Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-433/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsində aparılmış və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(005)-305/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 299.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3 və 299.3.1-ci maddələrinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə də baxılır. 300.1 və 300.1.4-cü maddələrinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir:.. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsindəki rüsvayedici məlumatların yayılmaması qarşılığında ondan 300 manat məbləğində pulu hədə qorxu gəlməklə 10 mart 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanından “Whatsapp” ani mesajlaşma və mübadilə sistemi vasitəsi ilə telefon əlaqəsi saxlayaraq etmişdir. Belə olduğu təqdirdə isə məhkəmə hesab edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti tələbin edildiyi andan bitdiyindən, təqsirləndirilən şəxs həmin hədə qorxunu yaşadığı ünvan 1 ünvanında etdiyindən cinayət də həmin yerdə başa çatmışdır və bu səbəbdən də hazırkı cinayət işinə Ağstafa Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Həmçinin məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkəmənin hazırki cinayət işinin aidiyyət məsələsi ilə bağlı gəldiyi qənaət Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundakı mövqeyi ilə də tamamilə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74-75 və 300-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-433/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-433/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver