Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-423/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 16 oktyabr 2022-ci il tarixdə saat 18:34 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saat sürətilə idarə edərkən ünvan 3 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək surətlə idarə etməməli olduğu halda, bunlara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hərəkətdə olduğu yolu ayıran xəttin üzərində dayanmış X2nı avtomobilin sol qanad hissəsi ilə vuraraq sol sağrı, sol bud, sol diz oynağının sıyrıqları kimi dərəcəsi təyin olunmayan, sol diz oynağı, sol dirsək sümüyünün qapalı sınıqları kimi az ağır zərər vurmaya aid xəsarətləri yetirdikdən sonra bədənin ətalət qüvvəsi təsirindən piyada sola atılmış və yer örtüyünə çırpılaraq sağ təpə və ənsə nahiyəsində əzilmiş-cirilmiş yara, sağ təpə-gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyin və beyinciyin yumşaq qişaları altına, beyin toxumasına və mədəciklərə qansızma, alm, sağ yanaq, sağ çənə cismi, çənə bucağı, sol almacıq, boyun, sağ çiyin qurşağı, sağ bazu, sağ dirsək oynağının sıyrıqları, sol üst göz qapağının qançırları kimi insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə ağır dərəcəli xəsarətlər alaraq və aldığı ağır açıq kəlləbeyin travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınığı, baş beyin, beyincik qişaları altına, beyin maddəsinə və mədəciklərinə qansızma nəticəsində ehtiyatsızlıqdan sonuncunun hadisə yerində ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, “Mercedes E klass” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Onun «B» dərəcəli sürücülük vəsiqəsi olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində “Avtovağzal” tərəfdən Biləcəri qəsəbəsinə gedən zaman avtomobili təxminən saatda 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt öz yolu ilə sol hərəkət solağında hərəkətdə olarkən qəflətən yolu ayıran xəttin üzərində bir nəfər qadının durmasını görmüşdür. Bu zaman avtomobili sağa hərəkət etdirməyi düşünmüşdür ki, onu vurmasın. Lakin sağ tərəfindən də avtomobil keçdiyi üçün avtomobilini saxlaya bilməyərək həmin qadını avtomobilin sol güzgü və sol qanad hissəsi ilə vurmuşdur. Vuduğu qadın zərbənin təsirindən qarşıdan öz yolu ilə gələn avtomobilin altına girmişdir. Həmin zaman o, qarşıdan dönərək geri qayıtmış və avtomobilini hadisə yerində saxlamışdır. Həmin əraziyə çoxlu adamlar toplaşmış və onlardan kimsə təcili yardıma zəng etmişdir. Bir müddət sonra təcili yardım avtomobili, bir qədər sonra isə piyadanın yaxınları gəlmişdir. Onlar köməkləşib həmin qadını təcili yardım avtomobilinə qoymuş və təcili yardım avtomobilinin arxası ilə idarə etdiyi avtomobili sürüb Məlikov adına xəstəxanaya getmişdir. Vurduğu qadın öldüyündən morqa yerləşdirilməsindən xəbər tutumuş və daha sonra polis idarəsinə gedərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ondan heç bir şikayət və tələb yoxdur. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, X7 onun anası olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində anası X1 rayonuna qardaşı evinə getmişdir. Həmin gün saat 19 radələrində ünvan 4 ünvanda anası X3 avtomobillə vurulması və hadisə nəticəsində ölməsi barədə məlumat almışdır. Bunu eşidəndə hadisə yerinə gəlmiş və hadisə yerinə çatdıqda anasının asfalt yolda yerə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt ora toplaşan tanımadığı şəxslərin dediyinə görə X7 yolu keçmək istəyərkən onu Təqsirləndirilən şəxs «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmasını, vurduqdan sonra Şahid idarə etdiyi “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına düşmüşməsdən xəbər tutumuşdur. Hadisə yerində olan da hər iki avtomobilin sürücüsü orada olmuşdur. Hər iki sürücünün köməkliyi ilə anasını təcili yardım avtomobilinə qoyaraq Binəqədi rayonunda yerləşən Məlikov adına xəstəxanaya gətirmişlər. Anası dünyasını dəyişdiyindən həmin vaxt onu morqa yerləşdirmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs yaxınları yas mərasimində iştirak etmiş, həm mənəvi, həmdə gücü çatandan maddi dəstək olmuşlar. O, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2007-ci ildən sürücülük fəaliyyəti ilə məşğul olmuş, hazırda "xxxx" MMC-yə məxsus 2007-ci il buraxılışlı, “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 16 oktyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsindən bir nəfər qadın müştəri götürmüşdür. Həmin vaxt o, ünvan 4 ünvanın qarşısına çatmış, həmin ünvanla üzü “Avtovağzal” istiqamətinə 40-50 km/saat sürətilə hərəkətdə olarkən aralarında olan 15 metr məsafədən bir yaşlı qadının hərəkətdə olduğu yolu ayıran kəsik xəttin üzərində dayandığını görmüşdür. Həmin qadın istiqamətini götürdükdə soldan sağa keçmək istəməsini görmüş və qadının dayandığı istiqamətə çatdıqda aralarında olan 2-3 metr məsafədə əks istiqamətdə öz yolu ilə hərəkət edən «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə qadını vurmuşdur. Zərbənin təsirindən həmin qadın avtomobilinin qabaq sol təkərinin altına düşmüş, avtomobilin sol təkəri onun üstündən keçmiş və dərhal avtomobili saxlamışdır. Qadın qabaq və arxa sol təkərlərin ortasında hərəkətsiz qalmışdır. Onu vuran avtomobil isə biraz qarşıya hərəkət edərək geri dönmüşdür. Əvvəlcə avtomobilin arxasında, daha sonra isə avtomobilinin qarşısında 5-6 metr aralıda saxlayaraq onun yanına gəlmiş, oraya toplaşan şəxslərdən biri isə təcili yardıma zəng etmişdir. Tez bir zamanda təcili yardım gəlmiş, qadını vuran Vahid adlı şəxs vurduğu adamın yaxınları ilə təcili yardımla xəstəxanaya getmişdir. Daha sonra polislər gəlmiş və o, hadisə yerində polis əməkdaşlarına hadisəni izah etmişdir. Protokol tərtib edilərək imzalanmış, həmçinin həmin avtomobilin «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil olması və sürücüsünün də Vahid adlı şəxs olmasını bildirərək vurduğu şəxsi xəstəxanaya aparmasını demişdir. Özünü və hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən hadisə yeri baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək imzalanmış, daha sonra müstəntiq tərəfindən sərxoşluqla bağlı müayinədən keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baş vermiş hadisə ünvan 5 ünvanın qarşısında asfalt yolda baş vermişdir. Yol asfalt örtüklüdür, hamardır, ümumi asfalt quru haldadır, yolda qazıntı, dağıntı, çala-cuxur yoxdur, yol 2 əks istiqamətli hərəkət zolaqdan ibarətdir. Hər iki hərəkət zolağını ayıran ağ xəttli zolaq vardır. Piyadanın vurulması hərəkət zolağını ayıran ağ kəsik xətdin üzərində baş vermişdir. X2 hər iki hərəkət zolağını ayıran xəttin üzərində dayanmış vəziyyətdə olarkən vurulmuşdur. Hər bir hərəkət zolağının eni 8 metr olmaqla hər iki hərəkət zolağının ümumi eni 16 metrdir. Hərəkət solağlarının sağ və sol tərəflərində ehtiyyat hissəsinin eni 4 metrdir. Hadisə yerinə baxış keçirilərkən tormoz və ya digər izlər aşkar olunmamışdır. Piyadanın vurulduğu yerdən piyada keçidi nəzərdə tutulmuş yerə qədər olan məsafə 33 metrdir. Piyadanın vurulduğu yerlə düşüb qaldığı yer arasında olan məsafə 14 metrdir. Hadisə baş verən yolda hərəkət surəti 60 km\ saat surətindədir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanı gördüyü vaxt aralarında olan 6-7 metr məsafədən hərəkət zolağını ayıran xəttin üzərində dayandığını gördüyü andan yaranmış və həmin piyadanı vurmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və yük olmamışdır. Piyada avtomobilin sol güzgü və sol qanad (krelo) hissəsi ilə vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, piyada Mercedes E klass» markalı **-UE-*** avtomobillə vurulduqdan sonra əks istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına düşmüş və həmin avtomobilin qabaq sol təkəri piyadanın üzərindən keçmişdir. Piyada vurulduğu anda “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə aralarında olan məsafə 2-3 metr məsafə olmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 xx.xx.2022-ci il tarixli, 195 nömrəli rəyindən görünür ki, mərhum S.A.Əfəndiyevanın meyitində sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyinin və beyinciyin yumşaq qişaları altına, toxumasına və mədəciklərə qansızmalar ilə miişaiyət olunan başın sağ təpə nahiyəsinin və ənsə nahiyəsinin əzilmişcırılmış yaraları, sağ ağciyərə qansızma və sağ ağciyərin yuxarı payında əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağ tərəfdən 1-X qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ-Vİİ qabırğaların sınıqları, döş sümüyü cisminin sınığı, alt çənə və almacıq sümüklərinin, sol dirsək və sol diz oynaqlarının qapalı sınıqları, qarın boşluğuna qanaxma ilə müşaiyət olunan qaraciyərin zədələnməsi, alm nahiyəsinin qançırlı sıyrığı, alm nahiyəsinin, sağ yanaq nahiyəsində, sağ çənə cismi nahiyəsinin, sağ çənə bucağının, sol almacıq nahiyəsinin, boyun nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin,döş qəfəsinin sol yarısının arxa səthinin, sağ çiyin qurşağı nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sol sağrı nahiyəsinin, qarın nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, zə yiniiy və beyinciyin yumşaq qişaları altına, toxumasına və mədəciklərə qansızmalar ilə müşaiyət olunan başın sağ təpə nahiyəsinin və ənsə nahiyəsinin əzilmişcırılmışyaraları, qarın boşluğuna qanaxma ilə müşaiyət olunan qaraciyərin zədələnməsi dərəcəsinə görə hər biri ayrıdıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ ağciyərə qansızma və sağ ağciyərin yuxarı payında əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağ tərəfdən İ-X qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli lili qabırğaların sınıqları, döş sümüyü cisminin sınığı, alt çənə və almacıq sümüklərinin, dirsək və sol diz oynaqlarının qapalı sınıqları dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2. Mərhum S.A.Əfəndiyevanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə, ni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomaşının S.A.Əfəndiyevanı vurması və avtomaşının təkərlərinin onun üstündən keçməsi nəticəsində əmələ gələ bilərdilər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum S.A.Əfəndiyevanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 20:50-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. 8, Mərhum S.A.Əfəndiyevanın ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf edən kəskin xarici və daxili qanaxma olmuşdur.
4. Mərhum S. A.Əfəndiyevanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və onaəlavə edilmiş fotoşəkillərdən görünür ki, «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rəngdədir və saz vəziyyətdə, oxların və təkərlərin sayı 4, şinlərin vəziyyəti yaxşı, avtomaşında yük olmamış, sayqacın göstərişi: işlək vəziyyətdə, monometrin göstərişi işlək vəziyyətdə, sürət ötürməsi avtomat, sükan mexanizmi, əyləc sistemi, işıq sistemi və başqa aqreqatları yaxşı olmuşdur. Hadisədən sonra avtomobilin qabaq sol güzgüsü qırılaraq yerə düşmüş, avtomobilin qabaq sağ qanadı batmış və əzilmiş vəziyyətdə olmuşdur. Baxış zamanı «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin qabaq sağ qanadı batmış və əzilmiş vəziyyətdə olması xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı piyadanı vurduqdan sonra yaranmışıdır. Həmçinin “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rəngdə və saz vəziyyətdə, oxların və təkərlərin sayı 4, şinlərin vəziyyəti yaxşı, avtomaşında yük olmamış, sayqacm göstərişi: işlək vəziyyətdə, monometrin göstərişi işlək vəziyyətdə, sürət ötürməsi avtomat, sükan mexanizmi, əyləc sistemi, işıq sistemi və başqa aqreqatları yaxşı olmuşdur. Baxış zamanı “Hyundai Avente” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid bildirdi ki, xx.xx.2022-ci il tarixdə öz yolu ilə hrəkətdə olarkən qarşıdan gələn avtomobilin piyadanı vurması və onun maşının altına atması zamanı avtomobilin qabaq sol buferin alt hissəsi yarı sədələnmiş vəziyyətə düşmüşdür. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid ifadəsinin yerində yoxlanması istintaq hərəkətləri aparılmış və onlar istintaqa verdiyi ifadələri bir daha hadisə yerində əyani olaraq təsdiq etmişdir. Ölüm haqqında xx.xx.2022-ci il tarixli, 588 nömrəli şəhadətnamədən görünür ki, X7 16 oktyabr 2022-ci il tarixdə “baş beynin diffuz travması” nəticəsində ölmüşdür. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə saat 18:34 radələrində «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 5 ünvanın qarşısında hərəkətdə olduğu yolu ayıran xətdin üzərində dayanmış X2m avtomobilin sol qanad hissəsi ilə vurmuş, sonuncu vurulduqdan sonra zərbədən qarşı hərəkət zolağı ilə hərəkət edən “Plundai Avante” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına düşmüş, həmin avtomobilin sil qabaq təkəri piyadnın üzərindən keçmiş və avtomobil saxlamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB020863 nömrəli «B1 B» kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 xx.xx.2023-cü il tarixli T 39/2023 nömrəli rəyindən görünür ki, mərhum S.A.Əfəndiyevanın meyitinin müayinəsi zamanı sağ təpə-gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyinin və beyinciyin yumşaq qişaları altına, beyin toxuması və mədəciklərə qansızmalar ilə müşayiət olunan başın sağ təpə və ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ ağciyərə qansızma və sağ ağciyərin yuxarı payında əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağ tərəfdən 1-X qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli 1 -Vİİ qabırğaların sınıqları, döş sümüyü cisminin sınığı, alt çənə və almacıq sümüklərinin, sol dirsək və sol diz oynaqları sümüklərinin qapalı sınıqları, qarın boşluğuna qanaxma ilə müşayiət olunan qaraciyərin zədələnməsi, alm nahiyəsinin qançırlı sıyrığı, alın, sağ yanaq, sağ çənə cismi nahiyəsinin, sağ çənə bucağının, sol almacıq, boyun nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin,döş qəfəsinin sol yarısının arxa səthinin, sağ çiyin qurşağı, sağ bazu oynağı, sağ bazu nahiyəsinin, sağ dirsək oynağının, sol sağrı, qarın, sol bud, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən törənmiş və qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə istər açıq kəllə-beyin travması, istərsə də döş və qarın boşluğu orqanlarının küt travması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır, sol dirsək və sol diz oynağı sümüklərinin qapalı sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir, qançır və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə güman etmək olar: vətəndaş S.A.Əfəndiyeva ayaqüstə, dayanmış və ya ona yaxın vəziyyətdə bədənin sol tərəfi ilə hərəkətdə olan “Mercedes-Bens” markalı avtomobilin qabaq sol yan tərəfi ilə vurulma zamanı sol diz oynağı, sol dirsək sümüyünün qapalı sınıqları, sol sağrı, sol bud, sol diz oynağının sıyrıqları yaranmış, sonrakı etapda bədənin ətalət qüvvəsi təsirindən piyada sola atılmış və yer örtüyünə zərblə çırpılma nəticəsində sağ təpə və ənsə nahiyəsində əzilmiş-cirilmiş yara, sağ təpə-gicgah, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyin və beyinciyin yumşaq qişaları altına, beyin toxumasına və mədəciklərə qansızma, alın, sağ yanaq, sağ çənə cismi, çənə bucağı, sol almacıq, boyun, sağ çiyin qurşağı, sağ bazu, sağ dirsək oynağının sıyrıqları, sol üst göz qapağının qançırı yaranmışdır. Artıq yol səthində uzanmış vəziyyətdə olan piyadanın döş qəfəsindən digər hərəkətdə olan avtomaşının (“Hyundai Avante” markalı) təkərinin keçməsi və yol örtüyü ilə cüzi sürüklənməsi nəticəsində döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrıqları, sağ ağciyərin yuxarı payının cırılması, sağ ağciyərə qansızma, sağ İ-X, sol İ-Vİİ qabırğaların, döş sümüyü cisminin sınıqları, qaraciyərin cırılması yaranmışdır. 10. Mərhum S.A.Əfəndiyevanın ölümünə səbəb ağır açıq kəlləbeyin travması nəticəsində kəllə sümüklərinin qəlpəli sınığı, baş beyin, beyincik qişaları altında, beyin maddəsinə və mədəciklərə qansızma olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/3469 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz E200 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan andan, yəni piyada Mercedes Benz E200 markalı avtomobillə vurulduğu anda sürücü Hyundai Avante markalı avtomobillə aralarında 2-3 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 2-3 mertdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindan göstərilən, yəni hərəkət üçün təhlükə yaranan andan piyada Mercedes Benz E200 markalı avtomobillə vurulduğu anda Hyundai Avante markalı avtomobillə aralarındakı məsafə real hadisə mexanizminə uyğun olmadığından Hyundai Avante markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmündək saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə Təqsirləndirilən şəxs barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı şikayəti, maddi tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs hüquqi varisinin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzrə maddi sübut kimi tanınmış «Mercedes E klass» markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Fərid Əmirəliyev