Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-424/2020 13.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, inzibati B1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan 43100,00 manat məbləğində pulun, 200,00 manat məbləğində mənəvi zərərin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1667/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(001)-3158/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün xx xxxxxxx 2019-cu il tarixdə yenidən müddət təyin olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməyərək təqdimat verilən günə kimi, yəni xx xxxxxx 2019-cu il tarixə cəmi 43330,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs xeyrinə ödəməməklə ona həmin məbləğdə maddi ziyan vurmuş və beləliklə də qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinı qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-1667/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 43100,00 manat məbləğində pulun, 200,00 manat məbləğində mənəvi zərərin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, borcunu verə bilmədiyi üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(001)- 3158/2019 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs edilmişdir. O, maddi imkanı olmadığı üçün bundan sonra da borcunu tam ödəyə bilməmişdir. Bundan sonra barəsində cinayət işi başlanılmış və istintaq müddətində borcundan 16600 manat ödəniş etmişdir. Hazırda Zərərçəkmiş şəxs olan borcunu məhkəmədə iştirak edən nümayəndəsi vəkil Müdafiəçi2 ödəməklə icra sənədini tamamilə icra etmişdir. Ona görə də, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin cavabdeh Təqsirləndirilən şəxs 43100,00 manat məbləğində pulun, 200,00 manat məbləğində mənəvi zərərin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə icra sənədi icraatına daxil olmuşdur. O, həmin qətnamənin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada vaxt verilmiş, lakin borclu Təqsirləndirilən şəxs ona verilən könüllü icra müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra qanunvericiliklə nəzərdə tutulmuş zəruri məcburi icra tədbirləri həyata keçirilmiş, lakin sonuncu tərəfindən məhkəmə qətnaməsində göstərilmiş tələbi yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilmədiyinə görə sonuncu Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(001)-3158/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yenidən müddət təyin olunmaqla bildirişin verilməsinə baxmayaraq sonuncu hərəkətlərini davam etdirməklə təqdimat verilən günə kimi, yəni xx xxxxxx 2019-cu il tarixə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı ifadəsi alınmış şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2 digər şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 1667/2014 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 43100 (qırx üç min yüz) manat məbləğində pul, 200 (iki yüz) manat məbləğində mənəvi zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 1667/2014 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 43100 (qırx üç min yüz) manat məbləğində pul, 200 (iki yüz) manat məbləğində mənəvi zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə icra vərəqəsi icra edilməsi üçün xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1667/2014 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-14472/2018 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1667/2014 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5146/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)- 3158/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (gün) müddətinə inzibati həbs edilmişdir. xx.xx.2019-cu il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Asəm Əsədov tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə cəmi 16600 (on altı min altı yüz) manat ödənilsə də, onun 26730 (iyirmi altı min yeddi yüz otuz) manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona xx.xx.2020-ci il tarixdə həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-424/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1667/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 43330 (qırx üç min üç yüz otuz) manat məbləğində borcun ödənilməmiş qalan 26730 (iyirmi altı min yeddi yüz otuz) manat hissəsi nağd qaydada Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilmiş və qətnamə tam icra olunmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1667/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi tam şəkildə icra etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-424/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-424/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver