Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-432/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgəninəmlakınıələkeçirməkməqsədiiləxx xxxx 2020-ci il tarixdə saat 16 radələrində naməlum tanışı“Qaqaş” ləqəbli şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 23, 2 saylı mənzilin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya görə “Qaqaş” ləqəbli şəxs mənzilin açarının qapının çərçivəsində olmasından istifadə edib həmin açarı götürüb qapını açıb onunla birlikdə mənzilə qanunsuz daxil olduqdan sonra, kənar şəxs gələrsə bu barədə məlumat vermək üçün o, yenidən mənzilin qarşısına çıxaraq pusquda dayanmış, “Qaqaş” ləqəbli şəxs isə, qonaq otağının pəncərə altlığının üzərindəolan 310 (üç yüz on) manat dəyərində“Samsung A 10” markalı, 600 (altı yüz) manat dəyərində “Samsung A 30” markalı mobil telefon aparatlarını, yataq otağında yerləşən dolabın içərisindən hər birinin dəyəri 30 (otuz) manat olan 60 (altmış) manat dəyərində 02 ədəd saç qurudan feni gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 970 (doqquz yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonundan “Qaqaş” kimi tanıdığı, adını bilmədiyi şəxslə dostluq etmişdir. Ara-sıra Qaqaş onun yaşadığı evə gedib-gəlmişdir. Sonuncu dəfə x xxxx 2020-ci il tarixdə Qaqaş ona zəng vurub demişdir ki, “sizə gəlmək istəyirəm”. O, isə evdə tək olduğunu və gəlməsini bildirmişdir. Həmin zəngdən təxminən 1 saat sonra evə gəlmişdir. Evdə olan zaman Qaqaş ona aşağı düşməyi, onunla işi olduğunu demişdir. Aşağı düşəndə 2-ci mənzilin qapısını açıq vəziyyətdə olmasını görmüşdür. “Qaqaş” adlı şəxs qapını itələyib keçdikdə, Təqsirləndirilən şəxs ondan qapını necə açdığı barədə soruşmuşdur. Həmin şəxs isə qapının açarın qapının çərçivəsinin üstündə olduğunu bildirmişdir. Qaqaş ona mənzildən oğuluq etməyi təklif etmişdir. Pulu olmadığı üçün Qaqaşla razılaşmışdır. Onlar birlikdə mənzilə daxil olmuşlar. Qaqaş adlı şəxs ona içəridə dayanmağı və gələn olarsa ona məlumat verməyi bildirmişdir. O, qapını bağlamış və onun dediyi yerdə dayanaraq ətrafı müşahidədə saxlamışdır. “Qaqaş” ləqəbli şəxs evin bütün otaqların bir-bir gəzərək axtarış etmişdir. Təxminən 10 dəqiqə axtardıqdan sonra əlində 2 (iki) ədəd Samsung markalı mobil telefon və saç qurudan fen götürüb onları oğurladığını bildirmişdir. Mənzildən çıxandan sonra “Qaqaş” ləqəbli şəxs mənzilin qapısını açarla bağlamış və açarı götürdüyü yerə qapının üzərinə qoymuşdur. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə qalxmışlar. Mənzildə oğurladıqları əşyalara bir daha baxış keçirmiş və həmin əşyaları satıb pulunu bərabər bölməyi razılaşmışlar. Təxminən 1-2 saat sonra evdən çıxmışlar, “Qaqaş” ləqəbli şəxs oğurladıqları həmin telefon və fenləri satmaq üçün 20 yanvar ərazisinə getmişdir. Təxminən 2 saat sonra Qaqaş ona zəng vuraraq, Memar Əcəmi metrostansiyası ərazisində görüşmüşlər. Ona oğurlanmış malların satışından əldə olunan puldan 70 manat pul vermiş, həmin əşyaları 150 manata satdığını bildirmişdir. Bundan sonra onlar aralaşmışlar. Bundan sonra “Qaqaş” ləqəbli şəxsi Lənkəran şəhərində görmüşdür. Əməlindən peşmandır. Vurduğu maddi ziyanı ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 23 mənzil 2-də rəfiqəsi Şahid ilə birlikdə yaşamışdır. Həmin ünvanda təxminən 3 (üç) ay olar ki, yaşayırmışlar. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında rəfiqəsi Şahid ilə birlikdə evdən çıxaraq getmişlər. Şahid qapını açmaq üçün dublikat açarı olmadığından qapını bağlayıb çıxdıqda sonra həmin açarı qapının çərçivəsinə qoymuşdur ki, tez gələn şəxs qapını açaraq mənzilə daxil olsun. Həmin tarixdədə qapını bağlayaraq çərçivənin üzərinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində evə gəlib açarı çərçivədən götürərək evə daxil olmuşdur. Mənzilə daxil olduqda ilkin olaraq heç bir şeydən şübhələnməmişdir. Lakin sonradan ona məxsus olan “Samsung A10” və “Samsung A30” markalı mobil telefonlarının qoyduğu yerdə olmadığını aşkar etmişdir. O, dərhal rəfiqəsi Rufanə ilə əlaqə saxlayaraq telefonları götürüb-götürməməsini soruşmuş, lakin Rufanə telefonlara əl vurmadığını bildirmişdir. Bundan sonra o evə naməlum şəxsin daxil olaraq oğurluq etdiyini bilmişdir. Bundan sonra o yataq otağına keçmiş və müəyyən etmişdir ki, özünə məxsus saç qurudan fen aparatları da oğurlanmışdır. Bundan sonra o, baş vermiş oğurluq hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində kirayə yaşadığı mənzildən qonaq otağında pəncərə altlığında qoyulmuş 310 manat dəyərində “Samsung A10” markalı və 600 manat dəyərində “Samsung A30” markalı mobil telefonları, yataq otağında dolabın içərisindən hər biri 30 manat olmaqla 2 (iki) ədəd saç qurudan fen oğurlanmış, mobil telefon aparatların üzərində mobil nömrələr olmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 970 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ailə üzvləri ona vurulmuş ziyanı ödədikləri üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan cinayət işi başlanması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN X1 xx xxxx 2020-ci il tarixli 011-5963-1220 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən bir ədədi xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağı ilə eynilik təşkil etmişdir (cild 1,i.v 22-25) Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22:15-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 43-44) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59-60) Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 77-81) Cinayət işinin materiallarında olan daktiloskopik ekspertizanın xx.xx.2020-ci il tarixli, 20/465R saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 3 mənzil 2 ünvanda yerləşən vət.Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 08 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 07 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (cild 1, i.v 104-114) Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, altı ədəd skoç plyonka köçürülmüş əl-barmaq izləri cinayət işi üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 115-121) Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 1, i.v 103) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 102) Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış olan mənzilə qanunsuz daxil olmaqla talama cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin, yəni “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” barədə tələbini nəzərə alır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələbinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış altı ədəd skoç plyonka köçürülmüş əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi1 tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – altı ədəd skoç plyonka köçürülmüş əl-barmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-432/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-432/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver