Məhkəmə qərarları › İş №1(001)-45/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-45/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-45/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində nömrəsiz evdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbyacan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Gəncə Hərbi Məhkəməsinin 28 mart 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 06 ay müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məhəmmədli kəndində yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 185.2.2 və 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq təkrarən ələ keçirmiş (qaçırmış) və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla üzərində daşımışdır. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 14 noyabr 2023-cü il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında müvəqqəti saxladığı faktiki mülkiyyətində olan “Tofaş Doğan” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa o, təkrarən 15 noyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Müdafiəçi2 ünvan 3 ünvanında müvəqqəti saxladığı faktiki mülkiyyətində olan “VAZ 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq zərərçəkmiş Müdafiəçi2 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa o, təkrarən 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanında müvəqqəti saxladığı faktiki mülkiyyətində olan “VAZ 2107” markalı 10-LV- 854 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin qapılarının kilidinin açıq olmasını yoxlayıb bu barədə məlumatlı olduqdan sonra avtomobilin sürücü üçün nəzərdə tutulan hissəsinə aid qapını açaraq oturacağa əyləşib üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə etməklə oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Bundan başqa o, 2023-cü ilin noyabr ayının ortalarında istintaqa məlum'olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi - 0,265 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamaqla üzərində daşımış, 02 dekabr 2023-cü il tarixdə saat 09:00-da Sabunçu RPl-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən 12-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 11:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,265 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında olan Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2107” markalı, **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol qapısının kilidsiz olmasından istifadə edib həmin qapını açmaqla oradan salona daxil olub qolaltı hissədə dəyəri 150 manat olan 100 ml qram ölçülü şüşə qabda “Oriflame” kişi ətrini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində ünvan 7 ünvanında olan Zərərçəkmiş şəxs6 məxsus “VAZ-2104” markalı, **-DS-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qapısını Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi qayçı ilə açmaqla oradan salona daxil olub sol oturacağın alt hissəsindən 1 ədədinin dəyəri 20 manat olmaqla cəmi 2 ədəd 40 manat dəyərində 500 ml ölçülü “Babeck” markalanma göstəricisi olan konyakı, sellofan torbada 15 manat məbləğində metal pul sikkələri və qabaq sağ oturacaqda olan 1 ədəd dəyəri 50 manat olan tünd göy rəngli, üzərində “Moncler XL” markalanma göstəricisi olan qısaqol gödəkçəni gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 105 (yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində Binəqədi rayonu, Azadlıq prospekti 180/20 ünvanında olan Zərərçəkmiş şəxs4 məxsus “VAZ-21214” markalı, **-ZV-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol qabaq qapısını Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi qayçı ilə açmaqla oradan salona daxil olub ön paneldə olan dəyəri 170 manat olan 1 ədəd “Pioneer” markalı maqnitafonu, dəyəri 40 manat olan 1 ədəd qara rəngli, üzərində ““Full” HD, MP BT”” yazıları olan monitoru, salonun qolaltı hissəsindən dəyəri 60 manat olan 1 ədəd “HD” markalı video kameranı və salonun arxa oturacağından dəyəri 80 manat olan üzərində “Battista” markalanma göstəricisi olan gödəkçəni gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında olan Zərərçəkmiş şəxs5 məxsus “VAZ-2107” markalı, **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol qapısının kilidsiz olmasından istifadə edib həmin qapını açmaqla oradan salona daxil olub qolaltı hissədə dəyəri 150 manat olan 100 ml qram ölçülü şüşə qabda “Oriflame” kişi ətrini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində ünvan 7 ünvanında olan Zərərçəkmiş şəxs6 məxsus “VAZ-2104” markalı, **-DS- *** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq sol qapısını özü ilə gətirdiyi qayçı ilə açmaqla oradan salona daxil olub sol oturacağın alt hissəsindən 1 ədədinin dəyəri 20 manat olmaqla cəmi 2 ədəd 40 manat dəyərində 500 ml ölçülü “Babeck” markalanma göstəricisi olan konyakı, sellofan torbada 15 manat məbləğində metal pul sikkələri və qabaq sağ oturacaqda olan 1 ədəd dəyəri 50 manat olan tünd göy rəngli, üzərində “Moncler XL” markalanma göstəricisi olan qısaqol gödəkçəni gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 105 (yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 05:00-dan saat 06:00-dək olan müddət ərzində Binəqədi rayonu, Azadlıq prospekti 180/20 ünvanında olan Zərərçəkmiş şəxs4 məxsus “VAZ-21214” markalı, **-ZV-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol qabaq qapısını özü ilə gətirdiyi qayçı ilə açmaqla oradan salona daxil olub ön paneldə olan dəyəri 170 manat olan 1 ədəd “Pioneer” markalı maqnitafonu, dəyəri 40 manat olan 1 ədəd qara rəngli, üzərində ““Full” HD, MP BT”” yazıları olan monitoru, salonun qolaltı hissəsindən dəyəri 60 manat olan 1 ədəd “HD” markalı video kameranı və salonun arxa oturacağından dəyəri 80 manat olan üzərində “Battista” markalanma göstəricisi olan gödəkçəni gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.2 və 234.1–ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 14 noyabr 2023-cü il tarixdə gecə saatlarında ünvan 2, mənzil 3 qarşısı ilə gedən zaman “Tofaş Doğan” markalı 99- XD-133 dövlət qeydiyyat nişanlı avtomobili görüb onu sürmək qərarına gəlmiş, avtomobilə yaxınlaşıb qapısının açıq olub-olmadığını yoxladıqda qapının açıq olduğunu görüb avtomobilə əyləşib mühərrikini işə salmaq üçün avtomobilin içərisində açar axtarmağa başlamışdır. Həmin vaxt avtomobilin saxlanc yerindən açarı götürmüş və avtomobili işə salaraq sürməyə başlamışdır. Təxminən 1 saata yaxın həmin avtomobili sürdükdən sonra Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan zaman X14 əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər saxlıyanda yalandan avtomobilin dayısına məxsus olduğunu, sənədlərinin üzərində olmadığını bildirmişdir. Daha sonra polislər əməkdaşları avtomobili 11 saylı cərimə meydançasına apararaq oradakı duracağa qoymuşlar. Bundan başqa 15 noyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakıxanov qəsəbəsində yerləşən ərzaq mağazasından 03 ədəd “GO” spirtli içkisi alıb içərək sərxoş vəziyyətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində İcra Hakimiyyətinin arxasında olan məhəlləyə getmişdir. Orada o, binanın qarşısında qara rəngli “VAZ 2107" markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb sürmək qərarına gəlmişdir. O, həmin avtomobilə yaxınlaşıb qapısının açıq olub-olmadığını yoxladıqda sükan tərəf qapının açıq olmadığnı, yan tərəf qapının açıq olduğunu görüb avtomobilə əyləşərək sükan tərəfə keçib mühərriki işə salmaq üçün açarın avtomobilin üzərində olduğunu görmüşdür. O, avtomobilin mühərrikini işə salaraq idarə etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası tərəfə, oradan “Aeroport” yolu ilə “Atəşgah” dairəsi tərəfə, oradan isə Sabunçu qəsəbəsi istiqamətində sonradan xatırlamadığı istiqamətlərdə avtomobili sürərək təxminən 2-3 saat avtomobili idarə etdikdən sonra qaçırdığı yerdən 1 məhəllə kənarda saxlamış və avtomobildən düşüb taksi sifariş edərək yaşadığı evə getmişdir. Bundan başqa o, 27 noyabr 2023-cü il tarixdə saat 21 radələrində evin yaxınlığında yerləşən mağazadan 03 ədəd “GO” spirtli içkisi alıb içmiş, evə qayıdan zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 55 ünavnının qarşısında “VAZ 2107” markalı 10-LV854 dövlət qeydiyyat nişanlı avtomobili görüb onu sürmək qərarına gəldiyi üçün avtomobilə yaxınlaşıb qapısının açıq olub-olmadığını yoxladıqda qapının açıq olduğunu görüb avtomobilə minmişdir. O, avtomobilin mühərrikini işə salmaq üçün avtomobilin içərisində açar axtarmağa başlamış və bu zaman avtomobilin saxlanc yerindən açar tapıb avtomobili işə salaraq sürüb oradan uzaqlaşmışdır. Həmin qaçırdığı avtomobili təxminən 1 saat sürdükdən sonra o, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan zaman X14 əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər saxlayanda avtomobilin dayısına məxsus olduğunu sənədlərinin üzərində olmadığını bildirmişdir.Daha sonra polislər avtomobili 11 saylı cərimə meydançasına apararaq oradakı duracağa qoymuşlar. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxs özünün əvvəllər psixotrop maddə olan “patı" dan istifadə etdiyini bildirsə də, polis əməkdaşları saxlayan zaman üzərində heç psixotrop maddə olmadığını bildirmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə Binəqədi rayonu ərazisində 03 müxtəlif markalı avtomobillərdən də oğurluq etmişdir. Belə ki, 16 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Azadla Sabunçu rayonu ərazisində görüşmüş, bir qədər birlikdə gəzdikdən sonra Azad bildirmişdir ki, ictimai nəqliyyatda pul yığan işləmiş, Binəqədi rayonu Azadlıq metrosuna gedib və orada işlədiyi avtobus sürücüsündən qəpiklə pulunu götürsün. O, razılaşmış və birlikdə saat 23 radələrində Azadlıq metrostansiyasının yaxınlığına gəlmişlər. Lakin Azad pul alacağı avtobus sürücüsünü tapa bilmədiyi üçün geri qayıtmağa pul olmadığından elə həmin ərazidə gəzməyə başlamışlar. Gec olduğundan və ətrafda heç kimin olmadığını görüb Azadla öz aralarında razılaşmışlar ki, yaşayış binalarının həyətlərinə daxil olub avtomaşınlardan oğurluq edib oğurladıqları əşyaları satıb əldə olunan pulu xərcləsinlər. Bu məqsədlədə metronun yaxınlığındakı binanın həyətinə tərəf getmişlər. İlk olaraq ağ rəngli VAZ-2107 markalı avtomaşına yaxınlaşmışlar və avtomaşının qapılarını yoxlayanda avtomaşının arxa sol qapısının açıq olduğunu görmüşlər. O, Azadla avtomaşının salonuna baxdıqda avtomaşından heç bir şey aşkar etməmişlər. yalnız avtomaşının qolaltından 100 ml qram şüşədə olan ətiri götürmüşdür. Ətrin içində az olduğu üçün o, və Azad bir qədər üstlərinə vurduqdan sonra qabını kənara tullamışlar. Daha sonra təxminən 20 metr aralıda olan VAZ-2104 markalı avtomaşına yaxınlaşmış və avtomaşının qabaq sol qapısını Azad üstündə olan kiçik ölçülü qayçı ilə açmış və o, avtomaşının qabaq sol oturacağının altından 2 ədəd konyak, Azad isə həmin yerdən sellofanda ümumilikdə 15 manat olan 5 qəpiklik və qabaq sağ oturacağın üstündən isə 1 ədəd qolsuz jileti götürmüşdür. Sonra bir qədər piyada hərəkət edərək qonşu küçədə olan Niva markalı avtomaşına yaxınlaşmışlar. Həmin avtomaşınında qabaq sol qapısını Azad qayçı ilə açmış və avtomaşının şitindən maqnitafon və manitorunu sökmüşlər, o, qolaltından videokameranı və arxa oturacaqdan isə bir ədəd gödəkcəni götürüb oradan uzaqlaşmışlar. Daha sonra Azadlıq metrostansiyasının yaxınlığına gələrək oradan 71 saylı avtobusa minib Koroğlu metrostansiyasının yaxınlığına getmişlər. Koroğlu metrostansiyasının yanında isə 107 saylı marşurut avtobusuna minərək Sabunçu avtovağzalının yanına getmişlər. Orada Niva markalı avtomaşından oğurladıqları maqnitafonu Azad tanıdığı Araz adlı avtobus sürücüsünə 120 manata satmışlar. Əldə etdikləri pulu isə öz aralarında yarıdan bölmüşlər. Daha sonra isə Azadın qaldığı Sabunçu rayonu Natavan 213-də yerləşən ünvanına gedib oğurladıqları digər əşyaları orada gizlətmişlər. 23 dekabr 2023-cü il tarixdə Binəqədi rayonu polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda etdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o narkotik vasitələrin istifadəçisi olsa da, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır və həmin hissədə özünü təqsirli bilmir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını, zərərçəkmiş şəxslərlərin bir qismi ilə barışıq əldə etməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini və CM-nin 234.1-ci maddəsi ilə isə təqsiri olmadığına görə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 üç ilə yaxındır ki, tanıyır, onunla yoldaşlıq etmişdir.16 dekabr 2023-cü il tarixdə saat 22.00 radələrində Nicatla Sabunçu rayonu ərazisində görüşüb və bir qədər birlikdə gəzdikdən sonra Nicata bildirmişdir ki, ictimai nəqliyyatda pul yığan işləmiş, Bakı şəhəri, Binəqədi rayonu Azadlıq metrosuna gedib və orada işlədiyi avtobus sürücüsündən qəpiklə pulunu götürsün. Onun sözündən sonra Nicat razılaşmış və saat 23 radələrində Azadlıq metrostansiyasının yaxınlığına gəlmişlər. Lakin o, 60 nömrəli marşurutda sürücü işləyən Elnur adlı şəxsi tapa bilmədiyi üçün geri qayıtmağa pulları olmadığından elə həmin ərazidə gəzməyə başlamışlar. Gec olduğundan və ətrafda heç kimin olmadığını görüb Nicatla öz aralarında razılaşmışlar ki, yaşayış binalarının həyətlərinə daxil olub avtomaşınlardan oğurluq edib oğurladıqları əşyaları satıb əldə olunan pulu xərcləsinlər. Bu məqsədlədə metronun yaxınlığındakı binanın həyətinə tərəf getdib ilk olaraq ağ rəngli VAZ-2107 markalı avtomaşına yaxınlaşaraq qapılarını yoxlayanda avtomaşının arxa sol qapısının açıq olduğunu görmüşlər. O, Nicatla avtomaşının salonuna baxdıqda avtomaşından heç bir şey aşkar etməmiş, yalnız avtomaşının qolaltından 100 ml qram şüşədə olan ətiri Nicat götürmüşdür. Ətrin içində az olduğu üçün o, Nicatla bir qədər üstünə vurduqdan sonra qabını kənara tullamışlar. Daha sonra təxminən 20 metr aralıda olan VAZ-2104 markalı avtomaşına yaxınlaşıb avtomaşının qabaq sol qapısını üstündə olan kiçik ölçülü qayçı ilə açmış və Nicat avtomaşının qabaq sol oturacağının altından 2 ədəd konyak, o, isə həmin yerdən sellofanda ümumilikdə 15 manat olan 5 qəpiklik və qabaq sağ oturacağın üstündən isə 1 ədəd qolsuz jileti götürmüşlər. Sonra bir qədər piyada hərəkət edərək qonşu küçədə olan Niva markalı avtomaşına yaxınlaşmışlar. Həmin avtomaşınında qabaq sol qapısını qayçı ilə açmış və avtomaşının şitindən maqnitafon və manitorunu sökmüşlər, Nicat qolaltından videokameranı və arxa oturacaqdan isə bir ədəd gödəkcəni götürüb oradan uzaqlaşmışlar. Daha sonra Azadlıq metrostansiyasının yaxınlığına gələrək oradan 71 saylı avtobusa minib Koroğlu metrostansiyasının yaxınlığına getmişlər. Koroğlu metrostansiyasının yanında isə 107 saylı marşurut avtobusuna minərək Sabunçu avtovağzalının yanına gedib orada Niva markalı avtomaşından oğurladıqları maqnitafonu tanıdığı Araz adlı avtobus sürücüsünə 120 manata satmışdır. Əldə etdiyi pulu isə öz aralarında yarıdan bölmüşlər. Daha sonra isə qaldığı Sabunçu rayonu Natavan 213-də yerləşən ünvanına getdib oğurladıqları digər əşyaları orada gizlətmişlər. 23 dekabr 2023-cü il tarixdə Binəqədi rayonu polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda etdiyi cinayəti səmimi olaraq etiraf etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, etibarnamə ilə VAZ- 21214 markalı ** ZV *** dövlət nömrə nişanlı avtomaşın idarə edir. Avtomaşın idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. O, 16 dekabr 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi avtomaşını yaşadığı binanın qarşısında saxlamış və avtomaşının qapılarını bağlayıb yaşadığı evə getmişdir. 17 dekabr 2023-cü il tarixdə saat 13 radələrində avtomaşına yaxınlaşdıqda qabaq sol qapının açıq olduğunu görmüşdür. O, tez avtomaşının salonuna baxdıqda avtomaşında Pioneer markalı maqnitafonun yerində olmadığını görmüşdür. O, avtomaşınından oğurluq olunduğunu müəyyən etdikdən sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra avtomaşınını təmirə aparmış və avtomaşın təmirdə olan zaman avtomaşından manitorun, videokameranın və gödəkcənində oğurlandığını aşkar etmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurluq nəticəsində ona 940 manat maddi ziyna dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X8 bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, etibarnamə ilə VAZ- 2107 markalı ** CB *** dövlət nömrə nişanlı avtomaşın idarə edir. Avtomaşın idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. 15 dekabr 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi avtomaşını yaşadığı binanın qarşısında saxlayaraq avtomaşının qapılarını bağlayıb yaşadığı evə getmişdir. 16 dekabr 2023-cü il tarixdə avtomaşını idarə etmədiyi üçün həyətdə qalmışdır. 17 dekabr 2023-cü il tarixdə saat 16 radələrində avtomaşına yaxınlaşdıqda qabaq sol qapının açıq olduğunu görmüşdür. O, tez avtomaşının salonuna baxdıqda avtomaşının salonunun axtarıldığını müəyyən etmişdir. O, avtomaşının salonuna baxdıqda “Oriflame” kişi parfumunun yerində olmadığını görmüşdür. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, əlavə olaraq ifadəsində ətrinin oğurlanması nəticəsində ona 150 manat maddi ziyanın dəydiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 bildirmişdir ki, etibarnamə ilə VAZ-21041 markalı ** DS *** dövlət nömrə nişanlı avtomaşın idarə edir. Avtomaşın idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. O, 16 dekabr 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtomaşını yaşadığı binanın qarşısında saxlamış və avtomaşının qapılarını bağlayıb yaşadığı evə getmişdir. 17 dekabr 2023-cü il tarixdə saat 10 radələrində avtomaşına yaxınlaşdıqda qabaq sol qapının açıq olduğunu görüb tez avtomaşının salonuna baxdıqda avtomaşında qabaq sol oturacağın alt hissəsində 2 ədəd şüşə butulkada konyakın, sellofanda ümumilikdə 15 manat olan 5 qəpikliklərin və qabaq sağ oturacaqda olan 1 ədəd qolsuz jiletin yerində olmadığını gördükdə avtomaşınımdan oğurluq olunduğunu müəyyən etmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.O, əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurluq nəticəsində ona 415 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, 3 ilə yaxındır ki, “Tofaş Doğan” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı özünə məxsus olan avtomobilini etibarnamə əsasında idarə edir. 14 noyabr 2023-cü il tarixdə saat 16:30-da “Tofaş Doğan” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Musabəyov küçəsi 5, mənzil 3 ünvnanın qarşısında saxlayaraq evinə getmiş, 15 noyabr 2023-cü il tarixdə saat 08 radələrində işə gedən zaman avtomobilin yerində olmadığını aşkar etmişdir. O, maşını saxladığı yerdə olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar etdikdən sonra ətrafa baxış keçirsədə avtomobilini tapa bilmədiyi üçün DİN-nin “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. 15 noyabr 2023-cü il tarixdə Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları zəng edərək polis şöbəsinə dəvət etmiş və o, onlarla birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasına gedərək etibarnamə ilə idarə etdiyi “Tofaş Doğan” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. O, avtomobilinə yaxınlaşan zaman avtomobilində olan qolaltında yerləşən saxlanc yerində olan şəxsiyyətini təsdiq edən sənəd, sürüclük vəsiqəsi, etibarnamə, 01 ədəd nasaz vəziyyətdə olan markasını bilmədiyi planşet, 01 ədəd nasaz vəziyyətdə olan mobil telefonun yerində olduğunu görmüşdür.Həmçinin, Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı yazılı ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişşdir, ona görə də, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Müdafiəçi2 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat gecə 02 radələrində özünə məxsus olan “VAZ 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvanda həyətdə saxlayıb evinə getmiş, xx.xx.2023-cü il tarixdə səhər saat 08 evdən çıxıb gedən zaman avtomobilin yerində olmadığını aşkar etmişdir. O, tələsdiyi üçün ətrafa baxış keçirməyərək çıxıb işinin arxasınca getmiş, təxminən 2-3 saat sonra yaşadığı evə qayıdaraq baş vermiş hadisə barəsində polisə məlumat vermişdir. Sabunçu rayon polis idarəsinin 13-ci polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmə aparmışdırlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Sabunçu rayon İcra Hakimiyyətinin arxa hissəsində yerləşən küçədə özü avtomaşınını tapmış, avtomobilinə hər hansı bir maddi ziyan dəyməmişdir.Həmçinin, zərərçəkmiş şəxs Müdafiəçi2 məhkəməyə ünvanladığı yazılı ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyim “VAZ 2107” markalı ağ rəngli, **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilimi Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi, ev 55 ünvnanında saxlayıb qohumu Fazilin evinə getmişdir.Həmin günü yəni xx.xx.2023cü il tarixdə saat 23 radələrində Fazil avtomobildən siqarət götürmək üçün küçəyə çıxmış, təxminən 5-10 dəqiqədən sonra Fazil evə qayıdaraq avtomobilin yerində olmadığını bildirmişdir. O, küçəyə çıxdıqda maşını saxladığı yerdə olmadığını aşkar etmişdir.Naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar etdikdən sonra ətrafa baxış keçirsədə avtomobilimi tapa bilmədiyi üçün DİN-nin “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək avtomobilimin qaçırılması barədə məlumat vermişdir.Sabunçu rayon polis idarəsinin əməkdaşları müvafiq sənədləşmə aparmışdırlar. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları zəng edərək polis şöbəsinə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasına getmişdirdir.Orada polis əməkdaşları tərəfindən “VAZ 2107” markalı ağ rəngli, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. O, avtomobilinə yaxınlaşan zaman 270 manat dəyərində olan avtomobilin sürət ötürücü qutusunun dağıldığını aşkar etmişdir.Həmçinin, Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı yazılı ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 02 dekabr 2023-cü il tarixdə saat 09:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə həmin şəxs üzrərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını bildirdiyi üçün həmin şəxsi Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində psixotrop maddə olan metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs2 təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs2 video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sol yan cibindən içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “patı” olduğunu deyərək, 15 gün əvvəl Bakı şəhəri, Suraxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir ki, tanıyır, yanında marşurutda pul yığan işləmişdir. O, bildirmişdir ki, ***-***-**-** mobil nömrə özünə məxsusdur, əsl adı Əbdürrəhman olsada hamı onu Araz kimi tanıyır. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, Azaddan 120 manata Pioneer markalı maqnitafon almış, lakin maqnitafonu alan zaman onun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X5 məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, ona görə də, şikayətçidir. İş materiallarında olan zərərçəkmiş şəxs Müdafiəçi2 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olu ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 28 mart 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 06 ay müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilməmişdir. Belə ki, iş materiallarında olan, məhkəmənin sorğusuna əsasən Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Altun Gözəlov tərəfindən məhkəməyə ünvanlanmış 26 fevral 2025-ci il tarixli, № 21/1-3-194036/19 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə bilinərək 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və bu günə kimi məhkum həmin cəzasını çəkməmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏNnin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/10157 saylı məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan istehsalı üzərində “Babeck” markalaınma göstərisi olan 500 ml konyak – 1 ədədi 20 manat, Yaponiya istehsalı “HD” markalı, 16 mega poixel video kamera - 1 ədəd 60 manat, Tayland istehsalı “Pioneer” markalı DEH-945OUB modelı maqnitafon – 1 ədəd 170 manat, qara rəngli, üzərində “Full” HD, MP BT yazıları olan manitor – 1 ədəd 40 manat, tünd göy rəngli, üzərində “Moncler XL” markalanma göstəricisi olan qısa qol gödəkcə - 1 ədəd 50 manat, Türkiyə istehsalı üzərində “Battista” markalanma göstəricisi olan gödəkcə - 1 ədəd 80 manat olmaqla ekspertizaya təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 420 manat müəyyən olunur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 16-16/2-6/6239 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159 dairəvi möhür əksləri olan, “Vət.Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası SNnin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8386 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Psixostimulyatorun qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 3 nəfər zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onların şikayətçi olmamasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, onların şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci, 177.2.2ci, 185.2.2 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 177.2.1-ci, 177.2.2-ci, 185.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri isə AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və AR CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs2 02 dekabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək tutulduğu 1 gün müddət və 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nə ezam olunmuş təhqiqatçı, polis mayoru Elvar Quliyev tərəfindən qəbul edilmiş “şübhəli şəxsin tutulması barədə” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 09.00 dəqiqədən tutulmuş hesab edilmiş, Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən 03 dekabr 2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Bundan başqa, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Əhməd Qurbansoy tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18.15 dəqiqələrindən tutulmuş hesab edilmişdir. Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən 22 dekabr 2023-cü il tarixdə qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə olmsının nəzərə alınması barədə qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elzadə Cəfərov tərəfindən qəbul olunmuş 23 dekabr 2023-cü il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 23 dekabr 2023-cü il tarixdə saat 20.30-da tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-1223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanma müddəti xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetamin 0, 215 qram qalığı məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə (CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla) qismən birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 dekabr 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elzadə Cəfərov tərəfindən qəbul olunmuş 23 dekabr 2023-cü il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə saat 22.05-də tutulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1224/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qərara əsasən məlum olur ki, vəsatət və təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar– 01 ədəd Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan psixotrop maddə olan metamfetaminin 0, 215 qram qalığı məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübutlar – “Babeck” markalanma göstərisi olan 1 ədəd 500 ml konyak, Yaponiya istehsalı “HD” markalı, 16 mega poixel 1 ədəd video kamera, Tayland istehsalı “Pioneer” markalı DEH-945OUB modelı 1 ədəd maqnitafon, qara rəngli, üzərində “Full” HD, MP BT yazıları olan 1 ədəd manitor, tünd göy rəngli, üzərində “Moncler XL” markalanma göstəricisi olan 1 ədəd qısa qol gödəkcə, Türkiyə istehsalı üzərində “Battista” markalanma göstəricisi olan 1 ədəd gödəkçənin saxlanılması üçün zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, “Tofaş Doğan” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, “VAZ 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Müdafiəçi2, “VAZ 2107” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına köçürülməlidir. İş üzrə Müdafiəçi1 - Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 80 (səksən) saat hüquqi xidmətin dəyəri 480 (dörd yüz səksən) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə müdafiəçi X7 - Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 80 (səksən) saat hüquqi xidmətin dəyəri 480 (dörd yüz səksən) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunacaq əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-296/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə (CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla) qismən birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 dekabr 2023-cü il tarixdən hesablansın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhuretmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 02 dekabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək tutulduğu 1 gün müddət və 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 23 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan metamfetaminin 0, 215 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar - “Babeck” markalanma göstərisi olan 1 ədəd 500 ml konyak, Yaponiya istehsalı “HD” markalı, 16 mega poixel 1 ədəd video kamera, Tayland istehsalı “Pioneer” markalı DEH-945OUB modelı 1 ədəd maqnitafon, qara rəngli, üzərində “Full” HD, MP BT yazıları olan 1 ədəd manitor, tünd göy rəngli, üzərində “Moncler XL” markalanma göstəricisi olan 1 ədəd qısa qol gödəkcə, Türkiyə istehsalı üzərində “Battista” markalanma göstəricisi olan 1 ədəd gödəkçənin saxlanılması üçün zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, “Tofaş Doğan” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, “VAZ 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Müdafiəçi2, “VAZ 2107” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 - Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 80 (səksən) saat hüquqi xidmətin dəyəri 480 (dörd yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə müdafiəçi X7 - Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 80 (səksən) saat hüquqi xidmətin dəyəri 480 (dörd yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar