Məhkəmə qərarları › İş №1(001)-424/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-424/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-424/2025 23.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X7, 16 aprel 2015-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2017ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin alınaraq Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)-2375/ 2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün və 09 dekabr 2024-cü il tarixli, 3(001)-6815/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 11 mart 2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 mart 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 6060 (altı min altmış) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iyirmi ildən çoxdur ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi qaydada ev-tikinti təmiri işləri məşğul olur və aylıq gəliri orta hesabla 300 (üç yüz) – 400 (dörd yüz) manat müqabilində təşkil edir. 2005-ci ilin yay aylarında Abbasova (Zülfüqarova) Vəfa Rövşən qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Vəfa Abbasova ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 22 noyabr 2007-ci il tarixdə Fərid adlı, 16 aprel 2015-ci il tarixdə Hüseyn adlı və 04 dekabr 2017-ci il tarixdə Nuray adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Vəfa Abbasova 2020-ci ilin əvvələrində ona heç bir söz demədən azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra 2023-cü ilin axırlarında keçmiş həyat yoldaşı Vəfa Abbasova ondan boşanmağa görə və azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs, 16 aprel 2015-ci il tarixdə anadan olmuş Hüseyn Abbasovun və 04 dekabr 2017-ci il tarixdə anadan olmuş Nuray Abbasovanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına ödənilməsinə dair 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Vəfa Abbasovaya alimentə görə borclu olduğu məbləğdən ödəniş etmədiyi üçün icra məmuru tərəfindən barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)-2375/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3(001)-6815/2024 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Vəfa Abbasovanın şikayətinə əsasən ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra, o, keçmiş həyat yoldaşı Vəfa Abbasovaya məhkəmə qətnaməsi üzrə alimentə görə 780 (yeddi yüz səksən) manat məbləğində ödəniş etmiş və 11 mart 2025-ci il tarixədək 6060 (altı min altmış) manat məbləğində qalıq borcu qalmışdır. 11 mart 2025-ci il tarixdən sonra isə alimentə görə borclu olduğu məbləğdən 50 (əlli) manat məbləğində ödəniş etmiş və qeyd edilən tarixədək 6010 (altı min on) manat qalıq borcu yaranmışdır. O, əlavə olaraq onu da qeyd etmişdir ki, keçmiş həyat yoldaşı Vəfa Abbasovaya alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməməyinə səbəb sonuncunun üç azyaşlı uşaqları ilə onunla görüşə icazə verməməsi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızı ifadəsində göstərmişdir ki, o, 2004-cü ilin dekabr ayının 24-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və nikahları 2012-ci ilin may ayının 25-də Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları dövr ərzində 22 noyabr 2007-ci il tarixdə Fərid adlı, 16 aprel 2015-ci il tarixdə Hüseyn adlı və 04 dekabr 2017-ci il tarixdə Nuray adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün 2018-ci ilin avqust ayında məcburiyyət qarşısında qalaraq azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün 2023-cü ilin axırlarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs boşanmağa görə və ondan azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X7, 16 aprel 2015-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/ 2023 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)-2375/2024 saylı və 09 dekabr 2024-cü il tarixli, 3(001)- 6815/2024 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə 780 (yeddi yüz səksən) manat məbləğində ödəniş etmiş və 11 mart 2025-ci il tarixədək 6060 (altı min altmış) manat məbləğində qalıq borcu qalmışdır. 11 mart 2025-ci il tarixdən sonra isə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləğdən 50 (əlli) manat məbləğində ödəniş etmiş və qeyd edilən tarixədək 6010 (altı min on) manat borcu qaldığını və borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023-006 nömrəli qətnaməsi üzrə verilən həmin tarixli icra vərəqəsinə əsasən icra sənədi 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il təvəllüdlü X7, 16 aprel 2015-ci il təvəllüdlü X5 və 04 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin borclu Təqsirləndirilən şəxs tutularaq iş üzrə tələbkar Abbasova (Zülfüqarova) Vəfa Rövşən qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 02 noyabr 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin dərhal icrası haqqında bildiriş “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya verilmiş, tələb təmin olunmamışdır. 15 noyabr 2023-cü il tarixdə borclu icra şöbəsinə çağırılaraq ondan izahat alınmış və alimentin borcunun ödənilməsi barədə ona təkrarən xəbərdarlıq verilmişdir. 27 noyabr 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs izahat alınmış və onun yaşadığı ünvanda aliment borcunun ödətdirilməsi məqsədi ilə əmlak vəziyyəti yoxlanılmış, lakin üzərinə həbs qoyulacaq hər-hansı bir əmlakı aşkar olunmamış və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələblərin yerinə yetirilməsindən yayındığı üçün müvafiq icra hərəkətləri aparılmış, lakin aliment borcunun ödətdirilməsi məqsədi ilə görülmüş məcburi icra tədbirləri heç bir nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilməsinə baxmayaraq icra sənədinin icrasından yayınmış və çağırışlara gəlmədiyindən onun barəsində açılmış axtarış qərarının nəticəsi olaraq polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməməsinə və tələbi icra etməməsinə görə barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)-2375/2024 saylı qərarı ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, yaranmış aliment borcun ödənilməsi üçün 25 aprel 2024-cü il tarixdə xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 Bakı Regional Məşğulluq Filialının 06 iyun 2024-cü il tarixli, 917-2/2-33057/2024 saylı məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə filialın əməkdaşı tərəfindən əlaqə nömrəsinə dəfələrlə zəng olunmasına baxmayaraq onunla əlaqə saxlamaq mümkün olmadığı və bununla bağlı ünvanına 3-172/2- A32796/2024 saylı dəvət məktubu göndərildiyi bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(001)-757/2024 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayınmış və təkrarən görülmüş axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən 09 dekabr 2024-cü il tarixdə şöbəyə gətirilmiş və icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməməsinə və tələbi icra etməməsinə görə ondan izahat alınmış, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 3(001)-6815/2024 saylı qərarı ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 08 yanvar 2025-ci il tarixdə borcluya yeni müddət təyin edilərək yaranmış aliment borcun ödənilməsi barədə xəbərdarlıq verilərək izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması üçün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 sorğu verilmiş və sorğunun surəti borcluya verilmişdir. 07 fevral 2025-ci il tarixdə borclu şöbəyə çağırılaraq ona xəbərdarlıq verilmiş və aliment borcunu ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyəti istintaq orqanına təqdimat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 Bakı Regional Məşğulluq Filialının 12 fevral 2025-ci il tarixli, 3-Hr/r-5508/2025 saylı məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs qanuna uyğun olaraq işaxtaran və ya işsiz kimi qeydiyyata alınması, həmçinin məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə MEİS-də (emas.sosial.gov.az) işsiz (şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən edildikdə isə işaxtaran) kimi qeydiyyatdan keçməsi və ya Filiala (həmçinin Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərinə) müraciət etməsi tövsiyə olunduğu bildirilmişdir. Lakin borclu DOST mərkəzinə müraciət etməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023-006 nömrəli icra sənədi üzrə 11 mart 2025-ci il tarixədək alimentə görə borclu olduğu 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində puldan 780 (yeddi yüz səksən) manat ödəniş etmiş və həmin tarixədək 6060 (altı min altmış) manat məbləğində alimentə görə pul borcu yaranmışdır. Borclunun əmlak və gəlirləri yoxlanılmış lakin, adına heç bir daşınardaşınmaz əmlak və pul vəsaiti aşkar olunmamışdır. 11 mart 2025-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaranmış 6060 (altı min altmış) manat aliment borcunun ödənilməsi barədə xəbardarlıq verilərək ondan izahat alınmış, borclu borcunu ödəyə bilmədiyini bildirmişdir. İş üzrə tələbkar Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızı 11 mart 2025-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsini icra etməməsini göstərməklə icra materiallarının hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1-2). Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 11 mart 2025-ci il tarixli Təqdimatından görünür ki, 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X7, 16 aprel 2015-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin alınaraq Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)-2375/ 2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün və 09 dekabr 2024-cü il tarixli, 3(001)-6815/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 11 mart 2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 mart 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 6060 (altı min altmış) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir (cild 1, i.v 8-10). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)- 4774/2023 saylı qətnaməsindən görünür ki, 20 iyul 2023-cü il tarixdən başlayaraq 22 noyabr 2007-ci il tarixdə anadan olmuş X7, 16 aprel 2015-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları hər uşağa görə hər ay 120 (yüz iyirmi) manat, ümumilikdə cəmi 360 (üç yüz altmış) manat məbləğində sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs alınaraq Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına ödənilməlidir (cild 1, i.v 12-14). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 3(001)- 2375/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, ona 20 gün müddətində inzibati həbs təyin edilmişdir (cild 1, i.v 36-39). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-757/2024 saylı qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılmışdır (cild 1, i.v 47-49). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 3(001)- 6815/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(001)-4774/2023 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, ona 20 gün müddətində inzibati həbs təyin edilmişdir (cild 1, i.v 61-65). 07 fevral 2025-ci il tarixli və 11 mart 2025-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 mart 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 6060 manat məbləğində borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir (cild 1, i.v 73, 88). 08 may 2025-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 121). 17 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsi, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlərin sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zülfüqarova (Abbasova) Vəfa Rövşən qızının azyaşlı uşaqları ilə onunla görüşə icazə vermədiyi üçün aliment borcunu ödəmədiyi barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli verdiyi ifadələr kimi qəbul edilməsi qərara alınmışdır (cild 1, i.v 140- 145). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 147-148). Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 168-169). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(001)-424/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir (cild 1, i.v 211-213). 02 sentybar 2025-ci il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da yaşadığı evin qarşısında saxlanılmışdır (cild 1, i.v 221). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 04 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından X2 keçirilmişdir (cild 1, i.v 222). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan 07 aprel 2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i.v 138). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün ödəməli olduğu, lakin ödəmədiyi 6010 manat aliment borcu vardır. Məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da aliment borcundan cəmi 50 manat ödəniş etmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişdir. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra qətnaməni icra etməməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və uşaqların qanuni mənafelərinin pozulmaqda davam etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu – 02 sentyabr 2025ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar