Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-432/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olan və ödənilməyən, işsiz, orta təhsilli, Abşeron rayonu, Novxanı kəndində qeydiyyayda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsi, fərdi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 mart 2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivi, fərdi tikili nömrəsiz yaşayış evin həyətinə hasardan keçərək evin pəncərəsini fiziki güc tədiq etməklə pəncərəni açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan 2426 (iki min dörd yüz iyirmi altı) manat dəyərində sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, ümumi çəkisi 19,34 qram, qaşları briliyant, 5 ədədinin hər birinin ölçüsü 0,025 karat, 40 ədəddinin hər birinin ölçüsü 0,0004 karat, 10 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/4 keyfiyətində olan 1 ədəd bilərzik-sırğa cütü-üzük-kulon dəsti, 602 (altı yüz iki) manat dəyərində sarı-gümüşü rəngli metaldan ibarət, üzərində 1 ədəd ağ-şəffaf qaş olan, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 qızıla uyğun, çəkisi 3,62 qram, qaşı briliyant, ölçüsü 0,149 karat, 3/3 keyfiyyətində olan 1 ədəd üzük, 210 (iki yüz on) manat dəyərində sarı rəngli metaldan, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1,91 qram 1 ədəd boyunbağı, 251 (iki yüz əlli bir) manat dəyərində sarı rəngli metaldan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,95 qram 1 ədəd sırğa cütü, 428 (dörd yüz iyirmi səkkiz) manat dəyərində sarı rəngli metaldan, üzərində aö-şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, ümumi çəkisi 5,04 qram, qaşları qiymətli qaşlara aid olmuyan 2 ədəd üzük, 18 (on səkkiz) manat dəyərində gümüşü rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 3,71 qram 2 ədəd boyunbağı, 92 ( doxsan iki) manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 18,43 qram qaşları qiymətli qaşlara aid olmuyan 4 ədəd sırğa cütü, 43 (qırx üç) manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 8,60 qram, qaşları qiymətli qaşlara aid olmuyan 3 ədəd üzük, 34 (otuz dörd) manat dəyərində gümüşü rəngli metaldan, üzərində mirvariyə bənzər muncuğ və ağ-şəffaf qaş olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, ümumi çəkisi 6,73 qram, qaşı qiymətli qaşlara aid olmuyan 2 ədəd üzük, 15 (on beş) manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,04 qram, qaşları qiymətli qaşlara aid olmuyan 1 ədəd kulon, 10 (on) manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 1,95 qram qaşları qiymətli qaşlara aid olmuyan, qırıntı hesab olunan 1 ədəd sırğa tayı, 5 (beş) manat dəyərində gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan məlumat hissəsi-üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 0,90 qram, qaşları qiymətli qaşlara aid olmuyan, qırıntı hesab olunan olunan 1 ədəd əşya, 25 (iyirmi beş) manat dəyərində gümüşü rəngli metal kilid hissəsi, mirvariyə bənzər, muncuqlardan ibarət, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 47,92 qram, bijuteriya-boyunbağı-qolbaq dəsti, 20 (iyirmi) manat dəyərində sarı-gümüşü rəngli metaldan, içərisinə “QRİENT” yazısı olan, metal ərintisindən hazırlanmış, ümumi çəkisi 43,54 qram 1 ədəd qol saatı, 30 (otuz) manat dəyərində gümüşü rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 6,45 qram, bijuteriya, 2 ədəd sırğa cütü, 10 (on) manat dəyərində sarı rəngli (qaralmış) metaldan, üzərində bönövşəyi çalarlı qaş olan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 6,56 qram, qaşları qiymətli qaşlara aid olmuyan, bijuteriya, 1 ədəd sırğa cütü, 3 (üç) manat dəyərində gümüşü rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 1,67 qram, bijuteriya, 1 ədəd boyunbağı, 2 (iki) manat dəyərində sarı rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 0,73 qram, qaşları qiymətli qaşlara aid olmuyan, bojuteriya, 1 ədəd sırğa(pirsinq), 6 (altı) manat dəyərindəgümüşü rəngli metaldan, üzərində müttəlif rəngli və ağ-şəffaf qaşları olan, metalı qiymətsiz əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 20,03 qram, qaşları qiymətli qaşlara aid olmuan, bijuteriya, 2 ədəd yaxa sancağı,1 (bir) manat dəyərində üzərində ağ-şəffaf qaşları olan məmulat hissəsi metalı qiy əlvan metal ərintisindən hazırlanmış, çəkisi 0,98 qram, qaşları qiymətli qaşlara aid olmuyan, qırıntı hesab olunan 1 ədəd əşya, 1000 manat dəyərində qızıl metaldan ibarət, 750 əyarlı 1 ədəd kişi üzüyü, 1500 manat dəyərində, qızıl metaldan ibarət, 750 əyarlı, üzərində xırda çoxsaylı qiymətli qaşlar olan, 1 ədəd qadın üzüyü və 80 manat dəyərində, orbita markalı, müşahidə kameralarının yaddaş diviarını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 6831 (altı min səkki yüz otuz bir) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olduğu ərəfədə son vaxtlar maddi sıxıntılar yaşayırdı. Anasının kreditləri olmuş, maddi sıxıntılarını ödəyə bilməmişdir. Məhz buna görə oğurluq etməyə qərar vermişdir. Mart ayında bağlar massivində yaşayışın olmadığını düşünüb 29 mart 2024-cü il tarixdə günorta saatlarında Fatmai bağla massivinə getmişdir. Orada dalanlarla piyada gəzərək normal görünüşlü bir ev axtarırmış ki, evin içərisindən oğurlamağa nəsə tapa bilsin. Təsadüfdən qarşısına bir ev çıxmışdır. Həmin evin girişində müşahidə kamerası quraşdırılmışdır. Kənardan durub bir müddət evi güdüb, ışıqlarının sönük olduğunu görüb anlamışdır ki, evdə yaşayış yoxdur. Ev daş hasarla əhatələndiyindən yeganə yolu hasarı aşmaq idi və o kənara baxıb heç kəsin onu görmədiyindən əmin olduqdan sonra belədə edərək hasarı aşaraq evin həyətyani sahəsinə daxil olmuşdur. Ev bir mərtəbəli pəncərələri olan ev idi. Daha sonra evin həyətyani sahəsində dəmir alət tapmış və həmin alətlə evin pəncərəsinə fiziki güc tətbiq edərək pəncərəni açmışdır. Daha sonra pəncərədən evə daxil olaraq evi gəzərək bir daha əmin olmuşdur ki, evdə heç kəs yoxdur. Bundan sonra yataq otaqlarının birində kompyuter masasına doğru yaxınlaşaraq müşahidə kameralarının yaddaş diviranın naqillərini kəsərək diviarı üzərində olan paketin içərisinə qoyaraq özümlə götürmüşdür. Daha sonra bir bir yataq otağlarını gəzik qiymətli zinət əşyaları və pul axtarmağa başlamışdır. Yataq otağının birində paltar dolabında qəhvəyi rəngli pul kisəsi tapmışdır. Pul kisəsini açdıqda içərisində müxtəlif sənədlər var idi həmin sənədləri yerə ataraq pul kisəsini cibimə qoymuşdur. Daha sonra digər yataq otağında paltar dolablarının birində çoxsaylı qızıl zinət əşyaları, qol saatı, gümüş zinət əşyaları və bijuteriyalarını taparaq onların cibinə qoymuşdur. Sonra evin giriş qapısının kilidini açaraq evin həyətyani sahəsinə çıxmışdır. Həyətində dəmir darvazasının qapısını açaraq çölə çıxmış və oradan uzaqlaşıb Sumqayət şəhəri istiqamətində getmişdir. Yolla gedən zaman xatırlamadığı yerdə yaddaş divirarını və qəhvəyi rəngli pul kisəsinin dəyərsiz olduğunu, onları sata bilməyəcəyinə və cinayətin izlərini itirmək üçün zibil qutularının birinə tullamışdır. Yaşadığı evə gəlib çatdıqda oğurladığım qalan qızıl zinət, gümüş və bijuteriyaları yataq otağında çarpayının altına gizlətmişdir. Belə ki, oğurladığı əşyalar baxdıqda müəyyən etmişdir ki, ümumilikdə 1 ədəd bilərzik-sırğa cütü-üzükkulon dəsti, 4 ədəd boyunbağı, 7 ədəd sırğa cütü, 11 ədəd üzük, 3 ədəd kulon, 1 ədəd sırğa tayı, 1 ədəd qol saatı, , 1 ədəd pirsinq, 2 ədəd yaxa sancağı vardır. Qızılları seçib kənara qoymuşdur ki,sataraq pul əldə etsin. İlkin olaraq iki ədəd qızıl üzükləri götürüb 29 mart 2024cü il tarixdə Sumqayıt şəhərinin mərkəzinə getmişdir. Orada kiçik ölçülü bir köşk tapmışdır. Həmin köşkün üzərində qızılların alışı və satışı elanı yazılmışdır. Köşdə əyləşmiş şəxsə iki ədəd qızıl üzüyü təqdim edərək satmaq istədiyini bildirmişdir. Həmin şəxs üzüklərə baxış keçirib onları 800 manata əldə edə biləcəyini bildirmiş və o razılaşmışdır. Bundan sonra həmin şəxs ondan şəxsiyyətimi təstiq edən sənədini istəmiş və o sənədini təqdim etmişdir. Həmin şəxs sənədi ilə bərabər üzüklərin fotoşəkilini çəkərək, sənədinin surətini çıxarıb geri qaytarmışdır. Daha sonra gün ərzində həmin pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. 30 mart 2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində olduğu zaman polis əməkdaşları onu saxlayaraq Binəqədi RPİ-nə gətirmişdirlər. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, birgə evlilik dövrü ərzində öz vəsaitinə yoldaşı üçün müxtəlif qızıl zinət əşyaları, bijuteriya və digər gözəllik aksesuarları əldə etmişdir. 29 mart 2024-cü il tarixdə saat təxminən 07 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxıb şəxsi işlərinin arxasıyca getmişdirlər. Bu zaman evdə heç kəs qalmamışdır. Həmin günü saat təxminən 17 radələrində yaşadığı evə geri qayıtdıqda aşkar etmişdir ki, evdən oğurluq edilmişdir. Evə baxış keçirən zaman müəyyən etmişdir ki, evdən həyat yoldaşı üçün əldə etdiyim qızıl zinət, bjuteriya, digər gözəllik əşyaları, pul kisəsi və müşahidə kamerasının yaddaş diviarı oğurlanmışdırlar. İlkin ifadəsində oğurlanmış əmlakın ümumi məbləğinin 8000 manat dəyərləndirmişdir. Qeyd etmişdir ki, oğurlanmış əmlakdan ona tanınması üçün əksəriyyəti təqdim olunmuş və onları tanımışdı, lakin bir ədəd kişi qızıl üzüyü və qadın qızıl üzüyü həmçinin müşahidə kamerasının bir ədəd orbita markalı yaddaş diviarı və bir ədəd qəhvəyi rəngli pul kisəsi təqdim olunmamışdırlar. Ekspertiza rəyində göstərilən məbləğlərlə tam olaraq razıdır. Təqdim olunmayan 750 əyyarlı, çəkisini xatırlamadığı kişi qızıl üzüyünün dəyəri 1000 manat, üzərində çoxsaylı xırda qiymətli qaşları olan, 750 əyyarlı, çəkisini xatırlamadığı qadın qızıl üzüyünün dəyəri 1500 manat, müşahidə kamerasının orbita markalı yaddaş divirarı 80 manat, pul kisəsinin isə dəyəri 20 manat təşkil etdiyinə görə hadisə nəticəsində oğurlanmış əmlakın yeni qiymətinin ümumilikdə 6831 manat hesab edilməsini məqsədə müvafiq hesab etmişdir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyən Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Sumqayıt şəhərinin mərkəzi küçələrinin birində kiçik ölçülü köşkdə qızıl məmulatlarının altı satqısı ilə məşğul olur. 29 mart 2024-cü il tarixdə bir nəfər əvvəllər tanımadığı şəxs köşkdə olduğu zaman ona yaxınlaşaraq iki ədəd qadın üzüyü almağını təklif etmişdir. Üzüklərə baxaraq onların həqiqətəndə qızıl olduğundan əmin olduqdan sonra hər iki üzüyə 800 manat ödəyə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs üzükləri satmağa razılaşmışdır. O həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etdikdə bəlli olmuşdur ki, həmin şəxs xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O həmin şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəkilini əldə etdiyi qızıl üzüklərlə birlikdə telefonu ilə çəkərək 800 manat pul ödəmiş və həmin şəxs çıxıb getmişdir. Qeyd etmişdir ki, əldə etdiyi qızıl üzüklərin qiymətli qaş-daşlarını üzərindən çıxardaraq onların qiymətsiz olduğuna görə tullamışdır. Üzüklərin metal hissəsini isə yenidən ərinərək təzə formalı üzüklərin düzəldilməsi üçün ustalara təhvil vermişdir.Əlavə etmişdir ki, üzüklərin cinayət yolu ilə əldə olunduğundan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi 31 mart 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanılmışdır. 31 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-215/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmişdir 30 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X3, həmin PB-nin sahə inspektoru, polis mayoru X4, hal şahidləri xx.xx.1971-ci ildə Naxçıvan MR anadan olmuş, Abşeron rayonu. Saray qəsəbəsi, Z.Əliyeva küçəsi, fərdi yaşayış evində yaşayan X2, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Dendroloji parkı, fərdi yaşayış evində yaşayan X5 və xx.xx.2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron ray., Novxanı kəndində qeydiyyayda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsi, fərdi nömrəsiz yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan « götürmə aparılması haqqında» 30 mart 2024-cü il tarixli qərara əsasən foto çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvanda götürmə apardım. Götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək yaşadığı ünvanda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otaqlarının birində yerləşən 1 ədəd bilərzik-sırğa cütü-üzük-kulon dəsti, 4 ədəd boyunbağı, 7 ədəd sırğa cütü, 9 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd sırğa tayı, qırıntı hesab olunan olunan 2 ədəd əşya, 1 ədəd qol saatı, , 1 ədəd sırğa (pirsinq), 2 ədəd yaxa sancağını təqdim etdi.mGötürmə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsi, fərdi nömrəsiz yaşayış evində, süni işıqlandırma şəraitində keçirildi. Götürmə zamanı tərəfimdən foto çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola fotoşəkillər əlavə olundu. 01 aprel 2024-cü il tarixli “əşyanın tanınması aparılması haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün təqdim olunanda həmin qızıl-zinət əşyalarını hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarına baxıb bildirmişdir ki, qızıl-zinət əşyaları arasında üzərində 1 ədəd bilərzik-sırğa cütü-üzük-kulon dəsti, 4 ədəd boyunbağı, 7 ədəd sırğa cütü, 9 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd sırğa tayı, qırıntı hesab olunan olunan 2 ədəd əşya, 1 ədəd qol saatı, 1 ədəd sırğa (pirsinq), 2 ədəd yaxa sancağı ona məxsusdur. 08 may 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 09:45 dəqiqədə başlanılır. Təqsirləndirilən şəxs göstərməsinə əsasən, Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru, polis mayoru X4 və 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 08 may 2024-cü il tarixdə saat 09:45 radələrində avtomaşınla Binəqədi RPİ İB-nın yanından hərəkətə başlandı. Avtomobilə oturandan sonra Təqsirləndirilən şəxs Fatmai bağlar massivinə getməyi təklif etdi. Avtomobil ilə hərəkət edib Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivi “Araz” marketin qarşısına gəlib çatıldı. Orada Təqsirləndirilən şəxs dəniz istiqamətində hərəkət etməyi təklif etdi. Birdəgər irəli getdikdən sonra sağ yan tərəfə dönməyi istədi. Sağ yan yola döndükdə yol fərdi yaşayış evləri yerləşən küçə ilə davam edildi. Sonra fərdi yaşayış evilərinin qarşısında avtomobili saxlanıldı. Avtomobildən düşəndən sonra Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivi fərdi yaşayış evinin qarşısında dayanılan zaman Təqsirləndirilən şəxs yolun sağında yerləşən fərdi tikili nömrəsiz evi göstərib həmin evdən oğurluq etdiyini bildirdi. İfadənin yerində yoxlanması zamanı müəyyən oldu ki, həmin ev fərdi tikilidir, həyətyani sahəsi vardır, girişində qara rəngli darvazası vardır. Darvazanın qarşısında dayanmış Təqsirləndirilən şəxs bildirdi ki, 29 mart 2024-cü il tarixdə günorta saatlarında evin həyətyani sahəsinin daş hasarından aşıb həyətə daxil olmuş, daha sonra dəmir alətdən istifadə edərək evin pəncərəsini açmış və pəncərədən evə daxil olaraq yataq otağında dolablarda axtarış edərək müxtəlif növ qızıl zinət, gümüş, bijuteriya, yaddaş divirarı və pul kisəsini oğurlayaraq evi tərk etmişdir. Avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri istiqamətində hərəkəti davam etməyi təklif etdi. Sumqayıt şəhərində el arasında “Göyərçin” adlanan əraziyə çatdıqda Məmmədşah sol tərəfə doğru dönərək mərkəzi küçəyə getməyimizi təklif etdi. Mərkəzi küçə ilə hərəkət etdikdə iaşə obyektləri olan yerdə dayanmağı təklif etdi. Avtomobildən düşəndən sonra Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən köşkün qarşısında dayanılan zaman Təqsirləndirilən şəxs yolu sağında yerləşən səkidə yerləşən köşkü göstərib 29 mart 2024-cü il tarixdə oğurladığı qızıl zinət əşyalarından iki ədədini yani ki iki ədəd qızıl üzükləri həmin köşkdə işləyən şəxsə satdığını bildirdi. İfadənin yerində yoxlanması zamanı müəyyən oldu ki, həmin köşkdə həqiqətəndə qızıl-zinət məmulatlarının satışı ilə məşğul olurlar. Kompleks məhkəmə-əmtəəşünaslıq və zərgərlik məmulatlarının kriminalistik ekspertizasının 18 aprel 2024-cü il tarixli 6/1925-9/2709 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4231 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 il 07 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 21-2/3-4829 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş islah işləri cəzasını çəkməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evdan aşkar edilərək götürülmüş, 1 ədəd bilərzik-sırğa cütü-üzük-kulon dəsti, 4 ədəd boyunbağı, 7 ədəd sırğa cütü, 9 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd sırğa tayı, qırıntı hesab olunan olunan 2 ədəd əşya, 1 ədəd qol saatı, 1 ədəd sırğa (pirsinq), 2 ədəd yaxa sancağı iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla 10 may 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, həmçinin şahid ifadəsi, ifadənin yerində yoxlanılması haqqında protokol, əşyanın tanınmasının aparılması haqqında protokollar, götürmə aparılması haqqında protokol, ekspert rəyi, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ondan şikayətin olmamasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilməsi və cəza çəkdiyi dövrdə yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 723/23 nömrəli hökmü ilə təyin olunmuş 01 il müddətinə müddətə islah işləri cəzasının çəkilməmiş qalan 01 il müddəti azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanıb 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi sərf etdiyi 30 iş saatına görə 6 manat hesab edilməklə, 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 723/23 nömrəli hökmü ilə təyin olunmuş 01 il müddətinə müddətə islah işləri cəzasının çəkilməmiş qalan 01 il müddəti azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanıb 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-432/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-432/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver