Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-425/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü il tarixdə Siyazən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 16.04.2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 5 yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu, “Sovetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 75 manat müqabilində 1,150 qram çəkidə narkotik vasitə olan heroini, ümumi miqdarı 0,1 qram təşkil edən 02 ədəd həbdən və 1/2 həb hissəsindən ibarət narkotik vasitə metadon və 0,159 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2021-ci il tarixdə saat 20:10-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanın qarşısında saxlanılıb RPİ-nin 4-cü Polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində ki boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd həb və 1/2 həb hissəsindən ibarət tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən narkotik vasitə metadon, həmin şalvarın sol yan cibindən siqaretin şəffaf rəngli sellofanın içərisindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş təmiz çəkisi 1,150 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 0,078 qram və 0,081 qram olmaqla ümumi təmiz çəkisi 0,159 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, hazırda rəsmi olaraq heç yerdə işləmir.Təxminən bir il olar ki, narkotik vasitələrdən istifadə edir.O, narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixiotrop maddə lazım olanda bura gəlib ondan ala bilər.O da psixotrop maddə olan metamfetamin lazım olanda Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerə gedərək həmin şəxsi tapıb narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin alaraq münasib yer taparaq orada qəbul etmişdir. 20 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan əraziyə gedib həmin şəxsi tapmış və həmin şəxsə 75 manat pul verib ona psixotrop maddə olan metamfetamin, metadon həbi və narkotik vasitə olan heroin gətirməsini istəmişdir.Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 03 ədəd metadon həbini, 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə heroin və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin gətirib vermişdir. O, həmin maddələri əynində olan boz rəngli şalvarın cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib vaxtda istifadə edər.Bundan sonra o, əldə etdiyi metadon həbindən 1 ədədinin yarı bölərək istifadə etmişdir.Səhəri gün, yəni 21 may 2021-ci il tarixdə saat 20:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir.Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir.Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları iştirakı ilə video çəkilişlə üzərimə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərimdə qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər.O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sağ cibində saxladığı 03 ədəd, 1 ədədinin yarısı istifadə olunmuş metadon həblərini, həmin şalvarın sol yan cibindən siqaretin şəffaf rəngli sellofanın içərisində olan 01 ədəd siqaretin qara rəngli kağızına və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zaman o, 03 ədəd, 01 ədədinin yarısının istifadə olunmuş həblərin metadon, 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin, 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisində psixotrop maddə olan metamfeamin olmasını, həmin maddələri Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərimdən başqa heç bir şey aşkar olunmamışdır.Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər.O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır.Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə ilə özünü təqsirli bildiyini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona mümkün qədər yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 21 may 2021-ci il tarixdə xx xxx 1984-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur.Buna görə də ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Bundan sonra o və Emil birlikdə məlumat əsasında saat 20.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanına getmişlər.Həmin vaxt onlar orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər.Həmin şəxs də özünü xx xxx 1984-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Onlar Elvinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar.Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞnə dəvət etmişlər, Elvin də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Şəhliyar Hacıyevə təhvil vermişlər. Şəhliyar Hacıyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmidir.Bundan sonra onların iştirakı ilə video çəkilişlə xx xxx 1984-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elvinə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir.Elvin də əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 ədəd həb və 1/2 həb hissəsindən ibarət metadon dərman preparatını, şalvarın sol yan cibindən siqaretin şəffaf rəngli sellofanın içərisindən 01 ədəd siqaretin qara rəngli kağızına və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs 2 ədəd həb və 1/2 həb hissəsindən ibarət həblərin metadon dərman preparatı, 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroinin, 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin psixotrop maddə metanfetaminin olduğunu, həmin maddələri Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 75 manat şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir.Bundan sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Elvinin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır.Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elvinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elvin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində şahid qismində ifadə verən Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.05.2021-ci il tarixli, 6/2017 saylı məhkəmə-kimyəvi ekspertizası üzrə rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs.’’yazısı olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,150qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,078 qr və 0,081 qr, ümumi təmiz çəkisi 0,159 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetanmindir və konvalyutdakı 2 ədəd və ½ qəhvəyi rəngli həbin hissəsi metadon tərkibli dərman preparatıdır. 2 ədəd həbdən və ½ həb hissəsindən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir. (bir həbdə 0,04 qr metadon olmaqla) Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrm İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahisına daxildir. İş materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18.06.2021-ci il tarixli, 1950 saylı məhkəmə-narkoloji ekspertizası üzrə rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs 16.04.2001-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.Halhazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadəsi, ekspert rəyləri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi, özünü müdafiə xarakterli ifadələr verib üzərindən aşkar edilmiş 1,150 qram çəkidə narkotik vasitə olan heroini, ümumi miqdarı 0,1 qram təşkil edən 02 ədəd həbdən və 1/2 həb hissəsindən ibarət narkotik vasitə metadon və 0,159 qram çəkidə psixotrop maddə olan metamfetamini özünün istifadəsi üçün üzərində saxlaması inandırıcı deyil, belə ki, həmin narkotik və psixotrop maddələri bir dəfəyə qəbul etmək mümkün deyildir, həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs onları ayrı-ayrı hissələrə bölməklə onları satmaq üçün hazır vəziyyətə gətirmişdir, buna görə də onun göstərdiyi dəlillər toplanmış sübutların məcmusu ilə təsdiq olunmadığından, özünü müdafiə kimi qiymətləndirilir və cinayət işinin materialları ilə təkzib olunur.Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsikarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlaması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsı cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.2-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdən 23 may 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs cəzası təyin edilməlidir.Belə ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Şəhliyar Hacıyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi rayon prokuroru Nazim İmanov tərəfindən qəbul olunmuş 23 may 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul olunmuş 23 may 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrmum etmə cəzasına məhkum olunduğundan, CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxs hökm çıxdığı vaxtdan, yəni 29 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli və saxlanılması üçün Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1.10 qram və metamfetamin 0.109 qram olan qalığı, 2 ədəd həb və 1/2 həb hissəsindən ibarət tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən narkotik vasitə metadon qalığı məhv edilməli və iş üzrə maddi sübut 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 114 manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdən 23 may 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, 29 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1.10 qram və metamfetamin 0.109 qram olan qalığı və 2 ədəd həb və 1/2 həb hissəsindən ibarət tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən narkotik vasitə metadon qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-425/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-425/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver