Məhkəmə qərarları › İş №1(001)-439/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-439/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-439/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirlən dirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1989-cu il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə, saat 22:00 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ verən “BC” kateqoriyalı BB223616 seriya nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İ30” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, 1.1 üfüqi nişanlanma xəttini kəsib avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, əks istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan “Opel” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol dirsək və mil sümüklərinin sınıqları, sol əlin İ barmağının, sol said nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, hadisə 2024-cü ilin dekabr ayında baş vermişdir. Evlərində qaynanasının ad günü tədbiri olmuş və o, həmin tədbirdə spirtli içki qəbul etmişdir. Daha sonra övladının qızdırması qalxdığından, o, idarə etdiyi avtomobillə uşağa dərman almağa getmişdir. Avtomobili idarə edərkən, mobil telefonu əlindən yerə düşmüş və o, əyilib telefonu götürərkən, qəza baş vermişdir. Zərbədən onun avtomobilinin hava yastıqları açılmış və üz nahiyyəsinə dəymişdir. Zərərçəkmiş şəxs və şahid ona yaxınlaşaraq, onu avtomobildən endirmişlər. Hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Sonda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə təqsirləndirilən şəxsin dediyi kimi baş vermişdir. O, hadisə baş verən vaxt Xırdalan dairəsi tərəfdən üzü Bakı şəhərinə istiqamətdə hərəkətdə olmuşdur. İş üzrə Şahid ayıq sürücü kimi Xırdalana müştəri aparmış, o, isə Amili evə qaytarmaq üçün onun avtomobilinin arxasınca getmişdir. Xırdalan şəhərində Amil müştərini düşürtdükdən sonra onun avtomobilinə əyləmiş və onlar Bakı şəhərinə doğru hərəkət etmişlər. “Dəyirman yolu” kimi adlanan ərazidə yol kəsişməsinə çatmasına az qalmış əks istiqamətdən gələn qırmızı rəngli “Hyundai” markalı avtomobilin sürücüsü anidən avtomobilin istiqamətini dəyişərək, avtomobili onun hərəkətdə olduğu zolağa doğru sürmüşdür. Yolun solunda yük avtomobili dayandığından, onun hadisədən yayınmağa imkanı olmamış və toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobilin sol ön qapısı açılmadığından, onu avtomobilin sağ qapısından çıxarmışlar. Hadisə nəticəsində biləyi sınmış və bir sıra digər xəsarətlər almışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmişdir. Onu təcili tibbi yardım maşınına əyləşdirərək, ilkin tibbi yardım göstərmişlər. Təcili tibbi yardım maşınından endikdən sonra təqsirləndirilən Railin post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Onlar hadisə yerindən sərxoşluq hallarının yoxlanılması üçün narkoloji mərkəzə aparılmışlar. Narkoloji müayinədən keçdikdən sonra, o, xəstəxanaya getmiş və orada onun qolunu gipsə qoymuşlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsə zəng edərək, onu Xırdalandan götürməsini xahiş etmişdir. İlham onu Xırdalandan götürmüş, onlar birlikdə evə qayıdarkən təqsirləndirilən şəxs öz avtomobili ilə onların hərəkətdə olduğu zolağa çıxaraq, onların avtomobilini vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, hadisənin baş verdiyi yer Binəqədi-Xırdalan şossesi, yolun hərəkət hissəsidir (i.v. 5); • 16.12.2024-cü il tarixli, 2/2487 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir (i.v. 15); • 28.03.2022-ci il tarixli BB seriyalı, 223616 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (i.v. 18); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 Binəqədi Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2489 nömrəli “Ekspert Rəyi”ndən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol dirsək və mil sümüklərinin sınıqları, sol əlin barmağının, sol said nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v. 48-50); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 8/96 nömrəli “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası. Yolnəqliyyat hadisələri hallarının tədqiqi” rəyinə əsasən “təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Babayev avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur”. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manatdır. (i.v. 61-63); • “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan və məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan video görüntüdən müəyyən edilir ki, video görüntünün yuxarı hissəsində “xx-xx-2024 22:41:59” yazıları vardır. Nəqliyyat vasitəsi yolun tam orta hissəsi ilə hərəkət edir. Həmin video görüntünün 00 dəqiqə 01 saniyəsində görünür ki, qırmızı rəngli avtomobil yolun sol tərəfində hərəkət edərək qarşı tərəfdən gələn avtomobillə toqquşur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yolda hərəkət edən digər avtomobillərin arasında sıxlıq yaranır. Video görüntü “xx-xx-2024 22:59:59” dəqiqədə bitir (i.v. 88) • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 93); • 11.06.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (141-142); • iş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs vurulan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (i.v. 148); • “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai İ30 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün sahiblərinə qaytarılmışdır (i.v. 149-156); • iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il tarixli bir azyaşlı uşağı vardır (i.v. 20). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; - 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir; - 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü hissəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Həmin qərarın 4-cü hissəsinə uyğun olaraq CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. 11-ci hissəsinə görə CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sözügedən qərarın 12-ci hissəsinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu hissəsinə uyğun olaraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq ilk dəfə cinayət törətməsini (CM 59.2), himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasaının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübutlar Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı **- EA-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai İ30 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin (X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut – Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi maddi sübut – Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai İ30 markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar