Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-434/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Seyfəddin oğlunun, Təqsirləndirilən şəxs, 28.11.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 1(001)-393/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 dekabr 2019-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə 3 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbayev küçəsi, ev 24, mənzil 60 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi, döngə 1 ünvanındakı Yeni yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,284 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 01 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində Binəqədi RPİ-si 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş və 22:30-da Bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin içərisindəki köməkçi cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,284 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir ilə yaxındır ki, 17 saylı Cəza çəkmə müəssisəsindən azad olmuşdur.Cəza çəkmə müəssisəsindən çıxdıqdan təxminən 4 ay sonra narkotik vasitəsi olan “heroin” qəbul etməyə başlamışdır. 30 may 2021-ci il tarixdə o, şəxsi istifadəsi üçün Binəqədi rayonunun Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 20 manata bir büküm gümüşü rəngli kağıza bükülmüş narkotik vasitəsi olan heroin alıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibinin içərisindəki köməkçi cibinə qoyaraq üzərində saxlamışdır. 01 iyun 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi K.Rəhimov küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 5-ci PB-nə getməyi təklif etmişlər. O, həmin polis əməkdaşlarına etiraz etmədən onlrla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsindəki otaqların birində hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona zah edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla onun öz razılığı ilə müdafiəçisi iştirak etmədən üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin içərisindəki köməkçi cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitəsi heroin olan bükümü cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin içərisində narkotik vasitəsi olan heroin olan bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri şəxsi axtarışda iştirak etmiş bütün iştirakçılar tərəfindən, o, cümlədən də onun tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəsini o, üzərində istifadə etmək üçün saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 5-ci PBnin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə orta boylu, təxminən 40-45 yaşlarında olan “Teymur” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra “Teymur” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİ-si 5-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 01 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə getmişdir. Təxminən saat 21 radələrində onlar Dərnəgül qəsəbəsi, K.Rəhimov küçəsi 74 ünvanında yerləşən binanın qarşısında əməliyyat məlumatında göstərilmiş “Teymur” adlı şəxsin əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etdir. Həmin şəxs özünü 28 noyabr 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, hazırda ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun (Təqsirləndirilən şəxs) üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ-si 5-ci PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 5-ci PB-yə getmişdir. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Hüsenağa Abdullayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol cibindən bir ədəd boz rəngli sadə “Samsung” markalı mobil telefonu və həmin əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin içərisindəki köməkçi cibindən bir gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı başqa bir əşyanın olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə Təqsirləndirilən şəxs geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edildi. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların təqdim edilməsi təklif edildi. Təqsirləndirilən şəxs masanın üzərində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni təxminən 2 gün bundan öncə kənd Binəqədidə tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bir ədəd gümüşü rəngli kağız büküm içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə oxşar kütlə olan gümüşü rəngli kağız bükümü zərfə qoyularaq qablaşdırıldı və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “174” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadə verərək göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə orta boylu, təxminən 40-45 yaşlarında olan “Teymur” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra “Teymur” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Binəqədi RPİ-si 5-ci PB-nin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, da həmin əməliyyat qrupuna daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 01 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə getmişdir Nəxminən saat 21 radələrində onlar Dərnəgül qəsəbəsi, K.Rəhimov küçəsi 74 ünvanında yerləşən binanın qarşısında əməliyyat məlumatında göstərilmiş “Teymur” adlı şəxsin əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra qrupun rəhbəri kimi Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etdi. Həmin şəxs özünü 28 noyabr 1973cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, hazırda ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirdi ki, onun (Təqsirləndirilən şəxs) üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs), onlarla Binəqədi RPİ-si 5-ci PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 5-ci PB-nə getmişdr. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Hüsenağa Abdullayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun rəhbəri olan Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşuldu, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol cibindən bir ədəd boz rəngli sadə “Samsung” markalı mobil telefonu və həmin əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin içərisindəki köməkçi cibindən bir gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı başqa bir əşyanın olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə Təqsirləndirilən şəxs geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edildi. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların təqdim edilməsi təklif edildi. Təqsirləndirilən şəxs masanın üzərində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni təxminən 2 gün bundan öncə kənd Binəqədidə tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bir ədəd gümüşü rəngli kağız büküm içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə oxşar kütlə olan gümüşü rəngli kağız bükümü zərfə qoyularaq qablaşdırıldı və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “174” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02.06.2021-ci il tarixli, 6/2218 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,284 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələ”-in siyahısına (Siyahı 1) daxildir. Tədqiqat zamanı narkotik vasitə olan heroinin 0,05 qramı istifadə olunandan sonra 0,234 qram qalıq qalmışdır. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 11.08.2021-ci il tarixli, 2807 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs:HDQ Hərbi Tribunalın 16 dekabr 1998-ci il tarixli hökmü ilə CM-nin 242-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, 01 fevral 1999-cu ildə Milli Məclisin 29 dekabr 1998-ci il tarixli “Amnistiya haqqında” qərarın 3-cü maddəsinin 3-cü bəndinə əsasən azad edilmiş; Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2008-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, 14 avqust 2009-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2009-cu il tarixli Qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş;Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, 17 avqust 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş;Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, 06 dekabr 2019-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə 3 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs Əlibala oğlunun məhkumuluğu ödənilməmişdir və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətin residi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 109,9 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroinin 0,234 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 0,234 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,9 (yüz doqquz manat 90 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-434/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-434/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver