Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-43/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 aprel 2021-ci il tarixdə saat 22 radələrində vət.Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsi ev 7 saylı fərdi yaşayış evinə yataq otağında olan pəncərəsini özü ilə gətirdiyi dəmir alətlə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin giriş hissəsində sağda yerləşən yataq otağında olan 02 ədəd hər birinin dəyəri 50 manat olan dəmir yataqları, dəyəri 80 manat olan 01 ədəd dəmir materialdan olan kustar üsulla hazırlanmış odun peçini, dəyəri 30 manat 01 ədəd elektrik qızdırıcısını və dəyəri 100 manat olan 01 ədəd “Beka 2500” markalı kondisioneri gizli taladıqdan sonra evin giriş qapısından çıxmış, 14 aprel 2021-ci il tarixdə saat 23 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə bir gün əvvəl açıq qoyduğu qapıdan evə qanunsuz daxil olaraq həmin evin qonaq otağından hər birinin dəyəri 100 manat olan 02 ədəd “Beka 1500” markalı kondisionerlərə məxsus motorları, dəyəri 70 manat olan 01 ədəd ceyran peçini, hər birinin dəyəri 5 manat olan 02 ədəd 5 metrlik elektrik uzadıcısını, dəyəri 200 manat olan 01 ədəd “Zinger” markalı tikiş maşınını, dəyəri 150 manat olan 01 ədəd “Zil” markalı soyuducuya aid olan motoru, dəyəri 70 manat olan 01 ədəd “Philips” markalı saç qırxan maşını, dəyəri 45 manat olan 01 ədəd əl radiosunu, dəyəri 35 manat olan 01 ədəd kanalları yığmaq funksiyası daşıyan aparatı, dəyəri 150 manat olan 01 ədəd lüsturu, dəyəri 1500 manat olan 01 ədəd pianinonun içərisində olan mis metalları gizli taladıqdan sonra evin giriş qapısından çıxmış və 15 aprel 2021-ci il tarixdə saat 01 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə həmin ünvana eyni üsulla qanunsuz daxil olaraq həmin evin yataq otağından dəyəri 300 manat dəyərində işlənilməmiş 01 ədəd su qızdırıcısını, dəyəri 150 manat olan 01 ədəd alətlər qutusunu, hər birinin dəyəri 80 manat olan 02 ədəd tozsoranları, dəyəri 20 manat olan 01 ədəd saç qurudan feni, evin mətbəxindən hər birinin dəyəri 15 manat olan 05 ədəd alüminium materialdan hazırlanmış qazanları, hər birinin dəyəri 20 manat olan 02 ədəd tavaları, dəyəri 200 manat olan 01 ədəd plastik qapını, dəyəri 30 manat olan 01 ədəd ət çəkən maşını, dəyəri 100 manat olan 01 ədəd şirə çəkən maşını, dəyəri 80 manat olan 01 ədəd böyük ölçülü qazanı, hər birinin dəyəri 40 manat olan 02 ədəd əlüzyuyanı, evin elektrik sistemini sökməklə dəyəri 400 manat olan 300 metr uzunluğunda 4 mm-lik kabelləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4375 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 aprel 2021-ci il tarixdə axşam saat 21 radələrində vət.Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir alətlə sındıraraq üzərində olan vintaçanla plastik materialdan olan pəncərəni açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindən 01 ədəd üzərində “Super Star” yazısı olan ütü təyinatlı üzrə istifadəyə yararsız ütünü, 01 ədəd üzərində “Sayona” yazısı olan ütü təyinatı üzrə istifadəyə yararsız ütünü, dəyəri 10 manat olan 01 ədəd “Texnolux” markalı “TSİ-8811” modelli ütünü, dəyəri 5 manat olan 01 ədəd “Hand Mixer 180W” markalı mikseri, dəyəri 25 manat olan “Geepas” markalı “GMG747 1000W” modelli ətçəkən maşını, dəyəri 5 manat olan üzərində “jihokov budejovice” yazısı yazılmış 01 ədəd əllə istifadə olunan ətçəkəni, dəyəri 1 manat olan 01 ədəd üzərində “Fuma” yazısı olan dəstəyi qara rəngli, uzunluğu təxminən 23 sm olan kiçik ölçülü bıçağı, dəyəri 3 manat olan 01 ədəd üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli, uzunluğu təxminən 33 sm olan böyük ölçülü bıçağı, üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli, uzunluğu təxminən 30 sm olan bıçağın bir hissəsi qırılmış, təyinatı üzrə istifadəyə yarasız vəziyyətdə olan bıçağı, üzərində “Columbia” yazısı olan, dəstəyi qəhvəyi rəngli, uzunluğu təxminən 22 sm olan böyük ölçülü bıçağın bir hissəsi qırılmış, təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan bıçağı, dəyəri 3 manat olan 01 ədəd böyük ölçülü, naxışlı qaşığı, dəyəri 2 manat olan 01 ədəd qulplu, naxışlı kəfkiri gizli taladıqdan sonra evin giriş qapısından çıxmış və 22 aprel 2021-ci il tarixdə saat 22 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə bir gün əvvəl açıq qoyduğu qapıdan evə qanunsuz daxil olaraq dəyəri 60 manat olan 01 ədəd “Beko 1600 W” yazısı olan, Türkiyə istehsallı tozsoranı, dəyəri 3 manat 20 qəpik olan 16 metr üzəri nazik izolyasiyalı, üzərində markalanma göstəriciləri olmayan qara rəngli qoşaxətli telefon naqilini, dəyəri 15 manat olan 01 ədəd üzərində markalanma göstəriciləri olmayan tozsoranın süpürgəsini, dəyəri 35 manat olan 01 ədəd “Star” markalı şirə çəkən maşını, dəyəri 25 manat olan 01 ədəd “Panasonic” markalı ev telefonunu, dəyəri 85 manat olan 01 ədəd ventilyatoru, dəyəri 100 manat olan 01 ədəd “Superstar” markalı su qızdırıcısını, dəyəri 255 manat olan 04 ədəd “Tofaş Şahin” markalı avtomobilə məxsus ölçüsü 15 olan diskləri, dəyəri 200 manat olan 01 ədəd mis qazanı, dəyəri 90 manat olan 01 ədəd su motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 922 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 25.04.2021-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində “Amart” marketin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Məhərrəm adlı şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,145 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26.04.2021-ci il tarixdə saat 09.40-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ramazanov küçəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin PB-nə gətirilərək, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli üzəriondə “Prima” yazısı olan siqaret qutusunun içindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,145 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi ehtiyacını təmin etmək üçün bərbərlik edirmiş. 2020-ci ildə ölkədə Covid-19 pandemiyası ilə əlaqədar olaraq iş yerləri olmadığından və narkotik vasitə aludəçisi olduğundan maddi ehtiyaclarını təmin edə bilmirmiş. Belə ki, həmin müddətdə pula ehtiyacı olduğundan oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə 13 aprel 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən bayıra çıxıb oğurluq etmək məqsədilə ətrafa göz gəzdirməyə başlamışdır. Bir qədər piyada şəkildə hərəkət etdikdən sonra yaşadığı evdən təxminən 200 metr məsafədə yerləşən Rövşən adlı şəxsin yaşadığı evinin işıqlarının yanmadığını görmüş və yadına düşmüşdür ki, Zərərçəkmiş şəxs1 bir müddətdir ki, yaşadığı evə gəlmir o, evə yataq otağında olan pəncərəsini özü ilə gətirdiyi dəmir alətlə açmaqla evə daxil olmuşdur. Bir qədər evə baxış keçirdikdən sonra evdə olan əşyaları oğurlayaraq satıb pul əldə edəcəyini düşünmüşdür. Bu minvalla evin giriş hissəsində sağda yerləşən yataq otağında olan 02 ədəd dəmir yataqları, 01 ədəd dəmir materialdan olan odun peçini, 01 ədəd elektrik qızdırıcısını və 01 ədəd “Beka” markalı kondisioneri oğurladıqdan sonra içəridən evin giriş qapısını təpiklə vuraraq açmış və oğurladığı əşyaları yaxınlıqda yerləşən sahibsiz yerə yığmışdır ki, səhər açıldıqdan sonra küçəyə gələn metal qəbulu ilə məşğul olan şəxsə satsın. Səhər açıldıqdan sonra metal qəbulu ilə məşğul olan hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Vaz 21011” markalı avtomobil ilə gələn şəxsə satmışdır. Oğurladığı əşyalardan 02 ədəd dəmir yataqları hər birini 10 manat olmaqla 20 manata, odun peçini 10 manata, 01 ədəd su qızdırıcısını 15 manata, 01 ədəd “Beka” markalı kondisioneri isə 25 manat satmış, ümumilikdə isə 70 manat pul əldə etmişdir. Oğurladığı əşyaları satdığı şəxsə isə bildirmişdir ki, evlərini satmaq istədiklərindən evdə olan əşyaları dəyər-dəyməzinə satırlar. Məqsədi Zərərçəkmiş şəxs1 məxsus evdə olan bütün yararlı əşyaları satmaq olduğundan 14 aprel 2021-ci il tarixdə saat 23 radələrində bir gün əvvəl açıq qoyduğu qapıdan həmin evə daxil olmuş, evin qonaq otağından 02 ədəd “Beka” markalı kondisionerlərə məxsus motorları, 01 ədəd ceyran peçini, 01 ədəd markasını xatırlamadığı tikiş maşınını, 01 ədəd markasını xatırlamadığı soyuducuya aid olan motoru, 01 ədəd kanalları yığmaq funksiyası daşıyan aparatı oğurlayaraq evdən çıxmış və əvvəlki gün oğurladığı əşyaları yığdığı yerə daşımaqla orada gizlədərək səhərin açılmasını gözləmək üçün yaşadığı evə getmişdir. Səhər yenidən metal yığımı ilə məşğul olan şəxsin idarə etdiyi avtomobil gəldikdə ona yaxınlaşaraq yaşadığı evdən çıxardığı başqa əşyaları da satmaq istədiyini bildirmişdir. Həmin şəxs əşyalara baxış keçirmiş və 02 ədəd kondisioner motorlarını hər biri 10 manat olmaqla 20 manata, 01 ədəd ceyran peçini 15 manata, tikiş maşınını 20 manata, soyuducuya aid motoru 15 manat almışdır. 01 ədəd kanalları yığmaq funksiyası daşıyan aparatı isə almaqdan imtina etmişdir. O, həmin aparatın lazımsız olduğunu düşünüb hazırda yerini xatırlamadığı yerdəki məişət tullantıları qutusuna atmışdır. Oğurluq edərək rahat pul qazanmaq artıq onu yeni oğurluqlar etməyə təşviq edirmiş. Çünki həm rahat pul əldə edirmiş, həm də narkotikə olan tələbatını daha rahat ödəyirmiş. 15 aprel 2021-ci il tarixdə saat 01 radələrində həmin evə eyni üsulla daxil olaraq evin yataq otağından 02 ədəd tozsoranları, evin mətbəxindən 05 ədəd alüminium materialdan hazırlanmış qazanları, 02 ədəd tavaları, 01 ədəd plastik qapını, 01 ədəd ətçəkən maşını, 01 ədəd şirəçəkən maşını, 01 ədəd böyük ölçülü qazanı oğurlamış və evin elektrik kabellərini kəsərək dartmışdır. Oğurladığı əşyaları əvvəlki günlər yığdığı yerə gizlətmişdir. Səhər açıldıqdan sonra əvvəlki günlər oğurladığı əşyaları satdığı metal yığan şəxsə 02 ədəd tozsoranları hər biri 15 manat olmaqla 30 manata, 05 ədəd alüminium materialdan hazırlanmış qazanların hər birini 5 manat olmaqla 25 manata, 02 ədəd tavaları hər biri 3 manat olmaqla 6 manata, 01 ədəd plastik qapını 10 manata, 01 ədəd ət çəkən maşını 10 manat, 01 ədəd şirə çəkən maşını 10 manata, 01 ədəd böyük ölçülü qazanı 10 manata satmışdır. Kabelləri isə gecə əridib mis halına salmış, misə görə 10 manat pul almışdır. Ümumilikdə isə 111 manat pul əldə etmişdir. Daha sonra pulu olduğundan bir müddət oğurluq etməmək qərarına gəlmişdir. Təxminən 6 gün keçdikdən sonra pulu qurtardığından 21 aprel 2021-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evdən bayıra çıxıb yenidən oğurluq etmək məqsədilə ətrafa göz gəzdirməyə başlamışdır. Bir qədər piyada şəkildə hərəkət etdikdən sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən evlərin birinin qarşısında dayanıb həmin evin içərisində işıq yanmadığını görüb ev sahibinin evin içərisində olmadığını güman etdikdən sonra həmin evdən oğurluq etməyə qərar vermişdir. Belə ki, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra evin pəncərəsinə yaxınlaşıb pəncərənin dəmir barmaqlığını özü ilə gətirdiyi dəmir alətlə sındırıb, plastikdən olan pəncərəni isə üzərində olan vintaçanla açdıqdan sonra içəridə olan bir neçə məişət avadanlıqlarının olduğunu görmüş və həmin əşyaların içərisində yararlı vəziyyətdə olan əşyaları seçib oğurlamağa qərar vermişdir. İçəri daxil olaraq evin mətbəxindən 01 ədəd üzərində “Super Star” yazısı olan ütünü, 01 ədəd üzərində “Sayona” yazısı olan ütünü, 01 ədəd üzərində “Texnolux” yazısı olan ütünü, 01 ədəd mikseri, 01 ədəd “Geepas” markalı “ətçəkən maşını, 01 ədəd əllə istifadə olunan ətçəkəni, 03 ədəd dəstəyi qara rəngli və 01 ədəd dəstəyi qəhvəyi rəngli bıçaqları, 02 ədəd iri qaşığı oğurladıqdan sonra ev sahibinin gəlməsindən ehtiyyat edərək cəld şəkildə həmin əşyaları götürüb daxil olduğu evin pəncərəsindən bayıra çıxıb yaşadığı evinə yollanmışdır. Həmin vaxtı yaşadığı evdə olan zaman oğurlamış olduğu qeyd olunan əşyaları otaqların birinə gizlətmiş və anasına bu barədə heç bir məlumat verməmişdir. Ertəsi gün, yəni 22 aprel 2021-ci il tarixdə saat 22 radələrində bir gün əvvəl açıq qoyduğu pəncərədən həmin evə daxil olaraq 01 ədəd üzərində “Beko” yazısı olan tozsoranı, bir neçə metr qara rəngli telefon naqilini, 01 ədəd tozsoranın süpürgəsini, 01 ədəd şirə çəkən maşını, 01 ədəd ventilyatoru, 03 ədəd avtomobilə məxsus diskləri və 01 ədəd mis qazanı götürüb ev sahibinin gəlməsindən ehtiyyat edərək daxil olduğu pəncərədən bayıra çıxıb yaşadığı ev istiqamətində getmişdir. Belə ki, o, oğurlamış olduğu əşyaları yaşadığı evin otaqlarından birinə gizlətmişdir. Ertəsi gün səhər saatlarında 01 ədəd şirə çəkən maşını, 01 ədəd ventilyatoru, 03 ədəd avtomobilə məxsus diskləri və 01 ədəd mis qazanı yaşadığı küçəyə hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Vaz 21011” markalı avtomobil ilə metal yığmaq üçün gələn şəxsə diskləri hər biri 20 manat olmaqla ümumilikdə 60 manata, 01 ədəd ventilyatoru 5 manata, 01 ədəd şirə çəkən maşını 15 manata, 01 ədəd mis qazanı isə 10 manata satmışdır. Digər əşyaları isə yaşadığı evdə gizlətmişdir. 23 aprel 2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşlarının yaşadığı evə gəldiyini görüb evdən qaçaraq gizlənmək məqsədilə birinci oğurluq etdiyi evə getmiş və pəncərədən həmin evə daxil olmuşdur. Həmin vaxtı o, olduğu evdə uzun müddət yaşayışın olmadığına əmin olub burada qalmaq qərarına gəlmişdir. Təxminən 3 gün keçdikdən sonra, daha doğrusu, 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində evdə olan zaman evin qapısından səs gəldiyini eşidib ev sahibinin gəldiyinə əmin olduqdan sonra tutulmamaq məqsədilə dərhal evin pəncərəsindən bayıra çıxıb yaşadığı ev istiqamətində getmişdir. 26 aprel 2021ci il tarixdə saat 09 radələrində əvvəlki gün almış olduğu narkotik vasitə heroini də “Prima” markalı sigaretinin içərisinə bir bükümdə qoyaraq küçəyə çıxmışdır. Məqsədi həmin narkotik vasitə olan heroinin bir hissəsindən istifadə etmək olmuşdur. Küçəyə çıxıb heroini çəkə bilməyi üçün etibarlı yer axtaran zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək üzərində qanunsuz olaraq narkotik vasitə daşımağı barədə şübhəli olduğundan 43-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə olan heroin ona məxsus olan “Prima” markalı siqaretin içərisindən aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə olan heroini özü istifadə etmək üçün tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitəni kiməsə satmaq və ya hədiyyə etmək barədə düşüncəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq atası Əlabbas Hüseynovun xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə getmişdir. 10 aprel 2021-ci il tarixdə atası rəhmətə getmiş və o, Müşviqabad qəsəbəsində qalmalı olmuşdur. 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində hazırda xatırlamadığı mobil nömrədən zəng gəldi və yaşadığı evdə kiminsə olduğunu onun hazırda evdə olub-olmadığını soruşmuşdur. O, həmin şəxsdən kim olduğunu soruşduqda qonşuluqda yaşadığını bildirmişdir. O, təcili olaraq yaşadığı evə getmiş və giriş qapısının qıfılının olmadığını, qapının içəridən bağlı olduğunu görmüşdür. Qapını sındırıb evə daxil olan zaman su qızdırıcısının yerdə olduğunu və evindən bir çox əşyaların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4375 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, oğlu rəhmətə getdiyindən 20 aprel 2021-ci il tarixdən ünvan 3 ünvanda yerləşən evində qalmırmış. Həmin müddətdə onun başı oğlunun yas mərasiminə qarışdığından evə nəzarət edə bilmirmiş. Bir neçə gün o, yaşadığı evindən kənarda qaldığından ünvan 3 ünvanda yerləşən evinə baş çəkməyə qərar vermişdir. 25 aprel 2021-ci il tarixdə o, yaşadığı ünvana gedən zaman evin yataq otağının pəncərəsinin bayır tərəfindən dəmir barmaqlığının sındırıldığını görüb yaşadığı evindən naməlum şəxs və ya şəxslərin oğurluq etdiklərini anlayıb baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Yaşadığı evinə daxil olan zaman yataq otağından ona məxsus olan 01 ədəd “Super Star” markalı, 01 ədəd “Sayona” markalı və 01 ədəd “Texnolux” markalı ütülər, 01 ədəd “Hand Mixer” markalı mikser, 01 ədəd üzərində “Geepas” yazısı olan ətçəkən maşın, 01 ədəd əllə istifadə olunan ətçəkən, 03 ədəd dəstəyi qara rəngli və 01 ədəd dəstəyi qəhvəyi rəngli bıçaqlar, 02 ədəd iri qaşıq, 01 ədəd üzəri göy rəngli “Beko” markalı tozsoran, bir neçə metr uzunluqda olan qara rəngli kabel, 01 ədəd “Star” markalı şirəçəkən maşın, 01 ədəd “Panasonic” markalı ev telefonu, 01 ədəd ventilyator, 01 ədəd “Superstar” markalı su qızdırıcısı, “Tofaş Şahin” markalı avtomobilə məxsus ölçüsü 15 olan disk təkər, mis alüminium qazan, qab-qacaqlar, 01 ədəd su matorunun yerində olmadığını aşkar etmiş və baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1685 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 26 aprel 2021-ci il tarixdə əməliyyat yolu ilə məlumat əldə etmişdir. Məlumata əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ramazanov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib qəbul etdiyi məlum olmuşdur. Həmin məlumat bölmə rəisinə məruzə olunduqdan sonra qərara alınmışdır ki, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilsin. Bu məqsədlə 26 aprel 2021ci il tarixdə rəhbəri özü təyin edilməklə, o və bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmışdır. Bundan sonra 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Ramazanov küçəsinə gedib orada əməliyyat tədbirinə başlamışlar. Əldə etdikləri əməliyyat məlumatına əsasən həmin ünvanda olduqları zaman saat 09:40-da Təqsirləndirilən şəxs ünvanın yaxınlığına gəlib çıxmış və onlar özlərini ona təqdim edərək polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsla birlikdə 43-cü PB-nin inzibati binasına gəldikdən sonra raportla bu barədə məruzə etmişdir. Bundan sonra bölmənin təhqiqatçısı Fuad Alıyev tərəfindən videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və çəkiliş aparılacağı bildirildikdən sonra o, üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmış, daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli üzəriondə “Prima” yazısı olan siqaret qutusunun içindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içindəki heroindir, özü istifadə etmək məqsədi ilə tanımadığı “Məhərrəm” adlı şəxsdən Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən “Amart” marketin yaxınlığında 40 manata almışdır və üstündə saxlamışdır ki, qəbul etsin. Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və hamılıqla zərfin üzərində və protokolda imza etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraatına qəbul edilib istintaq aparılmışdır. Cinayət işinin materiallarından görünür ki, 16.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi 27 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, 27.04.2021-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Bakı şəhər Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Əli Kərgərli tərəfindən qəbul edilmiş və həmin həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən təsdiq edilmiş 25 aprel 2021-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 26.06.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, qeyd edilən cinayət hadisələrinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunduğundan, 21.06.2021-ci il tarixdə tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilməklə cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Binəqədi RPİ-nin İŞ-də müstəntiq Ramil Qabulov tərəfindən araşdırılan HK-1/810 saylı material 23.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinin tələblərinə əsasən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 26.08.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından görünür ki, 19.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və o, ifadələrində göstərdiklərini hadisə yerlərində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 26.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Prima” yazısı olan siqaret qutusunun içindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1645 saylı 26.04.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,145 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq 1,095 qram çəkidə narkotik vasitə heroinin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2261 saylı 10.07.2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 07.07.2021-ci il tarixli, 9/3850 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda malların istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 132,20 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 4 adda mallar təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətləndirmə aparılmadı. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 ünvandan götürülmüş əl-barmaq izləri eyniləşdirilməsi üçün qərarla birlikdə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23.07.2021-ci il tarixli, 3/1112 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, - tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. – Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, “b” papilyar naxış izi, 3-5 saylı daktilolentin səthindəki yayılmış əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. – Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından qalmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, hadisə yerinə baxış protokolları, şəxsi axtarış və götürmə protokolu, götürmə protokolu, şəxsi axtarışın video görüntüsünün baxış protokolu, əşyaların tanınma protokolları, məhkəmə-kimyəvi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirini etiraf etməklə səmimi peşmanlığı, öz əməlinə məfi münasibəti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir) İş üzrə maddi sübut – 1,095 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmənin aparıldığı bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Aydınova X9 məxsus 01 ədəd üzərində “Super Star” ütü, 01 ədəd üzərində “Sayona” yazısı ütü, 01 ədəd “Texnolux” markalı “TSİ-8811” modelli ütü, 01 ədəd “Hand Mixer 180W” markalı mikserə, 01 ədəd “Geepas” markalı “GMG747 1000W” modelli ətçəkən maşın, üzərində “jihokov budejovice” yazısı yazılımış 01 ədəd əllə istifadə olunan ətçəkən, 01 ədəd üzərində “Fuma” yazısı olan dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Columbia” yazısı olan, dəstəyi qəhvəyi rəngli bıçaq, 01 ədəd böyük ölçülü, naxışlı qaşıq, 01 ədəd qulplu, naxışlı kəfkir, 01 ədəd “Beko 1600 W” yazısı olan tozsoran, 16 metr üzəri nazik izolyasiyalı, üzərində markalanma göstəriciləri olmayan qara rəngli telefon naqil, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan tozsoranın süpürgəsi sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 219 (iki yüz on doqquz) manat təşkil etməklə Təqsirləndirilən şəxs tutularaq (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 1 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 1,095 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdın sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd üzərində “Super Star” ütü, 01 ədəd üzərində “Sayona” yazısı ütü, 01 ədəd “Texnolux” markalı “TSİ-8811” modelli ütü, 01 ədəd “Hand Mixer 180W” markalı mikserə, 01 ədəd “Geepas” markalı “GMG747 1000W” modelli ətçəkən maşın, üzərində “jihokov budejovice” yazısı yazılımış 01 ədəd əllə istifadə olunan ətçəkən, 01 ədəd üzərində “Fuma” yazısı olan dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Fuma” yazısı olan, dəstəyi qara rəngli bıçaq, 01 ədəd üzərində “Columbia” yazısı olan, dəstəyi qəhvəyi rəngli bıçaq, 01 ədəd böyük ölçülü, naxışlı qaşıq, 01 ədəd qulplu, naxışlı kəfkir, 01 ədəd “Beko 1600 W” yazısı olan tozsoran, 16 metr üzəri nazik izolyasiyalı, üzərində markalanma göstəriciləri olmayan qara rəngli telefon naqil, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan tozsoranın süpürgəsi shibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə sübut növü kimi tanınmış şəxsi axtarış və götürmənin aparıldığı bir ədəd CD disk və iş ümaddi sübut növü kimi tanınmış əl-barmaq izləri cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertizanın xərci – 219 (iki yüz on doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına köçürülsün. keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə verildiyi andan) 20 gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-43/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-43/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver