Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-447/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi ev 38 A, mənzil 10-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ev 91-də yaşayan, 25.06.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, oğlu Şahid1 Kanada Respublikasına getməsi üçün iş vizası düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 17 fevral 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən evində 4 250 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs 4 250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2019-cu il tarixdə tanış olmuşdur.Həmin zamanlar Şahid1 ona zəng vurub görüşmək istədiyini bildirdikdə onunla Bakı şəhərində hazırda xatırlamadığı bir yerdə görüşmüşdür.Nazim ona bildirmişdir ki, Kanada Respublikasına işləmək üçün getmək istəyir, iş vizası düzəltmək üçün ondan köməklik istəyir.Həmin zaman Rasimə iş vizası düzəldə biləcəyini bildirmiş, bir neçə gün sonra Nazimlə birlikdə onun yaşadığı evinə getmiş, həmin zaman Nazim, özü və atası Səbahəddin birlikdə oturub söhbət edərkən Nazimə və atasına bildirmişdir ki, Nazimə Kanadada iş vizası düzəltmək üçün 5 000 ABŞ dolları pul lazımdır.Yarısı əvvəlcədən, digər yarısı isə viza alındıqdan sonra ödənməlidir. Onlar da razılaşmış, bir neçə gün keçdikdən sonra Nazimlə hazırda xatırlamadığı bir yerdə Bakı şəhərində görüşmüş və Nazim ona Kanadada iş vizası düzəltmək üçün 4 250 manat pul vermişdir.Həmin vizanı tanışı Mənsurun vasitəsilə almaq istəmişdir, lakin bu barədə Nazimə və Səbahəddinə heç nə deməmişdir.Belə ki, Mənsurla hazırda xatırlamadığı bir xarici Səfirlikdə tanış olmuş, Mənsur ona xarici ölkələrə iş vizası düzəldə bildiyini demişdir. Nazimdən pulu aldıqdan bir gün sonra hazırda xatırlamadığı bir yerdə Bakı şəhərində Mənsurla görüşmüş və pulu ona vermişdir.Lakin, Mənsurun yaşadığı ünvanı, adını, soyadını və mobil nömrəsini bilmir. Eyni zamanda Mənsur heç bir yerdə işləmirdi.Aradan bir neçə gün keçdikdən sonra Mənsuru tapa bilməmiş, Nazim də ondan pulunu geri istədikdə hazırki müddətədək pulu olmadığı üçün geri qaytara bilməmişdir.Bundan başqa Nazimgilə kart açdırmaq və 1 700 manat pul qoymağı bildirməmiş və onlardan içərisində hər hansı bir məbləğdə pul olan hər hansı bir kart almamışdır.Yalnız Nazimdən ona Kanadada iş vizası düzəltmək üçün 4250 manat pul almışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 15.03.2021-ci il tarixdə Binəqədi rayon polis idarəsinə ərizəni özü yazmışdır.Belə ki,Təqsirləndirilən şəxs oğlu Şahid1 vasitəsilə tanımışdır.Oğlu Şahid1 2013-cü ildən 2019-cu ilədək Almaniyada yaşamışdır, Nazim orada yaşadığı müddət ərzində Rasimlə tanış olubdur.X7 söhbət zamanı Kanadaya getmək istədiyini bildirmiş, Rasim də ona əlaqə nömrəsini verib Azərbaycan Respublikasına qayıtdıqdan sonra bununla bağlı onunla əlaqə saxlamasını bildirmişdir.Buna görə də, oğlu Nazim Azərbaycana qayıtdıqdan sonra Rasimlə görüşmüş və onu yaşadığı ünvana qonaq çağırmışdır.Yaşadığı ünvanda söhbət zamanı Rasim bildirmişdir ki, Kanadada iş vizası düzəltmək üçün 5 000 ABŞ dolları pul lazımdır. Eyni zamanda həmin pulun yarısı əvvəlcədən, yarısı isə viza düzəldikdən sonra ödənməlidir və hansısa bir bankda hesab açılmalı, həmin hesaba 1 000 ABŞ dolları məbləğində milli valyuta yerləşdirilməlidir.Həmin vaxt onunla razılaşmış, 17.02.2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə Rasimə oğlu Nazimi Kanadada iş vizası düzəltmək üçün 4 250 manat pul vermişdir.Həmin vaxt orada oğlu Nazim, Rasim, həyat yoldaşı Mailə və gəlini Aytən olmuşdur. Bir neçə gün keçdikdən sonra Rasimin iş vizasını düzəltmək üçün kart hesabında 1000 ABŞ dolları məbləğində 1700 manat tələbi ilə bağlı oğlu Nazimə 1700 manat pul verib bildirmişdir ki, gedib bankda kart açdırsın və həmin kartın hesabına həmin 1700 manat pulu köçürüb Rasimə versin. Sonradan oğlu Nazim bildirmişdir ki, Bank Respublikada Rasimlə birlikdə gedib kart açdırmış, 1700 manat pulu da həmin karta yatırıbdır, sonra birlikdə yaşadığı evin qarşısına gəliblər və viza barədə biraz söhbət etdikdən sonra kartı Rasimə veribdir.Sonradan Rasim 2020-ci ilin aprel-may aylarına vizanın veriləcəyini demiş, bir müddət sonra Respublika ərazisində Covid 19 virusu ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı səfirliklərin işləmədiyini və gözləməyi bildirmiş, 2020-ci ilin sentyabr ayından sonra Rasimlə əlaqə saxlamaq mümkün olmamışdır.Bundan sonra məcbur olub bu barədə Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Səbahəddinin 15.03.2021-ci il tarixdə Binəqədi RPİ-nə ünvanladığı ərizəsi barədə məlumatı vardır.Belə ki, o, 2013-cü ildən 2019-cu ilədək ailəsilə birlikdə Almaniyada yaşamışdır. Həmin müddət ərzində orada yaşayan azərbaycanlılara Kanada Respublikasına gedib orada işləmək və yaşamaq istədiyini bildirmişdir. Həmin zaman orada yaşayan həmyerliləri ona əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs mobil nömrəsini verərək sonuncunun xarici ölkələrə getmək istəyən şəxslərə iş vizası düzəltməkdə köməklik etdiyini demişdir. Bundan sonra Almaniyada yaşadığı müddət ərzində Rasimə zəng vurub onunla bir iki dəfə telefon əlaqəsi saxlayıb ona Kanadaya getmək istədiyini və orada işləyib yaşamaq istədiyini bildirmişdir.Rasim də ona iş vizası düzəltmək barədə köməklik edə biləcəyini və Azərbaycan Respublikasına qayıtdıqdan sonra onunla əlaqə saxlamağı ona təklif etmişdir.Bundan sonra Kanadaya getmək üçün Azərbaycana qayıdıb iş vizası düzəltmək qərarına gəlmiş və bu məqsədlə Azərbaycan Respublikasına qayıtmışdır.Azərbaycana qayıtdıqdan sonra Rasimlə əlaqə saxlamış və ikilikdə Rasim söhbət zamanı ona bildirmişdir ki, Kanada Respublikasında onun üçün iş vizası düzəltməyə köməklik edə bilər.Bundan sonra yaşadığı evdə atası Səbahəddinə də bu barədə bildirmiş, atası da həmin şəxslə tanış olmaq üçün evə qonaq çağırmağı ona təklif etmişdir.Buna görə də, o, Rasimi yaşadıqları evə qonaq çağırmış, 2020-ci ilin fevral ayının əvvəllərində Rasim tək onların evinə gəlmiş, evdə söhbət zamanı Rasim ona bildirmişdir ki, ona Kanada Respublikasında iş vizası düzəltmək üçün 5 000 ABŞ dolları pul lazımdır.Həmin pulun yarısını əvvəlcədən, digər yarısını isə viza alındıqdan sonra ödəməli və hansısa bir bankda hesab açılmalı və hesaba 1000 ABŞ dolları məbləğində milli valyuta yerləşdirilməlidir.Onunla razılaşdıqdan sonra 17.02.2020-ci il tarixdə yaşadıqları ünvanda X4 onun üçün Kanadada iş vizası düzəltmək məqsədilə 4 250 manat pul vermişdir. Həmin vaxt orada özü, atası Səbahəddin, anası Mailə, həyat yoldaşı Aytən və Rasim olmuşdur. Bir neçə gün sonra atası ona 1 700 manat pul vermişdir ki, bankda kart açdırıb həmin karta 1 000 ABŞ dolları məbləğində milli valyuta ilə 1700 manat hesaba pul vurub Rasimə versin.X4 pulu verdikdən bir neçə gün sonra onun hərəkətlərindən və danışıqlarından Rasimin yalan dediyini və onları aldadacağını hiss etmiş, buna görə də kart açdırmamış və 1700 manat pulu kartla birlikdə Rasimə verməmişdir. Lakin, evdə atası, anası və həyat yoldaşı ondan bu barədə soruşduqlarında onlara Bank Respublikada kart açdırıb 1700 manat pulu kart hesabına köçürüb yaşadığı evin qarşısında Rasimə verdiyini bildirmişdir.Belə ki, Rasimin hərəkətlərindən şübhələndiyini və onun onları aldadacağını güman etdiyini atasına deyə bilməmiş, çünki artıq atası Rasimə 4250 manat pulu vermiş, buna görə də atasından çəkinib ona 1700 manat pulu kartla birlikdə Rasimə verdiyini deməmişdir.Sonradan Rasim 2020-ci ilin aprel-may aylarına vizanın veriləcəyini demiş, 2020-ci ilin aprel-may aylarına vizadan xəbər çıxmadığı üçün Rasimlə əlaqə yaratdıqda Rasim də bildirmişdir ki, ölkə ərazisində olan karantin rejimi ilə bağlı səfirliklər işləmir.Rasimlə 2020-ci ilin sentyabr ayının sonlarına kimi danışıb görüşmüş, həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Eyni zamanda Rasim artıq zənglərə cavab verməmiş, buna görə də atası Səbahəddin məcbur olub bu barədə şikayət ərizəsi vermişdir. Məhkəmə iclasında şahid Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır.Həyat yoldaşı Zərərçəkmiş şəxs Nazim Rzayev barəsində Binəqədi RPİ-nə ünvanladığı şikayət ərizəsi barədə məlumatı vardır. Belə ki, oğlu Şahid1 2013-cü ildən 2019-cu ilədək Almaniyada yaşamışdır.X5 yaşadığı müddət ərzində Rasimlə tanış olubdur və söhbət zamanı ona Kanadaya getmək istədiyini bildirmişdir.Həmin vaxt Rasim ona əlaqə nömrəsini verib Azərbaycan Respublikasına qayıtdıqdan sonra bununla bağlı onunla əlaqə saxlamasını bildirmişdir.Buna görə də, oğlu Nazim Azərbaycana qayıtdıqdan sonra Rasimlə görüşmüş və onu yaşadığı ünvana qonaq çağırmışdır.Yaşadığı ünvanda olan zaman söhbət zamanı Rasim bildirmişdir ki, Kanadada iş vizası düzəltmək üçün 5 000 ABŞ dolları pul lazımdır. Eyni zamanda həmin pulun yarısı əvvəlcədən, yarısı isə viza düzəldikdən sonra ödənməli olduğunu və hansısa bir bankda hesab açılmalı, hesaba 1000 ABŞ dolları məbləğində milli valyuta yerləşdirilməli olduğunu bildirmişdir.Həyat yoldaşı Səbahəddin də onunla razılaşmışdır.17.02.2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə həyat yoldaşı Səbahəddin Rasimə 4250 manat pul vermiş, Rasim də 2020-ci ilin aprel-may aylarına vizanın veriləcəyini demişdir. Həmin zaman orada özü, Rasim, həyat yoldaşı Səbahəddin, oğlu Rasim və gəlini Aytən olmuşdur. Eyni zamanda bir neçə gün keçdikdən sonra həyat yoldaşı Səbahəddin oğlu Nazimə 1700 manat pul vermişdir ki, Rasimin dediyi kimi gedib kart açdırıb həmin pulu da kartın hesabına yatırıb Rasimə versin. Sonradan oğlu Nazim bildirmişdir ki, Rasimlə birlikdə Bank Respublikaya gediblər və orada kart açdırıb 1700 manat pulu kartın hesabına yatırıbdır, sonra birlikdə yaşadığı evin qarşısına gəliblər və orada həmin kartı Rasimə veribdir. Sonradan Rasim viza ilə bağlı müxtəlif bəhanələr gətirməyə başlamış və 2020-ci ilin sentyabr ayından sonra onunla əlaqə saxlaya bilməmişlər. Daha sonra məlum olmuşdur ki, Rasim onları aldadıbdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 iş üzrə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və təqsirləndirilən şəxsin müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-447/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-447/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver