Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-436/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxx 1965-ci ildə Qazax Rayonu, Eynallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaş, subay, ali təhsilli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəza 3 ilə endirilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsüf edilməklə cəzası 1 il 6 aya endirilmiş, hazırda məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin Binəqədi Rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, 27 iyul 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 76 102,00 ABŞ dolları məbləğində pul borcunun icra vaxtı manata olan məzənnəsi ilə və 19,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2008-ci il tarixli, 2(001)-1306/2008 saylı qətnaməsinin, həmçinin 86586,90 manat məbləğində pul borcunun və 17,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqədar ona verilmiş vaxtda icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 13 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3907/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 13 oktyabr 2020-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 05 fevral 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə qanuni qüvvədə olan həmin məhkəmə aktlarını qərəzli icra etməməklə 63 102,00 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs2 və 84 203,90 manat məbləğində Zərərçəkmiş şəxs1 ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, "xxxx" MMC-nin Binəqədi Rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyir, aylıq əməkhaqqı 250,00 manat təşkil edir. Belə ki, o, Zərərçəkmiş şəxs2 27 noyabr 2017-ci il tarixli notariat müqaviləsi əsasında borc almış, sonradan borcu qaytara bilməmiş, o, isə pulunu tələb edərək ona qarşı 2008-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 17 dekabr 2008ci il tarixli, 2(001)-1306/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 76102 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 19,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmiş, bundan başqa Zərərçəkmiş şəxs1 13 dekabr 2007-ci il tarixli notariat müqaviləsi əsasında borc almış, sonradan ona olan borcunu da qaytara bilməmiş, o, isə eyni qaydada pulunu tələb edərək 2017-ci ildə məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 86 586,90 manat məbləğində pul borcu və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamələrin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra etməmiş, icra məmuru qətnamələrin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli, 3(001)-3907/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamələrin icrası ilə bağlı ona bildiriş təqdim etsə də o, maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra edə bilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, borcun bir hissəsini icra etməsini, qadın olmasını, yaşını və səhhətini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 27 noyabr 2007-ci il tarixli notariat müqaviləsi əsasında qaytarmaq məqsədi ilə ondan pul borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 17 dekabr 2008-ci il tarixli, 2(001)-1306/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 76 102,00 ABŞ dolları məbləğində pul borcu icra vaxtı manata olan məzənnə ilə və 19,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borculuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etmişdir.Buna görə də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(001)-3907/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir.Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini ona bildirmişdir.Həmçinin, Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərşəkmiş şəxs olaraq ona 1.000 azn ümumi borcdan ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 13 dekabr 2007-ci il tarixli notariat müqaviləsi əsasında Təqsirləndirilən şəxs ondan 79 000 ABŞ dolları, yəni 66913 manat məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almış, sonradan sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı məhkəmədə iddia qaldıraraq pulunu tələb etmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 66 513,00 manat məbləğində pul borcu, həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 20 073,90 manat məbləğində faiz, 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 86603,90 manat məbləğində pul borcunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli, 3(001)-3907/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir.Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini ona bildirmişdir.Həmçinin, Zərərçəkmiş şəxs1 nümayəndə və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş qəbzə əsasən məlum olur ki, məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərşəkmiş şəxsə 1.000 azn ümumi borcdan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 76 102 ABŞ dolları məbləğində pul borcu icra vaxtı manata olan məzənnə ilə və 19,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə, bundan başqa 86586,90 manat məbləğində pul borcu və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli, 2(001)-1306/2008 saylı və Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qanuni qüvvəyə minmiş qətnamələri icra edilməsi ilə əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuşdur.İcra sənədləri icraata qəbul edilərək icraata başlanma haqqında qərarlar 26 fevral və 30 may 2018-ci il tarixlərində qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər təqdim edilmiş, məhkəmə qətnamələri könüllü icra müddətlərində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, o, müxtəlif tarixlərdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olsa da qətnamələrin icrasını təmin etməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktlarını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(001)-3907/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamələrin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs uzun illərdir tanıdığını bildirmiş və qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2007-ci il tarixli notariat müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 79 000,00 ABŞ dolları, yəni 66 913,00 manat məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almış, bir müddət sonra sözünə əməl etməyərək borcunu qaytarmadığı halda Samirə verdiyi pulu ondan geri tələb edərək 2017-ci ildə ona qarşı məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 86586,90 manat məbləğində pul borcu və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs1ın xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(001)-3907/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir.Bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün qətnaməni icra etməyə kifayət qədər maddi imkanı olmasına baxmayaraq məhkəmə aktının icrasını qərəzli olaraq təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış 01 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 aprel 2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəza 3 ilə endirilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsüf edilməklə cəzası 1 il 6 aya endirildikdən sonra o, cəzanın sonu ilə azad edilmişdir, beləliklə də məlum olur ki, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2008-ci il tarixli, 2(001)-1306/2008 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 76102,00 ABŞ dolları məbləğində pul borcu icra vaxtı manata olan məzənnə ilə və 19,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 86 586,90 manat məbləğində pul borcu və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2008-ci il tarixli, 2(001)-1306/2008 saylı qətnaməsində göstərilmiş 76 102,00 ABŞ dolları və 19,80 manat məbləğində pul borcundan 13 000,00 ABŞ dollarını Zərərçəkmiş şəxs2 xeyrinə və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 14 iyun 2017-ci il tarixli, 2(103)-3456/2017 saylı qətnaməsində göstərilmiş cəmi 86603,90 manat məbləğində pul borcundan 2 400 manatını Zərərçəkmiş şəxs1 xeyrinə ödəmişdir. Həmçinin, iş materiallarında olan qəbzlərə əsasən məlum olur ki, məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfinfən zərərşəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər birinə 1.000 azn ümumi borcdan ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsi, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsi, digər zərərçəkmiş şəxsin nümayəndə və vəkilinin çıxışını, şahidlərin ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ümumi borcun bir hissəsini zərərçəkmiş şəxslərə ödəməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədən qüvvədə saxlanılmalıdır. Həmçinin,Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı - Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 33 ünvanda yerləşən Politexnik Universitetinin 1 saylı yataqxanasında yerləşən mənzildə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs qızına elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqanına məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 33 ünvanda yerləşən Politexnik Universitetinin 1 saylı Yataqxanasında yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-436/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-436/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver