Məhkəmə qərarları › İş №1(001)-433/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-433/2020

27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-433/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, X2 Adilxanovnanın, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1961-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, saxlanc yerinə daxil olmaqla təkrarən oğurluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd yəni oğurluğa cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə 2018-ci ilin dekabr ayının sonlarında saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi Qızıl-Qum sanatoriyasının yaxınlığı Bağlar massivi 13/29 ünvanında Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə daxil olub evin zirzəmisinin qapısını sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan 120 manat dəyərində 01 ədəd preferatoru, 100 manat dəyərində 01 ədəd qaynaq aparatını, 100 manat dəyərində 01 ədəd laqondanı, 80 manat dəyərində 01 ədəd dreli, 260 manat dəyərində 01 dəst böyük açar və 140 manat dəyərində kiçik açar dəstini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi - 800 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 108 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin həyətinə sonra isə evin plastik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz olaraq içəri daxil olub oradan bir ədəd 450 manat dəyərində qaz sobası və 1 ədəd 100 manat dəyərində DVD-ni gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 cəmi 550 manat miqdarında maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə xx xxx 2020-ci il tarixdə saat 06:40-da qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmyan “Elmar” adlı şəxslə birləşərək Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında olan 4 mərtəbəli binanın qarşısına gəlib öncə şəxsiyyəti istintaqa məlum olmyan “Elmar” adlı şəxs Binaya daxil olduqda o, kənar şəxslərin gəldiyi halda məlumat vermək üçün pusquda dayanmış ,sonra isə binaya daxil olub orada yaşayış olmayan ikinci mərtəbədəki 2 saylı mənzilin örtülü olan qapısını açaraq hər ikisi qanunsuz olaraq mənzilə daxil olub oradan 15 manat dəyərində “HİDROTERM” markalı direli, 30 manat dəyərində qara rəngli direli, 25 manat dəyərində “FİOLENT” markalı elektrik mişarının, 20 manat dəyərində laqondanı, 40 manat dəyərində” MAKULE” marakalı qaynaq aparatının gizli yolla talamaqla oğurlayarkən Binanın mühafizəçisi Şahid1 Rafayıl oğlu tərəfindən saxlanıldığından cinayət törətməyə yönələn qəsdən törədilən əməlini öz iradələrindən aslı olmayan səbəbə görə başa çatdıra bilməyib oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, sonuncu dəfə 2016-cı ildə azadlığa çıxmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 aydır ki, Elmar adlı şəxslə birlikdə öz yaşadığı evdə birlikdə qalırdı, Elmarla cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssəsində tanış olmuşdur. O, tanıdığı Elmar adlı şəxslə xx xxx 2020-ci il tarixdə narkotik vasitə almaq üçün oğurluq etmək qərarına gəldikləri üçün saat 06:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazamnov küçəsində tikilməkdə olan 4 mərtəbəl binanın qarşısında müşahidə etmişlər.Bir müddət həyətdə müşahidə etdikdən sonra Elmar qapını açıb binaya daxil olmuş, o, isə binanın içərisinə daxil olub birinci mərtəbədə puskuda dayanmış ki, gələn olsa ona xəbər etsin. Elmar binada olan mənzilin birinə keçib, o, isə həmin vaxtı binanın içərisində mənzilin qapısının ağzında pusquda dayanmışdır ki, gələn olsa xəbər etsin. Elmar birinci mərtəbədə mənzilin birindən 2 ədəd drel, 1 ədəd elektrik mişarı, 1 ədəd laqonda, 1 ədəd qaynaq aparatını götürüb onu çağırmış o mənzilin giriş qapısından içəri daxil olub ona kömək edib alətləri götürüb binadan həyətə çıxdıqda, binanın mühafizəçisi qapının qarşısında onlara yaxınlaşıb onları tutmaq istədikdə, həmin vaxtı Elmar alətləri atıb oradan qaçmış onu isə muhafizəçi binanın giriş qapısında yaxalamışdır. Bundan başqa o, narkotik aludəçisi olduğu üçün bir neçə yerdən oğurluq etdiyini, 2018-ci ilin sonlrında saat təxminən 01 radələrində Pirşağı qəsəbəsində Qızıl Qum sanatoriyasının yaxınlığında olan evdən 01 ədəd preferatoru, 01 ədəd qaynaq aparatını,01 ədəd laqondanı, 01 ədəd dreli və 02 dəst açar oğurlayıb, həmin alətləri müxtəlif ərazilərdə müxtəlif şəxslərə satmışdır. Bundan başqa bir neçə yerdən də oğurluq etmişdir. Qeyd etdiyim əşyaları da mən Binəqədi Mərkəz deyilən ərazidə tanımadığı adama xatırlamadığı məbləğdə pula satmış, həmin şəxsə də satdıqda əşyaların özünə məxsus olmasını bildirmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayında saat 05 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində yerləşən yeni tikilmiş yaşayış evinin plastik pəncərəsini yerdən götürdüyü dəmir parçası ilə açaraq evə daxil olub, otaqları axtarmış oradan bir ədəd qaz sobası və 1 ədəd DVD-ni götürüb evdən çıxmişdir. Həmin oğurluğu tək törətmiş, oğurladığı əşyaları Binəqədi qəsəbəsində kafenin qarşısında tanımadığı bir nəfər şəxsə sobanı 100 manata, DVD-ni isə 40 manata satmışdır. Alan adama özünə məxsus olduğunu bildirmişdir. Elmarla 16 saylı cəzaçəkmə müəssəsində birlikdə olmuş,onu oradan tanıyıb onun şəxsiyyəti barədə başqa məlumatım yoxdur.hazırda harada olması barədə bir söz deyə bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxslərdən əksəriyyətinin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində Qızıl Qum sanatoriyası yaxınlığında bağlar massivi 13/29 ünvanında bağ evində daimi yaşamasa da mütamadi olaraq bağ evinə gedib gəlirmiş. xx xxxxxx 2019-cu il tarixdə bağ evinə gəldikdə evin zirsəmisinin qapısının sındırıldığını zirzəmidən naməlum şəxsin 800 manat dəyərində- 260 manat və 140 manat dəyərində ədəd böyük və kiçik açar dəsti,100 manat dəyərində laqonda, 120 manat dəyərində preferator,100 manat dəyərində qaynaq aparatı və 80 manat dəyərində dreli oğurlamışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxx 2020 ci il tarixdə saat 06:40-da ünvan 5 ünvanında yerləşən ona məxsus dördmərtəbəli binaya iki nəfər şəxs daxil olaraq oradan binada ikinci mərtəbədə 2 nömrəli təmir gedən mənzilin örtülü vəziyyətdə olan qapısını açıb mənzilə daxil olub həmin mənzildən mənə məxsus təmir tikinti avadanlıqları oğurlayıb qapıdan çıxarkən binanın giriş qapısında əməkdaşımız Şahid1 tərəfindən yaxalanmışdır, digər şəxs isə qaçmışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Zərərçəkmiş şəxs3 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 108 ünvanda yerləşən yeni tikilmiş nömrəsiz evi olduğunu, həmin evdə yaşamasada həmin evə gedib nəzarət edir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində mən Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 108 ünvanda yerləşən evinə gedən zaman evin həyətinin küçəyə açılan qapısı açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda evdə olan yataq otağının pənçərəsidə açılmış vəziyyətdə olduğunu görmüş. Həmin zaman ona məlum olmuşdur ki, mənzilinə naməlum şəxs daxil olmuşdur Evin içərisinə baxış keçirən zaman mənzildən bir ədəd qaz sobası və bir ədəd DVD aparatım oğurlandığını görmüşdür. Dərhal baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verib, bundan sonra hadisə yerinə Binəqədi rayon polis idarəsinin 43-cii polis bölməsinin əməkdaşları gələrək, evin içərisinə baxış keçirib və ondan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ərizə almışlar. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid2 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, təxminən 6 ildir ki, Bakı şəhəri Binəqədi rayonu Mərkəz adlanan ərazidə kafe, təndir və mağaza işlədir.Rövşən adlı şəxsi üzdən tanıyır,təxminən 2018-ci ilin sonları 2019-cu ilin əvvəlləri Rövşən adlı şəxs ona tikinti alətləri gətirərək satmaq istədyini bildirmiş, o, Rövşəni fəhlə işləyən şəxs kimi tanıdığından o həmin alətləri ondan xatırlamadığı məbləğə almışdır. Bundan sonra 2019-cu ilin payızında o,Rövşəndən bir ədəd DVD və bir ədəd soba almış həmin əçyaları isə sonradan stmışdır. O, mağazada adətən işlənmiş əşyalarında alqı-satqısı ilə məşğul olur əşyaların oğurluq olduğunu bilməmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid1 Rafayıl oğlunun istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi Döngə 1, dalan 5 ev 1ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus dördmərtəbəli binadada gözətçi vəzifəsində işləyir. xx xxx 2020 ci il tarixdə saat 06:30-da o, Binanın həyətində olarkən iki nəfər şəxsin Binanın həyətində gəzişdiklərini görmüş. Həmin şəxslərdən biri sonradan adı ona məlum olan Rövşən adlı şəxs olmuşdur. Bir neçə dəqiqə ərzində onlar binanın həyətində gəzişdikləri üçün onda şübhə yaratmış, həmin şəxslər Binaya daxil olmuşlar o, həmin şəxslərin arxasınca binaya daxil olduqda həmin şəxslərin artıq ikinci mərtəbədə olan mənzildən tikinti alətləri götürüb Binadan çıxmaq istədiklərini görmüş, həmin şəxsləri tutmaq istədikdə həmin şəxslərdən biri alətləri atıb qaçmağa nail olmuş,digər şəxsi Rövşəni isə yaxalamışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi onun barəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, ibtidai istintaq ********* nömrəli cinayət işi altında davam etdirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində Binəqədi RPİ-nin MSY-də tutulmuşdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs və ya şəxslər istintaqda təqdim olunanadək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan “cinayət işinin icraatının təzələnməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 19004109 nömrəli cinayət işinin istintaqı təzələnmişdir. İş materiallarında olan “cinayət əməlinin tövsif olunması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-480/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1980 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 130,00 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxx 2020-ci il tarixli, 9/1980 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Kirov Rayon X/Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmü ilə AZ SSR-nin 83 M.2 hissəsi, 213, 38 maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.1980-ci ildə SSSR X4 Heyətinin xx.xx.1980-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 12 (on iki) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon X/Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə AZSSR-nin 143 M.2 hissəsinə; 39, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1986-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Kirov rayon X/Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə AZSSR-nin 143 M.4 hissəsinə; 143 M.3 hissəsinə; 15-143 M.3 hissəsinə; 196- 2 M.2 hissəsinə; 38 əsasən əmlakı müsadirə olunmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR-nın xx.xx.1992-ci il tarixdə Amnistiya qərarı ilə cəzası ½ qədər azaldılaraq və qəti olaraq üzərində 1 (bir) il 11 (on bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1994-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Binəqədi rayon X/Məhkəməsinin xx.xx.1995-ci il tarixli AR 143 M.4 hissəsi, 220 M.2 hissəsi, 226-1 M.1 hissəsi, 38, 24 M maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003cü ildə AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixində cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-711/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılması qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, X3 ona məxsus tikinti alətləri, 2 ədəd dreli, 1 ədəd elektrik mişarını, 1 ədəd laqundanı və 1 ədəd elektrik qaynaq aparatını istintaq şöbəsindən təhvil almışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılması, maddi sübut kimi götürülmüş yaşıl qara rəngli “Hidroterm” markalı direlin, qara rəngli direlin, fiolent markalı elektrik mişarın, laqondanın, Makule markalı qaynaq aparatının maddi sübut kimi tanınması və qəbz əsasında sahibinə qaytarılmasının nəzərə alınması və s. qərara alınmışdır. İş materiallarında olan “cinayət işindən cinyət işinin ayrılması və icraata götürülməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Elmar adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işindən 20004057 nömrəli cinayət işi ayrılaraq, cinayət işindən sənədlərin əsli və kresosurətləri çıxarılaraq cinayət işinə əlavə edilməklə icraata götürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu törətdiyi cinayətə görə cəzasını çəkib qurtardığı gündən iki ildən artıq müddət keçdiyi üçün o, məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən ikisinin ona qarşı şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələblərinin olmasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,77.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Yaşıl Qara rəngli “Hidroterm” markalı direl, qara rəngli direl, «fiolent» markalı elektrik mişar, laqonda, «Makule» markalı qaynaq aparatı sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinın vəkil işlədiyi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul “Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Yaşıl Qara rəngli “Hidroterm” markalı direl, qara rəngli direl, «Fiolent» markalı elektrik mişar, laqonda, «Makule» markalı qaynaq aparatı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul “Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar