Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-431/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 mənzil 38 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talamaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs 350 manat dəyərində qara boz rəngli «Giant» markalı, İSO 4210-2 modelli, 28 ölçülü velosipedi yaxın məsafədə sürüb daha sonra qaytaracağı bəhanəsi ilə alıb bir qədər sürdükdən sonra sonuncunun velosipedi qaytarma tələbinə və təqibinə məhəl qoymayaraq həmin yerdən yüksək sürətlə uzaqlaşıb velosipedi açıq talamaq istəmiş, lakin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Ukrayna dairəsinin yaxınlığında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə, axşam saatlarında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,245 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ cibində siqaret qutusunun içərisindən ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,180.1 və 234.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, Xətai rayonunda yerləşən Əhmədli qəsəbəsinə taksi ilə getmiş, lakin qayıtmağa pulu olmadığı və gecə vaxtı olduğundan ictimai nəqliyyat işləmədiyi üçün Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi bir yerdə, məhlələrin arasında, elektrik yarımstansiyasının arxasında qalıb gecələmək qərarına gəlmişdir. O, elektrik yarımstansiyasının arxa hissəsində yerləşən ağaclıq sahəsinə keçib özünə yerdə olan karton və sellofan torbadan yatmaq üçün yer düzəltmiş və bu zaman yəni, xx xxx 2020-ci il tarixdə gecə saat 01 radələrində iki nəfər azyaşlı uşaq onun yanına gələrək ondan kim olmasını, nə üçün küçədə yatmasını soruşmuşlar. O, həmin uşaqlara pulu olmadığı üçün yolda qaldığını və məcbur olub gecəni burada keçirmək istədiyini bildirərək uşaqlardan yol pulu istəmiş və uşaqlardan biri çıxarıb ona 1 manat pul vermişdir. Həmin azyaşlıların ikisinin də velosipedi olmuş və o, “Giant” markalı velosipedin sahibi olan uşaqdan sürmək üçün velosipedi ona verməsini xahiş etmişdir. Həmin uşaq etiraz etməyərək bir neçə dəqiqə ərzində yaxın sahədə gözü qarşısında uzaqlaşmamaq şərti ilə sürməy üçün velosipedini ona vermişdir. O, həmin velosipedə minib uşaqların gözü qarşısında uzaqlaşmayaraq bir neçə dəfə dövrə vurub sürməyə başlamışdır. Velosipedi ilk əvvəl alan zaman niyyəti biraz sürdükdən sonra qaytarmaq olsa da, bir qədər sürdükdən sonra tamah niyyəti ona güc gəlmiş, işləmədiyi, pulunun olmadığına görə uşaqların azyaşlı olmasından istifadə edib velosipedi talamaq və aparıb satıb pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, velosipedin yönünü dəyişdirib yüksək sürətlə sürməyə və oradan uzaqlaşmağa başlamışdır. Bunu görən uşaqlar onun arxasınca qışıqırıb onu səsləsələr də o, buna əhəmiyyət verməmiş və yoluna davam etmişdir. Həmin uşaqlardan biri digər velosipedlə, digəri isə piyada qaçaraq onun arxasınca gəlməyə başlamışlar. Uşaqların hər ikisi qışqıraraq ona dayanmağını və velosipedi qaytarmağı tələb etmişlər, lakin o, bunu görüb dayanmadan hərəkətinə davam etmişdir. O, velosipedi məhlələrin arası ilə sürüb torpaq yoldan asfalt yola çıxmış, velosipedi asfalt yolla bir qədər sürdükdən sonra “Ukrayna” dairəsi yaxınlığına çatmışdır. “Ukrayna” dairəsi yaxınlığına çatan zaman onun bərk sürətlə velosipedlə hərəkət etməyini və arxası ilə həmin iki uşağın qaçmasını görən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları gecə vaxtı burada nə etdiyini və nə üçün velosipedi yüksək sürətlə sürməyini ondan soruşmuş, o, artıq hərşeyin ortaya çıxacağını fikirləşib polis əməkdaşlarına heçnə deməmişdir. Daha sonra arxasınca qaçan həmin uşaqlar gəlib ona çatmışlar və polis əməkdaşlarına hadisəni danışmışlar. Bundan sonra polis əməkdaşları məsələni aydınlaşdırmaq üçün onları PB-nə dəvət etmiş, bölmədə olan zaman o, etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən 20 manata narkotik vasitə hesab edilən heroini alıb üzərimdə olan “Classik İmperial” markalı siqaret qutusunda saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 20 ünvanının qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən “İmperial Classic” siqaret qutusunu, çantasında olan özünə məxsus usta alətlərini çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusu təhqiqatçı tərəfindən açılan zaman içərisində narkotik vasitə hesab edilən “heroin” olan 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o, öz imzası təsdiq etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,180.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi olan atası Erdok X1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təhsilini Azərbaycan dilində alır və Bakı Qərb liseyinin 8-ci sinif şagirdidir. xx.xx.2020-ci il tarixdə evlərində, yəni, ünvan 4 ünvanında bacısının doğum günü ilə bağlı yığıncaq təşkil edilmişdir. Bu münasibətlə evlərinə çoxlu sayda qonaq gəlmiş, gələn qonaqların arasında onun məhlə uşağı və dostu Riyad da olmuşdur. O, dostu Riyadla birgə bir neçə saat ad günü münasibətilə qonaqlar arasında oturub yemək yemişdir. O, qol saatının dostu Riyadgildə qaldığı üçün xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində hər ikisi velosipedlə Riyadgilə getmək qərarına gəlmişlər. Yolda velosipedlə irəliləyən zaman yaşadığı evin yaxınlığında 7-ci Əhmədli küçəsində elektrik yarımstansiyanın arxasından səs eşidib ora getmişlər. Onlar orada bir nəfər şəxsin sellofana bükülüb yerdə uzanmasını görmüşdür. Həmin şəxs ayağa durub onlarla yarımstansiyanın qarşısına çıxmış və yolda qaldığını bildirərək yol pulu istəmişdir. O, həmin şəxsə 1 manat pul vermiş və bir qədər söhbət etdikdən sonra həmin şəxs onun velosipedini görüb sürmək üçün verməyini xahiş etmişdir. O, həmin şəxsin xahişini nəzərə alıb uzaqlaşıb gözdən itməmək şərti ilə yaxınlıqda sürməsini tapşırıb velosipedini həmin şəxsə vermişdir. Həmin şəxs velosipedi bir qədər sürdükdən sonra velosipedin yönünü dəyişdirib yüksək sürətlə sürərək uzaqlaşmağa başlamışdır. O və Riyad həmin şəxsin arxasınca səslənsələr də həmin şəxs onlara məhəl qoymayaraq yoluna davam etmişdir. O, dostu Riyadın velosipedinə əyləşib həmin şəxsin arxasınca getmiş, dostu Riyad isə həmin şəxsin dalınca qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxasınca qışqırıb dayanmasını tələb etsələr də, həmin şəxs geri çönüb onların onun arxasınca qaçaraq qışqırıb velosipedi qaytarmağını tələb etməyi görməsinə baxmayaraq velosipedi yüksək sürətlə sürüb uzaqlaşmağa davam etmişdir. Yalnız Ukrayna dairəsi yaxınlığından keçən polis əməkdaşları onun və Riyadın həmin şəxsin arxasınca qaçdıqlarını, həmin şəxsin isə iti sürətlə velosipedi qaçırmasını görüb sonuncunu saxlamışlar. O və Riyad hadisəni polis əməkdaşlarına danışmış, polis əməkdaşları həmin şəxsi və onları məsələni aydınlaşdırmaq üçün PB-nə dəvət etmişlər. Cinayət hadisəsi nəticəsində oğurlanmış velosipedi ona geri qaytarılmış, hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi olan anası X5 iştirakı ilə dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə dostu Atillanın bacısının ad günü münasibəti ilə onlarda olmuşdur. Dostu Atilla ilə birgə bir neçə saat ad günü münasibətilə qonaqlar arasında oturub yemək yedikdən sonra Atilla qolundakı saatın yerində olmadığını görmüşdür. Bir qədər saatı axtardıqdan sonra Atilla qol saatının onlarda qaldığını düşmüşdür. Atillanın qol saatını onların yaşadığı evdə qaldığı üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində hər ikisi velosipedlə evə getmək qərarına gəlmişlər. Yolda velosipedlə irəliləyən zaman evlərinin yaxınlığında 7-ci Əhmədli küçəsində elektrik yarımstansiyanın arxasından səs eşidib ora getmişlər. Onlar orada bir nəfər şəxsin sellofana bükülüb yerdə uzandığını görmüş və bu zaman həmin şəxs ayağa durub onlarla yarımstansiyanın qarşısına çıxaraq yolda qaldığını bildirib onlardan yol pulu istəmişdir. Atilla həmin şəxsə 1 manat pul vermiş və bir qədər söhbət etdikdən sonra həmin şəxs Atillanın velosipedini görüb sürmək üçün verməsini xahiş etmişdir. Atilla, həmin şəxsin xahişini nəzərə alıb, uzağa getməməsi şərti ilə yaxınlıqda sürməsini tapşıraraq velosipedini vermişdir. Həmin şəxs velosipedi bir qədər sürdükdən sonra velosipedin yönünü dəyişdirib yüksək sürətlə sürərək uzaqlaşmağa başlamışdır. Atilla və o həmin şəxsin arxasınca səslənsələr də, həmin şəxs onlara məhəl qoymayaraq yoluna davam etmişdir. Atilla, onun velosipedinə əyləşib həmin şəxsin arxasınca getmiş, o isə həmin şəxsin dalınca qaçmağa başlamışdır. Yalnız Ukrayna dairəsi yaxınlığından keçən polis əməkdaşları Atilla və onun həmin şəxsin arxasınca qaçdıqlarını, həmin şəxsin isə iti sürətlə velosipedi qaçırmasını görüb təsadüfən saxlamışlar. Atilla və o hadisəni polis əməkdaşlarına danışmış və polis əməkdaşları həmin şəxslə birlikdə onları da məsələni aydınlaşdırmaq üçün PB-nə dəvət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-də təhqiqatçısı Şahid2 Xəqani oğlu ifadəsində göstərmişdir ki, polis bölməsinin növbətçilik cədvəli üzrə xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunun üzvü kimi xidmətdə olan zaman xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində əməliyyat qrupu ilə tam tərkibdə DİN-nin 102 Xidməti Zəng Mərkəzindən daxil olmuş məlumat əsasında hadisə yerinə gedirmişlər. Hadisə yerinə gedərkən “Ukrayna” dairəsi yaxınlığında bir nəfər şəxsin velosipedlə yüksək sürətlə hərəkət etdiyini və onun arxasınca da 2 nəfər azyaşlı uşaqların-birinin velosiped, digərinin isə piyada şəkildə qaçmasını görüb həmin şəxsi saxlamışlar. Həmin şəxsdən hara getdiyini və gecə vaxtı burada nə işinin olduğunu soruşsalar da sonuncu heç bir cavab verməmişdir. Bundan sonra həmin şəxsin arxası ilə gələn iki azyaşlı uşaq onların yanına gəlib həmin şəxsin onlardan velosipedi sürmək adı ilə alıb qaçmasını demişdir. Belə olan halda onlar məsələni aydınlaşdırmaq üçün həmin şəxsi və 2 nəfər azyaşlı uşaqları Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparmışlar. Bölmədə olarkən məlum olmuşdur ki, velosipedi aparmaq istəyən həmin şəxs Təqsirləndirilən şəxsdur. Digər 2 nəfər azyaşlıdan biri Şahid1, digəri isə Zərərçəkmiş şəxsdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus velosipedi sürmək adı ilə ondan alıb daha sonra qaytarmamış və velosipedi sürərək onların yanından uzaqlaşmaq istəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları Şahid4, Şahid3 və Şahid5, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 Xəqani oğlu ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadə etməsi saxlaması və gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 6-cı PB-nin əməliyyat müvəkkili Şahid7 tərəfindən müvafiqə qərar qəbul edilmiş və sonuncunun rhəbərliyi əsasından ondan ibarət əməliyyat qrpu yaradılmşdır. Həmin məlumatın yoxlanılması məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Şahid7lə birlikdə ünvan 5 ünvanının qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini polis işçiləri kimi təqdim edib, xidməti vəsiqələrimizi göstərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün sonuncunu 6-cı polis bölməsinə dəvət etmişlər. Onların nəzarəti altında Təqsirləndirilən şəxs əlini cibinə salmağa imkan verməyərək avtomobilə əyləşdirib 6-cı polis bölməsinə aparmış və orada şübhəli şəxs qismində tutularaq hüquq və vəfifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Classic İmperial” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Bundan sonra belində olan idman çantasının içərisinin boşaldılması deyilmiş, Təqsirləndirilən şəxs çantanın içərisindən 01 ədəd papaq, 01 cüt rezin əlcək, 01 ədəd dəri kəmər, 03 ədəd qayçı, 02 ədəd rezak, 01 ədəd brelok, 03 ədəd kəlbətin, 01 ədəd qara paltar sapı, 01 ədəd fanar, 01 ədəd batareya, 01 ədəd qara əlcəyi çıxarıb masanın üzərinə qoymuşdur. X13 çantadan çıxan əşyaları hansı məqsədlə üzərində gəzdirməyi sualına Təqsirləndirilən şəxs həmin əşyaları oğurluq etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. X13 “Classic” markalı siqaretin qapağını açmış, qutunun içərisində 01 ədəd 5 manatlıq əskinas, 01 ədəd 20 qəpik və ağ rəngli kağız aşkar olunmuşdur. Kağızın içərisində nə olduğu soruşulanda Təqsirləndirilən şəxs kağızın içərisində heroin olduğunu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə 01 ədəd büküm zərfə qoyulmuş, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı Şahid7, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid6 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020 il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində narkotik vasitə əldə edib saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr əldə etməsi, daşıması və saxlanması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanın qarşısında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və bölmənin inzibati binasında üzərinə baxış keçirilən zaman onun əynindəki qara rəngli cins şalvarın sağ cibində siqaret qutusunun içərisindən ağ rəngli siqaret kağızında olan bükülü aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 6/1196 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №175” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm bükülü” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,245 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,195 qram. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,195 qram qalmış qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə özünə məxsus bir ədəd 5 (beş) manat nağd pulu Binəqədi RPİ-nin müstəntiqi Nahid Məmmədovdan təhvil almışdır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinin təhqiqatçısı, polis kapitanı İsmət Musayev 6-cı polis bölməsinin inzibati binasının xidməti iş otaqların birində üzərində qanunla qadağan olunmuş əşyaların, yəni narkotik vasitənin olduğu güman edildiyindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə xx.xx.2020-ci il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanıldığını bildirmişdir. Daha sonra X13 şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən polis əməkdaşlarının, ilkin təhqiqat araşdırılması aparılanı təqdim etmiş və iştirakçılar barədə məlumat vermişdir. Sonra bütün iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X13 şəxsi axtarışın başlandığını bildirməklə şübhəli kimi gətirilən şəxsə üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu masanın üzərinə qoyur, daha sonra belindəki idman çantasından 01 ədəd papaq, 01 cüt rezin əlcək, 01 ədəd dəri kəmər, 03 ədəd qayçı, 02 ədəd rezak, 01 ədəd brelok, 03 ədəd kəlbətin, 01 ədəd qara paltar sapı, 01 ədəd fanar, 01 ədəd batareya, 01 ədəd qara əlcəyi çıxarıb masanın üzərinə qoyur. X13 çantadan çıxan əşyaları hansı məqsədlə üzərində gəzdirməyi sualına Təqsirləndirilən şəxs həmin əşyaları oğurluq etmək üçün üzərində gəzdirdiyini bildirir. X13 “Classic” markalı siqaretin qapağını açır, qutunun içərisində 01 ədəd 5 manatlıq əskinas, 01 ədəd 20 qəpik və ağ rəngli kağız aşkar olur. Kağızın içərisində nə olduğu soruşulanda Təqsirləndirilən şəxs kağızın içərisində heroin olduğunu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra R.V.Novruzoun üzərinə baxış keçirilir və üzərindən heç bir əşya aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarır və çevirir, lakin heç nə aşkar edilir. Bundan sonra X13 tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə soyğunçuluq etməyə cəhd etməsi faktına görə CM-in 29,180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli, 9/1815 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara-boz rəngli, “Giant” markalı, İso 4210-2 modelli, 28 ölçülü velosipedin istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən 350,00 manat təşkil edir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus “Giant” markalı velosiped maddi sübut kimi tanınmışdır. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Erdok X4 ********* nömrəli cinayət işi üzrə oğlu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus “Giant” markalı velosipedi Xətai RPİ-nin müstəntiqi Orxan Hüseynzadədən təhvil almışdır. xx.xx.2020-ci il tarixli, 2239 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsində həmin Məcəllənin 29,180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı götürülmüş 1 (bir) ədəd papaq, 1 (bir) cüt rezin əlcək, 1 (bir) ədəd dəri kəmər, 3 (üç) ədəd qayçı, 2 (iki) ədəd rezak, 1 (bir) ədəd brelok, 3 (üç) ədəd kəlbətin, 1 (bir) ədəd qara paltar sapı, 1 (bir) ədəd fanar, 1 (bir) ədəd batareya, 1 (bir) ədəd qara əlcək saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və iş üzrə şəxsi axtarış aparılmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2020-ci il tarixli Binəqədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)- 120/2020 nömrəli hökmü ilə qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə şöbədə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə çəkilməmiş cəza müddəti 2 (iki) il 10 (on) ay 11 (on bir) gün təşkil edir və onun cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən götürülərək, cəzasının sonu xx.xx.2023-cü il tarix olaraq hesablanmışdır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Giant” markalı velosiped sahibi Zərərçəkmiş şəxs qaytarılmış və aralarında barışıq olmuş, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 29,180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,180.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası tam çəkilməmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs təyin olunmuş cəza tam çəkilmədiyindən onun ödənilməmiş və ya götürülməmiş məhkumluğu vardır. Məhkəmə qeyd edir ki, CM-in 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,180.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cinayət əməli üzrə Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəza onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 9-cu bəndinin 3-cü hissəsinə görə başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməllərinə görə (cinayətə cəhd üçün) CM-in 29,180.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, eləcə də onun cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,180.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən çox olmayan müddətdə və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, həmçinin cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-336/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşıdırlması cəzasını Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındıqdan sonra xx.xx.2020-ci il tarixdən çəkməyə başlamış və sonuncu hazırda baxılan cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan qeyd olunan tarixdə həmin cəzanın icrası dayandırılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 2 (iki) ay 15 (on beş) gününü çəkmiş, 2 (iki) il 9 (doqquz) ay 11 (on bir) gün isə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşıdırlması cəzasının çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 11 (on bir) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-559/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,195 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd papaq, 1 (bir) cüt rezin əlcək, 1 (bir) ədəd dəri kəmər, 3 (üç) ədəd qayçı, 2 (iki) ədəd rezak, 1 (bir) ədəd brelok, 3 (üç) ədəd kəlbətin, 1 (bir) ədəd qara paltar sapı, 1 (bir) ədəd fanar, 1 (bir) ədəd batareya, 1 (bir) ədəd qara əlcək iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Giant” markalı, İso 4210-2 modelli, 28 ölçülü velosipedin sahibi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan atası Erdok X2 qaytarılması nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-120/2020 nömrəli hökmü ilə təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşıdırlması cəzasının çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 11 (on bir) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,195 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd papaq, 1 (bir) cüt rezin əlcək, 1 (bir) ədəd dəri kəmər, 3 (üç) ədəd qayçı, 2 (iki) ədəd rezak, 1 (bir) ədəd brelok, 3 (üç) ədəd kəlbətin, 1 (bir) ədəd qara paltar sapı, 1 (bir) ədəd fanar, 1 (bir) ədəd batareya, 1 (bir) ədəd qara əlcək iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. iş üzrə maddi sübut kimi tanınmış “Giant” markalı, İso 4210-2 modelli, 28 ölçülü velosipedin sahibi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan atası Erdok X2 qaytarılması nəzərə alınsın, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi ümumilikdə 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-431/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-431/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver