Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-435/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya əldə edərək saxlamış, gəzdirmiş, daşımış və istifadə etmişdir. Belə ki, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X6” ilə cəzaçəkmə müəssisəsində saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya sayılan - 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanam gəzdirmiş, istifadə etmiş və saxlamış, 17 may 2025-ci il tarixdə saat 08:40 radələrində daxil olmuş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 2 saylı dəstədə, qaldığı yataqxanada onun üzərinə və şəxsi əşyalarına qəfləti axtarış-baxış tədbiri keçirilərkən əynindəki gödəkcənin sağ cibindən həmin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ittihamda qeyd edildiyi kimi olmuşdur. Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. O, həmin narkotik vasitəni axşam tapmış, səhər aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni aşkar edilməmişdən bir gün əvvəl qaldığı yataqxananın qarşısında yerdən tapmışdır. O, bükümün içərisində “nəşə” adlandırdığını narkotik vasitə olduğunu görüb, cibinə qoymuşdur. O, narkotik vasitəni səhər təhvil verməyi düşünmüş, lakin üzərindən aşkar edilib götürülmüşdür. O, narkotik vasitəni cibində saxlamış, cibindən də aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X4 kiçik inspektoru, ədliyyə baş giziri Şahid3 ifadəsində göstərmişdir ki, əməliyyat-rejim işləri üzrə rəis müavini Şahid1 əməliyyat məlumatına əsasən məhkum Təqsirləndirilən şəxs qaldığı yataqxanada axtarış-baxış keçirmişlər. Axtarış-baxış zamanı məhkum Təqsirləndirilən şəxs gödəkcəsinin sağ cibindən kağıza bükülmüş şəkildə narkotik vasitə aşkar edilib götürülmüşdür. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, narkotik vasitə 17 may 2025-ci il tarixdə aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X4 nəzarətçisi, ədliyyə giziri Şahid4 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 17 may 2025-ci il tarixdə saat 08:40-da 11 X4 2 saylı yataqxanasında qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs gödəkcəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sağ cibindən bir ədəd bükümdə qurudulmuş marixuana aşkarlanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə barədə məruzə edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X4 baş inspektoru, ədliyyə mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 17 may 2025-ci il tarixdə saat 08:40-da o, əməliyyat-rejim işləri üzrə rəis müavini Şahid1, iki əməkdaş Şahid3 və Şahid4la birlikdə məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 2 saylı dəstənin yataqxanasında hal şahidlərinin iştirakı üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən kağıza bükülü yaşıl ot rəngində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Ekspertizanın rəyindən sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində olan maddə marixuanadır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı X1 şöbəsində böyük mütəxəssis vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 17 may 2025-ci il tarixdə müəssisəyə daxil olarkən müəssisənin əməkdaşları Xəlil və Tural ondan bir hadisə üzrə hal şahidi kimi iştirak edə biləcəyini soruşmuş, o, da razılıq vermişdir. Məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, gödəkcəsinin bir ədəd kağız bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisində narkotik vasitə olduğunu demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci tarixli protokoldan görünür ki, əvvəlcədən əldə edilmiş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən 2 saylı dəstədə qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən əynində olan gödəkcəsinin sağ cibindən bir ədəd kağız bükümdə olan, ot şəkilli, yaşıl rəngli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli, 7/729 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi – 0,35 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,30 qram. xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs 11 saylı CM-nə xx.xx.2024-cü il tarixdə Umbakı Penitensiar müəssisəsindən qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona X6 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkuma iş planı tərtib edilərkən, onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi o, cəza çəkdiyi müddətdə daxili rejim qaydalarını pozduğuna görə barəsində 9 dəfə tənbeh tədbiri tətbiq edilmiş və 11 saylı cəzaçəkmə müəssisəsinə keçirildikdən sonra rejim qaydalarını pozmağa davam etməklə barəsində xx.xx.2023-cü il tarixdə “05 gün CT” tənbeh tədbirləri tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə qapalı və dəyişkəndir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Həsənov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,35 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın 0,30 qram qalmış qalığı cinayət işinə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7- N №li qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X6”na 11-ci əlavədən görünür ki, narkotik vasitələr cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edildiyi 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Həsənov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli 09 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,30 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə məhkum olunduğu 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) il 6 (altı) ay 7 (yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-364/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,30 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-435/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-435/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver