Məhkəmə qərarları › İş №1(001)-434/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-434/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-434/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X4, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2anda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlanı gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ünvan 3 ünvanda yerləşən «Təndir evi» şirniyyat mağazasına müştəri qismində daxil olub, orada piştaxta üzərində olan mopedin açarlarını götürüb mağazanı işlədən Zərərçəkmiş şəxs1 məxsus «Moon ZX50QT-7» markalı mopedi mağaza qarşısından gizli yolla talayaraq Qorxmaz Ağacanliya 1200 manat dəyərdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 4 ünvan qarşısında küçədə saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus olan “Ravon Nexia R3” markalı avtomobilin qabaq sol şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin sürət ölçən cihazının üzərindən sonuncuya məxsus 700 manat dəyərində “İphone XS” markalı mobil telefonu üzərində olan 50 manat dəyərində ***-***-**-** mobil nömrə ilə birlikdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 750 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə 08 radələrində ünvan 5 ünvanda yerləşən «Park Cafe»yə müştəri qismində gəlib yemək sifariş verdikdən sonra kafeni işlədən X5 mətbəx otağına keçdikdən sonra ona məxsus piştaxta üzərində olan 45 manat dəyərində “Samsung” markalı mobil telefonu üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrəni, 160 manat dəyərində «Realme» markalı «C21-Y» model mobil telefonu üzərində 15 manat dəyərində ***-***-**-** mobil nömrəni, pul kisəsindən 35 manat nəğd pulu, milli manat məzənnəsi ilə 1.70 (bir manat yetmiş qəpik) manat təşkil edən 1 ABŞ dollarını gizli olaraq talamaqla zərərçəkmiş Yeganə Quşçuyevaya ümumilkdə 261,70 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində Binəqədi rayonu, İ.Dadaşov küçəsində olan «Təndir evi» şirniyyat satılan kafemağazaya gəlmiş, orada bir stəkan çay içdikdən sonra şirniyyat evində olan mopedi görmüşdür. İşsiz olduğu və pulu olmadığı üçün mopedi oğurlamaq qərarına gəlmişdir. Mağazada işləyən xanıma bildirmişdir ki, içəri darısqaldır, moped müştərilərə mane olur, onu çıxarıb kafenin qarşısında saxlasın. Mağazada işləyən qadın razı olmuş, o, mopedi itələyib mağaza qarşısına çıxarıb orada saxlayıb içəri qayıtmışdır. Bundan təxminən 5-10 dəqiqə sonra xanımın görmədiyindən istifadə edərək mopedin açarını vitrinin üzərindən götürüb çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra mopedi şirniyyat evinin qarşısından kənara aparmış, açarla işə salıb sürərək Binəqədi rayonu Biləcəri qəsəbəsinə getmişdir. Orada moped xarab olub mühərriki dayanmışdır. «156» evakuasiya xidmətinə zəng vuraraq özünə məxsus xarab olmuş mopedi Xətai rayonu, Fəhlə prospektinə aparmaq istədiyini bildirmişdir. Şirkət tərəfindən göndərilmiş «Hyundai» markalı avtomobilə mopedi qoyaraq Xətai rayonu, Fəhlə prospektinə aparıb orada usta tapıb təmir etdirib sonra müştəri tapıb satmaq istəmiş, Fəhlə prospektində mopedi avtomobildən düşürmək istəyərkən sürücü ondan 30 manat yol haqqı tələb etmişdir. Sürücüyə pulunun olmadığını demiş, sürücü onu buraxmadığı üçün oğurladığı mopedin sahibi, əvvəldən tanıdığı Qorxmaza zəng vuraraq mopedi apardğını bildirib onu evakuatoru idarə edən sürücü ilə onu danışdırmışdır. Bundan sonra xx.xx.2022-ci ildə saat 08 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Park Kafe”yə çörək yeməyə getmiş, orada işləyən qadın mətbəxə keçdikdə o, piştaxta deyilən yerdə “Samsung” markalı və “Realmi” markalı mobil telefonları, pul kisəsindən 35 manatı və 1 ABŞ dollarını götürmüşdür. Telefonları 3-cü mikrorayon dairəsində telefon alqı-satqı mağazasında Rafael adlı şəxsə özünə məxsus olduğunu bildirərək satıb həmin pulu və oğurladığı 35 manatı yeməyə xərcləmişdir. 1 ABŞ dollarını isə tutulduqdan sonra polisə təqdim etmişdir. xx.xx.2022-ci ildə saat 16 radələrində Azadlıq metrostansiyasının yaxınlığında ağ rəngli “Ravon Nexia R3” markalı avtomobildən “İphone XS” markalı mobil telefonu isə o, oğurlamamışdır. Həmin cinayəti törətməmişdir. 3-cü mikrorayonda yerləşən dairənin yanında telefon alqı-satqı mağazasında Vasif adlı şəxsə satdığı “İphone XS” markalı mobil telefon isə özünə məxsus telefon olmuşdur. Odur ki, həmin oğurluq faktı üzrə ittihamın xaric edilməsini, digər 2 fakt oğurluq cinayətinə görə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Əməlindən peşmandır.Vurduğu maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən “Təndir evi” şirniyyat evini icarə əsasında işlədir. Şirniyyat evini işlədərkən müştərilərin sifarişini yerinə yetirərək sifariş olunan malı müştərilərin evlərinə və sair sifariş olunan yerlərə çatdırır. Sifariş yerinə yetirilərkən mopeddən istifadə olunur. Şirniyyat evində istifadə etmək üçün 2021-ci ilin fevral ayında tanımadığı şəxsdən əldən təzə vəziyyətdə 3800 manata 1 ədəd «Mano» markalı moped almış, həmin mopedi şirniyyat evində saxlayır, açarı isə vitrinə qoyurdu. Şirniyyat evi səhər saat 07:00-dan axşam saat 22:00 kimi açıq olur. Şirniyyat evinin zalında müştərilər üçün stollar və stullar var, onlar orada oturaraq çay içib şirniyyatdan istifadə edirlər. Samir adlı şəxs bir neçə dəfə şirniyyat evinə müştəri qismində gəlib-gedib və onunla söhbət edən zaman adının Samir olmasını bildirmişdir. xx.xx.2021-ci ildə səhər saatlarında işə gələrkən şirniyyat evində xadiməçi kimi işləyən İradə ona bildirmişdir ki, səhər saatlarında işə gələndə Samir kimi tandıdıqları şəxs də şirniyyat evinə daxil olmuş orada çay içmişdir. Samir xadiməçi İradəyə demişdir ki, moped şirniyyat evinin içərisində müştərilərə mane olur və çölə çıxartmaq istəyir. İradə razı olmuş və Samir mopedi şirniyyat evinin qarşısına çıxartmışdır. Sonra İradənin başının qarışmasından istifadə edərək mopedin açarını bağlı olmayan vitrindən götürüb mopedi çöldə işə salıb apararaq oğurlamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Park Kafe”də aşpaz işləyir. xx.xx.2022-ci ildə saat 08 radələrində işlədiyi kafeyə əvvəlcədən tanımadığı sonradan adını bildiyi Samir adlı şəxs gəlmiş, səhər yeməyi istədiyini bildirib kafedə piştaxtadan uzaqda olan masada tək əyləşmişdir. O, yemək hazılmaqdan ötrü mətbəxə keçmiş, təxminən 7-8 dəqiqə mətbəxdə olmuş, sonra mətbəxdən çıxanda piştaxtanın üzərinə qoyduğu özünə məxsüs “Samsung” markalı telefonu üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə, “Realme” markalı mobil telefonu üzərində olan 15 manat dəyərində ***-***-**-** mobil nömrə ilə, pul kisəsindən 35 manat nəğd pulun və milli manat məzənnəsi ilə 1.70 manat təşkil edən 1 ABŞ dollarını oğurlandığını görmüşdür. Dərhal oğurluq barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonra adının Samir olduğunu bildirdikləri şəxs ifadəsinin yoxlanılması üçün kafeyə gətirilmiş, o, həmin şəxsin oğurluqdan əvvəl kafeyə gəlib yemək sifariş verən və oğurluğu törədən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Ravon Nexia R3” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında yerləşən “Neyron” aptekin qarşısında dayanmış və avtomobildən siqaret çəkmək üçün düşmüşdür. Həmin vaxt özünə məxsus qara rəngli “İphone XS” markalı mobil telefonu avtomobilin sürət göstərən cihazının qarşısına qoymuş, avtomobilin qabaq sağ şüşəsi açıq olmuşdur. Həmin vaxt avtomobildən təxminən 10 metr siqaret çəkə-çəkə uzaqlaşmış, 7-8 dəqiqə avtomobilin yanında olmamışdır. Avtomobilə yaxınlaşdıqda mobil telefonun yerində olmadığını görmüş, özünə məxsus 055- ***-**-** nömrəli mobil telefonu ilə 2-3 dəfə ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, lakin zəng getməyinə baxmayaraq sonra xətt məşğul olmuş, sonra telefon söndürülmüşdür. Dərhal DİN-in 102 xidmətinə zəng edərək, mobil telefonun oğurlandığını bildirmiş, dərhal hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonradan bilmişdir ki, hadisəni onun tanımadığı Samir adlı şəxs törətmişdir. Hadisə nəticəsində ona ümumilikdə 750 manat ziyan dəymişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mobil telefonunu oğurlamaması barədə bildirdikləri doğru deyil. Belə ki, Samirin mobil telefonu satdığı mağazanın sahibi telefonu ondan alarkən İmeil kodun göstərildiyi qəbz yazıb özündə saxlamış, sonradan həmin qəbzi istintaqa təqdim etmişdir. Qəbzdə göstərilən İmeil kod ilə onda olan mobil telefonun qutusunun üzərindəki kod eynidir. Bu onu göstərir ki, Samirin satdığı mobil telefon xx.xx.2022-ci il tarixdə onun avtomobilindən oğurladığı mobil telefondur. Çünki, mobil telefonların İmeil kodları təkrarlanmır, hər bir telefona ayrıca məxsus olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 156 Evakuvasiya xidmətində sürücü işləyir, Hyundai markalı **-JE-*** nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2021-ci il tarixdə saat 08:49 radələrində ***-***-**-** saylı mobil nömrədən müştəri zəng vuraraq Binəqədi rayonu, Biləcəri qəsəbəsindən mopedi götürərək Xətai rayonu Fəhlə prospektinə aparacağını bilmişdir. Qeyd olunan sifarişlə əlaqədar mopedi götürərək Xətai rayonu Fəhlə prospektinə aparmış, orada müştəri ödəniş etmək üçün pulunun olmadığını bildirmişdir. Sonra onu bir nəfər şəxslə danışdırmış, həmin şəxs özünü mopedin sahibi kimi təqdim edərək mopedi Binəqədi rayonu Azadlıq metrosuna gətirməsini, orada ödəniş edəcəyini bildirmişdir. Lakin onun yanında olan Samir adlı şəxs buna icazə verməmiş, sonra şirkətdən operator zəng vuraraq mopedin oğurluq olması barədə məlumat vermişdir. Onunla polis əməkdaşları əlaqə saxlamış, Xətai metrosunun yaxınlığında görüşərək onları Binəqədi RPİ-in 5-ci polis bölməsinə gətirmişlər. Mopedin daşınmasını sonradan adının Samir olduğunu bildiyi şəxs sifariş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, R.Cəfərov küçəsində yerləşən telefon mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs Talib oğlunu əvvəllər tanımamışdır. 10 dekabr 2022-ci ilə təxminən saat 16-17 radələrində Samir adlı şəxs onun mağazasına gəlmiş, ekranında çat olan “İphone XS” markalı mobil telefonunu “iclouda” düşdüyü üçün 70 manata satdığını bildirmişdir. O, telefona baxıb telefonun ekranının çat olduğunu görmüş, telefona 50 manat pul təklif etmiş və vəsiqəsini tələb etmişdir. Samir demişdir ki, vəsiqəsi üstündə deyil. O, telefonun pulundan 10 manatı saxlayacağını, vəsiqəni gətirdikdən sonra verəcəyini demişdir. Samir də razılaşmış və ona 40 manat pul vermişdir. O, Samirdən telefon alan zaman videoçəkiliş etmiş, Samir telefonun özünə məxsus olmasını deyib, ehtiyat hissəsi kimi satmasını bildirib, ad və soyadını göstərərək sənədə imza etmişdir. Təxminən 3-5 gün sonra Samir yenə onun işlədiyi mağazaya gəlmiş, o, vəsiqəsini gətirib gətirmədiyini soruşanda Samir gətirmədiyini bildirərək getmişdir. O, Samirdən aldığı “İphone XS” markalı mobil telefonu aladan 4-5 gün sonra tanımadığı şəxsə 130 manata satmışdır. Sonradan polis əməkdaşları bildirmişlər ki, həmin telefon oğurluqdur. Lakin onun bu barədə məlumatı olmamışdır. O, Samir adlı şəxsdən mobil telefonu alarkən tərtib etdiyi telefonun imeil kodu yazılmış sənədi və Samirin telefonu satması barədə görüntünü CD diskdə polisə təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 xx.xx.2021-ci il tarixdə polis bölməsinə gəlib gəlib könüllü olaraq Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1 ədəd İphone XS markalı mobil telefonu ehtiyat hissəsi kimi almasını bildirib mobil telefonu alarkən Təqsirləndirilən şəxs tərtib etdiyi və imzaladığı vərəqi və mobil telefonu alarkən qeydə aldığı görüntü olan 1 ədəd CD diski təqdim etmək istədiyini bildirmiş, həmin 1 ədəd vərəqdən ibarət qəbzdə **********21257 imey kod qeyd edilmiş və altında imza və Təqsirləndirilən şəxs yazılmış vərəqəni təqdim etmiş və təqdim etdiyi 1 ədəd CD disk kompüterdə açılaraq baxış keçirilmiş, müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs Talib oğlu əlində olan İphone markalı mobil telefon tutub həmin mobil telefonun özünə məxsus olmasını şüşəsi sındığı üçün 40 manata satdığını bildirir və həmin alqı-satqı zamanı tərtib edilmiş imzalı vərəqə və alqı-satqı zamanı Təqsirləndirilən şəxs səsli görüntüsü olan 1 ədəd CD disk baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir (cild 1, i.v 89-91). Şübhəli şəxsin tutulması haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 116). 24 dekabr 2022-ci il tarixli könüllü təqdim etmə, baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs aldığı 01 ədəd boz rəngli Samsung Grandprime markalı və 01 ədəd göy rəngli Realmi markalı mobil telefonları könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Şahid2 könüllü olaraq Təqsirləndirilən şəxs aldığı 01 ədəd boz rəngli Samsung Grandprime markalı boz rəngli, üzərində çat olan 358500\06\297421\4 imni kodlu mobil telefon, 01 ədəd göy rəngli Realme C21 İMEİ 1 **********78170/01 İMEİ 2**********78162/01 mobil telefonlar olduğu müəyyən edilmiş və götürülmüşdür (cild 1, i.v 149-151). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 151-152). Qətimkan tədbiri seçilməsi haqqında 24 dekabr 2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 173). 24 dekabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlu vət. Şahid2 satdığı və sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim edilən 01 ədəd, boz rəngli Samsung Grandprime markalı və 01 ədəd, göy rəngli Realmi markalı mobil telefonları və həmçinin Təqsirləndirilən şəxs talib oğlunun təqdim etdiyi 1 ədəd 1 ABŞ dolları kağız əskinası zərərçəkmiş şəxs X2 tanınmaya təqdim edilmişdir. X5 ona təqdim edilən 01 ədəd köhnə və işlənmiş Samsung Grandprime markalı boz rəngli, üzərində çat olan 358500\06\297421\4 imei kodlu mobil telefon, 01 ədəd, göy rəngli Realme C21 İMEİ 1 **********78170/01 imei 2**********78162/01 mobil telefonlara baxıb bildirmişdir ki, bu mobil telefonlar və təqdim edilən əzilmiş vəziyyətdə olan 1 ABŞ dolları əskinas ona məxsusdur, xx.xx.2022-ci il tarixdə işlədiyi kafedən oğurlanmışdır (cild 1, i.v 174). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9\9363 saylı rəyindən görünür ki, «Samsunq» markalı «SM-G530H\DS» model 358500\06\297421\4 imei kodlu şüşəsi çatlamış vəziyyətdə mobil telefonun 2022-ci ilin dekabr ayına orta bazar qiyməti 45 manat, 1 ədəd «Realme» markalı «C21-Y» model mobil telefonun isə 160 manatdır (cild 1, i.v 180). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9\52779 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mühərrik həcmi 49 sm.kub. olan «Moon» ZX50QT-7 markalı mopedin qeyd edilmiş xüsusatlar və istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1200 manatdır (cild 1, i.v 214-216). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Talib oğlu dəfələrlə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü əsasında Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsilə 2 il 5 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 il 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir (cild 2, i.v 12-14). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun oğurladığı Zərərçəkmiş şəxs1 məxsus «Moon ZX50QT-7» markalı moped, Şahid1 könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs Talib oğlundan 1 ədəd İphone XS markalı mobil telefonu alarkən tərtib edilərək imzalanmış vərəqə və qeydə alınmış görüntü olan 1 ədəd CD disk, Şahid2 Təqsirləndirilən şəxs aldığı və könüllü olaraq istintaqa təqdim etdiyi X2 məxsus 01 ədəd Samsung Grandprime markalı mobil telefon və 1 ədəd Realme C21 markalı mobil telefonlar, Təqsirləndirilən şəxs Talib oğlu tutularkən təqdim etdiyi zərərçəkmiş şəxs Yeganə Quşçuyevadan oğurladığı 1 ABŞ dollarlıq əskinası iş üzrə maddi sübut kimi tanınmış, moped, 2 ədəd mobil telefon, 1 ABŞ dollarlıq əskinas zərərçəkmiş şəxslərə qaytarılmış, qəbz və sd disk iş materiallarına əlavə edilmişdir (cild 2, i.v. 116-117). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs yenidən talama cinayəti törətməsini, cinayət nəticəsində zərər çəkmiş şəxslərlə barışığı olmadığını və vurulmuş ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələbinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Moon ZX50QT-7» markalı mopedin, X2 məxsus 01 ədəd Samsung Grandprime markalı və 1 ədəd Realme C21 markalı mobil telefonların, habelə 1 ABŞ dollarlıq əskinasın zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, qəbz və sd disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki iddia verilmədiyindən zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar –Zərərçəkmiş şəxs1 məxsus «Moon ZX50QT-7» markalı mopedin, X2 məxsus 01 ədəd Samsung Grandprime markalı və 1 ədəd Realme C21 markalı mobil telefonların, habelə 1 ABŞ dollarlıq əskinasın zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın, qəbz və sd disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar