Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-429/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Ağsu şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1992-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olan və ünvan 4nda yaşayan, halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 07 may 2021-ci il tarixdə saat 08.00 radələrində Zərərçəkmiş şəxs İB-nin nəzdində olan, ünvan 5 ünvanda yerləşən “Millenium” şadlıq sarayının arxa tərəfinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən personal üçün nəzərdə tutulmuş dəmir metaldan olan giriş qapısının kilidini əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə sındıraraq şadlıq sarayının içərisinə qanunsuz daxil olub oradan 3 000 manat dəyərində ət soyuducu otağının mühərrik və ventilyasiya hissəsi və şadlıq sarayının birinci mərtəbəsinin 6 000 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İBnin nəzdində olan “Millenium” şadlıq sarayına ümumilikdə 9 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 may 2021-ci il tarixdə saat 08.00 radələrində Zərərçəkmiş şəxs İB-nin nəzdində olan, ünvan 5 ünvanda yerləşən “Millenium” şadlıq sarayının arxa tərəfinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən personal üçün nəzərdə tutulmuş dəmir metaldan olan giriş qapısının kilidini əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə sındıraraq şadlıq sarayının içərisinə qanunsuz daxil olmaqla oradan 01 ədəd 150 manat dəyərində Malayziya istehsalı olan “Samsung” markalı, “PS42B430P2” model, 42 düymlü, 106 sm diaqonallı televizor, 01 ədəd 200 manat dəyərində Malayziya istehsalı olan “Samsung” markalı “PS50B430P2” model, 50 düymlü, 127 sm diaqonallı televizor, 01 ədəd 80 manat dəyərində Çin istehsalı olan “LG” markalı “20M36A-B” model20 düymlü monitoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İB-nin nəzdində olan “Millenium” şadlıq sarayına ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 07 may 2021-ci il tarixdə saat 08.00 radələrində Zərərçəkmiş şəxs İB-nin nəzdində olan, Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 37 ünvanında yerləşən “Millenium” şadlıq sarayının arxa tərəfinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 personal üçün nəzərdə tutulmuş dəmir metaldan olan giriş qapısının kilidini əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə sındıraraq şadlıq sarayının içərisinə qanunsuz daxil olub oradan 3 000 manat dəyərində ət soyuducu otağının mühərrik və ventilyasiya hissəsi və şadlıq sarayının birinci mərtəbəsinin 6 000 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İB-nin nəzdində olan “Millenium” şadlıq sarayına ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 may 2021-ci il tarixdə saat 08.00 radələrində Zərərçəkmiş şəxs İB-nin nəzdində olan, ünvan 5 ünvanında yerləşən “Millenium” şadlıq sarayının arxa tərəfinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 personal üçün nəzərdə tutulmuş dəmir metaldan olan giriş qapısının kilidini əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə sındıraraq şadlıq sarayının içərisinə qanunsuz daxil olmaqla oradan 01 ədəd 150 manat dəyərində Malayziya istehsalı olan “Samsung” markalı “PS42B430P2” model, 42 düymlü, 106 sm diaqonallı televizor, 01 ədəd 200 manat dəyərində Malayziya istehsalı olan “Samsung” markalı “PS50B430P2” model, 50 düymlü, 127 sm diaqonallı televizor, 01 ədəd 80 manat dəyərində Çin istehsalı olan “LG” markalı “20M36A-B” model20 düymlü monitoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İB-nin nəzdində olan “Millenium” şadlıq sarayına ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər avtoyuma məntəqəsində işləsə də, həmin yer bağlandığı üçün bir müddət işsiz qalmışdır.Təqsirləndirilən şəxs2 təxminən 1 ay olar ki tanıyır.07 may 2021-ci il tarixdə saat 08.00 radələrində ünvan 5 ünvanında yerləşən Millenium şadlıq sarayının yaxınlığında olan zaman tanıdığı Təqsirləndirilən şəxs2la rastlaşmışdır.Əmir ona bildirmişdir ki, “Millenium” şadlıq sarayının mühafizəçisindən şadlıq sarayında olan elektrik naqilləri, kondisioner və soyuducu mühərriklərini almış və hal hazırda o, həmin əşyaları şadlıq sarayının yaxınlığında yerləşən zibil qutularının yanına yığmışdır.Həmin əşyaları taksiyə yükləmək üçün ona kömək lazımdır.O, Əmirlə razılaşaraq kömək edəcəyini demişdir.Əmir bu işin müqabilinə ona 50 manat pul vəd etmiş və o, razılaşmışdır.Bundan sonra Əmir onu həmin zibil qutularının yanına aparmış və ona 4 ədəd böyük çanta göstərmiş və ona bildirmişdir ki, həmin çantaların içərisində mühafizəçinin verdiyi elektrik naqillər və başqa əşyalar vardır. Lakin o, həmin çantanın içərisinə baxmamışdır.Bundan sonra Əmir gedib bir müddət sonra Mercedes C klass markalı, dövlət nömrə nişanını unutduğu taksi avtomobili ilə gəlib taksidən enmişdir. Onlar birlikdə həmin çantaları avtomobilə yükləyərək Kubinka deyilən yerdə xarabalığa aparıb orada düşürtmüşlər.Bundan sonra Əmir həmin elektrik naqilləri yandırmışdır. Əmir ona vəd etdiyi 50 manat pulu vermiş və o, çıxıb getmişdir. Bundan 3 gün sonra, yəni 10 may 2021-ci il tarixdə saat 09.00 radələrində Kubinka deyilən yerdə olan zaman o, təsadüfən Əmirlə rastlaşmışdır.Əmir yenə də bildirmişdir ki, yük yükləmək üçün fəhlə kimi köməklik lazımdır.Əmir ona 11 may 2021-ci il tarixdə saat 08.00 radələrində Millenium şadlıq sarayının yanında olmasını tapşıraraq getmişdir.O, Əmirin dediyi tarixdə və saatda həmin yerdə Əmirlə görüşmüşdür.Zibilliyin yanında Əmir bir dənə televizor və 03-04 ədəd qara rəngli içərisində nəsə metal olan polietilen torbalar qoymuşdur.Əmir ona şadlıq sarayının içərisində olan böyük televizoru çıxartmağa kömək etməsini demişdir.Əmirdən nə məsələ olduğunu soruşan zaman sonuncu bildirmişdir ki, şadlıq sarayından oğurluq edir.Həmin vaxt o, bilmişdir ki, bundan qabaqki əşyaları da Əmir oradan oğurlamışdır. O, Əmirə oğurluq etmək üçün kömək etməyə razılaşaraq birlikdə Millenium şadlıq sarayının arxa tərəfində pəncərəsinə yaxınlaşmışlar.Əmir pəncərədən içəri daxil olmuş, o, isə Əmirə bayırdan kömək etmişdir.Əmir həmin televizoru pəncərəyə kimi tək gətirmiş və o, pəncərənin çölündən kömək edərək televizoru bayıra çıxarmağa daha sonra isə zibilliyin yanına kimi aparmağa köməklik etmişdir.Sonra o, orada gözləmiş, Əmir isə gedib taksi avtomobili ilə qayıtmış və həmin əşyaları taksi avtomobilinə yükləyərək yenidən Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka deyilən ərazidəki xarabalığa aparıb düşürtmüşlər.Həmin vaxt Əmir ona 30 manat pul vermişdir. Bundan sonra o, Əmirlə birlikdə həmin iki ədəd televizoru və bir ədəd monitoru 28 may metrosunun yaxınlığında yerləşən Qarabağ mehmanxanasının yanındakı metal qəbulu yerinə satmışlar. Həmin vaxt Əmir özü ora yaxınlşaraq danışmış, o, televizorları alan şəxsi görmüş, həmin şəxs də onu görsə də, o, həmin şəxslə heç bir danışıq aparmamışdır.Onlar öz aralarında danışıb qurtardıqdan sonra Əmirlə o, televizorları düşürüb ora təqdim etmişlər və uzaqlaşdıqdan sonra Əmir ona 50 manat pul vermişdir.Bundan sonra o, bir daha Əmiri görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1 azyaşlı övladının olmasını, vurulmuş ziyanın bir qisminin aradan qaldırılmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2021-ci ilin may ayının əvvəlində tanış olmuşdur.Tanışlıq zamanı Ayat təklif etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon “Millenium” şadlıq sarayından oğurluq etsinlər. Ayat bildirmişdir ki, həmin şadlıq sarayı hazırda pandemiya ilə əlaqədar olaraq nəzarətsiz qalıb və şadlıq sarayının kameraları işləmir.Ayat təklif etmişdir ki, şadlıq sarayından elektrik naqillər oğurlayaraq satsınlar, əldə etdikləri gəliri ikisinin arasında bölsünlər.O, Ayatla razılaşdıqdan sonra 07 may 2021-ci il tarixdə saat 08.00 radələrində Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 37 ünvanında yerləşən “Millenium” şadlıq sarayının yaxınlığında görüşmüşlər.Ayatla görüşüb şadlıq sarayının arxa tərəfində yerləşən elektrik naqilləri kəsib zibil qutularının yanına yığmışlar.Lakin həmin vaxt onlar şadlıq sarayına daxil olmamışlar.Bundan sonra Ayat gedib yoldan tanımadıqları taksi avtomobili tutub gətirmiş və onlar birlikdə həmin naqilləri taksiyə yükləyib Kubinka adlanan ərazidə boşluq sahədə yandırdıqdan sonra həmin naqillərin içərisindəki qiymətli metalı Ayatla birlikdə 28 may metrosunun yaxınlığında yerləşən Qarabağ mehmanxanasının yanındakı metal qəbulu yerinə 70 manata satmışlar.Həmin misi alan şəxslə Ayat söhbət etmiş və həmin vaxt o da Ayatın yanında olmuşdur.Lakin alan şəxslə o, heç bir danışıq aparmamışdır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 2 azyaşlı övladının olmasını, vurulmuş ziyanın bir qismini aradan qaldırdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə verən Nümayəndə bildirmişdir ki, Zərərçəkmiş şəxs İB-nin nəzdində olan “Millenium” şadlıq sarayında 8-9 il müddətdir ki, direktor kimi çalışır.Covid-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq edilmiş karantin vəziyyətinə görə 16 mart 2020-ci il tarixdən işlədiyi “Millenium” şadlıq sarayı bağlıdır və orada toy və nişan mərasimləri keçirilmir.İş olmadığına görə işığa görə yaranmış borc səbəbindən elektrik kəsilmişdir.Bu səbəbdən də şadlıq saryının daxilində və çölündə olan videomüşahidə kameraları da işləmir.Həmçinin, iş olmadığına görə mühafizəçinin maaşını verə bilmədiyi üçün onun xidmətindən də bir olar ki, imtina etmişlər.Şadlıq sarayı demək olarki nəzarətsiz qaldığından 10-15 gündən bir özü gələrək nəzarət etmişdir.Sonuncu dəfə təxminən 05 may 2021-ci il tarixdə şadlıq sarayına baş çəkən zaman hər şey qaydasında olmuşdur.15 may 2021-ci il tarixdə o, növbəti dəfə şadlıq sarayına gələrək ön girişin qapısını açıb içəri foyeyə oradan isə ikinci mərtəbədə yerləşən şəxsi otağına qalxan zaman otağın girişinin yanında olan elektrikin qoruyucu qutusunun açıq olduğunu və içəridəki elektrik naqillərin sökülərək oğurlandığını aşkar etmişdir.O, başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər şadlıq sarayına daxil olaraq foyedən 01 ədəd 1 500 manat dəyərində Samsung plazma markalı televizor, 01 ədəd 1500 manat dəyərində Samsung plazma markalı televizor, 01 ədəd 1000 manat dəyərində Samsung LCD markalı televizor, 01 ədəd 200 manat dəyərində “LG” markalı monitor, 3000 manat dəyərində ət soyuducu otağının mühərrik və ventilyasiya hissəsi, hər birinin dəyəri 2 500 manat olan, ümumi dəyəri 7 500 manat təşkil edən 03 ədəd kondisionerin mühərrik və ventilyasiya hissəsi, 01 ədəd 6 000 manat dəyərində generatorun tənzimləyicisi, şadlıq sarayının birinci mərtəbəsinin 6 000 manat dəyərində elektrik naqilləri, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 1500 manat təşkil edən 10 ədəd elektrik korpuslar, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 500 manat təşkil edən 10 ədəd alminium metaldan olan qazan, hər birinin dəyəri 5 manat, ümumi dəyəri 250 manat təşkil edən 50 ədəd alminium metaldan olan “Şah plov” qazanı, 100 metr uzunluğunda 1000 manat dəyərində videoaparatın kamera naqili, markasını unutduğu 01 ədəd 100 manat dəyərində “DVD” aparat, markasını unutduğu 01 ədəd 100 manat dəyərində fotoaparat, 04 ədəd hər birinin dəyəri 150 manat, ümumi dəyəri 600 manat təşkil edən dondurma soyuducularının mühərrik hissələri, 01 ədəd 200 manat dəyərində su gidrofonu və 01 ədəd 150 manat dəyərində elektrik samovarı oğurlamışlar. Zərərçəkmiş şəxs İB-nin nəzdində olan “Millenium” şadlıq sarayında baş vermiş oğurluq nəticəsində şadlıq sarayına 31 100 manat maddi ziyan dəymişdir.Həmin şəxs və ya şəxslər şadlıq sarayının arxa tərəfində yerləşən personal üçün nəzərdə tutulmuş dəmir metaldan olan giriş qapısının kilidini sındıraraq oradan içəri daxil olmuşlar.Ona dəymiş ziyanın bir hissəsi ödənilməmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə onlara vurulmuş ziyanın tam ödənilmədiyini, buna görə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirdi və təqsirləndirilən şəxslərə qanuna uyğun ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, bir ilə yaxındır ki, əlvan metalların qəbulu ilə məşğul olur.Belə ki, əlvan metalların qəbulu yeri Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 217 ünvanında yerləşir.Orada metalların qəbulu ilə məşğul olur. Həmin yerdə tək işləyir.Orada metal qəbul edəndə həmin şəxsin şəxsiyyət vəsiqəsini və satdığı malları qeyd edir.Həmin məlumatları qeyd etdikdən sonra həmin metalları çəkir və ona uyğun pul verir.Təxminən 10 gün əvvəl iki nəfər tanımadığı şəxs onun işlədiyi yerə gəlib 2 ədəd plazma və bir ədəd monitor satdığını bildirmişlər.Həmin şəxslərdən biri orta boylu arıq bədən quruluşlu, başında beysbol papağı saqqalı şəxs, digəri isə bir qədər uca boylu, dolu bədənli, üzü az tüklü, başında beybol papağı olan bir şəxs olmuşlar.Həmin şəxslər əllərində televizor və monitor olduğunu, şadlıq evinin yenidən təmir olunduğunu, həmin telefovizorları və monitoru mühafizəçinin verdiyini və həmin televizorları satmaq istədiklərini bildirmişlər.Onlara həmin televizorları gətirməsini bildirmişdir.Onlar 2 ədəd televizor və 1 ədəd monitoru onun işlədiyi yerə gətirmişlər.Həmin şəxslərdən dolu bədənli olan şəxsə o, həmin televizorlara görə 100 manat pul verəcəyini bildirmişdir.Həmin şəxs telefonla danışıb qiymət barədə razılıq verib verməyəcəyini soruşmuşdur.Daha sonra həmin şəxs ona həmin aparatı 300 manata sata biləcəyini bildirmişdir.Lakin o, maksimum 250 manat pul verə biləcəyini bildirmişdir.Bundan sonra, həmin şəxs razılaşmış və televzorları 250 manata satılacağı barədə razılığa gəlmişdirlər.O, həmin şəxsdən şəxsiyyət vəsiqəsi istəmiş, lakin o, üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir.Bundan sonra həmin şəxs problem olmadığını bildirdiyi üçün həmin 2 ədəd televizoru və 1 ədəd monitoru 250 manata almışdır.Həmin şəxslər pulu alıb onun işlədiyi yerdən çıxıb getmişlər.Bundan bir müddət sonra polislər onun işlədiyi yerə gələrək onun aldığı 2 ədəd televizor və monitorun oğurluq olduğunu bildirmişlər. O, həmin 2 ədəd televizoru və 1 ədəd monitoru polislərə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02.07.2021-ci il tarixli, 9/3791 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021ci ilin may ayına olan orta bazar qiyməti ilə təxmini ümumi dəyəri 430 (dörd yüz otuz) manat müəyyən edilir. O, cümlədən:01 ədəd Malayziya istehsalı olan “Samsung” markalı “PS42B430P2” model, 42 düymlü, 106 sm dioqanallı televizor – 150 manat,01 ədəd Malayziya istehsalı olan “Samsung” markalı “PS50B430P2” model, 50 düymlü, 127 sm dioqanallı televizor – 200 manat, 01 ədəd Çin istehsalı olan “LG” markalı “20M36A-B” model, 20 düymlü, monitor – 80 manat. Həmin 01 ədəd Malayziya istehsalı olan “Samsung” markalı “PS42B430P2” model, 42 düymlü, 106 sm dioqanallı, 01 ədəd Malayziya istehsalı olan “Samsung” markalı “PS50B430P2” model, 50 düymlü, 127 sm dioqanallı televizorlar, 01 ədəd Çin istehsalı olan “LG” markalı “20M36A-B” model, 20 düymlü monitor maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 22.06.2021-ci il tarixli 21/406R saylı rəyindən görünür ki, 15.05.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Millenium” şadlıq sarayında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 15 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 11 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl zilərindən 01 ədədi xx.xx.1989-cu il tarixdə Ağsu rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağının əksi ilə, 03 ədədi isə xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Nümayəndə sol əlinin böyük, sol əlinin orta və sağ əlinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 07 ədəd əl-barmaq və 02 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Məmmədov X5 Rayon Məhkəməsinin 15.10.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Qüvvədə olan Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.Buna görə də, Təqsirləndirilən şəxs1 cəzasını 15.10.2016-cı il tarixdə çəkib qurtardığını nəzərə alsaq, onun cəzasını çəkib qurtardığı gündən 05 ilə yaxın müddət keçmişdir.Belə olan halda, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı övladının olmasını, təqsirini qismən etiraf etməsini, səmimi peşmanlığını, vurulmuş ziyanın bir qisminin aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladının olmasını, təqsirini etiraf etməsini, səmimi peşmanlığını, vurulmuş ziyanın bir qisminin aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran halllar müəyyən edilmədi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini onu gözləyən daha ağır cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndir və hesab edir ki, təqsirləndirilən şəxsin tam təqsirliyi, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi və ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 20.05.2021-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi RPİnin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elvar Quliyev tərəfindən 20 may 2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 30.07.2021-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi RPİnin 7-ci PB-nin CA üzrə ə/m, polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən 30 iyul 2021-ci il tarixdə tərtib olunmuş protokola əsasən məlum olur ki, axtarışda olan Təqsirləndirilən şəxs2 30 iyul 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - 01 ədəd Malayziya istehsalı olan «Samsung» markalı «PS42B430P2» model, 42 düymlü, 106 sm dioqanallı, 01 ədəd Malayziya istehsalı olan «Samsung» markalı, «PS50B430P2» model, 50 düymlü, 127 sm diaqonallı televizorlar, 01 ədəd Çin istehsalı olan «LG» markalı, «20M36A-B» model, 20 düymlü monitorun - zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə oğluna qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut – 01 ədəd zərfdə olan əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 20.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 30.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd Malayziya istehsalı olan «Samsung» markalı «PS42B430P2» model, 42 düymlü, 106 sm dioqanallı, 01 ədəd Malayziya istehsalı olan «Samsung» markalı, «PS50B430P2» model, 50 düymlü, 127 sm diaqonallı televizorlar, 01 ədəd Çin istehsalı olan «LG» markalı, «20M36A-B» model, 20 düymlü monitorun - zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə oğluna qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd zərfdə olan əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Hakim: Abbas Rzayev