Məhkəmə qərarları › İş №1(001)-43/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-43/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-43/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndiirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmə haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə, digər ağır nəticələr hesab edilən, zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, o, ünvan 1 ünvanda yerləşən 396 nömrəli mənzilin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44-ci və 9.241-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmiş, mənzilin daxilində istifadə olunmayan qaz xəttinin sökülməsini, eləcə də, qaz xəttinin sonluğunun tıxac qoyulmaqla bağlanılmasını təmin etməmişdir. Bu səbəbdən də, 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində mənzilin dəhlizinə daxil olduqda üzbəüz divarın uzaq sol künc hissəsində yerləşən, sonluğu tıxacla bağlanmamış istifadəsiz qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq vəziyyətində sızan qazın otağın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq partlayış baş vermiş, nəticədə 1995-ci il təvəllüdlü X12 aldığı həyatla bir araya sığmayan travma kompleksi yüksək hərarətin təsirindən törənmiş termiki yanıqlar və çoxsaylı xəsarətlər nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şokdan hadisə yerində ölmüş, "xxxx" MTK-ya məxsus 18 mərtəbəli binaya, həmin binanın 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus 397 nömrəli mənzilə, Zərərçəkmiş şəxs3 məxsus 394 nömrəli mənzilə, Zərərçəkmiş şəxs4 Şirinbala oğluna məxsus 398 nömrəli mənzilə, Zərərçəkmiş şəxs2 məxsus 395 nömrəli mənzilə, Zərərçəkmiş şəxs1 məxsus 399 nömrəli mənzilə, binanın 17-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs16 məxsus 376 nömrəli mənzilə, Zərərçəkmiş şəxs7 məxsus 389 nömrəli mənzilə, Zərərçəkmiş şəxs6 məxsus 388 nömrəli mənzilə, binanın 4-cü mərtəbəsində yerləşən X4 məxsus 414 nömrəli mənzilə, həmin binanın qarşısında olan Zərərçəkmiş şəxs14 məxsus “X27” markalı, **-GK-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs11 məxsus “Deawoo Nexia” markalı, **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs10 məxsus “Mercedes-Benz C-Class” markalı **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs13 məxsus “BMW 728” markalı **-KP-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs12 məxsus “Opel Corsa” markalı **-KB-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs15 məxsus “Hyundai Elantra” markalı **-MP-*** dövlət qeydiyyat nömrəli avtomobilə, Zərərçəkmiş şəxs9 məxsus “Lexus GX 460” markalı **-OP-*** dövlət qeydiyyat nömrəli avtomobilə maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 225.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. 02 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində tanışları istifadəsində olan mobil telefona zəng edərək özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 4A ünvanda yerləşən 396 nömrəli mənzilin yerləşdiyi binada partlayış baş verdiyini bildirmişlər. Bu səbəbdən dərhal qeyd olunan mənzildə yaşayan qaynı Şahid11 ilə əlaqə saxlamış, həmin vaxt Bakı şəhəri ərazisində olan qaynı Şahid11 hadisə yerinə getmiş, çatdıqdan sonra isə binanın 18-ci mərtəbəsində yerləşən mənzillərin içərəsindəki əşyalarla birlikdə partlayışın təsirinə məruz qaldığını, kürəkəni X6 isə öldüyünü bildirmişdir. 06 yanvar 2023-cü il tarixdə partlayış baş vermiş binaya getmiş, bu zaman binanın 18-ci mərtəbəsində yerləşən özünə məxsus mənzilin, həmin mərtəbədə olan digər mənzillərin, eləcə də binanın bəzi hissələrinin partlayışın təsirinə məruz qaldığını görmüşdür. Qeyd olunan mənzili "xxxx" Mənzil-Tikinti Kooporativindən 2007-ci il tarixli müqavilə əsasında almış və həmin mənzil özünə məxsusdur. Daimi Quba rayonunda yaşadığı üçün müvəqqəti olaraq ara-sıra qeyd olunan mənzilə gedib gəlmişdir. Həmin mənzili 2009-cu il tarixdə təmir etmiş, lakin orada yaşamamışdır. 2022-ci ilin təxminən oktyabr ayında kürəkəni Məhəmməd Babayevin mənzilin mətbəx otağını eyvana keçirmiş, mətbəx otağını isə dəhliz sahəsi kimi istifadə etmişdir. Buna baxmayaraq, əvvəllər mətbəx otağı, hadisə ərəfəsində isə dəhliz sahəsi kimi istifadə olunmuş otağa çəkilmiş polad borudan olan qaz xəttinin sonluğuna parça material yerləşdirərək xətti əvvəlki yerində saxlamış və sonluğuna tıxac bağlamamışdır. 30 dekabr 2022-ci ildə kürəkəni Məhəmməd Babayev və qızı Rövşanə Babayeva ilə birlikdə Quba rayonu, 2-ci Nügədi kəndinə getmiş, lakin kürəkəni Məhəmməd Babayev 31 dekabr 2023-cü il tarixdə işləri ilə əlaqədar Bakı şəhərinə qayıtmış, 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində isə yaşadığı mənzilin hamam otağında yuyunmuşdur. Kürəkəni Məhəmmədin əvvəlki istifadə edilmiş və açıq vəziyyətdə saxlanılmış qaz xəttinin üzərində olan ventilin açması inandırıcı deyil, belə ki Məhəmməd ümumi istifadədə olan ventillərlə həmin xəttin üzərində olan ventili səhv salması mümkün deyildir. Həmçinin Məhəmməd partlayışdan 10-15 dəqiqə əvvələ qədər ailəsi və dostları ilə telefon vasitəsi ilə danışdığından, həmin müddət ərzində mənzilə məlum partlayışa səbəb ola biləcək həcmdə qaz kütləsinin dolması və bunu sonuncunun hiss etməməsi qeyri mümkün idi. Əvvəllər qızı Rövşanə ona mənzilin hamam otağından qəribə qoxunun gəldiyini, bu qoxunun dayısının da hiss etdiyini ona demişdir. İstintaqa verdiyi əvvəlki ifadələrini inkar etməsinin səbəbi həmin vaxt hadisənin təsirindən gərgin psixoloji vəziyyətdə olması olmuşdur.Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, oğlu Məhəmməd Babayev 2022-ci ildə Rövşanə Babayeva ilə evləndikdən sonra Rövşanə Babayevanın atası Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanda yerləşən 396 nömrəli mənzilə köçərək, orada yaşamışdır. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində oğlu Məhəmməd Babayev gəlini Rövşanə Babayevaya zəng edərək növbədən çıxdığı üçün yatdığını və hamama girəcəyini bildirmişdir. Həmin gün, saat 17 radələrində qudası Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng edərək binada partlayış baş verdiyini bildirmişdir. Bu səbəbdən Bakı şəhərinə getmiş, çatdıqda hadisə nəticəsində oğlu Məhəmməd Babayevin öldüyünü bilmişdir. Bir neçə gün sonra hadisə yerinə getmiş, bu zaman binanın 18-ci mərtəbəsində yerləşən mənzillərin, eləcə də binanın liftinin şaxtasının partlayışın təsirinə məruz qaldığını görmüşdür. Partlayış baş vermiş mənzil qudası Təqsirləndirilən şəxs məxsusdur. Baş vermiş partlayış hadisəsinin səbəb və şəraiti barədə məlumatı yoxdur. O, Fövqəladə Hallar Nazirliyi, qaz idarəsi və MTK-dan şikayətçidir. Baş vermiş hadisə binanın hansısa hissəsindən sızan qazdan qaynağlanmışdır. Həmin gün saat 15:00-a qədər oğlu evdə yatmış, daha sonra oyanaraq 15:46-ya qədər arvadı və anası ilə danışmış, partlayış 15:54-də baş vermişdir. xx.xx.2022-ci il tarixdən binan 1-ci mərtəbəsində yerləşən aptekdə işləyən qızlar qaz qoxusu hiss etdikləri barədə binanın komendantına şikayət etmişlər. Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan hər-hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayından arvadı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 399 nömrəli mənzildə yaşayır və həmin mənzil ona məxsusdur. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində arvadı Şahid2 ilə mənzildə olduğu zaman partlayış baş vermiş, nəticədə yaşadığı mənzilin divarları üzərinə aşmışdır. Dağıntıların altından çıxaraq arvadı Şahid2 ilə birlikdə yaşadığı mənzildən çıxmış, bu zaman arvadı Şahid2 sinə və qol nahiyyələrindən kəsik xəsarətləri almışdır. Binanın həyətinə çıxdıqdan sonra arvadı Şahid2 hadisə yerində olan təcili-tibbi yardım avtomobili ilə 1 saylı Bakı şəhər kliniki xəstəxanasına aparılmışdır. Hadisə yerində olduğu zaman bilmişdir ki, partlayış nəticəsində 396 nömrəli mənzilin sakini Məhəmməd Babayev ölmüşdür. Qeyd olunan 396 nömrəli mənzil Təqsirləndirilən şəxs məxsusdur. O, hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədə heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs məxsus mənzildə qaz sayğacının üzərindəki göstərici 24 kub olmuşdur. Hadisədən əvvəl yaşadığı binain blokundan qaz iyi gəlmiş, bu halın şahidi qonşular da olmuşdur. O, hesab edir ki, partlayış binanın liftin şaxtasına qaz sızması nəticəsində baş vermişdir. Çünki hadisədən 1-2 ay əvvəl binanın 10-cu mərtəbəsindən sonra liftdən kəskin qaz qoxusu gəlmişdir. O, təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 397 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır və həmin mənzil ona məxsusdur. 02 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində ailəsi ilə birlikdə yaşadıqları evdən çıxaraq şəxsi işlərinin arxası ilə getmişdir. Təxminən bir saat sonra qardaşı ona zəng edərək yaşadığı evdə partlayış olduğunu bildirmişdir. Bundan sonra o, əri ilə birlikdə yaşadıqları binanın həyətinə getmişdir. Bir müddət sonra əri ilə birlikdə yaşadığı mənzilə qalxmış və 18-ci mərtəbənin tanınmaz halda olduğunu görmüşdür. Baş vermiş hadisə nəticəsində yaşadıqları mənzil tam yararsız hala düşmüş və ona ümumilikdə 170.721 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə mülki iddia təqdim edərək ona vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 35 nömrəli mənzil arvadına məxsusdur, lakin onlar orada yaşamırlar. Hadisə ilə bağlı onun və arvadı Könülün heç bir məlumatı yoxdur, sadəcə hadisədən sonra həmin binada partlayış baş verdiyini bilmiş, nədən və necə baş verməsi ilə bağlı məlumatları yoxdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar, cəzalandırılmasını tələb etmirlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2011-ci ildən qızı Şahid7 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzil özünə məxsusdur. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində binanın komendant köməçkisi vəzifəsində işləyən Sahil adlı şəxs istifadəsində olan mobil telefonuna zəng edərək, yaşadığı binanın 18-ci mərtəbəsində partlayış baş verdiyini bildirmişdir. Dərhal qeyd olunan ünvana getmiş və 18-ci mərtəbəyə qalxmışdır. Bu zaman 18-ci mərtəbədə yerləşən, özünə məxsus 394 nömrəli mənzilin, həmin mərtəbədə olan digər mənzillərin, eləcə də binanın şaxtasının partlayışın təsirinə məruz qaldığını görmüşdür. O, qeyd edilən mənzildə yaşadığı müddət ərzində qaz qoxusunun gəlməsini hiss etməmiş, lakin onlara qonaq kimi gələn şəxslər liftdən qaz qoxusunun gəldiyini demişdir. Məhkəməyə mülki iddia təqdim edərək ona vurulmuş 26.303,61 qəpik zərərin ödənilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını, dəyən ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “Mercedes-Benz C-Class” markalı, **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs10 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, dəyən ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “Hyundai Elantra” markalı, **-MP-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs15 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, dəyən ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “Lexus GX 460” markalı **-OP-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, dəyən ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “Deawoo Nexia” markalı, **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, dəyən ziyanın ödənildiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “Opel Corsa” markalı **-KB-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs12 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, onunla barışdığını və cəzalanmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. O yeni illə bağlı rayona getmiş və xx.xx.2023-cü il tarixdə bilmişdir ki, yaşadığı binanın 18-ci mərtəbəsində partlayış baş vermişdir. Baş vermiş partlayış nəticəsində mənzilinə ziyan dəymiş, lakin onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. O həmin binadan hadisədən əvvəl arabir qaz qoxusunun gəlməsini hiss etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın həyətində özünə məxsus “X27” markalı, **-GK-*** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış və xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində avtomobilinə zərər dəymişdir. Zərərçəkmiş şəxs14 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, onunla barışdığını və cəzalanmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində mənzilinə 179 manat dəyərində zərər dəymişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, "xxxx" Mənzil-Tikinti Kooporativinin sədri vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman "xxxx" Mənzil-Tikinti Kooporativinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın komendantı Şahid1 istifadəsində olan mobil telefona zəng edərək binanın 18-ci mərtəbəsində partlayış baş verdiyini və 396 nömrəli mənzilin sakini X6 öldüyünü bildirmişdir. 03 fevral 2023-cü il tarixdə hadisə yerinə getmiş, çatdıqda binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də, binanın lift şaxtasının partlayışın təsirinə məruz qaldığını bilmişdir. 03 yanvar 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə 396 nömrəli mənzilin, o cümlədən 18-ci mərtəbədə yerləşən digər mənzillərin daxili qaz xətlərinə, qaz qurğu cihazlarına, binanın ümumi qaz xətlərinə və şaxtasına baxış keçirilmişdir. Baxış zamanı 396 nömrəli mənzilin əvvəllər mətbəx otağı kimi istifadə olunmuş otağına çəkilmiş polad borudan olan qaz xəttinin sonluğunun açıq vəziyyətdə olduğu, sonluğuna tıxac vurulmadan yalnız parça materialın yerləşdirildiyi və həmin qaz xəttinin sonluğundan da qaz sızması aşkarlanmışdır. Digər mənzillərin daxili qaz xətlərində, binanın ümumi xətlərində və şaxtasında heç bir sızma aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində mənzilinə zərər dəymişdir. Yaqubov X16 Kəlbəliyevə qarşı heç bir şikayəti olmadığını, onunla barışdığını və cəzalanmasını tələb etmədiyini bildirmişdir. Hadisədən sonra binada 4 dəfə qaz qoxusu gəldiyi üçün qaynar xətt müraciət etmiş, həmin qaz qoxusunu binanın birinci mərtəbəsində və yaşadığı 17-ci mərtəbədə hiss etmişdir. yaşadığı binada texniki-təhlükəsizlik qaydalarına riayət edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində mənzilinə zərər dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, sonuncunun bu cinayəti törətməkdə təqsirinin olmasını düşünmədiyini bildirmişdir. Hadisədən bir ay əvvəl binadan qaz iyi gəlmiş, bu barədə MTKa rəhbərliyinə sakinlər tərəfindən məlumat verilmişdir. O və arvadı bu yaxınlarda, təxminən 2-3 həftə əvvəl binanı birinci mərtəbəsindən qaz qoxusu gəlmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional qazın satışı departamentinin Binəqədi rayonu üzrə satış şöbəsinin mühəndisi vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində partlayış baş verdiyini öyrənmiş və ertəsi gün idarənin əməkdaşları ilə hadisə yerinə getmişdir. O, binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də binanın lift şaxtasının partlayışın təsirinə məruz qaldığını görmüşdür. Həmin gün, binanın mənzillərində olan qaz sayğacları yoxlanılmış və qaz sızması olan mənzillər barədə “104” xidmətinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional qazın satışı departamentinin Binəqədi rayonu üzrə satış şöbəsinin çilingəri vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində partlayış baş verdiyini öyrənmiş və ertəsi gün idarənin əməkdaşları ilə hadisə yerinə getmişdir. O, binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də binanın lift şaxtasının partlayışın təsirinə məruz qaldığını görmüşdür. Həmin gün, binaya qazın təchizatının dayandırmış, 2016-cı ildən sonra onlar mənzil daxili qaz xətlərinə heç bir baxış keçirməmiş, onların vəzifə səlahiyyəti yalnız sayğaca qədər qaz xəttinə vizual baxış keçirərək sayğacın göstəricilərini müəyyən etməkdən ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Azəriqaz” İstehsalat Birliyinin Bakı regional qazın istismarı departamentinin Binəqədi rayonu üzrə texniki, istismar şöbəsinin rəisi vəzifəsində işləyir. 02 yanvar 2023cü il tarixdə 104 çağrı mərkəzindən istifadəsində olan mobil telefona zəng edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində partlayış baş verdiyi barədə məlumat vermişlər. Bu səbəbdən dərhal hadisə yerinə getmiş, çatdıqda partlayış nəticəsində binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də binanın liftinin şaxtasının partlayışın təsirinə məruz qaldığını, 396 nömrəli mənzilin sakini Məhəmməd Babayevin isə öldüyü barədə məlumatı olmuşdur. Bundan sonra təhülkəsizlik tədbiri olaraq binaya qazın verilişi tərəflərindən dayandırılmışdır. 03 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində hadisə yerinə getmiş, binanın qarşısında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının olduqlarını görmüşdür. Həmin gün hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar zərurət yarandığından partlayış baş vermiş 4-cü blokun ümumi qaz xətlərinə qazın verilişini bərpa etmişdir. Daha sonra 396 nömrəli mənzilə, o cümlədən 18-ci mərtəbədə yerləşən digər mənzillərin daxili qaz xətlərinə, qaz qurğu cihazlarına, binanın ümumi qaz xətlərinə və şaxtasına baxış keçirilmiş, qaz xətlərinin birləşmə yerləri yoxlanılmışdır. Baxış zamanı 396 nömrəli mənzilin daxilinə çəkilmiş qaz xəttinin sonluğunun açıq vəziyyətdə olduğu və sonluğuna tıxac vurulmadan yalnız parça materialın yerləşdirildiyi, həmin qaz xəttinin sonluğundan da qaz sızması aşkarlanmışdır. Bundan başqa digər mənzillərin daxili qaz xətlərində, eləcə də binanın ümumi xətlərində heç bir sızma aşkar edilməmişdir. 03 yanvar 2023-cü il tarixdən təxminən 10 yanvar 2023-cü il tarixədək “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakları ilə qeyd olunan Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binada olan bütün mənzillərə baxış keçirilmiş və daxili qaz xətləri yoxlanılmışdır. Baxış zamanı heç bir mənzildə qaz sızması aşkarlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” İB-nin Bakı Regional Qazın İstismarı Departamentinin baş mühəndisi vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində partlayış baş verdiyi barədə məlumat almışdır. Bu səbəbdən dərhal hadisə yerinə getmiş, çatdıqda partlayış nəticəsində binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də binanın liftinin şaxtasının partlayışın təsirinə məruz qaldığını, bir nəfərin isə öldüyü barədə məlumatı olmuşdur. Bundan sonra təhülkəsizlik tədbiri olaraq binaya qazın verilişi tərəflərindən dayandırılmışdır. 03 yanvar 2023-cü il tarixdə hadisə yerinə getmiş, müvafiq qramların əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı 396 nömrəli mənzilin daxilinə çəkilmiş qaz xəttinin sonluğunun açıq vəziyyətdə olduğu və sonluğuna tıxac vurulmadan yalnız parça materialın yerləşdirildiyi, həmin qaz xəttinin sonluğundan da qaz sızması aşkarlanmışdır. Bundan başqa digər mənzillərin daxili qaz xətlərində, eləcə də binanın ümumi xətlərində heç bir sızma aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” İB-nin Bakı Regional Qazın İstismarı Departamentinin Binəqədi rayonu üzrə texniki-istismar xidmətinin böyük mühəndisi vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binada partlayış baş verdiyi barədə məlumat almışdır. Bu səbəbdən həmin hadisə yerinə getmiş, çatdıqda partlayış nəticəsində binanın 18-ci mərtəbəsində olan mənzillərin partlayışın təsirinə məruz qaldığını, bir nəfərin isə öldüyü barədə məlumat əldə etmişdir. Həmin güm hadisə yerinə buraxılmamış, ertəsi gün hadisə yerində olmuş, bir-neçə mənzildə qaz sızması müəyyən edilərək sızma aradan qaldırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” İB-nin Bakı Regional Qazın İstismarı Departamentinin Binəqədi rayonu üzrə texniki-istismar xidmətinin çilingəri vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binada partlayış baş verməsini sonradan öyrənmişdir. Hadisənin ertəsi günü hadisə yerinə getmiş, lakin partlayışın baş verdiyi mənzildə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı regional mərkəzinin piyada qrupunun rəhbəri vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən istifadəsində olan mobil telefona zəng edilərək Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində partlayış baş verdiyi barədə məlumat vermişlər. Bu səbəbdən, dərhal hadisə yerinə getmiş, çatdıqda partlayış zamanı binanın 18-ci mərtəbəsində olan mənzillərin, eləcə də binanın lift şaxtasının partlayışın təsirinə məruz qaldığı, bir nəfərin isə öldüyü barədə məlumatı olmuşdur. 03 yanvar 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakları ilə 396 nömrəli mənzilə, o cümlədən 18-ci mərtəbədə yerləşən digər mənzillərin daxili qaz xətlərinə, qaz qurğu cihazlarına, binanın ümumi qaz xətlərinə və şaxtasına baxış keçirilmiş, qaz xətlərinin birləşmə yerləri yoxlanılmışdır. Baxış zamanı 396 nömrəli mənzilin əvvəllər mətbəx otağı, hal-hazırda dəhliz sahəsi kimi istifadə olunmuş otağına çəkilmiş qaz xəttinin sonluğunun açıq vəziyyətdə olduğu, sonluğuna tıxac vurulmadan yalnız parça materialın yerləşdirildiyi və həmin qaz xəttinin sonluğundan 50-100 vol dərəcədə qaz sızması aşkarlanmışdır. Digər mənzillərin daxili qaz xətləri, binanın ümumi xətləri, binanın zirzəmi sahəsi və ətrafı qazanalizator cihazı ilə tam olaraq yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional qazın satışı departamentinin Binəqədi rayonu üzrə satış şöbəsinin rəis müavini vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binada partlayış baş verməsini öyrənmişdir. Səhəri günü hadisə baş verən binaya getmişdir. Lakin partlayışın baş verdiyi mənzildə olmamış və hadisənin hansı səbəbdən baş verçməsi ilə bağlı onda hər hansı bir məlumat olmamışdır. Sayğaclara 3 ildən bir baxış keçirilmiş, qalan hallarda vətəndaş müraciətindən sonra qaz sayğaclarının yoxlanışı həyata keçirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında Məhəmməd Babayevlə evləndikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən, atası Təqsirləndirilən şəxs məxsus 396 nömrəli mənzildə yaşamışdır. 30 dekabr 2022-ci il tarixdə əri Məhəmməd Babayevlə birlikdə Quba rayonu, 2-ci Nügədi kəndinə getmiş, lakin əri Məhəmməd Babayev 31 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. 01 yanvar 2023-cü il tarixdə Məhəmməd Babayev işdə olmuş, yanvar ayının 2-si, saat 10 radələrində 396 nömrəli mənzilə getmişdir. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində istifadəsində olan telefon vasitəsi ilə Məhəmməd Babayevlə danışmış, Məhəmməd Babayev hamamda yuyunacağını bildirmişdir. Həmin tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 396 nömrəli mənzildə partlayış baş verdiyini eşitmiş, bu səbəbdən dərhal atası Təqsirləndirilən şəxslə Bakı şəhərinə getmişdir. Bundan sonra partlayış hadisəsi zamanı əri Məhəmməd Babayevin öldüyünü, binanın 18ci mərtəbəsində yerləşən 396 nömrəli mənzilin, eləcə də həmin mərtəbədə olan digər mənzillərin içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qaldığını bilmişdir. Qeyd edilən mənzildə əri Məhəmməd mətbəx otağının yerini dəyişərək eyvana keçirmişdir. Həmin işləri əri adının bilmədiyi usta ilə birlikdə etmişdir. Yerdəyişməni əri həmin evə köçüb yaşamazdan qabaq, yəni toylarından əvvəl etmişdir. Yoldaşı ağzı parça ilə bağlı olan qaz xəttindəki ventili açmamalı olduğunu bilmiş, onun belə bir səhv etmiş ola biləcəyinə inanmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından ünvan 7 ünvanda yaşayır. Həmin mənzil bacısı Arzu Kəlbəliyevanın əri Təqsirləndirilən şəxs məxsusdur. 2023-cü ilin təxminən oktyabr ayının sonlarından bacısı X2 Babayeva əri Məhəmməd Babayev ilə birlikdə qeyd olunan ünvanda yaşamışdır. 02 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində kürəkəni Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək binada partlayış baş verdiyini bildirmişdir. Dərhal qeyd olunan ünvana getmiş, çatdıqda, binanın həyətində yanğınsöndürən və təcili-tibbi yardım avtomobillərinin, eləcə də polis və hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğunu görmüşdür. Hadisə yerində olduğu zaman partlayışın binanın 18-ci mərtəbəsində olduğunu, partlayış nəticəsində isə Məhəmməd Babayevin öldüyünü bilmişdir. Həmin mənzildəki qaz xətti tanımadığı usta tərəfindən yeri dəyişdilmişdir. Lakin o, kimin etməsini bilmir, bu onun təxminidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın komendantı vəzifəsində işləyir. 02 yanvar 2022-ci il tarixdə köməkçisi Şahid12 istifadəsində olan mobil telefona ona zəng edərək binanın 18-ci mərtəbəsində partlayış baş verdiyini və 396 nömrəli mənzilin sakini X6 öldüyünü bildirmişdir. Qısa müddət sonra hadisə yerinə çatmış, bu zaman binanın həyətində yanğınsöndürən və təcili-tibbi yardım avtomobillərinin, eləcə də polis və hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğunu görmüşdür. Daha sonra 18-ci mərtəbəyə qalxmış, həmin mərtəbədə olan 6 mənzilin eləcə də, binanın liftinin şaxtasının partlayışın təsirinə məruz qaldığını görmüşdür. 03 yanvar 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, “Azəriqaz” İstehsalat Birliyinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakları ilə 396 nömrəli mənzilin, o cümlədən 18-ci mərtəbədə yerləşən digər mənzillərin daxili qaz xətlərinə, qaz qurğu cihazlarına, binanın ümumi qaz xətlərinə və şaxtasına baxış keçirmişlər. Hadisədən təxminən 20 gün əvvəl bianın birinci mərtəbəsində yerləşən aptekdə işləyən şəxslər qaz qoxusunun gəlməsi ilə bağlı şikayət etmişdir. Şikayət araşdırarkən həmin qoxunun qaz qoxusu olması müəyyən edilməmiş, naqillərin əlavə yüklənmə nəticəsində qızmasında yaranması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2011-ci ildən anası Zərərçəkmiş şəxs3 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzil anası Zərərçəkmiş şəxs3 məxsusdur. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində mənzildə olduğu zaman partlayış baş vermiş, nəticədə ayaq və qol nahiyyələrindən kəsik xəsarəti almışdır. Hadisə nəticəsində yaşadığı mənzil, həmin mərtəbədə olan digər mənzillər, eləcə də binanın lift şaxtası partlayışın təsirinə məruz qalmışdır. Dərhal binanın həyətinə çıxmış, bu zaman hadisə yerində olan təcili-tibbi yardım əməkdaşları tərəfindən yerində ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın birinci mərtəbəsindəki aptekdə satıcı kimi işləyir. 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində işdə olan zaman partlayış səsi eşidib binanın həyətinə çıxmış və yerdə meyit olduğunu görmüşdür. Təxminən dekabrın 25-26-sı işdə olan zaman yanıq qoxusu gəlməsini hiss edib binanın komendantına məlumat vermişdir. Kondisioner dəyişdikdən sonra həmin qoxu itmişdir. Binadan əvvəllər qaz qoxusunun gəlməsindən şikayətlərin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, o, "xxxx" Mənzil-Tikinti Kooporativində xadiməçi kimi təxminən 6 ildir işləyir. Partlayış zamanı o iş yerində olmamışdır. Belə ki, o, həmin tarixdə 13 radələrində yaşadığı evə getmişdir. Hadisənin baş vermə səbəbini sonradan bilmiş, hadisədən əvvəl binada qaz qoxusunun gəlməsi ilə bağlı sakinlərin şikayətçi olmasını eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, o, "xxxx" Mənzil-Tikinti Kooporativində komendant köməkçisi kimi təxminən 2014-cü ildən işləyir. O, işləməyə başlayana kimi Əlibaba Kərbəliyevin evi təmir olunmuşdur. Partlayış zamanı o iş yerində olmamışdır. Hadisənin baş vermə səbəbini sonradan bilmiş, hadisədən əvvəl binada qaz qoxusunun gəlməsi ilə bağlı sakinlərin şikayətçi olmasını eşitməmişdir. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti vəzifəsində işləyir. Mərkəzinin 3-16-16/2-10/2176 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəmənin qərarı əsasında onun tərəfindən verilmişdir. Rəydə o, o nəticə gəlmişdir ki, təqdim edilmiş cinayət işi materiallarında olan 03 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında protokol”da olan məlumatlardanda göründüyü kimi, ünvan 8 ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində olan 396 nömrəli mənzilin dəhlizinə daxil olduqda üzbəüz divarın uzaq sol künc hissəsində yerləşən sonluğu tıxacla bağlanmamış istifadəsiz (hər hansı cihaza birləşdirilməmiş) qaz xəttində "xxxx" QSC-nin nümayəndəsi tərəfindən “Sensit” qold markalı qaz analizatoru cihazı ilə ölçmə aparılmış və 50-100 vol səviyyəsində qaz sızması müəyyən edilmişdir. Binanın həmin girişinin lift şaxtasında qaz sızması aşkar edilməmişdir. Həmin hissədə dağılmalar baş vermiş partlayış zamanı zərb dalğasının təsirindən yaranmışdır. Qərarın 3-cü və 5-ci suallarında göstərilən məsələlərin həlli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsindən kənardır. Binəqədi rayonu Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində olan 396 nömrəli mənzilin daxilində qaz sızması nəticəsində baş verən partlayışın təsirindən mənzilin qeyd olunan 10-15 kv.m aynabəndinin tam dağılması nəticəsində partlayışın təsiri açıq hava ilə birbaşa təmas olduğu şəraitdə həmin partlayışın təsirindən digər dağıntılar və 18 mərtəbəli binanın lift şaxtasının qapıları deformasiyaya uğraya bilərdi. Partlayışın baş verdiyi mənzilin əhatə dairəsinin neçə kub.m tutuma malik olması və həmin ərazinin qaz sızmasından partlaması üçün neçə kub.m qaza ehtiyac olması, eymni zamanda baş vermiş partlayışa səbəb olan qaz kütləsi açıq vəziyyətdə olan diametri 15 mm olan borudan hansı müddət ərzində çımalı olması barədə suallar bu səbəbdən mütəxəssis və aidiyyəti metodik vasitə olmaması səbəbindən müəyyən edilə və onun tərəfindən cavablandırıla bilməmişdir. Ekspert partlayışdan sonra hadisə yerində olarkən qaz xəttinin üzərində ventilin açıq olduğu, sonluğu açıq olan xəttin parça ilə tutulduğunu müəyyən etmişdir. Parça qaz sızmasının qarşısını qismən alır. Mərhumun hansı otaqda olması barədə dəqiq məlumat olmadığından sonuncunun qaz qoxusunu hiss edib etməsini müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə sızan qaz bir otağın tam həcmini tutmadan digər otağa yayılması mümkün deyildir. O həmçinin ifadəsində göstərmişdir ki, otağa qaz kütləsi dolduğu zaman ani bir qığılcım partlayışa səbəb olur. Ani qığılcım dedikdə yalınız alışqanın və ya dördgöz qazın yandırılması deyil, hər hansı bir yun materialdan olan köynəyin əyindən çıxarılması zamanı baş vermiş ani elektriklənmə də başa düşülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə CM-in 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 1 ünvanda, 18 mərtəbəli binanın 18-ci mərtəbəsidir. 18-ci mərtəbədə yerləşən 396 nömrəli mənzilə baxış zamanı qaz xəttinin eyvandan polad boru vasitəsilə otağın döşəməsinin kənarı ilə aparılaraq mənzilin daxilinə çəkilmiş, həmin qaz xəttinin sonluğuna bir ədəd dirsək bağlanmış, dirsəyin sonluğunun isə açıq vəziyyətdə olmaqla içərisində parça materialların qaldığı aşkar edilmişdir. Mənzilin eyvanına baxış keçirilərkən eyvanda yerləşən qaz sayğacının ümumi nəzarət ventilinin və mənzilin daxilinə çəkilmiş, sonluğu açıq vəziyyətdə olan qaz xəttinin üzərində olan ventilinin açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 meyitinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, meyit qara rəngdə sintetik materialdan hazırlanmış, zəncirbəndlə təsbit olunan xüsusi kisədə təşrih masası üzərində uzadılmışdır. Kisə açıldıqda aydın oldu ki, meyit paltarsızdır, döş qəfəsi nahiyəsində əksərən yanıb-itmiş ağ rəngdə mayka hissəsi müəyyən edilir. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 176 sm-dir. Əllə toxunduqda meyitin ətraflarının dərisi soyuqdur, bütün bədən səthinin dəri epidermisi yüksək hərarətin təsirindən yanıb-itmiş, hissəvi olaraq saxlanılmış nahiyələrdə epidermis qatı alt yumşaq toxumalardan qopub ayrılaraq bəzi nahiyələrdə qatlanmış, yumaq şəklində büzüşmüş, sərbəst kənarları qismən sərtləşmişdir. Epidermis qatı saxlanılmış nahiyələrdə dəri avazımış-boz rəngdə, epidermis qatı soyulmuş nahiyələrdə al-qırmızı rəngdədir, qoltuqaltı, qarınüstü, qasıq nahiyələrində istihaldır. Meyit qacıması çeynəmə qrup əzələlərində mülayim inkişaf etmiş, yuxarı və aşağı ətraf əzələlərində inkişaf etmək üzrədir. Yüksək hərarətin güclü təsiri fonunda meyit ləkələri təyin edilmir. Meyitin başı deformasiyalıdır, Baş tükləri əksərən yanmış, tüklər saxlanılmış nahiyələrdə kəskin ütülmüşdür. Vizual olaraq sifəti adi görünümdədir, sifətin dəri epidermisi əksərən soyulmuş qaş tükləri tamamilə yanıb itmişdir. Qulaq seyvanları yerindədir, tamdır, oval şəkillidir, yüksək hərarətin təsirindən dəri epidermisi alt yumşaq toxumalardan qopub-ayrılmış, soyulmuşdur. Əllədikdə üz skeleti sümüklərində patoloji hərəkətlilik müəyyən edilmədi, burun sümüklər, almacıq və əng sümükləri, çənə sümüyü tamdır, sınıq yoxdur, burun dəliklərindən az miqdarda duru halda qan ifrazı vardır. Gözləri açıqdır, bəbəklər dairəvidir, Dil ağız boşluğunda diş cərgəsi arxasında sərbəst yerləşmişdir. Ağzında görünən bütün dişləri yerindədir, təbii və tamdır. Qarının ön divarı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə az elastikdir. Xarici cinsiyyət üzvləri kişi tipinə müvafiq düzgün formalaşmışdır, kişi xarici cinsiyyət üzvü tamdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti Tural Süleymanovun iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 1 ünvanda, 18 mərtəbəli binanın 18-ci mərtəbəsidir. “Azəriqaz” İB-nin nümayəndəsi Şahid6 iştirakı ilə 396 nömrəli mənzilə qazın verilişi bərpa edildikdən sonra polad boru ilə çəkilmiş qaz xəttinin üzərindəki işçi kranı açıq vəziyyətinə gətirilmiş və boru hər hansı tıxacla bağlanmamış, parça material doldurulmuş sonluğundakı hissəsindən fışıltı ilə davamlı olaraq qaz sızdığı müəyyən edilmişdir. Baxışda iştirak edən "xxxx" QSC-nin nümayəndəsi Şahid14 tərəfindən “Sensit-Gold” markalı qazanalizator cihazı ilə ölçmə aparıldıqda 50-100 vol səviyyəsində qaz sızmasının olduğu müəyyən edilmişdir. Baxış zamanı 18-ci mərtəbədə yerləşən bütün mənzillərin daxili qaz xətləri, qaz qurğu cihazları, binanın ümumi qaz xətləri, şaxtası, zirzəmi sahəsi və havalandırma sistemi “Azəriqaz” İB-nin və "xxxx" QSC-nin əməkdaşlarının iştirakı ilə qaz analizator cihazı ilə yoxlanılmış və hər hansı qaz sızması aşkar edilməmişdir xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “CD” diskinə baxışın keçirilməsi barədə protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında, 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 396 nömrəli mənzilin daxilinə çəkilmiş sonluğu açıq vəziyyətdə olan qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq saxlanıldığı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qaz xəttinin sonluğu açıq qalmış hissəsinin qaz analizator cihazı ilə yoxlanıldığı, bu zaman sonluğunda parça material olduğu halda belə qaz xəttinin sonluğundan 100 VOL dərəcəli qaz sızması olduğu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin tənzimləmə Agentliyinin 3-15-2/2-61/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin ləğv edilmiş X26 idarəsinin müvafiq qeydiyyat kitablarına görə "xxxx" Mənzil-Tikinti Kooporativinə məxsus, 518 mənzildən ibarət olan və ünvanı ünvan 9lməklə partlayış baş vermiş yaşayış binasının 2-33-08 nömrəli qazlaşdırma layihəsi 18 iyul 2013-cü il tarixdə razılaşdırılmış, yaşayış binasının qaz təsərrüfatı isə qaz paylayıcısının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə 06 sentyabr 2013-cü il tarixdə istismara qəbul edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin 25 yanvar 2023-cü il tarixli, 14-2-2/2-325/2023, nömrəli, 06 fevral 2023-cü il tarixli, 14-2-2-3/2-150/2023 nömrəli və 10 mart 2023-cü il tarixli, 14-2-2/2-1151/2023 nömrəli məktublarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında "xxxx" Mənzil-Tikinti Kooporativinə məxsus binanın yerləşdiyi ərazidə qaz təchizatında heç bir fasilə və qazın verilişində artıb-azalma halları qeydə alınmamışdır. Qeyd olunan ərazidə "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan yeraltı və yerüstü qaz kəmərləri mövcud deyil. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ərazisindən 23 dekabr 2022-ci il tarixdən 2 yanvar 2023-cü il tarixədək “Azəriqaz” İstehsalat Birliyinin “Qəza Çağrı” Xidmətinə qaz sızması ilə bağlı müraciət daxil olmamışdır. 9 dekabr 2022-ci il tarixli, AKX-04984xx/xx-2022 nömrəli qazınalqı satqısı barədə müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında, 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 396 nömrəli mənzildə abonent olaraq Təqsirləndirilən şəxs qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 3/50 nömrəli trasoloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən iki ədəd borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik trasoloji iz və zədə yoxdur. Təqdim edilən “2” rəqəmi ilə işarələnmiş borunun üçlük olan sahəsində aralanma müşahidə olunur, lakin borunun üçlük olan hissəsində tamlığın pozulmasına, həmçinin üçlüyün açılmasına dəlalət edən iz və zədələr olmadığından yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi “Publik hüquqi şəxsi”nin Binəqədi rayon şöbəsinin 02 yanvar 2023-cü il tarixli, 01 saylı rəyindən görünür ki, X1 meyitinin üzərində aşkar edilmiş xəsarətlər iki qrupa bölünürlər: “a” – ümumi bədən səthinin 90-95%-ni əhatə edən 1-11 dərəcəli termiki alov yanığı; “b” – baş beyin toxumasının əzilib-dağılması, beynin yumşaq qişası altına və beyin toxumasına qansızmalar kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ İ-İİ-İİİ- İV- V-Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuqaltı xətt üzrə qapalı, sol İİ-İİİ-İV-V-Vİ qabırğaların ön qoltuqaltı xətt üzrə açıq yerdəyişmiş sınıqları, hər iki ağciyərin kontuziyası və çoxsaylı cırılmaları, qaraciyərin, dalağın, sağ böyrəyin çoxsaylı cırılmaları ilə müşayiət olunan döş qəfəsinin və qarının küt travması, İ-İİ-İİİ bel fəqərələri cisimlərinin açıq yerdəyişmiş sınıqları sol bazu oynağı sümüklərinin oynaq daxili sol bazu sümüyünün yuxarı sağ bazu sümüyünün orta sağ said sümüklərinin yuxarı sağ və sol bud sümüyünün orta və aşağı 1/3-nin hər iki diz oynağı sümüklərinin oynaq daxili, sağ və sol baldır sümüklərinin yuxarı və hər iki baldır sümüklərinin aşağı 1/3-nin qapalı sol baldır sümüklərinin orta-aşağı 1/3nin açıq yerdəyişmiş çox qəlpəli sınıqları, kəskin daxili və xarici qan itirmə başın, döş qəfəsinin arxa və bel nahiyəsinin arxa sağ-yan səthlərinin, sağ və sol bud-canaq oynağı nahiyəsinin, ətrafların yumşaq toxumalarının çoxsaylı geniş ölçülü əzilmiş-cırılmış yaraları hemotravmatik şok “a” – bəndində göstərilmiş bədən xəsarətləri yüksək hərarətin (alovun) təsirindən, “b” – bəndində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 2 yanvar 2023-cü il tarixdə yanğınla müşayiət olunan qaz partlayışı sonucu törənmiş “zərbə dalğası” təsirindən bədənin hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən bayıra “atılaraq” yerə düşməsi və gövdənin bərk (sərt) örtüyə zərblə çırpılması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb qeyd olunan hadisə nəticəsində törənmiş, həyatla bir araya sığmayan travma kompleksi yüksək hərarətin-təsirindən törənmiş termiki yanıqlar və çoxsaylı xəsarətlər nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, M.E.Babayevin ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-5 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. “Azəriqaz” İstehsalat Birliyinin 10 mart 2023-cü il tarixli, 14-2-2/2-1151/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ərazisindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Azəriqaz” İstehsalat Birliyinin “Qəza Çağrı” xidmətinə qaz sızması barədə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi “Publik hüquqi şəxsi”nin Binəqədi rayon şöbəsinin 11 mart 2023-cü il tarixli, 330 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthinin sağ yuxarı yarısında körpücükaltı nahiyəni və sağ süd vəzinin bayır yarısının sıyrıqları sağ bazunun yuxarı 1/3-nin bayır, sol diz oynağının və baldırın yuxarı 1/3-nin ön-iç səthlərinin cərrahi tikiş izli çapıq toxumaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 2 yanvar 2023-cü il tarixdə yanğınla müşayiət olunan qaz partlayışı nəticəsində törənmiş “zərbə dalğası” təsirindən gövdənin qeyd olunan nahiyyələrinin evdəki bərk (sərt) əşyalara zərblə çırpılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 9/98 nömrəli əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, X4 məxsus 414 nömrəli mənzildə yararsız hala düşmüş 1 adda əşya üzrə 700 manat, Təqsirləndirilən şəxs məxsus 396 nömrəli mənzildə yararsız hala düşmüş 25 əşya üzrə 6980 manat, Zərərçəkmiş şəxs5 məxsus 397 nömrəli mənzildə yararsız hala düşmüş 38 adda əşya üzrə 12340 manat, Zərərçəkmiş şəxs3 məxsus 394 nömrəli mənzildə yararsız hala düşmüş 3 adda əşya üzrə 1800 manat, Zərərçəkmiş şəxs2 məxsus 395 nömrəli mənzildə yararsız hala düşmüş 2 adda əşya üzrə 330 manat, Zərərçəkmiş şəxs1 məxsus 399 nömrəli mənzildə yararsız hala düşmüş 23 adda əşya üzrə 8600 manat, Zərərçəkmiş şəxs4 Şirinbala oğluna məxsus 398 nömrəli mənzildə yararsız hala düşmüş 7 adda əşya üzrə 970 manat, Zərərçəkmiş şəxs11 məxsus “Daewoo Nexia” markalı, **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 10 adda ehtiyyat hissəsi və təmir xərci üzrə 1800 manat, Zərərçəkmiş şəxs10 məxsus “Mercedes C180” markalı, **-XP-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 8 adda ehtiyat hissəsi və təmir xərci üzrə 1120 manat, Zərərçəkmiş şəxs13 məxsus “BMW 728” markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 23 adda ehtiyat hissəsi və təmir xərci üzrə 3410 manat, Zərərçəkmiş şəxs14 məxsus “X27” markalı, **-KG-*** dövlət qeydiyyat nömrəli avtomobilə 3 adda ehtiyat hissəsi və təmir xərci üzrə 1750 manat, Zərərçəkmiş şəxs12 məxsus “Opel Corsa” markalı, **-KB-*** dövlət qeydiyyat nömrəli avtomobilə 8 adda ehtiyat hissəsi və təmir xərci üzrə 1520 manat, Zərərçəkmiş şəxs15 məxsus “Hyundai Elantra” markalı, **-MP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 23 adda ehtiyat hissəsi və təmir xərci üzrə 4713 manat, Zərərçəkmiş şəxs9 məxsus “Lexus GX460” markalı, **-OP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 12 adda ehtiyat hissəsi və təmir xərci üzrə 6559 manat, 71 qəpik təşkil etdiyi müəyyən olunur. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Azərdövlətsənaye” X15 mütəxəssisləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan 4A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş qaz partlayışı ilə bağlı binaya vizual baxış keçirilərək binanın qəzadan sonra əsaslı təmir işləri üçün yerinə yetirilməsi tələb olunan iş həcmiləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi “Azərdövlətsənaye” X15 Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan 4A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərə dəymiş zərərin lahiə-simeta sənədindən görünür ki, simeta dəyəri 156.034 manat, normativ əmək tutumu 5256.93 manat, əmək haqqı 22.917 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi “Publik hüquqi şəxsi”nin Binəqədi rayon şöbəsinin 12 aprel 2023-cü il tarixli, 650 saylı rəyindən görünür ki, X10 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər – “bədənin sağ tərəfində cırılmış yaralar” bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 2 yanvar 2023-cü il tarixdə yanğınla müşayiət olunan qaz partlayışı nəticəsində törənmiş “zərbə dalğası” təsirindən gövdənin qeyd olunan nahiyələrinə bərk küt əşyaların çırpılmasından əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 10/2412 nömrəli məhkəmə tikinti-texnki ekspertizası rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi “Azərdövlətsənayelahiyə” DLİ-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli smeta sənədlərinə əsasən, ünvan 1 ünvanda, 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 396 nömrəli mənzildə qaz sızmasından baş vermiş partlayış nəticədə 396 nömrəli mənzilə, həmin binada yerləşən digər mənzillərə və binanın şaxtasına dəymiş ziyanın ümumi dəyəri 156032,993 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1900 nömrəli məhkəmə yanğın-texnki ekspertizası rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın 18-ci mərtəbəsində baş vermiş partlayışın mənbəyi, binanın 396 nömrəli mənzilinin daxilində olmuşdur. Partlayış, mənzilin dəhlizinə daxil olduqda üzbəüz divarın uzaq sol künc hissəsində yerləşən sonluğu tıxacla bağlanmamış istifadəsiz (hər hansı cihaza birləşdirilməmiş) qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq vəziyyətdə saxlanılması nəticəsində sızan qazın otağın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinin, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.4.20-ci bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44 və 9.241-ci bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın 396 nömrəli mənzilinin daxilində istifadə olunmayan qaz xəttinin sökülməsini və ya qaz xəttinin sonluğunun tıxac qoyulmaqla bağlanılmasını təmin etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”na (YTQ№01-2001) 1.2-ci bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44 və 9.241-ci bəndlərinin tələbləri mənzilin sahibi tərəfindən pozulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 396 nömrəli mənzilin daxilində sonluğu açıq vəziyyətdə olan (tıxacla bağlanmamış) qaz xəttinin nəzarət ventilini açıq vəziyyətdə saxlamış şəxs (lər) tərəfindən “Fərdi qarajlar, mehmanxana, yataqxana yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.4.20-ci bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/4353 nömrəli əlavə məhkəmə tikinti-texnki ekspertizası rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi “Azərdövlətsənayelahiyə” DLİ-si tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli smeta sənədlərinə əsasən, partlayış nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında, 18 mərtəbəli binada yerləşən Təqsirləndirilən şəxs məxsus 396 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 14087 manat, 81 qəpik, Zərərçəkmiş şəxs5 məxsus 397 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 16351 manat, Zərərçəkmiş şəxs3 məxsus 394 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 10463 manat, 61 qəpik, Zərərçəkmiş şəxs4 Şirinbala oğluna məxsus 398 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 7277 manat, 24 qəpik, Zərərçəkmiş şəxs2 məxsus 395 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 11775 manat, 99 qəpik, Zərərçəkmiş şəxs1 məxsus 399 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 6372 manat, 96 qəpik, Zərərçəkmiş şəxs16 məxsus 376 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 179 manat, Zərərçəkmiş şəxs7 məxsus 389 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 1650 manat, Zərərçəkmiş şəxs6 məxsus 388 nömrəli mənzilə tikinti üzrə dəymiş maddi ziyan 2450 manat, binaya (təmir-bərpa, su kəməri və kanalizasiya, elektrik təhcizatı) dəymiş ziyanın ümumi dəyəri 75587 manat, 28 qəpik məbləğində müəyyən müəyyən olunur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş üçlük və qaz xətləri maddi sübut qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Təsərrüfat Sektoruna təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. "xxxx" Mənzil Tikinti Koperativinin 20 iyul 2023-cü il tarixli, 831 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən binanın 18-ci mərtəbəsində olan 396 nömrəli mənzil Təqsirləndirilən şəxs məxsusdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-526/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs qarşı vurulmuş pul tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Zərərçəkmiş şəxs15 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-526/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs Nümayəndə1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı vurulmuş pul tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxs Nümayəndə1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iş üzrə əlavə və təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(001)-43/2024 saylı cinayət işi üzrə əlavə məhkəmə-tibbi və məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş və ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2176 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan 03 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında protokol”da olan məlumatlardanda göründüyü kimi, ünvan 8 ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində olan 396 nömrəli mənzilin dəhlizinə daxil olduqda üzbəüz divarın uzaq sol künc hissəsində yerləşən sonluğu tıxacla bağlanmamış istifadəsiz (hər hansı cihaza birləşdirilməmiş) qaz xəttində "xxxx" QSC-nin nümayəndəsi tərəfindən “Sensit” qold markalı qaz analizatoru cihazı ilə ölçmə aparılmış və 50-100 vol səviyyəsində qaz sızması müəyyən edilmişdir. Binanın həmin girişinin lift şaxtasında qaz sızması aşkar edilməmişdir. Həmin hissədə dağılmalar baş vermiş partlayış zamanı zərb dalğasının təsirindən yaranmışdır. Qərarın 3-cü və 5-ci suallarında göstərilən məsələlərin həlli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsindən kənardır. Binəqədi rayonu Cavadxan küçəsi, ev 4A ünvanında yerləşən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində olan 396 nömrəli mənzilin daxilində qaz sızması nəticəsində baş verən partlayışın təsirindən mənzilin qeyd olunan 10-15 kv.m aynabəndinin tam dağılması nəticəsində partlayışın təsiri açıq hava ilə birbaşa təmas olduğu şəraitdə həmin partlayışın təsirindən digər dağıntılar və 18 mərtəbəli binanın lift şaxtasının qapıları deformasiyaya uğraya bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi “Publik hüquqi şəxsinin 30/01 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, qapalı məkanda insanın mavi qazdan zəhərlənməsi mümkündür. zəhərlənmə prosesinin müddəti qazın konsentrasiyasından, məkanın həcmində, havalandırmanın olub-olmamasından və insanın fərdi xüsusiyyətlərindən asılıdır. Mavi qazdan zəhərlənmə yüngül,orta və ağır dərəcədə ola bilər.Bu dərəcələrdən asılı olaraq insanda baş ağrıları, baş gicəllənmə ,qusma,qıcolma,psixomotor oyanıqlıq,huşun itməsi və hətta ölüm baş verə bilər. Ağır dərəcəli zəhərlənmədə ilkin tibbi yardım göstərilməzsə ölüm dəqiqələrlə ölçülə bilən qısa müddətdə baş verə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (FİN:xxxxxxx, VÖEN **********) mülkiyyətində Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,6940 sot kənd təsərrüfatı təyinatlı torpağı və arvadı fiziki şəxs X3 (FİN:5NLF93D, VÖEN **********) "xxxx" ASC-nin Xaçmaz filialında cari hesabı və hesabda olan vəsaitləri üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (FİN:xxxxxxx, VÖEN **********) mülkiyyətində Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpağı üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X13 Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, sonuncunun cəzalanmasını tələb etmir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur, sonuncunun cəzalanmasını tələb etmir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur, sonuncunun cəzalanmasını tələb etmir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Şirinbala oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur, sonuncunun cəzalanmasını tələb etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, 2022-ci ilin təxminən oktyabr ayında kürəkəni Məhəmməd Babayevin mənzilin mətbəx otağını eyvana keçirməsi, bununla bağlı qaz xətlərinin sonuncu tərəfindən dəyişdirilməsi, psixoloji sarsıntı keçirdiyi üçün ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən qaz xətlərinin özü tərəfindən tanımadığı usta vasitəsi ilə dəyişdirilməsini bildirməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilməmklə yanaşı özünü müdafiə xarakterili, cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirir. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda o, ünvan 1 ünvanda yerləşən 396 nömrəli mənzilin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44-ci və 9.241-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmiş, mənzilin daxilində istifadə olunmayan qaz xəttinin sökülməsini, eləcə də, qaz xəttinin sonluğunun tıxac qoyulmaqla bağlanılmasını təmin etməmişdir. Bu səbəbdən də, 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində mənzilin dəhlizinə daxil olduqda üzbəüz divarın uzaq sol künc hissəsində yerləşən, sonluğu tıxacla bağlanmamış istifadəsiz qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq vəziyyətində sızan qazın otağın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq partlayış baş vermiş, nəticədə 1995-ci il təvəllüdlü X12 aldığı həyatla bir araya sığmayan travma kompleksi yüksək hərarətin təsirindən törənmiş termiki yanıqlar və çoxsaylı xəsarətlər nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şokdan hadisə yerində ölməsi ilə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə maddi ziyan vurulması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 225.1-ci maddəsinə əsasən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Qeyd edilməlidir ki, CM-in 225-ci maddəsinin bilavasitə obyekti insan fəaliyyətinin bütün sahələrində yanğın təhlükəli mənbələrlə davranmanın qanunvericilklə müəyyən edilmiş qaydasıdır. Göstərilən cinayət əməlinin əlavə obyekti insanların həyat və sağlamlığə, habelə mülkiyyət münasibətləridir. Həmin cinayət əməlinin obyektiv cəhəti yanğın təhlükəsizliyi qaydalarını pozma, insan sağlamlığına ağır və ya az ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması, yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə qeyd olunan ictimi təhlükəli nəticələrin baş verməsi arasında səbəbli əlaqənin olmasıdır. Qeyd edilməlidir ki, CM-in 225.2-ci maddəsi bu cinayətin ağırlaşdırıcı tərkib əlamətləri kimi zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələr nəzərdə tutmuşdur. Ağır nəticə dedikdə isə bir neçə şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulması, müəssisə və təşkilaytların işinin əhəmiyyətli dərəcədə pozulması, mühüm maddi ziyan vurulması və s. başa düşülür. Göründüyü kimi, CM-in 225.2-ci maddəsinin tərkib əlamətləri üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda yaranır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən 396 nömrəli mənzilin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44-ci və 9.241-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmiş, mənzilin daxilində istifadə olunmayan qaz xəttinin sökülməsini, eləcə də, qaz xəttinin sonluğunun tıxac qoyulmaqla bağlanılmasını təmin etməməsi və bunun nəticəsində 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində sonluğu tıxacla bağlanmamış istifadəsiz qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq vəziyyətində sızan qazın otağın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq partlayış baş verməsi və bununla da X6 aldığı həyatla bir araya sığmayan xəsarətlər nəticəsində ölməsi ilə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə maddi ziyan vurulması sübuta yetirilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölümlə yanaşı digər zərərçəkmiş şəxslərə maddi ziyanın vurulması hansı məbləğlərdə olmasından asılı olmayaraq mühüm zərər kimi qiymətləndirilir. İbtidai istintaq orqanı da digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanların arasındaki kəskin fərqlərə baxmayaraq həmin zərərləri digər ağır nəticə kimi qiymətləndirməklə onları mühüm zərər vurmaya aid etmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində maddi zərər uğramış zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın məbləğinin dəqiq miqdarını müəyyən etməyi zəruri hesab etməyərək bununla bağlı əlavə araşdırma aparmağa lüzum bilmir. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləğinin dəqiq müəyyən edlməməsini cinayət işinin əsassız olaraq uzanmasına səbəb olacağı ilə yanaşı, şəxsə irəli sürülmüş ittihamın mahiyyətinə və əməlin tövsifinə təsir etməyəcəyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 225.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 225.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməsi və onlara vurulmuş maddi ziyanı ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 225.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs15 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 8275 manat və ödənilmiş 103 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 26303,61 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 170721 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Nümayəndə1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 75587,28 manat və ödənilmiş 317 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini, sonuncudan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Verilmiş mülki iddialara münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi və aralarında barışıq əldə edildiyindən zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş ərizələri məhkəmə iddiadan imtina etmələri kimi qiymətləndirib həmin mülki iddialar üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir Digər tərəfdən məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Nümayəndə1 tərəfindən mülki iddia ərizələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin iddia ərizələri CPM-in 179.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq baxılmamış saxlanılmalı və mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən 396 nömrəli mənzilin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 8.44-ci və 9.241-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməmiş, mənzilin daxilində istifadə olunmayan qaz xəttinin sökülməsini, eləcə də, qaz xəttinin sonluğunun tıxac qoyulmaqla bağlanılmasını təmin etməməsi və bunun nəticəsində 02 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində sonluğu tıxacla bağlanmamış istifadəsiz qaz xəttinin üzərində olan nəzarət ventilinin açıq vəziyyətində sızan qazın otağın daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq partlayış baş verməsi və bununla da X6 aldığı həyatla bir araya sığmayan xəsarətlər nəticəsində ölməsi ilə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğlərdə maddi ziyan vurulması sübuta yetirilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən maddi zərərə uğrayan zərərçəkmiş şəxslərə vurulması iddia edilən zərərin həcmi ilə bağlı iş materiallarında olan ekspert rəyləri, o cümlədən digər maliyyə sənədləri arasında ziddiyyət mövcud olduğu müəyyən edilmişdir. Buna görə də zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın dəqiq məbləğinin müəyyən edilməsi ittihamın mahiyyətinə və əməlin tövsifinə təsir etmədiyindən, həmçinin cinayət işinin lüzumsuz uzadılmasının qarşısını almaq məqsədi ilə məhkəmə bununla bağlı əlavə araşdırma aparılmasını məqsədəmüvafiq hesab etməmişdir. Odur ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və Nümayəndə1 tərəfindən mülki iddia ərizələri baxılmamış saxlanılmalı və onlara mülki mühakimə icraatı qaydasında ərizə ilə məhkəməyə yenidən müraciət etmə hüququ izah edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsinin təsərrüfat sektorunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd bağlamada “üçlük” və qaz xətləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi məhkəməyə təqdim edilmiş iki ədəd yaddaş kartı cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 555 (beş yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə istintaqı zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,6940 sot kənd təsərrüfatı təyinatlı torpağı və arvadı fiziki şəxs X3 "xxxx" ASC-nin Xaçmaz filialında cari hesabı və hesabda olan vəsaitləri, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpağı üzərinə həbs qoyulmuşdur. CPM-in 248.1.1-ci maddəsinə əsasən mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs tətbiq edilir. CPM-in 248.1.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir CPM-in 248.1.3-cü maddəsinə əsasən bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Məhkəmə təqsirləndirilən şəxsin özünün və arvadının əmlakı üzərinə qoyulmuş həbslə əlaqədar olaraq qeyd edir ki, mülki iddialar baxılmamış saxlanıldığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarları ilə əmlak və bank hesabı üzərinə qoyulmuş həbs hökm qanuni qüvvəyə mindikdən sonra götürülməlidir. Cinayət işi üzrə müsadirə ediləsi əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilsin. İş üzrə mülki "xxxx" MTK və Zərərçəkmiş şəxs5 Süleymamn qızı tərəfindən verilmiş iddia ərizələri baxılmamış saxlanılsın və onlara mülki mühakimə qaydasında məhkəməyə ərizə ilə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsinin təsərrüfat sektorunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd bağlamada “üçlük” və qaz xətləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-43/2024 nömrəli, 24 iyun 2024cü il tarixli və 1(001)-43/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,6940 sot və 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və arvadı X3 "xxxx" ASCnin Xaçmaz filialında cari hesabı və hesabda olan vəsaitləri, üzərinə qoyulmuş həbs hökm qanuni qüvvəyə mindikdən sonra götürülsün. Cinayət işi üzrə sübut növü kimi təqdim edilmiş 2 (iki) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxılanılsın. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 555 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar