobili Zərərçəkmiş şəxs icarəyə verdiyini və sonradan həmin şəxsin icarə haqqını ödəmədiyindən əlindən alındığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında özü üçün “Toyota Prius” markalı avtomobil almaq istəmiş, “Turbo.az” saytında avtomobillərin elanlarına baxmışdır. Təxminən 19 may 2021-ci il tarixdə həmin sosial şəbəkədə “Toyota Prius” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin elanını görmüşdür. Həmin elan Sumqayıt şəhərində yerləşən “123 kars” avtosalon tərəfindən yerləşdirilmiş, avtomobilin qiyməti 11800 manat olmuşdur. O, həmin elanda qeyd edilən mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin mobil telefon nömrəsinə Emil adlı işçi cavab vermiş və avtomobilin “123 kars” salonunda olmasını dəqiqləşdirmişdir. 20 may 2021-ci il tarixdə həmin avtosalona gedərək orada avtomobilə baxmış və avtomobil xoşuna gəldiyindən avtomobili 11050 manata razılaşmışlar. Həmin avtomobil Şahid6 adına olmuşdur. Həmin gün o, avtomobilə görə 200 manat beh vermiş və qərarlaşdırmışdır ki, bir gün sonra avtomobili gəlib götürəcəkdir. Bundan sonra 21 may 2021-ci il tarixdə təxminən saat 11 radələrində “123 kars” adlı avtosalona gəlmiş və razılaşdıqları kimi 11050 manat pulun qalan məbləği olan 10850 manat pulu avtosalonun kassasına ödədikdən sonra birlikdə Sumqpayıt şəhər 4 saylı notariat kontoruna gəlmiş və orada “Həci” kimi çağırdıqları şəxs onun adına baş etibarnamə vermiş və o, avtomobili həmin şəxsdən təhvil almışdır. Bundan sonra o, avtomobili şəxsən özü idarə etmiş və avtomobilin bu günə kimi heç bir problemi olmamışdır. 14 mart 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman metronun “Koroğlu” stansiyasının yaxınlığında X12 əməkdaşları tərəfindən saxlanılaraq avtomobilin saxlanılması ilə bağlı göstəriş olmasını bildirərək avtomobili cərimə meydançasına yerləşdirməklə ona Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə yaxınlaşması barədə məlumat verilmişdir. Bundan sonra o, “123 kars” avtosalonu ilə əlaqə saxlayaraq avtomobilin problemli olması səbəbindən saxlanılmasını bildirdikdən sonra avtomaşının qeydiyyat şhadətnaməsinə əsasən sahibi olan Şahid6 onunla telefon əlaqəsi yaradaraq avtomobilin heç bir probleminin olmamasını bildirmişdir. O, avtomobili alan zaman hər hansı bir problemin olmasından xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu prospekti 208D ünvanında yerləşən “123KA” adlı avtosalonu icarə əsasında işlətmişdir. Sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxsləri əvvəllər tanımamış və sonuncularla heç bir münasibəti olmamışdır. 2021-ci ilin təxminən may ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs özünə məxsus “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirdiyindən o, həmin avtomaşına baxıb bəyənmiş və həmin avtomaşını 8000 manata qiymətləndirmişlər. Avtomobil yoxlanıldıqda avtomobilin üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Həmin şəxs də onunla razılaşdığından o, etibarnamə alaraq avtomaşının dəyərini ödəmiş və avtomaşına dair mülkiyyəti faktiki olaraq əldə etmişdir. Bundan sonra o, həmin avtomobilin satışına dair elanı “Turbo.az” saytında elan paylaşaraq və avtomobili salona yerləşdirmişdir. Bir neçə gün sonra əvvəllər tanımadığı hazırda adını tam dəqiq bildiyi Zərərçəkmiş şəxs salona gələrək avtomobilin ona satılmış avtomobil olmasını bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs zəng edərək sonuncuya bu barədə məlumat verdikdə, Təqsirləndirilən şəxs həmin şəxsin yalan danışmasını, avtomobili sonuncuya icarəyə verməsini lakin icarəhaqqını ödəmədiyi üçün avtomaşını alaraq satdığını bildirmişdir. O, da bu səbəbdən Təqsirləndirilən şəxs inanaraq Zərərçəkmiş şəxs gedib Təqsirləndirilən şəxsla problemini həll etməsini bildirmişdir. Bundan sonra o, həmin avtomobili Sumqayıt şəhər DYPİ-də qardaşı Şahid6 adına rəsmiləşdirmişdir. Daha sonra həmin avtomaşını müştəri kimi gəlmiş əvvəllər tanımadığı Şahid5 adlı şəxsə satmışdır. Onun Təqsirləndirilən şəxs adlı şəxsin törətmiş olduğu dələduzluq cinayətindən xəbəri olmamış, o, həqiqətən də avtomobilin Təqsirləndirilən şəxs məxsus olmasını düşünmüş və buna şübhə yaradacaq hər hansı bir sənədələşmə olmamışdır. Ona görə də o, pulunu ödəyərək avtomobili almışdır. Zərərçəkmiş şəxs isə onların salonuna gəldikdə o, yenə də Təqsirləndirilən şəxsla telefon əlaqə saxlamış, Vüsal ona avtomobili Zərərçəkmiş şəxs icarəyə verdiyini və sonradan həmin şəxsin icarə haqqını ödəmədiyindən əlindən aldığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobilə görə 11800 manat pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X8 “Toyota Prius” markalı avtomobilə görə Təqsirləndirilən şəxs 11800 manat pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X8 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-205/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli fotoşəkillərlə şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş fotoşəkillərdən X5 tanıyaraq həmin şəxsin Təqsirləndirilən şəxs ilə birlikdə avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsində iştirak etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-267/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsən azad eidlmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-cii l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli, 10161 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul keçirilmişdir. xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-422/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-422/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver