Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-43/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ələddin oğlunun, xx xxxx 1984-cü il tarixdə X1- Peterburq şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 1(012)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, təyin edilmiş cəzanı çəkməmiş və məhkumluğu ödənilməmiş,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-392/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Ələddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci və 185.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili qaçırmış, həmçinin, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» alanan yerdə taksi fəaliyyəti ilə məşğul olan, sürücü Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi, “xxxx” MMC-yə («Ağ şəhər» taksi şirkəti) məxsus «DAEWOO RAVON R-3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi minib gedəcəyi ünvanı bildirmiş, sürücü Zərərçəkmiş şəxs ailəsinə pul vermək məqsədilə yolüstü avtomobili evinin yanında saxlayıb, mühərriki söndürmədən avtomobildən düşərək həyətə girmiş və bundan istifadə edən Təqsirləndirilən şəxs avtomobili sürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş və avtomobilin salonundakı külqabından 280 manat nəğd pulu, 190 manat dəyərində «iPhone 4 S» markalı mobil telefonu, hər birinin qiyməti 13 manat olan bir ədəd «Samsung» və bir ədəd «iPhone» markalı mobil telefon üçün elektrik qidalandırıcısını, bir ədədi 15 manat olan 30 manat qiymətində 2 ədəd 8 meqabayt və bir ədəd 13 manat qiymətində olan 4 meqabayt tutumlu komputer yaddaş kartını, hər birinin qiyməti 2 manat olan 10 manat qiyəmətində 5 ədəd CD diskləri gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 565 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, fərdi işlə məşğul olur, xx xxx 2020-ci il tarixdə saat 15:30radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, «Mərkəz» adlanan yerdə «Ravon» markalı taksini saxladıb minərək sürücüyə Rusiya səfirliyinin yanına gedəcəyini bildirmiş və sürücü yolüstü maşını evinin yanına sürüb saxlayaraq maşının məhərrikini söndürməyib maşından düşəndə evinə pul verib qayıdacağını bildirmişdir.O maşından düşüb getdikdən sonra o, maşının sükanı arxasına keçərək sürüb qaçırmışdır.Bundan əlavə o, avtomobilin salonundakı külqabından 280 manat nəğd pulu, 190 manat dəyərində «iPhone 4 S» markalı mobil telefonu, hər birinin qiyməti 13 manat olan bir ədəd «Samsung» və bir ədəd «iPhone» markalı mobil telefon üçün elektrik qidalandırıcısını, bir ədədi 15 manat olan 30 manat qiymətində 2 ədəd 8 meqabayt və bir ədəd 13 manat qiymətində olan 4 meqabayt tutumlu komputer yaddaş kartını, hər birinin qiyməti 2 manat olan 10 manat qiyəmətində 5 ədəd CD diskləri götürmüşdür. Bundan sonra, o, əvvəlcə Gülüstan qəsəbəsi tərəfə, sonra isə Novxanı tərəfə gedib, YDM-nin yaxınlığında iki nəfər sərnişin götürərək onları Novxanı qəsəbəsinə aparıb 3 manat pul almış, sonra isə Novxanı-Sumqayıt yolunun kəsişmsəsinə çatmamış geri qayıtmış və kanalın yaxınlığında bir nəfər sərnişin götürüb Goradil stansiyasına apararaq 2 manat pul almış, ondan sonra stansiyanın yaxınlığında bir nəfər sərnişin götürərək Əhmədliyə aparmışdır.Yolda maşında olan bir ədəd «İphone 4S» markalı mobil telefonu həmin sərnişinə 10 manata satmışdır.Həmin sərnişin yol haqqı olaraq 7 manat ona pul vermişdir.Ondan sonra isə metronun «Neftçilər», «Xalqlar Dostluğu» və «Əhmədli» stansiyalarının arasında sərnşhin daşımışdır.Səhərə yaxın evə gəlib yatmamış və az sonra evdən çıxaraq Buzovna tərəfə gedəndə polis əməkdaşları onu saxladıb, maşınla birlikdə 14-cü PB-nə aparmışlar və tutulması barədə 43-cü PB-nə məlumat verdikləri üçün həmin bölmənin əməkdaşları gəlib onu həmin bölməyə aparmışlar, orada araşdırma aparılmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, evli olmasını və zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, “xxxx” MMC-yə («Ağ şəhər» taksi şirkəti) məxsus «DAEWOO RAVON R-3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə bir nəfər sərnişin götürmüş, həmin sərnşin əvvəlcə Nəsimi RPİ-nin yanına, sonra isə Rusiya səfirliyinin yanına, ondan sonra isə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsinə gedəcəyini bildirmişdir.Qiymətdə razılaşdıqdan sonra maşını sürüb, yolüstü evinin yanında saxlayıb evə pul vermək məqsədi ilə maşından düşmüş, maşının açarı üstündə olmuş və maşın işlək vəziyyətdə olmuşdur.O, maşından düşüb həyətə girdikdən sonra həmin şəxs maşını sürərək qaçırmışdır.Ona görə də, o, dərhal 1032 xidmətinə zəng vuraraq maşının qaçırılması barədə məlumat vermişdir.Təxminən 15 dəqiqə sonra 43-cü PB-dən zəng vuraraq hadisə barədə soruşmuşlar, sonra isə polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirib, fotoşəkil çəkmişlər.xx.xx.2020ci il tarixdə səhər 43-cü PB-nin əməkdaşı gəlib onu “Mərkəz” adlanan yerdən götürərək maşının tapıldığını bildirib, PB-nə aparmışdır.PB-də maşına baxıb görmüşdür ki, maşının sol güzgüsü sınıb, sol qabaq təkər əyilib, həmin təkərin kalpakı da yoxdur, qabaq buferin sol aşağa hissəsində hallogen fonar bağlanan yer qırılıb, qaba sağ təkərin kalpakı üstündə olsa da sınıb, sağ arxa qanadın aşağa və yuxarı hissələri, buferin sağ hissəsi sürtülüb, azca əzilmişdir.Maşının salonuna baxdıqda bir ədəd “İphone 4S” markalı mobil telefon və adaptoru, külqabıda olan 280 manat və günlükdə olan 16 manat pul, külqabıda olan 3 ədəd yaddaş kartı, 5 ədəd disk yoxdur.Bu barədə polisə məlumat vermiş, xx.xx.2020-ci il tarixdə maşının saxlanması və maşını qaçıran şəxsin tutulması barədə məlumat verilmiş, bölmədə maşını qaçıran şəxsin adının Seyran olduğunu bilmişdir.Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, maşından oğurlanmış “İphone 4S” markalı mobil telefonun 190 manat, oğurlanmış adaptorlardan biri “Samsung” o biri isə “İphone” markalı telefon üçün olmuş, onların hər birinin qiyməti 13 manat olmuşdur.Oğurlanmış 8-lik yaddaş kartını 15 manata, 4-lük yaddaş kartını 13 manata almışdır.Oğurlanmış 5 ədəd disklərin hər birini isə 2 manata almışdır.Bundan əlavə, maşının güzgüsünün sınması nəticəsində 35 manat, kalpakların alınması üçün 120 manat, əyilən diskin alınması üçün 60 manat, qabaq buferin təmir olunmasına 60 manat, sağ arxa buferin və qanadın təmir olunmasına isə 170 manat pul tələb olunur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs - təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Cəfərov X2 Rayon Məhkəməsinin 1(012)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, təyin edilmiş cəzanı çəkməmiş və məhkumluğu ödənilməmişdir. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə), İ dərəcəli ədliyyə qulluqçusu Cavad Həsənovun xx.xx.2021-ci il tarixli, 138564 saylı cavab məktubuna əsasən məlum olur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1 (012)-320/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş və qeyd edilən cəza Təqsirləndirilən şəxs tərəfindən bu günə qədər çəkilməmiş qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.1-ci və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.1 və 185.1-ci maddələri ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1 və 185.1-ci maddələri ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və CM-nin 185.1-ci maddəsi ilə isə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, Təqsirləndirilən şəxs Ələddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs Ələddin oğlu həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş cəzası 15 % dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası - CM-nin 68.1.3-cü və 67.1-ci maddəsinə əsasən 4 günə 1 gün olmaqla (3 ay) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir.Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.Həmçinin, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir günü – islah işlərinin dörd gününə bərabər tutulur. Bundan başqa, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ələddin oğlu ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən – 20 may 2020-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Emil Muxtarov tərəfindən qəbul olunmuş xx xxx 2020-ci il tarixli protokola əsasən məlum olur ki, X4 xx xxx 2020-ci il tarixdə tutulmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ələddin oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 392/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Ələdin oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ələddin oğluna azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Ələddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs Ələddin oğlu həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən – 20 may 2020-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş cəzası 15 % dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası - CM-nin 68.1.3-cü və 67.1-ci maddəsinə əsasən 4 günə 1 gün olmaqla (3 ay) hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ələddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ələddin oğlunun cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ələddin oğlu barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-43/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-43/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver