Məhkəmə qərarları › İş №1(001)-430/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-430/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-430/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödəniləmiş və ya götürülməmiş), Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185 ünanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir.

2. Belə ki, o, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X6 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 (bir yüz əlli dörd) manat miqdarında alimentin alınaraq zərərçəkmiş şəxs X9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)-4092/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 3(001)-5162/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 9683,00 (doqquz min altı yüz səksən üç) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs (X10) ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Proses iştirakçılarının ifadəsi:

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Aygünlə ailə həyatı qurmuş, 2018-ci ildə isə boşanmışdır. Aygünlə boşanmaq üçün Türkiyədən Azərbaycana qayıtmış, daha sonra Türkiyəyə getmək istəyərkən sərhəddə onu aliment borcuna görə saxlamışlar. Ondan sonra mütəmadi olaraq Aygünə aliment ödəməyə başlamışdır. Türkiyədə olduğu müddətdə Aygünün ona yenə yalvarıb xahiş edərək Bakıya qayıtmasını istədiyini, özünün isə bu xahişlə Bakıya gəldiyini daha sonra birlikdə notarius ofisinə gedərək, barışıq sazişi bağladıqlarını bildirmişdir. Lakin buna baxmayaraq uşaq üçün hər ay 100 dollar pul göndərdiyini, hətta keçən ilin avqust ayında Aygünün anası Nazlı xanıma bir dəfəyə 500 manat pul ödədiyini, onun sabahı günü isə Nazlı xanımın onu inzibati qaydada tutdurduğunu, daha sonra isə birdəfəlik ondan 15.000 manat pul tələb etdiyini, lakin bu pulu ödəmək üçün maddi imkanımı olmadığını, himayəsində 3 uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:

5. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Türkiyə Respublikasında olduğundan onun +**********17 telefon nömrəsi ilə “WhatsApp” vasitəsilə video əlaqə yaradılmışdır. Zərərçəkən ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, 2 il sonra qızı dünyaya gəlmişdir. Mehmanla 11 il sonra ayrılmış, rəsmi boşanma isə 2018-ci ildə olmuşdur. Qızının 11 yaşına qədər Təqsirləndirilən şəxs aliment tələb etmədiyini, ata kimi Mehmanın isə heç vaxt uşağı üçün maddi və mənəvi dəstək olmadığını, əksinə şikayətçi olarıqsa əlimizə heç nə keçəməyəcəyini bildirərək həmişə onu və anasını aldatdığını, sonra isə ortadan yoxa çıxdığını, qaçıb gizləndiyini bildimişdir. Zərərçəkən keçmiş həyat yoldaşının müntəzəm ödənişlərlə bağlı yalan danışdığını, onları hər zaman yalan vədlər verərək aldatdığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək, məhkəmədən aliment pulunun qızının təhsli üçün vacib olduğunu əgər alimenti tam ödəməyəcəkdə ona ağır cəza verilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı Aygünün keçmiş həyat yoldaşı olmuşdur. Onların birgə nikahdan 1 qız övladları doğulmuşdur. 2018-ci ildə Mehmana məhkəmə qətnaməsi ilə aliment ödəmək vəzifəsi qoyulmuşdur. 2018-ci ildən 2025-ci il qədər Mehman uşağı üçün aliment ödəməmişdir. 2019-cu ildə Mehmanın ölkədən çıxışına qadağa qoyulmuşdur. Mehman da onlardan xahiş etmişdir ki, qadağa götürülsün, o Türkiyəyə getsin ki, orada işləyib alimenti vaxtı-vaxtında ödəyə bilsin. Həmin vaxt Mehman aliment borcundan bir qədər pul da ödəmiş, onlar da razılaşaraq şikayətlərini geri götürmüşlər. Beləliklə, Mehmanın ölkədən çıxışına qoyulmuş qadağa götürülmüş, lakin Mehman Türkiyəyə gedəndən sonra onlarla heç bir əlaqə saxlamamış, onlara yalan danışmışdır. Ona görə də qızı Aygün də məcbur qalaraq, uşağı ilə birlikdə 2019-cu ildə Türkiyəyə getmişdir. Aygün Türkiyəyə gedəndən sonra Mehman arada bir 400 tl, 500 tl olmaqla, 1 il ərzində cəmi 3 dəfə aliment ödəmişdir. 2018-ci ildən 2025-ci ilə qədər Mehmanın 14.040 manat aliment borcu yığılmışdır. Bu vaxta qədər nəvəsini özünün saxlayaraq oxutduğunu, lakin təhsili üçün pul lazım olduğunu, nəvəsinin səhhətində problem yarandığını özünün isə bu problemləri aradan qaldırmaq üçün maddi imkanı olmadığını bildirirək, 2024-cü ilin sentyabr ayında Mehmanın borcuna görə inzibati qaydada 15 sutkalıq həbs edildiyini ifadəsinə əlavə etmişdir. Sonda şahid özünün şəhid qızı olduğunu, uşağın son zəng buraxılışını öz mobil telefonu və uşağın telefonunu satmaqla yola verdiyini, uşağın 2-ci dərəcəli skolioz xəstəsi olduğunu əməliyyat olunmasa ağrılarının kəskinləşəcəyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir.

7. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid1 bildirmişdir ki, icra sənədi icraatına daxil olan kimi icraata başlanmış və borcluya bildiriş göndərmişdir. X1 görə onunla mobil telefon vasitəsilə əlaqə saxlanılmış və borcunun ödənilməsi ilə bağlı ona xəbərdarlıq edilmişdir. Borclu Türkiyə Respublikasından Bakıya qayıdanda onu saxlamışlar. Həmin vaxtı tələbkar Zərərçəkmiş şəxs ərizə yazaraq, Təqsirləndirilən şəxs inzibati məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. Daha sonra Aygün xanım Türkiyə Respublikasına köçüb gedəndə anası Nazlı xanıma etibarnamə vermişdir ki, aliment məbləğini anası tələb etsin. İcra məmuru Mehmanla dəfələrlə əlaqə saxladıqlarını, Mehmanın isə hər dəfəsində onları aldadaraq, icra şöbəsinə gəlməkdən yayındığını bildirmişdir. Mehmanın icra şöbəsində borclu olduğu başqa işlərin də olduğunu, hətta bir dəfə Mehmanın az yaşlı uşağı ilə birgə icra şöbəsinə gəlsə də, azyaşlı uşağını ayaq yoluna aparmaq adı ilə onları aldatdığını və uşağı orda qoyaraq icra şöbəsindən qaçıb getdiyini, bu halın dəfələrlə təkrarlandığını və iş materiallarında buna dair aktların mövcud olduğunu və iş materiallarına əlavə edildiyini bildirmişdir. Sonda icra məmuru bildirmişdir ki, borclu hər dəfə yalan vədlər vermiş, amma borcu ödəməmişdir. Sonda icra məmuru Mehmanın CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunduğunu və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğunu ifadəsinə əlavə etdmişdir.

8. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid2 bildirmişdir ki, bu iş Şahid1 icraatında olmuşdur. Təqsirləndirilən şəxs ilə bağlı icra şöbəsində aktlaşma aparılmış, dəfələrlə axtarışla gətirilmişdir. Hətta bir dəfə o icra şöbəsindən qaçmışdır. Aqil müəllim məzuniyyətdə olanda icra işi Asəm müəllimin icraatına verilmiş, həmin vaxtı şöbədə səs küy da salmışdır. Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişləri edilməmiş, zərərçəkmiş xanım da hər dəfə icra şöbəsinə gələrək şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

9. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

10. Cinayət məsuliyyətinə cəlb olunma haqqında xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)-4092/2018 nömrəli qətnaməsinin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən təqdimat verilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)- 4092/2018 nömrəli qətnaməsindən və icra sənədindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 154 manat miqdarında alimentin tutularaq X10 ödənilməs və alimentin tutulmasının əvvəlinin 28 mart 2018-ci il tarixdən hesablanması qət edilmişdir.

12. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)-4092/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

13. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 10 gün müddətində icra sənədində göstərilən tələbləri könüllü icra etməsi bildirilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 357/2022 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)-4092/2018 nömrəli icra sənədi icra edilənədək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 5162/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 gün müddətə inzibati həbs edilmişdir.

16. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 80 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamsəindən göünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi Binəqədi rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır və müsbət xarakterizə olunur.

17. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-508/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

18. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona 21 iyun 2025-ci il tarixdə saat 16:30-da həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.

19. Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs çağırışlara etmədiyindən və istintaqdan gizləndiyindən barəsində axtarış elan edilməklə tutularaq saxlanma yerinə təhvil verilməsi qərara alınmışdır.

20. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə saat 11:30-da tutularaq saxlanılma yerinə təhvil verilmişdir.

21. Qətimkan tədbirinin seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

22. Müvəqqəti saxlama yerindən azad edilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə müvəqqəti saxlanılma yerindən azad edilmişdir.

23. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-508/2024 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə probasiya qeydiyyatına alınmış və həmin tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Halhazırda nəzarət vasitəsini daşımaqdadır. xx.xx.2025-ci il tarixə Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilmiş müddəti 4 (dörd) ay 2 (iki) gün, çəkilməmiş cəza müddəti 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün təşkil edir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

26. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

27. Cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də icra məmuru tərəfindən təqdim edilən sübutlar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

28. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə (alimentlə bağlı müntəzəm ödənişlər etməsi ilə bağlı ifadə verərək) dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal məhkəmədə müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi isə ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə, təqsirləndirilən şəxsin özünü CM-in 306.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsi özünü müdafiə xarakteri daşımaqla, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir.

29. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

30. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 306.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur.

31. CM-in 306.1-ci maddəsi uzanan cinayətdir. Belə ki, bu cinayət icra məmuru tərəfindən icra tədbirləri ilə bağlı yazılı xəbərdarlıq edildiyi vaxtdan başlamaqla icra tədbirləri edildiyi və ya dayandırıldığı vaxtda başa çatır. Bu əməl ancaq subyektiv cəhətdən birbaşa qəsdlə törədilir.

32. CM-in 306.1-ci maddəsi ədalət mühakiməsi əleyhinə olan cinayət hesab edilməklə, cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır.

33. Bu cinayət obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmədə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmədə ifadə olunmuşdur. Məhkəmənin yekun aktının icra edilməməsi dedikdə icra edilmək üçün yönləndirilmiş yekun aktın qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

34. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.

35. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

36. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Belə ki, qanun 5-ci maddənin sonuncu abzasında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı işi”ndə (19 mart 1997-ci il tarixli Qərar, §40) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürmüşlər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır.

38. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” (7 may 2002-ci il tarixli Qərar, §35) işində qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir.

39. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

40. Həmin Qanunun 82-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir.

41. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin qanunda iki üsulu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

42. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.

43. X18 göstərilir ki, Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

44. Konstitusiya Məhkəməsi xüsusilə onu da vurğulamışdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.

45. Məhkəmə qanunun tələbləri nöqteyi nəzərindən mövcud cinayəti işinin hallarını qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma hərəkətləri mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək müntəzəm olaraq tərəfindən aliment ödənişi edildiyini bildirərək, məhkəməyə ödənişlə bağlı qəbzləri təqdim edəcəyini söyləmişdir. Lakin məhkəmə istintaqının sonrakı günlərində təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi qəbzlər tərəflərin iştirakı ilə araşdırılmış və müəyyən edilmişdir ki, yalnız yeddi qəbzə münasibətdə (cəmi ödəniş məbləği 351 AZN olmaqla) istintaq materiallarında həmin qəbzlərə rast gəlinmir, digər ödəniş qəbzləri isə istintaq dövründə nəzərə alınan qəbzlərlə birə-bir eynilik təşkil edir. Nəzərə almaq lazımdir ki, Təqsirləndirilən şəxs aliment borcu 9683 ANZ təşkil etməkdədir. Bu da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs aliment ödənişlərini müntəzəm həyata keçirməmiş, ancaq ondan şikayət olunduğu vaxtlarda cüzi ödənişlər etməklə, zərərçəkənə vədlər vermiş bununla da, alimentin ödənilməsindən qərəzli boyun qaçırmışdır. Daha sonra məhkəmənin xx.xx.2025ci il tarixli iclasında Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı olan zərərçəkən Zərərçəkmiş şəxslə yaranmış borcla bağlı barışıq sazişi bağladıqlarını, daha sonra isə pulu mütəmadi olaraq onun kart hesabına göndərdiyini bildirsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkən Zərərçəkmiş şəxs deyilənlərin yalan olduğunu, aralarında hər hansı bir barışıq olmadığını, ona şəxsən pul ödənilmədiyini, ödənilən pulların qəbzlərini isə istintaq dövründə təqdim etdiklərini bildirmişdir. Məhkəmə istintaqı dövründə dindirilmiş hər üç şahid də zərərçəkmiş şəxslə eyni ifadələr vermiş, hətta təqsirləndirilən şəxs icra məmurunun verdiyi ifadələrə münasibətdə hər-hansı bir etirazının olmadığını bildirmişdir.

46. Bundan başqa, iş materialları araşdırılarkən müəyyən edilmişdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(001)-4092/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 3(001)-5162/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Qeyd edilənlər isə bir daha təsdiq ki, Təqsirləndirilən şəxs borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.

47. Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Məcəllənin 51.2-ci maddəsinə əsasən isə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

48. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. O cümlədən həmin maddənin 6-cı bəndində qeyd edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34.4-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

49. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-in 306.1-ci maddəsinin qeyd hissəsinin tələbi, yəni 306.1-ci maddədə nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də, təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

50. Məhkəmə bildirir ki, CM-in 306-cı maddəsinin “Qeyd” hissəsi qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməyən şəxsləri həmin cinayətə görə hökm qanuni qüvvəyə minənədək tam şəkildə icra etməyə sövq edir. Məhkəmə aktlarının icrası isə hüquqi və fiziki şəxslərin pozulmuş hüquqlarının bərpa olunması, ədalət mühakiməsinin vəzifələrinin təmin edilməsi ilə nəticələnməklə yanaşı, ədalət mühakiməsi ilə bağlı ictimai münasibətlərin qorunmasına şərait yaradır. Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə ədalət mühakiməsi sahəsində ictimai münasibətlərə qəsd edən hərəkətlərin sona çatdırılmasına nail olmaq məqsədi daşıyır.

51. Məhkəmə onu da bildirmək istəyir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Abaslı Aylindən başqa himayəsində 3 uşağının olduğunu, özünün isə evli olduğunu bildirsə də, elektron məhkəmə informasiya sistemi uzərindən xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan övladının olduğu, özünün isə subay olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş nikahın pozulması haqqında 310568 nömrəli şəhadətnamədən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evli olduğu bildirdiyi X3 xx.xx.2019-cu il tarixində boşanmışdır. Təqsirləndirilən şəxsdən övladlarının soyadının özününkü ilə eynilik təşkil etməməsinin səbəbləri soruşulduqda isə bunun izahını verə bilməmiş, növbəti məhkəmə iclasına nikah haqqında şəhadətnaməni və uşaqların şəxsiyyət vəsiqəsini təqdim edəcəyini bildirmişdir. Lakin məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təqsirləndirilən şəxs nikah haqqında şəhadətnaməni təqdim edə bilməmiş, bunun əvəzində isə nikaha daxil olmaq üçün Asan xidmətdən götürdüyü sıra nömrəsinin qəbzini təqdim etmişdir. Hansı ki, həmin qəbzdə sıra nömrəsinin xx.xx.2025-ci il tarixdə götürüldüyü göstərilmişdir. Bundan başqa, məhkəməyə övladlarının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, bu zaman müəyyən edilmişdir ki, elektron məhkəmə informasiya sistemi üzərindən görünən xx.xx.2009-cu il təvəllüdlü X11 – X14r (vəsiqə verilib xx.xx.2015-ci il tarixində, hansı ki, X3 boşanmamışdan 4 il əvvəl) və xx.xx.2010-cu il X7 - X4 qeyd edilmişdir (vəsiqə verilib xx.xx.2015-ci il tarixində, hansı ki, X3 boşanmamışdan 4 il əvvəl). 3-cü uşağı olduğu iddia etdiyi İsmayılov Erdincin isə ata adı ona verilən xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs deyil İsmayılov Mehman kimi göstərilmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs nəinki alimenti ödəməkdən qərəzli boyun qaçırır, eyni zamanda məhkəməyə özünün şəxsiyyətini xarakterizə edən hallarla bağlı məlumat verərkən də səmimi deyildir və təqdim edilən sənədlərdən də uşaqların onun himayəsində olmasını müəyyən etmək mümkün olmur.

52. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.

53. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

54. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

55. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.

56. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

57. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.

59. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir.

61. Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır

62. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 58 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

63. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, verilən xasiyyətnaməyə əsasən barəsində şikayətin olmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir.

64. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, iş üzrə olan borcu ödəməməsini və zərərçəkmiş şəxsin haqlı narazılığını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

65. Bununla yanaşı, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-508/2024 nömrəli hökmü ilə məhkum olunduğu və hazırkı günədək çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

66. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur.

67. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

68. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 20 iyun 2025-ci il tarixdə saat 11:30-da məhdudlaşdırılaraq həmin tarixdə tutulmuş və 21 iyun 2025-ci il tarixdə saat 16:30-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan artıq müddətdə, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 20 iyun 2025-ci il tarixdə saat 11:30-dan təqsirləndirilən şəxs qismində cəlb edildiyi 21 iyun 2025-ci il tarixdə saat 16:30-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir.

69. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

70. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

71. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

72. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

73. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünə münasibətdə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

74. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

75. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır.

76. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər.

77. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

78. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir.

79. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

80. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

81. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 21 (iyirmi bir saat) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 21 (iyirmi bir) saat hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 231 (iki yüz otur bir) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

82. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər,) cinayət təqibi üzrə sübutlar hesab olunur.

83. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir

84. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

85. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

86. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur.

87. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət etməlidir. Sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi başa düşülür ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

88. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

89. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi).

90. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında isə göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

91. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

92. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-508/2024 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 21 (iyirmi bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 231 (iki yüz otuz bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar