Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-44/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 16 yanvar 2024- cü il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidə yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərə hissəsini mühafizə edən dəmir barmaqlıqları özü ilə gətirdiyi mismar çıxardan və lingdən istifadə etməklə sökərək pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 1.500 manat olan 1 ədəd “LG” markalı televizoru və onun idarəetmə cihazını, dəyəri 500 manat olan 1 cüt 3 D formatlı eynəyi, dəyəri 300 manat olan 1 ədəd “Samsung” markalı planşeti. dəyəri 500 manat olan 1 ədəd “Toshiba” markalı notebooku, dəyəri 1.000 manat olan 1 dəst İsveçrə istehsalı bıçağı, dəyəri 300 manat olan 1 ədəd “Lomo LC- A” markalı fotoaparatı, dəyəri 200 manat olan 1 ədəd “Komandir saatı” markalı qol saatını, dəyəri 100 manat olan 1 ədəd “Luç” markalı qol saatını, dəyəri 100 manat olan 1 ədəd “Slava” markalı qol saatını, dəyəri 100 manat olan 1 ədəd “Tissot” markalı qol saatını, dəyəri 400 manat olan 1 ədəd “Kobalt ”markalı stolüstü saatı, dəyəri 200 manat olan 1 ədəd qara rəngli kişi gödəkçəsini və dəyəri 500 manat olan müxtəlif tipli suvenirləri gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsə məxsus evdən heç nə oğurlamış, oğurluq cinayət əməlini törətməmişdir. O, 2023-cü ilin noyabr ayında öz şəxsiyyət vəsiqəsi ilə özünə məxsus notebooku satmışdır. Notebook xarab vəziyyətdə olmuş, alan şəxs notebookun xarab hissələrini dəyişmişdir. O, notebooku 2023-cü ilin noyabr ayında satmış, halbuki oğurluq hadisəsi 2024-cü ilin yanvar ayında olmuşdur. 17 yanvar 2024-cü il tarixdə o, notebookun parolunu satdığı şəxsə vermiş və onlar notebooku açmışlar. 2023-cü ilin noyabr ayında o, notebooku şəxsiyyət vəsiqəsilə yox, sürücülük vəsiqəsilə satmışdır. Polis əməkdaşları onu oğurluq hadisəsi törədilmiş evə aparmış, oğurluq hadisəsinin üzərinə götürməyəcəyi halda daha ağır maddə ilə həbs olunacağını bildirmişlər. O, da qorxduğu üçün həmin əməli üzərinə götürmüşdür. O, Şahid1 satmaq üçün televizor verməmişdir. O, məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsinin baş verdiyi ünvanda qış fəslində yaşamamışdır. Yanvar ayının 15-dən 16-na keçən gecə qar yağmış, həmin gün o, axşam orada olmuşdur. Yanvar ayının 16-da qonşusu ona zəng edib evinin pəncərəsinin qırıldığını demişdir. O, da həmin ünvana gedib polis çağırmışdır. İlk öncə evə polislər daxil olmuş, o, evdə hər yerin dağınıq olduğunu görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında qeyd edilmiş əşyalar ona məxsus olmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir və zərərin ödənilməsini tələb edir. Həmin evdə əvvəllər oğurluq hadisəsi olmamışdır. O, evə gəldikdə evin pəncərəsinin dəmir məhəccərinin kəsilib kənara qoyulduğunu görmüşdür. Evdə video müşahidə sistemi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Oğurluq hadisəsi nəticəsində ona 5700 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı onu polis idarəsinə çağırmış notebook göstərmişlər. O, notebookunu tanımış, həmin notebook ona qaytarılmışdır. Bildiyinə görə təqsirləndirilən şəxs notebooku Neftçala rayonunda satmış, oradan geri qaytarılmışdır. Bir dəfə də ona televizor göstərilmiş, televizor da ona məxsus olmuşdur. Polis bölməsində ona heç bir əşya qaytarılmamışdır. O, təqsirləndirilən şəxsi ilk dəfə polis tərəfindən tutulanda görmüşdür. Təqsirləndirilən şəxs istintaq zamanı oğurluq etməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. O, hal-hazırda evindən oğurlanmış əşyalar sırasında “LG” markalı televizor, “Toshiba” markalı notebook, “Samsung” markalı foto aparat, Çexiya istehsalı saat olmasını xatırlayır. oğurlanmışdır. İstintaq orqanında ona təqdim edilmiş notebooku götürmüş, lakin həmin notebook ona məxsus olmamışdır. O, digər əşyaları götürməmişdir. Ona təqdim edilmiş televizoru tanımadığından götürməmişdir. Evindən oğurlanmış saat qırıq vəziyyətdə olmuşdur. Onun evindən “Samsung” markalı planşet oğurlanmamışdır. O, cinayət işinin materiallarında olan foto şəkilləri məhkəmədə görmüşdür. O, təqsirləndirilən şəxsi ilk dəfə polis idarəsində görmüşdür. Təqsirləndirilən şəxs həmin zaman ona oğurluq etdiyini etiraf etmiş, evinin təsfir etmiş, həyətdə saxlanılan avtmobilin markasını belə demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğru kimi tanımamış, sonuncunun bacısı onun qonşusu olmuş, bacısının evinə gəlib gedərkən aralarında tanışlıq yaranmışdır. Təqsirləndirilən şəxs ona televizor verib, satılıq olduğunu demiş, o, sonuncuya sonra gəlib pulu götürməsini demişdir. O, sonradan bilmişdir ki, televizor oğurluqdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdi ki, Təqsirləndirilən şəxs bir dəfə 01 ədəd televizoru gətirib ona vermişdir. Əhməd ona pay kimi saat vermək istəmiş, lakin o, qəbul etməmişdir. O, foto aparat görməmişdir. Əhməd televizoru evindən götürdüyünü, pul lazım olduğu üçün satdığını demişdir. O, təqsirləndirilən şəxs nə qədər pul verdiyini xatırlamır. Onunla təqsirləndirilən şəxs arasında borc münasibəti olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2024-cü ilin təxminən yanvar ayının ortalarında gündüz vaxtlarında Əhməd onun yaşadığı evə gəlmiş, hal-əhval soruşandan sonra bildirmişdir ki, satmalı köhnə əşyaları vardır. Əhməd onun aradabir 8-ci km. bazarında köhnə əşyalar satmaqla məşğul olduğunu bilmişdir. O, Əhməddən hansı əşyalar olduğunu soruşduqda sonuncu bir ədəd televizor, bir ədəd fotoaparat, bir ədəd qol saatı olduğunu demiş, həmin əşyaları satmaq üçün almasını təklif etmiş və evə təcili pul lazım olduğunu bildirmişdir. Sonra Əhməd əşyaları onun evinə gətirmişdir. O, Əhmədə 450 manat pul ödəmiş, bundan sonra Əhməd çıxıb getmişdir. Bundan sonra 19 fevral 2024-cü il tarixdə şəxsi işilə bağlı getdiyinə görə evdə olmadığı vaxtda polis əməkdaşları yaşadığı ünvana gəlmiş, həmin vaxt arvadı Əfsanə onları qarşılamışdır. Polis əməkdaşları Əhməddən aldığı həmin əşyaların oğurluq olduğunu demişlər. Arvadı Əfsanə də televizoru, foto aparatı və “Tissot” markalı qol saatını könüllü olaraq polisə təhvil vermişdir. Əhməd onlara həmin əşyaların evinin malı olduğunu, evə pul lazım olduğuna görə satdığını demişdir. Həmin əşyaların oğurluq olmasını Əhməd deməmişdir. Polislər evə gələndən sonra arvadı Əfsanəyə demişlər ki, Əhməd həmin əşyaları oğurlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 tanımışdır. Əhmədin bacısı onun qonşusu olmuşdur. Əhməd də bacısıgilə gedib gələndə tanışlıq yaranmışdır. Əhmədin onlara verdiyi əşyaların oğurluq olduğunu bilməmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara bir dəfə əşya vermiş, əvvəllər belə hal olmamışdır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid1 pul borcu olmuş, sonuncu borcu istədikdə pulun əvəzinə əşyaları vermişdir. Əhmədin verdiyi əşyalar televizor, şəkil çəkən aparat, qol saatı olmuşdur. Əhməd qol saatını pay kimi, televizoru isə borcun əvəzində vermişdir. Əhmədin verdiyi əşyalar onların yaşadığı evdə olmuş, sonuncu tutulduqdan sonra əşyaların oğurluq olduğunu bilmişlər. Onun həyat yoldaşı xəstə olarkən xəstəliyinə görə Əhmədin kartına 400 manat pul göndərilmiş, sonuncu həmin kartdan çıxarıb onlara verməmişdir. Əhməd əşyaları girov kimi onlara vermiş, borcunu qaydardığı halda həyat yoldaşı əşyaları geri qaytarmağı düşünmüşdür. O, 400 manat pulu Əhmədin kartına kimin atmasını bilmiəmişdir. Onun həyat yoldaşının bank kartı olmamışdır. Onun həyat yoldaşı əşyaların satışı ilə məşğul olmamışdır. Həyat yoldaşı əvvəllər sürücü işləmiş, sonradan gözləri ağrıdığı üçün sürücü işləməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yanvar ayının 17-də günün birinci yarısında təqsirləndirilən şəxs sənədi ilə yaxınlaşaraq, notebookunu onlara satmışdır. Onlar notebookda dəyişiklər edib, xərc çəkmiş və notebooku satmışlar. Fevral ayının 19-da səhər saatlarında Binəqədi RPİ-nin əməkdaşları həmin şəxslə birlikdə mağazaya yaxınlaşmış notebookun oğurluq olduğunu bildirmişlər. Həmin notebook təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə polis əməkdaşlarına təqdim edilmişdir. Bundan sonra o, polis bölməsinə gedib orada izahat yazmışdır. Təqsirləndirilən şəxsin onlara satdığı notebookun oğurluq olması ilə bağlı onlarda əvvəlcədən məlumat olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, notebookun korpusunda zədələr olduğuna görə ehtiyat hissəsi kimi almış, notebookun batareyası işləməmiş, korpusu yararsız olmuşdur. O, notebokun şifrə ilə açılıb-açılmadığını xatırlamır. Bəzi hallarda mağazaya kompüter və ya notebook satan şəxslər şifrəni unutduqlarını dedikdə həmin halda onlar əmin olduqdan sonra almışlar. Təqsirləndirilə şəxs notebooku mağazaya satarkən o, mağazada olmamışdır. Köməkçisi ona zəng edib məlumat vermiş və notebooku almışdır. Onlar notebooku 70 manata almış, internet üzərindən satmışlar. Polis əməkdaşları 19 fevral 2024-cü il tarixdə mağazaya yaxınlaşmış, onlar notebooku alan adamla əlaqə saxlamış, notebooku geri almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidə yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-ü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 Heydər oğlu işlədiyi mağazaya Təqsirləndirilən şəxs tərəfindən satılmış “Toshiba” markalı 01 ədəd televizoru könüllü olaraq istintaq orqanına təqdim etmiş, həmin televizor götürülmüşdür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs tərəfindən satılmış idarəetmə pulu ilə birlikdə “LG” markalı 01 ədəd televizoru, üzərində “Panasonic” yazısı olan qaburda “Lomo” markalı foto aparatı, 01 ədəd “Tissot” markalı qol saatını könüllü olaraq istintaq orqanına təqdim etmiş, həmin əşyalar götürülmüşdür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-116/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilməmiş, sonuncu barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(001)- 1479/2024 nömrəli qərarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-49/2023 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə cəzanın çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “LG” markalı televizor və pultu Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 2 rəqəmi ilə işarələnmiş televizoru tanıyaraq yaşadığı evdən oğurlanmış televizor olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “Lomo” markalı foto aparat Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 3 rəqəmi ilə işarələnmiş foto aparatı tanıyaraq yaşadığı evdən oğurlanmış foto aparat olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “Tissot” markalı qol saatı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 1 rəqəmi ilə işarələnmiş saatı tanıyaraq yaşadığı evdən oğurlanmış qol saatı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “Toshiba” markalı qol saatı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 2 rəqəmi ilə işarələnmiş notebooku tanıyaraq yaşadığı evdən oğurlanmış notebook olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)-190/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-116/2024 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti19 may 2024-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/2697 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 920 manat müəyyən edilir. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, üzərində “Panasonic” yazısı olan qaburun içərisində “Lomo LC-A” markalı fotoaparat, kəməri olmayan, şüşəsi sınıq vəziyyətdə olan, üzərində “Tissot 1853” yazısı olan qol saatı, idarəetmə cihazı ilə birlikdə “LG” markalı 47LW650S-ZC modelli televizor və “Toshiba” markalı, L755-S5242 modelli notebook iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli 4(001)-336/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün yəni 08 iyun 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Toshiba” markalı, L755-S5242 modelli notebooku 17 yanvar 2024-cü il tarixdə 60 manata satmış, sənədə imza çəkmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək oğurluq əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-49/2023 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə cəzanın çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini 16 yanvar 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini cəzasının çəkilməmiş hissəsi ərzində, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-49/2023 nömrəli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-49/2023 nömrəli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli, həmin cəzanın çəkilməmiş 1 (bir) il 1 (bir) ay 16 (on altı) günü hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-116/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(001)-1479/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan 19 fevral 2025-ci il saat 21:05-dən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 22 fevral 2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 19 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək ev dustaqlığında saxlanılma müddətinin 4 (dörd) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)-190/2024 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-116/2024 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 19 may 2024-cü il tarixədək müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində inzibati qaydada həbs tənbehinin tətbiq edilməsi nəzərə alınmış və həmin müddət bitdikdən sonra Təqsirləndirilən şəxs həbsə alınması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi üçün qərarın icrası Binəqədi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(001)-1479/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 20 gün inzibati həbsin müddəti 14 mart 2025-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 19 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)-190/2024 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri müddətinin əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(001)-1479/2024 nömrəli qərarı ilə təyin edilmiş 20 gün inzibati həbsin müddətinin bitdiyi vaxtdan, yəni 14 mart 2025-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış üzərində “Panasonic” yazısı olan qaburun içərisində “Lomo LC-A” markalı fotoaparatın, kəməri olmayan, şüşəsi sınıq vəziyyətdə olan, üzərində “Tissot 1853” yazısı olan qol saatının, idarəetmə cihazı ilə birlikdə “LG” markalı 47LW650S-ZC modelli televizorun və “Toshiba” markalı, L755-S5242 modelli notebookun saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 49/2023 nömrəli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə cəzanın çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 49/2023 nömrəli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(010)-455/2023 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 16 (on altı) günü hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “Panasonic” yazısı olan qaburun içərisində “Lomo LC-A” markalı fotoaparat, kəməri olmayan, şüşəsi sınıq vəziyyətdə olan, üzərində “Tissot 1853” yazısı olan qol saatı, idarəetmə cihazı ilə birlikdə “LG” markalı 47LW650S-ZC modelli televizor və “Toshiba” markalı, L755-S5242 modelli notebookun saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-44/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-44/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver