Məhkəmə qərarları › İş №1(001)-443/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-443/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-443/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs Şəki rayonu, Bolludərə kəndində yerləşən fərdi yaşayış evini təmir etmək üçün pul vəsaiti lazım olduğunu bildirib qısa müddət ərzində qaytaracağına dair yalan vəd verib aldadaraq 1.000 manat nağd pul vəsaitini 2023-cü ilin iyun ayının sonlarında Şəki şəhəri ərazisində alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olmasını başa düşərək sonuncunun xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə öz cinayətkar niyyətini davam etdirərək özünü ticarət sahəsində işgüzar və şəxsi əlaqələri geniş olan şəxs kimi təqdim edib, həmin əlaqələri vasitəsi ilə İran İslam Respublikasından Yaponiya istehsalı olan müxtəlif markalı televizorları və monitorları dəyərindən ucuz qiymətə Azərbaycan Respublikasına gətizdirməklə satışını təşkil etməsi üçün ona təqdim edəcəyinə dair biləbilə həqiqətə uyğun olmayan yalan vəd verib aldadaraq Farid Qocayevin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən "Brend" şərab evində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə məxsus 4127********5557 nömrəli bank kart hesabına göndərdiyi 2000 manatı, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanından mobil tətbiq vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ǝ məxsus 5261********9701 nömrəli bank kart hesabına göndərdiyi 2.160 manat və 1.500 manat olmaqla cəmi 3.660 manatı, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanından mobil tətbiq vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə məxsus 4127********5557 nömrəli bank kart hesabına göndərdiyi 300 manat və 1.000 manat olmaqla cəmi 1.300 manatı, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu. 1965-ci məhəllədə yerləşən "Bravo Express" mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə məxsus 427********5557 nömrəli bank kart hesabına göndərdiyi 2000 manat, 2000 manat və 1.400 manat olmaqla cəmi 5.400 manatı, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən "Orxan" adlanan mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ǝ məxsus 4127********5557 nömrəli bank kart hesabına göndərilən 2000 manat, 2000 manat və 1700 manat olmaqla cəmi 5.700 manatı, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən mobil tətbiq vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-a maxsus 4127********5557 nömrəli bank kart hesabına göndərdiyi 300 manat pul vəsaitini ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 19.360 (on doqquz min üç yüz altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilir. Belə ki, o, Zərərçəkmiş şəxsyla 2013-cü ilin may ayında Şəki şəhərində tanış olmuş, əlaqələri yaxşı olduğu üçün aralarında dostluq münasibətləri yaranmışdır. O, ittihamda göstərilən pulları alış-veriş üçün almış, gömrüklə maraqlanmış və iş alınmadığı üçün aldığı vəsaiti torpağa yatırmışdır. Belə ki, əvvəlcə evinin təmiri üçün Fəriddən 1000 manat borc pul almış, lakin evi təmir etdirə bilməyi üçün həmin vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Fəridlə iş qurmaq qərarına gəlmişlər, buna görə də, televizorların alışı-satışı ilə bağlı aralarında danışmışlar. Həmin vaxtadək gömrükdən heç bir mal gətirmədiyi halda X2 müxtəlif növ televizor və monitor avadanlıqları gətizdirmək imkanının olduğunu demişdir. Ümumilikdə Fəriddən 19360 manat pul almış, lakin heç nə geri ödəməmişdir. O, daha sonra Fəridlə telefon vasitəsilə əlaqə saxlayaraq avadanlıqları gətirməyin mümkün olmadığını, buna görə də pulu torpağa yatırmaq istədiyini bildirmişdir. O, qeyd etdiyi pulun 1000 manatını borc olaraq almış, 18360 manatı isə mal gətirib satmaq vədi ilə almışdır. Həmin pulları Fərid 2023-cü ilin iyul ayının 2-dən başlayaraq hissə-hissə olmaqla onun kartına köçürmüşdür. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyandan 10000 manat ödəniş etdiyini, qalan məbləği də tez bir zamanda ödəyəcəyini bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, belə ki, Mehmanla Şəki şəhərində tanış olmuşdur. Həmin vaxtlar komputer avadanlıqları satdığı üçün tez-tez Şəkiyə gedib gəlirdi. Şəkidə olduğu vaxtlarda Mehmanla görüşmüş və aralarında dostluq münasibətləri yaranmağa başlamışdır. Mehman bir dəfə ondan Şəkidə Asan xidmətin arxasında yerləşən evinin təmiri ilə bağlı köməklik istəmiş və o Mehmana buna görə 1000 manat pul vermişdir. Mehmanın həmin evinə o özü də qonaq kimi getmiş, yəni Mehman özü onu evə aparmışdır. Mehman həmin borc olaraq aldığı pulu hələ də geri qaytarmamışdır. Həmçinin başqa zaman Mehman ona İran İslam Respublikasından ucuz avadanlıqlar gətirə biləcəyini, özünün bu işlə məşğul olduğunu, əsasən televizor və monitorlar gətirdiyini demiş, o isə Mehmanın bildirdiklərinə inanmışdır. Özü əvvəl İranda olduğu, oradakı qiymətlərdən məlumatlı olduğu üçün avadanlıqların ucuz gələcəyini düşünmüşdür. Mehmandan necə almasını soruşmuş, Mehman cavab olaraq ona İrandan tırlar gəldiyini, həmin tırların gəlib Şəkidən keçərək Gürcüstana getdiyini, o, tırların içərisində gətizdirəcəyini və buradan götürəcəyini demiş, o da belə bir şey ilə qarşılaşmadığı üçün Mehmanın dediklərinə inanmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mehmanın hər dəfə zəng edərək ondan müxtəlif məbləğlərdə pul istəmiş, bundan sonra deyilən məbləğlərdə Mehmanın kartına pul göndərmişdir. Belə ki, Mehman zəng edərək müxtəlif malların İranda bayram olduğu üçün endirimə düşdüyünü, ucuz almağın mümkün olduğunu demiş və 2000 manat göndərməyini istəmiş, o da həmin məbləği karta göndərmişdir. 17 gün ərzində Mehmana 18360 manat olmaqla, ümumilikdə 19360 manat pul vermişdir. Hal-hazırda şikayətçidir. Bu problemlər yaranandan sonra zəng edib pulu istəyəndə Mehman hər dəfə ona pulun hazır olduğunu deyərək Şəkiyə dəvət etmiş, lakin hər dəfəsində Şəkiyə getməsinə baxmayaraq Mehman onun pulunu geri qaytarmamış, o isə günlərlə Şəkidə öz hesabına qalmışdır. Mehman ondan təmir üçün aldığı pulu da evin təmirinə xərcləməmişdir. Çünki Mehman onu evinə çay içməyə dəvət edəndə evin hansı hissəsini təmir etdirməyi soruşmuş, Mehman ona evi təmir etmədiyi demişdir. Bundan sonra o az məbləğdə pul vermədiyini, o qədər pulu nəyə xərclədiyini Mehmandan soruşmuş, Mehman Şəkidə torpaq icarəyə götürdüyünü bildirmiş, sənəd istədiyi zaman isə torpaqların icsarəsi ilə bağlı hər hansı bir sənədin olmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uşaqlıq dostudurlar. Fərid tez-tez Şəkiyə gedib-gəldiyi üçün sonuncudan bunun səbəbini soruşmuş, əvvəlcə Fərid ona işi olduğunu, buna görə gedib-gəldiyini desə də, daha sonra Şəkidə yaşayan Mehman adlı biriylə tanış olduğunu, Mehmana İrandan ucuz avadanlıqlar gətirməsi üçün pul verdiyini demişdir. Fərid onun yanında Mehmana pul verməmiş, o baş verənlərdən Fəridin bildirdiklərinə əsasən məlumatlı olmuşdur. Bir dəfə Fərid onun yanında Mehmanla görüntülü zənglə danışmış, həmin zaman Mehmandan pulunu tələb etmiş və sonuncu ona arxayın olmağı, pulu verəcəyini demişdir. Fəridin pul verməsini sonradan öyrənmiş, bundan əvvəlcədən məlumatlı olsaydı Fəridin pul verməsinə imkan verməz, heç olmasa araşdırma aparardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü madddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına 2000 AZN köçürmüşdür. “Birbank” tətbiqindən olan çıxarışdan və iş materiallarının 35-ci vərəqəsində olan “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2023-cü il tarixdə 2160 AZN köçürmüşdür. İş materiallarının 14-cü səhifəsində olan çıxarışdan və 37-ci səhifəsində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş plastik kart əməliyyatları üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına 1500 AZN köçürmüşdür. “Birbank” tətbiqindən olan çıxarışdan və iş materiallarının 36-cı vərəqəsində olan “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2023-cü il tarixdə 300 AZN köçürmüşdür. “Birbank” tətbiqindən olan çıxarışdan və iş materiallarının 35-ci vərəqəsində olan “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2023-cü il tarixdə 1000 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 13:03:58-də 2000 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 13:05:59-də 2000 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 13:07:28-də 1400 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, 117989 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 12:45-də 2000 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, 117990 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 12:47-də 2000 AZN köçürmüşdür. xx.xx.2023-cü il tarixli, 117991 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına saat 12:49-da 1700 AZN köçürmüşdür. İş materiallarının 23-cü səhifəsində olan çıxarışdan və 37-ci səhifəsində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş plastik kart əməliyyatları üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına 300 AZN köçürmüşdür. xx.xx.2024-cü il tarixli “Telefon danışığı barədə” protokoldan və “Whatsapp” ani mesajlaşma tətbiqindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əməli törətməyi barədə etirafedici ifadələr işlətmiş, göndərdiyi ismarıcda həftənin sonuna kimi ödənişi edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli onun üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-597/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamış, onun barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs aid 416973******1682 nömrəli «X5» adlanan ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarış, "xxxx">in Zərərçəkmiş şəxs aid 526163******87895 nömrəli AZ77RBTA******************** İBAN nömrəli hesabı üzrə xx.xx.2024-cü il tarixli çıxarış, xx.xx.2023-cü il tarixli **********, xx.xx.2023-cü il tarixli 429588543, xx.xx.2023-cü il tarixli 5261 6333 3690 9701 nömrəli karta, xx.xx.2023-cü il tarixli 432940851, xx.xx.2023-cü il tarixli 432985208, xx.xx.2023-cü il tarixli **********, xx.xx.2023-cü il tarixli **********, xx.xx.2023-cü il tarixli **********, xx.xx.2023-cü il tarixli 117991, xx.xx.2023-cü il tarixli 4127 2093 0364 5557 nömrəli plastik karta, xx.xx.2023-cü il tarixli 117989, xx.xx.2023-cü il tarixli 117990 köçürmə qəbzlərinin surətləri məlumat daşıyıcısı olduğundan və obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən cinayət işinin materiallarında saxlanılmaqla sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin, Zərərçəkmiş şəxs, Şahid ifadəsi, üzləşdirmə protokolu, ödəniş qəbzlərinin surətlərində qeyd olunan məlumatlarla və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərlə tam təsdiq olunduğundan cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)- 2083/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Şəki rayonu, Bolludərə kəndində yerləşən 21,39 hektar və 8,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixli “Bank çıxarışlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinə əlavə olunmuş ödəniş qəbzlərindən və bank çıxarışlarına Binəqədi RPİ-nin İş-də 310-cu xidməti otaqda baxış keçirən zaman Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:12-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, Brend şərab evində yerləşdirilən ödəmə terminalı ilə ********** nömrəli qəbzlə 2.000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:25-də ünvan 3 ünvanında ********* nömrəli qəbzlə 2160 manat, xx.xx.2023-cü il tarixdə saat 14:26-da ünvan 3 ünvanında MC Kartmane AZN *7895 nömrəli kart hesabından 5261 6333 3690 9701 nömrəli bank hesabına 1.500 manat, xx.xx.2023-cü il tarixdə saat 14:37-də ünvan 3 ünvanında ********* Nömrəli qəbzlə 412720*****5557 nömrəli kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə saat 15:28-də ünvan 3 ünvanında ********* Nömrəli qəbzlə 412720********5557 nömrəli plastik karta 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 13:03-də Bakı şəhəri, Nərimanov rayonu, 1965-ci məhəllə, "Bravo Express"-də yerləşən terminal vasitəsi ilə ********** nömrəli qəbzlə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 13:05-də Bakı şəhəri, Nərimanov rayonu, 1965-ci məhəllə, "Bravo Express"-də yerləşən terminal vasitəsi ilə ********** nömrəli qəbzlə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 13:07-də Bakı şəhəri, Nərimanov rayonu, 1965-ci məhəllə, "Bravo Express"-də yerləşən terminal vasitəsi ilə ********** nömrəli qəbzlə 1400 manat, xx.xx.2023-cü il tarixdə saat 12:49-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "Orxan marketdə" ödəmə terminalı vasitəsi ilə ********** Nömrəli qəbzlə 4***********5557 nömrəli plastik karta 1700 manat, xx.xx.2023-cü il tarixdə saat 12:45-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "Orxan marketdə" ödəmə terminalı vasitəsi ilə ********** Nömrəli qəbzlə 4************5557 nömrəli plastik karta 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 12:47-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən "Orxan marketdə" ödəmə terminalı vasitəsi ile **********0 Nömrəli qəbzlə 4**********5557 nömrəli plastik karta 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 12:52-də ünvan 3 ünvanında MC Kartmane AZN *7895 nömrəli kart hesabından 4127 2093 0364 5557 nömrəli plastik karta 300 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışında Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 300 və 1000 manat pul, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarışında isə Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat pul məxaric olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin ******************** nömrəli hesabdan çıxarışında Təqsirləndirilən şəxs bank hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, 1700 manat və 995 manat pul, "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarışında isə xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2160 manat pul mədaxil olmuşdur. Zərərçəkmiş şəxs qəbzlərə və bank hesabından çıxarışlara baxış keçirən zaman o, bir daha Təqsirləndirilən şəxs ona İran İslam Respublikasından Yaponiya istehsalı televizor və monitorlar gətizdirmək adı ilə ondan pul istədiyi vaxtlarda və məbləğlərdə Təqsirləndirilən şəxs bank hesablarına qəbzdə qeyd olan tarixlərdə və məbləğlərdə pul göndərməsini bildirmişdir. Qəbzlərə və bank hesablarından çıxarışlara Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirildikdən sonra protokol tərtib olunmuş və disk zərfə qoyularaq cinayət işinə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli MC Kartmane AZN *7895 nömrəli kart hesabından 5261 6333 3690 9701 nömrəli bank hesabına, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli ********** nömrəli, xx.xx.2023-cü il tarixli **********0 nömrəli, xx.xx.2023cü il tarixdə MC Kartmane AZN *7895 nömrəli kart hesabından 4127 2093 0364 5557 nömrəli plastik karta olunan ödənişlərini özündə əks etdirən 12 ədəd qəbz, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 4 vərəqdən ibarət xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin və xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarışı, həmçinin 5 vǝrǝqdən ibarət Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin ******************** nömrəli hesabdan çıxarışı və "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarışı maddi sübut kimi tanınmış, qeyd olunan qəbzlərə və bank çıxarışlarına baxış keçirilməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 19360 manat vurulmuş ziyan və 150 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-443/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmış, xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmasına görə 80 manat müavinət alır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, təqsirləndirilən şəxsin özünün ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs guya Şəki şəhərində yerləşən yaşayış evinin təmiri məqsədilə 1000 manat borc pul alması barədə verdiyi ifadəsi iş materialları ilə təsdiqini tapmır və obyektiv sübutlarla təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında ardıcıl, məntiqi və bir-birini tamamlayan ifadələrindən, şahidin ifadəsindən, habelə təqsirləndirilənin öz etirafedici ifadəsindən müəyyən edilir ki, göstərilən vəsait nə faktiki olaraq təmir işlərinə sərf edilmiş, nə də bu məqsədlə hər hansı hazırlıq işləri üçün istifadə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilənin evinə baş çəkildiyi zaman yaşayış sahəsində hər hansı təmir izlərinin mövcud olmaması, təqsirləndirilənin bu halı etiraf etməsi, sonradan isə vəsaitin guya şəxsi ehtiyaclara və ya kənd təsərrüfatı ilə əlaqədar torpaq məsələlərinə yönəldildiyini bildirməsi onun ilkin izahatlarının həqiqətə uyğun olmadığını açıq şəkildə göstərir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs həmin 1000 manat vəsaiti aldıqdan sonra borc münasibətlərinə xas olan davranış nümayiş etdirməmiş, yəni vəsaitin qaytarılması üçün konkret tarix müəyyən etməmiş, qismən ödəniş etməmiş və zərərçəkmişin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq pulu geri qaytarmamışdır. Əksinə, təqsirləndirilən şəxs bu ilkin məbləğdən sonra zərərçəkmişin maddi imkanlarını və etibarını qiymətləndirərək, sonuncunu daha geniş miqyaslı “ticarət fəaliyyəti” vədləri ilə aldadaraq, ardıcıl şəkildə daha böyük məbləğlərdə pul vəsaitlərini ələ keçirmişdir. Məhkəmə hesab edir ki, bu hallar göstərir ki, 1000 manat vəsaitin alınması müstəqil və sadə borc münasibəti deyil, təqsirləndirilən şəxsin dələduzluq niyyətinin ilkin mərhələsi olmuş, yəni zərərçəkmişlə etibarlı münasibət yaratmaq və sonradan həmin etibardan sui-istifadə etməklə xeyli miqdarda əmlakı ələ keçirmək məqsədinə xidmət etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin “borc” arqumenti hüquqi baxımdan əsassızdır və onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirlənirilən şəxsin özünün ifadəsinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 19.360 (on doqquz min üç yüz altmış) manat ziyandan 10000 (on min) manat ziyanın sonuncu məhkəmə iclasında ödənilməsini, yəni vurulmuş ziyanın qismən ödənilməsini CM-nin CM-nin 59.1.4-cü maddəsinə, etdiyi əməldən peşmançılıq çəkməsini və “Vətən Müharibəsi” iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, zərərçəkmiş şəxsə qismən ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən də islah etmək və cəzanın məqsədlərinə nail olmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 2 (iki) ay, 13 (on üç) gün müddət və xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, 11 (on bir) gün müddət olmaqla, ümumilikdə 3 (üç) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalından azad edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 12 ədəd qəbz, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 4 vərəqdən ibarət hesabdan çıxarış və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 5 vǝrǝqdən ibarət hesabdan çıxarış və "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan səhər saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin mülki iddiaya münasibətdə mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 248.1. Əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; 248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyana görə 19360 manat və 150 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində Zərərçəkmiş şəxs 19360 manat məbləğində maddi ziyan vurulmuş, həmin ziyandan xx.xx.2026-cı il tarixli məhkəmə iclasında 10000 (on min) ödəniş edilmişdir. Odur ki, cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 9360 (doqquz min üç yüz altmış) manat məbləğində pul vəsaiti və mülki iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş olan 113,6 manat dövlət rüsumu təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış müsadirə edilməli əmlaklar müəyyən edilmir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)-2083/2024 saylı qərarına əsasən mülki iddianın təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Şəki rayonu, Bolludərə kəndində yerləşən 21,39 hektar və 8,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahələri üzərinə həbs qoyulması iş üzrə mülki iddianın real və effektiv icrasının təmin edilməsi baxımından zəruri, əsaslı və qanuni olmuşdur. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 19360 manat maddi ziyan vurmuş, həmin ziyanın 10000 manatı ödənilsə də, 9360 manatı ödənilməmiş, zərəçəkmiş şəxsin mülki iddiası da həmin 9360 manat hissəsində əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət icraatı çərçivəsində qaldırılmış mülki iddia cinayət işi ilə birlikdə baxılmalı və həll edilməlidir. Bu baxımdan, zərərçəkmiş şəxsin əmlak hüquqlarının real və effektiv müdafiəsi məhkəmənin əsas vəzifələrindən biridir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)-2083/2024 saylı qərarından görünür ki, mülki iddianın təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Şəki rayonu, Bolludərə kəndində yerləşən 21,39 hektar və 8,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinə görə, mülki iddianın mümkün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin əmlakı üzərinə həbs qoyula bilər. Bu norma cinayət mühakimə icraatında mülki iddianın formal deyil, faktiki icra olunmasını təmin edən prosessual mexanizm kimi çıxış edir. Belə yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də digər mülkiyyətçilərin hüquqlarının qorunması prinsipinə uyğundur. Bu halda, həbs tədbiri təqsirləndirilən şəxsin əmlak məsuliyyəti həddində tətbiq edilməklə proporsionallıq və hüquqi balansı təmin edilir. Məhkəmə nəzərə alır ki, zərər tam ödənilmədiyi halda, təqsirləndirilən şəxsin ümumi birgə mülkiyyətdə olan payı üzərində sərəncam verməsi, həmin payı özgəninkiləşdirməsi və ya digər hüquqi əqdlərlə icranı çətinləşdirməsi real risk təşkil edir. Bu isə gələcəkdə mülki iddianın icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Odur ki, CPM-nin 248-ci maddəsinin məqsəd və məzmunundan çıxış edərək, məhkəmə hesab edir ki, göstərilən əmlak üzərinə qoyulmuş həbs mülki iddianın icrası təmin olunana qədər qüvvədə saxlanılmalıdır. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, əmlak üzərinə qoyulmuş həbs daimi xarakter daşımır və yalnız mülki iddianın təmin edilməsi zərurəti ilə şərtlənir. Bu baxımdan, mülki iddia üzrə təmin edilmiş məbləğ tam ödənildiyi halda, əmlak üzərinə qoyulmuş həbsin hüquqi əsası aradan qalxmış hesab edilir və həmin həbsin qüvvədə saxlanılması artıq CPM-nin 248-ci maddəsinin məqsədinə uyğun olmaz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(001)-2083/2024 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyətində olan Şəki rayonu, Bolludərə kəndində yerləşən 21,39 hektar və 8,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki onun payına yönəldilməli və həmin qərar mülki iddia üzrə tələblər tam icra edilənədək qüvvədə saxlanılmalı, mülki iddia tam icra edildidkən sonra isə qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 42 (qırx iki) saat hüquqi yardıma görə hüquqi yardımın hər saatına görə 11 manat olmaqla Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 462 (dörd yüz altmış iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 2 (iki) ay, 13 (on üç) gün müddət və xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay, 11 (on bir) gün müddət olmaqla, ümumilikdə 3 (üç) ay, 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası onun yaşayış yeri üzrə Probasiya və İcra Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 12 ədəd qəbz, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 4 vərəqdən ibarət hesabdan çıxarış və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 5 vǝrǝqdən ibarət hesabdan çıxarış və "xxxx" ASC-nin plastik kart əməliyyatları üzrə hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddia qismən təmin edilsin, vurulmuş maddi ziyana görə 9360 manat vurulmuş ziyan və 113,6 manat ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Ödənilmiş dövlət rüsumunun 46,4 manatı mülki iddiaçıya aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddianın ödənilməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(001)-2083/2024 saylı qərarı ilə üzərinə həbs qoylmuş Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyətində olan Şəki rayonu, Bolludərə kəndində yerləşən 21,39 hektar və 8,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payına yönəldilsin və qeyd edilən torpaq sahələri üzərinə qoyulmuş həbs qərarı mülki iddia üzrə tələb tam icra edilənədək qüvvədə saxlanılsın, mülki iddia tam icra edildikdən sonra isə qüvvədən düşmüş hesab edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 462 (dörd yüz altmış iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar