Məhkəmə qərarları › İş №1(001)-434/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-434/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-434/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1996-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

2. xx.xx.2000-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatında olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o, 17 may 2020-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin darvazası qarşısında dayanaraq uca səslə danışdığından sonuncunun oradan uzaqlaşıb öz yaşadıqları evin qarşısına getmələri kimi haqlı iradını bəhanə gətirib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr deməklə mübahisə edib ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs dodaq nahiyəsindən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən xəsarətlər, Təqsirləndirilən şəxs1 isə yerdən götürdüyü silah qismində istifadə olunan daş parçası ilə Zərərçəkmiş şəxs sağ əl nahiyəsindən qəsdən vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İ daraq sümüyünün sınığı, İ barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olan sağ əlin arxa səthinin və İ barmağının arxa səthinin şişkinliyi ilə nəticələnən xəsarətlər yetirərək xuliqanlıq etməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səsəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür.

2. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o, 17 may 2020-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin darvazası qarşısında dayanaraq uca səslə danışdığından sonuncunun oradan uzaqlaşıb öz yaşadıqları evin qarşısına getmələri kimi haqlı iradını bəhanə gətirib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr deməklə mübahisə edib ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs dodaq nahiyəsindən qəsdən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən xəsarətlər, Təqsirləndirilən şəxs1 isə yerdən götürdüyü silah qismində istifadə olunan daş parçası ilə Zərərçəkmiş şəxs sağ əl nahiyəsindən vuraraq sonuncuya xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İ daraq sümüyünün sınığı, İ barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olan sağ əlin arxa səthinin və İ barmağının arxa səthinin şişkinliyi ilə nəticələnən xəsarətlər yetirərək xuliqanlıq etməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kimi təxminən 4 il olar ki, tanımışdır. Sakitin bütün qonşularla mübahisələri olmuş və hər kəslə dava ilə danışmışdır. O, da sonuncu ilə heç vaxt xoş münasibət saxlamamışdır. 17 may 2020-ci il tarixədək onun Zərərçəkmiş şəxsla heç bir mübahisəsi və ya münaqişəsi olmamışdır. 17 may 2020-ci il tarixdə axşam saatlarında o və əmisi oğlu Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Gündüz Cəbrayılovun həyətində olmuşlar. Sonra evdən çağırılması xəbəri gəlmiş və yavaş-yavaş yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Bu zaman qonşusu Zərərçəkmiş şəxs evindən çıxıb nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır ki, onun evinin qabağından çıxıb gedərlər. O, isə qonşusu Sakitə həmin ərazidə onun da yaşadığını qonşu olduqlarını, ondan heç kimin bu vaxtadək narazılıq etmədiyini bildirmişdir. Bundan sonra Sakit üstünə yeriyərək onu vurdu və o, yerə yıxıldı. Həmin vaxt Sədiyar onları ayıran zaman o, Sakitə yumruq atmış və onun yumruğu Sakitin qoluna dəymişdir. Sonra isə Sakit ona və Sədiyara daş atmağa başlamışdır. Sakitin atdığı daşlardan biri Kənanın belinə dəymişdir. Daha sonra isə Sədiyarı boğazından tutub qaldırmış və nalayiq ifadələr söyləmişdir. Bu zaman o, əmisi oğlu Sədiyarı buraxması üçün Sakitin əlindən vurub onu itələmişdir. Zərərçəkmiş şəxs barmağının necə zədələnməsindən xəbəri olmamışdır. O, Sakitə yumruq vuranda qoluna dəymişdir. Ola bilər ki, bir-biriləri ilə itələşən zaman barmağına xəsarət yetirmişdir. Mübahisəyə ilk Şakit Yusubov başlamış və yersiz olaraq onu və Sədiyarı təhqir etmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kimi tanımış, onun sonuncu ilə heç bir mübahisəsi, münaqişəsi olmamışdır. Sakitin ətrafında olan qonşular ilə münasibətinin pis olması səbəbindən onunla heç vaxt xoş münasibət saxlamamışdır. 17 may 2020-ci il tarixdə axşam saatlarında əmisi oğlu Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan digər qonşuları Gündüz Cəbrayılovun həyətində olmuşlar. Əmrah evlərindən çağırıldığı üçün onlar həyətə çıxan zaman Sakit də yaşadığı evdən çıxıb onları evinin qabağında dayanmamaları ilə bağlı kobud şəkildə təhqir etməyə başlamışdır. Əmrah isə Sakitə qonşuluqda yaşadıqlarını və onlardan heç kəsin şikayətçi olmadıqlarını bildirdikdə Sakit Əmrahı vurub yere yıxmışdır. O dərhal araya girmiş Sakiti ayırmağa çalışmışdır. X6 yumruq atan zaman onun yumruğu sonuncuya dəymiş, sonra isə ona sürtünmüşdür. Əmrahın yumruğunun Sakitin qolunun hansı hissəsinə dəyməsini görməmişdir. Bundan sonra Sakit daha da əsəbiləşərək onu da təhqir etmiş və bununla da onları əlinə keçən daşla daşlamağa başlamışdır. Atdığı daşlardan biri onlar tərəfə gələn qonşuları Kənana dəymişdir. Daha sonra Sakit onun boğazından tutub qaldırdıqda əmisi oğlu Əmrah bunu görüb onu buraxması üçün Sakitin qolundan vurub itələmişdir. Sakitin barmağının necə zədələnməsini görməmişdir. Hər şey Sakitin onları təhqir etməsi və vurub daşlaması ilə bağlamışdır. Lakin bütün bunlara baxmayaraq, o, Sakitə əl qaldırmamış, ona qarşı heç bir müdaxiləsi olmamışdır. Ona görə də, məhkəmədən ona bəarət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında ünvan 4 ünvana köçöndən qonşusu Bəxtiyar və sonuncunun iki oğlanları ilə münasibəti normal olmamışdır. 0, 10 may 2020-ci il tarixdə evdə olarkən evinin damına kənar şəxslərin daş atmalarını görmüş, dərhal bayıra çıxdıqda daşların Bəxtiyarın uşaqlarının atdığını görmüşdür. Onların ardınca qaçsa da, uşaqlara çata bilməmişdir. 17 may 2020-ci il tarixdə axşam evdə olan zaman evini daşlayan uşaqların onun evinin qarşısında durub pivə içdiklərini görmüş və onlara oradan getməyi təklif etsə də, sonuncular getmək istəmədiklərindən onları qovmuşdur. Bu zaman hər ikisi ondan təxminən 15 metr aralaşaraq yerdən iri daş parçalarını götürüb ona tərəf atmağa başlamışlar. Atılan daşlardan biri onun sağ əlinə, digərləri isə onun darvazasına dəymişdir. Nisbətən cavan olanın atdığı taxta parçası isə onun dodağına dəyərək zədələmişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Hadisə nəticəsində barmağından aldığı xəsarətə görə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Həmçinin hər iki ayda bir həkimə gedir və müalicə olunur. Ona görə də, məhkəmədən vermiş olduğu iddia ərizəsinin təmin edilməsini və təqsirləndirilən şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Hadisə yerində şahid qismində dindirilmiş Şahid1 və Şahid3 olduğunu görməmişdir. Şahid2 da hadisə baş verən zaman orada olmamış və sonuncunu heç tanımır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 10-cu korpusda yerləşən evdə yaşayır. Təqsirləndirilən şəxs2 və onun əmisi oğlu Təqsirləndirilən şəxs1 tanıyır və onlar bir küçədə yaşayırlar. Sədiyar orta məktəbdə ondan bir sinif aşağı oxumuşdur. Qonşu kimi onlarla münasibətiləri yaxşı olmuşdur. Sakit adlı qonşusu da təxminən 2018-ci ildən onların qonşuluqda özünə məxsus evdə tək yaşayır. Sakitlə onun arasında narahatçılıq olmamışdır. Eşitmişdir ki, 17 may 2020-ci il tarixdə axşam saatlarında Sədiyar və Əmrah qonşusu Sakitlə mübahisə edib dalaşmışlar. Hadisəni isə görməmiş, sadəcə danışılanları eşitmiş, ümumiyyətlə hadisənin canlı şahidi olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxsin adının Sakit olduğunu bilir və onunla da qonşuluqda yaşayır. Lakin Sakitlə münasibətləri yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə əvvəllərdən tanıyır və onlarla bir küçədə yaşayırlar. 17 may 2020-ci il tarixdə axşam saatlarında evdə olarkən həyətdən səs gəldiyini eşitmişdir. Yatdığı üçün evdən həyətə çıxamamışdır. Səhəri gün tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qonşuları Sakitlə dava etdiyini eşitmiş, lakin hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 10-cu korpus, ev 10-da yaşayır. O, Təqsirləndirilən şəxs1 ilə orta məktəbdə bir sinifdə oxumuş, həmin vaxtdan da münasibətləri yaxşı olmuşdur. Sakit adlı şəxsi də Əmrahgilin yaşadığı küçədə yaşadığından məlumatı vardır. 17 may 2020-ci il tarixdə axşam saatlarında işdən evə gələrkən Əmrah və əmisi oğlu Sədiyarın Sakitlə mübahisə etməsi xəbərini eşitmişdir. Hadisə baş verən zaman onların yanında olmamış sadəcə məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirilməsi faktı üzrə toplanmış material üzrə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər almasına dair hadisə ünvan 6 ünvanın qarşısında baş vermişdir. xx.xx.2020-ci il tarixli, 736 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ əlin İ daraq sümüyünün sınığı, İ barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və İ barmağının arxa səthinin şişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə alt dodağın selikli qişasının səthi əzilmiş yarası sağlamlığa zərərçəkmayan xəsarət olduğu üçün dərəcələri təyin olunmur, sağ əlin İ daraq sümüyünün sınığı, İ barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və İ barmağının arxa səthinin şişkinliyiisə ümumilikdə və ayrıayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il trixdə taxta parçası və daşla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməli CMin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 cinayət əməli CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 221.3cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb eidlərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb eidlərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-434/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək onlar dərhal məhkəmə iclas zalından həbs edilmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-434/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddaçı qismində tanınmaqla ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki cavabdehlər qismində tanınmaqla onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində, eləcə də digər Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, digər Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrin ziddinə ifadə verərək hadisənin canlı şahidi olmadıqlarını bildirmişlər. Hətta Zərərçəkmiş şəxs belə məhkəmə baxışı zamanı verdiyi ifadəsində sözügedən şahidləri hadisə zamanı görmədiyini onların hadisə yerində olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən də məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə qonşuluq münasibətində olmuş, biri-birilərinə qarşı münasibətləri mülayim olmamış, ehtimal edilən xuliqanlıq hadisəsi baş verən zaman hadisəni görən, ətrafda olan kimsə olmamış, habelə təqsirləndirilən şəxslərin xuliqanlıq niyyəti olmamışdır. Nəzərə alsaq ki, xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir və təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik etdiyini, habelə CM-in 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq hərəkətlərini törətməsini dərk edir və bunu arzu edir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrindən onların xuliqanlıq niyyətlərinin olmaması, Sədiyarın ümumiyyətlə Sakitə qarşı heç bir hərəkətinin olmaması, niyyətinin onları ayırmaq olması müəyyən edilmişdir. Qeyd olunanlardan məhkəmə belə qaənətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə şəxsi münaqişə zəminində baş vermişdir. Belə olan halda əməlin xuliqanlıq kimi tövsifi yolverilməzdir. Çünki Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, yəni şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqanlıq kimi tövsif edilə bilməz. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq cinayət əməlini törətmələri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, CM-in 221.1-ci maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Bu isə o deməkdir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Digər tərəfdən xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Qeyd olunan əməl üzrə xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalı, yəni başqa sözlə desək xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bununla yanaşı yuxarıda qeyd olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 221.3-cü maddəsi ilə ittiham elan edərkən ittihamın əsasını sonuncuların ibtidai istintaqda verdiyi etiraf ifadələri, habelə zərərçəkmiş şəxs və şahidlərin ifadələri təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X3 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxslərin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxslərin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində qəsdən sağlamlığa az ağır zərər vurmaya dair cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, məhkəmə istintaqı zamanı sonuncunun əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 əməlinin 127.2.3-ci maddəsi ilə tövsif edilə bilməz. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilərək həmin maddə ilə ona bəraət verilməsi qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü maddə ilə elan edilmiş əməli tövsif edilməlidir. Beləliklə, məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edildiyi təqdirdə həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 tövsif edildiyi qəsdən sağlamlığa az ağır zərər vurma əməli üzrə sonuncunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 CM-in 127.1-ci maddəsi ilə olan əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. CPM-in 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 təqirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən həmin maddədə nəzərdə tutulan cinayət əməli 17 may 2020-ci il tarixdə törədilmişdir. Göründüyü kimi, böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan CMin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədildiyi vaxtdan hazırkı tarixədək iki ildən artıq müddət keçmişdir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin icraatına həmin hissə üzrə CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxslərin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və sonuncular dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxslər kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə, verilmiş mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, müraciətdə maddi və mənəvi ziyanla bağlı müəyyən hallar göstərilsə də, həmin halları təsdiq edən heç bir sübut müraciətə əlavə olunmamış və buna dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda qeyd olunan xüsusat ilə bağlı mülki mühakimə qaydasında araşdırma aparılmalı olduğundan və cinayət işi üzrə süründürməçiliyə yol verilməməsi baxımından məhkəmə, sözügedən mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs izah edilməlidir ki, hazırda baxılan cinayət işi üzrə məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. CPM-in 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Müdafiəçilər tərəfindən təqdim edilmiş hesabatlardan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 39 (otuz doqquz) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 34 (otuz dörd) saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 39, 42, 43, 55, 57, 61, 62, 318, 344-349, 350-353, 356, 357, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona baxılmadan saxlanılmış mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar