Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-438/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, pensiyaçı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bilavasitə tanıdığı Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə qəbul olunmasında köməklik göstərilməsi barədə özünə müraciətindən sonra qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 1 ünvanının qarşısında Şahid məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini və 12.000 manat pulu və eyni niyyətlə 2022-ci ilin fevral-mart aylarında istintaqa dəqiq məlum olmayan tarixdə həmin ünvanda 3.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2021-ci ildə hazırda dəqiq xatırlamadığı bir nəfərin yas mərasimində tanımış və onunla münasibəti yaranmışdır. 2022-ci ilin fevral ayında Elburus ona oğlu Amini işə düzətmək istədiyini bildirərək, ondan köməklik etməsini xahiş etmişdir. O, Elburusa oğlu X2 Xidmətində işə düzəldə biləcəyini demiş və bunun üçün Elburusdan 15.000 manat pul istəmişdir. Elburus onunla razılaşmışdır. 2022-ci ilin fevral ayının sonlarında o, yaşadığı evin yaxınlığında Elburusla görüşmüş, Elburus oğlu Aminin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini və 12.000 manat pulu ona vermişdir. Elburus qalan 3.000 manatı qısa müddət ərzində düzəldib verəcəyini bildirmişdir. Bundan bir həftə sonra Elburus qalan 3.000 manatı da eyni ünvanda ona vermiş, o isə Amini üç ay ərzində işə düzəldəcəyinə söz vermişdir. Pulu alan zaman Elburusun oğlu X2 Xidmətində işə düzəldə biləcək tanışı və yaxını olmamışdır. O, pulu aldıqdan sonra bunun üçün adam tapa biləcəyini düşündüyündən Elburusdan pulu götürmüşdür. Lakin, Elburusa söz verdiyi müddət başa çatsa da, Amini işə düzəltmək üçün heç kimi tapa bilməmişdir. 2023-cü ilin oktyabr ayının ortasında Elburus onun yaşadığı ünvana gələrək, pulunu geri tələb etmişdir. O, həmin vaxt Elburusdan aldığı pulun 4.000 manatını qaytarmış və Elburusa təklif etmişdir ki, qalan 11.000 manat pula oğlu X4 Nazirliyində işə düzəldə bilər. Elburus onun bu təklifi ilə razılaşmışdır. O, Elburusa oğlu Amini üç ay ərzində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirmişdir. Lakin, bu müddət ərzində də Amini işə düzəldə bilməmişdir. Bundan sonra Elburus ondan verdiyi pulları geri istəmiş, o, da pulların bir hissəsini ayrıayrı vaxtlarda qaytarmışdır. Elburus onun barəsində polisə müraciət etdiyi vaxt onun Elburusa 5.500 manat borcu qalmışdır. Bu səbəbdən ittihamda qeyd olunan 15.000 manatla razı deyil, çünki Elburus polisə müraciət edənədək o, aldığı 15.000 manat pulun 9.500 manatını qaytarmışdır. Hesab edir ki, ona qarşı 5.500 manat həddində ittiham irəli sürülməli idi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə yas mərasimlərinin birində təsadüfən tanış olmuşdur. Həmin vaxt onun oğlu Amin işsiz olduğundan, o, oğluna işə düzəltmək istəməsi barədə Valehə danışmışdır. Valeh vəzifədə olan yaxın tanışları olduğunu deyərək, 15.000 manat müqabilində oğlu X2 Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. O, oğlunun ali təhsili olmadığını bildirdikdə, Valeh ona Xidmətin atıcılıq mərkəzində işləyən tanışı vasitəsilə oğlunu ali təhsil tələb olunmayan işə qəbul etdirəcəyini vəd etmişdir. O, Valehə inanmış və 2 dəfəyə olmaqla Valehə 15.000 manat pul vermişdir. Pulu verməsindən xeyli müddət keçməsinə baxmayaraq, Valeh oğlu Amini işə düzəltməmişdir. O, işlə maraqlandıqda, Valeh hər dəfə onu arxayın etmişdir ki, işi düzəldəcəkdir. Bir neçə dəfə pulunu geri tələb etdikdən sonra Valeh 15.000 manatın 4.000 manatını qaytarmış, qalan 11.000 manata isə X5 Nazirliyində işə düzəltməyi təklif etmişdir. O, Valehin bu təklifi ilə də razılaşmışdır. Valeh yenə müxtəlif bəhanələr gətirərək Amini işə düzəldə bilməmişdir. O, isə pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Valeh ona birdəfə nağd şəkildə 5.000 manat vermiş, 500 manat isə kartına atmışdır. Həmin vaxt Valehin ona 5.500 manat verəcəyi qalmışdır. Lakin, bir müddət sonra Valeh onun telefon zənglərini cavab verməmiş, ondan qaçmışdır. O, isə məcbur qalaraq polisə müraciət etmişdir. Polisə şikayət etdikdən sonra Valeh bir dəfə 3.000 manat, bir dəfə isə 2.500 manat olmaqla, ona 5.500 manat pul qaytarmışdır. Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq, Şahid Elburus oğlu məhkəmə iclaslarına gəlməmişdir. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclaslarda iştirak etməyən Şahid Elburus oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq, tədqiq edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırki cinayət işi üzrə özünü təqsirli bildiyini göstərmiş, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 78); • “qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 103-104); • “ziyanla bağlı ödəniş aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı X1 istintaqa gələrək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu 15.000 manat maddi ziyandan 12.500 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə ödənildiyini bildirib, ziyanın tam olaraq ödənilməsi üçün qalan 2.500 manat pulu istintaqa təqdim etmiş və həmin pul Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 118); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v.180-181); • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 1997-ci il 31 oktyabr tarixli 003220 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır (Cild İ); • “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxsdir, həmçinin onun öhdəsində (himayəsində) biri xx.xx.2008-ci il təvəllüdlü, digəri xx.xx.2010-cu il təvəllüdlü olmaqla iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 2025-ci il 19 dekabr tarixli Qərarı tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad olunmalı və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1-ci bəndində aminsitiya aktının tətbiq edilməli olduğu şəxslər sırasında Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1.16-cı bəndində isə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər nəzərdə tutulmuşdur; 6-cı və 7-ci hissələrində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyindən, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladı olduğundan və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödədiyindən, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci və 1.16-cı bəndləri tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi mümkündür. Həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinin tələbinə əsasən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 495 (dörd yüz doxsan beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 5.1-ci bəndini və CPM-in 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 1.1-ci və 1.16-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 45 saat üçün nəzərdə tutulan 495 (dörd yüz doxsan beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-438/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-438/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver