Məhkəmə qərarları › İş №1(001)-426/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-426/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-426/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3494061X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3494061X5 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanmasını, əlavə olaraq, onun hədə-qorxu ilə pul tələb etməsinə görə AR CM-nin 182-ci maddəsinə hüquqi qiymət verilməsi üçün məlumatların prokurorluğa göndərilməsini, sosial şəbəkələrdə onun şərəf və ləyaqətini alçaldan paylaşımların məcburi şəkildə silinməsi və yayımının qarşısının alınması üçün tədbir görülməsini, həmin şəxs barəsində xüsusi qərardad çıxarılaraq ictimaiyyət qarşısında təkzib verilməsinə dair öhdəlik qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 tərəfindən son günlərdə WhatsApp yazışmaları, sosial şəbəkələrdə (Facebook və İnstagram) onun barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, açıq təhqir və böhtan xarakterli ifadələr yayılmışdır. Belə ki, Dürdanə Əhmədova tərəfindən aşağıdakı qanunsuz və cinayət tərkibli ifadələr səsləndirilmiş və sosial şəbəkələrdə ictimai yayımlanmışdır: “Şərəfsiz”, “erməni”, “ay dələduz, maşennik, oğru”, “balaların ac-susuz qalsın”, “çörəyə möhtac qalın”, “anan ağlar qalsın”, “Allah başınıza daş salsın” və s. Bu kimi ifadələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin tərkib əlamətlərini tam şəkildə daşıyır. Qeyd edir ki, bu ifadələr sadəcə şəxsi yazışmalarda deyil, ictimaiyyətə açıq sosial platformalarda paylaşılaraq kütləvi şəkildə yayılıb. Əlavə olaraq həmin şəxs tərəfindən ona təzyiq, şantaj, hədə-qorxu yolu ilə pul və əmlak tələb olunması da müşahidə olunmuşdur. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin müddəalarına uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 302.1 və 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır...bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. İlk növbədə qeyd olunmalıdır ki, şikayət vermiş şəxs şikayətində öz məşğuliyyət növünü, vəzifəsini qeyd etməmişdir. İkincisi, şikayət vermiş şəxs yalnız ümumi şəkildə "sosial şəbəkələrdə “şərəfsiz”, “erməni”, “ay dələduz, maşennik, oğru”, “balaların acsusuz qalsın”, “çörəyə möhtac qalın”, “anan ağlar qalsın”, “Allah başınıza daş salsın” və s kimi ifadələrin işləndiyini bildirir, lakin bu sözlərin konkret olaraq hansı sosial şəbəkədə, hansı istifadəçi tərəfindən, nə vaxt, hansı paylaşım və ya şərh formasında işləndiyi, ifadələrin mətnində tam olaraq necə yer aldığı, hansı kontekstdə yazıldığı və həmin hərəkətin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməl kimi nədən ibarət olduğu dəqiq göstərilməmişdir. Üçüncüsü isə şikayətin verildiyi yer şikayət vermiş şəxs tərəfindən göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il № 3 Qərarının 11-ci bəndinin ikinci hissəsinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında sözügedən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iş üzrə X2 cəmi 3 (üç) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmuş və onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.5-ci maddəsinə görə bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin müddəalarına uyğun olmadığından X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3494061X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 33 (otuz üç) manat ödənilsin. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar