Məhkəmə qərarları › İş №1(001)-443/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-443/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-443/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Göygöl rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən X5ma məxsus 300 kv/m torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan, özünə məxsus olduğunu bildirib 8400 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış və 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Mərkəz» adlanan yerdə 8400 (səkkiz min dörd yüz) manat məbləğində nağd pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən evin arxa hissəsində uzun illər torpaq sahəsinin olduğunu görüb 2018-ci ilin avqust ayında sözügedən torpaq sahəsini hasara almaq qərarına gəlmişdir. Bununla əlaqədar bir «Kamaz» markalı yük avtomobili ilə mişar daşlarını həmin torpaq sahəsinə boşaldıb və daha sonra ustaların köməkliyi ilə həmin torpaq sahəsini hasarlamağa başlamışdır. Orada tikinti işləri gedən zaman, qonşuluqda yaşayan Ziya Qənbərov onunla əlaqə saxlayaraq, sözügedən torpaq sahəsinin özünə məxsus olduğunu və ona görə də həmin tikinti işlərini dayandırmasını ondan tələb etmişdir. Həmin vaxt X7 RPİ-nin 4-cü PŞnə barəsində şikayət etmiş, lakin, Ziyanın sənədləri qaydasında olmadığından sonuncunun müraciəti bir nəticə verməmişdir. O, həmin vaxt hasarın tikintisini başa çatdırmışdır. Bundan 5-6 ay sonra pula ehtiyacı olduğundan, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs ümumilikdə 8400 manata satmışdır. Torpaq sahəsinə dair sənədlərin olamadığını Zərərçəkmiş şəxs bildirdikdə, sonuncu ona sənədləri özü qaydasına salacağını bildirmişdir. Bundan sonra o, Göygöl rayonuna getmişdir. Bundan iki il sonra Ziya həmin torpaq sahəsinə başqa bir saxta sənəd çıxardaraq barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nə təkrar şikayət etmişdir. Barəsində toplanmış material Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanaraq, ittiham aktı ilə birlikdə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin hökmü ilə o, 9000 manat məbləğində cərimələnmişdir. Əsassız yerə cərimələndiyinə görə Binəqədi rayon məhkəməsinin barəsində çıxartdığı hökümdən Bakı Apellyasiya məhkəsinə şikayət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Binəqədi rayon məhkəməsinin barəsində çıxartdığı 9000 manat cərimə hökmü ləğv edilmişdir. Lakin, buna baxmayaraq həmin torpaq sahəsini satdığı Zərərçəkmiş şəxs ondan torpağa görə ödədiyi 8400 manat pulu geri istəmişdir. O, sonuncuya pulu ödəyəcəyinə söz versə də, imkanı olmadığından ödəyə bilməmişdir. Həmin torpaq sahəsini satanda heç bir dələduzluq etmək niyyətində olmamışdır. Həmin torpaq sahəsi bələdiyyə tərəfindən ona bağışlanmışdır. Lakin, həmin əraziyə dair heç bir sənədi olmadığından, Ziya adlı şəxs tərəfindən həmin torpaq sahəsi ələ keçirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, himayəsində 1 azyaşlı övladı olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Mərkəz» adlanan ərazidə ev alqı-satqısı fəaliyyəti ilə məşğul olan tanışı Şahid ona Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində sərfəli qiymətə 300 kv.m torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsini almağı ona təklif etmişdir. O, həmin torpaq sahəsi ilə maraqlandıqda, Şahid həmin torpaq sahəsinin sahibi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs həmin dəvət etmişdir. Onlar mərkəzi küçədə görüşdükdən sonra birlikdə həmin sözügedən torpaq sahəsinə baxış keçirmişlər. Torpaq sahəsi dörd tərəfdən təxminən 2 metr hündürlükdə hasara alınmış, darvazası olan torpaq sahəsi idi. Torpaq sahəsinin hasarının alçaq yerindən baxmışlar, lakin içəri daxil olmamışlar. O, həmin torpaq sahəsinə daxil olub baxmaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs ona darvazanın açarını itirdiyini bildirmişdir. Torpaq sahəsi xoşuna gəldiyindən o, həmin torpaq sahəsini almaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs torpaq sahəsinin özünün olduğunu, ümumilikdə 8400 manata satmaq istədiyini bildirmiş və o, da sonuncu ilə razılaşmışdır. Həmin gün onlar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki Mərkəz adlanan yerə yaxın ərazidə yerləşən 179 saylı məktəblə üzbəüz yerləşən, hal-hazırda orada mövcud olmayan ev alqı-satqı ofisinə getmişlər. Orada o, Təqsirləndirilən şəxs 8400 manat pulu Şahid yanında sayıb vermiş, Təqsirləndirilən şəxs bundan sonra həmin torpağın sənədlərini yaxın vaxtlarda Binəqədi bələdiyyəsi ilə həll edib ona təqdim edəcəyini bildirmişdir. Bundan təxminən bir il sonra, yəni, 2019-cu ilin avqust ayında o, həmin torpaq sahəsinə baxış keçirməyə gəldiyi zaman, hasarın bir hissəsinin hündürləşdiyini aşkar etmişdir. O, Təqsirləndirilən şəxs torpaq sahəsinin hasarının kim tərəfindən qaldırıldığını soruşduqda, sonuncu həmin torpaq sahəsinin hasarının kənar şəxs tərəfindən hörüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs o zaman ona işin məhkəmədə olduğunu, Ziya adlı şəxsin həmin torpaq sahəsinə saxta sənəd düzəltdirdiyini, həmin sənədi məhkəmə yolu ilə ləğv etdirəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inararaq bu barədə heç bir yerə məlumat verməmişdir. Daha sonra o, İlkin tərəfindən aldadılaraq dələduzluq yolu ilə 8400 manat pulunu ələ keçirdiyini düşünmüşdir. 2020-ci ilin fevral ayının sonlarında vəkillik fəaliyyəti ilə məşğul olan kürəkəni Taleh Abbasova bu barədə bildirdikdə, kürəkəni Ziya adlı şəxsi tanıdığını, bir büroda fəaliyyət göstərdiyini, işin hallarını dəqiqləşdirib ona xəbər edəcəyini bildirmişdir. Həmin gün Taleh ona torpaq sahəsinin Ziya adlı şəxsə məxsus olduğunu, bununla əlaqədər Ziya tərəfindən daha öncə Təqsirləndirilən şəxs şikayət etdiyni, Təqsirləndirilən şəxs 2018-cı ilin avqust ayında qanunsuz olaraq mişar daşı ilə hasara aldığı üçün, həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işinin başlanıldığını, bununla bağlı Təqsirləndirilən şəxs qismində cəlb olunduğunu, barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən hökm çıxarıldığını bildirmişdir. Bundan sonra o, pulunu Təqsirləndirilən şəxs tələb etməyə başlamış, sonuncu da yaxın vaxtlarda pulunu qaytardığını bildirsə də, pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs tərəfindən hadisə nəticəsində ona dəymiş zərərin tam olaraq ödənildiyini bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədə yerləşən 179 saylı tam orta məktəbin girişinin qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə hər hansı cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Rəşad Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. xx.xx.2004-cü il tarixli Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 mülkiyyətinə ayrılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, X6 qardaşı Təqsirləndirilən şəxs əvəzinə Zərərçəkmiş şəxs ödənilməsi üçün müstəntiq Emin Musayevə 1700 manat pul vermişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün müstəntiq Emin Musayevə 2000 manat pul vermişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” elektron informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs qohumluq məlumatına dair göndərilmiş sorğudan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 İlkin Həzi oğlunun övladıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağı olan, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməkdə təqsirli bilinib, 9000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-58/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-58/2023 nömrəli qərarı ilə barəsində 01 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Ev dustaqlığının əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixə kimi həbsdə, 25 yanvar 2023-cü ildən 25 fevral 2023-cü il tarixə kimi ev dustaqlığında saxlanılmışdır. 25 fevral 2023-cü il tarixli qərar ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, 23 yanvar 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixə kimi həbs və ev dustaqlığında olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 01 (bir) ay 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar