Məhkəmə qərarları › İş №1(001)-429/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-429/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-429/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi, Culfa rayon Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 internet informasiya vasitəsi olan “Facebook” adlı sosial şəbəkəsində öz şəxsi profilində, X14 barəsində böhtan və təhqir xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətimi ləkələmiş, işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyətdə və ictimaiyyətdə mənfi rəy formalaşdırmış və onu nüfuzdan salmışdır. Belə ki, X2 informasiya vasitəsi olan “Facebook” sosial şəbəkəsində özünə məxsus şəxsi profilində müntəzəm olaraq Xüsusi ittihamçının uğurlu işgüzar kariyerasına kölgə düşürmək və onun nüfuzuna ciddi şəkildə zərər gətirmək məqsədi ilə müxtəlif tarixlərdə yuxarıda qeyd edilən sosial şəbəkədə olan “Mansur Məmmədov” adlı profilində (Link: https://wvvw.facebook.eom/share/l BvDHQ3o2a/?mibextid=wwXİfr ) internet səhifəsində çap olunan məqalələrdə böhtan və təhqir xarakterli məlumatlar yerləşdirilmişdir. X3 şəklini yerləşdirərək, “Araz supermarketlər şəbəkəsində qiymət artımı ilə yanaşı vaxtı bitmiş məhsulları da müştərilərə sırımaqdan çəkinmirlər başlıqlı paylaşım; ( sübut olaraq profilin şəkli əlavə olunur) Digər paylaşımında Araz-spar-oba marketlər şəbəkəsi “veyseloğlu”adı altında Naxçıvanlılar qrupuna məxsusdur. X26, Bəxtiyyar Allhverdi, İlyas Xanməmmədov və Şəhla Yusifzadə və s. ( sübut olaraq profilin şəkli əlavə olunur). Digər paylaşımında Mənsur Məmmədov, Şəhla Yusifzadənin şəklini sosial şəbəkədə paylaşaraq, kiflənmiş və qurdlaşmış məhsulları müştərilərə satılmasına, eləcə də pişiklərin müştərilərə satılan balıq və toyuq ətiylə bəslənməsinə görə təşəkkürnamə ilə təltif olunmasına dair böhtan xarakterli paylaşım etmişdir ( sübut olaraq profilin şəkli əlavə olunur). Şəkillərini heyvan foto və vidolarına montaj etməklə təhqir etmişdir. ( sübut olaraq profilin şəkli əlavə olunur). X9 paylaşdığı paylaşımlarında həqiqətə uyğun olmayan, yalan məlumatları eləcə də, yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında paylaşmaqla ona kobud şəkildə böhtan atmışdır. Eyni zamanda, onun üzünün aydın formada düşən şəkillərini heç bir mədəniyyət normalarına sığmayan formada heyvan şəkillərinin üzərinə vuraraq internet informasiya ehtiyatında paylaşaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bütün paylaşımlarda bildirilən ifadələr onun şəxsiyyətilə heç bir əlaqəsi yoxdur və gərçəkliyi əks etdirmir və sırf böhtan və təhqir xarakteri daşıyır. X2 informasiya vasitəsində nümayiş etdirdiyi paylaşımlarında yazdığı fikirləri hər hansı fakt ilə təsdiq elətdirmir və bir çox hallarda öz şəxsi fikirlərini fakt kimi təqdim edir. Məlumatların olduqca təhqir və böhtan xarakterli olması onunla bağlıdır ki, göstərilən faktlarda heç bir ehtimal və şərtilik yer almır. Bütün yazılanlar tam doğru məlumatlar kimi adresata çatdırılır və cəmiyyətdə ona qarşı mənfi rəy formalaşdırılır. Bütün paylaşımlarında ciddi məsuliyyətli məsələlər olmasına baxmayaraq müəllif həmin faktları tam dəqiq, sübut olunmuş faktlar kimi təqdim edir. Hətta bir paylaşımda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi guya ondan qorxurmuş kimi ifadə işlədərək onu bir qanunsuz qruplaşmanın başçısı və ya himayədarı kimi qələmə vermiş və eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini də şübhə altına almışdır. X9 ona qarşı işlətdiyi ifadələrin tamamilə yanlış və qərəzli olduğunu bildiyi halda onun şərəf və ləyaqətini, cəmiyyətdə olan nüfuzunu alçaltmış, bunu dəfələrlə internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə yaymışdır. Həmin “Facebook” profilində yayılan böhtan və təhqir xarakterli məlumatlara baxan oxucu kütləsinə nəzər salsaq, görərik ki, minlələrlə şəxs bu yalan məlumatları oxumuş və hətta onun digər üçüncü şəxslər tərəfindən şərhlərdə təhqir olunmağına səbəb olmuşdur. O, xx.xx.1977-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailəsi, Azərbaycan Respublikasının elminə tövhə vermiş, tibb sahəsində xüsusi izi olmuş ziyalılardır. 2000-ci ildən bu günə qədər UNEC “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində” pedaqoji fəaliyyətlə məşğuldur. İqtisad üzrə fəlsəfə doktorudur. Yüzlərlə tələbələri vardır ki, bu vətənə, bu dövlətə və millətə uğurla xidmət edir. Hal-hazırda çalışdığı şirkətdə və dövlət qurumlarında yetişdirdiyi onlarla tələbələri var ki, hər gün onlarla üzbəüz gəlir. Onların bu paylaşımdan sonra baxışı və sualları reputasiyasınaa mənfi təsir etmişdir. “Web of Science” platformasına daxil olan İSSN:0101 -2061 "Food Science and Technology" (təsir faktoru 1.223, Quartile in Categorv Q3) impak faktorlu jurnalında ”Development of new types of combined meat products and dynamic changes depending of their indicators on various technological stages of production” adlı məqaləm çap edilmişdir. Ümumiyyətlə beynəlxalq konfranslarda, yerli və xarici elmi-praktiki jurnallarda 60-a yaxın elmi məqalə və tezislərim dərc olunmuş, eyni zamanda bir neçə dərs proqramı, 2 ixtira Patentin, dərs vəsaiti və metodiki göstərişlərin həmmüəllidir. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almaq üçün 2015-ci ildə “Ərzaq təhlükəsizliyinin dövlət tənzimlənməsinin problemləri” mövzusunda elmi iş müdafiə etmiş və 03 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə təltif edilmişdir. Bakı şəhərində 2017-ci il may ayında keçirilmiş İV X12 və Formula 1 yarışlarında (hər il olmaq şərti ilə) “qida təhlükəsizliyi üzrə menecer” vəzifəsində çalışmışdır. Həmçinin Azərbaycan ilk dəfə 2021-ci ildə keçirilmiş “TEXNOFEST AZƏRBAYCAN” - Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda həm iştirakçıların, həm təşkilatçıların, həm də xarici qonaqların qidalanmasının və qida təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak etmişdir. Bundan başqa “UEFA 2020” Avropa çempionatı və ya qısaca “UEFA Avro 2020” (həmçinin UEFA Avro 2021) - Avropanın ali futbol qurumu olan, X4 İttifaqı (UEFA) tərəfindən Bakıda təşkil edilmiş sayca 16-cı turnirində həm iştirakçıların, həm qonaqların həm də xarici qonaqların qidalanmasının və qida təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak etmiş və uğurlu işinə görə təltif edilmişdir. 2024-cü ildə Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə X5 Konfransının 29-cu sessiyası zamanı "xxxx" Azərbaycan Əməliyyat Şirkətində Qida təhlüksizliyi üzrə baş menecer vəzifəsində çalışmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fəal iştirakına görə təltif edilmişdir. Atası, X15 1951-ci il təvəllüdlü, Tibb Elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti və 31 saylı şəhər polikilinikasmm baş həkimi vəzifəsində çalışmışdır. 2001-ci ildə vəfat etmişdir. Anası, X11 1951-ci il təvəllüdlü, son iş yeri 23 saylı şəhər polikilinikasının baş həkimi olmuş, hal hazırda təqaüdçüdür. Bacısı, X21 1979-cu ildə anadan olmuşdur, ali savadlıdır, evlidir, iki övladı var, 116 saylı orta məktəbdə tarix fənnini tədris edir. Bacısı, X16 1987-ci il təvəllüdlü, ali savadlıdır, evlidir, iki övladı var. Hərbi qulluqçudur. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında çalışır. Oğlum, X22 xx.xx.2000-ci ildə anadan olmuşdur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasının “Hərbi Aviasiya” fakültəsini bitirib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçudur, baş leytenant, hərbi pilotdur, ailəlidir, bir övladı var. İşğal altında olan torpaqlarımızın yağı düşməndən azad olunması üçün 44 günlük Vətən Müharibəsi dövründə xüsusilə şücaət göstərmiş zabitlərdəndir. X1 tərəfindən kütləvi formada sosial şəbəkəsində təhqir olunması və böhtan atılmasına dözə bilməyən oğlu uçuş zamanı ciddi fikir dağınıqlığı yaşamış və həyatı təhlükə altında olmuşdur. Bir zabit olaraq anasına böhtan atılmasını və təhqir olunmasına göz yuma bilmir. Bu isə onun sinir sisteminə ciddi təsir edib. Oğlu onun hərəkətlərinə görə ciddi formada mənəvi iztirab keçirir. Qızı, X25 xx.xx.2005-ci ildə anadan olmuşdur. Türkiyə Respublikasının “X31 Universitesində “İktisadi ve X13 "Siyaset Bilimi ve Kamu Yönetimi'’ ixtisası üzrə təhsil alır. İİİ kurs tələbəsidir. X7 əməllərinə görə universitet yoldaşlarının əsassız suallarına cavab vermək məcburiyyətində qalır, müəyyən açıqlamalar verir. Bunun nəticəsində mənəvi iztirab keçirir. Onun ailəsi ziyalı ailəsidir və ailəsinin hər bir fərdi şərəf və ləyaqətlə bu vətənə, bu dövlətə xidmət edir. O, bütün ömrünü elmə və dövlətinə xidmət etməyə sərf etmiş və bununla hər zaman qürur duymuşdur. O, ilk növbədə müəllimdir və minlərlə bu ölkəyə savadlı kadrlar yetirmişdir. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllim adından yüksək ad tanımıram'’. X7 qanunsuz hərəkətləri onun bu şərəfli peşə fəaliyyətini də ləkələmişdir. Hər gün heç bir hüquqi əsası olmayan suallara verdiyi açıqlamalar onu canından bezdirmişdir. Eynilə, onunla yanaşı ailəsinin də iş fəaliyyətini təhdid altına almaqla normal yaşamalarına da maneələr yaratmışdır. Həqiqətə uyğun olmayan böhtanlar və təhqirlər ona və ailəsinə iztirablar vermişdir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddələrin sanksiyalannda nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi, Culfa rayon Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsində göstərilənləri müdafiə edərək, bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs mütəmadi olaraq sosial şəbəkələrdə, internet resurslarında hüquqlarını müdafiə etdiyi şəxsin şərəf və ləyaqətini alçaltmaqla böhtan atmışdır. Bunlar xüsusi ittiham qaydasında şikayətdə qeyd edilmişdir X2 informasiya vasitəsi olan “Facebook” sosial şəbəkəsində özünə məxsus şəxsi profilində müntəzəm olaraq Şəhla Yusifzadənin işgüzar karyerasına kölgə düşürmüşdür. Mansur Məmmədov paylaşımlarından birində Şəhla Yusifzadənin şəklini yerləşdirərək, “Araz supermarketlər şəbəkəsində qiymət artımı ilə yanaşı vaxtı bitmiş məhsulları da müştərilərə sırımaqdan çəkinmirlər” başlığını qeyd etmişdir. Həmin paylaşım xx.xx.2025-ci il tarixdə edilmişdir. Digər paylaşımda “Araz”, “Spar” Oba” marketlər şəbəkəsi “Veyseloğlu” adı altında Naxçıvanlılar qrupuna məxsusdur. X29, Bəxtiyar Allahverdi, İlyas Xanməmmədov və Şəhla Yusifzadə və s. başlığını qeyd etmişdir. Həmin paylaşım da xx.xx.2025-ci il tarixdə edilmişdir. Digər paylaşımında Mənsur Məmmədov, Şəhla Yusifzadənin şəklini sosial şəbəkədə paylaşaraq, kiflənmiş və qurdlaşmış məhsulları müştərilərə satılmasına, eləcə də pişiklərin müştərilərə satılan balıq və toyuq ətiylə bəslənməsinə görə təşəkkürnamə ilə təltif olunmasına dair paylaşım etmişdir. Mənsur Məmmədov bu paylaşımı sosial şəbəkədə olan öz profilində etmiş, bununla da Şəhla Yusifzadəyə böhtan atmışdır. X32 kiflənmiş məhsulların satılmasına görə təşəkkürnamə almışdır. Mənsur Məmmədov tərəfindən Şəhla Yusifzadənin şəkilləri pişik və digər heyvan videolarının, şəkillərinin üzərinə montaj edilmiş, bununla Şəhla Yusifzadə təhqir edilmişdir. Mənsur Məmmədov tərəfindən Şəhla Yusifzadənin uğurlu karyerasını ləkələyən hərəkətlər edilmişdir. X6 paylaşımları ümumiyyətlə həqiqəti üzrə əks etdirmir. Şəhla Yusifzadə zabit anasıdır, çox uğurlu karyerası var. Onlar xüsusi ittiham qaydasında şikayət verdikdən sonra Mənsur Məmmədov belə bir paylaşım etmişdir ki, X32 AQTA-dan qovulmuşdur. Bununla da Şəhla Yusifzadəyə böhtan atmışdır. Şəhla Yusifzadənin yüzlərlə, minlərlə tələbəsi olmuşdur. Həmin tələbələr qida sahəsində və digər sahələrdə fəaliyyət göstərirlər. Mənsur Məmmədovun paylaşımları Şəhla Yusifzadənin ailə həyatına da ciddi təsir göstərmişdir. Şəhla Yusifzadənin qızı ali təhsil alır, ailə üzvləri ziyalı şəxslərdir. X23 Yusifzadə ilə bağlı paylaşımlarında qərəz var. Şəhla Yusifzadə dəfələrlə dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir. Odur ki, işin məhkəmə baxışına təyin edilməsini və X6 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X14 bildirmişdir ki, o, 25 ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetində Qida mühəndisli və qida təhlükəsizliyi üzrə tədris fəaliyyəti ilə məşğul olur. 25 il ərzində onun dərs dediyi şəxslər müxtəlif dövlət qurumlarında, özəl şirkətlərdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işləyirlər. Mənsur Məmmədovun paylaşımları onun karyerasına mənfi təsir göstərir. "xxxx" tədbiri ilə bağlı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir. O, Mənsur Məmmədovu əvvəllər tanımamış, ilk dəfə məhkəmədə görmüşdür. Onun oğlu da hərbçi olduğuna görə, o, hərbçilərə həmişə hörmətlə yanaşmışdır. Mənsur Məmmədov da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. X24 müharibə iştirakçısı olması əsas vermir ki, onu və ya digər şəxsləri təhqir etsin. Odur ki, işin məhkəmə baxışına təyin edilməsini və X6 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 bildirmişdir ki, o, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətlə tanış ola bilməməşdir. Şikayətdə qeyd edilən paylaşımlar onun tərəfindən edilmiş, lakin cümlələr müəyyən qədər dəyişdirilmişdir. O, Şəhla Yusifzadəni şəxsən tanımamış, sonuncunun təhqir etmək və ya böhtan atmaq məqsədi olmamışdır. “Araz” və “Oba” marketlərlə bağlı paylaşımlar etmişdir. Paylaşımlarda həmin marketlərdə köhnəlmiş, kiflənmiş məhsullar satılması, həmçinin pişiyin ətin üstündə gəzməsi ilə bağlı yazılar yazmışdır. Şəhla Yusifzadə qeyd edilən marketlərin məxsus olduğu şirkətdə qida təhlükəsizliyi bağlı müşavir vəzifəsində işlədiyinə və təltif olunduğuna görə o, vətəndaş kimi bunu xəta olaraq qəbul etmişdir. O, özü dəfələrlə baş vermiş pozuntularla bağlı AQTA-ya şikayət etmiş, bundan sonra pozuntular aradan qaldırılmışdır. Onun “Veysəloğlu” şirkətlər qrupu ilə mübahisəsi 4cü ilə keçir. O, 2021-2022-ci illərdə “Veysəloğlu” şirkətlər qrupuna daxil olan "xxxx" MMCdə işləmişdir. O, işdən qanunsuz çıxarıldığı üçün məhkəməyə müraciət etmiş, iki il məhkəmə mübahisəsi getmiş, işə bərpa olunmuşdur. Lakin onun ezamiyyət, məzuniyyət pulu verilməmiş, məhkəmə qərarı icra edilməmişdir. O, bununla bağlı efirə çıxmış, bundan sonra məhkəmə qərarının bir hissəsi icra edilmişdir. O, Şəhla Hüseynzadənin şəklini sosial şəbəkədən götürmüşdür. Paylaşımları etməkdə məqsədi nöqsanlar olduğu halda Şəhla Yusifzadənin təltif edilməsinə etirazını bildirmək olmuşdur. Onun niyyəti kimisə təhqir etmək və ya böhtan atmaq olmamışdır. X17rşı hər hansı qərəzi olmamışdır. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməli olduğu X14 şikayətində X10 tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədildiyi vaxtları göstərməmişdir. Bundan əlavə CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayət şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməli olduğu halda X14 xüsusi ittiham qaydasında şikayətində şikayətin verildiyi yeri göstərməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 tərəfindən CPM-in 293-cü maddəsinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi, Culfa rayon Vəkil Bürosunun vəkili Nümayəndə elektron məhkəmə sisteminə xx.xx.2025-ci il tarixdə ərizə yerləşdirərək CPM-in 293-cü maddəsinin tələblərinə əsasan xüsusi ittiham qaydasında şikayətdə göstərilməli olan məlumatları, yəni X10 tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədildiyi vaxtları, eyni zamanda şikayətin verildiyi yeri qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməli, xüsusi ittiham qaydasında şikayətdə göstərilməli olan məlumatların sonradan digər ərizə ilə əlavə edilməsi və yaxud qeyd edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənəd olmaqla şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verdiyinə görə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X10 barəsində CM-in 147.1 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X6 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar