Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-430/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(008)-071/2014 saylı hökmünə əsasən AR CM-nin 317-2.1 və 66.5-ci maddələri ilə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyada olan, ünvan 2ında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamini şəxsi istehlak miqdarından artıq miqdarda təkrarən əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,009 qram çəkidə psixotrop maddə metamfetamini 35 manat pulun müqabilində əldə edib üzərində daşımaqla saxlamış və Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 mart 2023-cü il tarixdə saat 20:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Clear» otelin girişində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 21:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 1,009 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat pulun müqabilində əldə edib üzərində daşımaqla saxlamış və 13 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramin Quliyev küçəsində yerləşən «Araz market»in yanında xidmət aparan Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 22:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,173 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 08 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerə getmiş və tanımadığı şəxsdən özünün istifadə etməsi üçün bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini 35 manat pulun müqabilində alıb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur.Bundan sonra bəzi şəxsi işləri ilə məşğul olmuş və 08 mart 2023-cü il tarixdə saat 20:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Clear” otelin qarşısında olan zaman, iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün onu Bakı şəhəri, Binəqədi RPİnin 5-ci Polis Bölməsinə dəvət etmişlər.Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə getmiş və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən özünə məxsus “İphone” markakı mobil telefonu, həmçinin şalvarının arxa sağ cibindən, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, anasına məxsus 2 ədəd bank kartları və 1 ədəd “Araz Market” tərəfindən verilmiş kart olan pul qabını çıxararaq, masanın üzərinə qoymuşdur.Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi bükümdən başqa dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır.Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi 01 ədəd ağ şəffaf sellofan bükümə baxış keçirilmiş və o həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 08 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı, təxminən 40 yaşlı, orta boylu, orta bədən quruluşlu şəxsdən 35 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan metamfetamin zərfə qoyularaq möhürlənib imzalanmış, özünə məxsus “İphone” markalı mobil telefon, həmçinin içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, anasına məxsus 2 ədəd bank kartları və 1 ədəd “Araz Market” tərəfindən verilmiş kart olan pul qabı isə özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tanış olaraq doğru olmasına görə protokola imza etmişdir. Bundan başqa, 13 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan məscidin yanında tanımadığı şəxsdən 10 manata özü istifadə etmək məqsədilə bir ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetamin almış və əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymaqla üzərində saxlamışdır. Həmin günü saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramin Quliyev küçəsində yerləşən “Araz market”in yaxınlığında olarkən post-patrul xidməti əməkdaşlarının ərazidə olmasını görmüş və üstündə metamfetamin olduğu üçün həyəcanlanmağa başlamışdır.Ona görə də polis əməkdaşları şübhələnmişlər və ona yaxınlaşaraq kim olmağı ilə maraqlanmışlar.Daha sonra onu Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü polis bölməsinə dəvət etmişlər. Orada şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah edilərək bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir.Etiraz etməmiş və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir.Daha sonra videoçəkiliş keçirilməklə üzərinə şəxsi axtarış aparılmışdır.Ona üstündə olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə saxladığı metamfetamini və sol yan cibindən özünə məxsus “İphone” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur.Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan metamfetamin barədə soruşulduqda bükümdəki metamfetamini 13 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan məscidin yanında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zaman üzərindən başqa əşya yaxud predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan metamfetamin zəfrə qoyularaq möhürlənib imzalanmaqla götürülmüşdür.Şəxsi axtarış barədə protokol tərtib edilmiş, tanış olaraq doğru olmasına görə protokola imza etmişdir.O, bildirmişdir ki, 08 mart 2023-cü il və 13 mart 2023-cü il tarixlərdə üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlamışdır.Həmin metamfetamini kiməsə vermək və ya satmaq məqsədi olmamışdır. Psixotrop maddə olan metamfetamindən istifadə etsə də, qanunla dövriyyəsi qadağan olunmuş maddələrin satışı ilə məşğul olmur. Psixotrop maddə qəbul etməsindən heç kimin məlumatı olmamışdır. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində üzərinizə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş 2 ədəd plastik kartlar anası Şəfiqə Mürsəlovaya məxsusdur. Anası həmin kartları evə lazım olan əşyaları almaq üçün istifadə etməyə vermişdir. 10 mart 2023-cü il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edildikdən sonra yaşadığı evə getmiş və həmin kartları anasına qaytarmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aparılan zaman və üzərinizə şəxsi axtarış keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 Sucaəddin oğlu bildirmişdir ki, halhazırda Bakı şəhəri, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsi daşıyır. 13 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramin Quliyev küçəsində 19 saylı piyada marşrutunda xidmət aparan zaman həmin küçədə yerləşən “Araz Market”in yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istədikdə həmin şəxs yayınmağa çalışmışdır. Lakin, buna baxmayaraq birlikdə həmin şəxsə yaxınlaşaraq ondan üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmaması barədə soruşduqda sonuncu özünü şübhəli aparmağa davam edərək qeyri-səmimi halda üzərində heç bir sənədinin olmadığını bildirmiş, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunla dövriyyəsi qadağan olunmuş maddələri əldə etmə, saxlama və daşımada şübhəli olduğunu deyərək onu Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Bölməyə gəlmiş və orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxtı Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəhbərliyinə raportla məruzə edərək, Təqsirləndirilən şəxs, özünü şübhəli apardığına görə Bölməyə dəvət etdiklərini bildirmişlər. Bundan sonra Bölmənin inzibati binasının xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, həmçinin, şalvarının sol yan cibində saxladığı “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində olan maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini 13 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoyaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramin Quliyev küçəsində yerləşən “Araz” marketin yaxınlığına daşıyaraq üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetamin qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadə verən Şahid3 digər Şahid4 Sucaəddin oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. 08 mart 2023-cü il tarixdə xidmətdə olduğu zaman ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə özü və Bölmənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır.Daxil olmuş məlumat əsasında polis baş leytenantı Şahid1 birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Clear» otelin yaxınlığına getmişdilər. «Clear» otelin girişində qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona psixotrop maddənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə getməsini təklif etmişlər.Həmin şəxs imtina etməyib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gəlmişdir.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadəyə həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edildi. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd İphone 6 markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd içərisində 2 ədəd Kapital banka aid plastik kartlar, 1 ədəd Araz marketə məxsus kart və özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul qabını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan metamfetamini 08 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» deyilən yerdən tanımadığı şəxsdən 35 manat müqabilində almış və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra götürülmüş psixotrop maddə olan metamfetamin qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdr. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 20:05-dən tutulmuşdur.Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 10 mart 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Emin Musayevin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Emin Musayev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 10 mart 2023-cü il saat 11.00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 11 may 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2023-cü il tarixli 6/1435 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs imza......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,009 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli 6/1544 nömrəli rəyindən görünür ki : tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs(imza)...”sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,173 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18 may 2023-cü il tarixli, 3029 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(008)-071/2014 saylı hökmünə əsasən AR CM-nin 317-2.1 və 66.5-ci maddələri ilə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il saat 20.05 tarixdən 10 mart 2023-cü il saat 11.00 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 mart 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə keçirilmiş 02 (iki) ekspertiza tədqiqatı üçün məhkəmə xərci –169 (bir yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0,959 qram və 1,073 qram çəkidə olan psixotrop maddə metamfetamin qalığı məhv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 42 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0,959 qram və 1,073 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış 2 ekspertiza üzrə tədqiqatının dəyəri 169 (yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 42 saat hüquqi xidmətin dəyəri 252 (iki yüz əlli iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-430/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-430/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver