Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-427/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Tağılar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 7-ci keçid ünvanda nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxt və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 105,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanna əldə edib, daşıyaraq, bir qismini üzərində, qalan hissəsini yaşadığı ünvanda saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 19:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 7-ci keçid ünvanın yaxınlığında saxlanılaraq ünvan 2ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli dəri üst geyiminin sol yan cibindən 01 ədəd sellofan paketin içərisində 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,59 qram, 1,88 qram, 1,51 qram, 0,91 qram, 0,99 qram ümumi təmiz çəkisi 8,35 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürüldükdən sonra 09 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 7-ci keçid ünvanında yerləşən evinə keçirilən baxış və götürmə zamanı mətbəxtdə yerdə olan kağız qutunun içərisindən 01 ədəd göy rəngli sellofan torbada olan şəffaf sellofan torbada 41 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,92 qram, 2,73 qram, 2,38 qram, 2,79 qram, 3,32 qram, 3,47 qram, 3,66 qram, 2,82 qram, 1,70 qram, 2,99 qram, 3,29 qram, 2,88 qram, 2,92 qram, 2,76 qram, 1,45 qram, 3,22 qram, 0,99 qram, 3,18 qram, 2,46 qram, 2,66 qram, 2,81 qram, 0,91 qram, 1,97 qram, 3,29 qram, 3,58 qram, 3,02 qram, 1,79 qram, 1,11 qram, 2,79 qram, 1,52 qram, 3,72 qram, 2,01 qram, 2,86 qram, 1,36 qram, 1,54 qram, 1,82 qram, 1,29 qram, 1,83 qram, 1,02 qram, 2,12 qram, 1,32 qram, ümumi təmiz çəkisi 97,27 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin fevral ayının əvvəllərində yaşadığı evin yaxınlığında yerdən narkotik vasitə qurudulmuş marixuana tapmış və istifadə etməsi üçün evdə gizlətmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana təxminən 11 büküm olmuşdur. 09 fevral 2023-cü il tarixdə saat 19:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 7-ci keçid ünvanın yaxınlığında saxlanılaraq ünvan 2ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş orada üzərinə keçirilən baxış zamanı üstündən narkotik vasitə aşkar edilməmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişlər. Evdə polis əməkdaşları axtarış apararaq gizlətdiyi 11 büküm narkotik vasitə qurudulmuş marixuananı tapmışlar. Daha sonra yenidən idarəyə qayıtmış, orada fiziki təsir və təzyiqə məruz qalmış, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Halbuki, saxlanılarkən onun üzərindən və evindən ittihamda göstərilən miqdarda və sayda narkotik vasitə qurudulmuş marixuana aşkar edilməmişdir, ondan cəmi 11 büküm qurudulmuş marixuana aşkar edilmişdir ki, onu da öz şəxsi istifadə üçün yaşadığı evdə saxlamışdır. Narkotik vasitəni xırda bükümlərə ayırmaqda məqsədi isə rahat istifadəsi üçün etmişdir. Odur ki, əməlinin cinayət qanunun 234.1-ci maddəsinə tövsif edilməsini və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 09 fevral 2023-cü il tarixli qərar qəbul edilməklə, bu məqsədlə yaxalanması üçün Baş Narkotiklə Mübarizə İdarəsinin rəhbərliyin razılığı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovniki Şahid1 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 09 fevral 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, keçid 7 ünvana gəlmişlər. Həmin günü 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, keçid 7 ünvanda küçədə Təqsirləndirilən şəxs görüb bir qədər gizli müşahidə etdikdən sonra ona yaxınlaşmışlar, özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb Baş Narkotiklə Mübarizə idarəsinə gətirmişlər. Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasında otaqların birində təhqiqatçı polis kapitanı Vüsal Həsənquluyev tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli, cins şalvarının sağ yan cibindən 130 manat pul vəsaiti, 1 ədəd kirayə yaşadığı evinin açarını, şalvarının sol yan cibimdən 1 ədəd Samsung markalı mobil telefonunu, əynində olan göy rəngli dəri üst geyiminin sol yan cibindən 01 ədəd sellofan torbanı masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sorğu sual zamanı o, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən çıxarıb massının üzərinə qoyduğu sellofan torbanın içərsində olan kağız bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə marixuana qablaşdırılaraq şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 130 manat pul vəsaiti və 01 ədəd yaşadığı evə məxsus 01 ədəd açar ona geri qaytarılmış, iş üçün əhəmiyyət kəsb etdiyindən sonuncuya məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu-sual Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə hesab olunan marixuananı tanışı Qurban adlı şəxsin ona hədiyə etdiyini bildirmiş və narkotik vasitəsinin bir hissəsini yaşadığı evinin mətbəxində gizlətdiyimi bildirmişdir. Bundan sonra iştirakçılar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, keçid 7 ünvanında yerləşən fərdi tikili evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində kağız qutunun içərisində gizlətdiyi, içərəsində narkotik vasitə marixuana olan göy rəngli torbanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən torbaya baxış keçirilmiş və aşkar olunmuş narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imza ilə təsdiq etmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı heç bir fiziki və psixoloji təsir və ya təzyiq olmamışdır. Onun bu barədə məhkəmədə bildirdikləri doğru deyil, üzləşə biləcəyi cəzadan bu üsulla yaxa qurtarmaq məqsədi daşıyır. Şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovniki Şahid1 eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli, cins şalvarının sağ yan cibindən 130 manat pulunu, 1 ədəd kirayə yaşadığı evin açarını, sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan Samsung markalı mobil telefonunu, əynindəki tünd göy rəngli dəri üst geyiminin sol yan cibindən 1 sellofan paketi təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 130 manat pulu, yaşadığı evinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış keçirilən zaman içərisində 6 ədəd kağız bükümdə tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir və çəkisinin qablaşdırılma ilə birlikdə 15 (on beş) qram olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni təxminən 1 həftə bundan öncə tanışı Qurban adlı şəxsdən həm öz istifadəsi, həm də istəyən olarsa pay verməsi üçün üzərində saxladığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, yaşadığı Binəqədi rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmamasını, özünün 2 ilə yaxındır ki, narkotik maddə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatlarının olmamasını saxlanılan zaman və baş idarədə olan zaman onun üzərində əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirir (cild 1, i.v 26-28). Baxış keçirilməsi və götürülmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini evin mətbəxində yerdə olan kağız qutunun içərisindən 1 ədəd göy rəngli sellofan torbanı təqdim etdi və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirdi. Həmin sellofan torbaya qonaq otağında baxış keçirilən zaman içərisindəki şəffaf sellofan torbada ümumilikdə 41 ədəd kağız bükümdə tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Aşkar edilmiş kütlələrin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi və çəkisinin isə 140 qram olması müəyyən edildi. Aşkar edilmiş həmin kütlə sellofan torbada, sellofan bağalamada olan kütlələr qablaşdırıldı və götürüldü (cild 1, i.v 31-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 7/200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bağlamanın içərisində 06 (altı) ədəd kağız oükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,47qram; 1,59qram; 1,88qram; 1,51 qram; 0,91 qram; 0,99qram və ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» yazısı və imzalar olan polietilen bağlamadakı bir ədəd sellofan paketin içərisində 41 (qırx bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:1,92 qram, 2,73 qram, 2,38 qram, 2,79 qram, 3,32 qram, 3,47 qram, 3,66 qram, 2,82 qram, 1,70 qram, 2,99 qram, 3,29 qram, 2,88 qram, 2,92 qram, 2,76 qram, 1,45 qram, 3,22 qram, 0,99 qram, 3,18 qram, 2,46 qram, 2,66 qram, 2,81 qram, 0,91 qram, 1,97 qram, 3,29 qram, 3,58 qram, 3,02 qram, 1,79 qram, 1,11 qram, 2,79 qram, 1,52 qram, 3,72 qram, 2,01 qram, 2,86 qram, 1,36 qram, 1,54 qram, 1,82 qram, 1,29 qram, 1,83 qram, 1,02 qram, 2,12 qram, 1,32 qram, ümumi təmiz çəkisi 97,27 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, i.v 40-43). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 49-50). Aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilərkən, şəxsi axtarış və götürmənin, baxış keçirilməsi və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir (cild 1, i.v 64-69). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 74-76). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 905 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.99-100). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən və yaşadığı mənzildən aşkar edilib götürülmüş 105,62 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 103,27 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-də saxlanılır, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə, baxış keçirilməsi və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır (cild 1,i.v.133-134). Məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təsir və təzyiqə məruz qalması, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi, üzərindən və yaşadığı evdən ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyi kimi ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təsir və təzyiqə məruz qalması, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi kimi halların araşdırılması məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna məlumat göndərilmişdir. Həmin məlumat əsasında Bakı şəhəri Səbail rayon prokurorluğunda 142-C-23 nömrəli araşdırma materialı açılmış və müstəntiq Səbuhi Abbasov tərəfindən araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı tərəfindən döyülməsi ilə bağlı məhkəmədəki ifadəsi əsasında prokurorluğa göndərilmiş məlumat üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, qərarın surəti tərəflərə, o cümlədən Təqsirləndirilən şəxs təqdim edilmiş, qərar mübahisələndirilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 120). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 905 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 103,27 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi2 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 103,27 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-427/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-427/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver