Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-442/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 19 avqust 1999-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 02 aprel 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 52 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,408 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, psixotrop maddə metamfetaminə məxsus izlər aşkar edilmiş kustar üsul ilə hazırlanmış borucuq halında predmet və üzərində “EFO-T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştük ilə birlikdə üzərində saxlayıb daşıyaraq, 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanının yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli çins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,408 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən psixotrop maddə metamfetaminə məxsus izlər olan kustar üsul ilə hazırlanmış borucuq halında predmet və üzərində “EFO- T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştük aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, uzun müddət olar ki, narkotik vasitə olan heroini istifadə edir. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olur. Odur ki, 02 aprel 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 52 manat ödəyərək təsadüfən gördüyü və əvvəllər tanımadığı şəxsdən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin almış, heroinin istifadəsi üçün nəzərdə tutulmuş kustar üsul ilə hazırlanmış boru halında olan xüsusi predmet və üzərində “EFO-T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştük ilə birlikdə üzərində saxlayıb daşımış, fikirləşmişdir ki, münasib vaxt olanda heroindən istifadə edər. 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli bilindiyi üçün həmin Polis Bölməsinə dəvət olunmuşdur. Həmin bölməyə gəlib, oradakı xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Orada üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda olan 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddəni, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən heroin istifadəsi üçün nəzərdə tutulmuş, özünə məxsus kustar üsulla hazırlanmış boru halında olan xüsusi predmet və üzərində “EFO-T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştük ilə birlikdə, həmçinin bir ədəd Samsung A 02 model mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X4 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. 03 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində X7 mənim və əməliyyat qrupunun digər üzvü Şahid2 tərəfindən Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6 ünvanın yaxınlığında saxlanılmış, onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik maddə saxlamaqda və gəzdirməkdə şübhəli olunduğunu bildirərək, polis bölməsinə dəvət etmişlər. Bundan sonra, X4 üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla X7 şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə X4 razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X5 və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X5 üstündə, paltarında və ciblərində, ola biləcək saxlanılması qanunsuz hesab edilən əşyalar varsa təqdim etməsi təklif edilmişdir. X7 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda olan 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən narkotiklərin istifadəsi üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış boru halında olan xüsusi predmet və “EFO-T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştük və bir ədəd “Samsung A02” model mobil telefon çıxardaraq masanın üzərinə qoymuş, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra X7 üzərində axtarış aparılmağa başlanmışdır, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə özünün narkotik vasitə istifadə etməsini, həmin bükümü 02 aprel 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 52 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamına şahid qismində dindirilmiş Şahid2 həmin ifadəyə tam uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 31-33-cü vərəqlərindəki Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı Xəyal Şükürov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürülmə aparılması barədə” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda olan 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd müştük, bir ədəd kustar üsulla hazırlanmış boru halında narkotik vasitə istifadə edilməsi üçün nəzərdə tutulmuş predmet və bir ədəd Samsung A 02 model mobil telefon çıxardaraq masanın üzərinə qoymuşdur. X5 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildir mişdir. Bundan sonra X4 üzərində axtarış aparılmağa başlanılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə X3 üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 02 aprel 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 52 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarının 42-46-cı vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 03 aprel 2022-ci il tarixli, 6/1783 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,408 qram olan qəhvəyi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarının 103-105-ci vərəqlərindəki məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 12 may 2022-ci il tarixli. 6/2042 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kustar üsul ilə hazırlanmış borucuq halında predmet və üzərində “EFO- T” yazısı olan qara və gümüşü rəngli plastik materialdan olan müştükdə metamfetinə məxsus izlər aşkar edilmişdir. Metamfetamin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə heroin ilə müqaisəli tədqiqat aparılması mümkün deyildir. İş materiallarının 99-100-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2022-ci il tarixli, 2099 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 97-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarının 20-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə saat 11:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 73-74-cü vərəqlərindəki təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 04 aprel 2022-ci il tarixli qərarından və iş materiallarının 76-77-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Vüsal Rzayevin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 08 iyul 2022-ci il tarixli, 1(001)-442/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1316 saylı arayışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 xx.xx.1993-cü il tarixdə müddətli hərbi xidmətə göndərilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1914-cü il tarixədək N saylı hərbi hissədə xidmət edərkən döyüş zamanı xx.xx.1994cü il tarixdə «Sol baldırın 1/3-nin qəlpə yaralanması» xəsarətləri almışdır, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, atası X2 Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüşlərdə iştirak etməklə döyüşlər zamanı qəlpə yaralanması xəsarətləri almasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza ilə cəzalandırılmasını mümkün hesab edir və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalıdır, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin,psixotrop maddə metamfetaminə məxsus izlər olan kustar üsul ilə hazırlanmış borucuq halında predmet və üzərində «EAO-T» yazısı olan qara vı gümüşü rəngli plastik mamterialdan olan müştük məhv edilməlidir. Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 5 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin,psixotrop maddə metamfetaminə məxsus izlər olan kustar üsul ilə hazırlanmış borucuq halında predmet və üzərində «EAO-T» yazısı olan qara gümüşü rəngli plastik mamterialdan olan müştük məhv edilsin. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-442/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-442/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver