Məhkəmə qərarları › İş №1(001)-437/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-437/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-437/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,Yenikənd küçəsi,22 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi,İsfahani küçəsi, 49A saylı evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» deyilən yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 32,620 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:05-də AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Binəqədi RPİ-nə gətirilmiş və orada saat 14:00-da üzərinə keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 32,620 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar rüsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, iki ilə yaxın narkotik vasitə marixuanadan istifadə edib. 17 fevral 2023-cü il tarixdə saat təxminən 12:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində İsfahani küçəsində 49A saylı evin yaxınlığında gedərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları orlduqlarını bildirib, onun narkotik vasitənin satışında şübhəli olduğunu deyib, barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nə dəvət etmişlər. Binəqədi RPİ-nin inzibati binasında olan zaman hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmişdir və müdafiəçinin iştirakı ilə onun üzərində axtarış keçirilmişdir. O, əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini, 5 ədəd bank kartlarını, sağ yan cibindən içərisindən 3 ədəd siqaret olan 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, sol yan cibindən 1 büküm marixuananı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ikinömrəli bir ədəd mobil telefonu, 5 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Onun pulları özünə qaytarılmış, təqdim etdiyi digər əşyalar götürülmüşdür. Təqdim etdiyi marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 37 qram olması müəyyənləşdirilmişdir. O, sorğuya cavab olaraq həmin marixuananı 3-4 gün əvvəl Binəqədi qəsəbəsində mərkəz adlanan yerdən tanımadığı şəxsdən 10 manata yalnız öz istifadəsi üçün aldığını bildirmişdir. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə DİN-nin BNMİ-nə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində, istifadəsində və dövriyyəsi ilə məşğul olmasında şübhəliliyi barədə məlumat daxil olmuşdu. Həmin şəxsin ifşa olunması üçün BNMİ-nin rəhbərliyinə raportla müraciət olundu və əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olundu. BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 və onun bilavasitə əməliyyat məlumatında göstərilən xarici əlamətlərindən əməliyyat məlumatlarında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın yaxınlığında tək olaraq görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirib, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra öz razılığı ilə Binəqədi RPİ-nin inzibati binasına gətirmişlər. Orada həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə zamanı hüquq və vəzifələri izah olunmuş, üzərində olan qanunla qadağan edilmiş əşyaları və maddələri təqdim edilməsi təklif edildikdə həmin şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd telefon, 5 ədəd bankomat kartı 5 manat pul, siqaret, alışqan, şəxsiyyət vəsiqəsi və əynində olan dəri gödəkçənin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, və hər hansı qeyri qanuni əşya və ya maddə aşkar olunmamışdır.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəffaf selofana bükülmüş bükülü qurudulmuş marixuanadır və özünün şəxsi istifadəsi üçün əldə etmişdir. Bu barədə protokol tərtib edimiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparan Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 32-34-cü vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ramazan oğlunun üzərinə şəxsi axtarış aparılmağa başlayarkən ona üzərində olan hər hansı qanunsuz əşyanı könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki dəri gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş olan bükümü çıxararaq könüllü şəkildə təqdim etmiş, şəffaf selofana bükülmüş bükülüdən qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirilərkən içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik maddə qurudulmuş marixuanaya bənzər maddə olduğu müəyyən edilmiş, həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarının 38-41-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 6/243 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» üzərindən aşkar edilmiş kütlə yazı və imzaları olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 32,620 qram bitki mənşəli kütlə çətənə (kannabis bitkisindən) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Tədqiqat zamanı narkotik vasitə olan qurudulmuş marixuana istifadə olunandan sonra 32,570 qram qalıq qalmışdır. İş materiallarının 100-101-ci vərəqlərindəki məhkəmə-narkolojı ekspertizasının 20 fevral 2023-cü il tarixli, 960 saylı rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 93-cü vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 20-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 77-78-ci vərəqlərindəki təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 19 fevral 2023-cü il tarixli qərarından və iş materiallarının 79- 80-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik leytenantı Rasim Məmmədovun 19 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 14 iyun 2023-cü il tarixli, 1(001)-437/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzğün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 32,620 qram narkotik maddə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 5 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərar olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 32,620 qram narkotik maddə qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellysiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar