Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-423/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi ev 21-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 167-3.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edib üzərində qanunsuz saxlayıb, gəzdirməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 saylı ünvanın qarşısına daşımış, onun odlu silah saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 16:30-da həmin ünvanda saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilmiş, orada qeyd olunan tarixdə saat 18:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli cins şalvarının arxa bel tərəfdən kəmərinə keçirilmiş 1 (bir) ədəd nömrəsi silinmiş, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən “Makarov” konstruksiyalı tapança, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, “Makarov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş sandıq, 4 (dörd) ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatları-patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq xx xxxx 2020-ci il tarixdə saat 12:40-dan etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 2 saylı evə baxış keçirilən zaman oradan, sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək yayma məqsədilə evində saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və belə fəaliyyəti əsaslandıran materialları, yəni, müvafiq razılıq olmadan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsi ilə satışının həyata keçirilməsinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməyən, məzmununda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmiş, məzhəblər arasında qarşıdurma yaradan və təfriqə salan mövzuların üstünlük təşkil etdiyi X3 Amilinin “Ən-Nəssu vəl İctihad” adlı dini təyinatlı ədəbiyyatı, eyni zamanda üzərində “Aşura bəyanatı” yazılmış iki səhifəlik, rəngsiz, A4 formatda, məzmununda İslam tarixində ən zalım, mənfur dövlət başçısı kimi tanınan Yezid və hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında bənzətmələrə yer verilərək, təhrikedici ifadələr işlədilən, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət edən Tale Bağırzadənin xx xxxxxxx 2016-cı il tarixli müraciəti öz əksini tapmış 16 nüsxədən ibarət vərəqlər aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 167-3.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-2017-ci illər arasında Tale Bağırzadənin başçılıq etdiyi X4 üzvü olmuşdur. O, İslam dininin tarixi ilə maraqlanmış və bu məqsədlə dinlə bağlı olan kitablar oxumuşdur. Həmin kitabları müxtəlif tanışlarından almış və oxuduqdan sonra yaşadığı evdə saxlamışdır. Bu məqsədlə yaşadığı mənzildə ona məxsus çoxsaylı dini kitablar olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 5 gün əvvəl yaşadığı evin yaxınlığında olan məişət tullantılarının atıldığı yerin qarşısından keçən zaman yerdə tapançaya bənzər əşya olması nəzərini cəlb etmiş, yerdən həmin əşyanı götürdükdə üzərində sandıqçası olan və üzərindəki rəqəmləri pozulmuş vəziyyətdə “Baikal” tipli tapança olduğunu görmüşdür. Bundan sonra o, tapançanın içindəki sandıqçanı açıb baxarkən içərisində 4 (dörd) ədəd patronun olduğunu görüb həmin tapançanı özü ilə götürməyə qərar vermiş və tapançanı sandıqça və patronlarla birlikdə götürüb yaşadığı evə getmiş, lakin ailə üzvlərinə bu barədə məlumat verməmişdir. O, tapdığı tapançanı təhvil vermək istəsə də, bunu necə edəcəyini bilməmişdir. Keçən müddət ərzində hər dəfə evə gedən zaman ailə üzvləri görməsinlər deyə, tapançanı yaşadığı evin həyətyanı sahəsində gizlətmiş, evdən çıxan zaman isə tapançanı özü ilə götürmüşdür. xx xxxx 2020ci il tarixdə saat 16 radələrində evdən çıxarkən həmişə olduğu kimi tapançanı patronlarla birlikdə öz üstündə götürüb şalvarının bel tərəfindən kəmərə keçirtmiş, evdən çıxdıqdan sonra şəxsi işləri ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şosesində piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş X2 İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istədikdə, o, öz anket məlumatları barədə məlumat vermiş və bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş və bu zaman ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o, qara rəngli cins şalvarının ön sol yan cibindən 1 (bir) ədəd qara rəngli pul qabını, şalvarının ön sağ yan cibindən pul vəsaitini və 1 (bir) ədəd mobil telefonu, arxa sağ yan cibindən 1 (bir) ədəd tibbi maskanı, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığım bir ədəd “Baikal” tipli tapançanı masanın üzərinə qoymaqla təqdim etmiş və şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş maska və pul əhəmiyyət kəsb etmədiyindən pul qabı və tibbi maska ilə birlikdə özünə qaytarılmışdır. Ardınca üzərindən aşkar olunmuş “Baikal” tipli tapança və patronlar ekspertiza tədqiqatına təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək şəxsi axtarışda iştirak edən digər iştirakçılarla birlikdə protokola imza etmişdir. xx.xx.2020-ci il tarixdə onun razılıq ərizəsi və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 2-də yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə saxladığı müxtəlif dini kitabları polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları həmin kitabların əhəmiyyət kəsb edə biləcəklərini qeyd edib götürmüşdür. Yaşadığı evə keçirilmiş baxış zamanı protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Yaşadığı evdən aşkar edilmiş X3 Amilinin “Ən-Nəssu vəl İctihad” adlı kitabını təxminən 15 il bundan öncə qohumları ziyarət etmək məqsədilə Cəlilabad rayonuna gedən zaman, oradakı məsciddə olan adını xatırlamadığı dinlə məşğul olan bir nəfər şəxs ona vermiş və o, həmin kitabı oxuduqdan sonra yaşadığı evdə saxlamışdır. Tale Bağırzadənin xx xxxxxxx 2016-cı il tarixli müraciəti öz əksini tapmış 16 nüsxədən ibarət vərəqləri Binəqədi rayonu ərazisində yerləşən məsciddən müxtəlif şəxslərə vermək məqsədilə götürmüş, lakin sonradan həmin vərəqlərin məzmununu oxuyan zaman problemli məsələlərdən bəhs edildiyini görüb və hər hansı bir şəxsə verəcəyi təqdirdə problem çıxa biləcəyini fikirləşib vərəqləri yaşadığı evdə saxlamışdır. Göstərilənləri və himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 167-3.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, E.Babayev küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması bərədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxxx 2020-ci il tarixdə o, işlədiyi şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Şamilin yaşadığı Binəqədi rayonuna getmişlər. Həmin gün saat 16:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 saylı ünvanının qarşısında saxlamışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncunun şəxsiyyəti müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş X2 İdarəsinə dəvət etmişlər Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş X2 İdarəsinin İstintaq və X6 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Şamilə təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarının ön sol yan cibindən 01 ədəd qara rəngli pul qabını, şalvarının ön sağ yan cibindən pul vəsaitini və 01 ədəd mobil telefonu, arxa sağ yan cibindən 01 ədəd tibbi maskanı, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Baikal” tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 0,40 manat pul vəsaiti aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmiş, sonuncu deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış zamanı, bank və sair kartlar, kağız parçaları aşkar edilmiş, içində kənar əşya və maddə olmadığı müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaiti sayılaraq ümumilikdə 140 manat 40 qəpik pul vəsaiti olması müəyyən edilmiş, lakin əhəmiyyət kəsb etmədiyindən pul qabı və tibbi maska ilə birlikdə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində olan mobil telefon barədə soruşulduqda sonuncu telefonun “X19 8” modelli olduğunu və özünə məxsus olmasını bildirmişdir. Mobil telefon araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Baikal” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərindəki rəqəmlərin pozulduğu, həmçinin “Baikal” və “Made in Russia” yazılarının olduğu müəyyən olunmuşdur. Bundan sonra tapançaya bənzər əşyanın sandıqçası çıxarılmış, içində 04 ədəd patronun olduğu məlum olmuş, daha sonra tapança boş olub-olmaması yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Baikal” tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə 05 gün əvvəl yaşadığı evin yaxınlığında olan zibillikdən təsadüfən tapdığını, odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində gəzdiriyini, həmçinin odlu silahdan istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Baikal” tipli tapançaya bənzər əşya və 04 ədəd patronla özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmiş, bundan sonra şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Bundan əlavə əməliyyat-axtarış tədbirinin davamı olaraq xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı ünvana baxış keçirilmişdir. Baxış zamanı evə giriş qapısından sağ tərəfdə stolun üzərində dini ədəbiyyatın, dini yazıların olduğu kağızlar və yazılar aşkar olunmuş, həmin kitablar və yazıların haradan əldə etməsi ilə bağlı soruşulduqda Təqsirləndirilən şəxs həmin kitab və yazıların bir qismini ona tanışlarının verdiyinı, digər hissəsini isə mağazadan aldığını bildirmişdir. Aşkar olunmuş kitab və yazılar araşdırma üçün maraq kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, bundan sonra mənzilə baxış və götürmənin keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şamil oğlu, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi faktına görə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, eləcə də, ona əlavə edilmiş diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 7 saylı ünvanın qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada üzərindən 04 ədəd patron və 01 ədəd sandıqçası olan 01 ədəd tapança aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 20/311R nömrəli Azərbaycan Respublikası DİN-in X1 məhkəmə-ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd Nsi silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9 mm Kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıq, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Təqdim edilmiş 4 (dörd) ədəd 9 mm kalibrli patronlardan 3 (üç) ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. xx.xx.2020-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan, eləcə də, ona əlavə edilmiş diskdən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus mənzilə baxış zamanı oradan 12 ədəd üzərində “Ramazan Xoş gəldin” yazılı içərisində barələrində azadlıqdan məhrum etmə növündə cəza seçilmiş şəxslərin adları, şəkilləri və neçə il müddətində məhkum edilmələri barədə yazıları əks olunduğu kitabçalar, 01 ədəd olmaqla üzərində “İmam Hüseyn qəhrəmanlığının təhlili, 3-cü cild, X16 Mütəhhəri”, “ƏH- Həccy bəl Uctuhad”, “Şəhadət Aşiqləri”, “Düşmən Nüfuzu”, “X18 İnsan”, “X13” və “Möcüzə” adlı ümumilikdə 07 ədəd kitab, həmçinin Tale Bağırzadənin A4 formatında çap olunmuş və insanları “Din”, “İmam Hüseyn” adı altında hakimiyyətə qarşı çıxmağa səsləyən fikirlərin əks olunduğu 02 ədəd şəffaf sellofanlarda yazılar toplusu aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(005)- 518/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(005)-574/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı, PM modelli tapança, 1 (bir) ədəd daraq və 4 (dörd) ədəd 9x18 mm kalibrli patron maddi sübut kimi tanınmış, tapança, daraq və ekspertiza tədqiqatından sonra qalan 1 (bir) ədəd patron saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 4/409 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini ədəbiyyat nümunələri və vərəqlərdən X3 Amilinin “Ən-Nəssu vəl İctihad” kitabında və üzərində “Aşura bəyanatı” yazılmış vərəqdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. Digər kitab və vərəqlərdə isə bu cür hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri və vərəqlərdə ekspert qarşısında qoyulmuş suallara əsasən, dini etiqadı ifadə etməyə (nümayiş etditməyə), dini mərasimləri yerinə yetirməyə və ya mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği halları əks olunmamışdır. Tədqiqata təqdim edilmiş dini ədəbiyyat nümunələri və vərəqlərdə ekspert qarşısında qoyulmuş suallara əsasən, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. xx.xx.2020-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi ev 21-də qeydiyyatda olmaqla və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli, DK-257D-09/07 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, dinşünaslıq ekspertizasına təqdim olunmuş kitab və materiallardan aşağıda adları qeyd olunanlar ölkəyə xaricdən idxal olunan dini ədəbiyyat nümunələrinə aiddir: 1.X3 Amili.“Ən-Nəssu vəl ictihad”(İ.İ.R.Qum,2000-ci il); 2.X11 Təbatəbai.“Möcüzə və onun mahiyyəti” (2000-ci il); 3.Söleyman Bin Djeza. “O sın moy” (“Hakikat kitabevi”, istanbul, 2010). Dinşünaslıq ekspertizasına təqdim olunmuş X9 “İmam Hüseyn qəhrəmanlığının təhlili kitabı (İli cild, “Nurlan”, Bakı, 2006) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin DK-323/d saylı, xx xxxxxx 2006-cı il tarixli razılıq məktubu əsasında, ölkəmizdə fəaliyyət göstərən “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində istehsal olunmuşdur. Üzərində “Aşura bəyanatı” “İmam Əli barədə ayələr”, “Niyə Əhli-beyt aşiqləri Rəsulullahın (s) əzizi İmam Hüseynə matəm saxlayırlar?” “Namaz qılma qaydaları” yazılmış vərəqələr kustar üsulla hazırlanmışdır. Eyni zamanda bildiririk ki, “Xoş gəldin Ramazan” adlı kitabçanın və “Mübarək Ramazan ayı 2011”, “Mübarək Ramazan ayı 2017” adlı təqvimlərin ölkə nəşriyyatlarında istehsal edilməsi və ya xaricdən ölkəyə idxal olunmasını müəyyənləşdirmək mümkün olmamışdır. Dinşünaslıq ekspertizasına təqdim edilmiş kitab və materiallardan X3 Amilinin “Ən-Nəssu vəl İctihad” kitabı, “Aşura bəyanatı” adlı vərəqə, “İmam Əli barədə ayələr”, “Niyə Əhli-beyt aşiqləri Rəsulullahın (s) əzizi İmam Hüseynə matəm saxlayırlar?” “Ramazan ayı təqvimi 2017”, “Ramazan ayı təqvimi 2011”, “Xoş gəldin Ramazan” (təqvim) adlı dini təyinatlı materialların ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən müvafiq razılıq alınmamışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 167-3.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli, 1295 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk, eləcə də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman istifadə edilmiş videoçəkilişin görüntüləri əks olunmuş 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, eləcə də Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş X3 Amilinin “Ən-Nəssu vəl İctihad” kitabı və “Aşura bəyanatı” adlı vərəqələri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, “İmam Əli barədə ayələr”, “Niyə Əhli-beyt aşiqləri Rəsulullahın (s) əzizi İmam Hüseynə matəm saxlayırlar?”, “Namaz qılma qaydaları” yazılmış vərəqələr, “Ramazan ayı təqvimi 2017”, “Ramazan ayı təqvimi 2011”, “Xoş gəldin Ramazan” (təqvim), X9 “İmam Hüseyn qəhrəmanlığının təhlili, X11 Təbatəbai.“Möcüzə və onun mahiyyəti”, Сюлейман Бин Джеза. “О сын мой” kitabları saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-in 167-3.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmənin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 167-3.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 167-3.1 və 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 167-3.1 və 228.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-746/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbirinin seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı, PM modelli tapança, 1 (bir) ədəd daraq və ekspertiza tədqiqatından sonra qalan 1 (bir) ədəd 9x18 mm kalibrli patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan X3 Amilinin “Ən-Nəssu vəl İctihad” kitabı və “Aşura bəyanatı” adlı vərəqələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan “İmam Əli barədə ayələr”, “Niyə Əhli-beyt aşiqləri Rəsulullahın (s) əzizi İmam Hüseynə matəm saxlayırlar?”, “Namaz qılma qaydaları” yazılmış vərəqələr, “Ramazan ayı təqvimi 2017”, “Ramazan ayı təqvimi 2011”, “Xoş gəldin Ramazan” (təqvim), X9 “İmam Hüseyn qəhrəmanlığının təhlili, X11 Təbatəbai.“Möcüzə və onun mahiyyəti”, Сюлейман Бин Джеза. “О сын мой” kitabları hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, eləcə də axtarış və götürmənin, mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən cəmi 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 (bir) ədəd 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı, PM modelli tapança, 1 (bir) ədəd daraq və ekspertiza tədqiqatından sonra qalan 1 (bir) ədəd 9x18 mm kalibrli patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan X3 Amilinin “Ən-Nəssu vəl İctihad” kitabı və “Aşura bəyanatı” adlı vərəqələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan “İmam Əli barədə ayələr”, “Niyə Əhli-beyt aşiqləri Rəsulullahın (s) əzizi İmam Hüseynə matəm saxlayırlar?”, “Namaz qılma qaydaları” yazılmış vərəqələr, “Ramazan ayı təqvimi 2017”, “Ramazan ayı təqvimi 2011”, “Xoş gəldin Ramazan” (təqvim), X9 “İmam Hüseyn qəhrəmanlığının təhlili, X11 Təbatəbai.“Möcüzə və onun mahiyyəti”, Сюлейман Бин Джеза. “О сын мой” kitabları hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə sübut kimi tanınmış axtarış və götürmənin, mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən cəmi 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-423/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-423/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver