Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-440/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.12.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 62-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 1(001)- 385/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X5 küçəsi, ev 14 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə saat 09.00 radələrində Bakı şəhəri Nəsimi rayonunda “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 0,422 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,070 qram, 0,140 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi 1,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyun 2021-ci il tarixdə saat 21:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X5 küçəsi ev 14 ünvaının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilib saat 22:30-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol cibindən üzərində “khyber safety match” yazıları olan kibrit qutusunda saxladığı sellofana bükülmüş vəziyyətdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,070 qram, 0,140 qram və 0,145 qram olmaqla ümumu təmiz çəkisi 1,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qızılı kağıza bükülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 0,422 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 ay olar ki, narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitələrini Bakı şəhəri Nəsimi rayonunda “Papanin” adalanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən alaraq istifadə etmiş, sonuncu dəfə 10 iyun 2021-ci il tarixdə saat 10.00 radələrində Bakı şəhəri Nəsimi rayonunda “Papanin” adlanan ərazidən həmişə görüşdüyü şəxslə görüşərək ona 50 manat pul verərək 2 büküm metamfetamin və 4 büküm heroin alaraq kibrit qutusunun içinə qoyaraq əynində olan şalvarın sol yan cibinə qoyub yaşadığı evə gəlmiş, 12 iyun 2021-ci il tarixdə saat 21.00 radələrində hava almaq üçün evdən çıxmış, yaşadığı ünvanın qarşısında mülki geyimdə olan şəxslər yaxınlaşaraq Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları olduqlarını bildirirək həmin polis bölməsinə dəvət etmiş, polis əməkdaşları ilə razılaşaraq polis bölməsinə gəlmiş, polis bölməsində olarkən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarı zamanı şalvarının sol cibində saxladığı kibrit qutusunun içində olan həmin iki büküm metamfetamini və 4 büküm heroini polis əməkdaşlarına təqdim edərək istifadəsi üçün əldə etdiyini bildirmiş, həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar da daxil olmaqla imzalananmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1ci maddəsinə tövsif edilməsini, özünün CM-nin 234.1-ci maddə ilə təqsirli hesab etməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona mümkün qədər yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 40-ci PB-nin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2 bildirmişdir ki, Binəqədi RPİ-nin 40-cı PBdə CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis baş leytenantıdır.Polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur.Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və 12 iyun 2021-ci il tarixdə saat 21:00-da Binəqədi RPİ-nin 40-cı PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X5 küçəsi ev 14 ünvanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və həmin günü saat 22:30-də polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol cibindən üzərində “khyber safety match” yazıları olan kibrit qutusunda saxladığı sellofana bükülmüş vəziyyətdə dörd ədəd büküm də heroinə bənzər maddələri və iki bükümdə psixotrop maddəyə bənzər maddələri masanın üzərinə qoymuşdur.Aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır.Ekspert rəyindən sonra müəyyən edilmişdir ki, dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,070 qram, 0,140 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi 1,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qızılı kağıza bükülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 0,422 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, metamfetamindir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13.06.2020-ci il tarixli, 6/2407 saylı məhkəmə-kimyəvi ekspertizası üzrə rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Yaqubov (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 0,422 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,070 qram, 0,140 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi 1,380 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metafetaminin ümumi təmiz çəkisi -0,422 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-0,322 qram, Heroinin ümumi təmiz çəkisi-1,380, tədqiqata sərf edildi-0,80 qram, qalıq-1,300 qram. İş materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28.07.2020-ci il tarixli, 2503 saylı məhkəmə-narkoloji ekspertizası üzrə rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və hökmlərin surətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.12.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 62-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.Bundan sonra, Yaqubov X3 rayon Məhkəmənin 16.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləliklə də, Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və əməlində cinayətlərin təhlükəli residivi vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsüf edilməsini tələb etməsi onu gözləyən ağır cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir.Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 02 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 04 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop vasitə metamfetaminin özünün istifadəsi üçün üzərində saxlaması, daşıması inandırıcı deyil, narkotik vasitə və psixotrop maddənin - müxtəliyi növ- heroin və metafetamindən ibarət olması, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin eyni ölçüdə olan çoxsaylı bükümlərə bölünərək saxlanılması onun təqsirləndirilən şəxs tərəfindən məhz satış üçün əldə edilməsini təsdiq edir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Məhkəmə baxışı zamanı toplanmış sübutlara, eyni zamanda şahidlərin ifadələrinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.2ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsı cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.2-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olduğundan, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 1.300 qram olan qalığı və psixotrop vasitə olan metamfetaminin 0,322 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 81,82 manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 12 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 1.300 qram olan qalığı və psixotrop vasitə olan metamfetaminin 0,322 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-440/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-440/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver