Məhkəmə qərarları › İş №1(001)-441/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-441/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-441/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx xxxxxx 1965-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, hal-hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi – Xırdalan yolu, döngə 12 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının ortalarında tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsilə oğlu Şahid2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev adına X4 fəaliyyət göstərən nəzarət-buraxılış məntəqəsində zabit vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla, 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin istirahət parkında fəaliyyət göstərən çay evində həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları və 3090 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının 18 və ya 19-u tarixlərinin birində Şahid2 iş axtarması barədə eşidərək mobil telefon nömrəsi əldə etməklə ona zəng vurub əlaqə saxlayaraq həmin gün Şahid2 və sonuncunun atası Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində «İmperial» şadlıq sarayının yanında yerləşən kafedə görüşmüşdür.Söhbət əsnasında Şahid2 Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev adına X4 fəaliyyət göstərən nəzarətburaxılış məntəqəsində zabit vəzifəsinə işə qəbul olunmaq istədiyini bildirmiş, bu zaman o, tanışları vasitəsilə Şahid2 həmin işə düzəldə biləcəyini deyərək Zərərçəkmiş şəxs həmin işin düzəlməsi üçün 7000 manat pul istəmişdir. Bu məqsədlə 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsində parkda yerləşən çay evində Zərərçəkmiş şəxsla görüşərək ondan 2 300 ABŞ dolları və 3 090 manat pul almış, həmin vaxt yanında özünün tanışı Şahid1 və Ələkbərin tanışı Mirkişi adlı şəxslər olmuşlar.O, Zərərçəkmiş şəxs oğlunun işini 2 ay müddətində həll edəcəyinə söz vermiş, aldığı pulları isə sonradan şəxsi ehtiyacları üçün xərcləmişdir.Lakin 2 ay müddət tamam olanda Zərərçəkmiş şəxs oğlunun işinin düzəlmədiyini görüb verdiyi pulu geri qaytarmasını ondan tələb etmiş, buna görə də Şahid2 ilə görüşərək ona 1000 manat pul qaytarmışdır.Qalan məbləği qaytara bilmədiyinə görə Zərərçəkmiş şəxs onun barəsində polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir.Təhqiqat və sonradan istintaq zamanı qalan 6 000 manat pulu hissə-hissə olmaqla Zərərçəkmiş şəxs qaytarıb vermişdir.Hal-hazırda tutduğu əməldən səmimi olaraq peşimançılıq çəkir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022ci ilin yanvar ayının sonlarında sonradan tanıdığı Təqsirləndirilən şəxs onun oğlu Şahid2 istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq Novruza bildirmişdir ki, onun telefon nömrəsini tanışları vasitəsilə əldə etmişdir, əgər istəyirsə, onu Heydər Əliyev adına X4 Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsində zabit kimi işə düzəldə bilər.Buna görə də oğlu Novruz Sabirlə aralarında olan söhbəti ona danışmışdır.Sonradan o, oğlu Novruzdan Sabirin telefon nömrəsini alıb özü də onunla danışmış, sonuncu telefonda bildirmişdir ki, lazımdırsa, görüşüb ətraflı söhbət etsinlər.2022-ci ilin fevral ayının əvvəllərində, tarixi dəqiq yadında qalmayan gündə təxminən saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində «Şamaxinka» deyilən yerdə «İmperial» şadlıq sarayının yaxınlığında yerləşən çay evinə gəlmiş, mobil telefonuna zəng edərək Sabirlə tanış olmuşdur.Həmin vaxt Sabirin yanında sonradan adının Şahalı olduğunu bildiyi bir nəfər də olmuşdur.Onlar kafedə oturub çay içib söhbət edərkən X7 Xidmətində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onun vasitəsilə oğlu Novruzu deyilən işə zabit kimi düzəldə biləcəyini, bu işin qiyməti başqaları üçün 25.000 manat olsa da, onun üçün bu işi 15.000 manata görə biləcəyini, pulun yarısını əvvəlcə, yarısını isə oğlu işə qəbul edildikdən sonra alacağını bildirmiş, söhbət əsnasında tanışını «ağsaqqal» adı ilə tanıtdırmış, lakin konkret olaraq hansı vəfizədə işlədiyini deməmişdir. O, Sabirə inanaraq pulu düzəltmək üçün vaxt istəmişdir.Sabir ona demişdir ki, işə qəbul üçün lazım olan sənədlərin siyahısını Novruza verəcək ki, sənədləri toplayıb Dövlət Sərhəd Xidmətinə təqdim etsin.Bir neçə gün müddətində o, 2 300 ABŞ dolları və 3 090 manat pul toplayıb ümumilikdə 7 000 manat pul düzəldərək Sabirlə əlaqə saxlamış, sonuncu 22 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Daxili Qoşuqların hərbi hissəsinin qarşısında yerləşən istirahət parkındakı çay evində görüş təyin etmişdir.Qeyd olunan vaxtda o, tanışı Şahid3 ilə həmin ünvanda yerləşən «VİP» çay evinə gəlmişdir. 5-10 dəqiqə sonra Sabir və Şahalı ikisi çay evinə gələrək keçib onların stolunda əyləşmişlər.O, üstündə olan 2300 ABŞ dolları və 3090 manat pulu çıxarıb masanın üstünə qoymuş, Sabir pulu götürüb sayaraq cibinə qoymuş, daha sonra cibindən kağız qələm çıxarıb qəbz yazmışdır ki, guya 7000 manat pulu 2 aylıq borc ondan borc almışdır.Sabir ona həmin qəbzin altından qol çəkməsini təklif etdikdə, etiraz edib niyə belə yazılmalı olmasını soruşmuş, Sabir demişdir ki, həmin pulu sənin oğlunu işə düzəltmək üçün aldığımı yaza bilmərəm. Lakin o, Sabirin yazdığı qəbzə imza etməmişdir. O, Təqsirləndirilən şəxs 7000 manat pul verməsinə dair qəbz yazaraq vermiş, lakin orada borc sözünü yazmamışdır.Sabirin yazdığı qəbz onda, onun yazdığı qəbz isə Sabirdə qalmışdır.Növbəti gün Sabir Novruzla görüşərək ona işə qəbulla bağlı sənədlərin siyahısını vermişdir.Ona sonradan məlum olmuşdur ki, həmin sənədlər siyahısı Dövlət Sərhəd Xidmətinin komendaturasında qoyulub, istənilən şəxs həmin siyahını götürüb özündə saxlaya bilər.Oğlu Novruz da həmin sənədləri hazırlayıb Dövlət Sərhəd Xidmətində post qutusuna salmışdır. Bundan bir müddət sonra oğlu Novruzu həqiqətən də Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinə çağırmışlar və orada ona cəbhə bölgəsində yerləşən hərbi hissədə hərbi qulluqçu kimi iş təklif etmişlər.Lakin ona Heydər Əliyev adına X4 yerləşən gömrük nəzarət postunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsində zabit işi təklif edən olmamış, Novruz isə cəbhə bölgəsində yerləşən hərbi hissədə hərbi qulluqçu kimi xidmət etmək istəmədiyini bildirmişdir.Novruz evə gələndən sonra məsələni bilərək Sabirlə mobil telefonla danışmış, Sabir onu arxayın etmişdir ki, narahat olma, «ağsaqqalla» danışıb məsələni yoluna qoyacaq.Bunun üstündən bir müddət də keçmiş, Sabirdən xəbər çıxmadığını görüb onunla təkrar telefonla danışmış, Sabir bu dəfə demişdir ki, gərək sənin oğlun Novruz cəbhə bölgəsində təklif olunan işə gedərdi, sonradan onu Bakıya «perevod» etdirərdik.O, artıq başa düşmüşdür ki, Novruza təklif edilən işin Sabirlə heç bir əlaqəsi yoxdur. 2022-ci ilin fevral ayının sonralarında o, Sabirlə telefonla danışaraq ondan pulunu qaytarmasını tələb etmişdir.Sabir söz vermişdir ki, pulu qaytaracaqdır. 2022-ci ilin mart ayının ortalarında Sabir tanışı Şahalının vasitəsilə oğlu Novruza 1000 manat pul qaytarmış, lakin qalan pulu qaytarmadığına görə o, məcbur qalaraq 2022-ci ilin sentyabr ayında 6-cı Polis Bölməsinə şikayət ərizəsi vermişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 və Şahid3 ifadələrində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları eynilə göstərərək təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında tanışı Sabirlə bir yerdə olarkən ona bildirmişdir ki, bir nəfər adamla çayxanada görüşməlidir, vaxtı varsa onunla getsin, həm də çay içərlər.O, Sabirə qoşulub Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən parkdakı çay evinə gəlmiş, Sabir orada sonradan adının Zərərçəkmiş şəxs olduğu bildiyi şəxsin əyləşdiyi stola oturmuş, həmin vaxt stolda Ələkbərlə gəlmiş, bir nəfər tanımadığı adam da olmuşdur.O, Ələkbərin yanında olan adamla söhbət etməyə başlamış, Sabir də Ələkbərlə öz aralarında danışmışlar.X5 kağız çıxarıb hər biri ora 7 000 manat sözünü yazmış və imza etmişlər.Bunun üstündən bir müddət keçəndən sonra o, Sabirlə bir yerdə olarkən Ələkbər Sabirin mobil telefonuna zəng etmiş, onların arasında olan danışıqdan sonra başa düşmüşdür ki, Sabir Ələkbərdən pul alıb.O, maraqlandıqda Sabir demişdir ki, Ələkbərdən pulu onun oğlunu işə düzəltmək üçün almışdır.Bundan bir neçə gün sonra isə Ələkbər onun mobil telefonlarına zəng edərək narazılıq etməyə başlamışdır ki, Sabir onun oğlunu işə düzəltmək adı ilə 7 000 manat pulunu almışdır.Bir müddət sonra Sabir ona 1 000 manat pul verərək xahiş etmişdir ki, Ələkbərin oğlu ilə görüşüb həmin pulu ona versin.O, razılıq verəndən sonra X2 telefonla danışmış və Bakı şəhəri, Binəqədi rayonu ərazisində «Şamaxnika» deyilən ərazidə «İmperial» şadlıq sarayının yanında görüş təyin etmişdir.O, Sabirlə birlikdə həmin yerə gəlmiş, orada Novruzla görüşmüş, Sabirin verdiyi 1000 manat pulu Novruza təqdim etmişdir.X8 demişdir ki, pulun qalan 6 000 manatını da 3-4 gün müddətində verəcək.Sonradan ona məlum olmuşdur ki, Sabir Ələkbərdən aldığı pulu qaytarmadığına görə Ələkbər ondan polis bölməsinə şikayət vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, dövlət itthamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, hal-hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs Abas oğlu tərəfindən tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1.751 (bir min yeddi yüz əlli bir) manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, CM-nin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu cinayət məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşmançılığını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak və ekspertiza xərci yoxdur. Həmçinin, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-cü maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faiz miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB **********0321701115, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar