Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-45/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X4, onun nümayəndəsi (Ağcabədi rayon Vəkil Bürosunun vəkili) Nümayəndə, “Leqal”vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1995-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, X4 əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq günü müəyyən edilməsi mümkün olmayan 2021-ci ilin yanvar ayının sonu - fevral ayının əvvəllərində sonuncunun qızı X5 yaşadığı Bakı şəhəri, Bİnəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Aygün Abbasova ilə qohum olduğu üçün etibarından sui-istifadə edərək, oğlu Şahid2 X29 tərəfindən keçiriləcək ali məktəblərə qəbul imtahanına düşəcək sualları cavabları ilə birlikdə Təhsil Nazirliyində olan tanışı vasitəsi ilə 3000 manat müqabilində əldə edəcəyi barədə yalan vəd verib aldadaraq almış, həmin puldan 100 manatını yanacaq və yemək xərcləri kimi, digər 2900 manat pulu isə sual və cavabları əldə etmək adı ilə ələ keçirib talamaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, onunla dayısı arvadı Aygünlə arasında pul haqq-hesabı barəsində mövzu olmamışdır. Aygün Abbasova ilə yaxın qohumluq münasibəti var, sonuncu onun dayısının yoldaşıdır, əvvələr münasibətləri çox yaxşı olmuşdur. 2021-ci ilin mart ayının 11-dən sonuncu ilə aralarında olan münasibət dəyişməyə başlamışdır. Həmin tarixdə, yəni 2021-ci ilin mart ayının 11-də dayısı qızı Ayşən vəfat etmişdir. Həmin yas mərasimində o da iştirak etmişdir. Ayşən qəbirə qoyulan zaman o və Ayşənin yoldaşı düşmüş, bu zaman Aygünün qardaşları onu qəbirdən çıxartdılar ki, Ayşən əhd edib ki onu qəbirə yoldaşı ilə bacısının yoldaşı qoysunlar. Onun da Ayşənlə doğma bacı-qardaş kimi münasibətləri olmuşdur. Bundan sonra ordan çıxmış və bir daha da onlara getməmişdir. Səxavət adlı şəxs var, yoldaşının adı Rayadır. Həmin qadın Aygünün həm rəfiqəsi, həm də 20 illik iş yoldaşıdır. Onun dayısıoğlu Raul Səxavət adlı şəxsin qızından 10000 manat dəyərində qızıl alıb satmışdır. Həmin ailənin Rauldan etdiyi şikayətlə əlaqədar Raul Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, sonradan əmisi oğlu X26, həmçinin qızılları aldığı bildirilən İsmət adlı şəxs də saxlanılaraq həmin qızıllarla bağlı polis şöbəsinə gətirilmişlər. Həmin şəxslərin izahatları alındıqdan sonra azad olunmuşlar. Bu barədə Ağcabədi RPŞ-də işlədiyi üçün məlumatı olmuşdur. Belə ki, Raul Asan Xidmət Mərkəzində vəsiqə alarkən və yaxud da vəsiqə üçün sənədlərini təqdim edərkən saxlanılmışdır. Bu barədə növbətçi hissənin əməkdaşı Ozal adlı şəxs ona bildirmişdir. Bu hadisədən sonra Aygün ondan 2900 manat pul tələb etmişdir. Aygünün dediyinə görə qeyd edilən qızıl Raul azyaşlı olduğundan guya o satmışdır. Bu səbəbdən 2900 manatın o, 2900 manatın İsmət, 2900 manatın Raul, 1000 manatın Samir ödəməli idi. Həmin vaxt o, Ağcabədi rayon Polis Şöbəsində post patrul bölüyündə polis nəfəri işləmişdir. O, Səxavətlə görüşəndə sonuncu qızıllarının oğurlandığını bildirmişdir. Eyni zamanda qızılları Raulun aldığını, az yaşlı olduğu üçün həmin qızılları onun satdığını bildirərkən o da bildirmişdir ki, o, heç kimə qızıl satmamışdır. 2021-ci ilin mart-aprel ayları idi, həmin vaxtlarda Raul onlarda qalırdı, atası zəng edərək evə gəlməsini xahiş etmiş, evə gələndə Səxavət və qaynanasının onlarda olduğunu görmüşdür. Atası qızıl məsələsinin olduğunu bildirdikdə o, bu söhbətə heç bir aidiyyatının olmadığını bildirmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Bir müddət sonra Aygün, Raya və Tamella xanım onların evinə gələrək anasından 2900 manat pul istəmişlər. Anası isə Aygünlə küsülü olduğu üçün onları qapıdan qovmuşdur. Aygün daha sonra atasından da 2900 manatı istəmiş, atası da məbləği ödəməkdən imtina etmişdir. O, 2900 manatı almamış və qızılları satmamışdır. Bundan başqa onun Təhsil Nazirliyində işləyən tanışı yoxdur. O, dayısıqızı Ayşənin evinə getmiş, onlardan heç bir şey almamışdır. Şahid kimi dindirilmiş Dünyaxanım da ifadəsində qərəzli çıxış etmişdir. O azərbaycan dilində başa düşsə də, yazıb oxumağı bacarmırdı. O, suallara cavab olaraq bildirmişdir ki, Səxavət ona 10 000 manat dəyərində qızılının oğurlandığını bildirmişdir. Qızıllar Səxavətin qızının olmuşdur. Ailə vəziyəti ilə əlaqədar olaraq o, 2021-ci il sentyabr ayının 14-də ərizəsini yazaraq işdən çıxmışdır. Aygün guya bildirirdi ki, 2900 manat onun payına düşür, ona görə də ödəməlidir. Raul qızılı götürmüş, həmin qızıldan o, heç bir pul götürməmişdir. O, heç bir məbləğ almamış, heç kəsə də borcu yoxdur və zərər çəkmiş şəxslə heç bir barışıq olmamışdır. Ayşən xanım Bakı şəhərində vəfat etmiş, dəfni isə Ağcabədi rayonunda 2021-ci il martın ayının 11-də həyata keçirilmişdir. O, Ayşəngilə xəstə olduğu vaxtda da getmişdir. O, Ayşənin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki evində olmuşdur. Ayşən və ya onun ailə üzvləri ilə dəfn mərasiminə qədər heç bir problem olmamışdır. Aramızda münasibətlər yaxşı olmuşdur. Raulun həmin qızılları oğurlayıb oğurlamaması barədə dəqiq məlumatı yoxdur. Hadisə baş verən vaxtları Ağcabədi rayon Polis Şöbəsində işləmişdir. Şöbəyə bu hadisə ilə bağlı Şahid2, daha sonra Samir və İsmət gətirilmişdir. Həmin gün bu şəxslər şöbəyə gətirilərkən o, işdə olmuşdur. Aygün xanım qızılı onun satdığını guman etdiyindən 2900 manat pulu ondan tələb edir. Raul bacısı xəstələndiyi müddətdə, təxminən 8-9 ay onların Ağcabədi rayonunda yerləşən evində qalmışdır. 2021-ci ilin yanvar fevral aylarında o, Bakıya gəlməyinin əsas məqsədi Ağcabədi RPŞ-dən xidməti göstərişlə narkotik vasitə aşkar olunması barədə aparılan araşdırma ilə əlaqədar narkotik vasitə hesab olunan maddənin növünü və çəkisini müəyyən etmək məqsədilə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və həmin gün də ekspertiza rəyini özü qəbul edib Ağcabədi rayonuna qayıtmışdır. Lakin Məhkəmə Ekspertiza Mərkəzində sənədi götürərkən öz adını qeyd etdirməmişdir. Həmin vaxt Aygün Abbasova Bakı şəhərində qızının yanında qaldığından o, sonuncunu oğlu Raul ilə Ağcabədi rayonunda yaşadığı evdə qaldığından, həmin ezam vaxtı Bakı şəhərinə getdiyi zaman Raulu da özüylə birlikdə Ayşən yaşadığı evə gətirmişdir. Həmin vaxt Ayşənin evində qapının önündə görüşmüş və sonrada evə daxil olmadan çıxıb getmiş, Raul isə orada qalmışdır. Deyilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Ədalətin bacısı oğludur. Cəsarət və ailə üzvləri ilə qohum kimi yaxın münasibətləri olmuşdur. Cəsarət hadisə baş verən vaxtlar Ağcabədi RPŞ-də polis əməkdaşı kimi işləmişdir. Onun qızı Ayşən təxminən 2014cü ildə evlənərək, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2020-ci ilin yay aylarında qızı “Leykoz” xəstəliyinə tutulduğu üçün müalicə almış və həmin səbəbdən təxminən 2020-ci ilin oktyabr ayında qızının yaşadığı ünvana gələrək onun yanında yaşamağa başlamışdır. Lakin hərdən Ağcabədi rayonuna gedib gəldiyi üçün Ayşənə baxmaq məqsədilə Şahid1 qızını xadimə kimi tutmuşdur. Həmçinin təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Ayşən xəstəxanaya tez-tez gedib gəldiyi üçün və Dünyaxanımın yanında uşaqlar yadlıq çəkdiyi üçün onlara baxmaq məqsədilə digər qızı Sima da Ayşən yaşayan evə gəlmişdir. Həmin vaxtlar Raul universitetə qəbul imtahanına hazırlaşdığı üçün Ağcabədi rayonunda müəllimlərin yanına hazırlıqlara getmiş, Raulun yaşı az olduğundan Cəsarətdən ona nəzarət etməsini xahiş etmişdir. Bəzən əri də Bakı şəhərinə gedib-gəlmiş və Raulla Cəsarət çox yaxın münasibət saxladıqları üçün Raul çox vaxt Cəsarətgildə qalmışdır. Bakı şəhərində olduğu müddətdə o, dəfələrlə müəllimlərdən Raulun hazırlıqlara getmədiyini eşitdikdə Raulla danışsa da, sonuncu ona müxtəlif bəhanələr gətirmişdir. Təxminən 2021ci ilin yanvar ayında Raul qızı Ayşənə “Whatsapp” sosial şəbəkəsində səs atıb tanış adam olmasını, həmin şəxsin qəbul imtahanlarına düşəcək sualları cavablarla birgə ona gətirəcəyini və bunun müqabilində 3000 manat pul istəməsini bildirmişdir. Bu barədə Ayşən ona bildirdikdə heç kimin bunu edə bilməyəcəyini, həmçinin hazırda onun vəziyyəti ilə əlaqədar maddi vəziyyətlərinin yaxşı olmamasını bildirmişdir. Sonradan bununla əlaqədar Raulun özü ilə danışdıqda sonuncuya da eyni cür bildirmişdir. Raul onlara “Whatsapp” sosial şəbəkəsində 2 şəkil atmış, şəkildə düşən digər şəxsin üzü görsənməsə də, əlindən Cəsarətin olduğunu anlamışdır. Bundan bir neçə gün sonra Raul Cəsarətlə birlikdə Ayşənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə gəlmişlər. O, həmin zaman Cəsarətin valideyn icazəsi olmadan Raulun Bakı şəhərinə gətirilməsinə əsəbləşmişdir. Onlarla görüşdükdən sonra Raul onu yataq otağına çağıraraq bir daha həmin məsələni danışdıqda Raula etiraz etsə də, sonuncu əgər suallarla cavablarını almasalar özünü bağışlaya bilməyəcəyini, çünki Cəsarətin cavabları gətirəcək şəxslə telefonla danışmasını, danışıq zamanı həm cavabları gətirməyənin, həm də bunun müqabilində pul verməyənin barəsində ağır söyüşlər səsləndirildiyini və bu söyüşlərlə yaşaya bilməyəcəyini, intihar edəcəyini bildirmişdir. Bu barədə dəhlizə çıxaraq Cəsarətdən soruşduqda sonuncu da həmin söhbəti təsdiq edərək imtahan sualları ilə cavablarını Təhsil Nazirliyində olan tanışından alıb verəcəyini bildirmişdir. Universitetlərə qəbul imtahanlarının X29 tərəfindən keçirildiyini bilsə də, Cəsarətin oxşar funksiyalı orqanlar olduğu üçün Təhsil Nazirliyindəki tanışının vasitəsilə suallarla cavabları əldə edəcəyini nəzərdə tutduğunu düşünmüşdür. Bundan sonra pul qabında qızının müalicəsi üçün saxladığı 30 ədəd yüz manatlıq əskinazı, yəni üç min manat pulu saya-saya gətirib dəhlizdə Cəsarətə verdikdə Raul Cəsarətin yol və yemək xərcləri üçün 100 manat da özünə istəməsini bildirdikdə həmin 3000 manatdan 100 manatını Cəsarətə özü könüllü şəkildə, hər hansı qarşılıq gözləmədən, hədiyyə kimi verərək halal xoşu olmasını bildirərək sonuncuya vermişdir. Beləliklə imtahana düşəcək suallarla cavablarının müqabilində Cəsarətə 2900 manat pul vermişdir. Hətta yerdə qalan 100 manatı iki günə əri pul göndərdikdə verəcəyini bildirdikdə Cəsarət 2900 manatın kifayət edəcəyini, güya səhərisi gün gəlib Raulu götürəcəyini bildirərək, təkliflərinə baxmayaraq yemək yemədən çıxıb getmişdir. Cəsarətin 2900 manat kifayət edəcəyini bildirməsi səbəbilə yerdə qalan 100 manatı sonrakı günlərdə göndərməmişdir. Cəsarət imtahana düşəcək sualları və cavabları bir həftə ərzində verməyə söz vermişdir. Cəsarət çıxıb getdikdən sonra 1 həftə keçsə də heç bir nəticə olmadı və bu səbəbdən onu axtarmağa başladı. Cəsarət ismarıcları oxusa da, heç bir cavab verməmişdir. Həmin vaxt o, istifadə etdiyi telefon sonradan yararsız hala düşdüyündən və hazırda başqa telefon işlətdiyindən müvafiq danışıqlar silindiyi üçün təqdim edə bilmir. Bundan sonra Cəsarət verdiyi vədə əməl etməyərək imtahana düşəcək suallarla cavablarını gətirməmiş, həmçinin də pullarını geri qaytarmamışdır. Təqsirləndirilən şəxs konkret olaraq günü yadında qalmadığı 2021-ci ilin yanvar ayının 10u ilə həmin ilin fevral ayının 3-nə qədər olan müddət aralığında qızı Ayşənin yaşadığı Sulutəpə qəsəbəsində yerləşən evində onun 2900 manat pulunu dələduzluq yolu ilə ələ keçirərkən evdə o, oğlu Raul, qızı Ayşən, sonuncunun evində xadimə işləyən Dünyaxanım, digər qızı Sima da olmuşdur. Pulu verdiyini adlarını qeyd etdiyi şəxslərin hər biri görmüş və bilmişlər. Eyni zamanda Ayşənin azyaşlı iki övladı da evdə olsalar da, onlar yatdığından hadisənin şahidi olmamışlar. Cəsarət onun etibarından istifadə edib aldadaraq nə imtahan suallarını və cavablarını, nə də ona verdiyi pul məbləğini qaytarmamışdır. Raulun sözlərindən ona məlum olmuşdur ki, sonuncu iyul aylarında imtahanlar yekunlaşdıqdan sonra Cəsarətdən ona verdikləri pulu tələb etsə də, Cəsarət avtomobilini satıb pulu qaytaracağını bildirmiş, lakin Cəsarət həmin pulu qaytarmadığı üçün Raul Ağcabədi RPŞ-nə ərizə ilə müraciət etmişdir. İmtahanlar yekunlaşdıqdan sonra aldadıldığından tam əmin olmuşdur. Raul təhsili ilə əlaqədar Türkiyə Respublikasına getməmişdən bir gün əvvəl də Cəsarətlə təkrar söhbət etmiş, bu zaman da Cəsarət Raula sonuncu Türkiyə Respublikasından qayıtdıqda pulu qaytaracağını bildirmişdir. Lakin hazırki vaxta qədər Cəsarət dələduzluq yolu ilə ələ keçirtdiyi pulu geri qaytarmamışdır. Cəsarətlə yaxın qohumluq əlaqələri olduğu, yas mərasiminə başı qarışdığı, o cümlədən Cəsarətin Raula yalan vədlər verərək pulu qaytaracağını bildirməsi səbəbilə sonuncu barəsində əvvəl şikayət etməmiş, lakin Cəsarətin ondan ələ keçirtdiyi 2900 manat məbləğində pulu müxtəlif bəhanələr gətirərək qaytarmadığını görüb məcbur qalıb şikayət etmişdir. Cəsarətin 2021-ci ilin mart ayının ilk beş günlüyündə Ayşənin yaşadığı evə sonuncunu ziyarət etməyə gəlməmiş, yalnız bir dəfə pulu alarkən 2021-ci ilin yanvar ayının ortaları - fevral ayının əvvəllərində həmin evdə olmuşdur. Belə ki, Ayşən 2021-ci ilin fevral ayının 16-da komaya düşmüş və öldüyü tarixə, yəni 11 mart 2021-ci ilə qədər X3 reanimasiya şöbəsində stasionar müalicədə olmuşdur. 2900 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra yalnız Ayşənin yas mərasimində Cəsarəti görmüşdür, lakin həmin vaxt və sonrakı vaxtlarda qızının ölməsi ilə əlaqədar başı qarışıq olduğundan, xüsusilə də Cəsarətlə hər zaman yaxın qohumluq əlaqələri olduğundan, Cəsarətdən ondan ələ keçirtdiyi pulu tələb edə bilməmiş, bir neçə dəfə Raul özü həmin pulu Cəsarətdən tələb etsə də, sonuncu hər dəfə yalan vədlər vermiş, Cəsarətin qeyd olunan pulu qaytarmadığını görüb məcbur qalıb şikayət etmişdir. Oğlu Şahid2 tərəfindən Ağcabədi RPŞ-nə verilən izahat Raulun əl yazması, nə də onun əlyazması deyildir. İlk ərizəni o, öz xətti ilə Raulun adından yazaraq Cəsarətin onları aldadaraq pulları ələ keçirdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə münasibəti normal olub, bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Eminov X8 rayon Polis şöbəsində polis serjantı vəzifəsində işləyib. Onun üç ovladı var, Raul hazırda Türkiyə Respublikasında təhsil alır. O, Cəsarətdən Raulun hazırlıqlara getməmə səbəbini soruşanda sonuncu Raulun ona yorulduğunu dediyini bildirmişdir. Raul gününü Cəsarətlə keçirirdi. Cəsarət Raula qeyd edilən məsələni təklif edib.Əvvəl qızı ona bildirmişdir ki, Raul sonuncuya hazırlıqları dayandıracağanı, sual-cavabı almaqla imtahandan keçmək variantının olduğunu, bununla bağlı Təhsil Nazirliyində tanış adamın olduğunu bildirmişdir. Raul Bakı şəhərinə gələndə ona bildirmişdir ki, hazırlıqları dayandırıb, Cəsarət ona universitetə qəbul olmaq üçün köməklik edə biləcək adam tapmışdır. O, yataq otağından çıxıb Cəsarətlə danışmış, o da eyni sözləri ona demişdir. O, əlli faiz Cəsarətin sözlərinə inanmışdır. Raulun həyatını xilas etmək üçün o, pulu Cəsarətə vermişdir. Cəsarət ona konkret ad deməmişdir. Cəsarət 1 həftəyə sual-cavabı verəcəkdi, əks halda pulu qaytaracaqdı. Şikayət ərizəsi məhz bu məsələ ilə bağlı olub. O, qızılla bağlı məsələni bilmir, bu məsələnin Raulla heç bir əlaqəsi yoxdur. O, Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyində fond mühasibi və Ağcabədi Rayon 5 saylı məktəbdə dil-ədəbiyyat müəlliməsi işləyir. Cəsarət oğlu Raulla birlikdə 2021-ci ilin yanvar ayının ortaları - fevral ayının əvvəllərində, gecə vaxtı, saat 20.00-22.00 aralığında qızı Ayşənin evinə gəlmişlər. Raul onu yataq otağına çağıraraq bir daha həmin məsələni danışdıqda Raula etiraz etmişdir. Raul sual-cavablarını almasalar özünü bağışlaya bilməyəcəyini, çünki Cəsarətin cavabları gətirəcək şəxslə telefonla danışmasını, danışıq zamanı həm cavabları gətirməyənin, həm də bunun müqabilində pul verməyənin barəsində ağır söyüşlər səsləndirildiyini və bu söyüşlərlə yaşaya bilməyəcəyini, intihar edəcəyini bildirmişdir. Cəsarət dedi ki, elə bir adam var ki, kömək edə bilər, söz verdiyi məsələnin alınacağını, sabah üçün pulu verəcəyini, 1 həftəyə sual-cavabı alacağını, əks halda pulu qaytaracağını bildirmişdir. Raul, o, qızları Sima və Ayşən yataq otağında söhbət etmişlər. Həmin vaxt Cəsarət dəhlizdə olmuşdur. O, Cəsarətlə qeyd edilən məsələni dəqiqləşdirmişdir. Cəsarətdən soruşduqda sonuncu da həmin söhbəti təsdiq edərək imtahan sualları ilə cavablarını Təhsil Nazirliyində olan tanışından alıb verəcəyini bildirmişdir. Pul qabında qızının müalicəsi üçün saxladığı 30 ədəd yüz manatlıq əskinazı, yəni üç min manat pulu sayasaya gətirib dəhlizdə Cəsarətə vermişdir. Pulu Cəsarətə verəndə Raul, qızları Sima, Ayşən və qızının evində xadimə işləyən Şahid1 qızı da olmuşdur. O, Rayanı tanıyır, onun iş yoldaşıdır. Tamilə onun iş yoldaşı Rayanın anasıdır. Rayanın qızıllarının itməsi və ya oğurlanması barədə sonradan eşitmişdir. Həmin qızılların itməsi ilə oğlunun heç bir əlaqəsi olmamışdır. Bu məsələ ilə bağlı o, polis idarəsinə getməmişdir. xx.xx.2021-ci il tarixdə Raul Cəsarətlə görüşəndə sonuncu pulu qaytaracağını bildirmişdir. Raul ona dedi ki, Cəsarət onları aldadır, ərizə yazmasını və ərizəni polis idarəsinə aparacağını bildirmişdir. O da ərizəni yazmış, orada borc söhbəti yazılmamışdır. Borc olan ərizə oğlunun deyil, o iş ayrılıb müvafiq qurumlara göndərilib. Raul DİM-in keçirdiyi imtahanda az bal yığdı. Raul Türkiyə Respublikasında oxuyur, əyani təhsil almaqla dərslərinə 2021-ci ilin oktyabrında başlamışdır. Onun ərinin Samir adında qohumu və tanışı yoxdur. Əli Samirin nömrəsini istəmək üçün zəng vurmuşdur. Təqsirləndirilən şəxs Ayşən Abbasovanın vəfatından sonra yas mərasimində iştirak etməsinə icazə verməməsi ilə əlaqədar düşmənçilik yaranması və Şahid2 tərəfindən ailə dostlarının birinin qızından 10000 manat dəyərində qızıl zinət əşyaları alıb onları satıb pulunu xərcləyib, sonra işin üstü açıldıqda isə guya həmin pulları Təqsirləndirilən şəxsla birgə xərclədiyini, həmin xüsusatla bağlı Ağcabədi Asan Xidmət Mərkəzində vəsiqə alarkən Şahid2 Ağcabədi RPŞ-nin əməliyyatçıları tərəfindən saxlanıldığını, onun isə ailələr arasındakı soyuqluqla əlaqədar həmin pulları Cəsarətdən almaq məqsədilə hazırki məzmunda şikayətlər etdiyini bildirməsi tamamilə yalandır və özünü müdafiə məqsədi daşıyır. Onun ailəsi ilə Cəsarətin ailəsi arasında hər hansı məsələ ilə bağlı, o cümlədən Ayşənin yas mərasimi ilə əlaqəli ədavət və ya düşmənçilik olmamış, hazırki soyuqluğun səbəbi isə sonuncunun onu aldadaraq 2900 manat pulunu ələ keçirməsi və verdiyi vədinə əməl etməməsi olmuşdur. Qeyd olunan qızılın itməsi daha sonra isə tapılması məsələsi Ağcabədi rayonunda yaşayan iş yoldaşı Raya adlı şəxsin ailəsində olmuşdur, lakin həmin qızılların itməsi ilə oğlunun heç bir əlaqəsi olmamışdır. Tamilənin qızıllarının itməsi barədə xəbəri olsa da, həmin qızılların nə Raulla, nə onunla heç bir əlaqəsi yoxdur. Heç vaxt Tamilla adlı şəxslə və İsmət adlı şəxsin anası ilə birlikdə Təqsirləndirilən şəxs evinə gedərək, qızılların Raul azyaşlı olduğu üçün Cəsarət tərəfindən satıldığını, bununla bağlı dəyən zərərin, yəni 12000 manatın dörd nəfər arasında bölünərək ödənilməsini deyərək Cəsarətin həmin qızılların pulunu xərclədiyini bildirməmişdir. Təqsirləndirilən şəxs 3000 manat tələb etməmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı ona qaytarmamış, aralarında barışıq əldə olunmamışdır. O, deyilənlərin nəzərə alınaraq mülki iddia ərizəsində göstərdiyi kimi 4500 manat maddi zərərin və 65 manat dövlət rüsumunun əvəzinin Təqsirləndirilən şəxs alınmasını və sonuncunun barəsində azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Cəsarət və ailə üzvləri ilə qohum kimi yaxın münasibətləri olmuşdur. Cəsarət hadisə baş verən vaxtlar Ağcabədi RPŞ-də polis əməkdaşı kimi işləmişdir. Bacısı Ayşən təxminən 2014-cü ildə evlənərək, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2020-ci ilin yay aylarında bacısı “Leykoz” xəstəliyinə tutulduğu üçün müalicə almış və həmin səbəbdən təxminən 2020-ci ilin oktyabr ayında anası bacısı yaşadığı ünvana gələrək onun yanında yaşamağa başlamışdır. Lakin anası hərdən Ağcabədi rayonuna gedib gəldiyi üçün Ayşənə baxmaq məqsədilə Şahid1 qızını xadimə kimi tutmuşdur. Həmçinin təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Ayşən xəstəxanaya tez-tez gedib gəldiyi üçün və Dünyaxanımın yanında uşaqlar yadlıq çəkdiyi üçün onlara baxmaq məqsədilə o da Ayşən yaşayan evə getmişdir. Həmin vaxtlar Raul universitetə qəbul imtahanına hazırlaşdığı üçün Ağcabədi rayonunda müəllimlərin yanına hazırlıqlara getmiş, Raulun yaşı az olduğundan anası Cəsarətdən ona nəzarət etməsini xahiş etmişdir. Anası Bakı şəhərində olduğu müddətdə dəfələrlə müəllimlərdən Raulun hazırlıqlara getmədiyini eşitdikdə Raulla danışsa da, sonuncu anasına müxtəlif bəhanələr gətirmişdir. Bir neçə gün sonra təxminən 2021-ci ilin yanvar ayının axırlarında Raul Cəsarətlə birlikdə Ayşənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə gəlmişlər. Onlarla görüşdükdən sonra Raul anasını yataq otağına çağıraraq Cəsarətin Təhsil Nazirliyində tanışının olduğunu, həmin tanışı vasitəsilə imtahanın sualları və cavablarını 3000 manat müqabilində verəcəyini bildirmişdir. Anası bu barədə dəhlizə çıxaraq Cəsarətdən soruşduqda sonuncu da həmin söhbəti təsdiq edərək imtahan sualları ilə cavablarını Təhsil Nazirliyində olan tanışından 1 həftə içində alıb verəcəyini bildirmişdir. Bundan sonra pul qabında anası 3000 manat pulu gətirib dəhlizdə Cəsarətə verdikdə Raul Cəsarətin yol və yemək xərcləri üçün 100 manat da özünə istəməsini bildirdikdə həmin 3000 manatdan 100 manatını Cəsarətə anası vermişdir. Lakin Cəsarət nə imtahanın sual və cavabını, nə də ki, pulu anasına qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Daha sonra bacısı vəfat etdiyindən başları yasa qarışdığından maraqlana bilməmişlər. Cəsarət və atası bacısının yas mərasimində iştirak etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Raul anasını yataq otağına çağıraraq Cəsarətin Təhsil Nazirliyində tanışının olduğunu, həmin tanışı vasitəsilə imtahanın sualları və cavablarını 3000 manat müqabilində verəcəyini bildirmişdir. Cəsarətə 3000 manat pul veriləndə o da orada olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında, axşam vaxtı Raul və Cəsarət bacısı Ayşənin Bakıda yaşadığı evinə gəlmişlər. Anası məsələni Cəsarətlə dəqiqləşdirib ona 3000 manat pul vermişdir. Pulun sayılıb-sayılmadığını tam dəqiq xatırlamır. Bütün əskinazlar yüzlük idi. Ayşən vəfat etdikdən sonra Ayşənə məxsus telefonu xarab olduğundan atmışlar. Cəsarət nə imtahanın sual və cavabını, nə də ki, pulu anasına qaytarmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin axırı 2021-ci ilin əvvəllərində X15 baxmaq məqsədilə onu xadimə kimi tutmuşdur. Ondan başqa Aygün Abbasovanın qızı və özü də Ayşənə və onun uşaqlarına baxırdılar. Təxminən 2021-ci ilin yanvar ayının axırlarında X11 və adını sonradan bildiyi Cəsarətlə birlikdə Ayşənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə gəlmişlər. O, həmin vaxt mətbəxdə yemək bişirirdi. O, mətbəxdən dəhlizə çıxan zaman Aygün Abbasova əlində pulu saya-saya Cəsarətə verdiyini görmüş lakin pulun Cəsarətə nə məqsədlə və nə qədər pul verməsini Ayşən kiminləsə telefonda danışanda eşitmiş, Ayşən dəfələrlə Cəsarətə yığırdı, lakin Cəsarət Ayşənin telefon zənglərini açmırdı. O, suallara cavab olaraq bildirmişdir ki, təxminən 2021ci ilin yanvar ayının axırlarında X11 və adını sonradan bildiyi Cəsarətlə birlikdə Ayşənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evinə gələrkən Cəsarət qara gödəkçədə olmuşdur. Aygün xanım, övladları, Cəsarətlə birgə otaqda idilər. Cəsarət otaqdan qabaqda çıxdı və pilləkənin yanında durdu. Hamısı dəhlizdə dayanmışdır. Raya və Tamiləni tanımır. Şəkər xəstəsi olduğundan sualı səhv başa düşmüş, onun qızılların oğurluğu barədə heç bir məlumatı yoxdur. Bir müddətdən sonra X16 pulun nə məqsədlə və nə qədər pul verildiyini Ayşən kiminləsə telefonda danışanda eşitmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Bakı Biznes Universitetinin Sosial İş ixtisası üzrə əyani şöbəyə qəbul olmuşdur, hazırda ikinci kursa keçmişdir. Şahid2 ilə həmyaşıd olduqlarından universitetə qəbul imtahanına eyni müəllimlərin yanında hazırlaşmışlar. X9 şəxsən tanımır, Aygünün Şahid2 anası olduğunu bilir. Təqsirləndirilən şəxs Ağcabədi rayonunda yaşadığı üçün tanıyır, sonuncu 2020-2021-ci illər ərzində Ağcabədi RPŞ-də işləmişdir. Cəsarətin Raulun qohum olduğunu bilmirdi. Adını qeyd etdiyi şəxslərin heç biri ilə ədavət və ya düşmənçiliyi yoxdur. 2020-ci ilin sonlarında, yəni təxminən dekabr aylarında Raul müəllimlərin yanına hazırlıqlara gəlməməyə başlamışdır. Raulla bir neçə dəfə söhbət edərək hazırlıqlara gəlməməsinin səbəbini soruşduqda bir nəfər tanışının X29 tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında düşəcək suallarla cavablarını əldə edib gətirəcəyini bildirmişdir. O, bu barədə anasına dedikdə anası qəti razılaşmayaraq müəllimlərin yanında hazırlıqlarını davam etdirməsini bildirmişdir. X28 Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında Raul aşağı bal topladığından heç bir ali məktəbə qəbul ola bilməmişdir. İmtahanlar 2021-ci ilin iyul ayında yekunlaşdıqdan sonra Raul attestatla Türkiyə Respublikasında yerləşən universitetlərdən birinə düzəlmişdir. Bundan sonra Raulla heç bir əlaqəsi olmamışdır. Bir neçə ay bundan əvvəl anasının sözlərindən ona məlum olmuşdur ki, Raulu aldadan Cəsarət olmuşdur. Belə ki, sonuncu Raula ali məktəblərə qəbul imtahanına düşəcək suallarla-cavalarını əldə edib gətirəcəyini bildirərək, bu üsulla Aygünü də aldatmış və sonuncunun 2900 manat pulunu ələ keçirtmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, anası Afşar kəndində 2 saylı məktəbdə direktor müavinidir. Tamilə adlı şəxsi şəxsən tanımasa da sonuncunun qızıllarının itməsi ilə əlaqədar məlumatı vardır. Həmin qızılların itməsi ilə əlaqədar ailələrinin qızıl mağazası olması səbəbilə o, Ağcabədi RPŞ-dən çağırılmışdır. Həmin vaxt anası da onunla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində adını bilmədiyi polis əməkdaşı onunla və qızıl alqı-satqısı ilə məşğul olan başqa şəxslərlə şifahi qaydada söhbət apararaq hər hansı şəxs tərəfindən mağazalarına qızıl satılıb-satılmadığı ilə maraqlanmış, lakin bu barədə hər hansı məlumatı olmadığını dedikdə ona çıxıb getməyi bildirilmişdir. Polis şöbəsinə getdiyi zaman Samir də orada olmuş, Raul orada olmamışdır. Raulun aliəsi ilə münasibətləri olmamışdır. Bakı şəhəri, Gənclər şəhərciyinə Təqsirləndirilən şəxs onu aparmamışdır. Təqsirləndirilən şəxsla dostluq münasibəti olmamışdır. Qızıl məsələsi onun atası həbsdə olarkən baş vermiş, atasının həmin məsələdən xəbəri yoxudr. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X22 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, İ.Qayıbov küçəsi, ev 8, mənzil 6-da ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əmisi oğludur, sonuncu 2020-2021-ci il ərzində Ağcabədi RPŞ-də işləsə də, sonradan anasının xəstəliyi ilə əlaqədar polis orqanlarından öz ərizəsi ilə xaric olunmuşdur. Aygünün Cəsarətdən şikayət edərək sonuncunun guya Aygünə qarşı dələduzluq edərək 2900 manat pulunu ələ keçirtdiyini əmisi Teyyub ona demişdir. 2021-ci xatırlamadığı aylarının birində Ağcabədi RPŞ-nin əməkdaşlarından adını xatırlamadığı bir nəfər onunla telefon əlaqəsi saxlayaraq onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə getdikdə həmin polis əməkdaşı onu Səxavət adlı şəxsin qızıllarının itməsi ilə əlaqədar çağırdığını bildirmişdir. Polis şöbəsinə gəldikdə Ağcabədi rayon sakini İsmət adlı şəxsin anası ilə birgə polis şöbəsində olduğunu görmüşdür. Qızıl oğurluğu ilə bağlı Ağcabədi Rayon Polis şöbəsində olduğu zaman oğurlanmış qızılların Raul tərəfindən İsmətə satılması ona məlum olmuşdur. Bundan başqa o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Raul ona zəng edərək təcili onu Ağcabədi bazarına aparmasını bildirmiş, o Raulu bazara aparması üçün sonuncu ilə görüşdükdə həmin vaxt Raulun əlində qızıllar olduğunu görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Aygün Abbasova anasına zəng edərək ona 1000 manat ödəməli olduğunu bildirmişdir. Bundan başqa İsmətin atası əmisi Teyyubun yanında oğlu tərəfindən alınmış oğurluq qızılları yarı qiymətinə Aygünə qaytardığını bildirmişdir. O, latın qrafikası ilə yazıb oxuya bilsə də Binəqədi rayon prokurorluğunda ifadəsini oxumadan imzalamışdır. İsmət Raulun ata-anasını tanıyırdı. Cəsarətin şəxslərdən iş düzəltmək adı ilə pul almasını eşitməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, İ.Qayıbov küçəsi, ev 5, mənzil 4-də yaşayır və Ağcabədi Rayon Mərkəzi X13 Yardım şöbəsində feldşer işləyir. Təqsirləndirilən şəxsla qeyri-rəsmi ailə münasibətlərində olmuşdur. Təqsirləndirilən şəxs onu da oğlunu işə düzəldəcəyi adı ilə aldatmış və bu günə qədər pulunu ala bilməmişdir. Bununla bağlı o, Ağcabədi Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işi açılmışdır. X25 Eminov vasitəsilə tanımışdır. Bundan başqa təxminən 15-20 gün əvvəl Təqsirləndirilən şəxs ona “whatsapp” proqramı vasitəsilə ona 3000 manat pul verəcəyini, bunun müqabilində isə hazırki məhkəmə iclasında A.Abbasovanın əleyhinə danışması barədə yazmışdır. O isə Təqsirləndirilən şəxs pulunun olduğu təqdirdə uşağını işə düzəltməsi adı ilə verdiyi pulu ona geri qaytarmasını bildirmiş, əks təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Cəsarət isə onun barəsində şikayət etməməsini ondan xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və faktla bağlı Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v.1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, H.K.Hüseynov həmin tarixdə, saat 13-00-da Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i. v.81) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs X17 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (İ cild, 89-92) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild, i. v.93-94) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir.(İ cild, i.v.103-104,106). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (İ cild, i. v. 109) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild, i. v. 113) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 qızı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (İ cild, 151-152) Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 01 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, 196) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla X19 04 fevral 2021-ci il tarixdən Hematologiya İnstitutunda, 16 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixə qədər yəni ölən günədək X2 stasionar müalicədə olduğu müəyyən olunmuşdur. (İ cild, 197-202) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 20/129-16015 saylı məktubla daxil olmuş materialdan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nə xx.xx.2021-ci il tarixli şikayət ərizəsi yazaraq sonuncunun 2900 manat pulunu aldadaraq aldığı və qaytarmaması barədə müraciət etmişdir. (İ cild, 202-207) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (İ cild, 211-213) Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 16/1-840io saylı məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatı müəyyən edilməmişdir. (İ cild, 226) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 6/129-16361 saylı məktubdan görünür ki, Ağcabədi rayon polis şöbəsinə Şahid2 barəsində şikayət xarakterli müraciət daxil olmamış, barəsində hər hansı bir araşdırma aparılmamış, eləcə də, sonuncu polis şöbəsinə gətirilərək saxlanılmamışdır. Bundan əlavə Ağcabədi rayon polis şöbəsinin post patrul xidməti bölüyünün sabiq polis nəfəri Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhərinə getməsi ilə bağlı şöbənin dəftərxanasında raport qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirilir ki, rayon ərazisində aşkar olunmuş narkotik vasitə və psixatrop maddənin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsinə dair qəbul olunmuş qərar maddi sübutla birlikdə Ədliyyə Nazirliyinin Bakı şəhərində yerləşən Məhkəmə Ekspertiza Mərkəzinə deyil, Şirvan şəhərində yerləşən Məhkəmə Ekspertiza şöbəsinə təqdim edilir. (İ cild, 238) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsindən xx.xx.2022-ci il tarixli 4/129-16553 saylı məktubla daxil olmuş X7 müraciəti əsasında toplanmış HK-1/572 nömrəli materialın surətindən görünür ki, 04 mart 2021-ci il tarixdə Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsində yaşayan X20 DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edərək xx.xx.2021-ci il tarixdə evindən naməlum şəkildə 15000-20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsində yaşayan X1 RPŞ-nə müraciət edərək qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. xx.xx.2021-ci il tarixdə X1 RPŞ-yə ərizə ilə müraciət edərək özünə məxsus qızıl-zinət əşyalarının yaşadığı evdə başqa otaqdan tapdığını, həmin qızılları polisə təqdim etdiyini, heç kimdən şikayətinin və tələbinin olmadığını göstərmişdir.10 mart 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və materialdan göründüyü kimi həmin material üzrə Şahid2 izahatı alınmamış və araşdırılan məsələnin sonuncuya aidiyyəti olmamışdır. Həmin xüsusat üzrə müvafiq qərar qanuni qüvvədədir. (İ cild, 238) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, A.Abbasovanın könüllü təqdim etdiyi Şahid2 2021/2022-ci il tədris ili üçün bakalavriat səviyyəsi üzrə keçirilmiş test imtahanında topladığı ballar və müsabiqənin nəticə barədə X21 rəsmi internet saytından çıxarılmış xx.xx.2022-ci il tarixli 79CFE810B nömrəli arayış sonuncudan götürülmüşdür. (İİ cild, 49) xx.xx.2023-cü il tarixli mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs 4500 manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat pul vəsaitinin zərər çəkmiş şəxs (mülki iddiaçı) A.Abbasovanın xeyrinə tutulması xahiş olunmuşdur. 018918 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası Eminov Təyyub müharibə veteranıdır. AZ-İV793067 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X23 adında az yaşlı övladı vardır. Şahid2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Türkiyə respublikasında təhsil aldığından məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, Ağcabədi RPİ-də və Binəqədi rayon prokurorluğunda verdiyi izahatı və üzləşdirmə zamanı verdiyi ifadələri təsdiq edir və məhkəmə iclaslarının onsuz keçirilməsinə etrirazı yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin (mülki cavabdehin) və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdeh), zərər çəkmiş şəxs (mülki iddiaçı), şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç kəsdən pul almaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs Aygünün dediyinə görə qızılın Raul azyaşlı olduğundan guya onun satması, bu səbəbdən 2900 manatın o, 2900 manatın İsmət, 2900 manatın Raul, 1000 manatın Samir ödəməli olması ilə bağlı verdiyi ifadələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin hallar iş üzrə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, iş materialları ilə tam təkzib olunur və həmin hal öz təsdiqini tapmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, atasının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, mülki iddia qismən təmin olunmalı, belə ki, məhkəmə zərər çəkmiş şəxsin nümayəndəsinin, (vəkilinin) göstərdiyi yardım və eyni zamanda yol xərclərinin ağlabatan məbləğ kimi 500 manat dəyərləndirərək Təqsirləndirilən şəxs 3000 manat vurulmuş ziyanın əvəzi, zərər çəkmiş şəxsin nümayəndəsinin, (vəkilinin) göstərdiyi yardım və eyni zamanda yol xərcləri 500 manat, dövlət rüsumunun əvəzi 65 manat 40 qəpik, ümumilikdə 3565 manat 40 qəpik məbləğdə pul tutularaq zərər çəkmiş şəxs, mülki iddiaçı X10 ödənilməli olmasını məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs 3000 manat vurulmuş ziyanın əvəzi, zərər çəkmiş şəxsin nümayəndəsinin, (vəkilinin) göstərdiyi yardım və eyni zamanda yol xərcləri 500 manat, dövlət rüsumunun əvəzi 65 manat 40 qəpik, ümumilikdə 3565,40 (üç min beş yüz altmış beş manat 40 qəpik) manat məbləğdə pul tutularaq zərər çəkmiş şəxs, mülki iddiaçı X10 ödənilsin. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-45/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-45/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver