Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-440/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 , Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1998-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsili, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək, zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs2lə qeyr-rəsmi ailə münasibətində Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində yaşamasını bilib, qısqanclıq zəminində özgənin külli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmə məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Nicat» marketin yaxınlığında olan “Lukoil” yanacaq doldurma məntəqəsindən 7 litr benzin aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində, yuxarıda göstərilən ünvana gələrək, özündə olan açarla evin giriş qapsını açmaqla evə daxil olmuş, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, plastik qabda özü ilə gətirdiyi benzini evin otaqlarına və həyətdə sol tərəfdə yerləşən köməkçi tikilinin daxilinə tökərək alışqanla yandırdıqdan sonra, Zərərçəkmiş şəxs1 24 591 manat dəyərində evi, evin içərisində sonuncuya məxsus 2500 manat dəyərində 01 ədəd «Sharp» markalı soyuducusu, 200 manat dəyərində 01 ədəd «Sharp» markalı 6,5 kq, paltaryuyan maşını, 1 408 manat dəyərində mətbəx mebeli, 150 manat dəyərində 01 ədəd «Bosh» markalı elektrik sobası, 100 manat dəyərində 01 ədəd «Samsung» markalı mikrodalğalı sobası, 200 manat dəyərində 01 ədəd «Samsung» markalı qaz sobası, hər birinin dəyəri 250 manat təşkil edən 500 manat dəyərində 02 ədəd «Supermax» markalı kondisionerləri, 500 manat dəyərində 01 ədəd «Ariston» markalı dərin dondurucusu, 1 450 manat dəyərində yumşaq mebeli, 2 800 manat dəyərində mebel yataq dəsti, 300 manat dəyərində masa və oturacaqdan ibarət mebel dəsti, ümumilikdə 450 manat dəyərində 03 ədəd masaları, ümumilikdə 4000 manat dəyərində 16 ədəd xalçaları, hər birinin dəyəri 25 manat təşkil edən 75 manat dəyərində 03 ədəd iki nəfərlik yun yorğanları, hər birinin dəyəri 50 manat təşkil edən 150 manat dəyərində 03 ədəd iki nəfərlik yun döşəkləri, hər birinin dəyəri 20 manat təşkil edən 60 manat dəyərində 03 ədəd yun iki nəfərlik çarpayı örtükləri, hər birinin dəyəri 3 manat təşkil edən 15 manat dəyərində 05 ədəd hamam dəsmalları, ümumilikdə 4500 manat dəyərində qadın paltarları, 4500 manat dəyərində qadın xəzi, ümumilikdə 6000 manat dəyərində qab-qacaqları, köməkçi tikilidə olan 1000 manat dəyərində əl damısı, əl damının içərsində 80 manat dəyərində 01 ədəd 12 personalıq bıçaq, qaşıq, çəngəl dəsti, 10 manat dəyərində 01 ədəd aliminium qazanı, 5 manat dəyərində 5 litrlik aliminium ləyəni və 5 manat dəyərində çüyün tavası yanmış, evin içərisində Zərərçəkmiş şəxs2 məxsus 600 manat dəyərində 01 ədəd çantası, çantanın içərisində 520 manat dəyərində gödəkçəsi, 240 manat dəyərində bir cüt ayaqqabısı, 300 manat dəyərində 01 ədəd köynəyi, 500 manat dəyərində 01 ədəd qalın köynəyi, 350 manat dəyərində 01 ədəd jaketi, 300 manat dəyərində 01 ədəd şalvarı və 1000 manat dəyərində nağd pulu yanmış, həmin yanğın yüksələn xətt istiqamətində inkişaf edərək qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yayıldığından, sonuncunun 7471 manat dəyərində evi, evin içərisində 800 manat dəyərində türkiyə istehsalı olan 01 ədəd divan-kreslo dəsti, 150 manat dəyərində türkiyə istehsalı olan 01 çarpayısı, 350 manat dəyərində türkiyə istehsalı olan qab dolabı, 120 manat dəyərində türkiyə istehsalı olan 06 ədəd oturacaqdan ibarət mebel dəsti, 150 manat dəyərində türkiyə istehsalı olan 01 ədəd masası, 450 manat dəyərində türkiyə istehsalı olan 02 ədəd dolabdan ibarət mebel dəsti, 160 manat dəyərində türkiyə istehsalı olan 02 ədəd uşaq çarpayılarından ibarət mebel dəsti, ümumi dəyəri 640 manat təşkil edən 04 ədəd İran xalçaları, ümumi dəyəri 720 manat təşkil edən 04 ədəd pərdələri, ümumi dəyəri 640 manat təşkil edən 04 ədəd çılçıraqları, 600 manat dəyərində 01 ədəd «Samsung» markalı televizoru, 1700 manat dəyərində 01 ədəd «HP» markalı kompüter dəsti, 180 manat dəyərində türkiyə istehsalı olan 01 ədəd güzgülü trümosu, 60 manat dəyərində 01 ədəd qaz sobası, ümumi dəyəri 80 manat təşkil edən 04 ədəd çarpayı örtükləri, ümumi dəyəri 120 manat təşkil edən 06 ədəd yorğanları, ümumi dəyəri 180 manat təşkil edən 06 ədəd döşəkləri, ümumi dəyəri 100 manat təşkil edən 10 ədəd yastıqları, ümumi dəyəri 220 manat təşkil edən yorğan-döşək üzləri və ümumi dəyəri 800 manat təşkil edən paltarları yanmış, nəticədə o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat məbləğində, Zərərçəkmiş şəxs3 ümumilikdə 15691 (on beş min altı yüz doxsan bir) manat məbləğində, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 55549 (əlli beş min beş yüz qırx doqquz) manat məbləğində, yəni külli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2009-cu ilin oktyabr ayından Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində atası X11 və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. 2021-ci ilin sentyabr ayınada atası vəfat etmiş və anası yaşadıqları evi sataraq, həmin evin yaxınlıqda yerləşən özlərinə məxsus yarımtikilini təmir etdirməyə başlamışlar. Yaşadıqları evi və yarımtikilini mərhum atası tikdirmişdir. Əvvəl yaşadıqları evi anası Abdurahmanov İlqar adlı şəxsə satmışdır. Satılmış evin pulundan anası onun üçün ilkin ödəniş etməklə, kreditlə “Chevrolet Nexia” markalı avtomobili almış, qalan puldan isə onun heç bir xəbəri olmamışdır. Anası yeni evlərini satdıqdan sonra ona Bakı şəhərində bir otaqlı ev alacağını bildirmişdir. Lakin, anasının sözlərinə inamı olmamış, belə ki, əvvəlki evdən ona çox pul verəcəyinə vəd verməsinə baxmayaraq, ona heç bir məbləğdə pul verməmişdir. Anası pulları götürdükdən sonra bir müddət qaçıb gizlənmişdir. Bir neçə dəfə anasının yaşadığı evə gedib söhbət etmək istəmiş, lakin anası evdə olmamışdır. Bu məqsədlə də o, anasının yaşadığı evini yandırmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsindən 7 litr benzin alıb plastik qaba tökərək, piyada anasının yaşadığı ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə yollanmışdır. Həmin ünvana çatdıqdan sonra, evin giriş qapısını üzərində olan açarla açmış və içəri daxil olaraq, özü ilə plastik qabda gətirdiyi benzini ilk öncə evin soldan axırda yerləşən yataq otağına, sonra mətbəx otağına, daha sonra isə digər yataq otatğına tökərək, həmin yeri alışqanla yandırmış, daha sonra həmin evi tərk etmiş və plastik qabda qalmış benzini həyətdə olan əl damının içərisinə tökdükdən sonra, həmin qabı əl damında saxlayıb, alışqanla oranı da yandırdıqdan sonra, həmin yeri tərk etmiş və Binəqədi RPİ-nin 43-cü PB-nə gedərək, törətdiyi cinayət barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onun evi yandırmağına əsas səbəb anasının tanımadığı kişilərlə qeyri-rəsmi münasibətləri olmuşdur.Bu səbəbdən də aralarında tez-tez münaqişələr baş verirdi. Sonuncu dəfə evə gələndə isə anası ilə qeyri-rəsmi münasibətdə olan türk vətəndaşı Kadir Muhammetin əşyalarını öz yataq otağında görərək əsəbləşmiş və evi yandırmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, Zərərçəkmiş şəxs3 əmlakını qəsdən yandırmadığını və ona dəymiş ziyanı ödəməsini, həmin zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, həmin zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə, yəni həyat yoldaşı Şahid və iki azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs1 isə onun qonşusı olmuş, sonuncunu 10 ilə yaxındır tanıyır, belə ki, Gülarənin yaşadığı evlə onun yaşadığı evin arasında təxminən 1 metr məsafə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində yataq otağında yatdığı zaman həyətdən səs-küy eşitmişdir. Bu səbəbdən də o dərhal həyətə çıxmış və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 evinin yandığını, yanğının artıq onun evinə də sıçradığını görüb tez evə qaçaraq, qızlarını və həyat yoldaşını oyadıb hamılıqla evdən bayıra çıxmışlar. Təxminən 15-20 dəqiqədən sonra FHN-nin yanğın söndürmə briqadası hadisə yerinə gələrək, evləri söndürməyə başlamışlar.Daha sonra ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 evini onun oğlu Mirhüseyn qəsdən yandırmış, nəticədə isə onun evi də yanmışdır.Yanmış evinin dəyəri 50000 manat təşkil edir və yanğın nəticəsində evində olan 800 manat dəyərində türkiyyə istehsalı olan 01 ədəd divan-kreslo dəsti, 500 manat dəyərində Türkiyə istehsalı olan 01 çarpayı, 350 manat dəyərində türkiyyə istehsalı olan qab dolabı, 450 manat dəyərində Türkiyə istehsalı olan 06 ədəd oturacaqdan ibarət mebel dəsti, 150 manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd masa, 450 manat dəyərində Türkiyə istehsalı olan 02 ədəd dolabdan ibarət mebel dəsti, 360 manat dəyərində Türkiyə istehsalı olan 02 ədəd uşaq çarpayılarından ibarət mebel dəsti, ümumi dəyəri 640 manat təşkil edən 04 ədəd İran xalçaları, ümumi dəyəri 720 manat təşkil edən 04 ədəd pərdələr, ümumi dəyəri 640 manat təşkil edən 04 ədəd çılçıraqlar, 600 manat dəyərində 01 ədəd «Samsung» markalı televizor, 1700 manat dəyərində 01 ədəd «HP» markalı kompüter dəsti, 180 manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd güzgülü trümo, 210 manat dəyərində 01 ədəd qaz sobası, ümumi dəyəri 100 manat təşkil edən 04 ədəd çarpayı örtükləri, ümumi dəyəri 200 manat təşkil edən 06 ədəd yorğanlar, ümumi dəyəri 300 manat təşkil edən 06 ədəd döşəklər, ümumi dəyəri 100 manat təşkil edən 10 ədəd yastıqlar, ümumi dəyəri 220 manat təşkil edən yorğan-döşək üzləri, ümumi dəyəri 800 manat təşkil edən paltarlar yanmışdır. Beləliklə baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 59470 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ona dəyimiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbinin olmadığını bildirmiş və bu barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadəsində elan olunmuş Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, təxminən 2009-cu ilin oktyabr ayından Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində, mərhum X11 və oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşamışdır. 2020-ci ildə isə yaşadıqları evin həyətində özünə məxsus digər kürsülü, bir mərtəbəli, üç otaqdan və mətbəxdən ibarət ev tikdirmiş, lakin həmin evi təmir edə bilməmişdir. Həyat yoldaşı Mehman Hüseynov 2021-ci ilin sentyabr ayıda vəfat etdiyindən, 2022-ci ilin iyun ayında yaşadıqları evi X5 42000 manat müqabilində satmış və həmin puldan oğlu Mirhüseynə ilkin ödəniş 4700 manat olmaqla, kreditlə «Daewoo Nexia» markalı avtomobil almışdır. Qalan pula isə yeni inşa etdiyi evi təmir etdirməyə başlamışdır. Evi təmir etdirdiyi müddət ərzində isə oğlu Mirhüseynlə birlikdə qonşularının evində yaşayırmış. Daha sonra Mirhüseyn narkotik vasitələrə qurşandığından, həmin evi tərk edərək, başqa ünvanlarda yaşamağa başlamışdır. Hadisə baş verməzdən təxminən iki ay öncə yeni inşa etdiyi evin təmiri başa çatdıqdan sonra, özünə məxsus bütün əşyalarını həmin evə yığmışdır.Elə həmin ərəfələrdə o, Türkiyə Respublikasının vətəndaşı olan X24 ilə dini kəbin əsasında ailə həyatı qurub inşa etdirdiyi evdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Kadir Muhammet ilə o, Bakı şəhərinin mərkəzinə gəzməyə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində qonşusu Əfsanə adlı xanım onun mobil telefonuna zəng edərək, yaşadığı evin yandığını bildirmişdir. Bu məlumatdan sonra o, dərhal yaşadığı evə yollanmış, ünvana çatdıqda isə öz evindən başqa, X2 məxsus evin də yandığını və FHN-nin yanğınsöndürmə briqadasının hadisə yerinə gələrək, evlərin söndürülməsinə başladıqlarını görmüşdür. Oğlu Mirhüseyn təxminən dörd il olarmış narkotik vasitələrdən istifadə edirmiş, bildiyinə görə bu səbəbdən o, dəfələrlə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yanmış evinin qiyməti 80000 manat təşkil edir, evin içərisində isə özünə məxsus 2500 manat dəyərində «Sharp» markalı soyuducu, 3000 manat dəyərində «Sharp» markalı paltaryuyan maşın, 1408 manat dəyərində mətbəx mebeli, 1200 manat dəyərində «Bosh» markalı elektrik sobası, 450 manat dəyərində «Samsung» markalı mikrodalğalı soba, 380 manat dəyərində «Samsung» markalı qaz sobası, hər birinin dəyəri 1200 manat təşkil edən 2400 manat dəyərində 02 ədəd «Supermax» markalı kondisionerlər, 650 manat dəyərində «Ariston» markalı dərin dondurucu, 1450 manat dəyərində yumşaq mebel, 2800 manat dəyərində mebel yataq dəsti, 1500 manat dəyərində masa və oturacaq dəsti, ümumilikdə 510 manat dəyərində 03 ədəd masalar, ümumilikdə 4000 manat dəyərində 16 ədəd xalça, ümumilikdə 4000 manat dəyərində «yorğan, döşək, çarpayı örtüyü, dəsmal, yataq dəstləri, pərdə və s.» əşyalar, ümumilikdə 4500 manat dəyərində özünə məxsus paltarlar, 4500 manat dəyərində özünə məxsus xəz, ümumilikdə 6000 manat dəyərində qab-qacaqlar yanmışdır. Bundan əlavə həmin evdə tibbi diplomu, evin sənədləri, xarici pasportu və sürücülük vəsiqəsi də yanmışdır. Evin həyətində isə olan 1000 manat dəyərində əl damınının yanması nəticəsində, içərsində özünə məxsus ümumilikdə 300 manat dəyərində «qazan, ləyən, tava və s.» əşyalar da yanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 122548 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən məlum olur ki, 2022-ci ilin iyun ayında o, Türkiyə Respublikasında olduğu zaman, internet sosial şəbəkə vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycana gəlmiş və bir neçə gün Gülarə ilə Bakı şəhərində kirayə ev tutub yaşamışlar. xx.xx.2022-ci il tarixdə yenidən öz vətəninə qayıtmışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə Azərbaycana qayıtmış və Gülarənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən evində Gülarə ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır.xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Gülarə ilə Bakı şəhərinin mərkəzinə gəzməyə getmişdir.Həmin gecə, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Gülarənin qonşusu Əfsanə adlı xanım Gülarənin mobil telefonuna zəng edərək, yaşadığı evin yandığını bildirmişdir. Bu məlumtadan sonra onlar dərhal yaşadıqları evə yollanmışlar, ünvana çatdıqda isə yaşadıqları evdən başqa, qonşuları X2 məxsus evin də yandığını və FHN-nin yanğınsöndürmə briqadasının hadisə yerinə gələrək, evlərin söndürməsinə başladıqlarını görmüşdür. Gülarənin evində yanmış əşyalar arasında onun özünə məxsus əşyaları da olmuş, belə ki, həmin evin qonaq otağında özünə məxsus 600 manat dəyərində 01 ədəd çantanın içərisində 520 manat dəyərində gödəkçəsi, 240 manat dəyərində bir cüt ayaqqabısı, 300 manat dəyərində 01 ədəd köynəyi, 500 manat dəyərində 01 ədəd qalın köynəyi, 350 manat dəyərində 01 ədəd jaketi, 300 manat dəyərində 01 ədəd şalvarı və 1000 manat dəyərində nağd pulu olmuşdur.Beləliklə baş vermiş yanğın nəticəsində ona ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadə verən Şahid ifadəsinə əsasən məlum olur ki, təxminən 10 il olar ki, ünvan 5 ünvanda o, həyat yoldaşı Zərərçəkmiş şəxs3, qızları X12 və X14 ilə birlikdə yaşayır. Həmin evi təxminən 10 il əvvəl 28000 manat müqabilində almış və sənədləşmə həyat yoldaşının adına aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində həyat yoldaşı Sadəgül onu oyadaraq, evlərinin yanıdığını və evdən çıxıb getmək lazım olduğunu bildirmişdir. Bundan sonra onlara hamılıqla evdə çıxaraq, oradan uzaqlaşmışlar. Təxminən 15-20 dəqiqədən sonra FHN-nin yanğınsöndürmə briqadası hadisə yerinə gələrək evlərin söndürülməsinə başlamışlar. Daha sonra ona Zərərçəkmiş şəxs1 evini sonuncunun oğlu Mirhüseyn tərfindən qəsdən yandırıldığı barədə məlum olmuşdur. Hal-hazırda yanmış evlərinin qiyməti təxminən 50000 manat dəyərindədir. Ev dörd otaq, mətbəx və hamam otağı olmaqla 100 kvadrat metr sahəni əhatə edir. Yanğın zamanı evdə dəyəri 800 manat təşkil edən 01 ədəd buz dolabı, dəyəri 1000 manat təşkil edən 01 ədəd kompüter, dəyəri 1000 manat təşkil edən 01 ədəd “Samsung” markalı televizor, təxminən 5000 manat dəyərində mebel dəstləri, dəyəri 1000 manat təşkil edən paltarları, təxminən dəyəri 500 manat təşkil edən yataq dəstləri yanaraq yarasız hala düşmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X4 ifadəsinə əsasən məlum olur ki, xalası Zərərçəkmiş şəxs1 həyat yoldaşı Mehman rəhmətə getdikdən sonra gündəlik başqa-başqa kişilərlə münasibətindən oğlu Təqsirləndirilən şəxs ilə aralarında vaxtaşırı münaqişələr, mübahisələr baş verirdi.Oğlu Mirhüseyn anası Zərərçəkmiş şəxs1 hərəkətlərindən utandığını, camaat arasında ictimai qınağa səbəb olduğundan bərk əsəbiləşirdi və münaqişə zəminində dəfələrlə anası Zərərçəkmiş şəxs1 özünü öldürəcəyini, ya da fərdi yaşayış evini yandıracağını bildirirdi.Hətta, Mirhüseyn dayılarını və müxtəlif qohumları bir yerə yığaraq anası Zərərçəkmiş şəxs1 bu utancverici hərəkətlərdən çəkindirmələrini xahiş edirdi.O, sonuncu dəfə Türkiyə Respublikasının vətəndaşını yaşadıqları evə gətirərək 25 yaşlı oğlu Mirhüseynə türklə ailə qurduğunu bildirdikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evində və həyətdə anası Zərərçəkmiş şəxs1 xahişlər etdi ki, evə yad kişiləri gətirməsin, gətirəcəyi təqdirdə özünə qəsd edəcəyini, ya da yaşadıqları fərdi yaşayış evini yandıracağını bildirdi. Zərərçəkmiş şəxs1 oğluna onun istəyinə qarşı çıxa bilməyəcəyini demiş və bütün yaxınları qarşısında ürəyi istədiyini edəcəyini bildirmişdir.Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs öz evlərini yandırmışdır.Mirhüseyn gəncdir, nə etdiyini dərk etmir. Mirhüseynin atası Mehmandan miras qalmış 2 ədəd fərdi yaşayış evini Zərərçəkmiş şəxs1 satmış, oğlu Mirhüseynə evin satışından pul verməmişdir.Onun fikrincə təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qınaq nəticəsində bu hərəkətə yol vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X16 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs1 arasında tez-tez münaqişələr baş verirdi.Hadisə baş verən gün gecə vaxtı səsə oyanaraq yanğın baş verdiyini görmüşdürlər. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X13 bildirmişdir ki,Təqsirləndirilən şəxs onun qonşusudur.Təqsirləndirilən şəxs bu həddə çatdıran anası Zərərçəkmiş şəxs1 olmuşdur.Çünki Təqsirləndirilən şəxs xasiyyətcə sakit adam olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-X8» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 716 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəsətəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-X6» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 348 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövrundə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 10/1611 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fədi yaşayış evində iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur.Onlardan birincisi həyətə daxil olduqda sol tərəfdə yerləşən köməkçi tikilinin daxilində, ikincisi evin daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək digər fərdi yaşayış evinə yayılmışdır. Yanğın kənardan gətrilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir.Bakı şəhəri Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə tikinti üzrə dəymiş maddi ziyan 24591,00 manat, Zərərçəkmiş şəxs3 məxsus evə tikinti üzrə dəymiş maddi ziyan 7471,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 9/2998 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş məlumatda göstərilən malların ayrı-ayrılıqda zədələnməmişdən əvvəlki istifadədə olmuş normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən edilir. 1. Zərərçəkmiş şəxs3 məxsus 10 adda mallar 1130,00 manat; 2. Zərərçəkmiş şəxs1 məxsus 16 adda mallar – 2800,00 manat. Digər 18 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, sayı, ölçüləri, hansı materialdan hazırlanması, əmtəə görünüşü, texniki göstəricəli və sair) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X20 Nəzarəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-38-33/2-3154/23 saylı məktubuna əsasən məlum olur ki, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.1982-ci il təvəllüdlü zərərçəkmiş şəxs X15 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmiş, lakin ölkəyə geri qayıtmamışdırlar. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən məlum olur ki, onun Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, Zərərçəkmiş şəxs3 və şahidlərin ifadələrini və dövlət ittihamçısının çıxışını dinləyib, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanı ödəməsini, həmin zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir.Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiqini tapır. Qeyd olunanlara əsasən, cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Emin Musayev tərəfindən qəbul olunmuş 05 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X17 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 71 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə üçün əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 71 saat hüquqi xidmətin dəyəri 426 ( dörd yüz iyirmi altı) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-440/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-440/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver