Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-432/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan 11 noyabr 2020-ci il tarixdən başlayaraq 10 aprel 2008-ci il tarixdə anadan olmuş X2, 22 may 2009-cu il tarixdə anadan olmuş X3 və 28 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 130,00 manat, ümumilikdə cəmi 390,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 3(001)-4018/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 22 iyun 2022-ci il, 29 noyabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 mart 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 3840,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ilin mart ayının 23-də Sadıqova (Albabayeva) Təminə Sahib qızı ilə ailə həyatı qurmuş və nikahları 2008-ci ilin may ayının 29-da Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 10 aprel 2008-ci il tarixdə Əfsanə adlı, 22 may 2009-cu il tarixdə Jalə adlı və 28 dekabr 2010-cu il tarixdə Əli adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət sonra münasibətləri pozulmuş və Zərərçəkmiş şəxs ona heç bir söz demədən 2020-ci ilin noyabr ayında üç azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı evə getmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra 2021-ci ilin yay aylarında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və üç azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 11 noyabr 2020-ci il tarixdən başlayaraq 10 aprel 2008-ci il təvəllüdlü Əfsanə Sadıqzadənin, 22 may 2009-cu il təvəllüdlü Jalə Sadıqzadənin və 28 dekabr 2010-cu il təvəllüdlü Əli Sadıqzadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 130 manat, ümumilikdə cəmi 390 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayəti əsasında ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra, o, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qətnamə üzrə alimentə görə 7080 manat məbləğində ödəniş etmişdir. Sonradan ödəniş etməyi dayandırmış və 3840 manat borcu yığılmışdır. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona qarşı qərəzli olaraq üç azyaşlı uşaqları ilə ona görüşə icazə verməməsi olmuşdur. Bundan sonra barəsində cinayət işi başlanılmışdır. Hazırda Zərərçəkmiş şəxs olan borcunu ödəməklə icra sənədini tamamilə icra etmişdir. Ona görə də, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2007-ci ilin mart ayının 23-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2008-ci ilin may ayının 29-da Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 10 aprel 2008-ci il tarixdə Əfsanə adlı, 22 may 2009-cu il tarixdə Jalə adlı və 28 dekabr 2010cu il tarixdə Əli adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət sonra münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin noyabr ayında üç azyaşlı uşaqlarını götürərək gəlin valideynlərinin yaşadığı evə getmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra üç azyaşlı uşaqlarının böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs boşanmağa görə və azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 11 noyabr 2020-ci il tarixdən başlayaraq X2, X3 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 130 manat, ümumilikdə cəmi 390 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ona 7080manat məbləğində ödəniş etmiş, sonradan ödəniş etməyi dayandırmış və 3840,00 manat borcu yığılmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıb baxılması məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs ona aliment borcunu tam ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla, ümumilikdə cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 30 avqust 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və icra sənədinin könüllü icrasına dair bildiriş borcluya təqdim edilmişdir. İcra sənədi icraya yönəldilənə qədər 10 ay, yəni 3900 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış borc məbləğini birdəfəlik ödəmək imkanının olmadığını, lakin cari ayların alimenti ilə bərabər həmin borcdan da qismən ödənişlər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bununla əlaqədar olaraq yaranmış borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 8(001)-759/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ərizəsi təmin edilməmişdir. İcra sənədinin icrası borclu tərəfindən könüllü qaydada təmin edilmədiyi üçün tələb olunan aliment məbləğinin borclu Təqsirləndirilən şəxs məxsus əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə borclunun şəxsi əmlakını müəyyən edilməsi üçün aidiyyəti orqanlara sorğular göndərilmiş və sorğular əsasında alınmış cavablara əsasən borclu Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə biləcəyi şəxsi əmlakı aşkar edilməmişdir. Borclu 16 noyabr 2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, ona icra sənədi üzrə vəzifələri bir daha elan olunaraq, yaranmış aliment borcunun ödənilməsi tələb edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs borcu ödəməkdən yayındığına və icra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırdığına görə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 3(001)-4018/2021 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan borclu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 3(103)-2935/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və cərimə məbləği isə ödənilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment borcunu tam ödəməmişdir. Borcluya 22 iyun 2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilərək, barəsində olan məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığından Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatla istintaq orqanına müraciət olunacağı bildirilmişdir. Bundan başqa, borclu Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə yenidən şöbəyə çağırılmış, ondan yaranmış borc məbləğinin tam ödənilməsi bir daha tələb olunmuş, lakin borclu alimentə görə borclu olduğu məbləği ödəməkdən yayınmışdır. İcra sənədinin icrası borclu tərəfindən könüllü qaydada təmin edilmədiyi üçün tələb olunan aliment məbləğinin borclu Təqsirləndirilən şəxs məxsus əmlakı hesabına ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus şəxsi əmlakın müəyyən edilməsi üçün görülmüş müvafiq icra tədbirləri zamanı əldə olunmuş məlumata əsasən tələbin yönəldilə biləcəyi şəxsi əmlakı aşkar edilməmişdir. Həmçinin, borclunun yaşadığı mənzilində şəxsi əmlakının müəyyən edilməsi və tələbin ona məxsus şəxsi əmlakına yönəldilməsi məqsədilə keçirilən baxış zamanı borclu Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Məşğulluq Filialının 27 iyul 2022-ci il tarixli məktubunda borclu Təqsirləndirilən şəxs 24 aprel 2020-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatda olması bildirilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcu yarandığından, həmin borcun ödənilməsi başa çatana kimi ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə 17 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdimat verilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 8(001)-98/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, qərardad 03 mart 2023-cü il tarixdə icra olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixə 7080 manat məbləğində aliment borcundan ödəniş etmiş qeyd edilən tarixədək 3840 manat qalıq borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə aliment borcunu tam ödənilməsi tələb olunsa da, tələb təmin edilməmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı icra sənədinə münasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tədbirdən heç bir nəticə çıxartmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, qərəzli olmasına dəlalət edən haldır. Borclu məsuliyyəti elan olunmaqla rəsmi xəbərdar edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam edərək faktiki imkanlarından istifadə etməmişdir. Borclu icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etmiş, hətta bunları öz yazdığı izahatlarında da qeyd etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı ifadəsi alınmış şahid Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 oğlu digər şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 29 may 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 419 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs yanında qalmaları müəyyən edilmiş, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 10 aprel 2008-ci il təvəllüdlü X2, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsibarədə icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-4018/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2935/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)- 4018/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-759/2021 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonunun Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 145-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cinayət işi tərəfindən vurulmuş zərərin tam ödənildiyini bildirmiş, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan CMin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1140/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi tam şəkildə icra etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-432/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-432/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver