Məhkəmə qərarları › İş №1(001)-449/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-449/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-449/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Fides” Vəkil Bürosunun vəkili X11, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X6, Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə,

1. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

2. xx.xx.1964-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 88 ünvanında yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

3. xx.xx.1989-cu il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs3 onun üç gün ərzində evində qalmasına şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə onu oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və o, bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, Gülarə Əmirova isə onu idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı oğlu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üç gün ərzində evində qalmasına şərait yaratmış, o, isə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və Təqsirləndirilən şəxs1 bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, o, isə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə bibisi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə o, üç gün ərzində Təqsirləndirilən şəxs1 evində qalmasına şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və Təqsirləndirilən şəxs1 bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis tərəfindən tutularaq müvəqqəti saxlanılma yerinə gətirilən zaman təzyiq altında qalmış və bu səbəbdən digər təqsirləndirilən şəxslərin adlarını bildirmişdir. Ona Gülsarə və Samirin sroka gedəcəyini, onların adlarını da çəkməyisini bildirmişlər. Lakin o, oğurluq cinayətini tək törətmiş və bundan Gülsarə və Samirə heç bir söz deməmişdir. Ayın tarixi tam yadında qalmasa da o, oğurluğu səhər saatlarında etmişdir. Məhlədən keçəndə görmüşdür ki, evdən çıxırlar. Ev sahiblərinin evdən getdiklərindən 15-20 dəqiqə sonra o, evə girmişdir. Həmin evin qonaq otağının plastik pəncərəsinin aralı olduğunu görüb, pəncərədən evə daxil olmuş, evə daxil olduqdan sonra yataq otağına keçmiş və orada yerləşən dolabın siyirməsini çəkdikdə, siyirmədən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl bilərzikdən ibarət dəsti, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst taparaq oğurlamışdır. Daha sonra evin mətbəxinə daxil olmuş və oradakı dolabdan içərisində qəpiklər yığılmış kapron qabı görüb götürmüşdür. Sonra evdən çıxıb getmişdir. Kameraya tək düşmüş, evə də tək girmişdir. Onun iş üzrə digər təqsirləndirilən şəxslərlə oğurluqla bağlı əlaqəsi olmamışdır və iş üzrə mülki iddianı tam qəbul edir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, özü mehdiabadda qalmış, bacısı Gülsarə xanımın evində kirayə qalmış, Gülsarə xanımı da oradan tanımışdır. Samiri də bacısı yaşayan həyətdə görmüşdür. Oğurluq etdiyi ev zəngəzur restoranı tərəfdə yerləşir. Oğurluğu səhər saat 7-yə 15-20 dəqiqə qalmış etmişdir. Təxminən 25 dəqiqə evdə qaldıqdan sonra əşyaları və qəpik pulları oğurlayıb evdən çıxmışdır. Həmən evdən çıxıb, Xırdalan şəhərində getmişdir. İstintaq zamanı müstəntiqdən tələb etməsinə baxmayaraq Gülsarə və Samirlə aralarında ikinci dəfə üzləşdirmə aparılmamışdır. Məhkəmədən törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 88 ünvanında yaşayır. Onun adı şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs2 kimi qeyd olunsa da, qohum və tanışları ona Sevil deyə müraciət edirlər. Təqsirləndirilən şəxs1 təxminən 4-5 aydır tanımışdır. Cəbrayıl ona məxsus evdə kirayədə yaşayan Rəqsanənin qardaşıdır. Rəqsanə qardaşını ona təqdim edərək, Cəbrayılın bir neçə ay öncə cəzaçəkmə müəssisəsindən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdə olan zaman, qardaşı oğlu Samirin anası Natavan onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Samirin telefonunun sönülü olduğunu, sonuncudan narahat olduğunu bildirmişdir. Bu səbəbdən də o, yaşadığı evdən çıxaraq, özünə məxsus idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirin yaşadığı evə getmişdir. Lakin, qapı bağlı olduğundan geri qayıdan zaman, yaşadığı evin yaxınlığında Cəbrayılla rastlaşmışdır. Belə ki, sonuncu yolun kənarı ilə əks istiqamətdə hərəkət edirdi. O, Cəbrayılı görən zaman, avtomobili yolun kənarında saxlamış və Cəbrayıl onun idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Cəbrayıl idarə etdiyi avtomobilə əyləşdikdən sonra bir qədər bacısı Rəqsanə haqqında söhbət etmiş, daha sonra Cəbrayılla birlikdə yaşadığı evin həyətinə getmişlər. Belə ki, Cəbrayıl bacısı Rəqsanənin yaşadığı evə getmək istəmiş, lakin Rəqsanə evdə olmadığından, Cəbrayıl yaşadığı evin həyətində çay içdikdən sonra çıxıb getmiş və o, Cəbrayılı bir daha görməmişdir. Baş vermiş hadisə ilə bağlı onun heç bir təqsiri yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cəbrayıl onun avtomobilinə səhər saat 8-9 arası minmiş və bacsının yanına gedəcəyini bildirdiyindən onu aparmağı qərara almışdır. Avtomobildə əyləşdikdən sonra bir müddət bacısı Rəqsanə haqqında söhbət etmiş daha sonra avtomobili hərəkət etdirmişdir. Cəbrayılı gördükdə onun əlində heç nə olmamışdır. Odur ki, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 5-6 əvvəl tanımışdır. Sonuncu onun bibisi Gülsarəyə məxsus evdə kirayədə yaşayan Rəqsanənin qardaşıdır. Cəbrayılı birinci dəfə bibisinə məxsus evdə, yəni Rəqsanənin kirayədə yaşadığı evdə görmüş və Cəbrayıl ilə tanış olduqdan sonra sonuncunu kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evinə dəvət etmişdir. Cəbrayıl da onun dəvəti ilə həmin evə gəlmiş və axşam saatlarında oradan çıxıb getmişdir. Bundan sonra o, Cəbrayılı bir daha görməmişdir. xx.xx.2022-ci il tarixdə isə ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsinin baş verməsi və həmin cinayətin Cəbrayıl tərəfindən törədilməsi barədə məlum olmuşdur. Baş vermiş hadisə ilə bağlı onun heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Şahid3 ilə birlikdə yaşayır. Yaşadığı ev bir mərtəbəlidir, evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar yoxdur, həmin ev 0,06 ha torpaq sahəsində yerləşir, evin həyətyani sahəsi dörd tərəfdən divar daşları ilə hasara alınmış, həyətə giriş isə dəmir darvazadan mümkündür. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində həyat yoldaşı ilə birlikdə evin giriş qapısını bağlayıb Qaradağ rayonunda yerləşən «Meyvəli» adlanan bazara yollanmışlar. Evdən çıxan zaman, evin yataq otağının plastik pəncərəsini yarımçıq açıq vəziyyətdə qoymuşdur. Həmin gün təxminən saat 07 radələrində evə qayıdan zaman, evin dəmir giriş qapısını özündə olan açarla açıb evə daxil olduqda, evin yataq otağının plastik pəncərəsinin tam açıq və pərdənin yığılmış vəziyyətdə olduğunu görmüşdür. İlk öncə o, buna əhəmiyyət verməmiş, həyat yoldaşının pəncərəyə toxunduğunu düşünmüşdür. Daha sonra evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb əmin olmuş ki, evdə olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evə qanunsuz daxil olmuşlar. O, evə baxış keçirdiyi zaman, məlum olmuş ki, evin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti və evin mətbəxindəki dolabda olan bankanın içərsindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pul oğurlanmışdır. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 14060 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan ödəilməmiş və o, şikayətçidir. Məhkəmədən verdiyi mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində həyat yoldaşı ilə birlikdə evin giriş qapısını bağlayıb Qaradağ rayonunda yerləşən «Meyvəli» adlanan bazara yollanmışlar. Evdən çıxan zaman, evin yataq otağının plastik pəncərəsini yarımçıq açıq vəziyyətdə qoymuşlar. Həmin gün təxminən saat 07 radələrində evə qayıdan zaman, evin dəmir giriş qapısını özündə olan açarla açıb evə daxil olduqda, evin yataq otağının plastik pəncərəsinin tam açıq və pərdənin yığılmış vəziyyətdə olduğunu görmüşlər. Daha sonra evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu gördükdə həyat yoldaşı Fatma ona evdən oğurluq olmasından şübhələndiyini bildirmişdir. Onlar evə baxış keçirən zaman məlum olmuşdur ki, evin yataq otağında olan dolabın siyirməsindən boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti, sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti və evin mətbəxindəki dolabda olan bankanın içərsindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumilikdə 14060 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində qızıl və gümüş məmulatlarının alışı, satışı və təmiri ilə məşğul olur. 22 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında işdə olduğu zaman, əvvəllər tanımadığı və ilk dəfə gördüyü şəxs işlədiyi mağazaya daxil olmuşdur. Həmin şəxs ona yaxınlaşaraq özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl bilərzikdən ibarət qızıl dəstini, həmçinin əzilmiş vəziyyətdə olan qızıl üzüyü təqdim etmişdir. O, təqdim olunan əşyaların qızıl olubolmamasını yoxlaması üçün qonşuluqda yerləşən mağazada qızıl və gümüş məmulatlarının alışı, satışı və təmiri ilə məşğul olan tanışı Elxana müraciət etmiş və Elxan həmin əşyalara baxdıqdan sonra onların qızıl olduğunu bildirmişdir. Bundan sonra o, mağazaya qayıdaraq həmin şəxsə, yəni adı sonradan məlum olan Cəbrayıl adlı şəxsə həmin qızıl-zinət əşyalarını ümumilikdə 2450 (iki min dörd yüz əlli) manata ala biləcəyimi bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra o, Elxandan 1500 manat məbləğində borca pul almış və özü də, həmin pulun üstünü düzəldib Cəbrayıl adlı şəxsə ümumilikdə 2450 manat pul vermişdir. Cəbrayıl adlı şəxs isə özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini ona verərək, özünə məxsus mobil nömrəsini, həmçinin qızıl-zinət əşyalarını öz razılığı ilə satdığını həmin kağızın üzərində qeyd etmiş və bundan sonra mağazadan çıxıb getmişdir. Bundan bir müddət keçdikdən sonra polis əməkdaşları tərəfindən ona Cəbrayıl tərəfindən satılan qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə olunması məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, yuxarıda göstərdiyi ünvanda 2018-ci ildən yaşayır, həmin ev Təqsirləndirilən şəxs2 məxsusdur və Gülsarənin özüdə həmin həyətdə yerləşən digər evdə yaşayır, sonuncu ilə normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 onun ögəy qardaşıdır, onların anaları birdir, ataları isə ayrıdırlar. Təqsirləndirilən şəxs3 da tanıyır, sonuncu Gülsarə xanımın qardaşı oğludur. Qardaşı Cəbrayıl 2022-ci ilin təxminən may ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur, azadlığa buraxıldıqdan sonra bir neçə dəfə onun yaşadığı ünvana qonaq qismində gəlmişdir. Həmin ərəfələrdə Cəbrayıl, Gülsarə və Samirlə tanış olmuş, onların arasında normal münasibət yaranmışdır. xx.xx.2023-cü il tarizdə qardaşı Cəbrayıl, Gülsarə və Samir birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdırlar. Sonradan ona məlum olmuş ki, həmin şəxslər Samirin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən ünvanın yaxınlığında olan evdən oğurluq etmişlər. Həmin ərəfələrdə o, Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən «PAB-45» adlanan kafedə qabyuyan işləmiş və onun iş rejimi hər gün axşam saat 11-dən səhər saat 11-dək olmuşdur. xx.xx.2022-ci il tarixdə o, evinə günorta saatlarında gəlmiş və evinə gəldiyi zaman, evdə heç kəs olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöəsinin müstəntiqi, polis mayoru X15 ona verilən suallara cavab olaraq onun tərəfindən yalnız Təqsirləndirilən şəxs1 videoçəkilişlə ifadəsi aldığını, üzləşdirmənin isə şöbənin digər müstəntiqi Nicat Nayıbov tərəfindən aparıldığını, aparılmış həmin üzləşdirmədən başqa heç bir üzləşdirmə keçirilmədiyini, videogörüntüdə saat və tarix tam düşməmiş, lakin saat 1 olmalı idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 22 sentyabr 2022-ci il tarixdə oğurluq hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək videogörüntülər aşkar edilərək 1 ədəd diskə köçürülməklə götürülmüşdür. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə Şahid1 «qızılın alqı-satqı» qəbzi götürülmüşdür. Həmin qəbzə baxış keçirilərəkən, üzərində kiril hərifləri ilə xx.xx.2022-ci il təhvil verən şəxsin soyadı Abuzərov; adı Cəbrayıl; atasının adı Adil; Şəxsiyyət vəsiqəsi seriya AA*******; malın adı sep; qolbaq; qızıl üzük; alış qiyməti 2450 manat yazıların olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Şahid1 həmin qızılzinət əşyalarını o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət əşyaların bir qismini o, xx.xx.2022-ci il tarixdə Şahid1 satdığını və qəbzin üzərində olan imzanın onun özünə məxsus olduğunu bildirmişdir. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayət törətdiklərini bir daha təsdiq edir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir edərək videoçəkiliş aparmaqla protokola əlavə olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-283/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-282/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-281/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-401/2018 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində quraşdırılmış müşahidə kameraları ilə xx.xx.2022ci il tarixdə alınmışdır. «CD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Həmin video fayl açıldıqda xx.xx.2022-ci il tarixdə saat 06:21-də bir nəfər əynində qara rəngli şalvar, qərar rəngli papaqlı gödəkçə olan kişi cinsli şəxsin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan küçə ilə hərəkət etdiyi, daha sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində hərəkətdə olduğu zaman, yanında qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı və həmin şəxsin qeyd olunan avtomobilə minməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən təqsirləndirilən şəxs X9 görüntüdə əynində qara rəngli şalvar, qərar rəngli papaqlı gödəkçə olan şəxs onun özü olduğu, yanında dayanmış qırmızı rəngli «Changan» markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 olduğu, əvvəlcədən qurulmuş cinayət planına əsasən sonuncu onu həmin yerdən idarə etdiyi avtomobillə götürməli imiş. Hadisə yerinə baxış keçirilən zaman bir ədəd diskə köçürülmüş video görüntülər olan diskə baxış keçirilərkən diskdə 1 jpg, yəni foto, 7 mp4, yəni video formatlı fayl olması, foto və videodakı şəxsin əynində qara paltarlar olması, WA0038 nömrəli 14 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkətdə olduğu, WA0039 nömrəli 11 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə həmin şəxsin dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilə əyləşməsi, WA0040 nömrəli 17 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntünün 1-ci saniyəsində yalnız qeyd olunan qırmızı avtomobilin irəli hərəkət etməsi, WA0041 nömrəli 1 dəqiqə 3 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qeyd olunan qırmızı avtomobilin 56 saniyə sonra irəli hərəkət etməsi, WA0043 nömrəli 13 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkətdə olduğu, WA0044 nömrəli 11 saniyə davam edən və xx.xx.2022-ci il tarixi saat 06:21:13-06:21:24 vaxtı əks olunan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə bir qədər irəliyə getməsi və daha sonra geriyə qayıtması, WA0045 nömrəli 22 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkət eədərk döngəyə daxil olması müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 1 (bir) ədəd «qızılın alqı-satqı» qəbzi və 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, digər Təqsirləndirilən şəxs1 isə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi, eləcə də Təqsirləndirilən şəxs1 sözügedən cinayət əməlini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmədə verdiyi ifadəsində polis tərəfindən tutularaq müvəqqəti saxlanılma yerinə gətirilən zaman təzyiq altında qalmış və bu səbəbdən digər təqsirləndirilən şəxslərin adlarını bildirdiyini, lakin oğurluq cinayətini tək törətdiyini və bundan Gülsarə ilə Samirə heç bir söz demədiyini, oğurluqla bağlı onların heç bir təqsirinin olmadığını bildirmişdir. Eyni zamanda digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir təqsirlərinin olmadığını, Təqsirləndirilən şəxs1 oğurluqla bağlı əvvəlcədən onlara heç nə demədiyini göstərmişlər. Digər tərəfdənqeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli hesab edilməsinə dair üzləşdirmə protokolları və hadisə yerinə baxış keçirilərkən əldə edilmiş video görüntülər əsas götürülsə də, həmin sübutlar məhkəmədə sonuncuların təqsirini sübut etməyə kifayət etməmişdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs1 məhkəmədə iclasında verdiyi ifadəsində cinayət əməlini tək törətdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bundan xəbərinin olmadığını, habelə ifadələrini təzyiq altında verdiyini bldirməklə müstəntiqdən yenidən üzləşdirmə tələb etdiyini bildirmiş, lakin iş üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən heç bir yeni üzləşdirmə aparılmamışdır. Bundan başqa hadisə yerinə baxış keçirilərkən əldə edilmiş videogörüntülərə mübnasibətdə isə qeyd edilməlidir ki, aparılmış istintaqla Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşməsi və birlikdə həmin avtomobildə hərəkət etmələri faktı öz təsdiqini tapsa da, qeyd olunan görüntülərdə tarix və vaxt əks olunmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətməsini şübhə altına alır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə ittiham elan edilərkən ittihamın əsasını Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələri və iş materiallarında olan üzləşdirmə protokolları, hadisə yerinə baxış keçirilərkən əldə edilmiş videogörüntülər təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X14 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxslərin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə həmin təqsirləndirilən şəxslərə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, habelə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə X19 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə ona istinad edilən ittiham üzrə bəraət veriləcəyindən, Təqsirləndirilən şəxs1 qeyd olunan epizod üzrə əməli onun cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməyəcəkdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “X8 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı elan edilmiş ittihamdan CM-in 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilməli və o, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-401/2018 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 27 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini isə 22 sentyabr 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməyə görə məhkum olunmasını, həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, bu səbəbdən təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini və CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-283/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmış və o, 17 mart 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd «qızılın alqı-satqı» qəbzi və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində olan əmlakı oğurlaması faktı istər özünün etirafedici və digər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində vurulmuş 14060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs hesabına ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil X12 oğlunun təqdim etdiyi hesabata əsasən o, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil X12 tərəfindən isə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saatvaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil X7 Təqsirləndirilən şəxs2 məhkəmə iclasında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 197-198, 318, 344-349, 350-353, 356, 357, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs3 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin.

3. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd qəbz və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməli nəticəsində vurulmuş 14060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil X7 Təqsirləndirilən şəxs2 məhkəmə iclasında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar