Məhkəmə qərarları › İş №1(001)-424/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-424/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-424/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.00 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1961-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(002)-903/2018 saylı qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2016-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 5 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü kağıza büküımüş təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 yanvar 2023-cü il tarixdə saat 18:00-də ünvan 2 ünvanın qarşısında Binəqədi RPİ-nin 5-ci Polis bölmsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİnin 5-ci PB-nə polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 19:00-də üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü kağıza bükümüş təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 27 fevral 2023-cü il tarixdə saat 14.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 4 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli kağıza büküımüş təmiz çəkisi 0,165 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 mart 2023-cü il tarixdə saat 23:30-da ünvan 6 ünvanın qarşısında Binəqədi RPİ-nin 5-ci Polis bölmsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün saat 21:50-də üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükümüş təmiz çəkisi 0,165 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 17 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, “Yeni Bulvar” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,817 qram və 1,400 qram, ümumi çəkisi 4,217 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 28 mart 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 7 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 20:00-də üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,817 qram və 1,400 qram, ümumi çəkisi 4,217 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə və psixortop maddələrdən qəbul etmişdir. Əvvəllər narkotik vasitə gəzdirməyə görə bir neçə dəfə məhkum olunmuşdur. Şəxsi işi ilə əlaqədar 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə getmiş, orada bir nəfərlə rastlaşmış, həmin şəxsdən 5 manat müqabiıində bir bükümdə gümüşü kağızda “kakos”, yəni heroin almış, münasib vaxtda istifadə etmək üçün heroini əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuş, 14 yanvar 2023cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd güşümü kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuş, şifahi sorğu zamanı heroini 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 5 manata aldığını bildirmiş, üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılıb, möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq etdimişdir. Bundan başqa o, 27 fevral 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə olarkən tanımadığı şəxsdən 4 manata bir bükümdə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamini almış, həmin maddəni əynindəki şalvarın sağ yan cibində saxlamış, 01 mart 2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı binanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etməklə onu saxlayaraq, üzərində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi ilə bağlı şübhələndiklərini bildirməklə onu 5-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onu şübhəli şəxs qismində tutub müdafiəçi ilə təmin edib, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq ərizəsi vermiş, daha sonra videoçəkiliş keçirilməklə onun üzərinə şəxsi axtarış aparılmasına başlanılmış, ona üstündə olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuş, əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd qızılı rəngli kağız bükümdə saxladığı psixotrop maddə metamfetamini çıxarıb masanın üstünə qoymuş, şifahi sorğu zamanı təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmiş, ondan götürülmüş bir ədəd qızılı kağız bükümdə olan psixotrop maddə metamfetamin zəfrə qoyularaq möhürlənib imzalanmaqla götürülmüş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokolun doğru olmasına görə imza etmişdir. Bundan əlavə o, şəxsi işi ilə əlaqədar 17 mart 2023-cü il tarixdə günorta saatlarında bir qədər havasını dəyişmək üçün Bakı şəhəri, Xətai rayonu, “Yeni Bulvar”a getmişdir. Orada bir nəfərlə rastlaşmışdır. Bir qədər söhbətdən sonra ona istifadə üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Həmin şəxs onda narkotik vasitə tiryək olduğunu, bir bükümünü 10 manata satdığını demişdir. O da razılaşmış. 10 manata 02 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə tiryəki alıb əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, münasib vaxtda istifadə edər. 28 mart 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 9 ünvanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-yə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuş və həmin bükülüdəki maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o, tiryəki 17 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, “Yeni Bulvar” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən bir ədəd boş zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilmişdir.Tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. O, heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 yanvar 2023-cü il tarixdə qərəzsiz mənbədən xx xxxxx 1961-ci ildə Şuşa şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 2, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2023-cü il tarixdə saat 18:00-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edilmiş, özlərini ona təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduqları üçün onu Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş, Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Elvin Bəşirov qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Babək Mahmudovun iştirakı ilə videoçəklişdən istifadə edilməklə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaların təqdim olunması təklif olunmuş, o da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş halında narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “kakos” kimi tanıdığı həmin bükümün narkotik vasitə heroin olduğunu, heroini 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən 5 manat pul müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmiş, içərisində narkotik vasitə heroinə bənzər gümüşü kağıza bükümüş maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Elvin Bəşirov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüş, həmçinin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadə verən şahid Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 mart 2023-cü ildə etimad doğuran mənbədən ünvan 10 ünvanıda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğuna görə bu barədə raportla polis bölməsinin rəisinə müraciət etmiş, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildiyinə görə tərəfindən müvafq qərar qəbul edilmiş, ondan və polis bölməsinin əməliyyat müvəkkili Şahid6 ibarət əməliyyat qrupu yaradılmış, 01 mart 2023-cü il tarixdə saat 20:30-da ünvan 11 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edib saxlayaraq, Polis bölməsinə dəvət etmiş, orada inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, onun üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan aparılması barədə ərizə vermiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarla tanış edildikdən sonra video çəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmiş, Təqsirləndirilən şəxs təklif üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlər vardırsa könüllü təqdim etmək təklif olunmuş, o əynində olan qara rəngjli şalvarın sağ yan cibindən 1 ədəd qızılı kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir əşya və ya predmet aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı kağıza bükümlüş bükümdə olan maddənin «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 27 fevral 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonundə «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 4 manata aldığını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfin içərisinə qoyulub qabşaldırılıb, möhürlənərək üzərində imzalar edilmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadə verən şahid Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid6 digər Şahid5 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18:00-dan tutulmuşdur.Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 16 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fəxrəddin Şirəliyevin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Fəxrəddin Şirəliyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 16 yanvar 2023-cü il saat 15.20-də azad edilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 20:30-dan tutulmuşdur.Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 03 mart 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Murad Quliyevin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Murad Quliyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 03 mart 2023-cü il saat 11.05-də azad edilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 17:00-dan tutulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnikleytenantı Fəxrəddin Şirəliyevin 04 mart 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmışdır. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnikleytenantı Fəxrəddin Şirəliyevin 04 aprel 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/1780 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №172” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxan bükümlər..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 2,817 qram, 1,400 qram təmiz çəkisi 4,217 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir.Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ)daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/1257 saylı məhkəmə-kimyəvi ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə bir bükümdə təmiz çəkisi 0,165 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in (Siyahı İ) siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/246 saylı məhkəmə-kimyəvi ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174” dairəvi möhür əksi olan “Salmanov” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ)daxildir. Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 217 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslə barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2016-cı ildə cəza müddəti başa çatdığı üçün azad edilmişdir.Beləliklə, məlum olur ki, təqsirləndirilən şəxsin məhkumuluğu ödənilmişdir Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il saat 18.00 tarixdən 16 yanvar 2023-cü il saat 11.00 tarixədək tutulduğu 02 (iki) gün müddət və 01 mart 2023-cü il saat 20.30 tarixdən 03 mart 2023-cü il saat 11.05 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona cəza təyin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18:00-dan tutulmuşdur.Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 16 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fəxrəddin Şirəliyevin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Fəxrəddin Şirəliyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 16 yanvar 2023-cü il saat 15.20-də azad edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 20:30-dan tutulmuşdur.Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 03 mart 2023cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Murad Quliyevin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnikleytenantı Murad Quliyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 03 mart 2023-cü il saat 11.05-də azad edilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 17:00-dan tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə keçirilmiş 3 (üç) ekspertiza tədqiqatı üçün məhkəmə xərci –200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 03 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,124 qram çəkidə narkotik vasitə heroin, 0,115 qram çəkidə psixotrop maddə metamfetamin, 4,017 qram çəkidə narkotik vasitə tiryəkin qalığı məhv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il saat 18.00 tarixdən 16 yanvar 2023-cü il saat 11.00 tarixədək tutulduğu 02 (iki) gün müddət və 01 mart 2023-cü il saat 20.30 tarixdən 03 mart 2023-cü il saat 11.05 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 28 mart 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,124 qram çəkidə narkotik vasitə heroin, 0,115 qram çəkidə psixotrop maddə metamfetamin və 4,017 qram çəkidə narkotik vasitə tiryəkin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 03 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış 3 (üç) ekspertiza tədqiqatının cəmi dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ**********0 0********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar